Məhkəmə qərarları › İş №2(1-8)-880/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-880/2026

04.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-880/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X9nun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X9nun cavabdeh Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. ünvan 2 yerləşən 0,27 ha torpaq sahəsi və üzərində yerləşən 48 kv metr sahəsi olan fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüququ # #### 2014-cü il tarixdə vəfat etmiş əri Isa Isgəndərovdan miras qalmış əmlak kimi # #### 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. # #### 2022-ci il tarixli alğı-satqı müqaviəsinə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 0,14 ha hissəsini X3.

3. Cavabdeh # #### 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evi və 0,13 hissədə torpaq sahəsini qızı X6 bağışlamışdır. Eyni tarixli alğı-satqı müqaviləsi ilə X7 ona bağışlanmış evi və torpaq sahəsinin 0,13 ha hissəsini X4.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mərhum atası X5 qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,27 ha həyətyanı torpaq sahəsindən ibarət olan miras əmlakın qanun üzrə vərəsə olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, babasının ölümündən sonra miras qalmış əmlakı X1 qəbul etmişdir. X1 # #### 2014-cü il tarixdə vəfat etmişdir. Ondan miras qalmış ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsini və üzərində yerləşən əmlakı miras kimi qəbul etmək istəyir, lakin atasının arvadı olmuş cavabdeh Cavabdeh buna mane olur.

6. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, X2 onun əri olmuşdur. O, 2014-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra qalmış Gədəbəy şəhəri, İ.Aznaurov küçəsində yerləşən torpağı və üzrəində yerləşən yaşayış evini miras kimi qəbul etmiş, əmlakın bir hissəsini 2022-ci ildə satmış, bir hissəsini isə qızına hədiyyə etmişdir. Qızı da ona hədiyyə edilmiş əmlakı 2023-cü ildə satmışdır. Iddiaçı mirası qəbul etməmişdir. Buna baxmayaraq, o ev və torpaq sahəsi satıldıqdan sonra iddiaçıya 1500 manat vermişdir. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddianın rədd olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin mülkiyyət hüququnun qeydiyyatının, bağışlama və alğı-satqı müqavilələrinin ləğv və ya etibarsız hesab edilməsi ilə əlaqədar iddia tələbi ilə müraciətlər etməmiş, həmin müqavilələr üzrə vicdanlılıqları şübhə doğurmayan tərəfləri iş üzrə icraata cəlb etməmişdir. Bundan başqa, iddiaçı atası X5 miras qaldığı iddia edilən əmlakı qəbul etdiyini təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir.

9. Məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 140, 1133.1, 1145, 1151.1, 1243.1, 1243.2 və 1243.3-cü, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4 və 216-220-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəs ilə eyni məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən miras əmalaka dair cavabdehin adına mülkiyyət hüquqlarının qeydə alındığını, həmin mülkiyyət hüquqları əsasında Cavabdeh miras əmlakın bir hissəsini X3, əmlakın qalan hissəsini övladı X11 bağışladığını, Vüsalə Imamverdiyeva da ona hədiyyə edilmiş əmlakı X4, bununla da həmin əmlaka dair mülkiyyət hüququnun qeydə alındığını və qeydiyyatın həqiqiliyi prezumpsiyasının qüvvədə olduğunu əsas göstərmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, miras əmlakın Cavabdeh adına mülkiyyət hüququ ilə qeydə alınmasına əsas olan məhkəmə qətnaməsi ləğv edilmişdir. Belə olan halda, həmin qeydiyyatın heç bir hüquqi qüvvəsi qalmır və onun əsasında miras əmlakın özgəninkiləşdirilməsinə dair bütün müqavilələr, eləcə də həmin müqavilələr əsasında aparılmış qeydiyyatlar etibarsızdır. Həmçinin, məhkəmə iddianı rədd edərkən qətnamənin əsaslandırıcı hissəsində miras əmlakın iddiaçı tərəfindən qəbul edildiyini təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilmədiyini göstərmişdir. Məhkəmənin bu mövqeyi də əsassızdır. Ona görə ki, o həm atanın ölümündən əvvəl, həm də ölümündən sonra ondan qalmış miras əmlakı faktiki olaraq idarə etmiş, bununla da atasından qalmış mirası faktiki olaraq qəbul etməyini şəksiz nümayiş etdirmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Bu baxımdan da mənim atamdan qalmış miras əmlakı qəbul etməyim sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hazırkı iddia üzrə mülki işə baxarkən qeyd etdiyi hallara düzgün qiymət verməmiş, bununla da iddianın rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə çıxarmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə tam əsaslı olmuşdur. Belə ki, nə birinci instansiyası məhkəməsinə, nə də ki, məhkəməyə mirasın iddiaçı tərəfindən qəbul edilməsi ilə bağlı sübutlar təqdim olunmamışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi şikayətin təmin edilməməsi qənaətinə gələrkən mirasın iddiaçı tərəfindən qəbul edildiyini təsdiq edən sübutların təqdim olunmadığına istinad etmiş və bununla da mirasın iddiaçı tərəfindən qəbul edilmədiyi nəticəsinə gəlmişdir. Lakin, məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələblərinə diqqət yetirməmişdir. Həmin maddəyə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

18. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

19. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

20. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

21. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

22. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

23. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

24. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

25. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

26. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarı

27. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. Iddiaçı X9nun kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMnin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar