Məhkəmə qərarları › İş №2(1-8)-899/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-899/2026

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-899/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 İbrət oğlu və cavabdeh4 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, uydurma əqd, vicdanlılıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 İbrət oğlu və cavabdeh4 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2022-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 75,6 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.

2. ##.##.2023-cü il tarixli, AR-II № ****** saylı etibarnaməyə əsasən İddiaçı cavabdeh2 Oqtay oğluna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Ərazi İdarəsi tərəfindən ##.##.2022-ci ildə verilmiş çıxarışa əsasən Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən 0,05 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 75,6 kv.m. olan fərdi yaşayış evinə dair bütün dövlət orqanlarda, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin istənilən idarələrində, MKİS-də, Notariat İdarələrində, Banklarda, İcra Hakimiyyətində və daşınmaz əmlakın dövlət qeydiyyatını aparan digər İcra Hakimiyyəti orqanlarında onu təmsil etməyi, forma 1, forma 2 və s. arayışları almaqla sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər bir ay müddətinə ##.##.2023-cü il tarixə kimi verilmişdir.

3. İddiaçı tərəfindən Bakı Şəhəri * saylı Notariat Ofisində verilmiş ##.##.2023-cü il tarixli ərizəyə əsasən, İddiaçı məxsus olan Xaçmaz rayonu, Ləcət kəndi, ev-ünvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə, 0,05 ha) ünvan 2nvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə, 75,6 kv.m.), Xaçmaz rayonu, Ləcət kəndi, ev ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, 0,05 ha) Xaçmaz rayonu, Ləcət kəndi, ev -ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, 75,6 kv.m.) 15.000 manat qiymətə satılması barədə İddiaçı ilə cavabdeh1 razılığa gəlmişlər. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsini, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürmüşdür.

4. “Daşınmaz Əmlakın alğı-satqısı haqqında” ##.##.2023-cü il tarixli, AN-İ №******* saylı Müqaviləyə əsasən, İddiaçı Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən fərdi yaşayış evini 15.000 manata cavabdeh1 satmışdır.

5. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin * saylı Şöbəsinin ##.##.2023-cü il tarixli, X-**** saylı məktubuna əsasən, İddiaçı məxsus olan ünvan 2nvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə, 0,05 ha) ünvan 2nvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə, 75,6 kv.m.), Xaçmaz rayonu, Ləcət kəndi, ev ünvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, 0,05 ha) ünvan 2nvanında yerləşən torpaq sahəsinin (1/1 hissə, 75,6 kv.m.) 15.000 manata satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürür. “Alıcı” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabınıza qəbul olunmasını xahiş etmişdir. “Satıcı” həmin məbləğin, “müvafiq müqavilə tərəfinizdən təsdiq edildikdən sonra Sizin depozit hesabınız vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını” xahiş etmişdir.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 75,6 kv.m. olan fərdi yaşayış evi cavabdeh1 adına qeydiyyata alınmışdır.

7. “Daşınmaz Əmlakın alğı-satqısı haqqında” ##.##.2023-cü il tarixli, AN-İ №******* saylı Müqaviləsi”nə əsasən, cavabdeh1 Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən fərdi yaşayış evini 15.000 manata cavabdeh3 İbrət oğluna satmışdır.

8. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli, №***/***/****/**** saylı arayışa əsasən İddiaçı “xxxx” Sumqayıt filialına ev Təminatlı nağd istehlak krediti üçün may ayında müraciət etmişdir, lakin qaydalara uyğun olaraq rəsmi iş yeri olmadığı üçün şifahi şəkildə imtina edilmişdir.

9. Xaçmaz rayon X6 Bölməsinin təhqiqatçısı Mübariz Əliyevin “cinayət işi başlanmasının rədd edilməsi barədə” ##.##.2023-cü il tarixli qərarına əsasən, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

10. Xaçmaz rayon prokuroru vəzifəsini icra edən Qüdrət Həmidovun “cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması haqqında” ##.##.2023-cü il tarixli qərarına əsasən, Xaçmaz rayon X6 Bölməsinin təhqiqatçısı Ramiq Əzimli tərəfindən qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi barədə” ##.##.2023-cü il tarixli qərar ləğv edilərək, material aidiyyəti üzrə tam, hərtərəfli və obyektiv araşdırılması üçün Xaçmaz rayon Polis Şöbəsinə göndərilmişdir.

11. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-**/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarından görünür ki, şikayətçi İddiaçı şikayəti təmin edilərək, Xaçmaz rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ######## 2024-cü il tarixli və Xaçmaz rayon Polis Şöbəsinin müstəntiqi X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2023-cü il tarixli qərarı ləğv edilərək, qərarda göstərilən xüsusatların araşdırılması Xaçmaz rayon Polis Şöbəsinə tapşırılmışdır.

12. Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi Elmin Abdullayevin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2024-cü il tarixli qərarına əsasən, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir.

13. Qeyd olunan materiallar üzrə araşdırma zamanı ##.##.2023-cü il tarixdə izahatı alınmış cavabdeh2 Oqtay oğlu izahatlarında göstərmişdir ki, 2023-cü ilin mart ayının əvvəllərində Eynur onunla əlaqə saxlayaraq onun Cavid adlı tanışının onunla əlaqə saxlayaraq yaxın bir adamının olduğunu, həmin şəxsə təxminən 25.000 manat pul lazım olduğunu, əgər mümkündürsə ona borca pul verə bilib-bilməyəcəyini soruşduğunu, onun isə Cavidə cavabında o qədər pulunun olmadığını söylədiyini, cavabında isə Cavidin ona həmin Xaçmaz rayonunda bağı olduğunu, əgər mümkündürsə həmin evi satmaqda köməklik göstərib-göstərə bilməyəcəyini soruşduğunu söyləmişdir. Bundan əlavə 2023-cü ilin may ayının əvvəllərində Cavidin dediyi şəxs, yəni Rəşad və Cavidlə Eynur Bakı şəhəri, “Papanin” deyilən yerdə görüşmüş, görüş zamanı Rəşad ona Xaçmaz rayonu, Ləcət kəndində evi olduğunu və onu 45.000 manata içərisində olan əşyalarla satmaq istədiyini söyləmişdir. Eynur da ona imkan olsa sata biləcəyini söyləmiş, ancaq bu zaman Rəşad bir sıra adamlara borcu olduğunu, həmin şəxslərin onu pis vəziyyətə qoyduqlarını, buna görə də ona təcili olaraq pul lazım olduğunu söyləmişdir. O, da Rəşadın pis vəziyyətdə olduğunu gördüyünə görə fikirləşmişdir ki, ona necə köməklik göstərə bilər. Buna görə də onunla oturub bu barədə söhbət edən zaman Rəşada demişdir ki, həmin evi ala biləcək yeganə tanışları Fuaddır. Belə ki, həmin vaxtda Fuadın əlində pul vardı. Fuad da Bakı şəhərində torpaq alıb ev tikmək istəyirdi. Bundan əlavə, Fuad Eynurun bacısı oğludur. Beləcə onlar ilk növbədə Fuadla söhbət etmişlər. Söhbət zamanı Xaçmaz rayonunda ev olduğunu, pulu varsa həmin evi almalı olduğunu, əgər alarsa gələcəkdə bahalı qiymətə evi sata biləcəyini söyləmişlər. Fuad da onlarla razılaşmışdır. Həmin gündən sonra Rəşadla əlaqə saxlayaraq Xaçmaz rayonunda yerləşən evə baxmaq istədiklərini söyləmişlər. Rəşad da onlarla razılaşmışdır. 2023-cü ilin may ayının əvvəllərində o, Eynur və Rəşadla birlikdə evə baxmağa getmişlər. Evə baxdıqları zaman evin Rəşadın dediyi kimi olmadığını bilmişlər. Elə həmin vaxt da Ləcət kəndində yerləşən evlərin qiyməti ilə maraqlandıqda ona məlum olub ki, həmin evin orta bazar qiyməti 30.000 manat civarındadır. Buna görə də Rəşada söyləmişlər ki, bu evin qiyməti 45.000 manat deyil. Onlar Rəşada demişlər ki, “gəl belə razılaşaq, biz sənə ümumilikdə evin dəyəri üçün 30.000 manat pul verəcəyik. Həmin 30.000 manat pulun 15.000 manatını əvvəlcədən, qalan 15.000 manatı isə növbəti bir ay ərzində verəcəyik. Bundan başqa 15.000 manatı verdikdən sonra evi öz adımıza keçirəcəyik.” Əgər bir ay ərzində o, evi daha baha qiymətə satarsa, onların ona verəcəkləri 15.000 manatı və bundan əlavə onlara 5.000 manatı da verməli olduqlarını söyləmişlər. Rəşad da onlarla razılaşmışdır. Bundan əlavə ona demişlər ki, “15.000 manatı sənə veririk, sən də bunun müqabilində alğısatqı ilə evi adımıza keçirəcəksən. O, da yenidən onlarla razılaşmışdır. Bundan sonra Eynur Fuadla görüşərək 15.000 manatı ondan almışdır. Həmin pulu da 2023-cü ilin may ayının 17-də Rəşada vermişlər. Həmin vaxt yanında Eynur, Rəşad və onun həyat yoldaşı Rəna da olmuşdur. Qeyd olunmalıdır ki, o, əvvəl elə bilmişdir ki, ev Rəşadın adınadır. Ancaq həmin vaxt onlara məlum olmuşdur ki, ev Rəşadın yox Rənanın adınadır. Beləcə notariusa alğı-satqı etmək məqsədi ilə getmişlər. Orada onlara məlumat verilmişdir ki, forma 2 yoxdur. Rəşad da ona demişdir ki, ona təcili pul lazımdır və təklif etmişdir ki, “biz sizə etibarnamə verək, özünüz forma 2-ni aldıqdan sonra evi öz adınıza keçirərsiniz.” Onlar Rəşadın ehtiyac içində olduğunu gördüklərinə görə razılaşmışlar ki, Rəşadgil onlara etibarnamə versin, onlar da səhəri gün evi öz adlarına keçirsinlər. Etibarnaməni aldıqdan sonra notariusun qarşısında 14.000 manat pulu Rəşada vermişlər. Bundan əlavə Rəşada 15.000 manat söz vermələrinə baxmayaraq ona 14.000 manat vermişlər. Buna da səbəb alğı-satqıya çıxan xərclərlə bağlı 1.000 manat pulu özlərində saxlamaları olub. Yerdə qalan pulu da Rəşada qaytaracaqdılar. O, da onlarla razılaşmışdır. 14.000 manat pulu Rəşada verdiyi zaman Rəşad Eynurun çəkdiyi zəhmətlərin haqqı kimi ona öz könüllü razılığı ilə 1.000 manat vermişdir. Həmin gündən sonra 2-3 gün ərzində Rəşadla telefon əlaqəsi saxlamağına baxmayaraq sonuncu telefonlarına cavab verməmişdir. Buna görə də Rəşadla razılaşdıqları kimi 22 may tarixində evi o, Fuadın adına keçirmişdir. Bundan 3 gün sonra Rəşad yenidən Eynura zəng edərək ona pul lazım olduğunu demişdir. Eynur isə ona danışdığı kimi pulu 1 ay sonra verəcəyini demişdir. Rəşad isə ona təcili olaraq pul lazım olduğunu və “onsuz da ev sizin adınızadır, mənim qalan pulumu verin” demişdir. Beləliklə də onlar Fuadı pulun qalan hissəsini düzəltməyə məcbur etmişlər. May ayının sonlarında Rəşada 5.000 manatı “Qara Qarayev”də, iyun ayının əvvəllərində isə 10.000 manatı yenə “Qara Qarayev”də vermişlər. Ondan sonra Rəşadla halallaşaraq ondan ayrılmışlar. Onlar Rəşadın pulunu verdikdən sonra Rəşaddan aldıqları evi 38.000 manata tanışları Vüsala satmışlar. Sonradan ona məlum olmuşdur ki, ## #### 2023-cü il tarixdə Rəşad və Rəna Ləcət kəndində yerləşən evə gedərək orada Vüsalla mübahisə etmişlər. (Cild 3, i.v.46- 47) İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

14. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 İbrət oğlu və cavabdeh4 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı, Notariat Ofisi) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2 ilə cavabdeh1 arasında Xaçmaz rayonu, Ləcət kəndində 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m. olan fərdi yaşayış evinə dair Bakı şəhər * saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №******* ##.##.2025-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin evə dair sonuncunun adına verilmiş çıxarışın ləğvi, cavabdeh1 ilə cavabdeh3 arasında ##.##.2023-cü il tarixdə Bakı şəhər ** saylı Notariat Ofisində bağlanmış AN-1 № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və cavabdeh3 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 1.000 manat ekspertiza xərcinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, pula ehtiyacı olduğu üçün borc pul axtarmış və tanışı Rəşad adlı şəxs ona bildirmişdir ki, tanıdığı Cavidin faizə borc pul verən dindar bir dostu vardır. O, və Rəşad qərara almışlar ki, Cavidlə görüşüb həmin şəxsdən faizə pul alsınlar. Bu məqsədlə də Cavid onları cavabdeh cavabdeh2 ilə tanış etmişdir. cavabdeh2 ona bildirmişdir ki, onlara lazım olan 17.500 manat pulu aylıq 15 faizlə verə bilər. Lakin bunun üçün notariat qaydada ona əmlak girov qoymalıdır ki, o, da vermiş olduğu pula görə narahat olmasın. O, mülkiyyətində olan Xaçmaz şəhəri, Ləcət kəndində 0,05 ha torpaq sahəsi üzərində yerləşən evini həmin vaxt 60.000 manata satışa çıxarmışdır. Cavabdehə bildirmişdir ki, ona pul 1 aylığa lazımdır. Bu 1 ay ərzində evinə alıcı tapıb satacaq və aldığı pulu aylıq 15 faizlə birlikdə ona verəcəkdir. Lakin cavabdeh cavabdeh2 bunu bildikdə ona demişdir ki, bu şərtlə pulu verəcəkdir ki, notariat qaydada o, həmin evi girov qoysun. Bunun üçün cavabdeh2 onu və Rəşadı özünün tanıdığı Bakı şəhəri Nərimanov rayonunda yerləşən * saylı Notariat Ofisinə aparmış və orada notariusla danışdıqdan sonra onlara yaxınlaşaraq bildirmişdir ki, “notarius borc pul ilə bağlı sənədləri hazırlayır, bunun üçün o, həmin sənədləri imzalamalı və evinin çıxarışını da notariusa verməlidir ki, pul qaytarılana qədər nə özü, nə də o, bu evi sata bilməyəcəkdir. Evə alıcı tapanda həmin alıcını bu notariusa gətirib orada alıcı ilk növbədə ondan aldığı pulları cavabdeh2 ödədikdən sonra qalan pulu ona ödəyər, o, da evi həmin şəxsin adına rəsmiləşdirəcəkdir”. O, cavabdeh2 bu şərti ilə razılaşaraq notariat ofisində ona təqdim olunan sənədlərə imza atmış və notarius evinə dair çıxarışı ondan alaraq stolunun siyirməsinə qoymuş və bildirmişdir ki, “narahat olmasın, nə o, cavabdeh2, nə də cavabdeh2 onun razılığı olmadan bu evi sata bilməyəcəkdir. Buna görə də etibarnamənin altına “bilməz” sözü yazılmışdır” demişdir. O, bundan sonra cavabdeh cavabdeh2 2 dəfəyə 17.500 manat pulu almış və bu müddət ərzində evə alıcı axtarışı ilə məşğul olmuşdur. Nəhayət ki, o, bu evə alıcı tapmış və ondan 1.000 manat beh alaraq evi alıcının adına alğı-satqı etmək üçün Bakı şəhər * saylı Notariat Ofisinə gəlmiş və ##.##.2023-cü ildə orada ona məlum olmuşdur ki, artıq bu ev onun adından çıxmışdır. Cavabdeh cavabdeh2 pulu aldıqdan sonra 2 gün ərzində cavabdeh2 evi başqa bir şəxsə satmış və onunla alğı-satqı müqaviləsi bağlanmışdır. Ev üzərində mülkiyyət hüquqları başqa bir şəxsin adına keçmişdir. Notariat ofisində notariusa evinə dair sənədin onda olduğunu və bu müqaviləni nə üçün bağladığını soruşduqda onun etibarnamə əsasında 1 ay müddətinə cavabdehə bu səlahiyyəti verdiyini bildirilmişdir. O, cavabdeh cavabdeh2 tərəfindən aldadıldığı və ona borc olaraq verdiyi 17.500 manat müqabilində 60.000 manat dəyərində olan evini sataraq ona qarşı dələduzluq etdiyini başa düşüb cavabdeh2 barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etmiş və özü ilə əlaqə saxlamış, evini tələb etmişdir. Lakin bu dəfə cavabdeh2 ona sözü bu olmuşdur ki, “əgər ona 45.000 manat verərsə, o, bu evi qaytara bilər.” Bu şəxslə borc danışığının olması və cavabdeh2 ona 1 aylıq borc kimi 17.500 manat məbləğində borc pul verməsi ilə bağlı danışıqları kamera ilə qeydə alınmışdır. Bundan başqa, onun bu şəxsdən borc pul aldığını təsdiqləyən şahidləri və telefon, vatsap danışıqları da mövcuddur. Evini satmaq üçün cavabdeh cavabdeh2 Bakı şəhər * saylı Notariat Ofisinin rəhbəri ilə əlbir olaraq onun barəsində sistem çıxarışları (nikahının pozulması barədə arayış, qeydiyyat yeri üzrə arayışı) əldə etmiş, evin yerləşdiyi ərazinin bələdiyyəsindən arayış almışdır. Hətta ##.##.2023-cü il tarixdə həmin evin çıxarışını əldə etdikdən sonra dərhal həmin evi satmaq üçün yenidən bələdiyyədən arayış almaq üçün müraciət etdiyi də ona məlum olmuşdur. Cavabdeh cavabdeh2 ##.##.2023-cü ildə özünün “əqidə” dostu olan cavabdeh1 adlı şəxslə həmin notariat ofisində alğı-satqı müqaviləsi bağlamaqla onun evini öz aralarında 15.000 manat dəyərində qiymətləndirmişlər. Həmin alğı-satqı müqaviləsi etibarsız hesab olunmalı və cavabdeh cavabdeh1 adına DƏDRX * saylı Xaçmaz ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv olunmalıdır.

16. Məhkəmə iclasında cavabdeh cavabdeh1 izahat verərək göstərmişdir ki, o, evi Faruqdan alıb. Ona evin qiymətinin 45.000 manat olduğunu demişlər. O, demişdir ki, 15.000 verə bilər ilkin ödəniş kimi, qalan pulu isə hissə-hissə ödəməkdə razılaşmışdır. Sonra onu pulu ödəməklə bağlı sıxışdırmışlar. cavabdeh3 onların dostudur. Vüsala evi 35.000 manata satmışdır. Çünki evdə söz söhbət olmuş, problemlər yaranmışdır. Evi canlı görməmişdir. O, hazırda anası ilə birlikdə dayısıgildə yaşayır. Faruq dayısı və Vüsal dostdurlar. Ona görə etibar edib evi alıb. Evin açarı Faruqda (Anarda) idi. Bu müddət ərzində heç gedib evə baxmamışdır. O, ustadır. Evi Faruqdan etibarnamə ilə almış, daha sonra isə evi satması üçün Faruqa etibarnamə vermişdir. O, Vüsala evi almaq üçün anasının qızıl-zinət əşyalarını satdığı üçün problem yarandığını və bu səbəbdən anasının qızıl-zinət əşyalarını qaytarmalı olduğunu bildirmişdir. Vüsal ona pulu 2 hissədə vermişdir. O, evi Faruqdan almışdır. Xaçmazda olan cinayət işi ilə bağlı dünən məlumatı olub. X2 kəndində yerləşirdi. Evi alan zaman ora köçüb orada yaşamaq niyyətində olmuşdur. Evin üzərindən həbsin götürülməsini istəyir. Çünki Vüsal narazılıq edir. Evi əkin sahəsinin olması səbəbindən bəyənmişdir. Evin videogörüntüsünü görmüşdür. Faruqa qarşı heç bir tələbi yoxdur. Anasının 25.000 manat dəyərində olan qızılzinət əşyalarını 2023-cü ilin may ayında satmışdır. Qızıl-zinət əşyalarını satdığı barədə dayısının məlumatı yox idi.

17. Məhkəmə iclasında cavabdeh cavabdeh1 nümayəndəsi vəkil vəkil1 iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddiadan əvvəl aidiyyəti üzrə hüquq mühafizə orqanlarına şikayətlər etməklə həm də guya ona qarşı qanunsuzluqlar, xüsusən də əmlakının talanmasını bildirmiş, lakin əməldə cinayət tərkibi olmadığı üçün “cinayət işinin rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Yəni şikayətdə göstərilən halların heç biri öz təsdiqini tapmamışdır. Müqavilə üzrə tərəflər əmlakın qiymətini razılaşdırmış və bununla bağlı notarial qaydada müqavilə imzalamışlar. İqtisadi baxımından əmlakın qiymətinin hansı məbləğdə olmasından asılı olmayaraq tərəflər müqavilənin ilkin şərtlərindən olan onun qiymətini razılaşdırmışlar. cavabdeh3 vicdanlı əldən edən olmaqla hazırkı mübahisəyə onun aidiyyəti yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, ##.##.2023-cü ildən (mülki işin məhkəmənin icraatına qəbul edilməsi tarixindən) bu vaxta kimi icraatın zəruri dayandırılması və təzələnməsi də nəzərə alınmaqla istənilən prosessual müddətlər ötürülmüşdür.

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 izahat verərək bildirmişdir ki, iddiaçının pula ehtiyacı olmuşdur. İddiaçı banka getmiş, lakin bank rəsmi iş yeri olmadığı üçün ona kredit verməmişdir. Daha sonra iddiaçının tanışı cavabdehləri məsləhət görmüşdür. Onlar iddiaçıya 1 aya 5.000 manat əlavə alacaqlarını bildiriblər. Notarius iddiaçıya düzgün informasiya verməmişdir. İddiaçı pul qarşılığında cavabdehə qeyd edilən əmlakla bağlı etibarnamə verib, lakin etibarnaməni verən zaman iddiaçı notariusdan cavabdehin həmin etibarnamə ilə o olmadan evlə bağlı hər hansı həyata keçirib keçirə bilməyəcəyini soruşmuş, onlar isə iddiaçıya bildirmişlər ki, etibarnamədə “bilməz” sözü qeyd edilmişdir və bu səbəbdən “sənin icazən olmadan evlə bağlı hər hansı prosedur həyata keçirə bilməz.” Keçən iclasda Fuad Faruq və Vüsalın onun dostları olduğunu bildirmişdir. Fuad özü həmin evi 45.000 manata aldığını bildirib. İddiaçıya 13.000 manat avtomobildə, 4.500 manat isə daha sonra verilmişdir. Həmçinin iddiaçının döyülməsi faktı ilə bağlı hüquq mühafizə orqanlarına məlumat vermişlər. İddiaçının evi və əmlakı 17.500 manat qarşılığında ələ keçirilib.

19. “X8 Mərkəzi” tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Xaçmaz rayonu, Ləcət kəndində 0,05 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı 75,60 kv.m. sahədən ibarət fərdi yaşayış evinin qiymətləndirmə tarixinə bazar dəyəri 31.090 AZN təşkil edir.

20. Məhkəmə tərəfindən iş üzrə qiymətləndirici dəvət edilərək müvafiq rəy alınmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ekspert rəyinə əsasən Xaçmaz rayonu, Ləcət kəndində 0,05 ha torpaq sahəsi üzərində yerləşən 75,60 kv.m. olan fərdi yaşayış evinin bazar dəyəri 37.100 manat, likvid dəyəri 33.400 manat təşkil edir. ünvan 1ndə 0,05 ha torpaq sahəsi üzərində yerləşən 75,60 kv.m. olan fərdi yaşayış evinin həyətində əkilmiş fındıq ağaclarının (faktiki 32 ağac) illik ortalama məhsul dəyəri və ağaclara baxım xərcləri çıxıldıqdan sonra mövcud olan illik xalis gəlir məbləği 830,0 manat təşkil edir. ünvan 1ndə 0,05 ha torpaq sahəsi üzərində yerləşən 75,60 kv.m. olan fərdi yaşayış evində olan əşyaların bazar dəyəri 4.310,0 manat təşkil edir. ünvan 1ndə 0,05 ha torpaq sahəsi üzərində yerləşən 75,60 kv.m. olan fərdi yaşayış evinin bazar (likvid) qiyməti yerləşdiyi torpaq sahəsi, qiymətləndirilən əşyalar və əkilmiş ağaclarla birlikdə bazar dəyəri 37.100,0 + 830,0 +4.310,0 = 42.240,0 manat təşkil edir.

21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-**/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbi təmin edilməmişdir.

22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi cavabdeh cavabdeh2 ilə cavabdeh1 arasında ünvan 1ndə 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m. olan fərdi yaşayış evinə dair Bakı şəhər * saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №******* ##.##.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin evə dair sonuncunun adına verilmiş çıxarışın ləğvi, cavabdeh1 ilə cavabdeh3 arasında ##.##.2023-cü il tarixdə Bakı şəhər ** saylı Notariat Ofisində bağlanmış AN-1 № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və cavabdeh3 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması ilə bağlıdır. Göründüyü kimi, iddia tələbi bir-biri ilə əlaqəli əsas və törəmə tələblərdən ibarətdir. Əsas tələbin təmin və ya rədd edilməsi digər tələblərin də hüquqi həllini müəyyənləşdirir. İddiaçının əsas tələbi cavabdeh cavabdeh2 ilə cavabdeh1 arasında ünvan 1ndə 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m. olan fərdi yaşayış evinə dair Bakı şəhər * saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №******* ##.##.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasıdır. Göründüyü kimi, iddia tələbi mülkiyyət hüququnun keçməsi ilə bağlı müqavilənin etibarsızlığı ilə bağlıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

23. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.

24. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf cavabdeh cavabdeh2 etibarnamə vermiş, etibarnamədə açıq şəkildə məhz mübahisə predmeti barədə mülkiyyət hüquqlarının cavabdehə həvalə edilməsi qeyd edilmiş, hətta etibarnamə verilən zaman iddiaçının verdiyi izaha əsasən mübahisə predmeti olan evin çıxarışı da təhvil verilmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, təmsilçiliklə bağlanan əqdlər zamanı ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. İddiaçının cavabdeh cavabdeh2 verdiyi etibarnamədə bu məsələlərin açıq şəkildə əks olunduğu görünür.

25. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəf həmin əmlakın əvvəlcədən də özgəninkləşdirilməsi ilə bağlı niyyətinin olduğunu bəyan etmiş, lakin hazırda qiyməti ilə bağlı razılaşmadığını qeyd etmişdir. İddiaçının alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı tələbi əsassızdır.

26. Məhkəmə onu da qeyd etmişdir ki, araşdırma zamanı ilk alğı-satqı müqaviləsi ilə daşınmaz əmlakın dəyərindən aşağı satılması halının mövcudluğu mütəxəssis rəyləri ilə sübuta yetirildiyindən iddiaçı tərəf vurulmuş ziyanı cavabdeh cavabdeh2 tələb edə bilər.

27. Məhkəmə araşdırması zamanı iddiaçının cavabdehlər tərəfindən aldadılması halı öz əksini tapmamışdır. İddiaçı bunun əksini, yəni qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək aldadıldığına istinad etmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

28. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.2, 14.2, 139.1, 139.3, 140, 152.1, 228.1, 228.2, 228.5, 324.1, 324.2, 331.1, 337.1, 337.5, 339.2, 339.3, 340.1, 340.2, 354.2, 359.1, 362.1, 362.2, 390.1, 366.2, 399.1, 404.1, 404.2, 430.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 88, 89.1, 89.3, 107, 119.1, 217, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat:

29. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini və cavabdehlərin və Eynur Tahirov adlı şəxsin əməllərində etibardan sui-istifadə və əmlakın qanunsuz mənimsənilməsi ilə bağlı cinayət tərkibinin olmasını nəzərə alaraq həmin şəxslər barəsində xüsusi qərardad qəbul etməklə istintaqa nəzarəti həyata keçirən prokurorluğa göndərilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, təcili borc pula ehtiyac duyduğu üçün həyat yoldaşının tanışı vasitəsilə cavabdeh cavabdeh2 ilə tanış olmuş, cavabdeh aylıq 15% faizlə borc verə biləcəyini bildirərək bunun üçün notariat qaydasında əmlakın girov qoyulmasını tələb etmişdir. Nəticədə, o, ünvan 1ndə yerləşən evini girov qoyaraq 20.000 manat əvəzinə faktiki olaraq hissə-hissə 17.500 manat borc almış və 1 ay müddətinə “başqa şəxsə verilməz” hüququ ilə etibarnamə vermişdir. Razılaşmaya əsasən o, evi bazar qiymətinə sataraq həm əsas borcu, həm də əlavə 5.000 manat faizi ödəməli idi və evin real dəyəri 50-60 min manat civarında olmuşdur. Lakin cavabdeh cavabdeh2 etibarnamədən sui-istifadə edərək onun xəbəri və razılığı olmadan evi əvvəlcə tanışı cavabdeh1 adına, daha sonra isə cavabdeh3 adına alğı-satqı müqavilələri ilə rəsmiləşdirmişdir. Halbuki bu müqavilələr formal xarakter daşımış və real iradəni əks etdirməmişdir. Belə ki, formal alıcı kimi göstərilən şəxslərdən biri evi görmədiyini, ünvanı tanımadığını və hansı məbləğə aldığını dəqiq bilmədiyini məhkəmədə etiraf etmiş, digər alıcı isə əvvəldən evin ona məxsus olduğunu və real bazar qiymətini bildiyi halda sonradan aşağı məbləğlə rəsmiləşdirməyə razı olmasını bildirmişdir. O, evi faktiki olaraq təhvil verməmiş, açarlar və evdə olan bütün əmlak onun nəzarətində qalmış, buna baxmayaraq cavabdehlər qapını kəsərək evə daxil olmuş, əmlakları həyətə tökərək bir qismini mənimsəmiş və hadisəni gizlətmək üçün müşahidə kameralarını söndürmüşlər. Məhkəməyə təqdim olunan səs yazıları, videogörüntülər və yazışmalar cavabdehin evi formal olaraq başqasının adına keçirdiyini, məqsədinin etibarnamənin ləğvi riskindən yayınmaq və sonradan evi daha yüksək qiymətə sataraq gəlir əldə etmək olduğunu açıq şəkildə etiraf etdiyini göstərir. Hətta danışıqlarda evi geri qaytarmaq üçün ondan daha yüksək məbləğ tələb edilməsi də bu niyyəti təsdiqləyir. Ekspert rəyləri ilə evin real dəyərinin 30.000–50.000 manat arasında olduğu müəyyən edildiyi halda alğı-satqı müqavilələrində 15.000 manat göstərilmişdir ki, bu da əqdlərin formal və məqsədli şəkildə aşağı qiymətlə bağlandığını sübut edir. Bundan əlavə, bankdan kredit ala bilmədiyi üçün bu borcu götürməsi onun əmlakı satmaq niyyətində olmadığını, yalnız borcu qaytara bilmədiyi halda belə addım atmağı düşündüyünü təsdiqləyir. Buna baxmayaraq, məhkəmə təqdim olunmuş sübutlara, o cümlədən səs yazılarına, videogörüntülərə, şahid ifadələrinə və ekspert rəylərinə lazımi hüquqi qiymət verməmiş, bir çox sübutları ümumiyyətlə tədqiq etməmiş, formal bağlanmış əqdləri qanuni hesab edərək iddianı rədd etmişdir. Nəticədə, o, həm daşınmaz əmlakından, həm də evdə olan əşyalarından məhrum olmuşdur. Halbuki işin bütün halları cavabdehlərin əvvəlcədən planlaşdırılmış şəkildə etibardan sui-istifadə və aldatma yolu ilə əmlakı ələ keçirdiyini, yəni dələduzluq xarakterli hərəkətlər etdiyini açıq şəkildə göstərir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmunu ilə eynilik təşkil edən izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Vəsatətlərdən biri birinci instansiya məhkəməsində təqdim etdiyi diskdə olan görüntülərin və səs yazılarının hazırkı mülki iş üzrə obyektiv qənaətə gəlinməsində əhəmiyyətini nəzərə alaraq həmin diskin dinlənilməsi və diskdə olan görüntülərin təhqiq olunması, digəri cavabdeh cavabdeh2 məhkəmə proseslərinə gəlmədiyini nəzərə alaraq həmin səsin ona məxsusluğunun müəyyən olunması ilə bağlı ekspertiza təyin olunması, digəri isə Xətai Rayon Məhkəməsinin cavabdeh1 iştirakı ilə keçirilmiş məhkəmə proseslərinin audio-video-video görüntülərinin tələb etməklə dinlənilməsi ilə bağlıdır. Baxmayaraq ki, disk birinci instansiya məhkəməsində təqdim edilmişdir, məhkəməsində qeyd edilən disk ümumiyyətlə tədqiq edilməmişdir. Vəsatətlərinin təmin edilməsini xahiş edir və əlavə olaraq bildirir ki, iddiaçı necə evini öz dəyərindən üç dəfə aşağı qiymətə sata bilərdi? Məhkəməyə təqdim olunan diskdə səs yazıları cavabdeh2 məxsusdur və həmin diskdə olan səs yazılarından da aydın olduğu kimi o, iddiaçı ilə görüşərək bir neçə şəxsin yanında iddiaçının evi ona satmadığını etiraf edir və bildirir ki, evi dostu Fuadın adına keçirməkdə səbəbi ona 1 aylığa verdiyi etibarnaməni ləğv etdirməklə ondan aldığı borc pulu qaytarmayacağı halda özünü sığortalamaq olmuşdur və evin qapısını da kəsdiyini danışıqlarda etiraf edir. Birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdehlərdən cavabdeh1 vəkil prosesə qoşulana qədər məhkəməyə gəlib getmiş və təxminən 4 məhkəmə prosesində o, özü iştirak etməklə sərbəst izahatını vermişdir. Lakin məhkəmə nəinki onun izahatını, heç adını belə qətnaməyə daxil etməmişdir. Sanki belə bir adam məhkəmədə iştirak etməmiş və izahatı alınmamışdır. Halbuki, onun məhkəmədə verdiyi izahatından da aydın olmuşdur ki, onunla əqd formal bağlanmış və bu şəxs evi belə görməmiş, evdən məlumatlı olmamış və ziddiyyətli fikirlər səsləndirmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş, əqdin etibarsızlığına dəlalət edən hər hansı halın müəyyən edilmədiyini, müqavilə azadlığı prinsipi olduğunu, iddiaçının evini satmaq fikrində olmadığı halda, etibarnamədə borc götürdüyünü və evini bununla bağlı girova qoyduğunu qeyd etmək imkanında olduğunu, məhkəmənin diskə müşavirə otağında qulaq asmaya bilmədiyini qeyd etmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (Fuad Talışinski (sədrlik edən və məruzəçi), Günel Abbasova və Məmməd Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. İlk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh cavabdeh2 etibarnamə verərkən, öz mülkiyyətində olan daşınmaz əmlakına dair sərəncam səlahiyyətini etibar etməklə artıq iradə ifadəsini bildirmişdir. Şəxs öz iradə ifadəsini yazılı şəkildə ifadə edərək təmsilçini külli ixtiyar sahibi etdikdən sonra vəkalət üzrə qismən - müəyyən məsələlərdə onun iradə ifadəsinin olmadığını deməsi qeyri-müəyyənlik və sui-istifadəyə şərait yaradan haldır. Qeyd edilməlidir ki, etibarnamə mübahisələndirilmədiyindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən onun dürüstlüyü müzakirə predmeti olmamışdır. Təmsilçinin səlahiyyətindən kənar çıxması və ya yalnız özünün adından çıxış etməsi, habelə iddiaçının onun hərəkətlərindən xəbərsiz olması, əmlakın çox ucuz qiymətə satılması yalnız iddiaçının mövqeyidir, mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilmir, prosessual mərhələ və müddətlərdə müvafiq sübutlar (vəsatətlər) müzakirəyə təqdim edilməmişdir. Bağlanmış alğı-satqı müqavilələri isə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış, onların etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Tərəflər arasında borc münasibətləri və ya digər mülki münasibətlərin mövcudluğu əsasında, əmlakın ucuz qiymətə razılaşdırılması təmsilçinin davranışına aid mülki və ya digər hüquq məsuliyyətə aid məsələdir ki, mübahisə edilən əmlakların alınmasında iştirak edən şəxslərin qanunsuz hərəkətləri (hədə, zor tətbiqi, təzyiq etmə və sair) müəyyən edilmir. İddianın əsasını iddiaçının təmsilçisinə verdiyi etibarnamənin əslində fərqli məqsədlər üçün verdiyi, lakin təmsilçinin səlahiyyətlərin aşaraq verilmiş hüquqlardan sui-istifadə edərək əmlakın satışı üzrə müqavilənin bağlanması olmuşdur.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, təmsilçinin iddiaçı ilə borc münasibətlərində olması və mülkün satılması üçün deyil, etibarnamənin girov hüququ kimi verilməsi iddiaçının iradə ifadəsinin zədələnməsi və müqavilə azadlığının tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçı pərdələnmiş olduğu halda belə, bəyəndiyi əqdə münasibətdə (özü dediyi kimi) bir ay ərzində borcun qaytarması və ya qaytarmaq üçün müraciət etməsinə dair sübut təqdim etməmişdir. Belə halların sübuta yetirilməsi cinayət tərkibinin əlamətlərini də yaradır ki, bunlar da səlahiyyət baxımından cinayət təqibi aparan orqanın fəaliyyətinə və müvafiq istintaq hərəkətlərinə aiddir. Mülki icraat zamanında isə məhkəmə yalnız tərəflərin verdiyi sübutlara əsasən işə baxıb qiymət verir və özü-özlüyündə hər hansı istintaq hərəkətlərin aparılması yolverilməzdir. Qanunla sübut edilməli hallara (etibarnamə, müqavilə və s.) dair fərqli sübutetmə vasitələrinə (izahatlarla) qiymət verilməsi mülki icraatın prinsiplərinə ziddir və sui-istifadəyə şərait yaradan hallar kimi qəti yolverilməzdir. Belə ki, bu hallar mülki münasibətlər zamanı istənilən razılaşdığı əqdlərin (iradə ifadələrinin zədələnməsi və sair əsaslar ilə) sonradan mübahisələndirmək, bu zaman yalnız öz mənafelərinin üstünlüyünü təşkil edən mülahizələrdən çıxış etmək imkanı yaradır. Halbuki notarial qaydada bağlanılan əqdlərin dürüstlüyü müvafiq qanunvericiliklə tənzimlənən notariusun səlahiyyətinə aid vəzifələrin icrası ilə bağlıdır və qeyd edilən müqavilələrin etibarsizlığı ilk növbədə notariusun səhlənkarlığı və ya digər vəzifə cinayətinin araşdırma predmetinə aiddir. Hazırkı münasibətlərdə iddiaçının iradə ifadəsini bəyan edən və iş üçün yeganə təkzibedilməz (mübahisələndirilməyən) sübut sayılan etibarnamədir ki, ona dair tələb olmadan qiymət verilməsi mümkün deyil, bundan da əlavə təmsilçinin etibarnamə əsasında həyata keçirdiyi hərəkətlərinin qanunsuz hesab edilməsi, səlahiyyətlərin aşması və ya başqa münasibətlərin pərdələməklə etibarnamə alması və bu zaman iddiaçının bunu bəyənməməsi müəyyən edilmir (sübuta yetirilmir).

36. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 324.1, 324.2, 324.3, 324.4, 324.5, 326, 337.1, 337.2, 339.2, 339.3, 340.2, 347.1, 347.2, 347.2.1, 347.2.2, 347.2.3, 359.1, 359.3, 386.1, 390.1, 390.2, 390.3, 390.4, 390.5, 390.6, 390.7, 460.1,560.1, 560.2, 560.3, 560.3.1, 560.3.2, 560.3.3, 560.3.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli qərarı və Mülki Prosessual Məcəllənin 77.1, 81, 82.1, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

37. Qətnamədən iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istənilən iddia tələbi üzrə məhkəmə icraatının əsas vəzifəsi həmin tələbin hüquqi əsasının mövcud olub-olmamasını müəyyən etməkdir və məhkəmə bunu tərəflərin irəli sürdüyü hüquqi əsaslandırmadan asılı olmayaraq müstəqil şəkildə həyata keçirməli, xüsusilə əqd əsasında yaranmış hüquqlarla bağlı mübahisələrdə ilk növbədə həmin əqdin etibarlı olub-olmadığını araşdırmalıdır, çünki əqdin etibarsız olması onun hüquqi nəticə doğurmamasını və iddia olunan subyektiv hüququn yaranmamasını göstərir. Hazırkı işdə isə məhkəmə bu tələblərə əməl etməyərək iddiaçının mülkiyyət hüquqlarını təmin etməmiş və nəticədə iddiaçı aldadılma yolu ilə daşınmaz və daşınar əmlakından məhrum olmuşdur. İşə baxıldığı 3 ilə yaxın müddətdə dəfələrlə ekspertiza təyin edilmiş, iddiaçının vəsaiti hesabına alınmış ekspert rəyi ilə əmlakın müqavilədə göstərilən qiymətdən dəfələrlə yüksək olduğu müəyyən edilsə də, məhkəmə həmin rəyi əhəmiyyətsiz hesab etmiş, eyni zamanda, təqdim olunmuş video, səs yazıları, fotoşəkillər və yazışmalar kimi sübutları ya ümumiyyətlə tədqiq etməmiş, ya da onlara hüquqi qiymət verməmişdir. Halbuki iş materialları ilə təsdiq olunur ki, iddiaçı cavabdeh cavabdeh2 1 aylıq müddətə borc almaq məqsədilə etibarnamə vermiş, cavabdeh isə bu etibardan sui-istifadə edərək evi faktiki təhvil almadan, əmlaklar evdə qaldığı halda, onu əvvəlcə cavabdeh1, daha sonra isə cavabdeh3 adına formal alğı-satqı müqavilələri ilə keçirmişdir. Bu zaman alıcılardan birinin evi görməməsi və bu barədə ziddiyyətli ifadələr verməsi, digər alıcının isə evin iddiaçıya məxsus olduğunu və real bazar qiymətini bilməsinə baxmayaraq onu dəfələrlə aşağı qiymətə əldə etməsi, habelə cavabdehin etibarnamənin ləğvi riskindən yayınmaq məqsədilə evi üçüncü şəxsin adına keçirdiyini etiraf etməsi əqdlərin formal xarakter daşıdığını göstərir. Bundan başqa, iddiaçı evi təhvil vermədiyi halda cavabdehlər qapını xüsusi alətlə kəsərək evə daxil olmuş, əmlakları həyətə çıxarmış və bir hissəsini mənimsəmiş, bu hallar video görüntülər və hüquq-mühafizə orqanlarına edilən müraciətlərlə təsdiq olunmuşdur. Bank sənədləri isə iddiaçının əmlakı satmaq deyil, yalnız borc almaq niyyətində olduğunu göstərir. Ekspert rəylərinə əsasən evin real dəyərinin 30.000–50.000 manat olduğu halda onun 15.000 manata rəsmiləşdirilməsi əqdlərin həqiqi iradəni əks etdirmədiyini təsdiq edir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, əqdin etibarlılığı yalnız formal tələblərlə deyil, tərəflərin iradəsinin formalaşdığı şərait, əvvəlki danışıqlar və sonrakı davranışlar nəzərə alınmaqla müəyyən edilməlidir və tərəflər arasında aparılan danışıqların səs yazıları mülki mübahisələrdə sübut kimi istifadə oluna bilər; buna baxmayaraq məhkəmə bu sübutların araşdırılmasını istintaq orqanlarının səlahiyyətinə aid edərək vəsatətləri təmin etməmiş, həmçinin səs yazılarının cavabdehə məxsusluğunun müəyyən edilməsi, əvvəlki məhkəmə iclaslarında verilmiş ifadələrin tədqiqi, əlavə sübutların iş materiallarına daxil edilməsi və iş üzrə xüsusi qərardad qəbul olunaraq prokurorluğa göndərilməsi barədə vəsatətləri də rədd etmişdir. Halbuki işdə olan sübutlar cavabdehlərin hərəkətlərində etibardan sui-istifadə və aldatma yolu ilə əmlakın ələ keçirilməsi əlamətlərinin mövcudluğunu göstərir və bu hallar Cinayət Məcəlləsinin 178.1-ci maddəsi baxımından qiymətləndirilməli olduğu halda məhkəmə yalnız formal yanaşma ilə əqdləri etibarlı hesab etmiş və iddianı rədd etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

39. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

40. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

41. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

42. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

43. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

44. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

45. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

48. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

49. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

50. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

51. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

52. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

53. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

54. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

55. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

56. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

57. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

58. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

59. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

60. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

61. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

62. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

63. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

64. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:

65. Maddə 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi;

66. Maddə 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi;

67. Maddə 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi;

68. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

69. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

70. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

71. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

72. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarı.

73. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı).

74. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir.

75. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

78. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

82. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

85. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

86. Maddə 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

87. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

88. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

89. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, tərəflərin, o cümlədən müqavilə tərəflərinin real hüquqi niyyətlərinə, həmçinin mübahisələndirilən - daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə əqdlərin etibarlılıq şərtləri, habelə Mülki Məcəllədə təsbit olunmuş vicdanlı əldəetmə institutunun xassələri nəzərə alınmadan hüquqi qiymətin verilməsi, işin hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

91. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən ünvan 1ndə 0,05 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 75,6 kv.m. olan fərdi yaşayış evinə dair iddiaçı İddiaçı mülkiyyət hüququ ##.##.2022-ci il tarixində qeydiyyata alınmışdır. ##.##.2023cü il tarixli, AR-II № ****** saylı etibarnaməyə əsasən İddiaçı cavabdeh cavabdeh2 mülkiyyətində olan həmin 0,05 ha torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən 75,6 kv.m. fərdi yaşayış evinə dair bütün dövlət orqanlarda, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK PHŞ-in istənilən idarələrində, MKİS-də, Notariat İdarələrində, Banklarda, İcra Hakimiyyətində və daşınmaz əmlakın dövlət qeydiyyatını aparan digər İcra Hakimiyyəti orqanlarında onu təmsil etməyi, forma 1, forma 2 və s. arayışları almaqla sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi bir ay müddətinə ##.##.2023-cü il tarixə kimi etibar etmişdir. ##.##.2023-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən İddiaçı adından etibarnamə üzrə nümayəndəsi cavabdeh2 mübahisəli torpaq sahəsi və fərdi yaşayış evini 15.000 manata cavabdeh cavabdeh1 satmış, sonuncu ##.##.2023-cü il tarixdə əmlaka dair çıxarış əldə etmişdir. Daha sonra ##.##.2023-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən cavabdeh1 mübahisəli torpaq sahəsi və fərdi yaşayış evini 15.000 manata cavabdeh cavabdeh3 satmışdır.

92. İddiaçı iddia ərizəsində həmin halları göstərmiş, o cümlədən qeyd etmişdir ki, cavabdeh cavabdeh2la tanışı Rəşad və onun tanıdığı Cavid vasitəsi ilə Maqsuddan faizə borc almaq məqsədi ilə tanış olmuş, cavabdeh2 onun seçdiyi * saylı Notariat Ofisində əmlakına dair bir ay müddətinə etibarnaməni isə, ondan aylıq 15 faiz ödəmək şərti ilə 17.500 manat borc almaq barədə razılaşdıqdan sonra, sonuncunun təklifi ilə onun narahat olmaması üçün, əmlakını girov qoymaq məqsədi ilə vermiş, Faruqdan bir ay müddətinə aylıq 15 faiz ödəmək şərti ilə 2 dəfəyə 17.500 manat borc almış, mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən evini həmin vaxt 60.000 manata satışa çıxardığını bildirərək, bir ay ərzində evinə alıcı tapıb sataraq Faruqdan aldığı pulu aylıq 15 faizlə birlikdə ona verəcəyini bildirmiş, razılaşmadan sonra evə alıcı axtarışı ilə məşğul olmuşdur. Həmçinin razılaşmalarına görə notarius borc pul ilə bağlı sənədləri hazırlamalı, bunun üçün o, həmin sənədləri imzalamalı və evinin çıxarışını da notariusa verməlidir ki, pul qaytarılana qədər nə özü, nə də Faruq evi sata bilməsinlər. Notarius da həmin razılaşma ilə bağlı ona evinin Faruq tərəfindən satıla bilməyəcəyini izah etmişdir. O, evinə alıcı tapmış və ondan 1.000 manat beh alaraq evi alıcının adına alğı-satqı etmək üçün * saylı Notariat Ofisinə getdikdə, ona məlum olmuşdur ki, artıq bu ev onun adından çıxmış, cavabdeh cavabdeh2 pulu aldıqdan sonra 2 gün ərzində cavabdeh2 evi başqa bir şəxsə satmış və onunla alğı-satqı müqaviləsi bağlanmış və ev qısa müddət ərzində digər şəxsə də satılmışdır. O, cavabdeh cavabdeh2 tərəfindən aldadılmış və ona borc olaraq verdiyi 17.500 manat müqabilində 60.000 manat dəyərində olan evini sataraq ona maddi zərər vurmuşdur. cavabdeh2 ona 1 aylıq borc kimi 17.500 manat məbləğində borc pul verməsi ilə bağlı danışıqları kamera ilə qeydə alınmışdır. Bundan başqa, onun bu şəxsdən borc pul aldığını təsdiqləyən şahidləri və telefon, vatsap danışıqları da mövcuddur. Evini satmaq üçün cavabdeh cavabdeh2 * saylı Notariat Ofisinin rəhbəri ilə əlbir olaraq onun barəsində sistem çıxarışları (nikahının pozulması barədə arayış, qeydiyyat yeri üzrə arayışı) əldə etmiş, evin yerləşdiyi ərazinin bələdiyyəsindən arayış almışdır. Hətta ##.##.2023-cü il tarixdə həmin evin çıxarışını əldə etdikdən sonra dərhal həmin evi satmaq üçün yenidən bələdiyyədən arayış almaq üçün müraciət etdiyi də ona məlum olmuşdur. Cavabdeh cavabdeh2 ##.##.2023-cü ildə özünün dostu olan cavabdeh1la həmin notariat ofisində alğı-satqı müqaviləsi bağlamaqla onun evini öz aralarında 15.000 manat dəyərində qiymətləndirmişlər. Ona görədə iddiaçı cavabdeh cavabdeh2 ilə cavabdeh1 arasında mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair * saylı Notariat Ofisində rəsmiləşdirilmiş ##.##.2025-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin evə dair sonuncunun adına verilmiş çıxarışın ləğvi, cavabdeh1 ilə cavabdeh3 arasında ##.##.2023-cü il tarixdə ** saylı Notariat Ofisində bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və cavabdeh3 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

93. Birinci instansiya məhkəməsinin iddianı rədd edərkən əsas mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdeh cavabdeh2 etibarnamə vermiş, etibarnamədə açıq şəkildə məhz mübahisə predmeti barədə mülkiyyət hüquqlarının cavabdehə həvalə edilməsi qeyd edilmişdir. Təmsilçiliklə bağlanan əqdlər zamanı ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. İddiaçının cavabdeh cavabdeh2 verdiyi etibarnamədə bu məsələlərin açıq şəkildə əks olunduğu görünür. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəf həmin əmlakın əvvəlcədən də özgəninkləşdirilməsi ilə bağlı niyyətinin olduğunu bəyan etmiş, lakin hazırda qiyməti ilə bağlı razılaşmadığını qeyd etmişdir. İddiaçının alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı tələbi əsassızdır.

94. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, iddiaçı cavabdeh cavabdeh2 etibarnamə verərkən, öz mülkiyyətində olan daşınmaz əmlakına dair sərəncam səlahiyyətini etibar etməklə artıq iradə ifadəsini bildirmişdir. Şəxs öz iradə ifadəsini yazılı şəkildə ifadə edərək təmsilçini külli ixtiyar sahibi etdikdən sonra vəkalət üzrə qismən - müəyyən məsələlərdə onun iradə ifadəsinin olmadığını deməsi qeyri-müəyyənlik və sui-istifadəyə şərait yaradan haldır. Etibarnamə mübahisələndirilmədiyindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən onun dürüstlüyü müzakirə predmeti olmamışdır. Təmsilçinin səlahiyyətindən kənar çıxması və ya yalnız özünün adından çıxış etməsi, habelə iddiaçının onun hərəkətlərindən xəbərsiz olması, əmlakın çox ucuz qiymətə satılması yalnız iddiaçının mövqeyidir, mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilmir, prosessual mərhələ və müddətlərdə müvafiq sübutlar (vəsatətlər) müzakirəyə təqdim edilməmişdir. Bağlanmış alğı-satqı müqavilələri isə qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış, onların etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Tərəflər arasında borc münasibətləri və ya digər mülki münasibətlərin mövcudluğu əsasında, əmlakın ucuz qiymətə razılaşdırılması təmsilçinin davranışına aid mülki və ya digər hüquq məsuliyyətə aid məsələdir ki, mübahisə edilən əmlakların alınmasında iştirak edən şəxslərin qanunsuz hərəkətləri (hədə, zor tətbiqi, təzhiq etmə və sair) müəyyən edilmir.

95. Kassasiya instansiyası məhkəməsi ilk öncə qeyd etməyi zəruri hesab edir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

96. Hər hansı əqdin, o cümlədən alğı-satqı və bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

97. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə ##.##.2019 və N.Əsədovanın şikayəti üzrə ##.##.2021-ci il tarixli qərarlar).

98. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarında oxşar məsələ ilə bağlı o da göstərilmişdir ki, “məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. ...mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının, ümumiyyətlə, mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. ...Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.”

99. Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnu öz iradəsindən kənar itirmiş şəxslər bu hüququn müdafiəsi məqsədi ilə Mülki Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş iddia tələbi ilə məhkəməyə müraciət edə bilərlər. İşin hallarından məlum olur ki, ünvan 1 ünvanında 0,05 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 75,6 kv.m. olan fərdi yaşayış evi üzərində iddiaçı İddiaçı adına mülkiyyət hüququ ##.##.2022-ci il tarixində qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçı tələbini əslində cavabdeh cavabdeh2la arasında yalnız borc münasibətlərinin olması, cavabdeh2 və notarius tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması, habelə təmsilçisinə verdiyi etibarnaməni əslində fərqli məqsədlər üçün verməsi, lakin təmsilçinin səlahiyyətlərini aşaraq etibarnamə üzrə verilmiş hüquqlardan suiisitfadə 100.etməklə, əvvəlcədən tanıdığı şəxslərə mövcud bazar dəyərindən aşağı qiymət əsasında əmlakını satması barədə formal alğı-satqı müqavilələri bağlanması, bununla da cavabdeh cavabdeh2la onun arasında mövcud olmuş borc münasibətlərini pərdələmək məqsədi daşımasını, ona görə də həmin müqavilələrin etibarzılığı ilə əsaslandırmışdır.

101. Göstərilənlərlə bağlı kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlilləri mübahisəli əmlakın alğı-satqısı barədə müqavilələlərin etibarlılığının yoxlanılması üçün əhəmiyyətli hallar olduğu, lakin həmin dəlillərlə bağlı hər hansı araşdırma aparılmadığı, iddiaçının nümayəndəsi və vəkili tərəfindən qeyd olunan halların yoxlanılması məqsədi ilə iddianın məzmununda və məhkəmələrdə verilmiş vəsatətlər təmin edilmədiyi halda, apellyasiya məhkəməsinin iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşması barədə mövqeyi düzgün olmamışdır.

102. Belə ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

103. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

104. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

105. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

106. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

107. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

108. Sadalanan normalardan müəyyən olunduğu kimi, bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir. Əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması, vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsindən yayınması və s. istisna olunmur. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.

109. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarlar).

110. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

111. O da qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.

112. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı onu da qeyd edir ki, cavabdehlər cavabdeh1 və cavabdeh3 müqavillər üzrə mübahisəli əmlakı əldə etmələrinə dair iradə ifadələrinin, hüquqi niyyətlərinin vahidliyinin və həqiqiliyinin nədən ibarət olması “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ### 2026-cı il tarixli, **/**** nömrəli Qərardadında təsbiti tapmış hüquqi mövqelərə istinad edilməklə yanakı təhlil nəticəsində müəyyənləşdirilə bilər.

113. Belə ki, daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığını da ehtiva edən mübahisələrə baxılarkən məhkəmələrin yoxlama aparmalı olduğu şərtlərdən biri də üçüncü şəxslə bağlanmış etibarlı dövriyyə əqdinin mövcudluğudur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının adı yuxarıda çəkilən ## ### 2026-cı il tarixli Qərardadında qeyd edilmişdir ki, etibarlılıq şərtləri bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Etibarsızlığı yaradan səbəblər baxımından onun aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər (məsələn, məcburi formaya uyğun olmaması, uydurma və ya yalan olması, əqdin məzmununun mümkünsüz olması), mübahisə edilən əqdlər (məsələn, iradə ifadələrinin zədələnmiş olması), müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər (məsələn, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin razılığı olmadan əşyaya sərəncam verməsi) və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər (məsələn, hərracın qanunsuzluğu). Nəzərə alınmalıdır ki, vicdanlı əldəetmə ilə bağlı mübahisələr üzrə əsl mülkiyyətçi əşyaya dair üçüncü şəxsin bağladığı müqavilənin yalnız əhəmiyyətsizlik səbəbi ilə etibarsızlığı barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malikdir. O, üçüncü şəxslə bağlanmış müqavilənin tərəfi olmadığından onların iradə ifadələrinin zədələnməsindən çıxış edərək, əqdi mübahisələndirə bilməz. Bu mübahisələr üzrə məhkəmə təcrübəsində ən çox rast gəlinən etibarsızlıq halı uydurma əqdlərlə bağlıdır. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi, uydurma əqd reallıqda heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri özləri üçün hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barədə öz aralarında razılığa gəlmiş olurlar. Uydurma əqd, bir qayda olaraq, başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Qeyd olunan dispozisiya şərtləri əsasında əqdin həqiqətən arzu edilən hüquqi nəticəni yaratmaq niyyəti ilə, yoxsa belə niyyət olmadan başqa məqsədlərlə bağlandığı aydınlaşdırılmalıdır. Təcrübədən görünür ki, bu kateqoriya mübahisələr üzrə uydurma əqdlər əsasən “vicdanlı əldə edən görüntüsü” yaratmaqla əşyanın mülkiyyətçiyə qayıtmasının qarşısını almaq məqsədilə rəsmiləşdirilir. Belə uydurma əqdlər üzrə “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyəti aşağıda qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilər: - əldə edənlə əqdin qarşı tərəfi arasında əlbirliyə işarə edən qohumluq, dostluq, asılılıq və ya digər yaxınlıq münasibətlərinin olması; buna dair ağlabatan əsaslar olmadan əşya ilə bağlı müqavilənin həqiqi bazar dəyərindən dəfələrlə aşağı qiymətlə rəsmiləşdirilməsi; - buna dair ağlabatan əsaslandırma olmadan əldə edənin müqavilənin bağlanmasından öncə və ya sonra əşyaya şəxsən (və ya nümayəndəsi və ya qohumu vasitəsilə) baxış keçirməməsi, əşyanın xüsusiyyətləri barədə məlumatsız olması; dair ağlabatan əsaslandırma olmadan əşyanın üçüncü şəxsin sahibliyinə verilməməsi, buna 117. onun da əşyaya yiyələnməklə bağlı real cəhdlərinin olmaması, əşyanın yeni hüquqi əsaslar olmadan əsl mülkiyyətçinin sahibliyində qalmaqda davam etməsi; - əldə edənin real alıcılıq qabiliyyətini istisna edən maddi vəziyyətinin və həyat şəraitinin onun adına rəsmiləşmənin formal olmasına işarə etməsi; - buna dair ağlabatan əsaslar olmadan əşyanın dəyərinin notariusun depozit hesabına satıcı və ya onun təmsilçisi tərəfindən qoyulması və ya vəsaitin alıcının özü tərəfindən geri götürülməsi; - cavabdehin həqiqi niyyətinin olmasına dair istinad etdiyi mühüm halların məhkəmə araşdırmasında təkzib olunması; - əldə edənin əşyaya həqiqi marağının olmamasına işarə edən davranışları (lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, buna dair ağlabatan əsaslar olmadan məhkəmə proseslərinə gəlməməsi, ona qarşı verilmiş iddia ərizəsinə etiraz etməməsi, əleyhinə çıxarılmış məhkəmə aktlarından şikayət verməməsi və sair); - əqdin görünüş üçün bağlandığına əsas verən digər hallar.

114. Əksər hallarda bu faktlardan yalnız birinin mövcudluğu əqdin görünüş üçün bağlanması qənaətinə gəlmək üçün kifayət etmir. Məsələn, əşyanın həqiqi dəyərindən aşağı qiymətə əldə edilməsinə dair təkbaşına halın mövcudluğu əqdin uydurma olmasının təsdiqi üçün yetərli deyil. Əks yanaşma Mülki Məcəllənin müqavilə azadlığına və müqavilə qiymətinin tərəflərin razılaşması ilə müəyyənləşdirilməsinə dair 390 və 398.1-ci maddələrinin tələblərinə zidd olardı. Bu baxımdan, məhkəmə iş üzrə bütün faktiki halları ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsini nəzərə almaqla, sübutların məcmusu əsasında qiymətləndirməlidir. Xüsusilə dolayı sübutlara əsaslanarkən bu sübutlar bir-birini tamamlamalı, uzlaşmalı və alternativ izahları istisna edən vahid məntiqi sistem yaratmalı, yəni onlar məcmu şəkildə yalnız bir nəticəyə - əqdin uydurma olması qənaətinə aparmalıdır. Bununla yanaşı, istisna hallarda elə bir yeganə faktın mövcudluğu da mümkün ola bilər ki, bu, özü-özlüyündə digər ağlabatan izahları aradan qaldıraraq mübahisə üçün həlledici əhəmiyyət kəsb etsin. Məsələn, alıcının real alıcılıq qabiliyyətini istisna edən maddi durumunun və həyat şəraitinin həddindən artıq ağır olmasına baxmayaraq, kifayət qədər yüksək dəyəri olan qeyri-yaşayış sahəsi əldə etməsi və bunun formal olmamasına dair hər hansı ağlabatan əsaslandırma verə bilməməsi. Bu qaydada aparılan qiymətləndirmə əsasında əqdin uydurma olması təsdiq edilərsə, məhkəmə digər şərtlərin yoxlanılmasına keçmədən araşdırmanı yekunlaşdırmalı və reyestrdə üçüncü şəxsin adına aparılmış qeydin ləğvi barədə iddia onunla bağlanmış müqavilənin etibarsız (əhəmiyyətsiz) olması səbəbindən təmin edilməlidir. Əqdin digər əsaslarla etibarsız sayılması hallarında da (əqdi bağlayan şəxsin anlaqlı olmaması, qanunla müəyyən edilmiş formaya riayət edilməməsi və sair) məhkəmə əvvəlki bənddə ifadə olunmuş yanaşmaya uyğun qərar qəbul etməlidir.

115. Yuxarıda sadalanan hüquqi mövqelərdən çıxış edərək kassasiya istansiyası məhkəməsi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli zamanı hüquq münasibətlərini yalnız etibarnamə əsasında həyata keçirilmiş sərəncamların formal qanuniliyinin yoxlanılması ilə məhdudlaşdırmış, iddiaçının etibarnaməni əmlakın özgəninkiləşdirilməsi məqsədilə deyil, borc münasibətinin təminatı qismində verdiyi, sonradan isə həmin etibarnamədən istifadə edilməklə daşınmaz əmlakın qısa müddət ərzində ardıcıl olaraq bir neçə şəxsə, hazırkı halda cavabdeh cavabdeh2 əvvəlcədən tanıdığı iki şəxsə keçirildiyi barədə dəlillərinə lazımi hüquqi qiymət verməmişdir.

116. Yuxarıda qeyd edilən Kollegial Qərardadda həmçinin göstərilmişdir ki, vicdanlı əldə edən görüntüsü yaratmaq məqsədilə bağlanan uydurma əqdlər üzrə mübahisəli işin hallarına formal deyil, həqiqi iqtisadi və hüquqi məzmun baxımından qiymət verilməli, tərəflərin əsl iradəsi və əməliyyatların məqsədi araşdırılmalıdır. Qərardadda həmçinin vurğulanmışdır ki, birbaşa sübutlar olmadıqda, vicdanlılığı istisna edən hallar dolayı sübutların məcmusu əsasında müəyyən edilə bilər və mübahisənin yalnız zahiri hüquqi formaya əsasən həll edilməsi yolverilməzdir. Kollegiyal Qərardadda tövsiyə olunan mövqeyə görə, vicdanlı əldəetmənin mövcudluğu qiymətləndirilərkən həlledici əhəmiyyət əmlakı özgəninkiləşdirən şəxslə sonrakı əldəedən arasında yaranmış hüquq münasibətlərinin xarakterinə qiymət verilməlidir. Bu baxımdan məhkəmə həmin şəxslər arasında bağlanmış əqdin real iradəni ifadə edibetmədiyini, əmlakın verilməsi üçün obyektiv iqtisadi və hüquqi əsasların mövcud olubolmadığını, habelə əqdin yalnız sonrakı əldəedənə vicdanlı əldəedən statusu qazandırmaq və ya belə görüntü yaratmaq məqsədi daşıyıb-daşımadığını araşdırmalıdır.

118. Hazırkı iş üzrə isə qeyd olunan hallar tövsiyə olunan mövqeyə uyğun araşdırılmamışdır. Belə ki, iddiaçı ##.##.2023-cü il tarixdə cavabdeh cavabdeh2 etibarnamə vermiş, bundan cəmi üç gün sonra, ##.##.2023-cü il tarixdə cavabdeh2 həmin etibarnaməyə əsasən mübahisəli daşınmaz əmlakı cavabdeh1 15.000 manata satılmış, sonuncu isə əmlakı cəmi 28 gün sonra, ##.##.2023-cü il tarixdə cavabdeh3 eyni qiymətə özgəninkiləşdirmişdir. Beləliklə, daşınmaz əmlak etibarnamənin verilməsindən cəmi bir ay müddətində iki dəfə özgəninkiləşdirilmiş, mülkiyyət hüququ ardıcıl alğı-satqılar vasitəsilə sonuncu əldə edənə keçirilmişdir.

119. Halbuki hüquq mühafizə orqanları tərəfindən cinayət təqibi qaydasında aparılmış araşdırmalar zamanı həm evin qiyməti, həm də cavabdeh cavabdeh2la evi əldə etmiş digər cavabdehlərin münasibətləri barədə fərqli hallar müəyyən olunmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlər cavabdeh2 ilə cavabdeh1, həmçinin cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış alğı-satqı müqavilələrinin real iqtisadi məqsəd daşıyıb-daşımadığı, həmin əqdin həqiqi iradəni əks etdirib-etdirmədiyi, habelə tərəflərin məqsədinin əmlakın sonuncu şəxsə keçirilməsi yolu ilə vicdanlı əldəetmə görüntüsü yaratmaqdan ibarət olub-olmadığı araşdırılmadan son hüquqi nəticəyə gəlinmişdir.

120. Apellyasiya instansiyası məhkəməsi göstərilən halların məcmusuna hüquqi qiymət verməmişdir. Kollegial Qərardadda ifadə olunmuş hüquqi mövqeyə istinad edilməklə qeyd edilməlidir ki, daşınmaz əmlakın qısa müddət ərzində ardıcıl şəkildə özgəninkiləşdirilməsi və digər bu kimi hallar sonrakı əldəedənin vicdanlılığına, habelə əqdlərin həqiqi məqsədinə dair şübhə yaradan dolayı sübutlar kimi qiymətləndirilməlidir. Bu baxımdan, işə yenidən baxılarkən mübahisəli əqdlərin bağlanma ardıcıllığı, etibarnamənin verilməsi ilə ilk satış arasındakı olduqca qısa müddət, sonrakı satışın cəmi 28 gün sonra həyata keçirilməsi, habelə hər iki satışın bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətlə rəsmiləşdirilməsi halları birlikdə araşdırılmalı, həmin xüsusatların əqdlərin həqiqi mahiyyəti, onların mümkün uydurma xarakter daşıyıb-daşımaması və sonuncu əldə edənin vicdanlı əldə edən hesab olunmasına təsiri müəyyən edilməlidir.

121. Bu baxımdan, apellyasiya instansiyasi məhkəməsi tərəfindən ilk növbədə mübahisəli əqdlərin həqiqi hüquqi mahiyyəti araşdırılmalı, iddiaçının etibarnaməni borcun təminatı məqsədilə verməsi, cavabdehlər arasında hər hansı əlaqələrin olub-olmaması, əmlakın bazar dəyəri, alğı-satqı əməliyyatlarının iqtisadi məntiqi, ödənişlərin reallığı, habelə daşınmaz əmlakın qısa müddət ərzində ardıcıl şəkildə özgəninkiləşdirilməsinin əqdlərin həqiqi məqsədi ilə uzlaşıb-uzlaşmaması yoxlanılmalıdır.

122. Yuxarıda qeyd edilən Kollegiyal Qərardadda o da qeyd edilmişdir ki, ağlabatan əsaslar olmadan əşya ilə bağlı müqavilənin həqiqi bazar dəyərindən dəfələrlə aşağı qiymətlə rəsmiləşdirilməsi “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyətini ehtiva edə bilən hallardan biridir. Bu konteksdə, kassasiya kollegiyası qeyd edir ki, iş materiallarında olan “X8 Mərkəzi” tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli daşınmaz əmlakın bazar dəyəri 31.090 manat, “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyinə əsasən fərdi yaşayış evinin bazar dəyəri 37.100 manat, fərdi yaşayış evinin həyətində əkilmiş fındıq ağaclarının illik xalis gəlir məbləği 830,0 manat, evdə olan əşyaların bazar dəyəri 4.310,0 manat olmaqla fərdi yaşayış evinin bazar (likvid) qiyməti yerləşdiyi torpaq sahəsi, qiymətləndirilən əşyalar və əkilmiş ağaclarla birlikdə bazar dəyəri 42.240,0 manat müəyyən edilmişdir.

123. Bununla belə, işin hallarından görünür ki, həmin əmlak əvvəlcə birinci alıcıya, daha sonra isə sonrakı əldəedənə təxminən eyni məbləğə – 15.000 manata özgəninkiləşdirilmişdir. Beləliklə, əmlak ardıcıl olaraq onun bazar dəyərinin təxminən iki dəfədən aşağı qiymətə dövriyyəyə buraxılmışdır. Apellyasiya instansiyası məhkəməsi bu halları vicdanlı əldəetmənin müəyyən edilməsi baxımından araşdırmamış, əmlakın bazar dəyəri ilə müqavilələrdə göstərilən satış qiymətləri arasındakı əhəmiyyətli fərqin hüquqi əhəmiyyətinə qiymət verməmişdir. Kollegial Qərardadda ifadə olunmuş hüquqi mövqeyə görə, əqdin bağlanma şəraiti, əmlakın bazar qiymətindən əhəmiyyətli dərəcədə fərqlənən məbləğə satılması, özgəninkiləşdirmələrin qısa müddət ərzində və ardıcıl şəkildə həyata keçirilməsi kimi hallar sonrakı əldəedənin vicdanlılığına və əqdlərin həqiqi məqsədinə dair şübhələr yaradan dolayı sübutlar kimi qiymətləndirilməlidir. Bu baxımdan, məhkəmə tərəfindən mübahisəli alğı-satqı müqavilələrinin həqiqi iqtisadi məzmunu araşdırılmalı, əmlakın bazar dəyərinin təxminən yarısı məbləğində satılmasının səbəbləri, alıcıların belə aşağı qiymətə satılan daşınmaz əmlakın hüquqi taleyi ilə bağlı hansı araşdırmaları apardıqları, habelə həmin halların vicdanlı əldə edən statusunun müəyyən edilməsinə təsiri qiymətləndirilməlidir. Göstərilən hallar etibarnamənin borc münasibətinin təminatı məqsədilə verilməsi, daşınmaz əmlakın qısa müddət ərzində ardıcıl olaraq özgəninkiləşdirilməsi və son nəticədə üçüncü şəxsin adına keçirilməsi barədə iddiaçının dəlilləri ilə birlikdə məcmu şəkildə araşdırılmalıdır.

124. Kollegiyal Qərardadda həmçinin izah edilir ki, üçüncü şəxsin vicdanlı əldə edən olmadığına dair iddianın əsaslılığı yalnız buna dair düzünə sübutlarla deyil, həmçinin mülkiyyətçinin təqdim etdiyi bu halın mövcudluğu qənaətinə gəlməyə əsas verən dolayı sübutların məcmusu ilə də təsbit oluna bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə iddia tələbinin əsaslılığına hüquqi qiymət verilərkən yalnız düzünü sübutlara istinad edilmiş, dolayı sübutlarla işin halları qarşlıqlı şəkildə təhlil edilmədən, uzlaşdırılma aparılmadan yekun nəticəyə gəlinmişdir.

125. Belə ki, hazırkı iş üzrə iddiaçının müraciətinə əsasən Xaçmaz rayon Polis Şöbəsində aparılmış araşdırma ilə bağlı materialların bir hissəsi, o cümlədən cavabdeh2 izahatı alınaraq iş materiallarına əlavə edilsə də, cavabdeh cavabdeh2 iddiaçıya aid mübahisəli əmlakın pulunu tam olaraq Rəşad adlı şəxsə verməsi barədə həmin izahatında göstərdiyi hallar araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən şahid1 adlı şəxs “Elektron Məhkəmə” sisteminə şahid qismində əlavə edilsə də, həmin şəxsin şahid kimi ifadəsi alınmamışdır. Həmçinin Rəşad adlı şəxslə iddiaçının münasibətləri, iddiaçının təmçilçisi kimi cavabdeh cavabdeh2 iddiaçıya məxsus əmlakın satılması nəticəsində aldığı pulu Rəşad adlı şəxsə verməklə tapşırığı qanunauyğun icra edib-etməməsinə məhkəmələr tərəfindən hüquqi qiymət verilməmişdir.

126. Bundan başqa, iddiaçı iddia ərizəsində cavabdeh cavabdeh2 borc pul aldığını təsdiqləyən şahidləri və telefon, vatsap danışıqlarının olmasını bildirərək, birinci instansiya məhkəməsində təqdim etdiyi diskdə olan görüntülərin və səs yazılarının hazırkı mülki iş üzrə obyektiv qənaətə gəlinməsində əhəmiyyətini nəzərə alaraq həmin diskin dinlənilməsi və diskdə olan görüntülərin təhqiq olunmasını xahiş etsə də, məhkəmələr tərəfindən həmin vəsatətlərə münasibət bildirilməmiş, təqdim olunan həmin sübutlar tədqiq edilərək hüquqi qiymət verilməmişdir.

127. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müəyyən etdiyi hüquqi mövqelərə cavab vermir.

128. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

129. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il ## ###### tarixli, X.Xəlilovun şikayəti üzrə 2009cu il ## ###### tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il ## #### tarixli qərarlar).

130. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə1994-cü il 19 aprel tarixli qərarlar).

131. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın rədd olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

132. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

133. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən cavabdehlər cavabdeh2 ilə cavabdeh1, həmçinin cavabdeh1 ilə cavabdeh3 arasında bağlanmış alğı-satqı müqavilələrinin real iqtisadi məqsəd daşıyıbdaşımadığı, həmin əqdlərin həqiqi iradəni əks etdirib-etdirmədiyi, habelə tərəflərin məqsədinin əmlakın sonuncu şəxsə keçirilməsi yolu ilə vicdanlı əldəetmə görüntüsü yaratmaqdan ibarət olub-olmadığı, cavabdehlər arasında hər hansı əlaqələrin olub-olmaması, əmlakın bazar dəyəri, ödənişlərin reallığı araşdırılmalı, habelə daşınmaz əmlakın qısa müddət ərzində ardıcıl şəkildə özgəninkiləşdirilməsinin əqdlərin həqiqi məqsədi ilə uzlaşıb-uzlaşmaması iş materiallarında mövcud olan sübutlara əsasən yoxlanılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri, habelə “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ### 2026-cı il tarixli, **/**** nömrəli Qərardadında təsbitini tapmış hüquqi mövqelər baxımından düzgün qiymət verilməlidir.

134. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar