Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-864/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus 2020ci il buraxılışlı, **-OF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” minik markalı nəqliyyat vasitəsi ##.##.2020-ci il tarixindən ##.##.2022-ci il tarixinədək “xxxx” ASC tərəfindən sığortalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsinin dəyəri 65.000 manat məbləğində göstərilmiş, şərtsiz azadolma məbləği 250 manat məbləğində müəyyən edilmişdir.
2. “Mercedes Benz C240” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tərəfindən ##.##.2021-ci il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində **-OF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” minik markalı nəqliyyat vasitəsi zədələnmişdir.
3. “X1” MMC tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli SQ***** nömrəli qiymətləndirmə aktına əsasən “Toyota RAV4” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 53.677,70 manat təşkil etmişdir.
4. “xxxx” ASC-nin CSB***** nömrəli sığorta aktından görünür ki, ##.##.2020- ##.##.2022-ci illər ərzində avtomobil sığortası növündə sığortalanmış 2020-ci il buraxılışlı, “Toyota Rav4” markalı, **OF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2021-ci ildə idarəetməni itirərək dəmir maneə ilə toqquşduqdan sonra “Mercedes Benz C240” markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onunla toqquşmuş, hadisə nəticəsində sığorta predmetinə “X3” MMC-nin təqdim etdiyi akta uyğun olaraq (tam itki) 53.677,70 manat ziyan dəyməsi müəyyən edilmiş, sığorta ödənişinin 65.000 manat, qalıq dəyərinin 10.000 manat, şərtsiz azadolmanın 250 manat, ödəniləcək məbləğin isə 54.750 manat olması qeyd edilmiş, ödənişin verilmə üsulu köçürmə, məbləği alanın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olması göstərilmişdir.
5. ##.##.2021-ci il tarixli **** nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC-nin hesabından “CSB***** nömrəli sığorta aktına əsasən sığorta ödənişi” təyinatı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hesabına 54.750 manat məbləğində pul köçürülmüşdür.
6. “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2021-ci il tarixli pretenziya məktubu ilə 50.000 manat məbləğində ödənişin ödənilməsi tələb edilmişdir.
7. “xxxx” ASC tərəfindən təsdiq edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair ##.##.2021-ci il tarixli hesabatdan görünür ki, 2020-ci il buraxılışlı, “Toyota Rav4” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə görə 7.831 manat, görüləcək işlərə görə 1.684 manat olmaqla, avtomobilə cəmi 9.515 manat məbləğində zərər dəymişdir.
8. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli sığorta aktından görünür ki, ##.##.2021- ##.##.2022-ci illər ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış “Mercedes Benz C240” markalı, **PS*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən ##.##.2021-ci ildə baş vermiş sığorta hadisəsi nəticəsində “Toyota Rav4” markalı, **OF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 9.515 manat məbləğində zərər vurulmuş, sığorta məbləği 5.000 manat və azadolma məbləği 250 manat olduğundan, 4.750 manat məbləğində sığorta ödənişi «xxxx» ASC-nin təqdim etdiyi hesaba köçürülmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 50.000 manat məbləğində vurulmuş zərər və 240 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 50.240 manat) alınaraq iddiaçı «xxxx» ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıхarılmasını məhkəmədən xahiş etmişdir.
10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra «sığortalı») mülkiyyətində оlan «Toyota Rav4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtоmоbilini ##.##.2020-ci ildən ##.##.2022-ci il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоl-nəqliyyat hadisələrindən iddiaçı «xxxx» ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. Sığоrtalıya CSB ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2021-ci il ####ın ##-də cavabdeh Cavabdeh idarə etdiyi “Mercedes Benz C240” markalı, 99–PS–688 dövlət nömrə nişanlı avtоmоbillə Bakı şəhəri, Bakı-Kənar dairəvi avtomobil yolunun Qaradağ rayonu ərazisində 9-cu km-də «xxxx» ASC-də könüllü sığоrta növündə sığоrtalanmış «Toyota Rav4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Istintaq və Təhqiqat Idarəsinin bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi polis Rı Elşən Məmmədov tərəfindən ##.##.2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Ekologiya YPX tərəfindən TP ******* nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərar vermiş və cavabdeh Cavabdeh Azərbaycan Respublikası IXM-nin 327.1ci maddəsi ilə təqsirli bilinmişdir. “X1” MMC tərəfindən ##.##.2021-ci il tarixində verilmiş qiymətləndirməyə əsasən hadisə nəticəsində «Toyota Rav4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtomobilə 53.677,70 manat məbləğində zərər dəymişdir. CSB ********* nömrəli avtomobilin sığorta şəhadətnaməsi üzrə «Toyota Rav4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtоmоbilin dəyəri 65.000 manat təşkil edir. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarına əsasən avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi) halında, avtomobilin qalıqlarının dəyəri sığorta ödənişi məbləğindən çıxılır və yerdə qalan vəsait pul şəklində sığortalıya ödənilir. Beləliklə də sığorta ödənişi aşağıdakı qaydada aparılmışdır: 65.000 (avtоmоbilin dəyəri) – 10.000 (qalıq dəyəri) – 250 (şərtsiz azadolma) = 54.750 manat (sığorta ödənişi). Iddiaçı ##.##.2021-ci il tarixində **** nömrəli ödəniş tapşırığı ilə 54.750 manat sığorta ödənişi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödəmişdir. Cavabdeh Cavabdeh idarə etdiyi “Mercedes Benz C240” markalı, 99–PS–688 dövlət nömrə nişanlı avtomobil icbari sığorta növündə “xxxx” ASCdə sığortalandığından sonuncu tərəfindən “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən ##.##.2021-ci il tarixində «xxxx» ASC-yə 4.750 manat sığorta ödənişi etmişdir. Sığоrtalı CSH ***** nömrəli sığоrta aktının V bəndində cavabdеhə qarşı subroqasiya tələbi hüququnun iddiaçıya vеrildiyini təsdiq еtmişdir.
11. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh vəkili-nümayəndəsi vəkil2 iddianı qismən qəbul edərək bildirmişdir ki, cavabdeh “xxxx” tərəfindən təqdim edilmiş aktda qeyd olunmuş 9.515 manat məbləğində zərərin sığorta şirkəti tərəfindən ödənilməmiş 4.765 manat hissəsini ödəməyə etiraz etmir. Iddiaçı tərəfindən tələb edilən məbləğin şişirdildiyini və iş materiallarında maşının tamamilə məhv olmasına dair sübutun olmamasını nəzərə alıb, iddianın qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(006)- ****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-avtotexniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */****-*/**** nömrəli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Yuxarıda göstərildiyi kimi, “Toyota Rav4” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün olmadığından və təmirlə bərpasının mümkün olub-olmamasını müəyyən etmək üçün metodika olmadığından, müvafiq suallar üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Qərardadda və mülki iş materiallarında göstərilən 2020-ci il buraxılışlı, “Toyota Rav4” markalı, mühərrik həcmi 2.487 sm3 olan, 99- OF-722 dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 55.000 manat müəyyən olunmuşdur. Məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası hissəsində göstərilənlərə əsasən məhkəmə əmtəəşünaslıq ekspertizasının qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(006)- ****/**** nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-avtotexniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məlumatdan görünür ki, təkrar ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(006)- ***/**** nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 4.765 manat məbləğində pulun alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin cavabdeh Cavabdeh alınaraq iddiaçı “xxxx” ASC-yə verilməsi, qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat məbləğində pulun 5 manat hissəsinin cavabdeh Cavabdeh, qalan 45 manat hissəsinin isə iddiaçı “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin təqsirli hesab olunduğu yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən könüllü sığorta növündə sığortalanmış avtomobilin tamamilə məhv olduğunu iddia edən iddiaçı bu faktı təsdiq etmək üçün yalnız həmin avtomobilin sahibi olan zərərçəkən şəxsin müraciəti əsasında “X1” MMC tərəfindən tərtib edilmiş aktı məhkəməyə təqdim etmişdir. Həmin aktı iş materialları ilə birgə tədqiq edən məhkəmə hesab etmişdir ki, yalnızca bu akt qeyd olunan faktı təsdiq edən əsaslı, mötəbər sübut sayıla bilməz. Çünki yuxarıda da qeyd edildiyi kimi, bu akt zərərçəkənin müraciəti əsasında tərtib edilmişdir. Bu hal isə aktı tərtib edən şəxsin bitərəfliyinə və aktda qeyd edilənlərin həqiqiliyinə, mötəbərliyinə kölgə salmış olur. Iddiaçı tərəfindən həmin aktın qeyd-şərtsiz qəbul edilərək zərərçəkənə bütün sığorta məbləğinin ödənilməsi isə ona görə ağlabatan hesab olunmur ki, baş vermiş hadisədə icbari sığorta ödənişini ödəməyə borclu olan şirkət – «xxxx» ASC tərəfindən tərtib edilmiş hesabatda avtomobilə dəymiş zərər 9.515 manat məbləğində qiymətləndirilmişdir. Belə olan halda iddiaçının məhz hansı əsasla yalnız zərərçəkənin təqdim etdiyi, bu markadan olan avtomobillərin rəsmi servis mərkəzi olan MMCnin aktına (belə servis mərkəzlərində göstərilən xidmətlərin hər zaman orta bazar qiymətindən kəskin şəkildə fərqlənərək daha bahalı olması və təmir edilməsinin mümkünlüyü nəzərə alınmadan detalların yenisi ilə dəyişdirilməsinin qiymətlərinin müəyyən edilməsi hamıya məlum olan haldır) istinadla zərərçəkənə könüllü sığorta üzrə tam məbləği ödəməsi, «xxxx» ASC tərəfindən tərtib edilmiş hesabatla həmin akt arasındakı kəskin ziddiyyətin nə üçün nəzərə alınmaması, mübahisələndirilməməsi kimi hallar da maraq doğurur. Bu ziddiyyətin aydınlaşdırılması, işin obyektiv həll edilməsi məqsədilə məhkəmə araşdırmaları zamanı iş üzrə müvafiq ekspertizalar təyin edilsə də, aparılmış ekspertiza tədqiqatları nəticəsində yalnız avtomobilin sığorta hadisəsi baş verən tarixə orta bazar qiymətinin 55.000 manat təşkil etməsi müəyyən edilmiş, istər Məhkəmə Ekspertizası Mərkəzi, istərsə də özəl qiymətləndirmə fəaliyyətini həyata keçirən şirkət tərəfindən iş üzrə əhəmiyyətli olan və xüsusi bilik tələb edən digər heç bir suala isə cavab verilməmiş, həmin hallara aydınlıq gətirilməmişdir. Beləliklə, iddiaçının maşının məhv olması ilə bağlı qeyd etdiyi dəlillər məhkəmə araşdırmaları zamanı heç bir mötəbər sübutla öz təsdiqini tapmamış, iddiaçı bu dəlili ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
18. Göstərilənlərə əsasən məhkəmə, könüllü sığortanın predmeti olan avtomobilə dəymiş zərərin obyektiv qiymətləndirilməsinin məhz icbari sığorta ödənişini ödəməyə borclu olan «xxxx» ASC tərəfindən həyata keçirildiyini hesab etmişdir. Çünki qanuna əsasən, zərərçəkənin «xxxx» ASC tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələri ilə razılaşmamaq, hesabatı mübahisələndirmək, qiymətləndirmənin rəsmi reyestrdə qeydə alınmış digər müstəqil ekspert tərəfindən aparılmasını tələb etmək hüququ olsa da, zərərin vurulmasında təqsirli olan şəxsin – cavabdehin könüllü sığorta ödənişi müəyyənləşdirilən zaman belə bir hüququ olmamış, ona məbləği mübahisələndirmək üçün şərait yaradılmamışdır (“X1” MMC tərəfindən tərtib edilmiş aktın mötəbər sayılmaması üçün daha bir əsas). Iddiaçı zərərçəkənin təqdim etdiyi akta əsaslanaraq könüllü sığorta ödənişini həyata keçirib, cavabdehə pretenziya göndərdikdən sonra cavabdeh öz hərəkətsizliyi (tələb olunan məbləği ödəməməsi) ilə məbləğlə razı olmadığını nümayiş etdirmişdir. Göründüyü kimi, cavabdeh yalnız iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçının tələbi ilə bağlı öz etirazlarını bildirə və məbləğlə bağlı öz mövqeyini nümayiş etdirə bilmişdir.
19. Onu da qeyd etmək zəruridir ki, iddiaçı qəza baş verən tarixə avtomobili 65.000 manat məbləğində qiymətləndirsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli rəydə avtomobilin qəza baş verən tarixə orta bazar qiyməti 55.000 manat müəyyən edilmişdir. Bu da iddiaçının könüllü sığorta ödənişini müəyyən etməsi ilə bağlı həyata keçirilmiş prosesdə digər bir ziddiyyətli hal sayılır.
20. Həmçinin, iş materiallarında olan məhz elə iddiaçı tərəfindən tərtib edilmiş CSB***** nömrəli sığorta aktında könüllü sığortanın predmeti olan avtomobilin əvvəlcə idarəetməni itirərək dəmir maneə ilə toqquşması (nəzərə alınmalıdır ki, zərərçəkənin özü barəsində də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir), sonra isə cavabdehin idarəsində olan avtomobilin onunla toqquşması qeyd olunmuşdur. Bu halda zərərin hansı hissəsinin məhz cavabdehin idarəsində olan avtomobillə toqquşmazdan əvvəl, yəni dəmir maneə ilə toqquşma zamanı, hansı hissəsinin isə məhz cavabdehin idarəsində olan avtomobillə toqquşma nəticəsində əmələ gəldiyini dəqiqliklə müəyyən etmək hazırkı iş üzrə əhəmiyyətli hallardan biri olmuşdur. Məhkəmə aktla hesabat arasındakı kəskin ziddiyyəti nəzərə alaraq hesab edir ki, «xxxx» ASC icbari sığorta ödənişini ödəməyə borclu olduğundan, onun tərəfindən verilmiş hesabatda məhz bu hal nəzərə alınmış, lakin zərərçəkənin müraciəti əsasında rəsmi servis mərkəzi tərəfindən avtomobilin vəziyyətinə əsasən tərtib edilmiş aktda bu hal nəzərə alınmamışdır. Bütün bu hallar məcmu şəkildə qiymətləndirildikdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən könüllü sığorta növündə sığortalanmış avtomobilin tamamilə məhv olması faktı mötəbər sübutla təsdiq olunmamışdır. Hətta bu fakt təsdiq olunsa belə, avtomobilin tamamilə məhv olmasının məhz cavabdehin təqsirli hərəkətinin nəticəsi olması, yaxud zərərin bir hissəsinin cavabdehin təqsirli hərəkətindən əvvəl yaranması, yəni cavabdehin təqsirli hərəkəti ilə müəyyən edilmiş tam zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməmişdir. Deməli, iddiaçı iş üçün əhəmiyyətli olan halları nəzərə almadan, mötəbər sübuta əsaslanmadan zərərçəkənə könüllü sığorta ödənişini ödəsə də, həmin ödənişin hamısını cavabdehdən tələb etməkdə haqlı olduğunu sübuta yetirməmişdir.
21. Əlavə olaraq, iş materiallarında yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib edilmiş arayışlardan birində avtomobilin istismara yararsız olmasının qeyd edilməsi ilə bağlı məhkəmə hesab edir ki, istismara yararsız olmaq anlayışı tam məhv olmaq anlayışından fərqlidir. Belə ki, avtomobilin elə bir detalı zərər görə bilər ki, həmin zərər aradan qaldırıla bilən olsun, lakin zərər aradan qaldırılmadan avtomobil istismara yararsız olsun. Tam məhv olmaq anlayışının məzmunu isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının ## ######## 2014-cü il tarixli Q-** №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nda müəyyən edilmişdir, belə ki, bu, avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi deməkdir. Göründüyü kimi, istismara yararsız olmaq anlayışı ilə tam məhv olmaq anlayışını eyniləşdirmək düzgün deyildir.
22. Məhkəmə yuxarıda sərgilədiyi mövqeyə əsasən, cavabdehin iddianı qismən qəbul etməsini əsaslı saymış və hesab etmişdir ki, iddia – məhz cavabdehin ödəməyə öz razılığını bildirdiyi hissədə təmin edilməli, «xxxx» ASC tərəfindən təqdim edilmiş aktda qeyd olunmuş 9.515 manat məbləğində zərərin sığorta şirkəti tərəfindən ödənilməmiş 4.765 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia əsaslı olmadığından və sübuta yetirilmədiyindən, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 926.1, 936.1- 936.2,23.936.5, 1096, 1097.1, 1108-ci maddələrinə, Azərbaycan Respublikasının Maliyyə 0Nazirliyinin Kollegiyasının ## ######## 2014-cü il tarixli Q-** №-li qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 33.2.2-ci maddəsinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli Qərarına, MPM-in 14.2, 76.1- 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 115.0.1, 119.1, 217.3-217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(006)- ***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci il ####ın ##-də baş vermiş yol-nəqliyyat hadisəsində «TOYOTA RAV4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtomobilə zərər dəymişdir. “xxxx” ASC tərəfindən sığortaçı olaraq «TOYOTA RAV4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtomobilin yeni olduğunu nəzərə alaraq (avtomobilin buraxılışı 2020-ci ildir) avtomobilin qiymətləndirilməsini məhz “TOYOTA” markalı avtomobillərinin rəsmi servisində aparılmışdır. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, “xxxx” ASC tərəfindən “xxxx” ASC-nin tərtib etdiyi hesabatı (bu heç qiymətləndirmə də deyil) əsas götürməli, çünki avtomobillərin rəsmi servis mərkəzi olan MMC-nin aktılarında daha baha göstərilir və buna görə ödəniş etməli idi. Icbari sığorta ödənişini ödəməyə borclu olan şirkət – «xxxx» ASC tərəfindən tərtib edilmiş hesabatda avtomobilə dəymiş zərər 9.515 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə 9515 manata tam itkiyə məruz qalmış 2020-ci il buraxılışı olan «TOYOTA RAV4» markalı avtomobil tam təmir oluna bilərdi.
26. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli protokol-qərardadı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
27. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs ona verilmiş suallara cavab olaraq bildirdi ki, hadisədən sonra «TOYOTA RAV4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtomobil ona təklif olunsa da, o, buna razı olmamışdır. Həmin ərəfədə hansı sənədləri imzaladığını xatırlamır. Qəzadan sonra avtomobili sığorta şirkəti onun adına rəsmiləşdirsədə, o avtomobili görməmiş, avtomobili başqa adam almışdır.
28. Iddiaçının nümayəndəsi ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hadisədən sonra «TOYOTA RAV4» markalı, 99–OF–722 dövlət nömrə nişanlı avtomobil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs özünə satılmışdır.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), G.Axundova və F.Qasımov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdehdən tutulmalı olan pul məbləği ilə bağlı hissədə dəyişdirilmiş, cavabdeh Cavabdeh 7.250 manat məbləğində vəsait tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 34,8 manatının, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 17,4 manatının cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat məbləğində vəsaitin 7 manat hissəsinin cavabdeh Cavabdeh, qalan 43 manat hissəsinin isə iddiaçı “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlarla müəyyən olunur ki, ##.##.2021-ci il tarixdə cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçı tərəfindən sığortalanmış üçüncü şəxsə məxsus “Toyota RAV4” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir.
31. Iddiaçı tərəfindən dəymiş zərərə görə üçüncü şəxsə 54.750 manat məbləğində sığorta ödənişi edilmişdir. Həmin ödənişdən 4.750 manat hissəsi cavabdehin mülki məsuliyyətinin icbari sığortaçısı olan “xxxx” ASC tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Iddiaçı iddia tələbini belə əsaslandırır ki, yol-nəqliyyat hadisəsi nəticəsində onun tərəfindən sığorta ödənişi bu qaydada aparılmışdır: 65.000 (avtоmоbilin dəyəri) – 10.000 (qalıq dəyəri) – 250 (şərtsiz azadolma) = 54.750 manat. Iddiaçı iddia tələbini “X1” MMC tərəfindən tərtib edilmiş akta əsaslanaraq irəli sürmüşdür.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin aktın mötəbərliyi şübhə doğurur. Belə ki, həmin akta əsasən “Toyota RAV4” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vəsitəsinin təmir-bərpa işlərinə 53.677,70 manat məbləğində vəsait tələb olunur.
33. Ilk növbədə qeyd edilməlidir ki, “xxxx” ASC tərəfindən təsdiq edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair ##.##.2021-ci il tarixli hesabata əsasən “Toyota RAV4” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vəsitəsinə dəymiş zərərin məbləği 9.515 manat müəyyən edilmişdir.
34. Bundan başqa, iş materiallarına əsasən həmin nəqliyyat vasitəsinə dəymiş zərərin bir qismi hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş mülkiyyətçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən idarəetmənin itirilməsi nəticəsində baş vermiş, nəticədə nəqliyyat vasitəsi dəmir maneəyə dəymiş, sol hissəsi zədələnmişdir.
35. Məhkəmə kollegiyası tərəfindən ##.##.2025-ci il tarixli qərardadla “X1” MMC-yə onun tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli aktda göstərilən ehtiyat hissələrinin hansılarının zədələnmiş nəqliyyat vasitəsinin arxa və sağ hissələrinə aid olduğu barədə sual ünvanlansa da, həmin MMC tərəfindən aktda göstərilən ehtiyat hissələrinin hamısının nəqliyyat vasitəsinin sağ və arxa tərəfinə aid olduğu bildirilmişdir.
36. Halbuki, həmin akta nəzər yetirdikdə müəyyən edilir ki, sadalanan bir sıra ehtiyat hissələri nəqliyyat vasitəsinin sol hissəsinə aiddir (məsələn, ön sol qapı – 791,99 manat, arxa sol qanad – 715,79 manat və s.).
37. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı tərəfindən “Toyota RAV4” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisədən sonra 10.000 manata dəyərləndirilməsi də ağlabatan deyil.
38. Ilk növbədə ona görə ki, işdə olan fotoşəkillərlə əsasən “Toyota RAV4” markalı, **- OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsi ümumiyyətlə zədələnməmişdir. Hamıya bəlli olan haldır ki, nəqliyyat hissəsinin ən dəyərli hissələri (mühərrik və digər texniki avadanlıqlar olan hissə, ön fənərlər və s.) ön hissədə yerləşir.
39. Işdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024- cü il tarixli, */****-*/**** nömrəli ekspert rəyi ilə 2020-ci il buraxılışlı, “Toyota RAV4” markalı, mühərrik həcmi 2.487 sm3 olan, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normal vəziyyətdə 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 55.000 manat məbləğində müəyyən olunmuşdur. Həmin məbləğdə bazar dəyəri olan nəqliyyat vasitəsinin ən dəyərli hissələri zədələnmədiyi halda iddiaçı tərəfindən hansı meyarlar əsas götürülməklə onun 10.000 manat məbləğində qiymətləndirilməsi barədə sübutlar da məhkəməyə təqdim edilməmişdir.
40. Bundan başqa, iddiaçının nümayəndəsi nəqliyyat vasitəsinin 10.000 manata dəyərləndirilərək üçüncü şəxsə təqdim edildiyini bildirsə də, üçüncü şəxs məhkəmə iclasında nəqliyyat vasitəsinin onun tərəfindən deyil, başqa şəxs tərəfindən əldə edildiyini bildirmişdir.
41. Həmçinin, məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi “xxxx” MMCnin ekspertlərinə həvalə edilmişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli MEB-***-**** nömrəli hesabatına əsasən müəyyən edilmişdir ki, müqayisəli tədqiqat nəticəsində alınmış məbləğ 38,643.89 manat təşkil edir. Avtomobil təmiri üzrə ixtisaslaşmış şəxsdən (Elgül Avtoservice) alınmış şifahi məlumata əsasən “Toyota RAV4” avtomobilinin (foto şəkillərə əsasən) bərpası üçün təmirinə 12.000 manat tələb olunur. Bu təmir üçün tələb olunan məbləğ bundan əvvəl müqayisə yanaşması ilə hesablanmış məbləğdən çıxılır. 38,643.89 manat - 12,000 manat (təmir-bərpa xərci) = 26,643.89 manat. Yol nəqliyyat hadisəsi nəticəsində 20% əmtəə itkisi baş vermişdir. Ona görə də həmin itki də bazar dəyərindən çıxılır. 26,643.89 manat - 20% = 21,315.11 manat. Nəticə olaraq nəqliyyat vasitəsinin bazar dəyəri yuvarlaq olaraq 21,300 manat təşkil edir. Qeyd: Yol-nəqliyyat hadisəsi 2021-ci ildə baş verib. Hazırda 2021-ci ilin avtomobillərinin satış qiymətlərini dəqiq təyin etmək mümkün olmadığından, 2025-ci ilin satış qiymətləri əsas götürülüb və həmin qiymətlərə müvafiq düzəlişlər edilib.
42. Göründüyü kimi, 2020-ci il buraxılışlı “Toyota RAV4” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəzalı vəziyyətdə bazar dəyəri 2025-ci il üçün 21,300 manat təşkil edir. Halbuki, bu məbləğ nəqliyyat vasitəsinin istehsal ili nəzərə alınmaqla yolnəqliyyat hadisəsi baş verdiyi 2021-ci ildə daha da yüksək olacaqdı.
43. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsindən sonra 10.000 manat dəyərində qiymətləndirməklə, habelə “X1” MMC tərəfindən tərtib edilmiş akta əsaslanmaqla iddiada göstərilən məbləğin cavabdehdən tələb edilməsi əsaslı hesab edilə bilməz.
44. Bununla belə nəzərə alınmalıdır ki, “xxxx” MMC tərəfindən təqdim edilən rəyə əsasən sözügedən nəqliyyat vasitəsinin təmir-bərpa xərcləri 12.000 manat məbləğində müəyyən edilmişdir. Bu məbləğ “xxxx” ASC tərəfindən müəyyən edilmiş məbləğə yaxın olmaqla ağlabatan görünür.
45. Kollegiya hesab etmişdir ki, həmin məbləğ əsas götürülməklə “xxxx” ASC tərəfindən iddiaçıya ödənilmiş 4.750 manat nəzərə alınmalı, qalan məgləğ, yəni 7.250 manat məbləğində vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır
46. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1-ci, MPM-in 14.2, 77.1, 88, 103.1, 119.1, 119.6, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
47. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi ##.##.2025-ci il tarixli , *(***)****/**** saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin verilməsinə görə 120 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
48. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəllənin 925.6-cı, MPM-in 88 və 101.7-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə “X1” MMCnin qiymətləndirmə aktını araşdırmadan, həmin aktda göstərilən zərər məbləğini nəzərə almamışdır. Nəticədə, “X1” MMC-nin qiymətlədndirmə aktına və MM-nin 925.6-cl maddəsində müəyyən edilmiş meyara əsasən faktiki olaraq tam məhv olmuş əmlak, sadəcə zərər görmüş, lakin, tam məhv olmamış əmlak kateqoriyasına keçirilmişdir.
49. MPM-nin 88-ci və 101.7-ci maddələrinə zidd olaraq Bakı Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iş materiallarında olan ekspertiza rəyini tədqiq etməmiş və digər sübutlarla yanaşı qiymətləndiməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın rəyində yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin müəyyən edilməsinin qeyri-mümkünlüyü göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsi isə rəyin bu hissəsinə heç bir münasibət bildirmədən yenidən qiymətləndirmə təyin etmiş və onun keçirilməsini “xxxx” MMC-yə həvalə etmişdir. Göstərilən təşikilat qiymətləndirməni keçirmiş və alınmış məbləğ 38,643.89 manat təşkil etmişdir. Beləliklə də, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin qeyri-mümkün hesab etdiyi qiymətləndirmə “xxxx” MMC tərəfindən yerinə yetirilmiş və konkret məbləğ ortaya qoymuşdur. Apellyasiya Məhkəməsi bu ziddiyətə heç bir münasibət bildirməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
51. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
52. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
53. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
54. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
55. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
56. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
68. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə kollegiyası kassasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iş materiallarında olan ekspertiza rəyini tədqiq etmədiyi və digər sübutlarla yanaşı qiymətləndirmədiyi, belə ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın rəyində yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin müəyyən edilməsinin qeyri-mümkünlüyü göstərildiyi, Bakı Apellyasiya Məhkəməsinin isə rəyin bu hissəsinə heç bir münasibət bildirmədən yenidən qiymətləndirmə təyin etdiyi barədə olan dəlillərinə məcmu şəkildə hüquqi qiymət verərək qeyd edir ki, əvvəla apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyinin məzmununu qətnamənin 12-ci bəndində əks etdirmişdir.
73. Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
74. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
75. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
76. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ##.##.2025-ci il tarixdə iş üzrə məhkəmə-qiymətləndirmə (əlavə) ekspertizası təyin edərək əldə etdiyi “Məhkəmə Ekspertizası Bürosu”nun ##.##.2025-ci il tarixli hesabatını sübut qismində qəbul edərək iş materialları ilə birlikdə qiymətləndirərkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
77. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
78. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
79. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.