Məhkəmə qərarları › İş №2(1-8)-727/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-727/2026

23.04.2026 · Sair mülki iş - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-727/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin verilməsi barədə müqavilənin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 və cavabdeh1 qarşı “razılaşmaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilən ## ###### 2022-ci il tarixli, cavabdeh3 ASC (birinci tərəf), cavabdeh1 (ikinci tərəf) və İddiaçı (üçüncü tərəf) arasında bağlanan Razılaşma (borcun hissə-hissə ödənilməsi barədə) ilə İddiaçı (borcuödəyən) Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh1 (borclu) cavabdeh3 ASC-yə (Bank) olan 180157.57 manat borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən borcu ödəyən bu razılaşmanın 2-ci bəndi ilə müəyyən olunan borc məbləğini təşkil edən pul vəsaitini 2022-ci ilin sentyabr ayından başlayaraq, hər ay 5.000 manatdan az olmamaqla 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 5-ci bəndinə əsasən Bank borcödəyən tərəfindən borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öz üzərinə götürmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər cavabdeh3 ASC və cavabdeh1 arasında imzalanmış ## ###### 2022-ci il tarixli, reyestrdə 3M-2411 № ilə qeyd edilən razılaşmaya (Borcun hissə-hissə ödənilməsi barədə) xitam verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdehlər cavabdeh3 ASC və cavabdeh1 arasında ## ###### 2022-ci il tarixli, reyestrdə 3M-2411 № ilə qeyd edilmiş “Razılaşma” (Borcun hissəhissə ödənilməsi barədə) imzalanmışdır. Razılaşmaya əsasən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh1 “X1” ASC-yə olan 180.157.57 manat borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Pul vəsaitləri 2022-ci ilin sentyabr ayından başlayaraq, hər ay 5.000 manatdan az olmamaqla ödənilməlidir. Razılaşmanın 5-ci bəndinə əsasən bank borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öz üzərinə götürmüşdür. Razılaşmanın 6-cı bəndinə əsasən İddiaçı tərəfindən 2 dəfədən çox gecikdirildiyi halda ödənişin ondan tutulmalı olması qeyd edilmiş, 5-ci bəndinə əsasən 5%-lik dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Razılaşmanın 9-cu bəndinə əsasən İddiaçı bankın razılığı ilə borcun ödənilməsini istənilən fiziki və hüquqi şəxsə ötürülməsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh3 ASC ilə cavabdeh1 arasında olan münasibətlər üzrə öhdəlik daşımamış, borclu və ya zamin olmamış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra sənədi üzrə borclu olan cavabdeh1 yerinə yetirməli olduğu vəzifələr üçün heç bir məsuliyyət daşımır. Bu səbəbdən də iddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə həm “xxxx” ASC-yə, həm də cavabdeh1 bildiriş göndərilərək, qanunazidd razılaşmaya xitam verilməsi və məhkəmə qətnaməsi üzrə ödənilməli olan borcun tutulmasına dair icra sənədi üzrə borclu olan cavabdeh1 ötürülməsi qeyd edilmişdir. Həmin bildirişlə bağlı bugünədək hər hansı hərəkət edilməmişdir. “xxxx” ASC tərəfindən bildiriş ##.##.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Bildirişin cavabdeh1 çatdırılması üçün “Azari Express” kuryer xidmətinin kuryeri tərəfindən cavabdeh1 ünvanına gedilmiş qapını açan olmadığından bildirişin çatdırılması mümkün olmamışdır. Mülki qanunvericilikdə tələbin güzəşti anlayışı olsa da, öhdəliyin (borcun) güzəşti anlayışı yoxdur.

4. Məhkəmə iclasında cavabdeh cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə2 izahatında qeyd etmişdir ki, iddiaçı tərəf iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə istinad edib ki, həmin maddənin tələblərinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və müqavilənin şərtlərini müəyyənləşdirə bilərlər. Onlar həmçinin həmin Məcəllədə nəzərdə tutulmayan və ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Belə ki, öhdəliyin ötürülməsinin qanunvericilikdə nəzərdə tutulmaması onunla bağlı bağlanmış müqavilənin qanunazidd olması demək deyildir. Əgər qarşı tərəf bunu iddia edirsə, bunu sübut etməlidir. Hesab edir ki, burada heç bir qanunsuz hərəkətə yol verilməyib. Tərəflər arasında üçtərəfli müqavilə bağlanılıb və notarial qaydada təsdiqlənib. Bundan başqa, qarşı tərəf bildirir ki, öhdəlik borclu tərəfindən şəxsən icra edilməlidir. Lakin adıçəkilən Məcəllədə bildirilir ki, öhdəlik digər şəxslər tərəfindən də icra oluna bilər və bunun üçün borclunun razılığı tələb edilmir. Bu əsasdan çıxış edərək iddiaçı borclunun əvəzinə borcu ödəməyi öz öhdəsinə götürüb və onun tərəfindən kifayət qədər yüksək məbləğdə ödənişlər edilib. Hətta hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra belə onun tərəfindən 1000 manat ödəniş edilib. Bundan başqa, həmin razılaşmada qeyd edilib ki, iddiaçı həmin öhdəliyi bankın razılığı olmadan digər şəxslərə ötürə bilməz. Iddiaçı da bu şərti qəbul etmişdir. Həmçinin qeyd edilməlidir ki, həmin razılaşma üzrə tərəflərindən icra qeydi alınmışdır. Hazırda da məcburi icra hərəkətləri aparılmaqdadır. Hesab edir ki, hazırki iddianın məqsədi icra hərəkətlərinə mane olmaq məqsədi daşıyır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Ramin Xəlilov).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan və hazırda iddianın predmeti olan ##.##.2022-ci il tarixli Razılaşma hər üç tərəfin iradə ifadəsi əsasında bağlanılmış, hər üç tərəf Razılaşmanı imzalamış və həmin Razılaşma notarial qaydada təsdiq edilmişdir. Həmin Razılaşma əsasında da iddiaçı İddiaçı öz iradə sərbəstliyi əsasında cavabdeh cavabdeh1 digər cavabdeh cavabdeh3 ASC qarşısında olan öhdəliyini hissə-hissə icra edilməsini öz üzərinə götürmüşdür. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, mübahisələndirilən razılaşmanın icra edilməməsinə görə cavabdeh Bank tərəfindən icra qeydi verilmişdir. Iddiaçı hazırda qanunvericilikdə öhdəliyin güzəşti anlayışının olmamasını əsas gətirib sözügedən razılaşmanın qanunazidd olmasını iddia edərək, həmin razılaşmaya xitam verilməsini tələb etsə də, qanunvericiliyin tələblərinə əsasən həmin razılaşmanın qanunazidd olması və ya razılaşmanın qanunvericiliyin tələbləri pozulmaqla bağlanılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən də həmin razılaşmanın qanunazidd olmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmiş və qeyd edilən üç tərəfli razılaşma müqaviləsi mülki hüququn əsas prinsiplərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında sərbəst şəkildə öz iradələrinə uyğun olaraq və Mülki Məcəlləyə zidd olmayan tərzdə bağlanmışdır. Mülki iş üzrə icraat zamanı müəyyən edilmişdir ki, hazırkı iddiaçı qeyd edilən razılaşma müqaviləsi bağlandıqdan sonra götürdüyü öhdəlik üzrə borc olaraq banka müəyyən ödənişlər də həyata keçirmişdir ki, bu da onun müqavilə şərtlərini bildiyini və razılaşaraq ödəniş etdiyini ehtiva edir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 386.1, 390.1, 425, 430.1, 431.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı ## #### 2008-ci il tarixli, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxx” ASC ilə cavabdeh1 arasında olan münasibətlər üzrə öhdəlik daşımamış, borclu və ya zamin olmamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra sənədi üzrə borclu olan cavabdeh1 yerinə yetirməli olduğu vəzifələr üçün heç bir məsuliyyət daşımır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə vəzifə qoyulmuş borclu özünün şəxsən yerinə yetirməli olduğu vəzifəni digər üçüncü şəxsə güzəştə gedə bilməzdi. Bu hal, qanunvericiliyin tələblərinə kəskin şəkildə ziddiyyət təşkil edir. MM-nin 194-cü maddəsindən tam aydındır ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyi tələbin güzəşti anlayışını tanıyır, amma məhkəmə qətnaməsi ilə borclunun şəxsən yerinə yetirməli olduğu vəzifənin digər üçüncü şəxsə güzəşti konseptinə yer vermir. Məhkəmənin mövqeyindən belə çıxır ki, vəzifənin güzəşti ilə bağlı müqavilənin bağlanması MM-nin 390.1-ci maddəsinin son cümləsindəki “bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr” hissəsinin əhatə dairəsinə düşmür. Lakin, məhkəmə nəzərə almamışdır ki, mövcud mübahisənin predmeti olan razılaşma Mülki qanunvericiliyinin tələblərinə birbaşa olaraq ziddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmadan iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Qanunverici tərəfindən məhkəmələrin üzərinə vəzifə olaraq qoyulmuşdur ki, ədalət mühakiməsini həyata keçirərkən tərəflərə bərabər şəkildə yanaşsın, onlar tərəfindən təqdim edilən hər bir sübutu, edilən hər bir etirazı bərabər şəkildə, işin bütün faktiki hallarını lazımi dərəcədə və diqqətlə qiymətləndirsin. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən qeyd edilən məqamlara ciddi və diqqətli şəkildə yanaşmamışdır. Məhkəmə iddiaçının razılaşma üzrə ödənişlər etməsi, həmçinin onun şərtlərindən xəbərdar olub-olmaması kimi halların razılaşmanın qanunauyğunluğunun müəyyənləşdirilməsində əhəmiyyət kəsb etməməsini nəzərə almamışdır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Azad Imanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski).

11. Məhkəmə kollegiyası ilk öncə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırkı iş üzrə cavabdeh cavabdeh1 digər cavabdeh cavabdeh3 ASC-yə borcunun olması və bununla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən *(***)***/**** saylı, ##.##.2019-cu il tarixli icra vərəqəsinin verilməsi işin mübahisəsiz halıdır. Həmin qeyd edilən icra vərəqəsi əsasında cavabdeh cavabdeh1 digər cavabdeh cavabdeh3 ASC-yə olan borcunun hazırkı iş üzrə iddiaçı İddiaçı tərəfindən hissə-hissə ödənilməsi barədə tərəflər arasında bağlanan razılaşma hazırda iddiaçı tərəfindən mübahisələndirilir. Bununla bağlı məhkəmə kollegiyası vurğulamışdır ki, qanunvericilik eyni zamanda tərəflərə təkcə Mülki Məcəllədə nəzərdə tutulan müqavilənin bağlanmasını yox, həmçinin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilənin bağlanması hüququnun verildiyini də nəzərdə tutur. Iş materiallarında olan və hazırda iddianın predmeti olan ##.##.2022-ci il tarixli razılaşma hər üç tərəfin iradə ifadəsi əsasında bağlanılmış, hər üç tərəf razılaşmanı imzalamış və həmin razılaşma notarial qaydada təsdiq edilmişdir. Həmin razılaşma əsasında da iddiaçı İddiaçı öz iradə sərbəstliyi əsasında cavabdeh cavabdeh1 digər cavabdeh “xxxx” ASC qarşısında olan öhdəliyini hissə-hissə icra edilməsini öz üzərinə götürmüşdür.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən razılaşmanın icra edilməməsinə görə cavabdeh bank tərəfindən icra qeydi verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı hazırda qanunvericilikdə öhdəliyin güzəşti anlayışının olmamasını əsas gətirib sözügedən razılaşmanın qanunazidd olmasını iddia edərək, həmin razılaşmaya xitam verilməsini tələb etsə də, qanunvericiliyin tələblərinə əsasən həmin razılaşmanın qanunazidd olması və ya razılaşmanın qanunvericiliyin tələbləri pozulmaqla bağlanılması halları müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən də həmin razılaşmanın qanunazidd olmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmiş və qeyd edilən üç tərəfli razılaşma müqaviləsi mülki hüququn əsas prinsiplərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında sərbəst şəkildə öz iradələrinə uyğun olaraq və Mülki Məcəlləyə zidd olmayan tərzdə bağlanmışdır. Hazırki iddiaçı qeyd edilən razılaşma müqaviləsi bağlandıqdan sonra götürdüyü öhdəlik üzrə borc olaraq banka müəyyən ödənişlər də həyata keçirmişdir ki, bu da onun müqavilə şərtlərini bildiyini və razılaşaraq ödəniş etdiyini ehtiva edir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 390.1, 385.1, 386.1, 425, 430.1, 431.1ci maddələrə

13. istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmadan, iddiaçının maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərinə səthi yanaşaraq, birinci instansiya məhkəməsinin əsassız mövqeyi ilə razılaşmışdır. Bununla da, birinci instansiya məhkəməsinin qanunvericilik çərçivəsində imperativ şəkildə müəyyən olunmuş maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etməklə yol verdiyi nöqsanlar apellyasiya məhkəməsi tərəfindən yenidən təkrarlanmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi “öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir” hissəsinə lazımi diqqəti yetirməmişdir. 180.157,57 manat kimi yüksək bir məbləğdəki krediti mövcud iqtisadi şəraitdə bank(lar) hər bir şəxsə vermir. Əks təqdirdə, bank(lar) vermiş olduğu kredit borcunu geri almaqda olduqca ciddi problemlərlə qarşılaşa bilər. Bu səbəblə də, kredit alan borclu müəyyən tələblərə cavab verməlidir. Buna görə də, artıq belə yüksək məbləğdəki bir kredit öhdəliyi bir başa kredit alanın şəxsinə bağlanmış hesab edilir. Ali Məhkəmənin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qərarında qeyd edilmişdir ki, kredit alan şəxs banka qarşı özü şəxsən öz əmlakı ilə öhdəlik daşıyır. Qeyd edilənlərə müvafiq olaraq, mövcud işdəki kredit öhdəliyi cavabdeh cavabdeh1 şəxsinə bağlıdır və buna görə də, öhdəliyin təbiətindən irəli gəlir ki, cavabdeh1 öhdəliyi məhz özü icra etsin. Digər tərəfdən, həmin kredit borcunun cavabdeh1 tutulması məhkəmə tərəfindən qərara alınmışdır. Iş üzrə icra sənədində borclu qismində cavabdeh1 çıxış edir. Iddiaçı qeyd etmişdir ki, o, cavabdeh3 ASC ilə cavabdeh1 arasında olan münasibətlər üzrə öhdəlik daşımamış, borclu və ya zamin olmamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra sənədi üzrə borclu olan cavabdeh1 yerinə yetirməli olduğu vəzifələr üçün heç bir məsuliyyət daşımır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır (hakimlər V.Ə.Baxışova (sədrlik edən və mərizəçi), Z.B.Babayev və Z.Ə.Əliyev).

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehlər cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 ilə bağlanmış müqavilənin qanunda nəzərdə tutulmaması əsası ilə müqaviləyə xitam verilməsini xahiş etmişdir. “Müqaviləyə xitam verilməsi” ifadəsi ilə iddiaçının əslində müqavilənin etibarsız hesab edilməsini və ya ləğv edilməsini xahiş etdiyi işə baxan məhkəmə tərəfindən dəqiqləşdirilməli və buna müvafiq hüquqi dəyərləndirmə həyata keçirilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən müqavilənin etibarsız hesab edilməsi ilə ləğv edilməsinin həm hüquqi əsasları, həm də hüquqi nəticələri fərqlidir. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının tələbinin müqavilənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi kimi qəbul edilməsi ilə bağlı əsaslandırma öz əksini tapmamış, həmin qətnaməni qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsi də bu məsələ ilə bağlı mövqeyini bildirməmişdir.

18. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaya hüquqi qiymət verilərkən ilk növbədə məhkəmə tərəflər arasında hansı müqavilə münasibətinin yarandığını, Mülki Məcəllədə belə bir müqavilə növünün mövcud olub-olmadığını araşdırılmalı, bundan sonra müqavilənin həmin müqavilə növü üçün qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıb-bağlanmadığını, müqavilənin etibarsız və ya ləğv edilməsi üçün əsasların olubolmadığı yoxlanılmalı idi. Hazırkı iş üzrə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi qətnamədə mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarına istinad etməmiş, iddiaçı tərəfindən bağlanmış müqavilədə qanunvericiliyin tələblərinin pozulmadığı qeyd edilsə də, konkret normalara istinad edilməmişdir.

19. Kassasiya məhkəməsi qeyd etmişdir ki, öhdəliyin kreditorun icazəsi ilə üçüncü şəxsə verilməsi barədə müqavilə və həmin müqavilədən irəli gələn münasibətlər MM-nin 522-526-cı maddələri ilə tənzimlənir. MM-nin 522.1-ci maddəsində qeyd edilir ki, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-in 522.2-ci maddəsində borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşmanın hansı halda etibarlı olduğu müəyyən edilir. Hazırkı iş üzrə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi qətnamədə mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarına istinad etməmiş, iddiaçı tərəfindən bağlanmış müqavilədə qanunvericiliyin tələblərinin pozulmadığı qeyd edilsə də, konkret normalara istinad edilməmişdir.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, e-*(***)****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilmiş, İddiaçı, cavabdeh3 ASC və cavabdeh1 arasında Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ## ###### 2022-ci il tarixli borcun hissə-hissə ödənilməsi barədə razılaşma etibarsız hesab edilmişdir (hakimlər: Fərrux Qasımov-(sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Günay Axundova).

21. Apellyasiya instansiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin mövqeyinə istinad edərək qeyd etmişdir ki, iddiaçı cavabdehlər cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti və cavabdeh1 ilə bağlanmış müqavilənin qanunda nəzərdə tutulmaması əsası ilə müqaviləyə xitam verilməsini xahiş etmişdir, “müqaviləyə xitam verilməsi” ifadəsi ilə iddiaçının əslində müqavilənin etibarsız hesab edilməsini və ya ləğv edilməsini xahiş etdiyi işə baxan məhkəmə tərəfindən dəqiqləşdirilməli və buna müvafiq hüquqi dəyərləndirmə həyata keçirilməli idi, mülki qanunvericiliyə əsasən müqavilənin etibarsız hesab edilməsi ilə ləğv edilməsinin həm hüquqi əsasları, həm də hüquqi nəticələri fərqlidir. Kassasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə bu məsələ ilə bağlı dəqiqləşmə aparılaraq qeyd olunmuşdur ki, “... iddiaçı hesab edir ki, onunla bağlanmış razılaşma əhəmiyyətsiz və yalan əqddir, həm tərəflərin iradələrinə uyğun bağlanmamışdır, həm də o, əqd bağlanarkən aldadılmışdır, əqd bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə də həmin əqd – razılaşma etibarsız hesab edilməlidir.”

22. Apellyasiya instansiyası məhkəməsində bu istiqamətdə araşdırma aparılarkən də iddiaçının nümayəndəsi yuxarıda göstərilən mövqedən çıxış edərək əqdin etibarsızlığına istinad etmişdir. Buna görə də məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq dəqiqləşmə aparmaqla qeyd etmişdir ki, iddiaçının tələbi əqdin etibarsızlığı ilə bağlıdır.

23. Ilk növbədə məhkəmə kollegiyası iddianın əsaslandırması ilə bağlı qeyd etmişdir ki, əsas kimi Mülki Məcəllənin 194-cü maddəsinə istinad olunur ki, tələbin güzəşti nəzərdə tutulsa da, öhdəliyin (borcun) güzəşti nəzərdə tutulmur. Qeyd olunan norma tələbin güzəştini nəzərdə tutur ki, bunun da mahiyyəti kreditorun tələbini üçüncü şəxsə güzəşt edir. Hazırkı vəziyyətdə isə kreditorun tələbini güzəştə getməsi halı mövcud olmadığından qeyd olunan norma bu mübahisə üzrə tətbiq oluna bilməz.

24. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, əqdin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.

25. Kassasiya instansiyası məhkəməsinin digər göstərişinə əsasən məhkəmə qeyd edir ki, ilk növbədə məhkəmə tərəflər arasında hansı müqavilə münasibətinin yarandığı, Mülki Məcəllədə belə bir müqavilə növünün mövcud olub-olmadığını araşdırılmalı, bundan sonra müqavilənin həmin müqavilə növü üçün qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıb-bağlanmadığını, müqavilənin etibarsız və ya ləğv edilməsi üçün əsasların olubolmadığı yoxlanılmalıdır.

26. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış razılaşmanı Mülki Məcəllənin “Öhdəliklərin verilməsi” adlanan fəslin 522 – 526-cı maddələri baxımından təhlil olunmasını zəruri hesab edərək qeyd etmişdir ki, hazırkı mübahisənin predmeti olan öhdəlik hər hansı bir müqavilə əsasında yaranmış öhdəlik deyildir, cavabdeh1 öhdəliyi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən yaranmış 180157,57 manat borcun ödənilməsi barədə öhdəlikdir.

27. Mülki Məcəllənin 522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

28. Bu normanın məzmununa əsasən belə bir müqavilə bağlanırdısa və öhdəlik üçüncü şəxsə, yəni, iddiaçıya verilirdisə, bu zaman qətnaməyə əsasən cavabdeh1 öhdəliyinə xitam verilməli olması nəzərdə tutulmalı və kreditorun əvvəlki borcluya qarşı tələbindən icra icraatı çərçivəsində imtinası ilə həyata keçirilməli idi. Lakin tərəflər arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, kreditor üzərinə belə bir vəzifə götürmür, onun üzərinə götürdüyü vəzifə yalnız borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasıdır. Yəni, faktiki olaraq kreditorun həm cavabdeh1, həm də İddiaçı eyni öhdəliyin icrasını tələb etmək hüququ saxlanılır.

29. Kassasiya məhkəməsi etibarlılıq şərti ilə bağlı Mülki Məcəllənin 522.2-ci maddəsinə istinad edir. Həmin normanın məzmunu bundan ibarətdir ki, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Bu normaya münasibətdə etibarsızlıq üçün hər hansı bir şərt mövcud deyil, çünki, kreditorun icazəsinin olması işin mübahisələndirilməyən halıdır. 522.3-522.5-ci maddələr də icazənin verilməsi ilə bağlı olduğundan bu normaların tələbləri baxımından qiymətləndirmə aparılmasına zərurət yoxdur. Bu fəsildə öhdəliyin üçüncü şəxsə keçməsi halında borclu ilə olan öhdəlik münasibətlərinə xitam verilməsi ilə bağlı müddəa nəzərdə tutulmasa da, mahiyyət ondan ibarətdir ki, bu halda borclu ilə kreditor arasında olan öhdəlik münasibətlərinə xitam verilməlidir, yuxarıda qeyd olunduğu kimi bu zaman sazişə əsasən cavabdeh1 öhdəliyinə xitam verilməli olması nəzərdə tutulmalı və kreditorun əvvəlki borcluya qarşı tələbindən icra icraatı çərçivəsində imtinası ilə həyata keçirilməli idi.

30. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd edilən müqavilənin etibarlılıq şərtlərinə cavab verməsi baxımından yoxlanılmalı olan “tərəflərin sonrakı hərəkətləri” baxımından araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, əgər razılaşma bağlandıqdan sonra iddiaçı tərəfindən ödəniş aparılsa idi, bu zaman iddiaçının bu istiqamətdə apardığı əsaslandırma baxımından araşdırma aparılmasına zərurət qalmazdı.

31. Birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə gəldiyi nəticəni əsaslandırdığı hallardan biri bu olmuşdur ki, “... mülki iş üzrə icraat zamanı müəyyən edilmişdir ki, hazırki iddiaçı qeyd edilən razılaşma müqaviləsi bağlandıqdan sonra götürdüyü öhdəlik üzrə borc olaraq banka müəyyən ödənişlər də həyata keçirmişdir ki, bu da onun müqavilə şərtlərini bildiyini və razılaşaraq ödəniş etdiyini ehtiva edir.”

32. Lakin iş materiallarında iddiaçı tərəfindən ödəniş aparılması ilə bağlı hər hansı bir sübut yoxdur. Əksinə, razılaşmanın bağlandığı ## ###### 2022-ci il tarixdən sonra aşağıda qeyd olunan bütün ödənişlər məhz Yolçuyev Ruslan tərəfindən aparılmışdır: ## ###### 2022 – ci il – 10000 manat, ## ###### 2023-cü il - 4000 manat, ## ###### 2023-cü il – 3000 manat, ## ###### 2023-cü il – 3000 manat, # #### 2023-cü il – 5000 manat, ## #### 2023-cü il – 3000 manat, # ###### 2023-cü il – 1000 manat. Bundan başqa Qaradağ rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinin ## ###### 2025-ci il tarixli arayışında qeyd olunmuşdur ki, cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)- ***/**** saylı, ##.##.2019-cu il tarixli icra sənədinə əsasən aylıq əmək haqqından 50% (261 manat) tutularaq tələbkar cavabdeh3 ASCnin hesabına köçürülür.

33. Göründüyü kimi razılaşmanın bağlandığı vaxtdan ödənişlər iddiaçı tərəfindən aparılmalı olduğu halda onun tərəfindən hər hansı bir ödəniş aparılmamışdır, tələbkar cavabdeh3 ASC tərəfindən razılaşmanın şərtləri nəzərə alınmadan münasibətlər cavabdeh1 ilə davam etdirilmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarına əsasən estoppel prinsipinin mahiyyəti ondan ibarətdir ki, tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Bu prinsipin mahiyyətindən çıxış edərək əks məntiqlə belə nəticəyə gəlinir ki, iddiaçı tərəfindən əqdin təsdiq olunma faktı mövcud deyildir və buna görə də əqdi mübahisələndirmək hüququ vardır. Əksinə, tələbkar cavabdeh3 ASC-nin razılaşmanın şərtlərini nəzərə almadan münasibətləri cavabdeh1 ilə davam etdirməsi bu nəticəyə gəlməyə imkan verir ki, bu razılaşma görünüş üçün bağlanmış əqddir.

35. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Hazırkı mübahisə üzrə bu maddənin dispozisiya şərtləri mövcuddur, belə ki, hətta hazırda əqdin etibarsız hesab olunmasına etiraz edən tələbkarın özünün hərəkətləri də “əqdin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan” bağlanmasını təsdiq edir.

36. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı situasiyada eyni borc məbləği üzrə öhdəliyin icrası qanunvericilikdə nəzərdə tutulan digər əsaslar (zaminlik, birgə borclu və s.) olmadan 2 kreditorun üzərindədir, faktiki olaraq kreditorun həm cavabdeh1, həm də İddiaçı eyni öhdəliyin icrasını tələb etmək hüququ saxlanılır, eyni məbləğlə bağlı 2 icra sənədi üzrə icra hərəkətləri davam etdirilir. Bu situasiyanın yaranmaması üçün sazişdə cavabdeh1 öhdəliyinə xitam verilməli olması nəzərdə tutulmalı və kreditorun əvvəlki borcluya qarşı tələbindən icra icraatı çərçivəsində imtinası ilə həyata keçirilməli idi.

37. Məhkəmə kollegiyası qeyd edir ki, həm sazişin yuxarıda qeyd olunan şərtləri, həm də saziş bağlandıqdan sonra tərəflərin davranışı, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər bu əqdin əhəmiyyətsizliyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası iddiaçının əqdin aldadılma nəticəsində bağlanılması barədə dəlillərlə razılaşmır və qeyd edir ki, əqd əhəmiyyətsiz olduğundan bu istiqamətdə araşdırma aparılmasına zərurət yoxdur.

38. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 339.4, 340.1, 522.1, 522.2, 524-cü maddələrinə, Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli qərardadına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, mübahisələndirilən razılaşma onu imzalamış şəxslərin iradələrinə uyğun tərtib edilmiş, qanunvericiliyin tələblərinə də zidd olmamış, əksinə Mülki Məcəllənin 522-ci maddəsinin tələblərinə də tam uyğun olmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə gəldiyi nəticəni əsaslandırdığı hallardan biri bu olmuşdur ki, “... mülki iş üzrə icraat zamanı müəyyən edilmişdir ki, hazırki iddiaçı qeyd edilən razılaşma müqaviləsi bağlandıqdan sonra götürdüyü öhdəlik üzrə borc olaraq banka müəyyən ödənişlər də həyata keçirmişdir ki, bu da onun müqavilə şərtlərini bildiyini və razılaşaraq ödəniş etdiyini ehtiva edir.” Lakin iş materiallarında iddiaçı tərəfindən ödəniş aparılması ilə bağlı hər hansı bir sübut yoxdur. Lakin elektron məhkəmə sisteminə əlavə edilmiş, iddiaçı İddiaçı ilə Bankın nümayəndəsi nümayəndə2la aparılmış whatsapp yazışmalarından görünür ki, razılaşma üzrə ödənişlər gecikmələrlə ##.##.2023-də 2000 manat, ##.##.2025-də 2000 manat, ##.##.2023-də 2000, ##.##.2023-də 1000 manat, ##.##.2023-də 5000 manat olmuşdur. Ödənişlər məhz İddiaçı tərəfindən aparıldığından, öz whatsapp nömrəsindən qəbzlərin şəkillərini göndərmişdir. Eyni zamanda məhz həmin Razılaşmadan sonra Banka ödənişlərin aparılmasına başlanmışdır. Lakin məhkəmə kollegiyası hansı əsaslara söykənərək həmin ödənişlərin cavabdeh1 tərəfindən aparılması qənaətinə gəlməsini əsaslandırmamışdır. Əksinə qətnamədə özü qeyd etmişdir ki, cavabdeh1 MKTB-dən 522 manat əmək haqqı alır, Belə olan halda isə o necə ## ###### 2022– ci ildə – 10000 manat, ## ###### 2023-cü ildə - 4000 manat, ## ###### 2023- cü ildə – 3000 manat, ## ###### 2023-cü ildə 3000 manat, # #### 2023-cü ildə – 5000 manat, ## #### 2023-cü ildə – 3000 manat, # ###### 2023-cü ildə – 1000 manat ödənişlər edə bilərdi. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçı, cavabdehlər “xxxx” ASC və cavabdeh1 ilə bağlanmış müqavilənin qanunda nəzərdə tutulmaması əsası ilə müqaviləyə xitam verilməsini xahiş etmişdir, “müqaviləyə xitam verilməsi” ifadəsi ilə iddiaçının əslində müqavilənin etibarsız hesab edilməsini və ya ləğv edilməsini xahiş etdiyi işə baxan məhkəmə tərəfindən dəqiqləşdirilməli və buna müvafiq hüquqi dəyərləndirmə həyata keçirilməli idi, mülki qanunvericiliyə əsasən müqavilənin etibarsız hesab edilməsi ilə ləğv edilməsinin həm hüquqi əsasları, həm də hüquqi nəticələri fərqlidir. Bununla yanaşı, məhkəmə kollegiyasının özü iddiaçı İddiaçı cavabdehlər cavabdeh3 ASC, Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X2 və cavabdeh1 qarşı razılaşmaya xitam verilməsi tələbinə dair mülki iş üzrə qətnamə olaraq göstərmişdir, deməli iddiaçının tələbi də məhz Razılaşmaya xitam verilməsi olmuşdur.

41. Məhkəmə kollegiyası həmçinin nəzərə almamışdır ki, kreditorun (hazırki halda cavabdeh3ın) icazəsi olduğuna görə borclunun (hazırki halda X3) öhdəliyinin üçüncü şəxsə (hazırki halda İddiaçı) verilməsi etibarlı olur. Təsadüfi deyil ki, Razılaşma adları sadalanan şəxslər arasında bağlanmış, notariat ofisində təsdiq edilmişdir. Belə olan halda isə Razılaşmanın xitam verilməsinə və ya etibarsız hesab olunmasına heç bir əsas olmamışdır. Bağlanmış Razılaşma göstərilən maddi hüquq normasının tələblərinə tam uyğun olmuşdur.

42. Bundan başqa, məhkəmə kollegiyasının 2 icra sənədi üzrə pul tələb etməsi faktı tərəflər arasında bağlanmış Razılaşmanın etibarsızlığına səbəb olmur. Məhkəmə kollegiyasının “əqdin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan” bağlanmasını təsdiq edir” barədə gəldiyi nəticə yalnış olmuşdur. Iddiaçı İddiaçı könüllü surətdə icra sənədi üzrə cavabdeh1 Bank qarşısında olan öhdəliyinin icra edilməsini üzərinə götürmüşdür. Məhz bu məqsədlə də Razılaşma imzalanmış, notariat ofisində təsdiq edilmişdir. Iddiaçı Razıaşmaya əməl etmədiyinə görə onun barəsində icra sənədi çıxarılmışdır, lakin həmin icra sənədi üzrə heç bir ödəniş aparılmamışdır. Məhkəmə kollegiyası icra işini tələb etmiş, lakin icra işində tələbkar Bankın cavabdeh cavabdeh1 pulun tutulması üçün icra tədbirlərin həyata keçirilməsi barədə məktubu olmamışdır. Belə olan halda, hansı uydurma əqddən söhbət gedə bilər. Razılaşmanın bağlanmasında niyyət açıq-aşkardır, cavabdeh1 Bank qarşısında olan öhdəliyi İddiaçı tərəfindən icra edilməsi məhkəmə kollegiyasının istinad etdiyi ödənişlər də məhz İddiaçı tərəfindən aparılmışdır. Watsapp yazışmalarında cavabdeh1 adı keçmir. Bu bir daha təsdiq edir ki, ödənişlər məhz iddiaçı tərəfindən aparılmışdır, uydurma əqdin bağlanmasından söhbət gedə bilməz.

43. Məhkəmə kollegiyası prosessual hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, iddiaçının cavabdehlərə qarşı "razılaşmaya xitam verilməsi" tələbinə dair Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Iddiaçının Razılaşmanın etibarsız hesab edilməsi barədə iddia tələbi irəli sürmək niyyəti olsa idi, həmin iş üzrə iddia tələbini dəyişdirə bilərdi, lakin bu baş verməmişdir. Bununla yanaşı, elektron məhkəmə sisteminə əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdehlərə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Deməli iddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən məhz Razılaşmaya xitam verilməsi tələbini irəli sürmüşdür.

44. Məhkəmə kollegiyası həmçinin nəzərə almamışdır ki, iddiaçının cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər cavabdeh3 ASC və cavabdeh1 arasında imzalanmış ## ###### 2022-ci il tarixli, reyestrdə 3M-2411 № ilə qeyd edilən razılaşmaya (Borcun hissə-hissə ödənilməsi barədə) xitam verilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Lakin məhkəmə kollegiyası Razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə çıxarmışdır. Bununla iddia tələbindən kənara çıxmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçı İddiaçı Razılaşmanın etibarsız hesab edilməsi barədə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müracət etmişdir, bununla bağı məhkəməyə sübutlar da təqdim edilmişdir.

45. Kassator şikayətini Mülki Məcəllənin 337, 340.1, 522.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 6.2.Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

49. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;

50. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;

51. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

52. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin;

53. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır;

54. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

55. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

56. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

57. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

58. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

59. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

60. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

61. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

62. Maddə 425.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

63. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

64. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

65. Maddə 524. Öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz.

66. Maddə 430.1.Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

67. Maddə 431.1.Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassssiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulduğuna görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

77. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən ## ###### 2022-ci il tarixdə iddiaçı İddiaçı, cavabdehlər cavabdeh3 ASC və cavabdeh1 arasında razılaşma imzalanmış, həmin razılaşma əsasında iddiaçı cavabdeh cavabdeh1 Banka olan 180.157.57 manat məbləğində borcunu hissə-hissə, ayda 5.000 manatdan az olmamaqla ödəməyi, Bank isə borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öhdələrinə götürmüşlər.

78. Beləliklə cavabdeh cavabdeh1 digər cavabdeh cavabdeh3 ASC-yə borcunun olması və bununla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli icra vərəqəsinin verilməsi işin mübahisəsiz halıdır. Həmin qeyd edilən icra vərəqəsi əsasında cavabdeh cavabdeh1 digər cavabdeh cavabdeh3 ASC-yə olan borcunun iş üzrə iddiaçı İddiaçı tərəfindən hissə-hissə ödənilməsi barədə tərəflər arasında bağlanan razılaşma iddiaçı tərəfindən mübahisələndirilmişdir.

79. Sonuncu apellyasiya icraatında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən əqdin təsdiq olunma faktı mövcud deyildir və buna görə də əqdi mübahisələndirmək hüququ vardır. Əksinə, tələbkar cavabdeh3 ASC-nin razılaşmanın şərtlərini nəzərə almadan münasibətləri cavabdeh1 ilə davam etdirməsi bu nəticəyə gəlməyə imkan verir ki, bu razılaşma görünüş üçün bağlanmış əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Hazırkı mübahisə üzrə bu maddənin dispozisiya şərtləri mövcuddur, belə ki, hətta hazırda əqdin etibarsız hesab olunmasına etiraz edən tələbkarın özünün hərəkətləri də “əqdin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan” bağlanmasını təsdiq edir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı situasiyada eyni borc məbləği üzrə öhdəliyin icrası qanunvericilikdə nəzərdə tutulan digər əsaslar (zaminlik, birgə borclu və s.) olmadan 2 kreditorun üzərindədir, faktiki olaraq kreditorun həm cavabdeh1, həm də İddiaçı eyni öhdəliyin icrasını tələb etmək hüququ saxlanılır, eyni məbləğlə bağlı 2 icra sənədi üzrə icra hərəkətləri davam etdirilir. Bu situasiyanın yaranmaması üçün sazişdə cavabdeh1 öhdəliyinə xitam verilməli olması nəzərdə tutulmalı və kreditorun əvvəlki borcluya qarşı tələbindən icra icraatı çərçivəsində imtinası ilə həyata keçirilməli idi.

80. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin sonuncu mövqeyi üzrə ilkin olaraq qeyd edir ki, məhkəmənin göstərdiyi kimi iddiaçının tələbi müqavilənin etbarsızlığına yönəlməmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdehlərə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Deməli iddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən məhz Razılaşmaya xitam verilməsi tələbini irəli sürmüşdür. Maddi hüquqi əsas kimi məhz Mülki Məcəllənin 194.1, 390.1, 431.1, 423.2-ci maddələrinə istinad edir.

81. Digər tərəfdən qeyd edilməlidir məhkəmə tərəfin iradəsindən kənar olaraq işin faktiki hallarını formalaşdıra bilməz, yalnız irəli sürülmüş tələblər həddində işə baxmalıdır. Lakin məhkəmə kollegiyası Razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə çıxarmışdır. Bununla iddia tələbindən kənara çıxmaqla Mülki Prossesual Məcəllənin 218.3-cü maddəsinin tələbi pozulmuşdur.

82. Belə ki, həmin maddənin məzmununda aydın olaraq ifadə edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

83. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin qanuni qüvvədə olan qətnaməsi əsasında icra vərəqəsi verilmiş, məhz icra mərhələsində üçüncü şəxs olan iddiaçı və icra sənədinin tərəfləri arasında üçtərəfli qarışıq mülki-hüquqi müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtləri, üçüncü şəxsin icraya qoşulması, kreditorun güzəşti, icranın dayandırılması və ən əsası təminat xarakretli razılaşmanın əldə olunmasından ibarət olmuşdur. Bu müqavilənin bağlanmasının məqsədi iddiaçının cavabdeh Bank qarşısında ayrıca öhdəliyinin müəyyən olunması ilə bağlıdır.

84. Məhkəmə tərkibi iddiaçının belə razılaşmanın Mülki Məcəllədə təsbit olunmuş hər hansı müqavilə formasına uyğun olmamasına dair dəlilinə münasibərtdə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

85. Belə olan halda tərəflərin bağlamış olduqları müqavilənin forması və həmin növ müqavilənin şərtləri ilə bağlı qanunvericilikdə xüsusi qayda nəzərdə tutulmasa da, belə qarışıq müqavilənin bağlanması qanuna zidd olmamış, əksinə müqavilənin şərtləri Mülki Məcəllənin 390.1 və 425-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

86. Belə ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

87. Göstərilənlər baxımından tərəflər icranın dayandırılmasını, iddiaçının ödəmə öhdəliyinin təsbit edilməsini, şərtlərini, cavabdeh bankın isə gözləmə borcunun həddini (hissə-hissə) müəyyən etmişlər ki, bu şərtlərin müəyyən olunmasın da isə qanunaziddlik mövcud deyil.

88. Digər tərəfdən iddiaçı tərəfin tələbindən aydın olur ki, o, faktiki olaraq yolverilməz olan üzərinə götürmüş olduğu öhdəliyin icrasından birtərəfli imtina etmək niyyətindədir. Lakin belə birtərəfli imtina yolverilən hesab edilmir, çünki tərəflər arasında razılıq əldə olunmamışdır. Nəzərə alınmalıdır ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

89. Müqavilənin görünüş üçün bağlanmış əqd olmasına dair məhkəmənin mövqeyinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.

90. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən razılaşma onu imzalamış şəxslərin iradələrinə uyğun tərtib edilmiş, qanunvericiliyin tələblərinə də zidd olmamışdır. Razılaşmanın qanunazidd olması və ya razılaşmanın qanunvericiliyin tələbləri pozulmaqla bağlanılması halları müəyyən edilmir. Eyni zamanda iddiaçı tərəfindən də həmin razılaşmanın qanunazidd olmasını təsdiq edə biləcək sübutlar təqdim edilməmiş və qeyd edilən üç tərəfli razılaşma müqaviləsi mülki hüququn əsas prinsiplərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında sərbəst şəkildə öz iradələrinə uyğun olaraq və Mülki Məcəlləyə zidd olmayan tərzdə bağlanmışdır.

91. Apellyasiya instansiya məhkəməsinin iddianın təmin olunmasında formalaşdırdığı mövqeyinə görə iddiaçı tərəfindən əqdin təsdiq olunma faktı mövcud deyildir və buna görə də əqdi mübahisələndirmək hüququ vardır. Əksinə, tələbkar cavabdeh3 ASC-nin razılaşmanın şərtlərini nəzərə almadan münasibətləri cavabdeh1 ilə davam etdirməsi bu nəticəyə gəlməyə imkan verir ki, bu razılaşma görünüş üçün bağlanmış əqddir.

92. Məhkəmə kollegiyası bildirir ki, ##.##.2022-ci il tarixli Razılaşma hər üç tərəfin iradə ifadəsi əsasında bağlanılmış, hər üç tərəf Razılaşmanı imzalamış və həmin Razılaşma notarial qaydada təsdiq edilmişdir. Həmin Razılaşma əsasında da iddiaçı İddiaçı öz iradə sərbəstliyi əsasında cavabdeh cavabdeh1 digər cavabdeh cavabdeh3 ASC qarşısında olan öhdəliyini hissə-hissə icra edilməsini öz üzərinə götürmüşdür.

93. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Hazırkı mübahisə üzrə bu maddənin dispozisiya şərtləri mövcud deyildir. Yəni işin müəyyən olunmuş hallarının məcmusu “əqdin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan” bağlanmasını təsdiq etmir. Belə ki, Bankın dəlillərindən görünür ki, Razılaşmanın bağlanmasında niyyət açıqaşkardır,

94. cavabdeh1 Bank qarşısında olan öhdəliyi İddiaçı tərəfindən icra edilməsi məhkəmə kollegiyasının istinad etdiyi ödənişlər də məhz İddiaçı tərəfindən aparılmışdır. Watsapp yazışmalarında cavabdeh1 adı keçmir. Bu bir daha təsdiq edir ki, ödənişlər məhz iddiaçı tərəfindən aparılmışdır.

95. Lakin işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi həmin dəlillər üzrə hər hansı araşdırma aparmamış və nəticədə əsassız olaraq bağlanmış “... sazişin yuxarıda qeyd olunan şərtləri, həm də saziş bağlandıqdan sonra tərəflərin davranışı, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər bu əqdin əhəmiyyətsizliyi qənaətinə gəlməyə əsas verir.” kimi əsassız nəticəsinə gəlmişdir.

96. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı situasiyada eyni borc məbləği üzrə öhdəliyin icrası qanunvericilikdə nəzərdə tutulan digər əsaslar (zaminlik, birgə borclu və s.) olmadan 2 şəxsin üzərindədir, faktiki olaraq kreditorun həm cavabdeh1, həm də İddiaçı eyni öhdəliyin icrasını tələb etmək hüququ saxlanılır, eyni məbləğlə bağlı 2 icra sənədi üzrə icra hərəkətləri davam etdirilir. Bu situasiyanın yaranmaması üçün sazişdə cavabdeh1 öhdəliyinə xitam verilməli olması nəzərdə tutulmalı və kreditorun əvvəlki borcluya qarşı tələbindən icra icraatı çərçivəsində imtinası ilə həyata keçirilməli idi.

97. Göstərilənlərlə bağlı isə qeyd edilməlidir ki, tərəflərin razılaşması əvvəl mövcud olmuş öhdəliyə təsir göstərmir, yalnız onun icra qaydalarını müəyyən edir. Çünki, tərəflərin razılaşdırmış olduğu şərtlərdən aydın olur ki, əsas öhdəliyin tərəfi olan cavabdeh R.Yolçuyev hüquq münasibətində tərəf olaraq qalmaqdadır. Müqavilə şərtləri baxımından iddiaçı əlavə təminat olaraq öhdəliyin icrasına qəbul edilib, o artıq icra icra icraatında tərəf hesab olunur. Digər vəziyyətdə isə nəzərə alınmalıdır ki, icra icraatına xitam verilməmiş, yalnız bu icraat dayandırılmışdır. Belə şərtin mövcudluğu isə iddiaçı ilə yanaşı digər borclu olan R.Yolçuyevi icra hərəkətlərini həyata keçirməkdən azad etmir, onun hətta icranı qismən həyata keçirməsinin təsdiq olunması müqavilənin etibarsızlıq əsası kimi çıxış etmir. Icraatda eyni zamanda iki icra sənədinin olması da qanuna zidd deyildir.

98. Məhkəmə tərkibi qeyd edir ki, bu qərarın 49-50-ci bəndlərində formalaşdırılmış mövqe baxımından hazırkı mübahisənin Mülki Məcəllənin 522-ci maddəsinin tətbiqi istisna olunur. Çünki, icra sənədi qüvvədədir, icra üzrə icraata xitam verilməmışdir, icra tərəflərin razılığı ilə dayandırılmışdır, iddiaçı öhdəliyin icrasından azad edilməmişdir. Yəni klassik olaraq borcun keçməsi, öhdəliyin tam ötürülməsi baş verməmişdir. Digər tərəfin öhdəliyin icrasından azad edilmək niyyəti olmuş olsa idi, icra işi üzrə icraata xitam verilər, məhkəmə aktı ilə yaranmış icra işi üzrə borclu şəxs öhdəliyin icrasından azad edilmiş olardı.

99. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır.

100. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

101. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

102. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, MPM-in 417.1.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

103. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qərara aldı:

Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qərar qəbul olunsun. Iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar