Məhkəmə qərarları › İş №2(1-8)-838/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-838/2026

15.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2(1-8)-838/2026 15.04.2026 ALI MƏHKƏMƏ İddiaçıan Respublikası adından İddiaçıan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı (Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi olduqda, iş üzrə icraata xitam verilməsi) İddiaçıan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyası, hakimlәr Babayev Zәki Baba oğlu (mәruzәçi), Əliyev Zaur Əli oğlu vә Baxışova Vüsalә Əlәkbәr qızından ibarәt tәrkibdә, iddiaçı İddiaçıan Respublikası Dövlәt Neft Şirkәti (SOCAR) “Azneft” İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı (Bakı şәhәri Sәbail Rayon İcra Hakimiyyәti, mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 vә mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs1 mübahisә predmeti barәsindә müstәqil tәlәblәr irәli sürmәyәn üçüncü şәxslәr qismindә cәlb edilmәklә) “qanunsuz tikilinin sökülmәsi, әrazinin boşaldılması vә zәbt olunmuş torpaq sahәsinin geri qaytarılması” tәlәbinә dair iddiası ilә bağlı mülki iş üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının *(***)-****/**** nömrәli, # ###### 2026-cı il tarixli qәrardadından iddiaçı İddiaçıan Respublikası Dövlәt Neft Şirkәti (SOCAR) “Azneft” İstehsalat Birliyi (vәkil nümayәndә1) tәrәfindәn verilmiş kassasiya şikayәtinә ## ##### 2026-cı il tarixdә Ali Mәhkәmәnin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrarı qәbul etdi. İşin halları:

1. İddiaçıan Respublikası Sәbail Bәlәdiyyәsinin ## ###### 2004-cü il tarixli Sәrәncamına әsasәn Bәlәdiyyә әrazisindә olan 200 kv.m. torpaq sahәsi mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs1 adına rәsmilәşdirilmişdir.

2. Torpaqların alğı-satqısına dair akta әsasәn 200 kv.m. torpaq sahәsi mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs1 tәrәfindәn alınmış vә mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs1 ## ####### 2007-ci ildә hәmin әrazidә yerlәşәn torpaq sahәsini özәllәşdirmәk, şәhadәtnamә almaq vә üzәrindә digәr әmlak hüquqlarının hәyata keçirә bilmәsi üçün Cavabdeh etibarnamә vermişdir.

3. “Azneft” İB “Bibiheybәtneft” Neft vә Qazçıxarma İdarәsinin mütәxәssislәri tәrәfindәn tәrtib edilmiş ##.##.2019-cu il tarixli aktda “Bibiheybәtneft” NQÇİ-nin daimi istifadәsindә olan torpaq sahәsindә ünvan 3 ünvanında vәtәndaş mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 tәrәfindәn әrazinin bir hissәsinin zәbt edilәrәk orada özbaşına tikinti işlәrinin aparıldığı müәyyәn edilmiş vә 2021-ci ildә iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edilәrәk, ünvan 1 ünvanında cavabdeh tәrәfindәn inşa edilmiş özbaşına tikilinin cavabdeh mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 hesabına sökülmәsi, әrazinin boşaldılması vә zәbt edilmiş torpaq sahәsinin iddiaçının istifadәsinә qaytarılması vә dövlәt rüsumunun cavabdeh mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 tutulması barәdә qәtnamә qәbul olunmasını xahiş edilmişdir.

4. Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin *(***)-**/**** nömrәli, ## ###### 2021-ci il tarixli qәtnamәsinә әsasәn iddia tәmin olunsa da, Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının *(***)-***/**** nömrәli, # ######## 2022-ci il tarixli qәtnamәsi ilә Ramiz Tağıyevin apellyasiya şikayәti tәmin edilmiş, birinci instansiya mәhkәmәsinin qәtnamәsi lәğv edilәrәk iş üzrә yeni qәtnamә qәbul edilmiş, iddiaçı İddiaçıan Respublikası Dövlәt Neft Şirkәti (SOCAR) “Azneft” İstehsalat Birliyinin cavabdeh Ramiz Tağıyevә qarşı “qanunsuz tikilinin sökülmәsi” tәlәbinә dair iddiasının rәdd edilmәsi qәt edilmiş, İddiaçıan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrәli, ##.##.2023-cü il tarixli qәrarı apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı İddiaçıan Respublikası Dövlәt Neft Şirkәti (SOCAR) “Azneft” İstehsalat Birliyi (bundan sonra iddiaçı, yaxud İstehsalat Birliyi) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh tәrәfindәn ünvan 2 ünvanında, **** nömrәli işlәk neft-qaz quyusunun mühafizә zonasında, 39T 399455.5; 4466840.8 coğrafi koordinatlarda yerlәşәn SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Bibiheybәtneft” Neft vә Qazçıxarma İdarәsinin daimi istifadәsinә ayrılmış dövlәt mülkiyyәtindә olan sәnaye tәyinatlı torpaq sahәsindә inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülmәsi, әrazinin boşaldılması, zәbt edilmiş torpaq sahәsinin iddiaçı İstehsalat Birliyinin istifadәsinә qaytarılması vә ödәnilmiş dövlәt rüsumunun cavabdehdәn tutularaq iddiaçıya ödәnilmәsi barәdә qәtnamә qәbul olunmasını xahiş etmişdir.

6. İddia onunla әsaslandırılmışdır ki, Bakı şәhәr İcra Hakimiyyәtinin (keçmiş Bakı şәh. X1 İcraiyyә Komitәsi) ## ### 1962-ci il tarixli, **/*** saylı qәrarı ilә SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Bibiheybәtneft” Neft vә Qazçıxarma İdarәsinin (NQÇİ) daimi istifadәsinә ayrılmış dövlәt mülkiyyәtindә olan sәnaye tәyinatlı torpaq sahәsinin, ünvan 2 ünvanında, **** nömrәli işlәk neft-qaz quyusunun mühafizә zonasında, 39T 399455.5; 4466840.8 coğrafi koordinatlarda yerlәşәn bir hissәsi cavabdeh Cavabdeh tәrәfindәn zәbt edilәrәk üzәrindә qanunsuz tikinti işlәri aparılmışdır. Mәhkәmәnin diqqәtinә çatdırılır ki, hәmin torpaq sahәsi **** nömrәli neft-qaz quyusunun mühafizә zonasında yerlәşdiyindәn üzәrindә aparılan hәr hansı fәaliyyәt insanların hәyat vә sağlamlığı üçün potensial tәhlükә mәnbәyidir. Elәcә dә cavabdehin belә hüquqazidd hәrәkәtlәri iddiaçı İstehsalat Birliyinin “Bibiheybәtneft” Neft vә Qazçıxarma İdarәsinin neft vә qaz hasilatı üzrә fәaliyyәtinә mane olmaqla yanaşı, göstәrilәn torpaq sahәsinin hüquqi rejimi vә mәqsәdli tәyinatı, әn әsası isә texniki tәhlükәsizlik vә yanğın tәhlükәsizliyi qaydalarının tәlәblәrini kobud surәtdә pozmuşdur. Belә ki, İddiaçıan Respublikası Nazirlәr Kabinetinin “Tәhlükә potensiallı tәbiәt vә texnogen xarakterli hadisәlәrin baş vermә ehtimalının yüksәk olduğu zonalarda mühafizә tәdbirlәrinin növlәri vә onların tәtbiqi halları”nın tәsdiq edilmәsi haqqında ## ###### 2017-ci il tarixli ** nömrәli Qәrarının 3.3-cü bәndi ilә әhalinin sağlamlığını, әtraf mühiti vә әmlakı dәnizdә vә quruda neft-qaz әmәliyyatları zamanı yarana bilәcәk qәzalardan mühafizә etmәk üçün neftqazçıxarma sәnayesi obyektlәri әtrafında xüsusi mühafizә zonaları müәyyәn edilmişdir. “Texniki tәhlükәsizlik haqqında” İddiaçıan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa vә Nazirlәr Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrәli qәrarına әsasәn neft-qaz hasilatı sәnayesi әhaliyә vә әtraf mühitә tәhlükә yarada bilәcәk potensial tәhlükәli obyektlәr kateqoriyasına aid edilmişdir. Mübahisәlәndirilәn torpaq sahәsinin iddiaçının istifadәsindә olmasını tәsdiq edәn sәnәd - Bakı şәhәr İcra Hakimiyyәtinin (keçmiş Bakı şәhәr X1 İcraiyyә Komitәsi) ## ### 1962-ci il tarixli, **/*** saylı qәrarı, Bakı Şәhәr İcra Hakimiyyәti Memarlıq vә Şәhәrsalma Baş İdarәsi ilә razılaşdırılmış vә sonuncu dәfә ## ###### 2008-ci ildә tәsdiq olunmuş xәritәdir.

7. Mәhkәmә tәrәfindәn Bakı şәhәri Sәbail Rayon İcra Hakimiyyәti, mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 vә mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs1 mübahisә predmeti barәsindә müstәqil tәlәblәr irәli sürmәyәn üçüncü şәxslәr qismindә işә cәlb edilmişlәr.

8. Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin (bundan sonra birinci instansiya mәhkәmәsi) *(***)-**/******* nömrәli, ## #### 2025-ci il tarixli qәtnamәsi ilә (hakim Rәna Qafarova) iddianın rәdd olunması qәt edilmişdir.

9. Birinci instansiya mәhkәmәsi qeyd etmişdir ki, iddiaçı tәrәf cavabdeh tәrәfindәn sözügedәn evdәn istifadә edilmәsinin hazırkı vәziyyәtdә iddiaçının hansı hüquq vә mәnafeyinә xәlәl gәtirmәsinә, yәni neft-qaz әmәliyyatlarının aparılması ilә bağlı işlәrin hazırlanmasına vә görülmәsinin zәruriliyinә dair mötәbәr vә tutarlı sübutlar mәhkәmәyә tәqdim etmәmişdir.

10. Qanuni qüvvәsini almış mәhkәmә aktları ilә müәyyәn edilmişdir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn qәtnamәdә müәyyәn edilmiş hallar üzrә sübutlar tәkzib edildiyindәn (şübhәlәrdәn kәnar sübutlarla tәsdiq edilmәdiyindәn) vә qәtnamәdә göstәrilmiş nәticәlәr işin hallarına uyğun gәlmәdiyindәn, hәmçinin mübahisәlәndirilәn torpaq sahәsindә olan tikiliyә dair hüquqmüәyyәnedici rәsmi sәnәd tәqdim edildiyindәn, habelә iddiaçı tәrәfindәn mәhz qeyd edilәn tikilinin mübahisәlәdirilmәsi bildirildiyindәn, birinci instansiya mәhkәmәsindә tәrtib edilәn mütәxәssis vә ekspert rәylәrinә sübut qismindә ümumiyyәtlә hüquqi qiymәt verilmәsinә zәrurәt qalmır. Belә ki, torpaq üzәrindә iddiaçının istifadәsindә olan torpaq sahәsinin yüklülüyü birinci instansiya mәhkәmәsindә icraat zamanı müzakirә edilmәyib vә iddiaçı bu istiqamәtdә araşdırma aparmadan mәhkәmәyә müraciәt etmişdir. Hәmçinin, mәhkәmә kollegiyası qeyd etmişdir ki, gözlәnilәn mülkiyyәt (әmlak) vә istifadә hüququnun toxunulmamazlığı üzrә onun mübahisәlәndirilmәmәsi hazırkı iddianın әrz edilәn әsaslarla müzakirәsini yolverilmәz edir vә bu iddianın müzakirәsi mümkünlüyü dövlәt tәrәfindәn tanınan hüququnun lәğvi (vә ya müvafiq kompensasiya verilmәklә hüquqa xitam verilmәsi) halında mümkündür. Daha sonra qeyd edilmişdir ki, ehtimal edilәn torpağın üzәrindә hazırkı cavabdehin hüquqları yalnız tәmsilçilik sәciyyәsi daşıya bilәr. Mübahisәlәndirilmәyәn bәlәdiyyә sәnәdi üzrә hüquqlar isә sonuncuya vә mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs1 aid ola bilәr ki, onların mәhkәmә kollegiyasının iclasında iştirakının tәmin edilmәsi, torpaq üzrә istifadә, sahiblik vә sәrәncam hüquqlarının şübhәlәrdәn kәnar sübutedici vasitәlәrlә sübuta yetirilmәsi, habelә prosessual hәdlәr baxımından tәlәbin vә onun yönәldiyi şәxslәrin dәyişmәsi mümkünlüyü müәyyәn olunmamışdır.

11. Qeyd edilәn mәhkәmә aktları hazırkı iş üzrә preyudisiyal әhәmiyyәt kәsb etmәsә dә mәhkәmә hesab etmişdir ki, iddiaçı hәmin iş üzrә cavabdeh olmuş mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 övladı, hazırkı iş üzrә cavabdeh, adına etibarnamә verilmiş Cavabdeh qarşı da eyni ünvanda eyni әsaslarla iddia qaldırılmış vә buna görә dә hazırkı iş üzrә qeyd edilәn mәhkәmә aktlarında müәyyәn edilmiş bәzi diqqәtәlayiq, mühüm mәqamlara diqqәt yetirilmәlidir.

12. Mәhkәmә hәmçinin qeyd etmişdir ki, Sәbail Bәlәdiyyәsinin mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs1 adına ayrılmış ## ###### 2004-ci il tarixli sәrәncamı vә buna әsasәn bağlanılmış torpaq sahәsinin alğı-satqı müqavilәsi heç bir dövlәt qurumu vә tәşkilatı tәrәfindәn mübahisәlәndirilmәyәrәk, hal-hazırda da qüvvәdәdir. Bundan әlavә, işin materiallarından görünür ki, Cavabdeh etibarnamә ilә torpaq sahәsini istifadә etmәyә başladıqdan sonra Sәbail Bәlәdiyyәsinin ********** nömrәli vergi hesabına mütәmadi torpaq vergisi üçün ödәnişlәr etmişdir.

13. Mәhkәmә daha sonra qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi qüvvәdә olan torpağa dair hüquqmüәyyәnedici sәnәd mövcud olmaqla, cavabdeh hәmin sahәdәn ona verilmiş etibarnamә әsasında yaşayış mәqsәdi ilә istifadә etmiş vә etmәkdәdir. İddiaçının istinad etdiyi hallar eyni mәzmunlu, lakin digәr cavabdehә qarşı olan iddia üzrә yuxarıda qeyd edilәn mәhkәmә mübahisәsinin araşdırma predmeti olmuş. Lakin buna baxmayaraq iddiaçı hәmin araşdırılmış vә hüquqi qiymәt verilmiş әsaslarla hazırkı iddianı qaldırmışdır.

14. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni İddiaçıan Respublikası Mülki Mәcәllәsinin 152.1, 152.5, 157.2, 180.1, 180.2, 180.3, 180.4, 240, 243, 244-cü, Torpaq Mәcәllәsinin 9, 22, 46, 111-ci vә İddiaçıan Respublikası Mülki Prosessual Mәcәllәsinin 14.2, 77.1, 88, 217.4-cü maddәlәrinә istinadla әsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qәtnamәdәn iddiaçı İstehsalat Birliyi apellyasiya şikayәti verәrәk, birinci instansiya mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi vә iddianın tәmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, cavabdeh tәrәfindәn tikinti işlәri aparılan torpaq sahәsindә **** nömrәli neft-qaz quyusu yerlәşdiyindәn üzәrindә aparılan hәr hansı fәaliyyәt insanların hәyat vә sağlamlığı üçün potensial tәhlükә mәnbәyidir. Elәcә dә cavabdehin hüquqazidd hәrәkәtlәri nәticәsindә göstәrilәn torpaq sahәsinin hüquqi rejimi vә mәqsәdli tәyinatı, әn әsası isә texniki tәhlükәsizlik vә yanğın tәhlükәsizliyi qaydalarının tәlәblәri kobud surәtdә pozulmuş vә iddiaçı İstehsalat Birliyinin “Bibiheybәtneft” NQÇİ-sinin fәaliyyәtinә ciddi maneәlәr yaranmışdır.

17. Hәmçinin, Mәhkәmә araşdırması zamanı torpaqların cavabdehin xüsusi mülkiyyәtindә deyil mәhz “Azneft” İB-nin daimi istifadәsinә verilmiş dövlәt mülkiyyәtindә olan sәnaye tәyinatlı torpaqlara aid olduğu sübuta yetirilmişdir. Belә ki, iş materialında olan Mәhkәmә tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli, *-**/*-**/****/**** nömrәli ekspert rәyindәn aydın olur ki, 39T 399455.5; 4466840.8 koordinatlar üzrә yerlәşәn torpaq sahәsi neftqaz әmәliyyatlarının aparılması üçün iddiaçı İstehsalat Birliyinin daimi istifadәsinә ayrılmış vә “Bibiheybәtneft” NQÇİ-nin fәaliyyәt göstәrdiyi әrazisinin hüdudları daxilindә olan sәnaye tәyinatlı torpaq sahәsinә aiddir. Nümayәndә tәrәfindәn göstәrilәn sahәnin yaxın әtrafında neft quyuları vә boru xәtlәri vardır. Vahid elektron kadastr baza mәlumatlarına әsasәn sahә İddiaçıan Respublikası Dövlәt Neft Şirkәtinin istifadәsinә verilmiş әrazisidir (Bibiheybәtneft NQÇİ). Tәk koordinatlı sahәdәn 55 metr mәsafәdә lәğv edilmiş, 63-69-78 metr mәsafәlәrdә isә işlәk neft quyusu mәlumatları mövcuddur. Sahә Dövlәt mülkiyyәti torpağıdır. Cavabdeh Cavabdeh inşa etdiyi tikiliyә dair hәr hansı bir hüquqmüәyyәnedici vә texniki sәnәdlәr olmadığından, hәmin tikilinin tikinti norma vә qaydalarına uyğun olub-olmamağını müәyyәn etmәk mümkün olmamışdır.

18. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası mәhkәmәsi) *(***)-****/**** nömrәli, # ###### 2026-cı il tarixli qәrardadı ilә (hakimlәr Fәrrux Qasımov (sәdrlik edәn vә mәruzәçi), Günay Axundova vә Mәhәmmәd Rüstәmli) iddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilmiş, birinci instansiya mәhkәmәsinin qәtnamәsi lәğv edilәrәk, iş üzrә icraata xitam verilmişdir.

19. Apellyasiya instansiyası mәhkәmәsi qeyd etmişdir ki, iddiaçı işin hallarında göstәrilmiş әvvәlki işlәr üzrә eyni şәxsdir, cavabdeh isә әvvәlki iş üzrә mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 idisә, hazırkı iş üzrә Cavabdehdir. Yәni, eyni daşınmaz әmlakla bağlı әvvәl hazırkı iş üzrә cavabdehin atası mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 qarşı irәli sürülmüş vә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsinә әsasәn iddia rәdd edilmişdir.

20. Mәhkәmә qanuni qüvvәyә minmiş qәrar mövcud olduğu halda iddiaçının eyni әsaslardan çıxış edәrәk eyni torpaq sahәsindә yaşayan digәr şәxsә (әvvәlki iş üzrә cavabdehin oğluna) qarşı eyni tәlәbi irәli sürmәsini hüquqdan sui-istifadә halı kimi qiymәtlәndirәrәk qeyd etmişdir ki, mәhkәmәlәr bu cür hüquqdan sui-istifadә hallarına yol vermәmәklә digәr vәtәndaşların hüquqlarını lazımsız mәhdudlaşdırmamalı vә әdalәt mühakimәsinin sәmәrәliliyinә zәrәr yetirәcәk hallardan uzaq durmalıdır. Əks yanaşma hüquqi müәyyәnliyin tәrkib hissәsi olan “res judicata” prinsipinin, yәni, artıq hәll olunmuş mәsәlә üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәrarlarının sabitliyinә, davamlılığına xәlәl gәtirmәklә yanaşı әdalәt mühakimәsinә olan inamın azalmasına sәbәb olardı.

21. Apellyasiya instansiyası mәhkәmәsi gәldiyi nәticәnin әsası kimi Mülki Prosessual Mәcәllәnin 4.1, 58.1, 58.2, 233.3, 261.0.2-ci maddәlәrinә istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qәtnamәdәn iddiaçı (vәkil nümayәndә1) kassasiya şikayәti verәrәk, apellyasiya instansiyası mәhkәmәsinin qәrardadının lәğv edilmәsini, mülki işin tәkrar baxışa göndәrilmәsi barәdә qәrar qәbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayәti onunla әsaslandırılmışdır ki, apellyasiya instansiyasının qeyd etdiyi iş ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin cavabdeh mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 hesabına sökülmәsi, әrazinin boşaldılması vә zәbt edilmiş torpaq sahәsinin iddiaçının istifadәsinә qaytarılması barәdә olmuşdur ki, hәmin işdә yuxarı instansiyalar o әsasla iddia әrizәsini rәdd etmişlәr ki, torpaq sahәsi mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 deyil Cavabdeh mәxsusdur.

24. Hazırkı iş üzrә iddia tәlәbi mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 qarşı deyil, Cavabdeh qarşı verilmişdir ki, sonuncu atasının varisi kimi deyil, torpaq sahәsinin etibarnamә әsasında istifadәçisi kimi çıxış etmişdir.

25. Belә ki, iş materillarında olan mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs1 tәrәfindәn ## ####### 2007-ci ildә verilmiş etibarnamәdәn görünür ki, o, Sәbail Rayon Bәlәdiyyәsinin ## ###### 2004-cü il tarixli sәrәncamı ilә Sәbail rayonu, G.Əliyev küçәsindә yerlәşәn 200 kv.m sahәsini özәllәşdirmәk, şәhadәtnamә almaq vә üzәrindә digәr әmlak hüquqlarını hәyata keçirә bilmәsi üçün Cavabdeh 30 il müddәtinә sәlahiyyәt vermişdir.

26. Göründüyü kimi apellyasiya mәhkәmәsi gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halları aydınlaşdırılmamış vә qәrardadda ifadә olunan nәticәlәr işin faktiki hallarına uyğun olmamışdır. Tətbiq edilən hüquq: İddiaçıan Respublikasının Mülki Prosessual Məcəlləsi.

27. Maddә 4.1. Bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr.

28. Maddә 24.1. İddiaçıan Respublikasının mәhkәmәlәri, pozulmuş vә barәsindә mübahisә edilәn hüquq vә azadlıqları müdafiәsi mәhkәmәdәn kәnar digәr qaydada hәyata keçirilmirsә, bu Mәcәllәyә vә ya digәr qanunlara müvafiq olaraq belә hüquq vә azadlıqları müdafiә vә tәmin edir.

29. Maddә 151.1. İddia әrizәsi bu Mәcәllәnin tәlәblәrinә riayәt edilmәklә verildikdә, onun mәhkәmә icraatı mümkündür.

30. Maddә 233.3. Qәtnamә qanuni qüvvәyә mindikdәn sonra tәrәflәr vә işdә iştirak edәn digәr şәxslәr, habelә onların hüquq varislәri mәhkәmәdә eyni iddia tәlәblәrini, eyni әsas üzrә yenidәn irәli sürә bilmәzlәr, habelә mәhkәmә tәrәfindәn müәyyәn edilmiş faktlara vә hüquq münasibәtlәrinә qarşı başqa prosesdә mübahisә edә bilmәzlәr.

31. Maddә 261.0 vә 261.0.2. Eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa, hakim iş üzrә icraata xitam verir.

32. Maddә 384.0.5. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamә vә ya qәrardadını qismәn lәğv edә, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 259.0.1-259.0.5-ci vә 259.0.8-259.0.12-ci maddәlәrinә müvafiq olaraq iddianı tamamilә, yaxud qismәn baxılmamış saxlaya, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 261-ci maddәlәrinә müvafiq olaraq iş üzrә icraata xitam verә bilәr. Bu Mәcәllәnin 259.0.11-ci maddәsindә göstәrilәn әsaslar işә yalnız birinci instansiya mәhkәmәsindә baxılarkәn yarandığı halda tәtbiq edilir.

33. Maddә 385.1.1. Maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi mәhkәmә qәtnamәsinin apellyasiya qaydasında lәğv edilmәsi üçün әsasdır.

34. Maddә 402.2.4. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının iş üzrә icraata xitam verilmәsi barәdә qәrardadlarından kassasiya şikayәti verilә bilәr.

35. Maddә 407.2. Kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir.

36. Maddә 416.1. Kassasiya instansiyası mәhkәmәsi işә şikayәt hәddindә baxır vә kassasiya şikayәtindә irәli sürülmüş dәlillәr üzrә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Maddә 416.2. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn bu Mәcәllәnin 418.4cü maddәsindә

37. nәzәrdә tutulmuş prosessual hüquq pozuntusu hesab edilәn hallara yol verilmәsi şikayәtin hәdlәrindәn vә dәlillәrindәn asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddә 417.1.1. Kassasiya mәhkәmәsi işә baxarkәn apellyasiya instansiyası mәhkәmәsinin qәtnamә vә ya qәrardadını dәyişiklik edilmәdәn, şikayәti tәmin etmәdәn saxlaya bilәr. Kassasiya baxışının hədləri:

39. Kassasiya instansiyası mәhkәmәsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq olunub-olunmamasını yoxlamaq zәrurәtindәn irәli gәlәrәk, iş materiallarında olan, aşağı instansiya mәhkәmәlәri tәrәfindәn qәbul edilәrәk işә әlavә olunmuş, araşdırılmış vә (vә ya) müәyyәn edilmiş sübutlara vә hüquqi faktlara istinad edilmәsi kassasiya instansiyası mәhkәmәsinin faktiki halları araşdırması kimi qiymәtlәndirilmәmәlidir.

40. Hazırkı kassasiya şikayәtindә qәrardad iddiaçı tәrәfindәn tam mübahisәlәndirildiyindәn apellyasiya instansiyası mәhkәmәsinin aktı bütövlükdә yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn prosessual hüquq normaları düzgün tәtbiq olunmuşdur, qәrardadının lәğv olunması vә ya dәyişdirilmәsi üçün әsas yoxdur.

42. Apellyasiya instansiyası mәhkәmәsinin işin icraatına xitam verilmәsi barәdә gәldiyi nәticәnin düzgün olmaması barәdә kassasiya şikayәtinin dәlillәri әsassızdır.

43. Belә ki, apellyasiya instansiyası mәhkәmәsinin müәyyәn etdiyi işin hallarından görünür ki, iddiaçı işin hallarında göstәrilmiş әvvәlki iş üzrә eyni şәxsdir, cavabdeh isә әvvәlki iş üzrә mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 idisә, hazırkı iş üzrә Cavabdehdir. Yәni, eyni daşınmaz әmlakla bağlı әvvәl hazırkı iş üzrә cavabdehin atası mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 qarşı irәli sürülmüş vә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsinә әsasәn iddia rәdd edilmişdir.

44. Mәhkәmә kollegiyası apellyasiya instansiyası mәhkәmәsinin gәldiyi hәmin nәticә ilә razılaşaraq qeyd edir ki, mülki prosesdә iddianın predmeti dedikdә, iddiaçının, barәsindә qәrar qәbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinә qanunla qorunan maraqları, o cümlәdәn, bütövlükdә hüquq münasibәtlәrini aid etmәk olar. Tәsbit olunmuş mülki hüquqların müdafiә vasitәlәrini nәzәrә alaraq iddiaçı mәhkәmәdәn: 1) cavabdehi hәr hansı hәrәkәti yerinә yetirmәyә mәcbur etmәyi vә ya belә hәrәkәti etmәkdәn çәkindirmәyi xahiş edә bilәr. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tәrәfindәn müvafiq öhdәliyin könüllü olaraq yerinә yetirilmәmәsi ilә әlaqәdar müәyyәn hәrәkәtlәri tәlәb etmәk hüququ tәşkil edir. Mәsәlәn, cavabdehdәn pul vәsaitinin tutulması barәdә iddianın predmetini iddiaçının bu pul mәblәğinin alınmasına dair maddi subyektiv hüququ (tәlәb etmәk hüququ) tәşkil edir; 2) iddiaçı mәhkәmәdәn hüquq münasibәtlәrinin, subyektiv hüquqların vә ya öhdәliklәrin mövcudluğunu vә ya onların olmamasını etiraf etmәyi tәlәb edә bilәr. Bu halda iddianın predmetini hәr hansı әşyaya, әqli fәaliyyәt nәticәlәrinә dair müstәsna hüquqlara aid olan mülkiyyәt hüququ, әqdin etibarsızlığı vә s. tәşkil edir; 3) iddiaçının tәlәbi әsasında mәhkәmә hüquq münasibәtlәrini dәyişdirә vә ya onlara xitam verә bilәr (MPM-in 53-cü maddәsi). Bu zaman iddianın predmetini tәrәflәr arasında mövcud münasibәtlәrin dәyişdirilmәsinә vә ya onlara xitam verilmәsinә dair iddiaçının birtәrәfli iradә ifadәsi tәşkil edir.

45. İddianın predmeti ilә iddianın obyekti fәrqlәndirilmәlidir. İddianın obyekti – iddiaçının әldә etmәyә çalışdığı maddi nemәtdir: pul mәblәği, yaşayış, qeyri-yaşayış sahәsi, sair konkret әmlak. İddianın obyekti iddianın predmetinә daxildir vә müstәqil әhәmiyyәt kәsb etmir.

46. Bu baxımdan ayrı-ayrı iddia tәlәblәrinin fәrqli formada ifadә olunması vә ya zahiri baxımdan fәrqlәnmәsi iddianın predmetinin fәrqli olduğu barәdә qәnaәtә gәlmәk üçün әsas ola bilmәz. Oxşar iddia tәlәblәrinin eyni predmetli olub-olmamasının müәyyәnlәşdirilmәsi üçün hәmin tәlәblәrә iddiaçının, barәsindә qәrar qәbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlәdәn bütövlükdә hüquq münasibәtlәri baxımından qiymәt verilmәlidir.

47. Hәmçinin iddianın әsasını irәli sürülәn iddia tәlәblәrinin әsaslandırıldığı hüquqi faktlar tәşkil edir. Onlara әqdlәr, xüsusi olaraq müqavilәlәr, müddәtin bitmәsi faktı, hüquqların pozulması, ziyanın vurulması vә s. aid edilә bilәr. İddianın әsası adәtәn bir faktdan deyil, iddianın faktiki tәrkibi adlanan faktların mәcmusundan ibarәt olur. İddianın faktiki әsasını göstәrmәklә yanaşı, iddiaçı qanuna vә digәr normativ-hüquqi aktlara, cavabdeh tәrәfindәn pozulduğunu güman etdiyi hüquq normasına istinad etmәyә dә haqlıdır. Bu iddianın hüquqi әsasını tәşkil edir. İddiaçı tәlәblәrini tәtbiq edilmәli olmayan hüquq norması ilә әsaslandırdığı zaman mәhkәmә qarşısında hansı hәrәkәtlәrin edilmәli olması mәsәlәsi ortaya çıxa bilәr. Burada ilk növbәdә nәzәrә almaq lazımdır ki, iddianın hüquqi әsaslandırılması onun faktiki әsası ilә eynilәşdirilmәmәlidir. İddianın hüquqi әsasının dәyişdirilmәsi dedikdә, iddiaçının cavabdehә olan tәlәblәrini әsaslandırdığı halların dәyişdirilmәsi nәzәrdә tutulur.

48. Mәhkәmә kollegiyası hesab edir ki, iddiaçı işin hallarında göstәrilmiş әvvәlki işlәr üzrә eyni şәxsdir, cavabdeh isә әvvәlki iş üzrә mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 idisә, hazırkı iş üzrә Cavabdehdir. Yәni, eyni daşınmaz әmlakla bağlı әvvәl hazırkı iş üzrә cavabdehin atası mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 qarşı irәli sürülmüş vә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsinә әsasәn iddia rәdd edilmişdir ki, sonradan hәmin şәxsin oğluna qarşı iddia qaldırmaq sonra yaranmış yeni әsas kimi qәbul edilә bilmәz.

49. Belәliklә, baxılan iş üzrә eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә başqa mülki iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi mövcuddur.

50. Bu hal İddiaçıan Respublikası MPM-in 153.2.2-ci maddәsinә әsasәn iddianın yolverilmәzliyinә görә hazırkı iddia әrizәsini icraata qәbul etmәkdәn imtina üçün, yaxud MPMin 261.0.2-ci maddәsinә әsasәn artıq icraata qәbul edilmiş iş üzrә icraata xitam verilmәsi üçün әsasdır.

51. Kassasiya şikayәtinin digәr dәlillәri mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmaması vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmaması ilә bağlıdır vә hazırkı icraat çәrçivәsindә belә dәlillәr üzrә araşdırma aparılmır, onlara qiymәt verilmir.

52. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn hәr hansı maddi vә prosessual hüquq normalarının pozulmasına yol verilmәdiyindәn kassasiya şikayәti tәmin olunmamalı, apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır.

53. Göstәrilәnlәrә әsasәn vә İddiaçıan Respublikası MPM-nin 416, 417 vә 419-cu maddәlәrini rәhbәr tutaraq, Mәhkәmә kollegiyası Qərara aldı: İddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәsin. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının *(***)-****/**** nömrәli, # ###### 2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәtidir vә qәbul edildiyi andan qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar