Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-810/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, məcburi pay hüququndan məhrum edilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məcburi pay hüququndan məhrum edilmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Cavabdeh Cavabdeh iddiaçının oğludur. Iddiaçı oğlunu məcburi pay almaq hüququndan məhrum edilməsi üçün iddia tələbi irəli sürmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miras əmlakından məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh iddiaçının oğludur. Onun 69 yaşı var, səhhətində ciddi problemlər var. Oğlu ona heç bir köməklik etmir. Cavabdeh mütəmadi olaraq onu təhqir edir, hətta onu vurur. Bununla əlaqədar olaraq dəfələrlə polis orqanlarına da müraciət etmişdir.
4. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 öz izahatında iddia tələbini qəbul etmədiyini, tələbin hüquqi əsasının olmadığını, iddia ərizəsində Mülki Məcəllənin 1203-cü maddəsinə istinad edildiyini, qanunvericiliyin tələbinə əsasən şəxsin sağlığında məhkəməyə müraciət etmək hüququnun mövcud olduğunu, həmin maddədə birbaşa olaraq məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olduğunu göstərdiyini, araşdırma apardığını yalnız 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bildiyini, başqa hər hansı bir halın mövcud olmadığını, ailə məcəlləsinə əsasən əgər valideynin ehtiyacı varsa alimentlə bağlı valideyinin məhkəməyə müraciət etmək hüququnun olduğunu, lakin iddiaçının qazancının cavabdehdən dəfələrlə çox olduğunu bildirmişdir. O iddiaçının cavabdehin sənədlərini götürdüyünü, cavabdehin də atası ilə münaqişə etməmək üçün bununla bağlı polis orqanına müraciət etdiyini, cavabdehin iddiaçıdan incidiyini, belə bir hüququnun mövcud olduğunu, bu məsələnin məhkəməyə çıxmalı olmadığını, iddiaçının bir çox əmlaklarının mövcud olduğunu, cavabdehin anasının Gəncə şəhərində əziyyətlə tikdiyi evi ona verməsi halında bütün əmlaklardan imtina etməyə hazır olduğunu, lakin iddiaçının bununla razılaşmayaraq məsələni məhkəmə qaydasında həll etməyə maraqlı olduğunu bildirmişdir.
5. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (Hakim: Samirə Eyvazova).
6. Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən belə qənaətə gəlmək olur ki, hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
7. Qeyd olunan maddi hüquq normasının mənasına görə, hər hansı şəxsin mirasdan məhrum edilməsi üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin və ya miras qoyanın vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi.
8. Məhkəmə qeyd etmişdir ki, göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi və ya vərəsə almaq hüququndan məhrum edilərək nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir.
9. Işin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçı cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslarla bağlı sübut təqdim etməmiş, həmin əsaslar məhkəmə araşdırması zamanı işə mahiyyəti üzrə sübutları qiymətləndirməklə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, işin məhkəmər tərəfindən müəyyən edilən halları qeyd edilən maddi hüquq normasını dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etdiyi üçün iddia rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60, 127-ci, Mülki Məcəlləsinin 15.2, 16.1, 1159.1, 1159.1.1, 1137, 1139, 1203.1,1203.2, 1203.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 88, 89.1, 89.3, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ###### 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləsinin 1203-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Indiki halda cavabdeh yaşlı və səhhətində ciddi problemlər olan atasına qayğı göstərmək əvəzinə, onu mütəmadi olaraq təhqir edir, vurur, atasının şərəf və ləyaqətini alçaldan hərəkətlər edir. Məhkəmə qeyd etdiyi halların heç birini nəzərə almadan əsassız və qanunsuz olaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Təəssüf ki, məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, iddiaçının üç övladı var, biri hazırkı iş üzrə cavabdeh, digər iki qız övladlarından biri vəfat etmişdır, iddiaçının 69 yaşı var, səhhətində ciddi problemlər var, imkanlı şəxsdir, oğlunun adına keçirdiyi əmlakı satmışdır, iddiaçı cavabdehi məcburi pay hüququndan məhrum etmədən də əmlaklarını digər övladlarına və vərəslərinə bağışlama edə bilər, lakin cavabdeh atasına qayğı göstərmək əvəzinə, onu mütəmadi olaraq təhqir edir, vurur, atasının şərəf və ləyaqətini alçaldan hərəkətlər edir, məcburi pay hüququndan məhrum etmə iddiaçının hüquqdur, cavabdehə çatası miras əmlak da ona artıqlaması ilə verilib, hesab edir ki, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 1137-ci maddəsinə istinad etməsi əsaslı deyildir, belə ki, ləyaqətsiz vərəsə və məcburi paydan məhrumetmə institutları ayrı-ayrı institutlardır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 elektron kabinetlə məhkəməyə izahat təqdim etmiş və qeyd etmişdir ki, apellyasiya şikayətini qəbul etmir və aşağıdakı məqamlara görə şikayətin dəlillərini əsassız hesab edir: 1. Şikayət iddia ərizəsində yazılanların təkrarı olmaqla, işə baxmış birinci instansiya məhkəməsinin qətnamə çıxaran zaman hansı maddi və ya prossesual hüquq normasını pozması və ya düzgün tətbiq etməməsi hissəsində əsaslandırılmayıb. Apellyatorun şikayətdə qeyd etdiyi MM-nin 1203-cü maddəsi sadəcə iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək kimi hüququnun olmasını ehtiva edir, lakin heç bir halda bu tələbin sadəcə iddiaçının istəyi ilə təmin edilməli olması anlamına gəlmir. Iddiaçı bilməlidir ki, istinad etdiyi hallara əsasən, Mülki Məcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Iddiaçının dedikləri nə həqiqətə uyğun deyil, nə də məhkəmə tərəfindən təsdiq edilmir. Iddiaçının oğlu barəsində dedikləri həqiqəti əks etdirmir, nə də ki bu barədə polisdə araşdırmalar yoxdur. Cavabdeh Cavabdeh nəinki atasına heç bir zaman əl qaldırmayıb, hətta onunla sözləşməkdən belə çəkinib. Məhkəmə tərəfindən verilən sorğuya polisdən daxil olan materiallardan da görünür ki, iddiaçı deyil, tərsinə cavabdeh onun barəsində qanunsuz davranışa görə polisə şikayət edib və orada iddiaçının özünün veriyi izahatda oğluna qarşı hörmətsizlik etmədiyini bildirir. Əgər oğlu ona qarşı onun dediyi kimi (əl qaldırma, təhqir etmə, söymə və s) qanunsuz hərəkət etmiş olsaydı, iddiaçı polisdə bunu bildirərdi. O isə öz hərəkətlərinə müdafiə xarakterli izahatlar verib. Iddiaçı tərəfin vəkilnin hər dəfə bu barədə materiallar var deməsi isə sadəcə vaxt uzatmağa xidmət edir. Iddiaçı sağlamdır, bütün məhkəmə iclaslarına gəlir, məhkəmədə vediyi ifadələrdə özünün milyonlarla sərvətinin olduğunu bildirir. Iddiaçı tək yaşamır, qeyri-rəsmi nikah münasibətlərindədir və mülkiyyətində olan qeyri-yaşayış sahələrindən hər ay yüksək məbləğlərdə aylıq icarə haqqları alır. Bunları məhkəmədə də etiraf etmişdir. Işə baxan məhkəmə düzgün hüquqi nəticəyə gəlmiş və qətnamədə iddiaçı tərəfə iddiasının təmin olunmama səbəbi aydın şəkildə izah edilmişdir. Məhkəmənin gəldiyi nəticə işin halları ilə uyğundur və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "məcburi pay hüququndan məhrum edilmə" barədə iddiası təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı mirasında məcburi pay almaq hüququndan məhrum edilməsi qət edilmişdir (hakimlər: Fuad Talışinski -sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Günel Abbasova).
17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etməmişdir.
18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011ci il ## ####### tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir.”
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin qərar və qanunvericiliyin təhlili mülkiyyətçiyə (miras qoyana) qarşı yanlış hərəkət etmiş şəxsi vərəsəlik hüququndan, o cümlədən məcburi paydan məhrum etmək hüququ mülkiyyətçinin sərəncam vermək hüququna müvafiq tətbiq edilməlidir.
20. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tətbiqində səhvə yol verərək ləyaqətsiz vərəsəyə aid maddi hüquq normasını birbaşa tətbiq etmişdir. Halbuki, ləyaqətsiz vərəsəlik miras qoyanın ölümündən sonra fərqli subyektiv tərkib dairəsində olan iddia tələblərinə aiddir. Hazırki mülki münasibətlərdə isə mülkiyyətçinin sağlığında öz mülkiyyəti üzərində sərbəst sərəncam verilməsindən irəli gələn hüquqlardır ki, bunların istisna edilməsi müstəsna hallarda baş verə bilər. Məhkəmə kollegiyası belə halların baş verməsi ehtimallarını belə müəyyən etməmişdir.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1137, 1138, 1139, 1176.1, 1176.2, 1193, 1203.1, 1203.2, 1203.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2011-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin sadəcə qanunvericiliyin tətbiqində səhvə yol verməsi, yəni səhv hüquqi əsaslandırma seçməsi, qətnamənin ləğv olunaraq iddianın təmin olunmasını şərtləndirmiş olur. Apellyasiya məhkəməsi də, tətbiq etdiyi hüquqi əsaslandırmaya uyğun gələn halları müəyyən etməmiş və ya bununla bağlı qətnamədə hər hansı əsaslandırma və ya qeyd yoxdur. Məhkəmə mübahisəyə baxan zaman ayrı hüquq norması tətbiq edə bilər, amma bu yenə də iddiaçının istinad etdiyi halları sübut etmə vəzifəsini ləğv etmir. Məhkəmə tamamilə yanlış və səhv nəticəyə gəlmişdir.
24. Kassasiya şikayətində Mülki Məcəllənin 1139 və 1203.1-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
25. Apellyasiya instansiya məhkəməsi MPM-in 14-cü maddəsinin tələblərini pozmuş, iş üzrə araşdırılmış sübutlara birtərəfli, yəni iddiaçının mövqeyindən yanaşmış, cavabdehin etirazına və işdə olan digər sənədlərə əhəmiyyət verməmiş və səhv huquqi nəticəyə gəlmişdir.
26. Bundan başqa, apellyasiya məhkəməsi cavabdehin etirazına və təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, iddianın əsassızlığı məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilməsinə baxmayaraq qətnaməni heç bir əsas olmadan ləğv etmişdir. Iddiaçı apellyasiya məhkəməsində deyir: “69 yaşı var, səhhətində ciddi problemlər var, imkanlı şəxsdir, oğlunun adına keçirdiyi əmlakı satmışdır, iddiaçı cavabdehi məcburi pay hüququndan məhrum etmədən də əmlaklarını digər övladlarına və vərəslərinə bağışlama edə bilər, lakin cavabdeh atasına qayğı göstərmək əvəzinə, onu mütəmadi olaraq təhqir edir, vurur, atasının şərəf və ləyaqətini alçaldan hərəkətlər edir, məcburi pay hüququndan məhrum etmə iddiaçının hüquqdur, cavabdehə çatası miras əmlak da ona artıqlaması ilə verilib” Bu deyilənlərdən “cavabdeh atasına qayğı göstərmək əvəzinə, onu mütəmadi olaraq təhqir edir, vurur, atasının şərəf və ləyaqətini alçaldan hərəkətlər edir” hissəsinə dair nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bunlar sadəcə sözlərdir. Digər tərəfdən iddiaçı burada qeyd edir ki, “imkanlı şəxsdir” yəni iddiaçı etiraf edir ki, oğlundan qat-qat imkanlıdır, bunları birinci instanisya məhkəməsində də verdiyi ifadələrdə təsdiq edir, onun heç kimin qayğısına ehtiyacı yoxdur. Ola bilər söhbət qayğı deyil, məhəbbətdən gedir, amma iddiaçı öz oğlunu, həmçinin bütün ailə üzvlərini daimi olaraq təhqir etmiş və məişət zorakılığına məruz qoymuşdur. Iddiaçı təsadüfi deyil ki, sağ qalmış iki övladının heç biri ilə ünsiyyəti yoxdur. Daha sonra iddiaçı deyir: “iddiaçı cavabdehi məcburi pay hüququndan məhrum etmədən də əmlaklarını digər övladlarına və vərəslərinə bağışlama edə bilər” Sual yaranır ki, hazırki iddiaya o zaman nə ehtiyac var? Yəni iddiaçı bütün əmlakını ürəyi istəyən şəxsə, məsələn digər vərəsəyə (əgər varsa) bağışlama etsə, belə bir iddia tələbinə hər hansı zərurət qalmış olmaz. Halbuki, iddiaçının əsl niyyəti, cavabdehi mirasdan məhrumetmə deyil, ona nəyisə sübut etməkdir. Cavabdeh o qədər psixoloji olaraq atasından qorxur ki, hələ də onunla üz-üzə gəlməyə cürət etmir.
27. Cavabdeh daha sonra (vəkil vəkil1) kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini, yaxud əlavə araşdırılmaya ehtiyac olduğu halda, işin yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
30. Maddə1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
31. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
32. Maddə1176.2. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.
33. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
34. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.
35. Maddə1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
36. Maddə 1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2011-ci il tarixli Qərarı
37. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miras əmlakından məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona heç bir köməklik etmir. Cavabdeh mütəmadi olaraq onu təhqir edir, hətta onu vurur. Bununla əlaqədar olaraq dəfələrlə polis orqanlarına da müraciət etmişdir.
47. Cavabdeh tərəf etirazında göstərir ki, iddiada göstərilənlər heç bir sübutla təsdiqlənmir, iddiaçının əsassız mülahizələridir. Heç vaxt iddiaçını vurmamış, onu təhqir etməmiş, iddiaçının onun maddi köməyinə ehtiyacı yoxdur. Əksinə iddiaçının hüquqa uyğun olmayan davranışları ilə bağlı o, polis orqanlarına müraciət etmişdir.
48. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslara dair sübutlara malik olmamışdır.
49. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmamış yekun qərar qəbul edərək iddianı təmin etmişdir.
50. Apellyasiya məhkəməsi iddianın təmin olunmasını mümkün hesab edərkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tətbiqində səhvə yol verərək ləyaqətsiz vərəsəyə aid maddi hüquq normasını birbaşa tətbiq etmişdir. Halbuki, ləyaqətsiz vərəsəlik miras qoyanın ölümündən sonra fərqli subyektiv tərkib dairəsində olan iddia tələblərinə aiddir. Hazırkı mülki münasibətlərdə isə mülkiyyətçinin sağlığında öz mülkiyyəti üzərində sərbəst sərəncam verilməsindən irəli gələn hüquqlardır ki, bunların istisna edilməsi müstəsna hallarda baş verə bilər.
51. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı əsaslandırması ləyaqətsiz vərəsə ilə bağlı normaların düzgün tətbiq olunmaması, iddiaçının sağlığında öz mülkiyyəti üzərində sərbəst sərəncam verilməsindən irəli gələn hüququnun həyata keçirməsindən irəli gəlməsi ilə bağlı olmuşdur.
52. Məhkəmə tərkibi apellyasiya məhkəməsinin iddianın təmin edilməsi üçün müəyyən etdiyi hallarla razılaşmır.
53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ####### tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır.
54. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.
55. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir.
56. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur.
57. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir.
58. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər.
59. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
60. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər
61. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir
62. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər
63. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir.
64. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur.
65. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur.
66. “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 13 dekab tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “ mövqeyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.
67. Beləliklə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyindən aşkar olaraq müəyyən olunur ki, cavabdehin məcburi paydan məhrum edilməsi üçün iddiaçıya qarşı Mülki Məcəllənin 1137 və 1138-ci maddələrində təsbit edilmiş əsaslar olmalı və bunlar təkzibolunmaz sübutlarla təsdiqlənməlidir. Məhz belə əsasların olması halında şəxsin məcburi paydan məhrum edilməsinə dair iddianın təmin olunması mümkün hesab edilə bilər.
68. Lakin apellyasiya icraatı zamana belə əsaslar müəyyən edilməmişdir. Məhkəmə əsassız olaraq baxılan iş üzrə Mülki Məcəllənin 1137-ci maddəsinin tətbiqini mümkünsüz hesab etmişdir.
69. Apellyasiya məhkəməsinin “iddiaçının sağlığında öz mülkiyyəti üzərində sərbəst sərəncam verilməsindən irəli gələn hüququnun həyata keçirməsi”-nə dair mövqeyinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qayda (vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir) miras qoyanın sərəncam səlahiyyətinin həyata keçirilməsi ilə bağlıdır.
70. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin öz əmlakı üzərində sərəncam vermək azadlığı məcburi pay hüququndan məhrumetmə üçün yetərli əsas hesab olunmur. Nəzərə alımalıdır ki, miras qoyanın sərəncam azadlığının sərhədi məcburi pay hüququnun yarandığı an bitir. Yəni sərəncam azadlığı məcburi pay institutu ilə məhdudlaşır. Miras qoyan istədiyi şəxsi vəsiyyətnamədən kənarda saxlaya bilər, lakin məcburi pay hüququ olan şəxsi yalnız qanunda göstərilən xüsusi əsaslar olduqda həmin hüquqdan yalnız məhkəmə qaydasında məhrum etmək mümkündür.
71. Beləliklə apellyasiya instansiya məhkəməsi iddiaçının sərəncam azadlığına istinad edərək iddianı təmin etməsi, yəni qanunda nəzərdə tutulmuş hər hansı əsasın olmamasına baxmayaraq cavabdehi məcburi paydan məhrum etməsi bu institutun (məcburi pay hüququ, ondan məhrumetmənin qaydaları və şərtləri) mahiyyətinə uyğun olmamışdır.
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır.
73. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz
74. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, MPM-in 417.1.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
76. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 15 dekabr 2025ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qərar qəbul olunsun. Iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.