Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-748/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): borc müqaviləsi (borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Aralarında bağlanmış müqaviləyə əsasən cavabdeh Cavabdeh MMC sökülməsi üçün iddiaçılar tərəfiedən verilmiş təhvil verilmiş mənzillərin əvəzinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişdiyi yerdə inşa edilmiş yaşayış kompleksinin * saylı binasında iddiaçı iddiaçı2 72,78 kvadrat metr sahəli 577 və 72,78 kvadrat metr sahəli *** nömrəli, X5 isə 132,97 kvadrat metr sahəyə malik *** nömrəli mənzillərin təhvil verilməsini öhdəsinə götürmüşdür. iddiaçı2 ona təhvil verilmiş mənzillər üçün 13000 manat, Şamayeva Süryəyya *** nömrəli mənzil üçün 33000 manat məbləğində pul ödəmişdir. Tərəflər arasında olan razılığa əsasən (##.##.2021-ci il tarixli əlavə razılaşma) mənzilin hər 1 kvadrat metri 1500 manat məbləğində hesablanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçılar iddiaçı2 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 74653 manat pulun alınaraq onlara ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mənzillər vətəndaşlara təhvil verildikdən sonra mənzillərdə bir müddət sonra qüsurlar özünü biruzə verməyə başlamışdır. Məlum olmuşdur ki, mənzillərin təmirində zəif keyfiyyətə malik olan təmir-tikinti materialları istifadə edilmiş, təmir işləri keyfiyyətə malik olmayan tikinti materiallardan istifadə edilməklə aparılması aşkara çıxarılmışdır. Yaşayış kompleksinin 7-ci binasının, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 kvadrat metr olan *** nömrəli mənzildə sanitar qovşağdakı qurğularda yaranmış olan nasazlıq səbəbindən mənzilin dəhlizində divar kağızlarının qopması baş vermişdir. Döşəmələrdə laminatın birləşmə yerlərində şişmələr və digər hallar vətəndaşların narahatlığına səbəb olmuşdur. Bununla bağlı həmin vətəndaşlar bir sıra dövlət orqanlarına və ərazi üzrə Nərimanov rayon Icra Hakimiyyətinə şikayətlər ünvanlamışlar. Mənzillərə müvafiq sorğu əsasında mütəxəssislər dəvət olunmuşdur və təmir işlərinin vəziyyəti və keyfiyyətinə dair mütəxəssis rəyi verilməsi tələb edilmişdir. Mütəxəssis rəyi ilə yuxarıda qeyd edildiyi kimi mənzillərdə aparılmış təmir-tikinti işlərinin və materiallarının keyfiyyətsiz olduğu və mənzillərin ölçülərinin təhvil-təslim aktında göstərilən ölçülərə uyğun gəlməməsi aşkarlanmışdır. Belə ki, müqavilələrdə nəzərdə tutulmuş, yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən *** nömrəli, 132,97 kvadrat metr ümumi sahəyə malik mənzilin ölçülərinin 118,9 kvadrat metr olması, yaşayış kompleksinin 7-ci binasının 3-cü və 4-cü mərtəbəsində yerləşən 577 və *** nömrəli mənzillərin hər birinin ölçülərinin isə 70,3 kvadrat metr təşkil etməsi müəyyən edilmişdir. iddiaçı1 mənzilində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) 20048 manat, iddiaçı2 577 və *** nömrəli mənzillərin hər birində malik yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) hər mənzil üçün 13030 manat vəsait tələb olunur. Bundan başqa, şirkət tərəfindən mənzillərin ölçülərində uyğunsuzluq gəldiyindən iddiaçı2 7440 manat, iddiaçı1 21105 manat ziyan vurulmuşdur. Beləliklədə müqavilə öhdəliklərin pozulması nəticəsində vətəndaş iddiaçı2 Natalivnaya 33500 manat, iddiaçı1 isə şirkət tərəfindən 41153 manat maddi zərər dəymişdir. Ümumilikdə iddiaçı2 və iddiaçı1 müqavilə öhdəliyin pozulması nəticəsində cəmi 74653 manat zərər dəymişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil4 iddia tələbinin rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı müstəqil eksperti mənzilə buraxmadığı üçün rəy təqdim edə bilmirlər. Mənzil iddiaçıya təhvil verilmişdir. 300-ə yaxın mənzil vətəndaşlara təhvil verilmişdir. Iddiaçı ödəniş etməklə əlavə sahə almışdır. Qüsur olsaydı mənzillər təhvil alınmazdı. Digər mənzillərdən fərqli olaraq iddiaçının sanitar qovşağına aksessuarlar qoyulmuşdur. Ekspert rəyi ilə razı deyillər. Mənzil təhvil-təslim edilmişdir, iddia tələbi əsassızdır. Cavabdeh öhdəliklərini yerinə yetirmişdir. 5.
6. Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli ekspert rəyi ilə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının # ###### 2012-ci il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş * saylı binada yerləşən *** saylı mənzilin ümumi sahəsinin 128,6 kvadrat metr, 577 və *** saylı mənzillərinin hər birinin ümumi sahəsinin isə 69,0 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş * saylı binada yerləşən 576, 577 və *** saylı mənzillərdə aparılmış təmir-tikinti işlərində qüsurların olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzillərdə mövcud olan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən *** saylı mənzil üzrə 23651 manat, 577 və *** saylı mənzillər üzrə isə 14762 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş * saylı binada yerləşən mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və sair altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın və sair altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan *** saylı mənzilin faktiki sahəsinin 130,4 kvadrat metr, 577 və *** saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin faktiki sahəsinin 77,3 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş * saylı binada yerləşən mənzillərin çöl divarlarının ortasından hesablanmaqla mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan, yaxud tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan *** saylı mənzilin sahəsinin 136,74 kvadrat metr, 577 və *** saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin sahəsinin 70,5 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş * saylı binada yerləşən 576 mənzilin şaxtalarının altına düşən sahənin 1,08 kvadrat metr, sütunların altına düşən sahənin 1,1 kvadrat metr, arakəsmə divarların altına düşən sahənin 5,0 kv metr, lociyanın sahəsinin isə (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 3,6 kv metr, 577 və 583 mənzillərin şaxtalarının altına düşən sahənin 1,8 kv metr, sütunların altına düşən sahənin 1,2 kv metr, arakəsmə divarların altına düşən sahənin 2,1 kv metr, lociyanın sahəsinin isə (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 3 kv metr təşkil etdiyini nəzərə alaraq, *** saylı mənzilin ümumi sahəsnin 132,58 kv metr, 577 və *** saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin ümumi sahəsinin 73,5 kv metr təşkil etdiyi müəyyən edilmişdir
7. Məhkəmə Ekspertiza Mərkəzinin # ##### 2025-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişdiyi yerdə inşa edilmiş * saylı binada 577 və 583 mənzillərin hər birinin daxili ümumi sahəsinin 70,8 kvadrat metr olduğu, *** saylı mənzilin daxili ümumi sahəsinin 130,4 kvadrat metr olduğu, qeyd olunan mənzillərdə arakəsmə divarların layihəyə uyğun inşa edildiyini nəzərə alaraq, təmir nəticəsində mənzilin ümumi sahəsinin ölçülərində fərq yaranmadığı müəyyən edilmişdir.
8. Yerli baxışa aid CD diskin materialları nəzərdən keçirilərək müəyyən edilmişdir ki, baxış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən *** nömrəli 72,78 kvadrat metr ümumi sahəyə malik, 7-ci binanın 4-cü mərtəbəsində yerləşən *** nömrəli 72,78 kvadrat metr ümumi sahəyə malik və 7-ci binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132,97 kvadrat metr olan *** nömrəli mənzillərdə aparılmışdır. Mənzillərdə müxtəlif təmir qüsurlarının mövcudluğu – divarda çoxsaylı çatlar, sanitar qovşaqda su borusunun yararsız vəziyyətdə olması, qapı-pəncərələrin açılıb bağlanmaması və sair kimi hallar müəyyən edilmişdir.
9. Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın qismən təmin edilməsi, təhvil verilən mənzilin sahəsinin əksik olduğu üçün 11340 manat məbləğində pul vəsaitinin Cavabdeh MMCdən tutularaq iddiaçı iddiaçı2 ödənilməsi, təhvil verilən mənzilin sahəsinin əskik olduğu üçün 6555 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı iddiaçı1 ödənilməsi, iddiaçı iddiaçı2 məxsus mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 20048 manat, iddiaçı iddiaçı1 26060 manat məbləğində pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 313 manat məbləğində dövlət rüsumunun 269 manatının cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı iddiaçı2 ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində pulun 85 manatının cavabdeh Cavabdeh MMC-dən, 15 manatının isə iddiaçılar iddiaçı2 və iddiaçı1 Natanilovnadan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətlərinə əsaslanan öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni tikərək təhvil verməyi, digər tərəf isə bunun müqabilində öz mülkiyyətində olan mənzili sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisi üçün qarşı tərəfə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Iddiaçılar öhdəliyini yerinə yetirmiş, mülkiyyətində olan mənzilləri cavabdehə təhvil vermişdir. Lakin cavabdeh mənzilləri təhvil versə də, mənzillərin müqavilədə göstərilən ölçüdə və keyfiyyətdə verilməsi ilə bağlı öhdəliyini tam icra etməmişdir
11. Iddiaçılar məhkəməyə müraciət edərək, həm mənzillərin sahələlərinin razılaşdırılandan az olması, həm də keyfiyətsiz təmir nəticəsində iddiaçılara maddi ziyan vurulmasına görə cavabdehdən həmin ziyanın ödənilməsini tələb edirlər.
12. Mülki işin materialları, o cümlədən mütəxəssis rəyi, ekspert rəyləri, yerli baxış protokolu və tərəflərin izahatları ilə iddianın qismən saslı olduğu öz təsdiqini tapır.
13. Məhkəmə hesab edir ki, mənzillərin ümumi sahəsinin hesablanması zamanı yalnız lociyaya münasibətdə azalma əmsalı tətbiq olunmalı olduğu, belə olduğu halda isə *** saylı mənzilin ümumi sahəsinin 128,6 kvadrat metr, 577 və 583 mənzillərinin ümumi sahəsinin isə 69 kvadrat metr olduğu müəyyən edilir. Bu hal ## #### 2024-cü il tarixli ekspert rəyinin qərardadın 1-ci sualına cavabı ilə də təsdiq edilir. Göründüyü kimi, cavabdeh mənzilləri müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Eyni zamanda ekspert rəyləri ilə mənzildə aparılan təmir işlərinin mənzilin sahəsinin dəyişilməsinə təsir göstərmədiyi də müəyyən edilir. Beləliklə, *** saylı mənzil üzrə (132,97-128,6=)4,37 kvadrat metr; 577 və 583-cü mənzillər üzrə (72,78-69=)3,78 kvadrat metr sahə əksik təhvil verilmişdir. Belə olan təqdirdə, *** saylı mənzilə görə 6555 manat; 577 və *** saylı mənzillərin hər biri üzrə isə 5670 manat; cəmi 11340 manat məbləğində pul iddiaçılara ödənilməlidir.
14. Iddia tələbinin ikinci hissəsi – mənzillərin lazımi keyfiyyətfə təhvil verilməməsi, bu səbəbdən iddiaçılara maddi ziyanın dəyməsi faktı da mülki işin materialları, o cümlədən tərəflərin izahatları, elspert rəyi, yerli müayinə iclasının protokolu və video görüntülərlə öz təsdiqini tapır. Cavabdeh bu hissədə tələbə etiraz edərkən təmir xərclərinin şişirdilidiyini, məzillərin təhvil verilərkən qüsurların olmadığını, iddiaçının qüsurların aradan qaldırılması üçün şərait yaratmadığını bildirsə də, qeyd edilənləri təqdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. 15.
16. Məhkəmə hesab etmişdir ki, tələb iddia tələbi həcmində təmin edilməli və mənzillərə dəymiş zərərin aradan qaldırılması üçün cavabdeh Cavabdeh MMC-dən 20048 manat məbləğində pul iddiaçı iddiaçı1, 26060 manat məbləğində pul iddiaçı iddiaçı2 ödənilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 324, 399.1, 385.1, 386.1, 442, 389.1, 425.1, 425.2, 443.1, 443.2, 443.3, 762.1, 762.2, 762.3-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan RespublIkasının Qanununun 100-cü (3-cü hissə), Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 97.1, 103.1, 103.2, 217.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının # ###### 2012-ci il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli * nömrəli Qərarının 3.3-cü bəndinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya qüsursuz, yüksək keyfiyyətdə və müvafiq standartlara uyğun, habelə müqavilədə nəzərdə tutulmuş ölçülərə uyğun kəmiyyət və keyfiyyət göstəriciləri ilə mənzil təqdim etmiş, tərəflər arasında təhvil-təslim aparılmış, iddiaçı mənzilin ölçü habelə qüsur və çatışmazlıqları barədə məlumat əldə etmək, mənzilə hərtərəfli baxış keçirmək imkanına malik olmuş, mənzili təftiş edərək təhvil almışdır. Lakin bir müddət sonra sakinlər tərəfindən mənzilin düzgün istismar edilməməsi və sanitar qovşağa düzgün texniki qulluq göstərilməməsi səbəbindən, yəni sakinlərin özlərinin təqsiri ucbatından mənzilin divarlarının birində su xəttinin partlaması nəticəsində divar kağızı zədələnmiş, bəzi yerlərdə divar kağızı cüzi məsafədə divardan aralanmış, qapının üst yaşmaqı (naliçnik) qopmuşdur. Məhkəmə tərəfindən bununla bağlı müvafiq eskpertiza təyin edilmiş, məhkəmə həmin qüsurun istehlakçının mənzili düzgün istismar etməməsi ilə bağlı ehtimalları və xüsusatları araşdırmadan, faktiki olaraq sübutetmə yükünün dönüşünü apararaq birbaşa cavabdehi təqsirli bilmiş, müvafiq ekspert rəyində isə su sızıntısı nəticəsində yaranmış problemi aradan qaldırmaq üçün zəruri olan xərc məbləği əvəzinə bütövlükdə mənzilin yenidən təmir xərci müəyyən edildiyi halda məhkəmə həmin məbləğin iddiaçıya ödənilməsini qət etmişdir. Halbuki, hər hansı bir mənzildə su borusundan su sızıntısı nəticəsində divar kağızı zədələndikdə heç də bütövlükdə mənzilin təmirinə zərurət qalmır, yalnız su borusu təmir edilməklə divar kağızı yenisi ilə əvəzlənir ki, bu da heç də məhkəmənin qət etdiyi məbləği təşkil etmir. Başqa sözlə, məhkəmə mənzilin divar kağızında yaranmış problemi aradan qaldırmaq üçün mənzilin bütövlükdə yenidən təmir xərcini cavabdehdən tutulmasını qət etmişdir. Halbuki, məsələyə analoji nöqteyi nəzərdə yanaşdıqda, məsələn avtoqəza hadisələri zamanı təqsirkar sürücüdən heç də yeni nəqliyyat vasitəsinin zərər çəkmiş şəxsə alınıb verilməsi və ya dəyərinin ödənilməsi deyil, yalnız avtomobilin zədələnmiş ehtiyat hissəsinin əvəz edilməsi nəzərdə tutulur. Bu baxımdan hazırki vəziyyətdə də bütövlükdə mənzilin təmiri deyil, onun yalnız zədələnmiş hissəsinin təmir xərcləri hesablanmalı, hadisənin real təqsirkar tərəfi, istehlakçının təqsiri tam istisna edildikdən və cavabdehin təqsiri sübuta yetirildikdən sonra restitusiya xərcləri tutulmalı idi. Məhkəmə isə təqsirkar tərəfi müəyyənləşdirmədən, istehlakçının mənzili düzgün istismar edib-etməməsi, hadisənin məhz iddiaçının tikinti-təmir nöqsanı nəticəsində baş verib-verməməsini aydınlaşdırmadan birbaşa iddia tələbini həmin hissədə qanunsuz və əsassız olaraq təmin etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh təmirli mənzilin təhvil verilməsi öhdəliyini üzərinə götürmüş və öhdəliyini yerinə yetirərək təmirli mənzilləri iddiaçılara təhvil vermişdir. Həmin müqavilədə mənzillərin tavanına alçipanın vurulması nəzərdə tutulmamış, mənzilin giriş və daxili qapılarının, divar kağızının hansı şirkətə məxsus olması göstərilməmişdir. Cavabdeh MMC yaşayış kompleksini inşa edərək eyni qaydada bütün mənzillərə 300 ailəni köçürmüşdür. Iddiaçılar ilkin olaraq hamam aksesuarlarının olmamasını əsas gətirərək mənzilləri təhvil almaqdan imtina etmişlər və müstəsna hal olaraq mübahisəli mənzilə cavabdeh tərəfindən hamam aksesuarları quraşdırılandan sonra hər üç mənzil təhvil alınaraq iddiaçılar tərəfindən istismar edilmişdir. Mənzillərdə təhvil verilən zaman hər hansı bir nöqsan olsa idi, iddiaçılar nəinki mənzillləri təhvil almaz, hətta Cavabdeh MMC-yə borclu olduqları pul məbləğini belə şirkətə ödəməzdilər. Bu fakt bir daha mənzillərin tam təmirli vəziyyətdə təhvil verildiyini, lakin iddiaçılar tərəfindən istismar qaydalarına riayət edilməməsi nəticəsində mənzildə qeyd olunan problemlərin yarandığını təsdiq edir. Eyni zamanda, mübahisəli mənzillərin divarları istehsalçı “Qobustone” AAC-nin qazoblokları ilə hörülmüş və həmin divarlarda təmirdən sonra çatların yaranmasına səbəb qazoblokların tikinti norma və qaydalarına uyğunsuzluğundan (istehsalçının qazoblikları istehsal edərkən texnologiyaya riayət etməməsi və s.) baş verməsi ehtimalı da real xarakter daşımışdır. Bununla bağlı təkrar ekspertizanın təyin edilməsi barədə vəsatətdə məsələ qaldırılsa da məhkəmə tərəfindən qeyd olunan xüsusatlara ümumiyyətlə münasibət bildirilməmişdir. Mənzillərin sahəsi ilə bağlı tələb hissəsi üzrə qeyd etməyi zəruri hesab edir ki, mənzillərin ümumi sahəsinə dair ekspert rəyində olan ziddiyətli göstəricilərlə bağlı bildirir ki, dövlət qurumları tərəfindən təsdiq edilmiş layihə üzrə inşa işləri aparılmış və həmin layihədə əks olunan göstəricilərə uyğun vətəndaşlara mənzillər ayrılmışdır. Təbii ki, tikinti norma və qaydalarına uyğun olaraq təmirdən sonra mənzilin ümumi sahəsində müəyyən dəyişikliklər ola bilər. Eyni zamanda, mənzillərin real ölçüləri ilə onların müqavilədə qabaqcadan şərtləşdirilmiş ölçüləri arasında mənzil mülkiyyətçilərinin zərərinə hər hansı fərq mövcud olmamış, məhkəmənin iddia tələbinin qeyd olunan hissəsinə qiymət verərkən rəhbər tutduğu iş materiallarında mövcud olan ekspertiza rəylərindəki metodika müvafiq normativlərin və qanunvericiliyin tələblərinə tamamilə zidd olmuş, müvafiq əmsallar düzgün tətbiq olunmamış, ona görə də ilk baxışdan sanki cavabdehin iddiaçılara müqavilədə vədləşdirilmiş sahədən əskik mənzil sahəsi təqdim etməsi barədə səhv təəssürat yaranmışdır. Ona görə də, hesab edir ki, bu hissədə də məhkəmə qətnaməsi əsaslı olmamışdır. Habelə zərərin əvəzinin ödənilməsi ilə bağlı razılaşırlar ki, xitam verilən ##.##.2021-ci il tarixli müqaviləyə əsasən “Triumf Palace” yaşayış kompleksinin 7-ci binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 132,97 kvadrat metr olan 576 (*/*) nömrəli mənzilə dair yeni müqavilə iddiaçı1 adına rəsmiləşdiriləcək. ##.##.2023-cü il tarixli ***/TP-D-** saylı müqaviləyə əsasən görünür ki, “xxxx” MMC ilə X2 arasında bağlanmış ##.##.2021-ci il tarixli müqavilədən irəli gələn hüquq və vəzifələr X2 övladı iddiaçı1 şamil edilir. Tərəflər razılaşırlar ki, ##.##.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən “xxxx” MMC tərəfindən öhdəliklər yerinə yetirilmiş və “Triumf Palace” yaşayış kompleksinin 7-ci binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 132,97 kvadrat metr olan 576 (* saylı bina * saylı mənzil) nömrəli mənzili X2 təhvil verilmişdir. “Ikinci tərəf’ “Mənzil”i X2 təhvil alacaq və həmin mənzilin təhviltəsliminə görə Cavabdeh MMC heç bir öhdəlik və məsuliyyəti daşımır. Belə ki, mənzil mülkiyyətçiyə təhvil verildikdən xeyli müddət sonra mənzilin bir divarında su xəttinin partlaması nəticəsində divar kağızı zədələnmiş və mənzilin müəyyən hissələrində divar kağızı cüzi məsafədə divardan aralanmış, qapının üst yaşmağı (naliçnik) qopmuşdur. Bundan sonra iddiaçı bununla bağlı və mənzilin ölçülərinin yenidən təftiş edilməsi ilə bağlı iddia tələbi ilə çıxış etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məsələ burasındadır ki, istər mənzillərin təmirbərpa xərcləri, istərsə də ölçüləri təftiş edilərkən ekspert tədqiqatı zamanı çəkişmə prinsipi təmin edilməmiş, ekspertiza birtərəfli qaydada aparılmış, mənzillərin faktiki ölçüsünə nisbətdə müvafiq əmsallar da düzgün tətbiq edilməmiş, mənzilin müvafiq hissəsinin təmir-bərpa işləri üçün bütövlükdə mənzilin yenidənqurma və təmir xərcləri tətbiq edilmiş, lakin bütün bunlara baxmayaraq məhkəmə iş materiallarında olan ekspert rəylərini mötəbər sübut kimi qəbul etmiş, tərəfimizdən verilmiş vəsatətə ümumiyyətlə baxılmamışdır. Halbuki həmin vəsatətdə iş materiallarında olan ekspert rəyləri ilə faktiki olaraq araşdırılmamış aşağıdakı məsələlər qoyulmuşdur: Mübahisəli mənzillərin divarları istehsalçı“Qobustone” AAC-nin qazoblokları ilə hörülmüş və həmin divarlarda təmirdən sonra çatların yaranmasına səbəb qazoblokların tikinti norma və qaydalarına uyğunsuzluğundan (istehsalçının qazoblikları istehsal edərkən texnologiyaya riayət etməməsi və s.) yarana bilərmi və mövcud çatların yaranması səbəbi nədir? Cavabdeh MMC tərəfindən inşa edilmiş hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında təmirli mənzillər istismara (sakinlərin istifadəsinə) veriləndən bir müddət sonra (aylar ərzində) mənzilin divarlarında tikinti norma və qaydalarına görə çatlar yarana bilərmi? Bu kimi işi tam, obyektiv, hərtərəfli araşdırılması üçün vacib əhəmiyyət kəsb edən suallara ekspert rəylərində aydınlıq gətirilməmişdir. Məhkəmə tərəfindən mənzildə yaranmış qüsurun tikinti və ya istismar qüsuru olması aydınlaşdırılmamışdır. Ekspertiza tərəfindən təqdim edilmiş təmir xərclərinin mənzilin müvafiq hissəsinin bərpa xərcləri və ya bütövlükdə mənzilin yenidənqurma və əsaslı təmir xərcləri olması aydınlaşdırılmamışdır. Ekspertiza tərəfindən mənzilin faktiki sahəsinin müqavilədə şərtləşdirilmiş sahəyə uyğunluğu müəyyən edilərkən müvafiq standartlar və normativlər üzrə əmsalların düzgün tətbiq edilib edilməməsi, habelə istismar və daha sonra alıcı tərəfindən aparılmış təmir işlərinin mənzil sahəsinin yekun vəziyyətinə təsiri və bu kimi digər faktorlar aydınlaşdırılmamışdır. Mənzilin su borusunda və bununla bağlı divar kağızında yaranan problemin iddiaçınıın özünün istismar qüsuru nəticəsində deyil məhz cavabdehin təmir-tikinti (istehsal) qüsuru olması sübuta yetirilməmişdir. Mübahisəli qətnamədə dəymiş zərər qismində mənzilin bərpa xərcləri kimi qət edilmiş məbləğin konkret olaraq qüsur baş vermiş divar sahəsi üzrə və ya bütövlükdə mənzilin əsaslı yenidənqurma və təmir xərci olması sübut edilməmişdir. Mənzilin faktiki sahəsinin müqavilədə şərtləşdirilmiş sahəyə uyğun olmaması heç bir mübahisəsiz, müvafiq normativlərə uyğun hesablamalar aparılmış və əmsallar tətbiq edilmiş ekspertiza tədqiqat nəticələri ilə sübuta yetirilməmişdir. Iş materiallarında olan və məhkəmə tərəfindən istinad edilmiş ekspertiza rəyləri mənzilin faktiki sahəsinin hesablanması ilə bağlı metodikaya tamamilə ziddir. Məhkəmə tərəfindən mənzildə yaranmış nöqsanın səbəbkarı kimi əsassız olaraq cavabdeh müəyyən edilmişdir. Halbuki, mənzildə su borusundakı sızma nəticəsində divarların birində divar kağızının qopması bilavasitə mənzil mülkiyyətçisinin mənzili düzgün istismar etməməsi, sanitar qovşağa zəruri texniki qulluq göstərməməsi nəticəsində baş vermiş, burada cavabdehin hər hansı təqsiri mövud olmamışdır. Bununla belə məhkəmə tərəfindən qət edilmiş mənzilin bərpa xərcləri (dəymiş zərər) faktiki olaraq mənzilin yenidənqurma və əsaslı təmir xərcləri məbləğində olmuşdur. Halbuki, burada iddia tələbi üzrə yalnız su borusunun bərpası və deformasiyaya uğramış divar kağızının və divarın səthinin bərpası xərcləri hesablanmalı idi. Mənzilin faktiki sahəsinin onun müqavilədə şərtləşdirilmiş sahəyə uyğun olmaması ilə bağlı dəlillər tamamilə əsassızdır.
20. Iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən apellyasiya şikayətinə etiraz edərək qeyd etmişlər ki, "xxxx" MMC ilə iddiaçılar arasında bağlanmış ##.##.2021-ci il tarixli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3cü mərtəbəsində yerləşən *** nömrəli 72,78 kvadrat metr ümumi sahəyə malik və 7-ci binanın 4-cü mərtəbəsində yerləşən *** nömrəli 72,78 kvadrat metr ümumi sahəyə malik mənzillərin inşa edilərək təmirli vəziyyətdə təhvil verilməsinə dair MMC tərəfindən öhdəlik götürülmüşdür. Eyni zamanda Cavabdeh MMC ilə bacısı iddiaçı1 arasında ## ###### 2023-cü il tarixdə bağlanmış müqavilənin şərtlərinə görə "xxxx" MMC ilə anası X3 arasında bağlanmış ##.##.2021-ci il tarixli müqavilədən irəli gələn hüquq və vəzifələr X3 övladı, bacısı iddiaçı1 şamil edilmişdir. X3 ilə bağlanmış ##.##.2021-ci il tarixli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən *** nömrəli 132,97 kvadrat metr ümumi sahəyə malik mənzilin inşa edilərək təmirli vəziyyətdə anası X3 təhvil verilməsinə dair öhdəlik götürmüşdür. Cavabdeh MMC ilə anası X3 arasında bağlanmış ##.##.2023-cü il tarixli Akta əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, F.Məmmədov küçəsi, Qarabağ küçəsi və Nemət Quliyev küçəsi ünvanında yerləşən "Triumf" X4 7-ci binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132,97 kvadrat metr olan *** nömrəli mənzilin bacısına və həmin yaşayış kompleksinin 7-ci binasının, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 kvadrat metr olan 583 və 7-binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 kvadrat metr olan *** nömrəli mənzilləri ona təhvil verilmişdir. Mənzillər onlara təhvil verildikdən sonra mənzillərdə bir müddət sonra qüsurlar özünü biruzə verməyə başlamışdır. Məlum olmuşdur ki, mənzillərin təmirində zəif keyfiyyətə malik olan təmirtikinti materialları istifadə edilmiş, təmir işləri keyfiyyətə malik olmayan tikinti materiallardan istifadə edilməklə aparılması aşkara çıxarılmışdır. Yaşayış kompleksinin 7-ci binasının, 4-cũ mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 kvadrat metr olan 583 nöməli mənzildə sanitar qovşağdakı qurğularda yaranmış olan nasazlıq səbəbindən mənzilin dəhlizində divar kağızlarının qopması baş vermişdir. Döşəmələrdə laminatın birləşmə yerlərində şişmələr və digər hallar narahatlığa səbəb olmuşdur. Bununla bağlı onlar bir sıra dövlət orqanlarına və ərazi üzrə Nərimanov rayon Icra Hakimiyyətinə şikayətlər ünvanlamışlar. Mənzillərə müvafiq sorğu əsasında mütəxəssislər dəvət olunmuşdur və təmir işlərinin vəziyyəti və keyfiyyətinə dair mütəxəssis rəyi verilməsi tələb edilmişdir. Mütəxəssis rəyi ilə yuxarıda qeyd edildiyi kimi mənzillərdə aparılmış təmir-tikinti işlərinin və materiallarının keyfiyyətsiz olduğu və mənzillərin ölçülərinin təhvil-təslim aktında göstərilən ölçülərə uyğun gəlməməsi aşkarlanmışdır. Belə ki, müqavilələrdə nəzərdə tutulmuş, yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən *** nömrəli 132,97 kvadrat metr ümumi sahəyə malik mənzilin ölçülərinin 118,9 kvadrat metr olması, yaşayış kompleksinin 7-ci binasının 3-cü və 4-cü mərtəbəsində yerləşən 577 və *** nömrəli mənzillərin hər birinin ölçülərinin isə 70,3 kvadrat metr təşkil etməsi müəyyən edilmişdir. Bacısı iddiaçı1 mənzilində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) 20048 manat, mənim 577 və *** nömrəli mənzillərinin hər birində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) hər mənzil üçün 13030 manat vəsait tələb olunur. Bundan başqa şirkət tərəfindən mənzillərin ölçülərində uyğunsuzluq gəldiyindən ona 7440 manat, bacısı iddiaçı1 21.105 manat ziyan vurulmuşdur. Beləliklə də, müqavilə öhdəliklərinin pozulması nəticəsində ona 33500 manat, bacısı iddiaçı1 isə şirkət tərəfindən 41153 manat maddi zərər vurulmuşdur. Ümumilikdə, ona və bacısı iddiaçı1 müqavilə öhdəliyinin pozulması nəticəsində cəmi 74653 manat zərər dəymişdir. Bununla bağlı o və bacısı iddiaçı1 Bakı şəhəri, Nərimanov rayon məhkəməsində Cavabdeh MMC-yə qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia qaldırmışlar. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsilə cavabdeh Cavabdeh MMC-yə qarşı iddia qismən təmin olunmuş, təhvil verilən mənzilin sahəsi əksik olduğu üçün 11340 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ona verilməsi, təhvil verilən mənzilin sahəsi əskik olduğu üçün 6555 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçı1 verilməsi, ona məxsus mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 20048 manat, iddiaçı iddiaçı1 26060 manat məbləğində pulun cavabdeh Cavabdeh MMC-dən alınıb onlara ödənilməsi qət edilmişdir. Qarşı tərəf, yəni Cavabdeh MMC qətnamə ilə razılaşmayaraq həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini qeyriobyektiv və əsassız hesab edirlər. Bildirir ki, iş üzrə ekspert rəyi vardır, həmin rəydə həqiqətən də mənzillərin sahəsinin əskik olması, keyfiyyətsiz təmir işləri aparılması öz təsdiqini tapmışdır. Həmçinin həmin evlərə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının # ###### 2012-ci il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş * saylı binada yerləşən *** saylı mənzilin ümumi sahəsinin 128,6 kvadrat metr, 577 və 583 mənzillərinin ümumi sahəsinin isə 69 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş * saylı binada yerləşən 576, 577 və *** saylı mənzillərdə aparılmış təmir-tikinti işlərində qüsurların olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzillərdə mövcud olan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən *** saylı mənzil üzrə 23651 manat, 577 və *** saylı mənzillər üzrə isə 14762 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş * saylı binada yerləşən mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və.s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın və.s. altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan *** saylı mənzilin faktiki sahəsinin 130,4 kvadrat metr, 577 və *** saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin faktiki sahəsinin 77,3 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş * saylı binada yerləşən mənzillərin çöl divarlarının ortasından hesablanmaqla mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan yaxud tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan *** saylı mənzilin sahəsinin 136,74 kvadrat metr, 577 və *** saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin sahəsinin 70,5 kvadrat metr təşkil etdiyi müəyyən edilmişdir.Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş * saylı binada yerləşən *** saylı mənzilin şaxtalarının altına düşən sahənin 1,08 kvadrat metr, sütunların altına düşən sahənin 1,1 kvadrat metr, arakəsmə divarların altına düşən sahənin 5,0 kv metr, lociyanın sahəsinin isə (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 3,6 kvadrat metr, 577 və 583 mənzillərin şaxtalarının altına düşən sahənin 1,8 kvadrat metr, sütunların altına düşən sahənin 1,2 kvadrat metr, arakəsmə divarların altına düşən sahənin 2,1 kvadrat metr, lociyanın sahəsinin isə (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 3,0 kv metr təşkil etdiyini nəzərə alaraq, *** saylı mənzilin ümumi sahəsnin 132,58 kvadrat metr, 577 və *** saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin ümumi sahəsinin 73,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir". Yerli baxışa aid CD diskin materiallarından görünür ki, Baxış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən *** nömrəli 72,78 kvadrat metr ümumi sahəyə malik, 7-ci binanın 4-cü mərtəbəsində yerləşən *** nömrəli 72,78 kvadrat metr ümumi sahəyə malik və 7-ci binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132,97 kvadrat metr olan *** nömrəli mənzillərdə aparılmışdır. Mənzillərdə müxtəlif təmir qüsurlarının mövcudluğu - divarda çoxsaylı çatlar, sanitar qovşaqda su borusunun yararsız vəziyyətdə olması, qapı-pəncərələrin açılıbbağlanmaması və s. kimi hallar müəyyən edilmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad Imanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilmişdir.
22. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, ## #### 2024-cü il tarixli ekspert rəyinin qərardadın 1-ci sualına cavabı ilə mənzillərin ümumi sahəsinin hesablanması zamanı yalnız lociyaya münasibətdə azalma əmsalı tətbiq olunmalı olduğu, belə olduğu halda isə *** saylı mənzilin ümumi sahəsinin 128,6 kvadrat metr; 577 və 583 mənzillərinin ümumi sahəsinin isə 69 kvadrat metr olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh mənzilləri müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Bu hal ekspert rəyi ilə təsdiq edilir. Eyni zamanda ekspert rəyləri ilə mənzildə aparılan təmir işlərinin mənzilin sahəsinin dəyişilməsinə təsir göstərmədiyi də müəyyən edilir.
23. Beləliklə, məhkəmə hesab etmişdir ki, *** saylı mənzil üzrə (132,97-128,6=)4,37 kvadrat metr; 577 və 583-cü mənzillər üzrə (72,78-69=)3,78 kvadrat metr sahə əksik təhvil verilmişdir. Belə olan təqdirdə, *** saylı mənzilə görə 6555 manat; 577 və *** saylı mənzillərin hər biri üzrə isə 5670; cəmi 11340 manat məbləğində pulun iddiaçılara ödənilməsi qənaətinə gəlməkdə məhkəmə haqlı olmuşdur.
24. Mülki işin materiallarında olan ekspert rəyi ilə tədqiq olunan mənzillərdə mövcud olan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən *** saylı mənzil üzrə 23651 manat, 577 və *** saylı mənzillər üzrə isə 14762 manat məbləğində müəyyən olunmuşdur. Iddia ərizəsində iddiaçı1 mənzilində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) 20048 manat, iddiaçı2 577 və *** nömrəli mənzillərin hər birində malik yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) hər mənzil üçün 13030 manat vəsait tələb olunduğu bildirmiş və həmin pul məbləğlərinin cavabdehdən tutulması tələb edilmişdir.
25. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tələb iddia tələbi həcmində təmin edilməli və mənzillərə dəymiş zərərin aradan qaldırılması üçün cavabdeh Cavabdeh MMC-dən 20048 manat məbləğində pul iddiaçı iddiaçı1; 26060 manat məbləğində pul iddiaçı iddiaçı2 ödənilməlidir.
26. Məhkəmə cavabdehin apellyasiya şikayətinə münasibətdə hesab etmişdir ki, cavabdeh təmir xərclərinin şişirdildiyini, məzillərin təhvil verilərkən qüsurların olmadığını, iddiaçının qüsurların aradan qaldırılması üçün şərait yaratmadığını bildirsə də, məzillərin lazımi keyfiyyətdə təhvil verilməməsi, bu səbəbdən iddiaçılara maddi ziyanın dəyməsi faktı da mülki işin materialları, o cümlədən tərəflərin izahatları, ekspert rəyi, yerli müayinə iclasının protokolu və video görüntüləri ilə öz təsdiqini tapır. Cavabdehin mənzilləri müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməsi də yuxarıda qeyd edildiyi kimi ekspert rəyi ilə təsdiq edilir. Cavabdeh bunun əksini təsdiq edən mötəbər sübutu və apellyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkil vəkil4) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilib işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
31. Maddə 14.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir.
32. Maddə 324.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 32. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
35. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
38. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
41. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
42. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır.
43. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
44. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
45. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
46. Maddə 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır.
47. Maddə 767.2. Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur.
48. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
49. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
50. Maddə 1091.2. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
51. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi
52. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
53. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
54. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
55. Maddə 59.4.Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır.
56. Maddə 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının # ###### 2012-ci il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları
57. Bənd 3.8. Mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0,3; şüşəbənd və lociyalar 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
63. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni iddiaçıların mənzillərinə dəymiş zərərin aradan qaldırılması üçün cavabdeh Cavabdeh MMCdən pul məbləği tutulması ləğv olunmaqla iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
68. Belə ki, məhkəmə kollegiyası ilk növbədə təhvil verilən mənzillərin sahəsi əksik olduğu üçün cavabdeh Cavabdeh MMC-dən 11340 manat pul vəsaitinin iddiaçı iddiaçı2, 6555 manat pul vəsaitinin iddiaçı iddiaçı1 xeyrinə tutulması barədə apellyasiya məhkəməsinin qənaəti ilə bağlı həmin məsələnin həllində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
69. Təhvil verilmiş mənzillərin sahələri əksik olduğuna görə artıq ödənilmiş məbləğin iddiaçılar tərəfindən geri tələb olunmasının təmin olunması ilə əlaqədar cavabdeh Cavabdeh MMC-nin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
70. Göstərilən məsələnin həllində işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
71. Iddiaçı iddiaçı2 məxsus mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 20048 manat, iddiaçı iddiaçı1 26060 manat məbləğində pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçılara ödənilməsini təmin edərkən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə alınmış mütəxəssis rəyi və ekspert rəyləri, yerli baxış protokolu və tərəflərin izahatları ilə iddiaçıların həmin tələblərin əsaslılığı öz təsdiqini tapmışdır. Cavabdeh podrat müqaviləsindən irəli gələn öhdəliklərə lazımi qaydada əməl etmədiyinə görə iddiaçılara maddi ziyan dəymişdir, ona görə də iddiaçılar həmin ziyanı tələb etməkdə haqlıdırlar.
72. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır.
73. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara, xüsusilə ekspert rəylərinə tam və hərtərəfli baxmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
74. Işdən görünür ki, iddiaçı tərəfin təşəbbüsü ilə “X1 və Ekspertiza Mərkəzi MMCdən ##.##.2023-cü il tarixli mütəxəssis rəyi alınmış, həmin rəydə iddiaçılara məxsus olan mənzillərdə aparılmış təmir-tikinti işlərinin keyfiyyəti və yenidən aparılmalı olan təmir işlərinə nə qədər vəsait (materiallarla birlikdə) tələb olunması barədə suallara aydınlıq gətirilmiş, mütəxəssis rəyi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdeh tərəf bu rəydən məhkəməyə qədər məlumatlı olmamışdır. Mütəxəssis rəyində iddiaçılara məxsus mənzillərin tamamilə yenidən təmir olunması üçün zəruri olan vəsait və materiallar hesablanmışdır.
75. Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il və ## ##### 2025-ci il tarixli ekspert rəyləri “X1 və Ekspertiza Mərkəzi MMC-nin mütəxəssis rəyinə və yerində baxışın nəticələrinə əsasən tərtib olunmuş, mənzillərdə görüləsi işlər və buna lazım olan materiallar eyni ilə mütəxəssis rəyindəki kimi təsvir edilmiş, lakin həmin işlərin görülməsi mövcud qüsurların aradan qaldırılması kimi qmymətləndirilmişdir. Başqa sözlə ekspertiza rəylərində mövcud qüsurların aradan qaldırılması üçün müəyyən edilmiş zəruri məsrəflər mütəxəssis rəyində göstərilən mənzillərin tamamilə yenidən təmir olunmasına çəkilməli olan məsrəflərə bərabər tutulmuşdur. Adi məntiqlə belə bir halın mümkünlüyü istisna edilir. Bir qayda olaraq mənzillərin tamamilə təmir üçün çəkiləcək xərclərlə təmir olunmuş mənzillərdəki qüsurların aradan qaldırılması üçün zəruri xərclər arasında kəskin fərq olmalıdır.
76. Işdən daha sonra görünür ki, tərəflər arasındakı podrat müqavilələrində mənzillərin təmiri keyfiyyəti və bunun üçün istifadə olunacaq materiallar şərtləşdirilməmiş, təmirin detalları öz əksini tapmamışdır. Iddiaçılar mənzilləri ## ###### 2023-cü ildə təmirli vəziyyətdə təhvil almışdır. Mənzillərin təhvil-təslimi zamanı təmirini və təmir üçün istifadə olunmuş materialların keyfiyyətini adi gözlə baxdıqda (gizli qüsurlar istisna olmaqla) müəyyən etmək mümkün idi. Məsələn, tavana alçipan təbəqənin quraşdırılmaması, istifadə olunmuş divar kağızı, giriş qapısı, taxta qapılar, plastik qapı və pəncərələr, döşəməyə vurulan laminat və künclük, sanitar-texniki qurğulur və sairənin keyfiyyəti. Ekspert rəylərinə əsasən mövcud metariallaın dəyişdirilərək yenisi ilə əvəz olunması qənaətinə gələn aşağı instansiya məhkəmələri nəzərə almamışdır ki, iddiaçılar mənzilləri təmirdə istifadə olunmuş məmulatların qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən ## ###### 2023-cü ildə aktlarla onları qəbul etmişlərsə, onların həmin qüsurlarla bağlı tələb hüququ əmələ gəlməmişdir. Sifarişçilərin yalnız gizli qüsurlarla bağlı tələb irəli sürmək hüququ mövcud olmuşdur. Nə mütəxəssis rəyində, nə də ekspert rəylərində mənzillərin təmirində mövcud olmuş gizli qüsurlar, sonradan istifadə zamanı əmələ gəlmiş qüsurlar və mənzillər təhvil alınan zaman mövcud olmuş qüsurlar fərqləndirilməmiş, ümumilikdə mənzillərin tamamilə təmir edilməli olması qənaətinə gəlinmişdir. Məhkəmələr diqqətdən qaçırmışdır ki, keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılmalıdır.
77. Beləliklə işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2025-ci il tarixli qətnaməsi qismən, yəni mənzillərə dəymiş zərərin aradan qaldırılması üçün iddiaçı iddiaçı2 20048 manat, iddiaçı iddiaçı1 26060 manat məbləğində pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq ödənilməsi hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Cavabdeh Cavabdeh MMC-nin kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.