Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-846/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ## ### 1950-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulması faktının qeyd edilməsinin müəyyən edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydində ata qrafasında X6, milliyəti Azərbaycanlı, ana qrafasında X2, milliyəti Azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ## ### 1950-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulmuşdur və bu barədə şahidləri vardır. Doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə Quba rayon Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin şöbədən ona ##.##.2026-cı il tarixli, *-**-*/*-**- ***/**** nömrəli məktubla barəsində doğum faktını təsdiq edən akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Doğum faktının müəyyən edilməsi nəvəsinin işə qəbul olunması məqdəsi ilə onun üçün zəruridir. O, Azərbaycan Respublikasının vətəndaşıdır, respublikada tibbi təhsil almışdır, həkim peşəsində işləmiş və hazırda pensiyaçıdır. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə (hakim Xıdır Quliyev) ərizəçi Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin tələbin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ərizəyə əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarına dair edilmiş sorğu məlumatlarından müəyyən olunur ki, qeyd olunan şəxsiyyəti təsdiq edən sənəddə və elektron məlumat bazasında (Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında) ərizəçi Ərizəçi XX.XX.1950-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulması qeyd edilmişdir. Başqa sözlə qeyd olunan sənəd və baza məlumatları ilə ərizəçinin doğum tarixi və doğum yeri müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan tələbə məhkəmədə baxıla bilməz. Ərizəçi Ərizəçi Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadından şikayət verməklə qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli ərizə ilə onun ## ### 1950-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində doğum faktının qeyd edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunsa da Xaçmaz Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardad qəbul edərək, onun Cəllabad rayonu Göytəpə şəhərində doğumunun qeyd edilməsi hüquqi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsinin xahiş edilməsini əsas gətirərək ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etmişdir. Həmçinin İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər xüsusi icraat qaydasında rayon şəhər məhkəmələri tərəfindən baxılır. Ərizənin tələbin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməsi məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Şikayət ərizələrinin təmin olunması üçün kifayət qədər əsaslar var və hesab edir ki, şikayəti təmin olunmalıdır. Buna görə də hesab edir ki, qərardad ləğv edilməli və mülki iş baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməlidir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadında buraxılmış yanlışlıq düzəldilməklə qərardadın təsviri və əsaslandırıcı hissələrində səhvən yazılmış «## ### 1950-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində» sözləri «## ### 1950-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində» kimi oxunması qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosesusual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materiallarında olan Quba rayon Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinin ##.##.2026-cı il tarixli, *-**-*/*-**-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, doğum haqqında təkrar şəhadətnamənin istənilməsi ilə bağlı müraciətə baxılmış, şəxsiyyət vəsiqəsində doğulduğu yer İran, Ərdəbil yazılmasına baxmayaraq Cəlilibad rayonu, Göytəpə şəhərində doğulması barədə müraciətə uyğun olaraq doğum haqqında akt qeydinin müəyyən edilməsi üçün Cəlilabad rayon Qeydiyyat şöbəsinə sorğu göndərilmiş, sorğuya əsasın Cəlilabad rayon Qeydiyyat Şöbəsində 1947-1953-cü illər doğum haqqında ilkin, 1951-1969-cu illər doğum haqqında bərpa akt qedyləri üzrə yoxlama aparılmış, lakin araşdırmaya əsasında barəsində doğum faktını təsdiq edən akt qeydi aşkar edilmədiyindən müraciəti təmin edilməmişdir. Göründüyü kimi ərizəçi ilk əvvəl Quba rayon Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə müraciət edərkən doğum yerinin Cəlilabad rayonu, Göytəpə kəndi kimi qeyd etmiş, lakin hazırki ərizə ilə müraciət edərkən İran İslam Respublikasının Ərdəbil şəhərində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, ərizəyə əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən və Elektron Məhkəmə İnformasiya Sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarına dair edilmiş sorğu məlumatlarından müəyyən olunur ki, Ərizəçi XX.XX.1950-ci ildə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulması qeyd edilmişdir. Başqa sözlə qeyd olunan sənəd və baza məlumatları ilə ərizəçinin doğum tarixi və doğum yeri müəyyən edilir. Bu səbəbdən hazırki tələbə məhkəmə qaydasında baxıla bilməz. Bundan başqa ərizəçi qeyd edilən həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamışdır. Digər tərəfdən ərizəçi ## ### 1950-ci il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulduğunu iddia edir ki, doğum akt qeydi ilə bağlı məlumatları həmin ölkənin müvafiq oranına müraciət etməklə də əldə etmək imkanına malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsaəsn məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-846/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-846/2026
21.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver