Məhkəmə qərarları › İş №2(3-7)-692/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-692/2026

14.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-692/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi (rəisi) X6 iştirakı ilə, Ərizəçi Ərizəçi “doğum faktının müəyyən edilməsinə dair” mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş fotosurətindən görünür ki, ərizəçi Ərizəçi ## #### 1966-cı ildə doğulmuşdur.

2. Ərizəçi Ərizəçi barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə olunmuş elektron məlumatlardan görünür ki: ## #### 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulmuşdur; Ağdərə rayonunun Kərəmli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır; boyu 170 santimetrdir; ## ##### 2022-ci ildə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilib.

3. Şahid Ərizəçi barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə olunmuş elektron məlumatlardan görünür ki: ## ###### 1960-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulmuşdur; Kəlbəcər rayonunun Çərəkdar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır; boyu 150 santimetrdir; ## #### 2023cü ildə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilib.

4. Mirbəşir (indiki Tərtər) Rayon Vətəndaşlıq vəziyyəti X17 tərəfindən ## ##### 1958-ci il tarixdə verilmiş İ-ИЕ № ****** nömrəli “Doğum haqqında şəhadətnamə”nin fotosurətindən görünür ki, X2 (ərizəçinin bacısı) ## #### 1956-cı ildə Azərbaycan Respublikasının Mirbəşir (indiki Tərtər) rayonunda doğulmuş, atası- X1, anası- X5r.

5. Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən ## ###### 2012-ci il tarixdə verilmiş AZ-İ №****** nömrəli “Nikahın pozulması haqqında şəhadənamə”nin təsdiqlənmiş surətindən görünür ki, X10 X11 ilə olan nikahı ləğv edilmişdir; bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ## ###### 1999-cu il tarixdə 40 nömrə ilə qeyd edilmişdir; nikah ləğv olunandan sonra kişiyə “Mustafayev”, qadına “Misirova” soyadları verilmişdir.

6. Mirbəşir (indiki Tərtər) Rayon Vətəndaşlıq Vəziyyəti X17 tərəfindən ## ######## 1988-ci il tarixdə verilmiş XIII-ЖГ № ****** nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, nümayəndə2 ## ##### 1987-ci ildə Azərbaycan Respublikasının Mirbəşir (indiki Tərtər) rayonunda doğulmuş, atası- X10, anası- X11r.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, şahid2 ifadəsində bildirmişdir ki, O, ərizəçi Ərizəçi tanıyır. Ona məlumdur ki, ərizəçi Ərizəçi ## #### 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulub, atası- X1, anası X5r.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, Ərizəçi (ərizəçinin bacısı, doğum tarixi: ##.##.1960) ifadəsində bildirmişdir ki, ərizəçi ilə doğma bacıdırlar; ailədə on üç uşaq olublar. Bacısı- ərizəçi Ərizəçi ilə adları, soyadları və ata adları eynidir; ailə daxilində onu “Nina”, bacısı Kifayəti isə “Nəzmiyyə” deyə çağırırlar. Bacısı Kifayət ## #### 1966-cı ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulmuş, ataları- X1, anaları- X5r.

9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, şahid1 (ərizəçinin qohumu) ifadəsində bildirmişdir ki, ərizəçi Ərizəçi 1966-cı il tarixdə Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulub, atası- X1, anası- X5r.

10. ##.##.2026-cı il tarixli, № ** nömrəli arayışdan görünür ki, X1 ##.##.1991-ci ildə Kəlbəcər rayonu Bağlıpəyə kəndində ürək qan damar xəstəliyi səbəbindən vəfat etmişdir.

11. ##.##.2026-cı il tarixli, № ** nömrəli arayışdan görünür ki, X5 ##.##.2011-ci ildə Gəncə şəhərində miokardin infakt səbəbindən vəfat etmişdir.

12. ##.##.2026-cı il tarixli, № ** nömrəli arayışdan görünür ki, X1 ##.##.1908-ci ildə Kəlbəcər rayonu Bağlıpəyə kəndində anadan olmuşdur. Bu barədə ##.##.1968-ci ildə Kəlbəcər rayon qeydiyyat şöbəsində *** №-li doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur.

13. XVIII-ЖГ № ****** nömrəli SSR pasportun surətindən görünür ki, X1 rayonu, İmarət Qərvəd 1924 ildə anadan olmuşdur və bu barədə ## ###### 1987-ci ildə passport verilmişdir.

14. ##.##.2026-cı il tarixli, Əhalinin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, X5 ##.##.1910-cu ildə anadan olmuş , ##.##.2011-ci ildə vəfat etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. Ərizəçi Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onun ## #### 1966-cı ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması faktının müəyyən edilməsi və doğum haqqında akt qeydinin aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Ərizə onunla əsaslandırılmışdır ki, o, ## #### 1966-cı ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulmuşdur. X10 ilə 1986-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, aralarında olan narazılığa görə nikahları pozulmuşdur. Onların birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Ona Azərbaycan Respublikasının “AA4102772” seriyalı şəxsiyyət vəsiqəsi verilmişdir. Onun doğum haqqında şəhadətnaməsi bəzi sənədləşmə işləri aparmaq üçün lazım olmuş, sənədi tapa bilmədikdə doğum akt qeydləri kitabından doğum haqqında şəhadətnaməni yenidən əldə etmək üçün yaşadığı ərazi olaraq Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciat etmiş, lakin ona bildirmişlər ki, onun Vətəndaşlıq Vəziyyəti Aktlarının QeydiyyatI informasiya sistemində doğum akt qeydi aşkar edilməmiş, bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd edir ki, Ağdərə rayonunun arxivi Dağlıq Qarabağ hadisələri ilə əlaqədar Ermənistanla müharibə şəraitində olduqları dövrdə bütün arxiv orada qalmışdır. Odur ki, mecbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktı məhkəmə iclasına gətirəcəyi şahidlər də təsdiq edə bilərlər.

17. Ərizəçi Ərizəçi nümayəndəsi (yaxın qohumu) nümayəndə2 ## ###### 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Ərizəçi ## #### 1966-cı il tarixdə Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Kəlbəcər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli (hakim Həsən Qəniyev) ərizənin təmin edilməsi, ərizəçi Ərizəçi (FİN: *******) ## #### 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması, atasının X1 və anasının X5 olmaları faktı müəyyən edilməsi qət edilmişdir.

19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə də ərizəçi Ərizəçi (FİN: *******) ## #### 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması, atasının- X1 və anasının- X5 olmaları faktı müəyyən edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1, 166.2.1-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

21. Kəlbəcər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin qismən ləğv olunması və iş üzrə ərizənin təmin edilməsi, Ərizəçi (FİN;*******) ## #### 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması, atasının X1, anasının X5 olmaları faktı müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ərizəçi adına doğum akt qeydinin açılması üçün Maraqlı şəxs müraciət edərkən məlum olmuşdur ki, atasının adı “X1” deyil, “X1”, anasının adı isə “X5” deyil “X5” olmuşdur. Yəni qəbul edilmiş məhkənə qətnaməsində valdeyinlərinin adı düzgün yazılmadığından qeydiyyat şöbəsi onun adına doğum akt qeydi aça bilməmişdir. İşə baxan hakim ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnamə qəbul edərkən işin hallarını hərtərəfli araşdırmadan düzgün qənaətə gəlməmişdir. O, doğum şəhadətnaməsinin olmadığına və doğum akt qeydi aşkar olunmadığına görə hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Kəlbəcər Rayon Məhkəməsi onun müracətilə əlaqədar işi hərtərəfli araşdıraraq, maraqlı şəxs olan Maraqlı şəxs müvafiq arayışlar və sənədləri tələb edərək qətnamə qəbul etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən mülki iş kifayət qədər araşdırılmadan, maraqlı şəxs olan Maraqlı şəxs müvafiq arayışlar və sənədlər tələb edilmədən, maddi və prosessual hüquq normaları pozularaq məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qətnamə qəbul olunduğundan, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyinə görə qətnamə qismən ləğv olunmalı və iş üzrə ərizənin təmin edilməsi, ərizəçi Ərizəçi (FİN: *******) ## #### 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması, atasının X1, anasının X5 olmaları faktının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməlməsini xahiş etmişdir. Ona məxsus doğum akt qeydi aşkar edilmədiyinə görə o hüquqlarının müdafiəsi üçün məhkəməyə müracət etmişdir. Çünki bu faktı başqa qaydada təsdiq etdirə bilməmişdir. Məhkəmənin qəbul etdiyi qətnamə əsasında Ərizəçi adına doğum akt qeydi açılmalı idi. Lakin məhkəmə tərəfindən işlə bağlı sübutlar hərtərəfli və tam araşdırılmadan və onlara hüquqi qiymət verilmədən qətnamə qəbul edildiyindən o, yenə də öz hüquqlarını həyata keçirə bilməmişdir.

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi (rəisi) X6 apellyasiya şikayətinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

25. İş üzrə ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

26. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

27. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.

28. Maddə 159.2. 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

29. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

30. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.

31. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

32. Maddə 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

33. Maddə 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

34. 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

35. 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

36. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

37. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

38. 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

39. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

46. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

47. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Hazırkı apellyasiya şikayətində qətnamə ərizəçi tərəfindən valideynlərinin ata adlarının düzgün yazılmaması hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi “Ərizəçi Ərizəçi atasının- X1 olması faktının müəyyən edilməsi” hissəsində dəyişdirilməli və ərizəçi Ərizəçi (FİN: *******) ## #### 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması, atasının- X1 və anasının- X5 olmaları faktı müəyyən edilməlidir.

52. İş materiallarına əlavə edilmiş XVIII-ЖГ № ****** nömrəli SSR pasportun surətindən görünür ki, ərizəçinin atası X1 qeydə alınmışdır.

53. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs ##.##.2026-cı il tarixli, № ** nömrəli arayışdan görünür ki, X1 ##.##.1991-ci ildə Kəlbəcər rayonu Bağlıpəyə kəndində ürək qan damar xəstəliyi səbəbindən vəfat etmişdir. Həmçinin Maraqlı şəxs ##.##.2026-cı il tarixli, № ** nömrəli arayışda X1 atası “Misirov Balabəy İsmizan oğlu” kimi qeyd edilmişdir.

53. Həmçinin Azərbaycan SSR Kəlbəcər rayon Ağdaban kənd sovetinin yaşayış yeri haqqında arayışının surətindən görünür ki, ərizəçinin babasının adı “Balabəy” kimi qeyd olunmuşdur.

54. Odur ki, Kəlbəcər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi “Ərizəçi Ərizəçi atasının- X1 olması faktının müəyyən edilməsi” hissəsində dəyişdirilməli və ərizəçi Ərizəçi (FİN: *******) ## #### 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması, atasının- X1 və anasının- X5 olmaları faktı müəyyən edilməlidir.

55. Kollegiya ərizəçinin X5 olması faktının müəyyən edilməsi hissəsində apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, ərizəçi anasının X5 olması ilə bağlı sübut təqdim etməmişdir. İş matariallarında yalnlz Maraqlı şəxs ## #### 2026-cı il tarixli arayışı əlavə edilmişdir ki, həmin arayışla X5 X5 ilə eyni şəxs olması müəyyən etmək mümkün olmamışdır.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi “Ərizəçi Ərizəçi atasının- X1 olması faktının müəyyən edilməsi” hissəsində dəyişdirilməli və ərizəçi Ərizəçi (FİN: *******) ## #### 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması, atasının- X1 və anasının- X5 olmaları faktı müəyyən edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Kəlbəcər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi “Ərizəçi Ərizəçi atasının- X1 olması faktının müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Ərizəçi Ərizəçi (FİN: *******) ## #### 1966-cı ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kəndində doğulması, atasının- X1 və anasının- X5 olmaları faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar