Məhkəmə qərarları › İş №2(1-8)-743/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-743/2026

01.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-743/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, maneənin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı torpaqdan müvəqqəti istifadə hüququnun vərəsələrlə davam etdirilməsi və torpaq sahəsinə buraxılmağa maneənin cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Hazırkı iş üzrə tərəflər qardaşdırlar. Tərəflərin atası Quliyev Bəxtiyar 2016-cı il tarixdə ölmüşdür. Iddiaçılardan iddiaçı2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Onun üzərində qızı Qanuni nümayəndə qəyyum təyin edilmişdir.

2. ##.##.1987-ci il tarixli vətəndaşa dəniz kənarında müvəqqəti olaraq bostan sahələrinin verilməsi haqqında protokola əsasən, X20 * saylı evdə yaşayan X14 dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi verilmişdir.

3. Azərbaycan Respublikası Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş *-*/** saylı ##.##.2023-cü il tarixli məktuba əsasən, X14 dəniz kənarına bostan sahəsi üçün verilmiş 10 sot torpaq sahəsi vergitutma obyekti olaraq, Mərdəkan bələdiyyəsində 2012-ci il tarixdən qeydiyyata alınmışdır. Protokolda vətəndaşa ayrılmış 10 sot torpaq sahəsinin ünvanı göstərilmədiyi üçün həmin torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinin ünvanı sənəddə H.Z.Tağıyev küçəsi göstərildiyi üçün X14 verilmiş bostan sahəsinin ünvanı da H.Z.Tağıyev küçəsi olaraq Mərdəkan bələdiyyəsində qeydiyyata alınmışdır.

4. Hal-hazırda iddiaçılar iddia edir ki, Cavabdeh onların mübahisəli əmlaka girişini və ondan istifadəsini məhdudlaşdırdığından hazırkı iddia tələbini irəli sürmüşlər.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən bağ sahəsi ilə bağlı müvəqqəti istifadə hüququnun, torpaq sahəsinin istifadəçisi olmuş X14 vərəsələri olan iddiaçılar - iddiaçı1, iddiaçı2 və cavabdeh - Cavabdeh ilə davam etdirilməsi, cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Tağıyev küçəsi 415-417, ev 409 ünvanında yerləşən bağ sahəsi keçmiş Əzizbəyov Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin 1987-ci il ## ### tarixli protokolundan çıxarışa əsasən (qoşmaya əlavə edilir) mərhum atası X14 verilmişdir. Sonrakı illərdə atası həmin ərazini yaşayış üçün münasib şəraitə gətirmiş, qaz və elektrik xətləri çəkdirmiş və yaşayış üçün yararlı olan ev inşa etmişdir. Müvafiq qurumlar tərəfindən qaz və elektrik sayğacları quraşdırılmış və atasının adına rəsmiləşdirilmişdir (quraşdırılmış sayğaclar barədə sənədlərdə qoşmaya əlavə edilir). Bundan başqa yerli iqlimi əlverişli olan əncir, nar, iydə, heyva və s ağaclar əkmişdir. Ailələri təxminən 1990-1991-ci illərdən sonra mütəmadi olaraq hər il yay mövsümünü Sahil çimərliyindən təxminən 300 metr məsafədə yerləşən həmin bağ sahəsində keçirmişdir. O və kiçik qardaşı Vüqar ailə qurduqdan sonra isə ayrı-ayrı vaxtlarda övladları və digər ailə üzvləri ilə birgə yayda orada istirahət etmişlər. Yaşlı vaxtlarında isə atası həmin ərazidə tikili olan sahəni kiçik qardaşı Vüqara satmaq şərtilə 3 oğlu (Bayram, Etibar və Vüqar) arasında bölmüşdür. Atası ##.##.2016-cı il tarixdə vəfat etdikdən sonra isə mərhum anası və onlar həmin əraziyə mütəmadi olaraq baş çəkmişlər. Bunun başlıca səbəbi onun doktorant təhsili ilə əlaqədar xaricdə olmağı, qardaşı Vüqarın və anasının səhhətində olan problemlər və digər məişət qayğıları olmuşdur. Keçən ilin yanvar ayında isə qardaşı Bayram həmin sahəyə maklerlərin gəlməsi və oranı saxta sənədlərlə sənədləşdirib ələ keçirəcəklərini bəhanə edib anasından həmin sahənin açarlarını almış və xərcləri bərabər bölmək şərtilə daha möhkəm qıfıl kilidləmə işlərini görmüşdür. Yeni açarların bir nüxsəsini də anasına və qardaşı Vüqara vermişdir. Ondan sonra bir neçə dəfə anası və kiçik qardaşı bağa baş çəkmiş, mövsümü meyvələri toplamışlar. Növbəti dəfə ##.##.2021-ci il tarixdə o, anası və qardaşı ilə oraya baş çəkdikdə qıfil dəyişdirildiyinə görə onlarda olan açarların açmadığından əraziyə daxil ola bilməmişlər. Ilk növbə qardaşı Bayramdan şübhələnən mərhum anası ona zəng edərək çağırmışdır. O, isə qısa vaxt ərzində bağa gələrək yeni açarlarla darvazanı açmışdır. Heç bir izahat vermədən qısa vaxt sonra onların həmin ərazini tərk etməsini tələb etmiş, qardaşı Vüqarın oranı tərk etmədiyini gördükdə özü oradan uzaqlaşmışdır. Anası qardaşı bir müddət orada qalmış, sonra isə getdikdən sonra, görünür Bayram yenidən qayıdaraq oranı özü ilə gətirdiyi başqa bir qıfılla qıfıllamışdır. Daha sonra 2021-ci il dekabr ayının əvvəllərində də yenə ora getdikdə yeni qıfıl asıldığını, köhnə açarların isə ora düşmədiyi görmüşlər. Anası və bacısı 2022-ci ilin yanvar ayında vəfat etdiyindən bir müddət oraya gedə bilməmişlər, sonra yenə əraziyə baş çəkdikdə yenə həmin mənzərənin şahidi olmuşlar. Söhbət etdiyi qonşular Bayramın bu hərəkətini qınayaraq onun içəridə xırda təmir tikinti işləri ilə məşğul olduqlarını təsdiqləmişlər. Hazırda cavabdeh onların həmin ərazidən istifadələrinə maneəçilik yaratmaqla onları həmin əraziyə buraxmır.

7. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-*(***)-***/**** saylı işi üzrə ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin aradan qaldırılması, cavabdeh Cavabdeh gələcəkdə də iddiaçılara qarşı bu cür qadağaların yaradılmasının qadağan edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (Hakim-X3).

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.1987-ci il tarixli vətəndaşa dəniz kənarında müvəqqəti olaraq bostan sahələrinin verilməsi haqqında protokol ilə X20 * saylı evdə yaşayan Cavabdeh dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi ayrılmışdır. O həmin sahəni tikilinin kiçik oğlu Vüqara çatmaq şərtilə 3 oğlu (Bayram, Etibar və Vüqar) arasında bölmüşdür. Quliyev Bəxtiyar 2016-cı il tarixdə rəhmətə getmişdir. Iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri alaraq mərhumdan qalan əmlaka müəyyən edilmiş hissədə vərəsə qismində tanınmışlar. Hal-hazırda Cavabdeh digər qardaşlarının mübahisəli əmlaka girişini və ondan istifadəsini daima əngəlləşdirmiş və məhdudlaşdırmışdır. iddiaçı1 və iddiaçı2 Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Tağıyev küçəsi 415-417, ev 409 ünvanında yerləşən bağ sahəsi ilə bağlı müvvəqəti istifadə hüququnun, torpaq sahəsinin istifadəçisi olmuş X14 vərəsələri olan iddiaçılar - iddiaçı1, iddiaçı2 və cavabdeh - Cavabdeh ilə davam etdirilməsi, cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə ilk öncə iddia tələbinin “ünvan 3 ünvanında yerləşən bağ sahəsi ilə bağlı müvvəqəti istifadə hüququnun, torpaq sahəsinin istifadəçisi olmuş X14 vərəsələri olan iddiaçılar iddiaçı1, iddiaçı2 və cavabdeh-Cavabdeh ilə davam etdirilməsi” hissəsinə qiymət verərək, hesab etmişdir ki, iddia tələbi qeyri-dəqiq olduğundan və əsaslandırılmadığından iddia bu hissədə təmin edilməməlidir.

10. Məhkəmə qeyd etmişdir ki, qardaşlar arasında yaranmış mübahisə vərəsəlik münasibətləri yaratmamışdır, yaranmayan münasibətlərin davam etdirilməsinə dair iddia tələbi də təmin edilə bilməz.

11. Məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneənin qadağan edilməsinə” hissəsinə isə qiymət verərək, hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan iddia bu hissədə təmin edilməlidir.

12. Belə ki, mərhum CavabdehB dövlət reyestrindən çıxarışı olmasa da, ##.##.1987-ci il tarixli protokoldan çıxarışın surətindən görünür ki, X20 * saylı evdə yaşayan Cavabdeh dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi ayrılmışdır və həmin gündən mərhum faktiki olaraq torpaq sahəsinə sahiblik etmişdir. Cavabdeh oğulları mərhumun varisləridir və qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Hazırda cavabdeh iddiaçılara miras əmlaka sahiblik etmək və əmlakdan istifadə etmək hüquqlarını məhdudlaşdırır. Iş materiallarından göründüyü kimi iddiaçılar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri almışlar, yəni atasından qalmış mirası qəbul etmişlər.

13. Beləliklə, məhkəmə, cavabdeh Cavabdeh tərəfindən iddiaçılara qarşı yaradılmış maneələrin əsassız və qanunsuz olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən bu torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneə aradan qalxmalıdır.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 158.1.2, 159, 164, 165, 166.3, 179.2, 179.3, 179.2, 179.3, 1133.2, 1159.1, 1243.3, 1257.1 1285.1-ci, Torpaq Məcəlləsinin 50, 52-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 89.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddiaçıların iddia tələblərinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsini 2002-ci ildə o, sənədsiz olaraq almışdır. Həmin müddətdən də daim orada usta işləyib, müəyyən işlər görülmüşdür. Məhkəmənin dəlili iddiaçıların təqdim etdikləri keçmiş Əzizbəyov Rayon Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin 1987-ci il ## ### tarixli protokolundan çıxarış və iddiaçıların əsasssız mülahizələri olmuşdur. Guya həmin sahə qeyd edilən çıxarışla mərhum atası X14 verilmişdir. Iş materiallarından da göründüyü kimi qeyd edilən Protokoldan çıxarışda X20 * saylı evdə yaşayan CavabdehB-ya müvəqqəti bostan sahəsi ayrılması qeyd olunmuşdur. Sənədin surətində CavabdehB-nın kim olduğunu, mərhum atası X14 olduğu barədə məhkəmə necə əmin olmuşdur, məlum deyil. Lakin Azərbaycanda yaşayan müxtəlif millətləri də nəzərə alaraq “B” hərfi ilə başlayan 152 kişi adını təsbit edə bildi (Qoşma-1). Ehtimal nəzəriyyəsinə görə, CavabdehB-nin, X14 olması ehtimalları 1/152x152 1/23.104-dir, (0,0043%-ə) bərabərdir. Nədənsə hakim 23103 (99,9957 %) olmama ehtimalını deyil, olma ehtimalı 0,0043% olanı qəbul etmişdir. Belə çıxır ki, bu sənədin surətini əldə edən soyadı Quliyev olan, adı və ata adı “B” hərfi ilə başladığı ehtimal olan 23103 nəfər vətəndaş və ya onların vərəsələri bənzər iddia ilə Xəzər Rayon Məhkəməsinə müraciət edə bilər. Bundan əlavə, qeyd edilən protokolun tarixi olsa da, nömrə və ya sayısı yoxdur. Bütün rəsmi sənədlərdə nömrə və ya sayı qeyd edilir. Tarix və ya sayısı olmayan sənədlər etibarsız sayılır. Qeyd edilən sənəddə X20 * saylı ünvan fərdi yaşayış evi olaraq qeyd edilir. Lakin Bakı şəhəri Icra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfat Departamenti Xəzər Rayon Mənzil-Kommunal Təsərrülat Birliyi 130 Sayılı Mənzil Komunal Istismar Sahəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı ## #### 2023 tarixli və №*** saylı Arayışda (Qoşma-2) X20 * saylı ünvanda fərdi yaşayış evi deyil, çoxmənzilli yaşayış binası olduğu məlum olmuşdur. X15 qəsəbəsi Ramin Qasımov (əvvəlki adı Köhnə Bolşeviklər) küçəsi * saylı binada arxiv sənədlərinə əsasən 1985-1990-cı illərdə Cavabdeh qeydiyyatda olmamışdır. Araşdırma zamanı 10 mənzilin olduğu binada bu günə qədər, 1950-ci ildən 8№ li mənzildə yaşayan X21, 1964-cü ildən 4№ li mənzildə yaşayan yaşayan X22, 1965-ci ildən 5№ li mənzildə yaşayan X5, 1972-ci ildən 1№ li mənzildə yaşayan X1, 1977-ci ildən 6№ li mənzildə yaşayan X26, yenə həmin mənzildə 1981-ci ildən yaşayan X11 və 2№li mənzildə 1980-ci ildən yaşayan X8 daxil olmaqla həmin bina sakinlərinin heç biri X14 tanımırlar və mərhumun bu binada heç bir zaman yaşamadığını qeyd edirlər. X8 şəxsiyyət vəsiqəsinin surətindən (Qoşma- 3) də həmin ünvanın çoxmənzilli yaşayış binası olduğu aydın olur. Iddiaçıların da çox gözəl bildiyi, lakin məhkəmədən gizlətdiyi kimi, mərhum atası X14 Bolşeviklər Küçəsi * saylı binada nə qeydiyyatlı, nə də qeydiyyatsız yaşamışdır. Bundan əlavə, qeyd edilən protokoldan çıxarışla bağlı nə Milli Arxiv Idarəsində (Qoşma-4-də təqdim edilən ## ### 2023 tarixli və №*-48-2F/2- Q03012/2023 saylı sənəd), nə də Qoşma-5 də təqdim edilən Bakı Şəhər Icra Hakimiyyətinin arxivində (## ### 2023-cü il tarixli və№*- **/*-Q-***/**** saylı sənəd) hər hansı bir qeyd tapılmamışdır. Arxiv sənədi olmayan sənədlər etibarlı sayılmır (saxta olaraq qəbul edilir) və bu sənədlərlə bağlı dövlət reyestrdə hər hansı əməliyyat edilmir və çıxarış verilmir. Göründüyü kimi, məhkəməyə təqdim edilən və məhkəmənin dəlil olaraq qəbul etdiyi sənədin 1) protokolun №si və ya sayı mövcud deyil, 2) heç bir arxiv sənədi mövcud deyil, 3) CavabdehB-nın Cavabdeh olma ehtimalı 0,0043%-ə bərabərdir, 4) X20 9 fərdi yaşayış evi deyil, çoxmənzilli yaşayış binasıdır, 5) mərhum atası həmin ünvanda yaşamayıb, qeydiyyatda olmayıb və onu X20 9 №li binada heç kim tanımır. Sadalanan və sübuta yetirilən qeyd edilən 5 arqument və faktlar kifayətdir ki, əminliklə bu sənədin saxta olduğunu və mərhum atasına aid olmadığını söyləsin. Əgər iddiaçıların iddia etdikləri kimi həmin torpaq sahəsi mərhum atasının istifadəsində idisə, nəyə görə 30 il ərzində (1986-2016-ci illər) mərhum atası həmin sahəyə dövlət reyestrdən çıxarış almamışdı? Məhkəmə tərəfindən onun təqdim etdiyi (##.##.2023 tarixli mübahisəli sənədin surəti ilə bağlı və ##.##.2023 tarixli şahidlə bağlı) vəsatətləri təmin edilsə idi, sənədin saxta olduğu meydana çıxacaq, iddiaçıların bilə-bilə məhkəməyə atasına aid olmayan saxta sənəd təqdim edərək, yalan və əsassız qərar çıxmayacaqdır. Məhkəmənin (iddiaçıların şifahi bəyanına əsasən) müəyyən etdiyi predmetlərdən bir də mahiyyəti üzrə bağ sahəsinin mərhum atası X14 istifadəsində olması və onu tikili ev Vüqara qalmaq üzrə, Etibar və onun arasında bölgü aparmasıdır. Məhkəmənin bu qənaətə necə gəldiyi məlum deyil, bu sahədə də kifayət qədər araşdırılma aparılmamışdır, çünki bölgünün necə aparılması barədə heç bir məlumat yoxdur. 1-2 il əvvəl iddiaçılar özlərinə məxsus torpaq sahələrini satmamışdan əvvəl Mərdəkan qəsəbəsi Fuad Qasımzadə küçəsində onunla divar qonşusu idilər, aralarında biri mərhum atasının sağlığında, ikincisi də iddiaçılar tərəfindən (onlara öz həyətyanı sahəsindən ayırıb verdiyi sahəyə) 2017-ci ilin avqust ayında olmaq üzrə toplam 3 ədəd daş hasar çəkilmişdi. Yəni, 2017-ci ilin avqust ayından torpaq sahəsinin sərhədlərini müəyyən edən və torpaq sahələrini bir birindən ayıran daş hasar mövcud idi (və həmin vəziyyət yeni qonşularla davam edir) və bu tarixdən atası ilə bağlı bütün miras məsələləri iddiaçılarla razılaşdırılmışdır. Hal-hazırda analoji vəziyyət Mərdəkan qəsəbəsi Kərim Kərim küçəsində mövcuddur. Torpaq sahəsini bir-birindən ayıran sərhəd tam məlum olmadığına (ekspertin rəyi olan məhkəmə qətnaməsi hələ qanunu qüvvəsini almadığına) görə 1-2 daş təmələ sementlənmiş, daha sonra həmin təmələ dəmirlər betonlanmış və həmin dəmirlərə də barmaqlıqlar, setka çəkilmişdir. Iş materiallarından göründüyü kimi Tağıyev küçəsində belə bir naturada bölgü mövcud deyil. Əgər iddiaçıların iddia etdikləri kimi bölgü olmuş olsa idi, həmin sahə daş divarla 3 hissəyə bölünmüş olmalı idi. Çöl darvazadan əlavə içəridə 3 darvaza və 3 əl qapısı və 3-ə bölünmüş həyət olmalı idi. Qətnamənin 3-cü səhifəsinin 7-ci paraqrafında iş materiallarında iddiaçı1 adına ##.##.2012-ci il tarixində 18 manat rüsum ödəndiyini göstərən qəbz barəsində qeyd edilmişdir. Lakin o, ##.##.2023-cü il tarixində iş materialları ilə tanış olarkən belə bir sənədə rast gəlmədi. Iş materiallarında mərhum atası, anası, Vüqar və onun adına qəbzlər var. Həmin gün Qətnaməni təhvil almışdır. Belə bir qəbz mövcud deyil, güman edir ki, məhkəmənin texniki səhvi olmuşdur. Vüqarın ##.##.1976-cı il təvəllüdlü olmasını və hərəkət qabiliyyəti məhdud olduğunu və heç bir gəliri olmadığı, mərhum atasının himayəsində yaşadığını və həyət yoldaşının da əmək qabiliyyəti olmadığı nəzərə alınsa, 14-24 yaşlarında oğlan uşağı, sonra evli bir şəxs, heç bir şəraiti (sanitar su qovşağı belə olmayan) ərazidə necə istirahət etmişlər? Mərhum atası və digər ailə üzvləri ilə X6 Respublikasında təhsil alan arvadına görə münasibətləri soyuq idi. Belə olan halda həmin ərazidə Etibar ailəsi ilə necə istirahət edə bilədi? Etibar həmin əraziyə nə pul xərcləyib, nə də zəhmət çəkib, nə həmin sahənin Etibarda açarı olub. Həmin açarlar hər zaman onda (1 nüsxəsi şəhərdəki evində, nüsxəsi işdə, 1 nüsxəsi də Xəzər rayonu, Mərdəkan qəsəbəsi, F. Qasımzadə küçəsindəki fərdi yaşayış evində) olmuşdur. Mübahisəli ərazidə yerləşən bağ evin 2002-ci ildən onun sahibliyinə və istifadə olduğu müddətdə müəyyən təmir işləri və o cümlədən 2 ədəd (biri həyətdə, digəri evdə) sanitar su qovşağı tikilmişdir. 2004-cü ildən etibarən isə yay mövsümündə ailəsi ilə istirahət etmişdir, hətta 2006-cı ildə qızı 2-ci mərtəbədəki piləkənlərdən yıxılaraq travma almışdır. 2021-ci ilin sentyabr ayından etibarən 3 ildir ki, fasiləsiz olaraq davam edən bütün məhkəmə iclaslarında da buna bənzər hallar olmuşdur (notarial olaraq imzaladığı, aldığı pulu, torpaq sahəsini inkar etməsi, qüvvədən düşmüş məhkəmə qərarlarını məhkəməyə sırımağa çalışması, uydurma pul tələbləri,onun istifadəsində olan, 100-dən artıq ağac əkib becərdiyi torpaq sahəsini özününkü kimi göstərib məhkəmədən həmin torpaq sahəsini ona verilməsini, özünün baxımsız, qanqal basmış tikanlı torpaq səhəsini isə ona verilməsini xahiş etməsi, onu (həyat yoldaşına və övladına) bağışlama əqdlərinin etibarsız sayılması, mərhum bacısının ölüm faktını məhkəmədən aylarla gizlətməsi faktı Xəzər rayon Məhkəməsinin 2(003)-63/2023 və ##.##.2023 tarixli Qətnaməsində də yer almışdır (çünki mərhum bacısının qəyyumu Etibarın arvadı, Vüqar, o, Etibar isə vərəsələri idi), yalan bəyanlar vs.) iddiaları ilə müraciət edərək əsasız tələblər irəli sürmüşdür. Bakı şəhəri üzrə müxtəlif rayon məhkəmələri, Bakı Apellayasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi daxil olmaqla 13 dəfə məhkəmələr tərəfindən iddiaçıların müxtəlif iddiaları rədd edilmişdir. Bütün bunlar azmış kimi, Etibar Xəzər Rayon Polis Idarəsinə müraciət edərək guya ona məxsus boruları və digər tikinti materialları (onun həyətyanı sahəsindən ayırıb cavabdehlərə verdiyi, daha sonra onun tərəfindən Şiraslan adlı şəxsə satılan torpaq sahəsindən) oğurladığını iddia edib ona şər və böhtan atmışdır. Bu iddia ilə əlaqədar iş araşdırılmış, Xəzər RPI-nin 1-ci PŞ tədqiqatçısı, R Şahin Mustafayev tərəfindən ## #### 2022-ci il tarixli Qərarla (Qoşma-12) barəsində cinayət işinin başlanmasını rədd edilmişdir. Qərardan Etibar tərəfindən 2 dəfə Xəzər rayon Məhkəməsinə şikayət verilsə də, nəticə olaraq Xəzər RPI 1-ci PŞ tərəfindən cinayət işinin başlanması 3-cü dəfə rədd edilmişdir. Öz çirkin arzusuna çata bilməyən Etibar, bu işlə bağlı Bakı şəhər Prokurorluğuna da müraciət etmişdir. Bu dəfə eyni işlə bağlı Xəzər RPI-nin istintaq şöbəsinin müstəntiqi, R Məmməd Cəfərov tərəfindən araşdıraraq barəsində cinayət işinin başlanması ## ##### 2023-ci il tarixli Qərarla (Qoşma-12) 4-cü dəfə rədd edilmişdir. Etibar 300 AZN-ə Şiraslana satmaq üçün sövdələşdiyi ona məxsus tikinti materiallarını onun tərəfindən ona dəyən zərər kimi polisə ünvanladığı ərizəsində əvvəlcə 400 AZN, sonra 1000 AZN, daha sonra isə 1140 AZN olaraq qeyd etmişdir və müstəntiqin araşdırması zamanı ərizədə təsvir etdiyi materialların ölçüləri və sayıları həqiqətlərə uyğun olmamışdır və bununla əlaqədar müstəntiq tərəfindən arayış hazırlanıb, həmin iş materiallarına əlavə edilib və iş arxivə göndərilmişdir. Mübahisəli torpaq sahəsinin atasının adına ayrıldığına qənaət gətirən məhkəmə sübut kimi irəli sürdüyü həmin ərazidə usta kimi işləmiş şəxsi çağırıb məhkəmədə şahid kimi dindirilməsi barədə vəsatətini təmin etməmişdir. Həmin torpaq sahəsini 2002-ci ildə şəxsən özü almışdır. Nəticədə mülkiyyətindən istifadəsinə qanunsuz və əsassız olaraq məhdudiyyət qoyulmuşdur. Məhkəmə iş üzrə verdiyi vəsatətlərini təmin etməmiş və nəticədə ədalətli və obyektiv qərar çıxarılmamışdır. Həm şahidin dindirilməsi barədə, həm də iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş sənədin həqiqiliyinin yoxlanılması üçün Arxiv Idarəsinə sorğu verilməsi barədə vəsatətini təmin etməyərək prosessual normaların tələblərini kobud surətdə pozmuşdur. Göründüyü kimi məhkəmə qeyri-dəqiq, mötəbərliyi şübhə doğuran və kimə aid olduğu bəlli olmayan sənəd üzrə qətnamə qəbul etmişdir.

17. Mülki iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir: qərardadın birinci-ikinci sualları üzrə: Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin mütəxəssis rəyinə əsasən, torpaq sahəsi faktiki olaraq 1200.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Bölgü sxemində qeyd olunan 700.0 kv.m torpaq sahəsi ayrılaraq 003013061129 reyestr nömrəsi ilə ***E saylı sahə kimi iddiaçı1 adına qeydiyyatdan keçmişdir. Qalan 500.0 kv.m torpaq sahəsi isə 003013061350 reyestr nömrəsi ilə paylı mülk olaraq X16 (3/5 hissə), iddiaçı2 (1/5 hissə) və X17(1/5 hissə açıq saxlanılır) xüsusi mülkiyyətindədir.

18. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Tağıyev küçəsi, 415-417 ünvanda yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilmədi.

19. Bakı şəhəri Xəzər Rayonu Icra Hakimiyyətinin ## ###### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir: məktubun icrası ilə bağlı Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Mərdəkan bələdiyyəsinə məktub ünvanlanmış və alınan cavabda Mərdəkan bələdiyyəsi tərəfindən araşdırma zamanı vətəndaş Cavabdeh adına Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi ev 22 D ünvanında 369,7 kv.m sahədə xüsusi mülkiyyətdə olan daşınmaz əmlak və 760 kv.m torpaq sahəsinin olduğu və ##.##.2017-ci il tarixdə vətəndaşa ******* nömrəli çıxarış verildiyi bildirilmişdir. Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məlumatında Mərdəkan qəsəbəsi, Tağıyev küçəsi 415-417, ev 409 ünvanına dair heç bir sənədin olmadığı qeyd edilmişdir.

20. ƏMDX DƏDK və RP hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: Bildiririk ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1200.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi bölgüyə əsasən bölgü sxemi tərtib olundu. Tərtib olunmuş bölgüdən göründüyü kimi 100.0 kv.m və 300.0 kv.m sahələrinin yola birbaşa çıxışları olmadığından qonşu sahəsi ilə birləşdirildiyi halda işin icrası mümkündür. Əlavə olaraq bildirir ki, bölgü sxemində qeyd olunan 700.0 kv.m torpaq sahəsi ayrılaraq 003013061129 reyestr nömrəsi ilə ***E saylı sahə kimi iddiaçı1 adına qeydiyyatdan keçmişdir. Qalan 500.0 kv.m torpaq sahəsi isə 003013061350 reyestr nömrəsi ilə paylı mülk olaraq X16 (3/5 hissə), iddiaçı2 (1/5 hissə) və X17(1/5 hissə açıq saxlanılır) xüsusi mülkiyyətindədir.

21. Daha sonra iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ünvan 1 ünvanında iddiaçının faktiki istifadəsində 1670.2 m2, cavabdehin faktiki istifadəsində isə 2423.2 m2 torpaq sahəsinin olduğu müəyyən olundu. Sözügedən bağ sahəsinə dair mülki iş materiallarında hüquqmüəyyənedici və texniki sənədlər olmadığından həmin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini müəyyən etmək mümkün olmadı. Qeyd: ekspertiza tədqiqatına əlavə edilmiş cizgiyə və əsaslandırıcı hissədən müəyyən edilir ki, hər iki sahə mişar daşı ilə ortadan ayrılmış və yola çıxışları birdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı iddiaçı1 nümayəndəsi vəkil vəkil1 oğlu sonuncu ekspert rəyi ilə razılaşdıqlarını bildirməklə apellyasiya şikayətinə etiraz etmiş və qeyd etmişdir ki, 2010-cu ildə tərəflərin atasının adına işıq sayğacı olub və buna dair sübutlar iş materiallarına əlavə edilib. Bütün sayğaclar xalq deputatları sovetinin tərəflərin atasına verdiyi sərəncam əsasında verilib. Hətta ekspert vəsatətində də qeyd edilib ki, cavabdeh özünün adına olan evə sayğac çəkilən zaman da həmin sərəncamdan istifadə edib. 1989-cu ildən torpaq sahəsi tərəflərin atasının sahibliyində olub, hal-hazırda iddiaçların yaşadığı ev 2005-ci ildə tikilib, sonradan cavabdeh öz sahəsində özünə ev tikib.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fuad Talışinski-sədrlik edən və məruzəçi, Günel Abbasova və Məmməd Məmmədov).

24. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və hüquqdan sui-istifadəyə şərait yaradan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

25. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, ##.##.1987-ci il tarixli vətəndaşa dəniz kənarında müvəqqəti olaraq bostan sahələrinin verilməsi haqqında protokoldan çıxarışın surətinə əsasən müəyyən edilir ki, X20 * saylı evdə yaşayan Cavabdeh dəniz kənarında müvəqqəti olaraq 10 sot bostan sahəsi verilmişdir.

26. Azərbaycan Respublikası Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş *-*/** saylı ##.##.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, X14 dəniz kənarına bostan sahəsi üçün verilmiş 10 sot torpaq sahəsi vergi tutma obyekti olaraq, Mərdəkan bələdiyyəsində 2012-ci il tarixdən qeydiyyata alınmışdır. Protokolda vətəndaşa ayrılmış 10 sot torpaq sahəsinin ünvanı göstərilmədiyi üçün həmin torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinin ünvanı sənəddə H.Z.Tağıyev küçəsi göstərildiyi üçün X14 verilmiş bostan sahəsinin ünvanı da H.Z.Tağıyev küçəsi olaraq Mərdəkan bələdiyyəsində qeydiyyata alınmışdır.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ##.##.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, iddiaçı1 X14 qalan əmlaka 2/4 hissədə vərəsə qismində tanınmışdır.

28. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və Məhkəmə-Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli rəyinə görə ünvan 1 ünvanında iddiaçının faktiki istifadəsində 1670. 2 m2, cavabdehin faktiki istifadəsində isə 2423.2 m2 torpaq sahəsinin olduğu, ekspertiza tədqiqatına əlavə edilmiş cizgiyə və əsaslandırıcı hissədən isə hər iki sahənin mişar daşı ilə ortadan ayrıldığı və yola çıxışlarının bir olduğu müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və həmin sahədə inşa edilmiş bağ evinə buraxılmaqlarına yaradılan maneə aradan qaldırılmalı və cavabdeh Cavabdeh gələcəkdə də iddiaçılara qarşı bu cür qadağaların yaradılması qadağan edilməli olması hissəsində iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləvğ edilməsinə əsas deyildir.

30. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 158.2, 164.1, 164.2, 165.1, 165.2, 166.3, 180.1, 560.1, 560.2, 560.3-cü, Torpaq Məcəlləsinin 4-1, 50. 4, 52.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə göndərilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə iddiaçıların iddia etdikləri torpaq sahəsinə dair heç bir subyektiv hüquqları mövcud olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd etdiyi dəlilləri araşdırmamış, birinci instansiya məhkəməsinin əsassız qətnaməsini qüvvədə saxlamışdır. Kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd etdiyi kimi iddiaçıların iddia etdikləri əraziyə subyektiv hüquqları mövcud deyildir. Həmin ərazini cavabdeh pul ilə almış və illərdir ki, onun istifadə və sahibliyində olmuşdur. Qeyd edilənləri təsdiq edəcək şahidi dindirmək istəsə də, Bakı Apellyasiya Məhkəməsi buna da imkan verməmiş, iş üzrə həqiqətin ortaya çıxmasında (dəlillər) maraqlı olmamışdır. Məhkəmələr ərazini mərhum atasından miras qalmış əmlak kimi görsələr də, iş materiallarından da görünür ki, iddiaçıların iddia etdikləri sahəyə dair heç bir sənədləri mövcud deyildir. Belə olduğu təqdirdə onların hər hansı iddia qaldırmağa da hüquqları mövcud olmamışdır. Həmin ərazinin onun sahiblik və istifadəsində olması isə şübhəsizdir. Iddiaçılar bunun əksini sübut edə bilməmişlər. Belə olduğu təqdirdə iddiaçılar onlara aid olmayan darvazaya dair tələb irəli sürməsi, onun qıfılının dəyişməsinin onlara nə kimi aidiyyəti olmasını əsaslandıra bilməmişlər. Zəbt etdikləri torpaq sahəsinə dair başqa bir sahədən giriş-çıxış qapısı qoyub-qoymamaları onların öz işidir. Lakin onun qurub-yaratdığı giriş-çıxış sahəsinə iddia edərək bu hərəkətləri də ona qadağan etmək maddi və prosessual hüquq normalarının kobud pozuntusu sayılmalıdır. Məhkəmə kimə aid olması müəyyən olmayan, surət olan bir kağızı sübut kimi qiymətləndirmişdir. Belə ki, həmin kağızın: 1. Heç bir arxiv sənədi mövcud deyil, 2. X12 Icraiyyə komitəsinin sədri R. Ağayevin imzası yoxdur, 3. Cavabdeh-nın Cavabdeh olma ehtimalı 0,0043%-ə bərabərdir, 4. X20 №* fərdi yaşayış evi deyil, çoxmənzilli yaşayış binasıdır, 5. Mərhum atası həmin ünvanda yaşamayıb, qeydiyyatda olmayıb və onu X20 9№li binada heç kim tanımır. Odur ki, həmin kağız sübut kimi qiymətləndirilə və nəticədə bu cür qətnamə çıxarıla bilməzdi. Məhkəmə iş üzrə verdiyi vəsatətlərini təmin etməmiş və nəticədə ədalətli və obyektiv qərar çıxarılmamışdır. Həm şahidin dindirilməsi, həm də müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin etməyərək prosessual normaların tələblərini kobud surətdə pozmuşdur. Mübahisəli torpaq sahəsinin atasının adına ayrıldığına qənaət gətirən məhkəmə onun sübut kimi irəli sürdüyü həmin ərazini satın aldığı X4 məhkəməyə cəlb edilməsi barədə iki dəfə vermiş olduğu vəsatətimi təmin etməmişdir. Həmin torpaq sahəsini 2002-ci ildə şəxsən özü almışdır. Təəssüf ki, məhkəmə vəsatətlərini təmin etməmişdir. Nəticədə mülkiyyətindən istifadəsinə qanunsuz və əsassız olaraq məhdudiyyət qoyulmuşdur. Iddiaçıların özbaşnalığı ilə əlaqədar ##.##.2025 tarixli apellyasiya şikayətinə əlavənin qoşmalarında yer alan ##.##.2024 tarixli ərizə ilə Xəzər Rayon icra şöbəsinə və ##.##.2024 tarixindən etibarən də məhkəməyə dəfələrlə müraciət etmişdir. Müvəqqəti təminat tədbiri ilə əlaqədar müraciət etmişdir, lakin qarşılıqlı iddia ərizəsi vermədiyinə görə tələbi təmin edilməmişdir. Bununla bağlı hazırkı qətnamənin 9-cu səhifəsinin 4-cü abzasında 11-ci hissədə qeyd edilsə də, iddiaçıların yerinə səhvən “cavabdehlərin həmin əraziyə daxil olduqları” bildirilmişdir. Yenə həmin səhifədə 13-cü hissədə “Hətta ekspert vəsatətində də qeyd edib ki, cavabdeh özünün adına olan evə sayğac çəkilən zaman da həmin sərəncamdan istifadə edib.1989-cu ildən torpaq sahəsi tərəflərin atasının sahibliyində olub, hal-hazırda iddiaçıların yaşadığı ev 2005-ci ildə tikilib, sonradan cavabdeh öz sahəsinəndə özünə ev tikib” qeyd edilir. Əvvəlki 11-ci bölümdə məhkəmə predmeti bağ sahəsinin və evinin hüquqmüəyyənedici sənədinin olmadığını qeyd edilir. 13-cü hissədə isə guya ekspertin həmin ərazidə onun adına ev var və ondan guya mərhum atasının sənədindən istifadə edərək işıq çəkmişdir. Hazırkı məhkəmənin ##.##.2024 tarixli qərardadına ekspertin qarşısına qoyulan suallar və daha sonra da ekspertin həmin suallara cavabı məlumdur. Hər hansı bir işiq məsələsi yoxdur. Ekspert rəyində kimin hansı tərəfdə və nə qədər ərazidə olduğu qeyd edilmişdir. Ekspert rəyində də 2423,2 kvm torpaq sahəsinin onun istifadəsində, 1670,2 kv2 də iddiaçıların istifadəsində, cəmi 4.093,4 Yəni təxminən 40 sot olduğu qeyd edilir. Həmin 13-cü bölümdə vəkil vəkil1 bütün sayğacların guya xalq deputatlar sovetinin mərhum atasına verdiyi sərəncam əsasında verildiyini qeyd edib. Əgər elə bir sənəd mövcud idisə nəyə görə elektrik xətti çəkmək üçün 1988-ci ildən 2010-cu ilə qədər 22 il gözlənilmişdir. Iddiaçılar iddia edirdilər ki, 1990–cı illərdə ailələri ilə birlikdə həmin bağ evində istirahət etmişlər. Onda olmayan sənədlə o necə elekrtik xətti çəkdirə bilər? Daha sonra həmin bölümdə “1989-cu ildən torpaq sahəsi tərəflərin atasının sahibliyində olub, hal-hazırda iddiaçıların yaşadıqları ev 2005-ci ildə tikilib, sonradan cavabdeh öz sahəsində özünə ev tikib” qeyd edilir. Yenə də iddiada ziddiyyət əmələ gəlir. Həm deyirlər ki, ailələri ilə birlikdə 1990-cı illərdən etibarən istirahət etmişlər, həm də deyirlər ki, qaldıqları evi 2005-ci ildə tikilib, elektrik və qaz xətti 2010-cu ildə çəkilib. Belə olan halda, ona məxsus bağ evinin bir hissəsini iddiaçıların zəbt edib qaldıqları evi 2005-ci ildə kim tikib? Iş materiallarında olan ##.##.2024 tarixli izahatının qoşmasında mərhum atasına məxsus 71/103№li ## ###### 2007 tarixli maaş haqqında arayışda həkim terapevt vəzifəsində işləyən mərhum atasının 121,90 manat maaş aldığı qeyd edilir. Yenə həmin izahatın qoşmasında 3-17—1/2-Q-72350/2024№li ##.##.2024 tarixli Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində X18 Sosial Sıgorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından alına Sığorta olunanın fərdi şəxsi hesabı haqqında arayışda mərhum atasının 2006-ci ildə cəmi 1.366 manat maaş aldığı qeyd edilir. Bunu da 12 aya böləndə 113,83 manat edir. Yenə həmin izahatın qoşmasında mərhum atasının həyat şəratinin ağır olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etdiyi ərizələrdən və cavab məktublarından da göründüyü kimi həmin nazirliyin Sosial Təminat Xidməti bölümündən mərhum atasının sosial-məişət problelərinin həllinə köməklik göstərilməsi məqsədi ilə 200 manat məbləğində birdəfəlik yardım ayrıldığı qeyd edilmişdir. Bəs o zaman iddia edilən evi kim tikmişdir? Göründüyü kimi, məhkəmə predmetinin infrasrukturla bağlı aktivlik iddia edilən 1988-ci ildən sonra deyil, o, həmin sahəni aldıqdan sonra 2002-ci ildən sonra baş vermişdir. Məhkəmədə bir çox məsələlər qaranlıq qalmışdır. Çox təəssüf ki, məhkəmə məsələni obyektiv araşdırmaq üçün səy göstərməmişdir. Hazırkı qətnamənin 9-cu səhifəsindəki 13-cü bölümdə qeyd edilənlər buna bariz nümunədir. Birinci instansiya məhkəməsində iştirak edə bilmədiyinə görə məhkəmə predmeti olan bağ sahəsini aldığı X4 məhkəməyə şahid qismində dəvət olunması ilə əlaqədar vəsatət təqdim edə bilməmişdir. Ona görə də Apellyasiya məhkəməsində ##.##.2024 tarixli vəsatət təqdim edib şahid qismində qeyd edilən şəxs və başqa şəxsləri məhkəmə iclasına dəvət etməyi xahiş etmişdir. Lakin nədənsə vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Daha sonra qeyd edilən şəxsin mərhum atasına məxsus məhkəmə predmeti bağ sahəsinə aid sənədləri də əlavə edərək onu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəməyə cəlb edilməsi ilə əlaqədar ##.##.2025 tarixində vəsatət təqdim etmişdir. Həmin vəsatətin qoşmasında yeralan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Baba Əliyev küç, ev 50 a-da yaşayan X2 Mir Rəhim oğluna 40 sot bostan sahəsinin verilməsi ilə bağlı X12 Icraiyyə Komitəsinin 19 May 1988-ci il tarixli protokolundan çıxarış və sxemi, bir də Apellyasiya Məhkəməsinə ünvanlanmış Azərbaycan Respublikası Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hazırladığı 423№li ##.##.2024 tarixli arayışından da göründüyü kimi X4 mərhum atası ##.##.1993-cü ilə, vəfat edənə qədər Mərdəkan qəsəbəsi, Baba Əliyev küç, ev 50 a-da yaşamışdır, qeyd edilir. Təqdim edilən sənədlərdən də göründüyü kimi məhkəmə predmeti olan torpaq sahəsini 2002ci ildə satın aldığı Mərdəkan qəsəbəsi, Baba Əliyev küç, ev 50 a-da yaşayan X4 mərhum atası X2 Mir Rəhim oğluna X12 Icraiyyə Komitəsinin 19 May 1988-ci il tarixli protokolu ilə 40 sot sahə ayrılmış və sxem çəkilmişdir. Lakin məhkəmə bölgü sxemində X23 küçəsi yazılmadığına görə vəsatətini təmin etməmiş, işin obyektiv araşdırılması əngəlləmişdir. 1988-ci ildə hazırlanan sənəddə X23 küçəsi yazılması absurddur. Birincisi ona görə ki, 1988-ci ildə Azərbaycan Sovet Ittifaqının tərkibində idi. X23 adına küçə adı olması mümkünsüzdür. Ikincisi, yerli Mərdəkanlıların söylədiyinə görə 1988-ci ildə məhkəmə predmeti olan bağ sahəsi və ətrafında hər hansı bir küçə olmamış, bostan sahələri və dəmir yolu xətti olmuşdur. Hazırda dəmir yolu sökülərək yerinə avtomobil yolu salınmışdır. Vəsatətləri təmin edilsə idi, iddiaçıların bilə-bilə məhkəməyə mərhum atasına aid olmayan sənəd təqdim edərək, yalan və əsassız mülahizələrlə məhkəməni aldadıb obyektiv olmayan qərar çıxmayacaqdır. Maraqlısı budur ki, məhkəmə iddiaçıların iddia etdikləri 40 sot torpaq sahəsinə kimə aid olduğu məlum olmayan, səlahiyyətli nümayəndənin imzası, sənədin heç bir arxiv və bölgü sxemi məlumatları olmayan 10 sot sənədini əsas alır, lakin onun təqdim etdiyi 40 sot sənədi və ona məxsus sxemi qəbul etməmişdir. Göründüyü kimi, məhkəmə yalan və əsassız mülahizələrə əsaslanaraq qeyriobyektiv qərar qəbul etmiş və onun konstisional hüquqları pozulmuşdur. Belə olan halda, X4 məhkəməyə cəlb edilməsi də əngəllənmiş və işin obyektiv araşdırılmasında maraqlı olmamışdır.

33. Kassator şikayətini Mülki Məcəllənin 152.1-ci, Mülki Prosessual 88-ci maddələrinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MIÜMK-nın ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Iddiaçının nümayəndəsi və vəkili vəkil1 oğlu kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

36. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

37. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

38. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

39. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. Iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

40. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

41. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

42. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

43. Maddə 560.2. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

44. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: -560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

45. Maddə 4-1. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər.

46. Maddə 50.4. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər.

47. Maddə 52.1. Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. 2. Iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

58. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbləri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq cavabdehin şikayətinin dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, X14 dəniz kənarına bostan sahəsi üçün verilmiş 10 sot torpaq sahəsi vergi tutma obyekti olaraq, Mərdəkan bələdiyyəsində 2012-ci il tarixdən qeydiyyata alınmışdır. Protokolda vətəndaşa ayrılmış 10 sot torpaq sahəsinin ünvanı göstərilmədiyi üçün həmin torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinin ünvanı sənəddə H.Z.Tağıyev küçəsi göstərildiyi üçün X14 verilmiş bostan sahəsinin ünvanı da H.Z.Tağıyev küçəsi olaraq Mərdəkan bələdiyyəsində qeydiyyata alınmışdır.

59. Məhkəmə tərkibi cavabdehin kassasiya şikayətinin dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək qeyd edir ki, qəbul edilmiş qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

60. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh kassasiya şikayətində birinci instansiya məhkəməsinə təqdim edilməmiş sübutlara istinad edir, həmin sübutdan çıxış edərək şəxslərin şahid qismində dindirilməli olmasını göstərir. Lakin nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyəti olan sübutlar məhz məhkəmə hazırlıq iclasında təqdim edilməlidir. Yalnız həmin mərhələdə təqdim olunmuş sübutlar məhkəmə tərəfindən qəbul edilərək qiymətləndirilə bilər. Apellyasiya icraatında və ondan sonra təqdim edilmiş sübutlar isə gecikmiş sübutlar hesab olunur.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.

63. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir.

64. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar