Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-768/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu Hacıyev Hünər Zabil oğluna və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin verilməsi barədə müqavilənin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh3 qarşı "razılaşmaya xitam verilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(103)-4895/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilən 18 avqust 2022-ci il tarixli, Cavabdeh1 ASC (birinci tərəf), Cavabdeh3 (ikinci tərəf) və İddiaçı (üçüncü tərəf) arasında bağlanan Razılaşma (borcun hissə-hissə ödənilməsi barədə) ilə İddiaçı (borcuödəyən) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən Cavabdeh3 (borclu) Cavabdeh1 ASC-yə (Bank) olan 180157.57 manat borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 3- cü bəndinə əsasən borcu ödəyən bu razılaşmanın 2-ci bəndi ilə müəyyən olunan borc məbləğini təşkil edən pul vəsaitini 2022-ci ilin sentyabr ayından başlayaraq, hər ay 5.000 manatdan az olmamaqla 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 5-ci bəndinə əsasən Bank borcödəyən tərəfindən borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh1 ASC və Cavab deh3 arasında imzalanmış 18 avqust 2022-ci il tarixli, reyestrdə 3M-2411 № ilə qeyd edilən razılaşmaya (Borcun hissə-hissə ödənilməsi barədə) xitam verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılımışdır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh3 arasında 18 avqust 2022-ci il tarixli, reyestrdə 3M-2411 № ilə qeyd edilmiş “Razılaşma” (Borcun hissə-hissə ödənilməsi barədə) imzalanmışdır. Razılaşmaya əsasən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2009 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh3 “X5” ASC-yə olan 180157.57 manat borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Pul vəsaitləri 2022-ci ilin sentyabr ayından başlayaraq, hər ay 5.000 manatdan az olmamaqla ödənilməlidir. Razılaşmanın 5-ci bəndinə ə sasən bank borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2009 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öz üzərinə götürmüşdür. Razılaşmanın 6-cı bəndinə əsasən İddiaçı tərəfindən 2 dəfədən çox gecikdirildiyi halda ödənişin ondan tutulmalı olması qeyd edilmiş, 5-ci bəndinə əsasən 5%-lik dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Razılaşmanın 9cu bəndinə əsasən İddiaçı bankın razılığı ilə borcun ödənilməsini istənilən fiziki və hüquqi şəxsə ötürülməsi nəzərdə tutulmuşdur. İddiaçı Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında olan münasibətlər üzrə öhdəlik daşımamış, borclu və ya zamin olmamış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra sənədi üzrə borclu olan Cavabdeh3 yerinə yetirməli old uğu vəzifələr üçün heç bir məsuliyyət daşımır. Bu səbəbdən də iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə həm Cavabdeh1 ASC-yə, həm də Cavabdeh3 bildiriş göndərilərək, qanunazidd razılaşmaya xitam verilməsi və məhkəmə qətnaməsi üzrə ödənilməli olan borcun tutulmasına dair icra sənədi üzrə borclu olan Cavabdeh3 ötürülməsi qeyd edilmişdir. Həmin bildirişlə bağlı bugünədək hər hansı hərəkət edilməmişdir. Cavabdeh1 ASC tərəfindən bildiriş xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Bildirişin Cavabdeh3 çatdırılması üçün “Azari Express” kuryer xidmətinin kuryeri tərəfindən Cavabdeh3 ünvanına gedilmiş qapını açan olmadığından bildirişin çatdırılması mümkün olmamışdır. Mülki qanunvericilikdə tələbin güzəşti anlayışı olsa da, öhdəliyin (borcun) güzəşti anlayışı yoxdur.
4. Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2062/2024 nömrəli 30 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iş materiallarında olan və hazırda iddianın predmeti olan xx.xx.2022-ci il tarixli Razılaşma hər üç tərəfin iradə ifadəsi əsasında bağlanılmış, hər üç tərəf Razılaşmanı imzalamış və həmin Razılaşma notarial qaydada təsdiq edilmişdir. Həmin Razılaşma əsasında da İddiaçı öz iradə sərbəstliyi əsasında Cavabdeh3 digər Cavabdeh1 ASC qarşısında olan öhdəliyini hissə-hissə icra edilməsini öz üzərinə götürmüşdür. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, mübahisələndirilən razılaşmanın icra edilməməsinə görə cavabdeh Bank tərəfindən icra qeydi verilmişdir.
6. İddiaçı hazırda qanunvericilikdə öhdəliyin gü zəşti anlayışının olmamasını əsas gətirib sözügedən razılaşmanın qanunazidd olmasını iddia edərək, həmin razılaşmaya xitam verilməsini tələb etsə də, qanunvericiliyin tələblərinə əsasən həmin razılaşmanın qanunazidd olması və ya razılaşmanın qanunvericiliyin tələbləri pozulmaqla bağlanılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən də həmin razılaşmanın qanunazidd olmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmiş və qeyd edilən üç tərəfli razılaşma müqaviləsi mülki hüququn əsas prinsiplərinə uyğun olaraq qarşılıqlı razılıq əsasənda sərbəst şəkildə öz iradələrinə uyğun olaraq və Mülki Məcəlləyə zidd olmayan tərzdə bağlanmışdır.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki iş üzrə icraat zamanı müəyyən edilmişdir ki, hazırkı iddiaçı qeyd e dilən razılaşma müqaviləsi bağlandıqdan sonra götürdüyü öhdəlik üzrə borc olaraq banka müəyyən ödənişlər də həyata keçirmişdir ki, bu da onun müqavilə şərtlərini bildiyini və razılaşaraq ödəniş etdiyini ehtiva edir.
8. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehlərə qarşı "razılaşmaya xitam verilməsi" tələbinə dair iddiası əsassızdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 386.1, 390.1, 425, 430.1, 431.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 1
0. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında olan münasibətlər üzrə öhdəlik daşımamış, borclu və ya zamin olmamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra sənədi üzrə borclu olan Cavabdeh3 yerinə yetirməli olduğu vəzifələr üçün heç bir məsuliyyət daşımır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə vəzifə qoyulmuş borclu özünün şəxsən yerinə yetirməli olduğu vəzifəni digər üçüncü şəxsə güzəştə gedə bilməzdi. Bu hal, qanunvericiliyin tələblərinə kəskin şəkildə ziddiyyət təşkil edir. MM-nin 194-cü maddəsindən tam aydındır ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyi tələbin güzəşti anlayışını tanıyır, amma məhkəmə qətnaməsi ilə borclunun şəxsən yerinə yetirməli olduğu vəzifənin digər üçüncü şəxsə güzəşti konseptinə yer vermir. Məhkəmənin mövqeyindən belə çıxır ki, vəzifənin güzəşti ilə bağlı müqavilənin bağlanması MM-nin 390.1-ci maddəsinin son cümləsindəki “bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr” hissəsinin əhatə dairəsinə düşmür. Lakin, məhkəmə nəzərə almamışdır ki, mövcud mübahisənin predmeti olan razılaşma Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin tələblərinə birbaşa olaraq ziddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmadan iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Qanunverici tərəfindən m əhkəmələrin üzərinə vəzifə olaraq qoyulmuşdur ki, ədalət mühakiməsini həyata keçirərkən tərəflərə bərabər şəkildə yanaşsın, onlar tərəfindən təqdim edilən hər bir sübutu, edilən hər bir etirazı bərabər şəkildə, işin bütün faktiki hallarını lazımi dərəcədə və diqqətlə qiymətləndirsin. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən qeyd edilən məqamlara ciddi və diqqətli şəkildə yanaşmamışdır. Məhkəmə iddiaçının razılaşma üzrə ödənişlər etməsi, həmçinin onun şərtlərindən xəbərdar olub-olmaması kimi halların razılaşmanın qanunauyğunluğunun müəyyənləşdirilməsində əhəmiyyət kəsb etməməsini nəzərə almamışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4895/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Azad İmanov-sədrlik edən və məruzəçi, Məmməd Məmmə dov və Fuad Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası ilk öncə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə Cavabdeh3 digər Cavabdeh1 ASC-yə borcunun olması və bununla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)154/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin verilməsi işin mübahisəsiz halıdır. Həmin qeyd edilən icra vərəqəsi əsasında Cavabdeh3 digər Cavabdeh1 ASC-yə olan borcunun hazırkı iş üzrə İddiaçı tərəfindən hissə-hissə ödənilməsi barədə tərəflər ar asında bağlanan razılaşma hazırda iddiaçı tərəfindən mübahisələndirilir.
15. Bununla bağlı məhkəmə kollegiyası vurğulamışdır ki, qanunvericilik eyni zamanda tərəflərə təkcə Mülki Məcəllədə nəzərdə tutulan müqavilənin bağlanmasını yox, həmçinin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilənin bağlanması hüququnun verildiyini də nəzərdə tutur.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə iş materiallarında olan və hazırda iddianın predmeti olan xx.xx.2022-ci il tarixli razılaşma hər üç tərəfin iradə ifadəsi əsasında bağlanılmış, hər üç tərəf razılaşmanı imzalamış və həmin razılaşma notarial qaydada təsdiq edilmişdir. Həmin razılaşma əsasında da İddiaçı öz iradə sərbəstliyi əsasında Cavabdeh3 digər Cavabdeh1 ASC qarşısında olan öhdəliyini hissə-hissə icra edilməsi ni öz üzərinə götürmüşdür.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən razılaşmanın icra edilməməsinə görə cavabdeh bank tərəfindən icra qeydi verilmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı hazırda qanunvericilikdə öhdəliyin güzəşti anlayışının olmamasını əsas gətirib sözügedən razılaşmanın qanunazidd olmasını iddia edərək, həmin razılaşmaya xitam verilməsini tələb etsə də, qanunvericiliyin tələblərinə əsasən həmin razılaşmanın qanunazidd olması və ya razılaşmanın qanunvericiliyin tələbləri pozulmaqla bağlanılması halları müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən də həmin razılaşmanın qanunazidd olmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmiş və qeyd edilən üç tərəfli razılaşma m üqaviləsi mülki hüququn əsas prinsiplərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında sərbəst şəkildə öz iradələrinə uyğun olaraq və Mülki Məcəlləyə zidd olmayan tərzdə bağlanmışdır.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki iş üzrə icraat zamanı müəyyən edilmişdir ki, hazırki iddiaçı qeyd edilən razılaşma müqaviləsi bağlandıqdan sonra götürdüyü öhdəlik üzrə borc olaraq banka müəyyən ödənişlər də həyata keçirmişdir ki, bu da onun müqavilə şərtlərini bildiyini və razılaşaraq ödəniş etdiyini ehtiva edir.
20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 390.1, 385.1, 386.1, 425, 430.1, 431.1-ci maddələrə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmadan, iddiaçının maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlillərinə səthi yanaşaraq, birinci instansiya məhkəməsinin əsassız mövqeyi ilə razılaşmışdır. Bununla da, birinci instansiya məhkəməsinin qanunvericilik çərçivəsində imperativ şəkildə müəyyən olunmuş maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etməklə yol verdiyi nöqsanlar apellyasiya məhkəməsi tərəfindən yenidən təkrarlanmışdır.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi “öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlid ir” hissəsinə lazımi diqqəti yetirməmişdir. 180157,57 manat kimi yüksək bir məbləğdəki krediti mövcud iqtisadi şəraitdə bank(lar) hər bir şəxsə vermir. Əks təqdirdə, bank(lar) vermiş olduğu kredit borcunu geri almaqda olduqca ciddi problemlərlə qarşılaşa bilər. Bu səbəblə də, kredit alan borclu müəyyən tələblərə cavab verməlidir. Buna görə də, artıq belə yüksək məbləğdəki bir kredit öhdəliyi birbaşa kredit alanın şəxsinə bağlanmış hesab edilir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-174/2022 saylı qərarında qeyd edilmişdir ki, kredit alan şəxs banka qarşı özü şəxsən öz əmlakı ilə öhdəlik daşıyır. Qeyd edilənlərə müvafiq olaraq, mövcud işdəki kredit öhdəliyi Cavabdeh3 şəxsinə bağlıdır və buna görə də, öhdəliyin təbiətindən irəli gəlir ki, Cavabdeh3 öhdəliyi məhz özü icra etsin. Dig ər tərəfdən, həmin kredit borcunun Cavabdeh3 tutulması məhkəmə tərəfindən qərara alınmışdır. İş üzrə icra sənədində borclu qismində Cavabdeh3 çıxış edir.
24. İddiaçı qeyd etmişdir ki, o, Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında olan münasibətlər üzrə öhdəlik daşımamış, borclu və ya zamin olmamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra sənədi üzrə borclu olan Cavabdeh3 yerinə yetirməli olduğu vəzifələr üçün heç bir məsuliyyət daşımır.
25. Kassator şikayətini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə, Mülki Məcəllənin 194.1, 431, 390.1, Mülki Prosessual Məcəllənin 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərb aycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.
31. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
32. Maddə
524. Öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
35. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir.
36. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
37. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəl diyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, mübahisələndirilən qətnamədə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında da qeyd edildiyi kimi, “istənilən iddia tələbi ilə əlaqədar məh kəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalı dır.”
44. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 ilə bağlanmış müqavilənin qanunda nəzərdə tutulmaması əsası ilə müqaviləyə xitam verilməsini xahiş etmişdir. “Müqaviləyə xitam verilməsi” ifadəsi ilə iddiaçının əslində müqavilənin etibarsız hesab edilməsini və ya ləğv edilməsini xahiş etdiyi işə baxan məhkəmə tərəfindən dəqiqləşdirilməli və buna müvafiq hüquqi dəyərləndirmə həyata keçirilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən müqavilənin etibarsız hesab edilməsi ilə ləğv edilməsinin həm hüquqi əsasları, həm də hüquqi nəticələri fərqlidir.
45. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsində iddiaçının tələbinin müqavilənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi kimi qəbul edilməsi ilə bağlı əsasla ndırma öz əksini tapmamış, həmin qətnaməni qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsi də bu məsələ ilə bağlı mövqeyini bildirməmişdir.
46. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaya hüquqi qiymət verilərkən ilk növbədə məhkəmə tərəflər arasında hansı müqavilə münasibətinin yarandığını, Mülki Məcəllədə belə bir müqavilə növünün mövcud olub-olmadığını araşdırılmalı, bundan sonra müqavilənin həmin müqavilə növü üçün qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıb-bağlanmadığını, müqavilənin etibarsız və ya ləğv edilməsi üçün əsasların olubolmadığı yoxlanılmalı idi.
47. Öhdəliyin kreditorun icazəsi ilə üçüncü şəxsə verilməsi barədə müqavilə və həmin müqavilədən irəli gələn münasibətlər MM-nin 522-526-cı maddələri ilə tənzimlənir. MM-nin 522.1-ci maddəsində qeyd e dilir ki, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-nin 522.2-ci maddəsində borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşmanın hansı halda etibarlı olduğu müəyyən edilir.
48. Hazırkı iş üzrə nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi qətnamədə mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarına istinad etməmiş, iddiaçı tərəfindən bağlanmış müqavilədə qanunvericiliyin tələblərinin pozulmadığı qeyd edilsə də, konkret normalara istinad edilməmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2024cü il tarixli, 2(103)-4895/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2024-cü il tarixli, 2(103)4895/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.