Məhkəmə qərarları › İş №2(1-8)-849/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-849/2026

04.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-849/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta hadisəsi, sığorta ödənişinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan Cavabdeh kassasiya şikayətinə ## ### 2026-cı il tarxidə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. İddiaçı ilə X5 nikah münasibətində olmuş və onların nikahından üç övladı vardır.

2. X5 ##.##.2002-ci il ildən ##.##.2020-ci il tarixə kimi Qobustan rayon Polis şöbəsinin postpatrul xidməti tağımının polis nəfəri vəzifəsində xidmət etmişdir. Aylıq əmək haqqı 705.70 manat təşkil etmişdir.

3. X5 ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X5 ## ###### 2020-ci ildə ölümü ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”xxxx“Sığorta Şirkəti”) üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X5 28 Avqust 2002-ci ildən ## ###### 2020-ci ilədək Daxili Işlər Nazirliyi Qobustan Rayon Polis Şöbnəsində post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət edib. Həyat yoldaşı xidmətdə olarkən ## ###### 2020-ci ildə “kəskin ağciyər emboliyası” səbəbindən vəfat edib. Həyat yoldaşının himayəsində işləməyən pensiyaçı anası və üç yetkinlik yaşına çatmayan oğlu olub. Həyat yoldaşı vəfat etdikdən sonra iddiaçı nümayəndəsi X4 vasitəsilə icbari şəxsi sığorta üzrə sığorta ödənişlərinin verilməsi üçün Sığorta Şirkətinə müraciət etmişdir. Cavabdeh **/**-**/**** saylı 31 Yanvar 2023-cü il tarixli məktubla bildirib ki, guya iddiaçının ərizəsinə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili Işlər Nazirliyinin Rəyinin verilmə tarixi ## ###### 2022-ci il tarixinə təsadüf etdiyindən “Dövlət icbari Şəxsi Sığortası Sahəsində Idarəetmənin Təkmilləşdirilməsi ilə bağlı Tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 18 May 2021-ci il tarixli **** saylı Fərmanına dəyişiklik edilməsi barədə” Fərmanının 3-cü bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il ######ın #-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Lakin mərhum həyat yoldaşının ölməsi ilə baş verən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd, Daxili Işlər Nazirliyinin Rəyindən öncə verilmiş AZ-II ****** saylı ## #### 2020-ci il tarixli ölüm şəhadətnaməsidir.

6. Iş materiallarında olan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Daxili Təhqiqatlar Idarəsi tərəfindən Qobustan rayon Polis şöbəsinə ünvanlanan məktubdan görünür ki, xxx xidmətdə olarkən kəskin infarkt keçirməsi səbəbindən Bakı şəhəri * saylı X2 vəfat etmişdir. Bununla əlaqədar hazırlanmış rəyin təsdiq edilmiş surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması üçün göndərilmişdir.

7. Iş materiallarında olan, Xidmətin təhqiqatın nəticəsinə dair ##.##.2022-ci il tarixli rəydən görünür ki, DIN-in Maliyyə-Plan Idarəsinin ##.##.2022-ci il tarixli məktublarında polis nəfəri xxxin vəfat etməsinin xidməti vəzifələrinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin təsdiq edilmiş surətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi üçün verilməsi məqsədəmüvafiq hesab edilmişdir.

8. Iş materiallarında olan, Cavabdeh tərəfindən X4 ünvanlanmış ##.##.2023-cü il tarixli məktubdan görünür ki, ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili Işlər Nazirliyinin Rəyinin verilmə tarixi ## ###### 2022-ci il tarixinə təsadüf etdiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir, bu səbəbdən sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə Fonda müraciət edilməsi tövsiyə olunmuşdur.

9. Iş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvanlanan ##.##.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X5 ölüm faktını təsdiq edən sənədinin – ölüm haqqında şəhadətnamənin tarixi ## #### 2020-ci ilə aiddir. Odur ki, icbari sığorta ödənişinin verilməsi ilə bağlı aidiyyəti üzrə “xxxx” ASC-yə müraciət edilməsi tövsiyə olunmuşdur.

10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək göstərmişdir ki, ölüm haqqında AZ-II ****** nömrəli şəhadətnaməyə əsasən X5 ağciyər emboliyası səbəbindən vəfat etmişdir. Iddiaçının sığorta ödənişinin alınması üçün Şirkətə təqdim edilmiş ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili Işlər naziri tərəfindən təsdiq edilmiş vətəndaş İddiaçı müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəyin surətinə əsasən Qobustan RPŞ PPXB-nin polis nəfəri xxxin ölümünün xidməti vəzifələrinin icrası ilə əlaqəsinin olması nəzərə alınmışdır. Rəyin təsviri hissəsində, həmçinin DIN-in Maliyyə-Plan Idarəsinin ##.##.2022-ci il tarixli məktublarında polis nəfəri xxxin vəfat etməsinin xidməti vəzifələrinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin təsdiq edilmiş surətinin ƏƏSMN yanında DSMF-yə təqdim edilməsi üçün ailə üzvlərinə verilməsinin məqsədəmüvafiq hesab edildiyi göstərilmişdir. Göründüyü kimi, rəydə qeyd olunanlardan aydın olduğu üzrə, habelə iş materiallarında olan digər sənədlər sığorta ödənişinin DSMF tərəfindən verilməli olduğuna görə həmin quruma təqdim edilməsi üçün verilmişdir. Hazırki iş üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən – sığorta olunanın ölümünün xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə DIN naziri tərəfindən təsdiq edilmiş rəyin tarixi ##.##.2022-ci il tarixinə aid olduğundan, sığorta ödənişinin verilməsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aiddir. Bu səbəbdən hazırki iddia tələbi üzrə Sığorta Şirkəti cavabdehlik daşımır..

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Natavan Tağıyeva)

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Həmin Fərmanın 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il ######ın ##-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il ######ın #-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il ######ın #-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.

13. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** nömrəli Fərmanını rəhbər tutaraq hesab etmişdir ki, hazırki iddia tələbi ilə bağlı sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd ##.##.2022-ci il tarixinə aid olduğundan sığorta ödənişinin verilməsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir.

14. Birinci instansiya məhkəməsi iddiaçının sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin ölüm haqqında şəhadətnamə olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırki iddia üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd ölüm haqqında şəhadətnamə deyil, məhz sığorta olunanın ölümünün xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə DIN tərəfindən təsdiq edilmiş rəydir. Belə ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsinin ##.##.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarınaxxxxyaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçasının surətixxxxiş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı ilə birlikdə həlak olma (ölüm) halında sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surətini təqdim edir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Məhkəmə və hüquqmühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsi, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** nömrəli Fərmanının 2.7, 2.8-ci bəndləri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti, iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə məhkəmənin qətnaməsi qanun qüvvəsinə mindikdən sonra iddiaçı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək həyat yoldaşı X5 ## ###### 2020-ci ildə ölümü ilə bağ vermiş sığorta hadisəsi ilə əlaqədar onun aylıq 705,70 manat olmuş 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Inzibati Məhkəməsi işə baxılmasını 2 il süründürdükdən sonra e-2-1(118)- ***/**** saylı 25 Fevral 2025-cü il tarixli qərardadı ilə iddianı mümkünsüz hesab etmişdir. Həmin qərardadda göstərilib ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ### tarixli, **** nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid olduğu halda, “xxxx” ASC tərəfindən təmin edilir. (## #### 2022-ci il tarixli, **** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.7-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: #.#.2022-ci il ######ın #dək sığorta olunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir.) Beləliklə, qanunvericilik normalarının təhlili ilə müəyyən olunur ki, hazırki iş üzrə iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu deyildir. Iddiaçı Sumqayıt Inzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti vermiş və şikayətini Nəsimi Rayon Məhkəməsinin sığorta ödənişinin verilməsinin Dövlət Sosial Müdafiə Fonduna aid olması barədə qanun qüvvəsinə minmiş məhkəmə qətnaməsinin mövcudluğu ilə əlaqələndirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi də *-*(***)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə hesab edib ki, sığorta ödənişinin verilməsi ilə bağlı iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu deyil, “xxxx” ASC-dir. Sumqayıt Apellyasiya Məhkəməsi öz qərardadının 47-ci bəndində göstərib ki, iddiaçıya hazırkı qərardadda qeyd edilən hüquqi mövqeyi nəzərə almaqla Nəsimi Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti və şikayət vermə müddətinin bərpasına dair ərizə vermək hüquqları izah edilməlidir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021ci il 18 may tarixli, **** nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il ######ın #-dən əvvələ aid olduğu halda, “xxxx” ASC tərəfindən təmin edilir. (## #### 2022-ci il tarixli, **** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2.7-ci bənd yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 2.7. 2022-ci il ######ın #-dək sığorta olunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir.) Iddiaçının həyat yoldaşı X5 28 Avqust 2002-ci ildən ## ###### 2020-ci ilədək Daxili Işlər Nazirliyi Qobustan Rayon Polis Şöbnəsində post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət etib və xidmətdə olarkən ## ###### 2020-ci ildə “kəskin ağciyər emboliyası” səbəbindən vəfat edib. Həyat yoldaşının sığorta hadisəsi hesab edilən ## ###### 2020-ci ildə vəfat etməsi faktını təsdiq edən sənəd (AZ-II № ****** saylı ölüm şəhadətnaməsi) ## #### 2020-ci il tarixdə verildiyindən sığota ödənişini həyata keçirməli şəxs cavabdeh “xxxx” ASCdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquq qiyməti verməyib, cavabdeh tərəfin məhkəmə araşdırılması zamanı qanuna əsaslanmayan mövqeyini nəzərə almayıb. Məhkəmə iddiaçının həyat yoldaşının sığorta hadisəsi hesab edilən ## ###### 2020-ci ildə vəfat etməsi aktını təsdiq edən sənədi - ## #### 2020-ci il tarixli AZ-II № ****** saylı ölüm şəhadətnaməsini nəzərə almayıb. Həmin sübuta düzgün hüquq qiyməti verməyib, gəldiyi nəticəni qanuna zidd mülahizələrlə əsaslandırıb.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində işə cəlb edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv iş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı həyat yoldaşı X5 vəfatı ilə əlaqədar sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan Cavabdeh üzərinə qoyulması, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50 manat olmaqla cəmi 150 (bir yüz əlli) manat dövlət rüsumunun cavabdeh ləğv prosesində olan Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması qət etmişdir (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli, Fərrux Qasımov).

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək qeyd etmişdir ki, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişini həyata keçirən orqanın hansı olması sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixindən asılıdır. Bu sənədin tarixi 2021ci il ######ın #-dən əvvələ aid olduğu halda, qeyd olunan ödənişi “xxxx” ASC, həmin tarixdən sonraya aid olduğu halda isə DSMF həyata keçirir. 2022-ci il ######ın #-dək isə qeyd olunan ödənişləri Sığorta Kommersiya Şirkəti həyata keçirirdi.

21. Bu baxımdan, iş üzrə iddiaçının həyat yoldaşının ##.##.2020-ci il tarixdə ölümü haqqında şəhadətnamənin tarixi ##.##.2020-ci il olduğundan, bu sənəd 2021-ci il ######ın #-dən əvvələ aid edilir və nəticə etibarilə, Fərmanın 2.7 və 2.8-ci bəndinin tələblərinə görə iddiaya cavab verməli olan orqan DSMF deyil, “xxxx” ASC-dir.

22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 7-ci maddəsinin 3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan redaksiyasına istinad etsə də, səhv nəticəyə gəlmişdir.

23. Bundan əlavə, iddiaçının həyat yoldaşının ölümünün onun xidməti vəzifələrinin icrası ilə bağlı olmaması barədə cavabdehin dəlillərini əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bununla bağlı Daxili Işlər Nazirliyinin Rəyi vardır ki, həmin rəyin mötəbərliyi mübahisələndirilməmişdir.

24. Belə ki, Azərbaycan Respublikasının Daxili Işlər naziri tərəfindən təsdiq edilmiş, vətəndaş xxxnın müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair Rəyin surətinə əsasən, Qobustan RPŞ PPXB-nin polis nəfəri Qəzəndər Abdullayevin ölümünün xidməti vəzifələrinin icrası ilə əlaqəli olması nəzərə alınmışdır. (i/v-48, İ cild)

25. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, buna görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 926.1, 933.1-ci, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4 və 5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılması və iddia rədd edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Məhkəmələr qanunvericiliyi yanlış tətbiq etmiş, səlahiyyətlərin DSMF-yə keçməsi ilə bağlı normaları əsassız olaraq sığorta şirkətinə aid etmiş və qanunun geriyə qüvvəsini düzgün qiymətləndirməmişdir. Eyni zamanda, iş üzrə əsas məsələ olan sığorta hadisəsinin mövcudluğu ümumiyyətlə araşdırılmamış, mübahisənin predmeti düzgün müəyyən edilməmişdir. “Lura novit curia” prinsipinə baxmayaraq, məhkəmələr hüquqi münasibətə düzgün qiymət verməmişdir. Bundan əlavə, apellyasiya instansiyası tərəfindən işin qanuni qüvvəyə mindikdən uzun müddət sonra icraata qəbul edilməsi prosessual müddətlərin kobud pozuntusudur. Bu səbəbdən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə iddiaçı etiraz vermiş, etirazda işin faktiki hallarına, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmasına istinad etməklə, şikayətin təmin edilməməsini xahiş etmişdir.

30. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu da mülahizə verərək bildirmişdir ki, mərhumun vərəslərinə dövlət icbari sığorta ödənişinin verilməsi Fondun səlahiyyətinə aid deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarınaxxxxsığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanınxxxxfaydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir (3 dekabr 2021-ci il tarixli 419VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan redaksiya)

Maddə 5. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir (3 dekabr 2021-ci il tarixli 419-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan redaksiya). Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığorta olunan məhkəməxxxxhüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını qismən ləğv edəxxxxtamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməxxxxqərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsinxxxxnəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

33. Məhkəmə kollegiyası hüququn inkişafınınxxxxməhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasıxxxxdəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 20-25-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.

37. Belə ki, həmin bəndlərdə əks olunanlardan görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını, o cümlədən iddia tələbi, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə bağlı xüsusatları, sübutları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından əsaslandırmışdır.

38. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Qeyd edildiyi kimi məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Məhkəmə kollegiyası sığorta ödənişinin DSMF-yə aid olması, bununla bağlı qanunun geriyə qüvvəsinin düzgün qiymətləndirməməsi barədə kassasiya şikayətinin dəlillərini işin halları və apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi baxımından əsasız sayır.

40. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh LPO “Cavabdeh”nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar