Məhkəmə qərarları › İş №2(1-8)-766/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-766/2026

04.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-766/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar iddiaçı2, İsgəndərova Yelena Georgiyevna və iddiaçı1 cavabdehlər cavabdeh2 Əli Bala qızı və cavabdeh4 (üçüncü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, Azərbaycan Respublikasının Dövlətşəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx publik hüquqi şəxsi cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2, İsgəndərova Yelena Georgiyevna və iddiaçı1 cavabdehlər cavabdeh2 Əli Bala qızı və cavabdeh4 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrdən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ## ###### 2024-cü il tarixdən cavabdeh4 adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir.

2. ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ½ hissə üzrə ##.##.2022-ci il tarixdən iddiaçı2, ½ hissə üzrə ##.##.2022-ci il tarixdən X4 adına qeydiyyata alınmışdır.

3. ünvan 6A, mənzil 5 (yeni qaydalarla: ünvan 7) ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə tam payla ## ###### 2022-ci il tarixdən İsgəndərova Yelena Georgiyevnanın adına qeydiyyata alınmışdır.

4. ünvan 8 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə tam payla ##.##.2021-ci il tarixdən iddiaçı1 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar iddiaçı2, İsgəndərova Yelena Georgiyevna, iddiaçı3 və iddiaçı1 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh cavabdeh2 Əli Bala qızının mülkiyyətində, digər cavabdeh cavabdeh1 icarə əsasında istifadəsində olan ünvan 2 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə, binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının qanunsuz hesab edilməklə sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh cavabdeh2 Əli Bala qızının mülkiyyətində, digər cavabdeh cavabdeh1 icarə əsasında istifadəsində olan ünvan 2 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə, binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının qanunsuz hesab edilməklə sökülməsi və həmin qeyri-yaşayış sahəsində quraşdırılmış split kondisionerlərin 8 ədəd mühərriklərinin ünvan 6 ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binasının üzərindən, yəni iddiaçı iddiaçı2 mülkiyyətində olan və həmin binanın sonuncu 3-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin damından götürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikasının Dövlət şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi ərizə üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində qeyri-yaşayış və mənzil sahələrinin mülkiyyətçiləridir. ünvan 6 ünvanında yerləşən binanın 2-ci mərtəbəsində, sahəsi 996,7 kv metr olan, təxminən 250-300 nəfərlik tutumu olan “GALLİARD” adlı restoran fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi (restoran) cavabdeh cavabdeh2 Əli Bala qızının adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış sahəsini cavabdeh – fərdi sahibkar cavabdeh1 icarə əsasında restoran kimi işlədir və onun istifadəsindədir. Bu ilin yanvar ayının ortalarında binanın 2-ci mərtəbəsində yerləşən həmin qeyri-yaşayış sahəsində - “GALLİARD” restoranın havalandırma sistemində böyük miqyaslı yanğın baş vermişdir. Bu yaxınlarda həmin qeyri-yaşayış sahəsində (“GALLİARD” adlı restoranda) təmirtikinti və quraşdırma işləri aparılmışdır. Təmir-tikinti və quraşdırma işləri artıq yekunlaşmışdır və nəticədə məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış sahəsində (restoranda) havalandırma sistemi və tüstü bacası heç bir norma və qaydalara uyğun olmayaraq, obyektin daxilindən binanın Bəsti Bağırova küçəsinə baxan istiqamətində fasada doğru çəkilmişdir. Qeyri-yaşayış sahəsini (restoranı) idarə edən şəxslərə dəfələrlə xəbərdarlıq edilmişdir ki, restoranın havalandırma sistemini və tüstü bacasını həmin yerdən çəksinlər. Belə ki, havalandırma sistemi və mətbəxdəki avadanlıqların tüstü bacası həmin yerdən çəkildiyi üçün həm binanın, həm də şəhərin mərkəzi hissələrindən biri olan “statistika dairəsi” deyilən ərazinin görüşünə xələl gətirir, tüstü bacasının binanın əsas küçəyə baxan fasadından çıxması həm küçənin, həm də binanın bütün mənzillərinin və obyektlərin tüstüyə qərq olması, his, qoxu və zərərli qazlarla bürünməsi, ən əsası isə yanğın təhlükəsi ilə üz-üzə qoyur. Hətta bu barədə həmin binanın sakinləri və sahə mülkiyyətçiləri tərəfindən müxtəlif dövlət orqanlarına müraciət edilmiş, FHN-nin əməkdaşları tərəfindən yerində müayinə aparılmış və müvafiq akt tərtib edilmişdir. Yoxlama vaxtı qeyd olunan tüstü bacasından istifadə edilmədiyi üçün və həmin vaxt tüstü bacanın quraşdırılması tam yekunlaşmadığı üçün hər hansı tədbir görülməmişdir. Bu xoşagəlməz və təhlükəli vəziyyət çoxmərtəbəli yaşayış binasının sakinlərini və obyekt sahiblərini çox narahat edir. Cavabdehlər tərəfindən qanunsuz quraşdırılmış tüstü bacasından istifadə hələ də davam etdirilir. Ərizəyə əlavə edilmiş fotoşəkillərlə, eləcə də məhkəməyə təqdim olunacaq video görüntülərlə də sübut olunur ki, cavabdeh tərəfindən heç bir tikinti və təhlükəsizlik, yanğın, sanitar-gigiyenik və digər norma və qaydalara riayət olunmadan qanunsuz olaraq havalandırma və tüstü bacası quraşdırılmışdır.

9. İddiaçıların nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh1 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.

10. Həmçinin iddiaçıların nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək cavabdeh4 hazırki mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, cavabdehlər cavabdeh4 və cavabdeh2 Əli Bala qızının mülkiyyətində olan ünvan 2 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü bacasının qanunsuz hesab edilməklə sökülməsi (demontaj edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək özündə aid hissədə iddiadan imtina etdiyini bildirmişdir.

12. Birinci instansiya məhkəməsi yerli baxış keçirərək mübahisədə adı keçən ünvanı müayinə etmişdir.

13. İddiaçının nümayəndəsini vəsatəti ilə birinci instansiya məhkəməsi iş üzrə fiziki-kimyəvi və tikinti-texniki ekspertizası təyin etmişdir.

14. Məhkəmə Ekspertizası Mərkəzinin *-**-**/*-**/****-*/**** saylı, ## ###### 2023-cü il tarixli rəyinə əsasən mübahisədə adı keçən ünvanda cavabdeh2 mülkiyyətində oplan qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılmış havalandırma və tüstü bacası AZDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanının kondisiyalaşdırlması, layihələndirmə normaları”nın 8.11-ci bəndini tələblərinə uyğun deyil. Həmin ünvanda qeyri-yaşayış sahəsində 8 ədəd mühərrikləri olan split kondisionerlər baxış zamanı orada olmadığından bununla bağlı sual üzrə tədqiqat aparılmadı.

15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən müvafiq mtəxəssis rəyinin alınması barədə ## ###### 2023-cü il tarixdə qərardad çıxarmışdır.

16. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ## ###### 2024-cü il tarixli məktubla qərardadda qoyulan suallar üzrə mütəxəssis ayrılması və onlara cavab verilməsinin Xidmətin fəaliyyət dairəsinə aid olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi ## ###### 2024cü il tarixli

17. məktubla iddiaçı və vəkilini iştirak etməsinə baxmayaraq, əmlak sahibinin obyektə baxış keçirilməsi və laborator müayinə aparılması üçün şərait yaratmaqdan imtina etdiyini bildirmiş və bu barədə ## ###### 2024-cü il tarixli sanitariya müayinəsi aktı məktuba əlavə edilmişdir.

18. “Yasamal-12” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin **/** nömrəli ## ###### 2024-cü il tarixli məktubuna əsasən ünvan 5 ünvanında yerləşən Galliard restoranının havalandırmasının binanın şaxtasına çıxışı layihədə nəzərdə tutulmamışdır.

19. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ## ###### 2023cü il tarixli məktubuna əsasən ünvan 5 ünvanında yerləşən restoranının havalandırma sisteminin yerinin dəyişdirilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilir ki, AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın tələblərinə uyğun olaraq dam hissəsindən 70 sm hündürlükdə quraşdırılmasına riayət olunması şərti ilə etiraz edilmir.

20. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin # #### 2024-cü il tarixli məktubuna əsasən Agentliyin Bakı regional bölməsinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən qeyriyaşayış sahəsinə baxış keçirilmişdir. Keçirilən baxış zamanı qida obyektinin Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsinə baxan istiqamətində yerləşən havalandırma borusunun söküldüyü və yeni havalandırma borusunun Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi istiqamətində yerləşdirildiyi müəyyən edilmişdir. “Galliard” restoranına keçirilən baxış zamanı qida obyektinin mətbəx sahəsində, qida qəbulu zalında yerləşdirilən havalandırma sisteminin və mətbəxdə yerləşən sorucu ventilyasiya qurğularının normativ hüquqi aktların tələblərinə uyğun olaraq quraşdırıldığı və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. “Galliard” restoranında quraşdırılmış havalandırma və tüstü-bacasının tam işlək vəziyyətdə olarkən səs-küy səviyyəsinin norma daxilində olması, havalandırma və tüstü-bacasından çıxan tüstü və qoxuların qeyd olunan ünvanda yerləşən iddiaçılara məxsus əmlakdan istifadə etməsinə təsir etməsi halları Agentliyin fəaliyyət istiqamətinə məxsus olmadığından bu barədə rəy bildirilməsi mümkün olmamışdır.

21. Birinci instansiya məhkəməsi 0# #### 2024-cü il tarixli qərardadla kompleks ekspertiza təyin etmişdir.

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi ## #### 2024-cü il tarixli məktubla Mərkəzin mütəxəssislərinin tədqiqat obyektinin yerləşdiyi ünvanda olduqlarını, lakin cavabdehə məxsus ictimai-iaşə obyektində mexaniki ventilyasiya sistemi işlək vəziyyətdə olmadığı üçün iddiaçıların yaşayış evlərində və ictimai-iaşə obyektinin üstündə inşa olunan qeyri-yaşıyış sahəsində laboratoriya müayinələrinin aparılmasının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Məktuba müvafiq akt da əlavə edilmişdir.

23. Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 2 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış havalandırma və tüstü bacasının dam hissədən 70 sm hündürlükdə quraşdırıldığı, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi ev 2 ünvanında 2-ci mərtəbədə yerləşən cavabdeh2 Əli Bala qızının mülkiyyətində olan qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılmış havalandırma və tüstü-bacasının AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə uyğun olaraq tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örütüyündən 2 m hündürlükdə quraşdırılmadığını, eləcə də fasad hissədə quraşdırıldığını nəzərə alaraq qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılmış havalandırma və tüstünün bacasının mövcud AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11- ci maddəsinin tələblərinə və “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” nın 2.10-cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

24. Cavabdeh cavabdeh2 Əli Bala qızının nümayəndəsi və vəkili vəkil1 iddia tələbinə etiraz etmişdir.

25. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi bildirmişdir ki, Agentlik yalnız tədqiqat aparılan məkanını daxilində yerləşdirilmiş qurğuların qanunauyğun olub-olmamasıını yoxlaya bilər. Hazırki iş üzrə tüstü bacası obyektin çöl tərəfində yerləşdirilmişdir. Səlahiyyətləri öncədən müəyyən edilmiş bir orqan olaraq bununla bağlı mövqe bildərmək iqtidarında deyildirlər.

26. Digər cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər

27. Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qərardadına əsasən iddiaçı iddiaçı3 iddiadan imtinası qəbul olunaraq hazırkı mülki iş üzrə iddiaçı iddiaçı3 dair hissədə icraata xitam verilmişdir.

28. Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** saylı ## ######## 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək ünvan 4 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-bacasının qanunsuz hesab edilərək sökülməsinin cavabdeh cavabdeh4 üzərinə qoyulması qət edilmişdir. (hakim Gülnar Babazadə)

29. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ünvanında 2-ci mərtəbə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstübacasının dam hissədən 70 sm hündürlükdə quraşdırılıb. Sözügedən qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə havalandırma və tüstü bacasının çıxışı pəncərənin üzərində quraşdırıldığınıdan, həmin havalandırma və tüstü bacası AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə uyğun olaraq tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən 2 m hündürlükdə quraşdırılmadığından, eləcə də fasad hissədə quraşdırıldıldığından, qeyri-yaşayış sahəsində Bəsti Bağırova küçəsinə baxan istiqamətdə quraşdırılan havalandırma və tüstü bacası mövcud AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin tələblərinə və “Tikinti obyektlərinin mühəndiskommunikasiya təminatlı qaydaları” nın 2.10-cu maddəsinin tələblərinə uyğun deyildir.

30. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməklə, ünvan 4 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində binanın fasadına doğru quraşdırılmış havalandırma və tüstü-baca qanunsuz hesab edilərək sökülməsi cavabdeh cavabdeh4 üzərinə qoyulmalıdır

31. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsi cavabdeh4 mülkiyyətində olduğundan iddia cavabdeh cavabdeh2 Əli Bala qızına qarşı hissədə təmin edilməməlidir.

32. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 180 və 227-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

33. Cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 ##.##.2023-cü il tarixli məktubunda ünvan 5 ünvanında yerləşən restoranının havalandırma sisteminin yerinin dəyişdirilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilir ki, AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın tələblərinə uyğun olaraq dam hissəsindən 70 sm hündürlükdə quraşdırılmasına riayət olunması şərtinə etiraz edilmir. Nə birinci instansiya məhkəməsi, nə də ekspert dam örtüyünün hansı materialdan olmasını və hansı səbəbdən Dövlət Yanğın Nəzarəti Xidmətinin havalandırma və tüstü-bacasının dam örtüyündən qaydalarda nəzərdə tutulduğu kimi 2 metr deyil, məhz 70 sm hündürlükdə quraşdırılmağa icazə verildiyini araşdırmamışdır. Nəzərə almaq lazımdır ki, havalandırma və tüstü bacası lisenziyalı şirkət (Geo Proyekt MMC) tərəfindən tərtib və təsdiq edilmiş layihə sənədləri əsasında quraşdırılmışdır. Ən azından məhkəmə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin icazəsini qanunsuz sayırsa, iddianı qismən təmin etməklə havalandırma və tüstü bacasının dam örtüyündən 70 sm deyil, 2 metr hündürlükdə quraşdırılması öhdəliyini müəyyən edə bilərdi. Lakin bunun üçün də iddiaçılara hər hansı bir təhlükə olması halı sübuta yeririlməli idi. Havalandırma və tüstü bacasının dam örtüyündən 70 sm məsafədə quraşdırılmasının iddiaçıların hansı hüquqlarını pozması, onlara nə kimi təhlükə törətməsi əsaslandırılmamış, bu istiqamətdə hər hansı bir araşdırma aparılmamışdır. Məhkəmə nəzərə almamışdır ki, normanın özündə istisnalar mövcuddur və müvafiq dövlət orqanı da həmin normadan kənara çıxmağa icazə vermişdir. Məhkəmə nəzərə almamışdır ki, istinad etdiyi “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları” ## ###### 2015-ci il tarixdə qəbul edilmişdir. Həmin qaydaların 1.3-cü bəndinə görə, bu Qaydalar yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə şamil olunur. Həmin qaydaların 4.2-ci bəndinə görə hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binalarının qaz kəməri boruları qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarına uyğun olaraq, binanın fasadı ilə çəkilməlidir. Lakin nə birinci instansiya məhkəməsi, nə də ekspert mübahisəli tüstü bacasının yerləşdiyi binanın nə zaman inşa edildiyini və bu qaydaların bu binaya tətbiq edilib-edilə bilməyəcəyini araşdırmamış, o cümlədən binanın, ümumiyyətlə, qazla təchiz edilmədiyini nəzərə almamışdır. Halbuki, bina 2015-ci ildən öncə inşa edilmişdir. İş materiallarında olan “Yasamal-12” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin **/** nömrəli ## ###### 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən “Galliard” restoranının havalandırmasının binanın şaxtasına çıxışı layihədə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi bu maddi hüquq normasını tətbiq etməli olduğu halda etməmişdir. Belə ki, iddia tərəfi havalandırma və tüstü bacasının quraşdırılması nəticəsində onlara hər hansı bir maddi zərər dəyməsini sübuta yetirə bilməmişlər. İddiaçılar binanın görüntüsünün korlandığını, ərazinin tüstüyə qərq olduğunu, his, qoxu və zərərli qazlara bürünməsini iddia etsələr də, bu hallar sübuta yetirilməmişdir. Bu hallar mövcud olsa belə, bunun iddiaçıların əmaklarından istifadə edilməsinə maneçilik yaranması halları və bu maneələrin əhəmiyyətli olması sübut olunmamışdır. Birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, ekspert qarşısında qoyulmuş suallara tam cavab almadan, bu istiqamətdə araşdırma aparmadan işi yekunlaşdırmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi cavabdeh4 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid havalandırma sisteminin və tüstü bacasının işlək vəziyyətində yaratdığı qoxu, tüstü və hissin iddiaçılara məxsus yaşayış və qeyriyaşayış sahələrində yol verilən hədlərdən yüksək olub-olmaması, bina sakinlərinin sağlamlığı və həyatları üçün təhlükəli şərait yaradıb-yaratmaması, havalandırma sistemi və tüstü bacasının müvafiq normalara uyğunluğu və s. məsələlərə aydınlıq gətirilməsi üçün iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aprılmasını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilməklə, Məhkəm Ekspertizası mərkəzinə tapşırmışdır.

36. Məhkəmə Ekspertizası Mərkəzi ## ##### 2025-ci il tarixli məlumatda müvafiq mütəxəssis rəyləri təqdim edilmədiyindən tədqiqat aparılmasından imtina etmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən ünvan üzrə yerli baxış keçirmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin təyiu etdiyi ekspertiza üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin *-**-**/*-****/**** nömrəli # ###### 2025-ci il tarixli məktubuna əsasən İdarə əməkdaşları tərəfindən X2 Monitorinq İdarəsinin mütəxəssislərinin və ünvan 3 ünvanında fəaliyyət göstərən “Hongkong” restorannın administratoru Vaqif Musayevin iştirakı ilə yerində araşdırma aparılmışdır. Monitorinq zamanı məlum olmuşdur ki, “MAESTRO” iaşə obyektində manqaldan istifadə olunur və “xxxx” şirkəti tərəfindən tüstü bacasının borusuna elektrostatik qaz-toztutucu təmizləyici qurğunun və iy-qoxunun qarşısını almaq məqsədilə karbon filterlərinin quraşdırıldığı müəyyən edilmişdir. Qeyd edilməlidir ki, restoranın havalandırma sistemi obyektin dam örtüyünə qədər quraşdırılmışdır. Araşdırma müddətində Xəzər KEMİ-nin mütəxəssisi tərəfindən atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə, SKY-2000 R5 səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmışdır. Nəticələrə əsasən, dəm qazı (CO) - 3,1 mq/m3 (norma 5 mq/m3 ) təşkil edərək, ətraf mühit üçün yol verilən norma daxilində olduğu müəyyən edilərək ##.##.2025-ci il tarixli, ****** nömrəli monitorinq aktı tərtib olunmuşdur.

39. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin cavabdeh4 ünvanlanmış *-**-**/*-R-****-**/SO/**** nömrəli ## ######## 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı Apelyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli Qərardadına əsasən ünvan 2 ünvanında 2-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsində havalandırma və tüstü-bacanın qoşulduğu boru AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci maddəsinin ç) bəndinə uyğun olaraq dam örtüyündən 2 m hündürlükdə quraşdırılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsində havalandırma və tüstü-baca “Tüstü Bacaların İstismarında X11”nın 2.11-2.14-cü bəndlərinin tələblərinə tam şəkildə uyğundur. Tüstü bacaların borularının birləşmə nöqtələri kipdir, boşluq mövcud deyil və tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan “ciblərin” vəziyyəti, başlıqlar və kəsiklər yanğın təhlükəsizliyinə dair qanunvericiliyin YTQ 01-2001 bənd 7.17 tələblərinə uyğundur. Araşdırma zamanı belə bir nəticəyə gəlinmişdir ki, ünvan 2 ünvanında 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış havalandırma və tüstübaca sistemi “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”na, AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirilmə normaları”na, yanğın təhlükəsizliyinə dair qanunvericiliyin YTQ 01-2001 bənd 7.1 və 7.6-cı tələblərinə uyğundur. Havalandırma və tüstü-bacanın qoşulduğu borunun qeyri-yaşayış binasının ön fasad hissəsində quraşdırılmasına gəlincə qeyd olunmalıdır ki, “Tikinti obyektlərinin mühəndis kommunikasiya təminatı Qaydaları”nın 2.10-cu bəndinə əsasən mühəndis kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və digər fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir. Bu qaydalar ## ###### 2015-ci il tarixdə qəbul edilmişdir və həmin qaydaların 1.3-cü bəndinə görə bu Qaydalar yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə şamil olunur. Həmin qaydaların 4.2-ci bəndinə görə hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binalarının qaz kəməri boruları qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarına uyğun olaraq, binanın fasadı ilə çəkilməlidir. Baxış keçirilən qeyri-yaşayış sahəsinin yerləşdiyi bina qazla təchiz edilməmişdir və bina “Tikinti obyektlərinin mühəndis kommunikasiya təminatı Qaydaları” qəbul edilməmişdən öncə inşa edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsinin havalandırmasının binanın şaxtasına sərbəst çıxışı layihədə nəzərdə tutulmamışdır. YTQ 03.2002-nin 3.4.7 bəndinin tələblərinə əsasən havalandırma və tüstü bacaları müstəqil şəkildə quraşdırılmalı, binanın ümumi şaxtasına qoşulmamalıdır. Bu səbəbdən bizim qurum tərəfindən havalandırma və tüstü-bacanın qoşulduğu borunun qeyri-yaşayış binasının ön fasad hissəsində quraşdırılması qüvvədə olan norma və qaydaların tələblərinə uyğun hesab edilir. Əlavə olaraq qeyd edilmişdir ki, ## #### 2025-ci il tarixli məktubuda da qeyd olunduğu kimi tüstübacada yağ qalıqları təmizlənmədiyindən müvafiq şəxs məsuliyyətə cəlb edilmişdir.

40. Apellyasiya baxışında cavabdeh cavabdeh4 vəkili və nümayəndəsi vəkil1 əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi ekspertin rəyinə əsasən iki məsələyə istinad edir: tüstü bacasının damdan iki metrdən az məsafədə olduğuna və əsas fasad ilə getdiyinə. Tüstü bacası ilə bağlı FHN-dən məktubları vardır. Həmin tüstü bacasını lisenziyası olan şirkət çəkmişdir. Bundan başqa, istinad olunan norma 2015-ci il tarixinə aid olan normadır, bina isə həmin tarixdən əvvəl tikilmişdir. İddia qaldırılan zaman tüstü bacası maneəçilik yaradırdı, hazırda isə dəyişikliklər olmuşdur və heç bir maneəçilik yoxdur. İki il bundan qabaq tüstü bacası qonşunun şaxtasına qoşulmuşdu, daha sonra orada yanğın baş verdiyindən, onlar təqribən 20 min manat zərər ödədilər. Qonşu yenidən qoşulmağa icazə vermədi. Əsas fasadla bağlı məsələyə gəldikdə, qarşı tərəfin bununla bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmənin gedişində FHN-dən rəy alındı və lisenziyası olan şirkət dəvət edildi, onların sxeminə əsasən tüstü bacası çəkildi. İki nəfər iddiaçı ilə qeyri-yaşayış sahəsinin tüstü bacası arasında 100-150 m fərq vardır və onu fiziki cəhətdən hiss etmək mümkün deyildir. Məhkəmə qətnaməsi çıxardıqdan sonra tüstü bacasının hündürlüyü 2 metrə qaldırılıb. Qarşı tərəfin istinad etdiyi normativ hüquqi akt 2015-ci il tarixində qüvvəyə minmişdir. Həmin normativ hüquqi akt yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə aiddir. Bu bina 20 ilin binasıdır və bu qaydaları bura tətbiq etmək olmaz. Fövqəladə Hallar Nazirliyinin İkinci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsinin ## ######## 2025-ci il tarixli məktubunda hər şey ətraflı şəkildə qeyd edilmişdir. Xüsusilə qeyd edilmişdir ki, tüstü bacası ayrıca olmalıdır, binanın daxilindən olmamalıdır. Əlavə olaraq, qoxunu-qazı boğmaq üçün xüsusi avadanlıqlar quraşdırılmışdır. Maksimum dərəcədə kiməsə narahatlıq etməmək üçün hər şey edilmişdir.

41. Apellyasiya baxşında iddiaçıların vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, burada havalandırmadan söhbət getmir, sadəcə tüstü bacası ilə bağlı problem vardır. Həmin qeyri-yaşayış sahəsi tikilən zaman orada qaz nəzərdə tutulmamışdı. Oranın restoran kimi fəaliyyət göstərməsi də nəzərdə tutulmamışdır. İstəyirlər ki, iki il bundan qabaq necə istifadə olunmuşdursa, hazırda da elə istifadə olunsun. Normativlərə əsasən tüstü bacası yaşayış sahəsinin şaxtasına qoşularaq damından iki metr yuxarı qaldırılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iki dəfə ekspertiza keçirilmişdir. Həmin rəylərə əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən qaz xətlərinin qanunsuz qoşulması ilə bağlı rəy verilmişdir. Tüstü bacalarının istismarında X11 vardır. Həmin qaydaların 1.2-ci bəndində qeyd edilir ki, tikinti obyektlərinin tüstü-bacalarının layihələndirilməsi və tikintisi tikinti obyektinin təyinatına uyğun olaraq Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin mühəndis kommunikasiya təminatı qaydalarının, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, yanğın təhlükəsizliyinə dair qanunvericiliyin və qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarının tələblərinə uyğun həyata keçirilməlidir. Yəni tüstü bacaları tikilməsi üçün əvvəlcə bu normalara uğun şəkildə layihələndirilməlidir. Birincisi qarşı tərəfin heç layihəsi yoxdur. Qeyri-yaşayış sahəsi yaşayış binasına yaxın olduğu üçün həmin qaydalara əsasən həmin tüstü-baca yaşayış binasının damından 2 metrə çıxmalıdır. Həmçinin normalarda yazılır ki, tüstü-baca binanın əsas fasadından çıxmalı deyildir. Bir haldakı binaya qaz verilməyibsə, necə ola bilər ki, həmin binaya tüstü bacası quraşdırılır?!. Yerli baxış zamanı müəyyən olundu ki, qanunsuz olaraq qaz balonları qoyulmuş və onlardan sitifadə edilir. Qeyri-yaşayış binasının dam örtüyü beton deyildir, dəmirdəndir. Yerli baxış zamanı müəyyən olundu ki, bitişik binada 300-dən çox mənzil vardır. Eyni zamanda cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi binanın ikinci mərtəbəsindədir. İddiaçılardan birinin isə əmlakı binanın üçüncü mərtəbədədir. İş materiallarında təqdim olunmuş videogörüntülər və fotoşəkillər vardır. Belə ki, həmin tüstü bacasından istifadə olunan zaman oradan ətrafa yayılan tüstü, iyi, qoxu iddiaçılardan birinin obyektinə, digər iddiaçıların evinə daxil olur. Daha əvvəl cavabdeh tərəfin tüstü bacası normativlərə uyğun olaraq qonşu əmlakın vasitəsilə binanın ümumi şaxtasına qoşulmuşdu və həmin tüstü binanın 20 mərtəbəsindən yuxarı qalxırdı. Həm də tüstü bacasına qulluq olunmalıdır. Qulluq olunmadığına görə yanğın baş vermiş və qonşunun əmlakına da zərər dəymişdir. Yanğın baş verdikdən sonra qonşu daha buna icazə verməmişdir. Hazırda qonşu icazə vermədiyi üçün hazırkı tüstü bacası bina sakinlərini narahat edir. Onlar təhlükəsizlikdən, eyni zamanda tüstü bacasının qoxusundan və görünüşündən narazıdırlar.

42. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ######## 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmuş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun iddiaçılar iddiaçı2, İsgəndərova Yelena Georgiyevna və iddiaçı1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini qət etmişdir. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Fuad Abdıyevdən)

43. Apellyasiya instansiyası məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin ## ######## 2025-ci il tarixli aktəna istinadən göstərmişdir ki, mövcud vəziyyətdə mübahisəli qeyri-yaşayış sahəsində havalandırma və tüstü bacasının qoşulduğu borunun AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın 2.11-ci maddəsinin (ç) bəndinə uyğun olaraq dam örtüyündən 2 metr hündürlükdə quraşdırıldığı müəyyən edilmişdir. Eyni zamanda həmin qeyriyaşayış sahəsində havalandırma və tüstü bacasının “Tüstü bacalarının istismarında X11”nın 2.11- 2.14-cü bəndlərinin tələblərinə tam şəkildə uyğun olduğu, tüstü bacalarının borularının birləşmə nöqtələrinin kip olduğu, boşluqların mövcud olmadığı, həmçinin tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulmuş “ciblərin” vəziyyətinin, başlıqların və kəsiklərin yanğın təhlükəsizliyinə dair qanunvericiliyin YTQ 01-2001 bənd 7.17-ci tələblərinə uyğunluğu müəyyən edilmişdir.

44. Bununla da apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 4 ünvanında 2-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsində havalandırma və tüstü bacası AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”-nın 2.11-ci maddəsinin (ç) bəndinə və digər aidiyyəti normativ-hüquqi aktların tələblərinə uyğun quraşdırılmışdır. Bu səbəbdən sözügedən qorğuların gələcəkdə qonşu yaşayış və qeyri-yaşayış sahələri üçün yanğın təhlükəsi yaratması ehtimalının mövcud olmadığı qənaətinə gəlinmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin mövqeynə görə iddiaçıların öz sahəsindən istifadə etmələrinə maneə törədilməsi, habelə qonşu sahədən gələn qoxu, his, tüstü və zərərli qazların təsiri ilə bağlı isitnadları qiymətləndirilərkən, aşağıdakı hüquqi müddəaların da nəzərə alınması zəruridir. Belə ki, Mülki Məcəllənin 170-171-ci maddələrinə görə, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Əgər mülkiyyətçi əhəmiyyətli təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

46. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən qeyd etmişdir ki, mübahisə predmeti olan havalandırma sistemi və tüstü bacasının normal fəaliyyəti nəticəsində his, qoxu və tüstünün əmələ gəlməsi faktı öz-özlüyündə bu əsasla iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Bununla yanaşı həmin hallara dair tələb irəli sürən şəxsin marağının pozulduğu və onun həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir.

47. Bu zaman formal mülahizələrlə kifayətlənilməməli, iddiaçının konkret olaraq hansı marağının pozulduğu, mübahisəli obyektin həmin marağa hansı formada xələl gətirdiyi, yəni iddiaçı üçün hər hansı texniki, ekoloji və ya digər məhdudiyyət yaratdığı, real maneə törətdiyi və s. hallar sübutlarla təsdiq edilməlidir. İddiaçının zəruri sübutları müstəqil əldə etmək imkanı olmadığı təqdirdə, həmin sübutları tələb etmək barədə vəsatətinə əsasən mübahisəli məsələlərə dair xüsusi biliyə malik olan ixtisaslı mütəxəssislərin rəylərinin əldə edilərək məhkəməyə təqdim edilməsi təmin edilməlidir. Belə ki, umumi qaydaya görə, qonşu daşınmaz əmlakdan gələn qanunsuz təsirin mövcudluğunu və bu təsir nəticəsində zərərə məruz qaldığını iddia edən şəxs sübuta yetirməlidir.

48. Baxılan işdə cavabdehə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış havalandırma sisteminin və tüstü bacasının iddiaçıların mülkiyyətində olan daşınmaz əmlakdan istifadəyə real maneə yaratması, onlara hər hansı texniki və ya digər məhdudiyyət törətməsi, məhdudiyyətin nədən ibarət olması, məsələn, havaya buraxılan qazların həqiqətən də zərərli olması və s. bu kimi hallar iddiaçılar tərəfindən konkret və mötəbər sübutlarla əsaslandırılmamışdır.

49. İddiaçılar cavabdehə məxsus daşınmaz əşyadan gələn kəskin qoxunun, hisin və tüstünün yol verilən həddi aşdığını iddia edərək, sübut kimi yalnız video görüntüləri məhkəməyə təqdim etmişlər. Birinci instansiya məhkəməsi də öz növbəsində bu halların aydınlaşdırılması məqsədilə xüsusi biliyə malik olan ekspert və mütəxəssislər müraciət etməyə cəhd göstərsə də, aparılmış araşdırma nəticəsiz qalmışdır. Nəticədə mübahisəli təsirlərin xarakteri, intensivliyi və normativ hədlərə uyğun olub-olmaması barədə qoyulmuş suallar üzrə rəyin əldə edilməsi mümkün olmamışdır.

50. Bu səbəbdən, məhkəmə tərəfindən cavabdehə məxsus daşınmaz əşyadan iddiaçılara yönələn təsirin nədən ibarət olduğu (qaz, buxar, qoxu, his, tüstü və s.), həmin təsirlərin normativ (icazə verilən) həddi aşıb-aşmadığı, mövcud səviyyənin iddiaçılara real maneə yaradıb-yaratmadığı, habelə hüquqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olub-olmadığı, əgər pozursa bu təsirin adi istifadə və normal təsərrüfat fəaliyyəti çərçivəsində baş verdiyi, yoxsa bir istehsalat qüsurundan (tədbirsizliyindən, təhlükəsizlik qaydalarının pozulmasından) irəli gəldiyi, iddiaçıların bu təsirdən faktiki zərərə məruz qalıb-qalmadıqları, zərər varsa, onun həcmi və zərərlə təsir arasında səbəbli əlqənin mövcudluğu məsələləri araşdırılmamış qalmışdır.

51. İşin bu mübahisəli hallarının həlli xüsusi bilik tələb etdiyindən, cavablandırılması zəruri olan texniki və ekoloji məsələlər üzrə mütəxəssis rəyinin alınmasının vacibliyi qənaətinə gəlinmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi göstəmişdir ki, işin apellyasiya baxışı zamanı alınmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin *- **-**/*-****/**** nömrəli # ###### 2025-ci il tarixli məktubuna əsasən İdarə əməkdaşları tərəfindən X2 Monitorinq İdarəsinin mütəxəssislərinin və ünvan 3 ünvanında fəaliyyət göstərən “Hongkong” restoranın administratoru Vaqif Musayevin iştirakı ilə yerində araşdırma aparılmışdır. Monitorinq zamanı məlum olmuşdur ki, “MAESTRO” iaşə obyektində manqaldan istifadə olunur və “xxxx” şirkəti tərəfindən tüstü bacasının borusuna elektrostatik qaz-toztutucu təmizləyici qurğunun və iy-qoxunun qarşısını almaq məqsədilə karbon filterlərinin quraşdırıldığı müəyyən edilmişdir. Qeyd edilmişdir ki, restoranın havalandırma sistemi obyektin dam örtüyünə qədər quraşdırılmışdır. Araşdırma müddətində Xəzər KEMİ-nin mütəxəssisi tərəfindən atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə, SKY-2000 R5 səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmışdır. Nəticələrə əsasən, dəm qazı (CO) - 3,1 mq/m3 (norma 5 mq/m3 ) təşkil edərək, ətraf mühit üçün yol verilən norma daxilində olduğu müəyyən edilərək ##.##.2025-ci il tarixli, ****** nömrəli monitorinq aktı tərtib olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəmənin sorğusuna əsasən verdiyi cavabdan göründüyü kimi, iddiaçıların mülkiyyətlərində olan daşınmaz əmlaklardan təyinatı üzrə istifadə edilməsinə cavabdehə məxsus qeyri-yaşayış sahəsindən hər hansı məhdudiyyətin yaradılması halı müəyyən edilməmişdir.

53. Bununla da apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar cavabdehə məxsus qeyri-yaşayış sahəsində yerləşən iaşə obyektinin (restoranın) normal fəaliyyəti üçün quraşdırılmış havalandırma sistemi və tüstü bacasının sökülməsini tələb etmək hüququnun mövcudluğunu hüquqi və faktiki əsaslarla sübuta yetirə bilməmişlər.

54. Qeyri-yaşayış sahəsində havalandırma və tüstü bacasının qoşulduğu borunun binanın ön fasad hissəsində quraşdırılması da iddiaçıların əşya hüquqlarının hər hansı formada pozulması təhlükəsini yaratmır. Binanın üzərində yerləşdirilmiş mühəndis-kommunikasiya təminatı komponentlərinin şəhərin ümumi görünüşünə xələl gətirməsi ilə bağlı onların müvafiq qanunvericilikdə nəzərdə tutulmuş standartlara uyğunlaşdırılmasının tələb edilməsi hüququ yalnız bu sahədə qanunvericiliklə səlahiyyət verilmiş dövlət orqanlarına məxsusdur.

55. Belə ki, mövcud vəziyyətdə cavabdehə məxsus qeyri-yaşayış sahəsində mübahisəli mühəndis-kommunikasiya təminatı komponentlərinin sökülməsi tələbinin təmin olunması yalnız iki halda mümkün ola bilərdi: 1) həmin komponentlərin “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, yanğın təhlükəsizliyinə dair qanunvericiliyin və qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarının tələblərinə uyğun quraşdırılmaması; 2) bu komponentlərin iddiaçıların hüquqlarına və qanuni mənafelərinə toxunması, onların öz sağlamlığına və ya əmlakına real və əsaslandırılmış təhlükə yaratması.

56. Baxılan işdə də birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan bu halların mövcud olub-olmaması lazımi qaydada araşdırılmamış, göstərilən xüsusatlar üzrə həqiqətin müəyyən edilməsi məqsədilə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır. Bu səbəbdən, qətnamə iş üzrə müəyyən edilmiş hallar tərəflərin qarşılıqlı münasibətlərinə və tətbiq olunmalı qanunvericiliyə uyğun şəkildə qiymətləndirilmədən qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 5.3, 11.1, 180.1- 180.4,57.157.2, 157.4, 157.8, 170.1, 170.2, 171.1, 171.2, 171.3, 560.1, 560.2, 1096, 1097.1, 1097.3, 1098-ci Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası” Qadalarının 1.2-ci bəndinə , Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatlı qaydaları”nın 2.9.1, 2.10-cu, AzDTN 2.12-2 “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması, layihələndirmə normaları”-nın 8.11-ci “ç” bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

58. İddiaçı iddiaçı2 kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış tüstü bacası mövcud norma və qaydalara zidd quraşdırılmış, bunun nəticəsində iddiaçılar, o cümlədən iddiaçı2 öz əmlaklarından sərbəst istifadə edə bilməmiş, tüstü, qoxu və zərərli qazların təsirinə məruz qalmış, həmçinin yanğın təhlükəsi ilə üz-üzə qalmışlar. Lakin apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış, iş üzrə mövcud ekspertiza rəylərinə, yerində baxış nəticələrinə və digər sübutlara qiymət verməmiş, yalnız ayrı-ayrı dövlət qurumlarının formal xarakterli məktublarına istinad etməklə yanlış nəticəyə gəlmişdir. Həmin baxışların tərəflərin iştirakı olmadan keçirilməsi və real istismar şəraitini əks etdirməməsi də nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4 və 170.2-ci maddələrinə əsasən cavabdehin bu hərəkətləri iddiaçıların mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Həmçinin Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələrinə əsasən mübahisəli tüstü bacası qanunsuz tikinti hesab olunmalı və aradan qaldırılmalıdır. Bundan əlavə, “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”na, Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2 və 68.1-ci maddələrinə, eləcə də müvafiq yanğın təhlükəsizliyi və sanitariya normalarına əsasən belə qurğuların bina fasadında və yaşayış sahələrinə zidd şəkildə quraşdırılması yolverilməzdir. Bundan başqa, MPM-nin 77, 88 və 218.1-ci maddələrinə əsasən sübutların qiymətləndirilməsi qaydalarına riayət edilməmiş, işin faktiki halları düzgün müəyyən olunmamışdır. Nəticədə məhkəmə tərəfindən əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.Maddə 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 171.3 əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Maddə 560.2. hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər etibarsızdır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Maddə 1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası” Qaydaları (mübahisənin yarandığş zaman qüvvədə olan) Bənd 1.2. Tikinti obyektlərinin tüstü bacalarının layihələndirilməsi və tikintisi (quraşdırılması) tikinti obyektinin təyinatına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları”nın, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, yanğın təhlükəsizliyinə dair qanunvericiliyin və qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarının tələblərinə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydaları” 2.9.1-ci bəndinə əsasən, bədbəxt hadisələrin baş verməməsi və partlayış zamanı insanların zədə almasının qarşısının alınması məqsədi ilə layihə sənədlərində bir sıra tədbirlər nəzərdə tutulmalıdır, o cümlədən isitmə və isti su təchizatı sistemlərində, qazişlədən avadanlıqlarda, tüstü bacaları və borularında, qaz və yanğın təhlükəli mayeləri nəql edən boru kəmərlərində təhlükəsizlik qaydalarına riayət olunması. 2.10-cu bəndinə əsasən, mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və digər fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. layihələndirmə normaları” Bənd 8.11. “ç”. Tüstünün atmosferə, yanar və ya çətin yanar materiallardan olan dam örtüyündən ən azı 2 m hündürlükdə atılması. Tüstü çıxışının kənarından ən azı 2 m məsafədə dam örtüyünün yanmayan materiallarla qorunması ilə, daha az hündürlükdə tüstünün atılmasına yol verilir. Təbii sorma olduqda şaxtaların üzərində deflektorların qoyulması nəzərdə tutulmalıdır. Mexaniki sistemlərdə borulardan tüstünün atılması zontlar olmadan nəzərdə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

63. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməyib.

65. İddiaçılar mübahisədə adı keçən havalandırma və tüstü bacasının sökülməsini tələb edərkən həmin qurğuların tikinti norma və qaydalarının pozulmaqla quraşdırılmasına və mənzillərinin və obyektlərin tüstüyə qərq olması, his, qoxu və zərərli qazlarla bürünməsi ilə əsaslandırmışlar.

66. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi ## ###### 2024-cü il tarixli qərardadla cavabdeh4 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid havalandırma sisteminin və tüstü bacasının işlək vəziyyətində yaratdığı qoxu, tüstü və hissin iddiaçılara məxsus yaşayış və qeyri-yaşayış sahələrində yol verilən hədlərdən yüksək olub-olmaması, bina sakinlərinin sağlamlığı və həyatları üçün təhlükəli şərait yaradıb-yaratmaması, havalandırma sistemi və tüstü bacasının müvafiq normalara uyğunluğu və s. məsələlərə aydınlıq gətirilməsi üçün əlavə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın aprılmasını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilməklə, Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.

67. Məhkəmə Ekspertizası Mərkəzi mütəxəssislərin rəyləri daxil olmadığı üçün ekspertiza tədqiqatının aparılmasından imtina edilmişdir.

68. Apellyasiya insansiyası məhkəməsi Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli akta və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin *-**-**/*-****/**** nömrəli # ###### 2025-ci il tarixli məktubuna əsasən iddianı rədd etmişdir.

69. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ekspertiza təyin edilsə də, ekspertizanın həvalə edildiyi orqanın ekspertiza keçirilməsi ilə bağlı vəsatətinin təmin edilməməsi, başqa sözlə, təyin etdiyi ekspertizanın rəyini almamasına baxmayaraq, apellyasiya məhkəməsi mübahisəli məsələ ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən halı, zəruri bildiyi ekspert rəyi ilə müəyyən etməmişdir. Halbuki məhkəmə ekspertizanı məhz bu məqsədlə təyin etmişdi.

70. İddianın rədd edilməsi üçün istinad edilən sənədlər isə ekspertiza tədqiqatına cəlb edilmiş orqanların məktublarıdır.

71. Həmçinin apellyasiya instasniyası məhkəməsi Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli akta istinad etdiyini göstərsə də, işdə həmin tarixli akt yox, cavabdeh cavabdeh4 ünvanlanmış məktub vardır (III cild, iş və. 209).

72. Bundan əlavə, iddiaçılar cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən gələn qoxu, tüstü, his və zərərli qazların onlara məxsus mənzil və obyektlərə daxil olmasını bildirmişlər.

73. Mülki Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

74. İşdən görünür ki, iddiaçıların bu dəlilləri Mülki Məcəllənin 170.2-ci və 180.4-cü maddələrinin tələbləri baxımından yoxlanılmayıb.

75. Əvvəla, dəm qazının (CO) - 3,1 mq/m3 (norma 5 mq/m3 ) təşkil edərək, ətraf mühit üçün yol verilən norma daxilində olması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin *-**-**/*-****/**** nömrəli # ###### 2025-ci il tarixli məktubunda (III cild, iş v. 227) qeyd edilib.

76. Məktubda dəm qazının ətraf mühit üçün yol verilən norma daxilində olması göstərilsə də, his, tüstü və qoxunun norma həddində olub-olmamasına münasibət bildirlməyib. Həm də qeyd edilənlər də hər hansı tədqiqatın nəticəsinə deyil, məktuba əlavə edilmiş ## ####### 2025-ci il tarixli akta (III cild, iş v. 228) əsaslanmışdır. Aktda isə iddiaçılar və yə onların nümayəndəsinin iştirakı qeyd edilməmişdir.

77. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsi ## ###### 2024-cü il tarixli məktubla iddiaçı və vəkilinin iştirak etməsinə baxmayaraq, əmlak sahibinin obyektə baxış keçirilməsi və laborator müayinə aparılması üçün şərait yaratmaqdan imtina etdiyini bildirmiş və bu barədə ## ###### 2024-cü il tarixli sanitariya müayinəsi aktını məktuba əlavə etmişdir. (İ cild, iş v.204)

78. “xxxx” publik hüquqi şəxsinin ## #### 2024-cü il tarixli məktubunda isə qeyd edilmişdir ki, Mərkəzin mütəxəssisləri tədqiqat obyektinin yerləşdiyi ünvanda olmuş, lakin cavabdehə məxsus ictimai-iaşə obyektində mexaniki ventilyasiya sistemi işlək vəziyyətdə olmadığı üçün iddiaçıların yaşayış evlərində və ictimai-iaşə obyektinin üstündə inşa olunan qeyri-yaşıyış sahəsində laboratoriya müayinələrinin aparılması məqsədəuyğun hesab edilməmişdir. (II cild, iş v.96) 79.Göründüyü kimi, “xxxx” publik hüquqi şəxsin məktublarında laborator müayinə aparılmamasının səbəbləri göstərilməklə, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən gələn qoxu, tüstü, his və zərərli qazlarla bağlı iddiaçıların dəlilləri yoxlamadan kənarda qalmışdır.

80. Belə olan halda, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin *-**-**/*-****/**** nömrəli # ###### 2025-ci il tarixli məktubuna istinadən qoxu, tüstü, his və zərərli qazlarla bağlı iddiaçıların dəlillərinin rədd edilməsi əsaslı sayıla bilməz.

81. Buna görə də, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən gələn qoxu, tüstü, his və zərərli qazların iddiaçıya məxus obyektə dolub-dolmaması, bunların zərərli təsirlərinin olubolmaması, iddiaçının öz sahəsindən təyinatı üzrə istifadə etməkdə ona maneçilik yaradıbyaratmaması, hüququnun əhəmiyyətli dərəcədə pozulub-pozulmaması hallarına aydınlıq gətirilmədiyi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olmasına qiymət verə bilmir.

82. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

83. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

84. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar