Məhkəmə qərarları › İş №2(1-8)-901/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-901/2026

29.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-901/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər cavabdeh4, cavabdeh2 və cavabdeh3 qarşı mülki iş üzrə QƏRARDADİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDI:

1. Iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən payların naturada ayrılması, onların ünvan 1 ünvanına köçürülməsi, cavabdeh4 ilə cavabdeh2 arasında bağlanmış ## ### 2020-ci il tarixli icarə müqaviləsinin, cavabdeh4 ilə cavabdeh1 arasında bağlanmış ## ##### 2023-cü il tarixli icarə müqaviləsinin, cavabdeh4 ilə cavabdeh3 ilə bağlanmış ## ###### 2021-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, icarə müqavilələri bağlanan gündən qətnamə icra olunan günə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin cavabdeh cavabdeh4 alınaraq paylara uyğun bölünməsi barədə eyni məzmunlu iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər.

2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı iddiasının qismən təmin edilməsi, iddiaçı İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasının qismən təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs aid edilməsi qət edilmişdir.

3. Iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ayrı-ayrılıqda eyni məzmunda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin qismən, iddialarının təmin olunmayan hissəsində ləğv edərək iddia tələbinin tam şəkildə təmin olunması barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsi qismən – icarə müqavilələrinin etibarsız hesab edilməsi və icarədən əldə olunan gəlirin paylara uyğun bölünməsi hissəsində - ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməklə yeni qətnamə qəbul edilmiş, cavabdeh4 ilə cavabdeh2 arasında bağlanmış ## ### 2020-ci il tarixli, cavabdeh4 ilə cavabdeh1 arasında bağlanmış ## ##### 2023-cü il tarixli, cavabdeh4 ilə cavabdeh3 ilə bağlanmış ## ###### 2021-ci il tarixli icarə müqavilələri etibarsız hesab edilmiş, icarə müqavilələri bağlanan gündən qətnamə icra olunan günə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin icarəsindən əldə olunan gəlirin cavabdeh cavabdeh4 alınaraq paylara uyğun bölünməsinin təmin edilməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı, cavabdeh cavabdeh4 və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli əlavə qətnaməsi ilə tələblərin “evin icarəyə verilmiş hissələrinin boşaldılması” hissəsinin müvafiq olaraq qətnamənin əsaslandırıcı və nəticə hissəsində təsbit edilməsi nəzərə alınmaqla, həmin hissədə iddia tələbləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsində (əsaslandırıcı və qət etdi hissələrində) “cavabdeh4 ilə cavabdeh3 ilə bağlanmış ## ###### 2021-ci il tarixli icarə müqavilələri etibarsız hesab edilsin” dən sonra “evin icarəyə verilmiş hissələrinin boşaldılması”nın təsbit edilməsi müəyyən edilmişdir.

6. Cavabdeh cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti Ali Məhkəmənin *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə kassasiya icraatına qəbul edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli məktubla Ali Məhkəməyə müraciət edərək hazırki iş üzrə cavabdeh cavabdeh2 Ağaəli oğlunun kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi daxil olduğundan qeyd edilən işin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsinin təmin edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

10. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır.

11. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hazırkı iş üzrə *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 2024-cü il ## ####### tarixli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın. Mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar