Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-903/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, məsafədən kredit müqaviləsinin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ## ###### 2023-cü il tarixli, GTKR*******B*** saylı kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) ilə cavabdeh1xxxx“ASC və ya “bank”) tərəfindən İddiaçı Oktay oğluna (bundan sonra – “iddiaçı”) 24 ay müddətinə illik 17,4% ödəmək şərtilə 11 878 manat məbləğində kredit verilmişdir.
2. Sonradan həmin kredit müqaviləsi əsasında iddiaçının əmək haqqından tutulmalar olmuşdur.
3. Bununla bağlı iddiaçı banka müraciət etmiş, cavabda müqavilənin onlayn qaydada bağlanıldığı və iddiaçının özü tərəfindən təsdiq edildiyi bildirilmişdir.
4. Bundan sonra, iddiaçı pretenziya məktubu ilə banka müraciət edərək, onunla bank arasında rəsmiləşdirilmiş kredit müqaviləsinin etibarsız hesab olunaraq ləğv edilməsi və artıq ödənilmiş 633 manat kredit ödənişinin geri qaytarılmasının 10 gün müddətində təmin edilməsini xahiş etmiş, əks halda kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinin etibarsız hesab edilməsi, 633 manat kredit ödənişinin və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlər ASC və cavabdeh2 tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının aylıq əmək haqqı 750 manat olduğu halda, bank tərəfindən aylıq 589,56 manat ödəmək şərti ilə 24 ay müddətinə 11 878 manat kredit ayrılması mümkün deyildir. Iddiaçı kredit müqaviləsinin bağlanması üçün banka müraciət etməmiş, bank tərəfindən kredit müqaviləsi rəsmiləşdirilərkən ona bu barədə zəng vurularaq fikri öyrənilməmiş, onun tərəfindən müqavilə bağlamaq niyyətinin olub-olmaması aydınlaşdırılmamışdır. Lakin sonradan işlədiyi iş yerindən aylıq əmək haqqından 590 manat olmaqla, kreditin ödənilməsinə silinmə başladıqdan sonra belə müqavilə rəsmiləşdirilməsi barədə məlumatı olmuşdur. Bundan sonra, ASC-yə müraciət edərək kredit müqaviləsinin surətini əldə etmiş və müqavilədə nə bankın nümayəndəsinin, nə də iddiaçının imzası ilə təsdiq edilməməsini müəyyən etmişdir. Bankın əməkdaşına kredit müqaviləsinin tərəfləri tərəfindən imzalanmaması ilə bağlı iradını bildirdikdə müqavilənin onlayn müraciət əsasında bağlanması və təsdiq edilməsini bildirmişlər. Lakin onun nə onlayn, nə də şəxsi müraciəti əsasında kredit müqaviləsi bağlamaq və 11 878 manat kredit götürmək niyyəti olmamışdır. Bütün bunlar isə onu təsdiq edir ki, kredit müqaviləsi həqiqi deyil, müqavilə tərəflərin birinin iradə ifadəsi olmadan bağlanmış, onlayn qaydada tərəflərdən heç biri tərəfindən təsdiq edilməmişdir. Beləliklə, əqdə qədərki davranış və əqddən sonrakı davranış onu təsdiq edir ki, kredit müqaviləsi uydurma əqddir. Ona görə də, Mülki Məcəllənin 340.1 və 337.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq həmin müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalıdır.
7. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının psixi və sağlamlıq vəziyyəti onun müəyyən təsdiqləmələri şüurlu surətdə icra etməyə imkan verir. Mobil tətbiq vasitəsilə kreditin götürülməsi bir neçə prosedurdan keçilməsini tələb edir. Iddiaçı da bütün prosedurlardan keçərək onlayn kredit götürmüşdür. Hazırkı mübahisəli müqavilədən əvvəl iddiaçının banka başqa kredit müqaviləsi üzrə borcu olmuş, bankdaxili qaydalara əsasən əvvəlcə banka olan əvvəlki borc bağlanmışdır. Yerdə qalan məbləğ, 10 518 manat kredit götürənin balansına köçürülmüşdür.
8. Nəsimi Rayon Məhkəməsinin # #### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim - R.Xəlilov) iddia tələbi qismən təmin edilərək kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit müqaviləsi üzrə bank tərəfindən tutulan pul vəsaitinin məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait və həmçinin ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin ASC-dən iddiaçının xeyrinə tutulması, iddia tələbinin digər cavabdeh cavabdeh2 münasibətdə rədd edilməsi, cavabdeh cavabdeh2 11 878 manat məbləğində pul vəsaitinin restitusiya qaydasında tutularaq ASC-yə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. Hazırkı iş üzrə işin mübahisəsiz hallarından göründüyü kimi kredit müqaviləsi əsasında ASC iddiaçıya məxsus ******************** nömrəli plastik kart hesabına 11 878 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan isə üçüncü tərəf olan cavabdeh cavabdeh2 məxsus ******************** nömrəli plastik kart hesabına köçürülmüşdür.
10. Iddiaçının sözügedən əməliyyatlardan yalnız adına bağlanılmış kredit müqaviləsi üzrə əmək haqqından çıxılmalar zamanı məlumatı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi hazırkı iş üzrə bank kredit verən və bunun nəticəsində də fayda götürən şəxs olmuşdur. Belə ki, məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10 000 manatdan çox olmasını, bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı bankın özü birbaşa məsuliyyət daşıdığından bank xəbərdar olmalı idi. Bu səbəbdən də iddiaçı hazırkı əqdi mübahisələndirməkdə haqlı olmuşdur.
11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı, həqiqətən, digər xarici ölkədən gələn zənglə aldanmış, ona müəyyən SMS-lər gəlmiş və həmin SMS-lər vasitəsilə özünə aid məlumatları digər üçüncü şəxsə ötürmüşdür. Lakin həmin məbləğ isə yenidən aldadılaraq cavabdeh cavabdeh2 hesabına köçürülmüşdür.
12. Qeyd edilənlərə əsasən kredit müqaviləsi etibarsız hesab edilməlidir. Iddiaçı və ASC arasında bağlanan kredit müqaviləsi etibarsız hesab edildiyindən və aldadan tərəf digər cavabdeh (kredit müqaviləsi üzrə pulu alan şəxs) olduğundan həmin kredit müqaviləsi üzrə köçürülmüş 11 878 manat pul restitusiya qaydasından cavabdeh cavabdeh2 tutularaq digər cavabdeh ASC-yə qaytarılmalıdır.
13. Daha sonra məhkəmə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 633 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçının adına rəsmiləşdirilən kredit müqaviləsinə əsasən iddiaçıya məxsus əmək haqqından əsassız olaraq müəyyən məbləğdə tutulmalar olmuşdur. Hazırda iddiaçı onun tərəfindən artıq ödənilmiş 633 manatın geri qaytarılmasını tələb etsə də, məhkəmə iclasında, həmçinin iddiaçı tərəf bildirmişdir ki, hazırkı günədək ondan 3 000 manatdan artıq pul tutulmuşdur. Odur ki, iddiaçıdan mübahisəli kredit müqaviləsi üzrə tutulan pulların iddiaçıya geri qaytarılması icra mərhələsində hesablanması daha səmərəli və ağlabatan məsələ olduğundan gələcəkdə bu tələblə yenidən məhkəməyə müraciət etməyin qarşısını almaqdan ibarət olduğundan, həmçinin iddianın predmetini dəyişmədiyindən iddiaçıdan qeyd edilən kredit müqaviləsi üzrə bank tərəfindən tutulan pul məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait ASC-dən iddiaçının xeyrinə tutulmalı, tələb həmin hissədə digər cavabdeh cavabdeh2 münasibətdə tələbin bu hissəsi üzrə subyektiv cavabdeh cavabdeh2 olmadığından rədd edilməlidir.
14. Birinci instansiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, cavabdeh cavabdeh2 kart hesabına köçürülən 11 878 manat pul vəsaiti restitusiya qaydasında ondan bankın xeyrinə tutulduğundan və bank tərəfindən kredit müqaviləsi üzrə iddiaçıdan pul tutulduğundan artıq ödənilmiş pul vəsaiti bankdan iddiaçının xeyrinə tutulmalıdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 337 və 339-cu; Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14, 76, 77 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10 000 manatdan çox olmasını, bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı bankın özü birbaşa məsuliyyət daşıdığından bank xəbərdar olmalı idi. Lakin bunları qeyd edərkən bankın birbaşa məsuliyyət daşımasının əsasını göstərməmişdir. Belə ki, kreditin məbləğinin 10 000 manatdan çox olması şübhə yaradan hal deyil. Həmçinin onlayn qaydada kredit götürülərkən müştəriyə telefon zənginin olunması ilə bağlı nə qanunvericilikdə, nə də bankdaxili qaydalarda tələb müəyyən edilməmişdir. Iddiaçının kartı ilə aparılan şübhəli əməliyyatların isə nədən ibarət olması qeyri-müəyyəndir. Beləliklə, məhkəmə mövcud olmayan halları və əsasları sadalayaraq məsuliyyəti bankın üzərinə qoymuşdur. Həmçinin məhkəmə kredit müqaviləsinin aldatma yolu ilə bağlandığını qeyd etsə də, bunu yalnız iddiaçının deməsinə istinadla əsaslandırmışdır. Iddiaçı ilə bank arasında müqavilə bağlanmış və onun hesabına pul köçürülmüşdür. Onun hesabından daha sonra pul vəsaitinin başqa hesaba köçürülməsi müqavilənin etibarsız hesab edilməsinə səbəb olmur. Iddiaçının kreditin götürülməsi ilə bağlı bütün hərəkətləri etdiyi halda əqdin aldadılma ilə bağlanmasını qeyd etmək əsassızdır. Iddiaçının kartı ilə aparılan şübhəli əməliyyatların isə nədən ibarət olması qeyri-müəyyəndir. Beləliklə, məhkəmə mövcud olmayan halları və əsasları sadalayaraq məsuliyyəti bankın üzərinə qoymuşdur.
18. Apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının ## ###### 2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən istifadə edilmiş kreditə görə onun ödəniş kart hesabından son ödəniş tarixinə, yəni ## #### 2024-cü il tarixinədək bank tərəfindən ümumilikdə 3 182,06 manat məbləğində silinmələr aparılmışdır ki, hazırkı ekspertiza tədqiqatı ilə həmin silinmələrin 2 096,09 manat məbləğinin əsas borca, 1 085,97 manat məbləğinin isə faiz borcuna silinmişdir. Kredit müqaviləsi üzrə artıq ödənişlərin aparıldığı müəyyən edilmir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakimlər: A.Isgəndərov – sədrlik edən və məruzəçi, S.Səlimova və M.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - restitusiya qaydasında 11 878 manat pulun cavabdeh2 tutulub ASC-yə ödənilməsi və kredit müqaviləsi üzrə bank tərəfindən tutulan pul vəsaitinin məbləğinin icra mərhələsində müəyyən edilməklə həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin qismən təmin edilərək, iddiaçının ödəniş kartından kredit müqaviləsi üzrə əsassız tutulmuş 3 182,06 manat məbləğində pul vəsaitinin ASC-dən tutulub iddiaçıya qaytarılması, qətnamənin apellyasiya qaydasında mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellyasiya kollegiyası ilk növbədə kredit müqaviləsinin qanuniliyinə qiymət verilməsini zəruri sayaraq qeyd etmişdir ki, bank kredit verən və bunun nəticəsində də fayda götürən şəxs olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının kart hesabına köçürülən məbləğin 10 000 manatdan çox olmasını, bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı bankın özü birbaşa məsuliyyət daşıdığından bank xəbərdar olmalı idi. Bu səbəbdən də iddiaçı hazırkı əqdi mübahisələndirməkdə haqlı olmuşdur.
21. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə, kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində gəldiyi nəticəni işin hallarına uyğun saymış və hesab etmişdir ki, qətnamənin həmin hissədə dəyişdirilməsi və ləğvi üçün əsas yoxdur.
22. Lakin apellyasiya məhkəməsi bununla yanaşı birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə bank tərəfindən tutulan pul vəsaitinin məbləğinin icra mərhələsində müəyyən edilməklə həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticəni qeyri-müəyyən olduğundan əsaslı hesab etməmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının əmək haqqı kartından aparılmış silinmələr üzrə 3 182,06 manat məbləğində pul ASC-dən iddiaçının xeyrinə tutulmalıdır.
24. Apellyasiya kollegiyası, həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi restitusiya qaydasında 11 878 manat pulun cavabdeh2 tutulub banka ödənilməsini qət etməklə də səhvə yol vermiş və apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslıdır. Belə ki, iddiaçının bununla bağlı hər hansı tələbi olmamış və məhkəmənin gəldiyi bu nəticə MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 337.1, 337.2, 337.4, 337.5, 339.3, 339.6-cı maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı (hakimlər: E.Şamayev – məruzəçi, Ə.Xıdırov və E.Vəliyeva) ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
27. Işi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianın hüquqi əsasını Mülki Məcəllənin 339.2-339.3-cü maddələri təşkil etsə də, məhkəmələr həmin normanı səhv təfsir etməklə, maddi hüquq normanı pozmuşlar. Belə ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər (Mülki Məcəllənin 399.2-ci maddəsinin birinci cümləsi). Üçüncü şəxs tərəfindən aldadılma halında isə əqd o halda etibarsız hesab oluna bilər ki, bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun (Mülki Məcəllənin 339.3-cü maddəsi). Göründüyü kimi qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtlərinə görə əqd o halda etibarsız hesab oluna bilər ki, 1) tərəf əqdin bağlanması məqsədi ilə üçüncü şəxs tərəfindən aldadılsın; 2) əqdin digər tərəfi bu əqddən fayda götürsün və 3) o, aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun.
28. Maddi hüquq normasının qeyd olunan dispozisiya şərtlərini hazırkı mübahisəyə tətbiq etməklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının üçüncü şəxs tərəfindən əqdin bağlanması məqsədilə aldadıldığını iddia etdiyi halda, məhkəmələrin araşdırmalı olduğu məsələlər yuxarıda qeyd edilən 2 və 3-cü şərtlərin mövcudluğu olmalı idi.
29. Apellyasiya məhkəməsi cavabdehin bundan xəbərdar olmasının iddiaçının kart hesabına köçürülən məbləğin 10 000 manatdan çox olması, bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı telefon zənginin olmaması, şübhəli əməliyyatların aparılmasından iddiaçının məlumatlandırılmaması ilə əsaslandırmışdır.
30. Halbuki məhkəmə bu halların hər hansı birinin cavabdeh bankın aldatmadan xəbərdar olması ilə səbəbli əlaqənin olmasını və bu mövqeyini maddi hüquq norması ilə əsaslandırmamışdır. Cavabdeh apellyasiya şikayətində kredit məbləğinin 10 000 manatdan çox olması və onlayn qaydada kredit götürməsi zamanı müştəriyə telefon zəngi tələbinin qanunvericilikdə və bankdaxili qaydalarda olmamasını göstərmişdir.
31. Qeyd olunmalıdır ki, elektron-informasiya texnologiyalarının inkişafı ictimai münasibətlərinin bütün sahələrinə təsir etməsi hamıya bəlli olan haldır. O cümlədən banklarla müştərilər arasında bank xidmətləri haqqında müqavilələrin məsafədən bağlanması, internet resursları vasitəsilə quraşdırılmış proqramlardan istifadə edilməklə bank hesablarının idarə olunması, əməliyyatların həyata keçirilməsi hər kəs üçün gündəlik adi hərəkətlərə çevrilmişdir.
32. Təsadüfi deyil ki, qanunvericilik də bu istiqamətdə inkişaf etməklə, Mülki Məcəllədə istehlak kredit müqaviləsinin məsafədən, bir və ya bir neçə rabitə vasitəsindən istifadə edilməklə bağlanması nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 746 2.5, 746-2.6-cı maddələri).
33. Iş materiallarından müəyyən olunur ki, bank mübahisələndirilən müqavilənin mobil tətbiqi vasitəsilə bağlanmasını, bu məqsədlə iddiaçının bir neçə prosedurların icra etməsini göstərməklə, dəlilinin sübutu kimi CD-diskə əks olunmuş videogörüntünü təqdim etmiş, bununla da iddiaçının aldadılmasından bankın xəbərinin olmaması və bundan xəbərdar olmalı olmamasını sübut etməyə çalışmışdır.
34. Lakin nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəməsi qətnamələrində bu sübuta istinad etməmiş, MPM-in 218.1-ci maddəsinin tələblərini pozaraq həmin sübutda əks olunan məlumatları, işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmişdir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisənin həlli üçün bankın kredit müqaviləsinin məsafədən bağlanılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə riayət edilib-edilməməsi araşdırmalı olduğu halda, məhkəmələr tərəfindən bu istiqamətdə hər hansı araşdırma aparmamışlar.
36. Halbuki bankın Mülki Məcəllənin 746-2.6-cı maddəsinə riayət edib-etmədiyi araşdırılmaqla, onun iddiaçının aldadılması barədə şübhələrinin yaranmalı olması və ümumiyyətlə, mübahisəli əqdin bağlanması zamanı davranışlarının vicdanlı olub-olmaması müəyyən oluna bilər.
37. Mərkəzi Bank tərəfindən təsdiq edilən Qaydalara görə müqavilə məsafədən bağlanarkən müştərinin buna iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurlarının eyni zamanda bir neçəsindən: elektron imzadan, video zəngdən və (və ya) gücləndirilmiş müştəri autentifikasiyasından istifadə edilməsi nəzərdə tutulmuşdur.
38. Iddiaçı bankla bağlanmış müqavilə üzrə kredit xəttinin artırılmasına dair iradəsinin aldadılma nəticəsində zədələnməsini iddia etdiyi halda, apellyasiya instansiyası məhkəməsi tələbə Mərkəzi Bankın qeyd olunan Qaydalarına əsasən qiymətləndirməmişdir.
39. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən müqavilənin X2 Heyətinin Qərarı ilə təsdiq olunan Qaydalara uyğun olması barədə həmin bankın mütəxəssis rəyinin alınması işin düzgün və ədalətli həlli üçün əhəmiyyətli ola bilər.
40. Odur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssislərinin işə cəlb olunması, yuxarıda qeyd olunan məsələ ilə bağlı müvafiq mütəxəssis rəyin alınması tərəflərlə müzakirə olunmalıdır.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə etibarsız hesab olunduğu halda da, bankdan 3 182,06 manat pulun tutulması əsaslı hesab oluna bilməz.
42. Belə ki, iş materiallarından, o cümlədən mübahisəli müqavilənin məzmunundan və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı ilə bank arasında hazırda mübahisələndirilən kredit müqaviləsindən əvvəl başqa müqavilə üzrə kredit münasibətləri mövcud olmuşdur. O cümlədən kredit müqaviləsinin 2.10.1 ci bəndindən görünür ki, iddiaçının ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1 003,59 manat qalıq borcu olmuş və həmin borc verilmiş kredit vəsaiti hesabına, müştərinin əlavə razılığı olmadan akseptsiz qaydada silinərək ödənilmişdir.
43. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan kredit borcunu nəzərə almadan iddiaçının ## #### 2024-cü il tarixinədək ödədiyi bütün məbləği bankdan iddiaçının xeyrinə tutmaqla MPM-in 217.3-cü maddəsini pozmuşdur.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
44. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi (hakimlər: X.Mərdanova – sədrlik edən və məruzəçi, R.Səmədov və S.Bəhrəmzadə) ilə ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh cavabdeh2 11 878 manat məbləğində pul vəsaitinin restitusiya qaydasında tutularaq cavabdeh ASC-yə ödənilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
45. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab etmişdir ki, hazırkı mübahisənin həlli üçün cavabdeh bankın kredit müqaviləsinin məsafədən bağlanılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə riayət edilib-edilməməsi araşdırmalıdır.
46. Тəkrar apellyasiya baxışı zamanı iddiaçı cavabdeh bankla bağlanmış müqavilə üzrə kredit xəttinin artırılmasına dair iradəsinin aldadılma nəticəsində zədələnməsini iddia etdiyindən, tələbə Mərkəzi Bankın qeyd olunan Qaydalarına əsasən qiymətləndirməsi üçün həmin bankın mütəxəssis rəyinin alınması qərara alınmışdır.
47. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ## ####### 2025-ci il tarixli təqdim edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, bank tərəfindən təqdim edilən və məhkəmədən işçi qaydada əldə olunan videoçəkiliş materiallarının qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, videoçəkilişin müddəti normativ tələbdə nəzərdə tutulmuş minimum 10 saniyədən az, 9 saniyə olmuş və müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) görüntüləri video çəkiliş zamanı təqdim olunmamışdır.
48. Həmçinin iddiaçının hesabından köçürülmüş vəsait də daxil olmaqla bank tərəfindən şübhəli və ya riskli əməliyyat kimi qiymətləndirilməli və əlavə təhlil üçün əsas kimi götürülməli idi.
49. Belə ki, aparılmış qiymətləndirməyə əsasən cavabdeh2 qeyd olunan dövr ərzində həyata keçirdiyi əməliyyatlar bank tərəfindən müəyyən edilmiş şübhəli əməliyyatların aşkarlanması indikatorlarından 3-ü ilə (1) ay ərzində müştəri tərəfindən sayı 10-a bərabər və 10-dan çox olan və toplam mədaxil məbləği 100 000 AZN və üzəri olan card to card əməliyyatları; 2) ay ərzində əməliyyatların sayı 30-a bərabər və 30-dan çox və toplam məbləği 50 000 AZN-ə (və ekvivalenti) bərabər və bu məbləğdən çox olan əməliyyatlar- debet kartlar və 3) aylıq mədaxil 50 000 AZN dən çox uyğunluq təşkil edir.
50. Göründüyü kimi iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişlərinə əsasən iddiaçı cavabdeh bankla bağlanmış müqavilə üzrə kredit xəttinin artırılmasına dair iradəsinin aldadılma nəticəsində zədələnməsini iddia etdiyi halda, tələb Mərkəzi Bankın qeyd olunan Qaydalarına əsasən qiymətləndirilməklə müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsinin bağlanması zamanı Qaydaların tələblərinə qismən riayət olunmuşdur.
51. Belə olan halda, bankın iddiaçının əqdin bağlanması məqsədilə aldadılmasından xəbərdar olması (və ya xəbərdar olmalı olması) müəyyən edilmişdir ki, apellyasiya şikayətinin dəlilləri yəni, müqavilənin etibarsızlığı hissədə əsassız olmuşdur.
52. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının kart hesabına köçürülən məbləğin 10 000 manatdan çox olmasını, bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə almaqla düzgün olaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı bankın özü birbaşa məsuliyyət daşıdığından bank xəbərdar olmalı idi. Bu səbəbdən də iddiaçı hazırkı əqdi mübahisələndirməkdə haqlı olmuşdur.
53. Belə ki, iş materiallarından, o cümlədən mübahisəli müqavilənin məzmunundan və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh bank arasında hazırda mübahisləndirilən kredit müqaviləsindən əvvəl başqa müqavilə üzrə kredit münasibətləri mövcud olmuşdur. O cümlədən ## ###### 2023-cü il tarixli kredit müqaviləsinin 2.10.1-ci bəndindən görünür ki, iddiaçının ## ###### 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1 003,59 manat qalıq borcu olmuş və həmin borc verilmiş kredit vəsaiti hesabına, müştərinin əlavə razılığı olmadan akseptsiz qaydada silinərək ödənilmişdir.
54. Həmçinin iş materiallarından görünür ki, kredit müqaviləsinə əsasən 633 manat kredit ödənişi həyata keçirilmişdir. Kollegiya bu hissədə məhkəmənin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının adına rəsmiləşdirilən kredit müqaviləsinə əsasən iddiaçıya məxsus əmək haqqından əsassız olaraq müəyyən məbləğdə tutulmalar olmuşdur.
55. Iş materiallarından görünür ki, iddiaçı onun tərəfindən artıq ödənilmiş 633 manatın geri qaytarılmasını tələb etsə də, iddiaçı tərəf ondan 3 000 manatdan artıq pul tutulmasını etiraf etmişdir.
56. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli, */**** saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən istifadə edilmiş kreditə görə onun ödəniş kart hesabından son ödəniş tarixinə, yəni ##.##.2024-cü il tarixinədək bank tərəfindən ümumilikdə 3 182,06 manat məbləğində silinmələr aparılmışdır ki, hazırkı ekspertiza tədqiqatı ilə həmin silinmələrin 2 096,09 manat məbləğinin əsas borca, 1 085,97 manat məbləğinin isə faiz borcuna silinmişdir. Kredit müqaviləsi üzrə artıq ödənişlərin aparıldığı müəyyən edilmir.
57. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıdan mübahisəli kredit müqaviləsi üzrə tutulan pulların iddiaçıya geri qaytarılması icra mərhələsində hesablanması daha səmərəli və ağlabatan məsələ olduğundan, gələcəkdə bu tələblə yenidən məhkəməyə müraciət etməyin qarşısını almaqdan ibarət olduğundan, həmçinin iddianın predmetini dəyişmədiyindən iddiaçıdan qeyd edilən kredit müqaviləsi üzrə bank tərəfindən tutulan pul məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait ASC-dən iddiaçının xeyrinə tutulmasına dair hissədə düzgün nəticəyə gəlmişdir.
58. Məhkəmə kollegiyası hesab etmişdir ki, restitusiya qaydasında isə 11 878 manat pulun cavabdeh2 tutulub ASC-yə ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.
59. Belə ki, hazırki halda etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər.
60. Hazırkı işin hallarından isə aydın olur ki, kredit müqaviləsi əsasında ASC iddiaçıya məxsus ******************** nömrəli plastik kart hesabına 11 878 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan isə üçüncü tərəf olan cavabdeh cavabdeh2 məxsus ******************** nömrəli plastik kart hesabına köçürülmüşdür.
61. Göründüyü kimi iddiaçıya məxsus plastik karta köçürülmüş vəsait, iddiaçının hesabından üçüncü tərəfin hesabına köçürülmüşdür ki, məhkəmə kollegiyasının qənaətinə görə qeyd edilənlər kredit müqaviləsinin etibarsızlığının hüquqi nəticələrinin müəyyən edilməsini hazırkı mübahisənin məqsədləri baxımından mümkünsüz etmişdir.
62. Kollegiya bu qənaətə gələrkən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində cavabdeh2 qeyd olunan dövr ərzində həyata keçirdiyi əməliyyatlar şübhəli əməliyyatları və ya riskli əməliyyat kimi qiymətləndirilməli olmasının xüsusilə qeyd edilməsini də nəzərə almışdır. Başqa sözlə, kollegiyanın qənaətinə görə cavabdeh tərəf yaranmış mübahisəli vəziyyət üzrə bütün tələblərini cavabdeh2 qarşı yönəltməli idi.
63. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 6.1.5, 324.4, 324.5, 337.1, 339.2, 339.3, 743.1, 746-2.5, 746-2.6, MPM-in 14.2, 77.1, 80, 88, 106.1, 207.1, 217.1, 217.3 və 218.1ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
64. ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması, eləcə də ASC tərəfindən hazırkı kassasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,50 manatın iddiaçıdan tutularaq banka ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
65. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin ## ###### 2023-cü il tarixli 3-21-28/3-# #/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər” üzrə - apellyasiya instansiyası məhkəməsinin bankın iddiaçının mümkün aldadılmasından “xəbərdar olmalı olduğu” nəticəsinə gəlməsi adı çəkilən Tələblərin müddəalarına da ziddir. Tələblərin 2.7.1-ci yarımbəndinə əsasən şübhəli əməliyyatların aşkarlanması meyarları (indikatorlar) öhdəlik daşıyan şəxsin - bu halda bankın - özü tərəfindən müəyyən edilən və məlumat qaydasında Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən daxili nəzarət mexanizmidir. Həmin mexanizm cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədini daşıyır. Göründüyü kimi söhbət bankın leqallaşdırmaya qarşı mübarizə sahəsindəki inzibati xarakterli öhdəliyindən gedir; bu öhdəlik bankla müştəri arasında bağlanmış kredit müqaviləsinin etibarlılığına dair mülki hüquq münasibəti ilə mahiyyət etibarilə fərqli hüquqi kateqoriyadır. Apellyasiya instansiyası məhkəməsi Tələblər üzrə indikatorlara formal uyğunluq faktından bilavasitə mülki-hüquqi nəticə - bankın aldadılmadan xəbərdar olması - çıxarmaqla bir-birindən mahiyyətcə ayrılan bu iki kateqoriyanı eyniləşdirmiş, bu isə maddi hüquq normalarının səhv tətbiqinə səbəb olmuşdur.
66. Bundan əlavə, Tələblərin 2.7.4-cü yarımbəndi xüsusi qeyd edir ki, müəyyən edilmiş meyarlar hər hansı bir əməliyyatda formal cəhətdən mövcud olduğu halda belə, əməliyyat leqallaşdırma və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhə yaratmırsa, öhdəlik daşıyan şəxs həmin əməliyyatı daha ətraflı araşdırmalıdır. Başqa sözlə, indikatorlara formal uyğunluq özlüyündə nə şübhənin sübutu, nə də bankın müştərinin aldadılmasından xəbərdar olduğunun əsası kimi qiymətləndirilə bilər. Bu, yalnız əlavə araşdırma üçün hüquqi zəmin yaradır. Apellyasiya instansiyası məhkəməsi isə həmin formal uyğunluqdan bankın “xəbərdar olmalı olduğu” qənaətinə gəlmişdir ki, bu yanaşma həm Tələblərin sözügedən müddəasına, həm də mülki hüquqdakı aldadılma institutunun tələb etdiyi qəsd elementinin mövcudluğu şərtinə açıq-aşkar ziddir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən şübhəli əməliyyat indikatorlarının hüquqi mahiyyətini düzgün qiymətləndirməmiş, bu indikatorların mövcudluğunu bankın guya aldatmadan xəbərdar olması və ya əməliyyatın hüquqa zidd olduğunu bilməsi kimi şərh etməklə hüququn tətbiqində səhvə yol vermişdir.
67. Halbuki beynəlxalq maliyyə hüququ standartları bu məsələdə tam fərqli hüquqi yanaşmanı müəyyən edir və həmin yanaşma bankın mövqeyini təsdiqləyir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində beynəlxalq standartları müəyyən edən Maliyyə Tədbirləri üzrə Işçi Qrupunun (FATF) qəbul etdiyi X1 Force tərəfindən müəyyən edilmiş 40 Tövsiyənin 20-ci Tövsiyəsinə əsasən şübhəli əməliyyatlar barədə hesabat vermək öhdəliyi maliyyə institutları üçün tənzimləyici orqanlar qarşısında müəyyən edilmiş müstəqil xarakterli inzibati öhdəlikdir. Bu öhdəlik cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının qarşısının alınması məqsədinə xidmət edir. FATF Tövsiyələrinə dair şərh qeydlərindən aydın şəkildə görünür ki, sözügedən öhdəlik müştəri ilə maliyyə institutu arasında mövcud olan mülki-hüquqi münasibətlərdən mahiyyət etibarilə ayrıdır. Beləliklə, həmin öhdəliyin icrası və ya icra edilməməsi müştəri ilə bağlanmış müqavilələrin mülki-hüquqi etibarlılığına dair hüquqi nəticə doğurmur və onun pozulması mülki-hüquqi deyil, inzibati və ya cinayət-hüquqi məsuliyyət yarada bilər.
68. Bundan əlavə, X1 Force tərəfindən hazırlanmış “Guidance for a Risk-Based Approach” (2021) sənədində xüsusi olaraq qeyd edilir ki, şübhəli əməliyyat indikatorları özlüyündə nə konkret cinayətin törədildiyini, nə də əməliyyatda iştirak edən tərəflərin hüquqa zidd hərəkət etdiyini sübut edir. Bu indikatorlar yalnız əlavə araşdırma aparılması üçün ilkin risk siqnallarıdır. Həmin sənəddə açıq şəkildə göstərilir ki, indikatorların formal olaraq mövcud olması maliyyə institutunun müştəri qarşısında hüquqi məsuliyyət daşıdığını ifadə etmir. Eyni hüquqi yanaşma Basel Committee on Banking Supervision tərəfindən qəbul edilmiş “X3 for Banks” (2001) sənədində də öz əksini tapmışdır. Həmin sənədə görə bankların tətbiq etdiyi müştərinin lazımi qaydada tanınması tədbirləri və şübhəli əməliyyatların monitorinqi tənzimləyici xarakterli öhdəliklərdir və onlar müştəri ilə bağlanan müqavilələrin mülki-hüquqi etibarlılığı məsələsindən müstəqil hüquqi institut kimi çıxış edir.
69. Bundan əlavə, beynəlxalq bank sektorunda geniş qəbul olunmuş özünütənzimləmə standartlarını müəyyən edən Wolfsberg Group tərəfindən qəbul edilmiş “Statement on AML Screening” (2019) sənədində vurğulanır ki, şübhəli əməliyyat indikatorları bankların daxili risk idarəetmə mexanizmlərinin elementidir. Bu indikatorların konkret əməliyyata tətbiq edilməsi həmin əməliyyatın hüquqa zidd olduğunu sübut etmir və müqavilənin hüquqi etibarlılığı barədə hüquqi nəticə kimi qiymətləndirilə bilməz. Beləliklə, həm milli qanunvericilik - Tələblərin 2.7.4cü yarımbəndi, həm də yuxarıda göstərilən beynəlxalq standartlar vahid hüquqi yanaşmanı təsbit edir: şübhəli əməliyyat indikatorları maliyyə monitorinqi sisteminin inzibati tənzimləmə aləti olmaqla, onların formal mövcudluğu bankın aldatmadan xəbərdar olduğunu və ya mülkihüquqi müqavilənin etibarsızlığını sübut edən hüquqi fakt kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi bu hüquqi prinsipləri nəzərə almadan, şübhəli əməliyyat indikatorlarının mövcudluğuna mülki-hüquqi məsuliyyət yaradan hüquqi fakt kimi qiymət verməklə maddi hüquq normalarını yanlış tətbiq etmişdir.
70. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.3, 406.3, 746 2.5 və 746-2.6-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarı, Azərbaycan Respublikasının Mərkəzi Bankının **/* №-li ## ######## 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndi, Azərbaycan Respublikasının Mərkəzi Bankının **/* №-li ## ###### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.6, 5.7-ci və 5.13-cü bəndləri üzrə - aşağı instansiya məhkəmələri tərəflər arasında bağlanmış kredit müqaviləsinin qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılması nəzərə alınmamışdır. Belə ki, iddiaçı ##.##.2022-cü il tarixdən başlayaraq ASC-nin mobil bank tətbiqi olan “Birbank” tətbiqindən istifadə edir və bankın mövcud müştərisidir (iddiaçı bunu məhkəmələrdə verdiyi izahatları ilə təsdiq etmişdir). Iddiaçı özünə məxsus olan +************ mobil nömrə ilə “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Iphone 6s və Xiaomi 220333QAG cihazlarında istifadə etmişdir (təsdiqedici müvafiq sübutlar mülki işin materiallarına əlavə edilmişdir). Nəzərə alınmalıdır ki, “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçərkən və ya “Birbank” mobil tətbiqinin qeydiyyatı başqa cihaza dəyişdirilərkən gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilməklə müştəri eyniləşdirilir, yəni müştərinin bildiyi (kart məlumatları, FIN kod, PIN, şifrə və s.) və sahib olduğu (mobil nömrə və həmin nömrəyə göndərilmiş təhlükəsizlik kodlarının) daxil və təsdiq edilməsi yolu ilə aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən özünün təyin etdiyi şifrədən və ya öz seçimi ilə həmin şifrənin əvəzi olaraq üz tanınmasından/barmaq izindən istifadə edir. Iddiaçı tərəfindən bankın mövcud müştərisi olduğu üçün qanunvericiliyin tələbinə əsasən sahib olduğu element olan “Birbank” mobil tətbiqi üzərindən kreditin alınması üçün müvafiq proses başladılmış, video çəkiliş aparılmış, fotoşəkillər çəkilmiş, xüsusi təyinatlı dövlət informasiya resursu olan IAMAS sistemindən şəxsiyyət vəsiqəsi barədə məlumatlar və şəxsiyyət vəsiqəsində olan fotoşəkli əldə olunmuş, video çəkiliş zamanı götürülmüş fotoşəkildə və videoda olan müştərinin üz siması ilə şəxsiyyət vəsiqəsində olan fotoşəkildə olan üz siması əsasında “Face recognition” sistemi vasitəsilə üz tanınma (“məxsus olan” element) aparılmış, video eyniləşdirmə zamanı şəxsin üz siması ilə şəxsiyyəti təsdiq edən sənəddəki fotoşəkildə olan üz simasının uyğunluğu 99.2% təşkil etmiş və proses uğurla davam etdirilərək kredit müqaviləsi və ona əlavə edilmiş sənədlər təsdiq edilmiş, kredit vəsaitinin köçürülməsi üçün iddiaçının 510307********** nömrəli kart hesabı (hesab nömrəsi: 38810944003460226118) seçilərək təsdiq edilmişdir.
71. Bununla da iddiaçı (müştəri) ilə bank arasında gücləndirilmiş müştəri autentifikasiyasının həyata keçirilməsi yolu ilə məsafədən kredit müqaviləsi bağlanmış və ona müvafiq məbləğdə kredit verilmişdir. Nəzərə alınmalıdır ki, sözügedən kredit üzrə müraciətin uğurla tamamlanması barədə iddiaçının istifadəsində və banka məlum olan +************ nömrəli mobil nömrəsinə ##.##.2023-cü il tarixdə saat 13:23:14-də SMS vasitəsilə aşağıdakı məzmunda məlumat da göndərilmişdir: “Hormetli mushteri, 11878 AZN mebleginde Nagd pul krediti uzre muracietiniz ugurla tamamlanmishdir.”
72. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.3-cü maddəsi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarı üzrə - mülki hüququn fundamental prinsiplərindən biri bağlanmış əqdin etibarlılığı prezumpsiyasıdır. Əqdin etibarsız sayılması üçün iradə qüsurunun aldadılma, zorakılıq, hədə-qorxu və sair halların mövcudluğu konkret, aydın və sübut olunmuş faktlarla təsdiq edilməlidir. Iradə qüsuru ilə bağlı hallarda isə etibarsızlıq yalnız o zaman tətbiq edilə bilər ki, iradənin formalaşmasına qanunda nəzərdə tutulmuş təsir (məsələn, aldadılma) sübuta yetirilsin, həmin təsirin əqd bağlanmasına səbəbli əlaqəsi müəyyən edilsin və bu hallar iş materialları ilə obyektiv şəkildə təsdiqlənsin. Əks yanaşma, yəni qanunda birbaşa nəzərdə tutulmamış və ya sübut olunmamış hallara əsaslanaraq əqdin etibarsız sayılması mülki dövriyyənin sabitliyi və hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin bağlanması zamanı müəyyən prosedur tələblərinə tam riayət edilməməsini, xüsusilə video identifikasiyanın 9 saniyə davam etməsini və sənəd görüntüsünün tam əks olunmamasını müqavilənin etibarsızlığı ilə əlaqələndirmişdir. Halbuki qeyd edilən hallar iddiaçının iradəsinin qüsurlu formalaşdığını və ya onun aldadıldığını sübut etmir. Müqavilənin elektron sistem vasitəsilə bağlanması, vəsaitin birbaşa iddiaçının öz hesabına köçürülməsi və tərəflər arasında əvvəlki kredit münasibətlərinin mövcudluğu iddiaçının bankla hüquqi münasibətlərin mahiyyətini dərk etdiyini göstərən obyektiv hallardır. Iddiaçı müqaviləni aldadılma nəticəsində bağladığını iddia etmişdir, lakin aldadılma faktı sübut olunmamışdır. Aldadılma iradə qüsuru kimi yalnız o halda hüquqi əhəmiyyət kəsb edir ki, qarşı tərəf tərəfindən qəsdən yanlış məlumat verilməsi və ya mühüm halların qəsdən gizlədilməsi sübuta yetirilmiş olsun və əqd məhz həmin təsirin nəticəsində bağlanmış olsun. Iş materiallarında isə bankın iddiaçını çaşdıran, yanlış məlumat verən və ya əqdin hüquqi mahiyyətini gizlədən hər hansı davranışına dair sübut mövcud deyildir.
73. Bundan əlavə qeyd olunmalıdır ki, aldadılma iradə qüsuru kimi qəsd elementini zəruri şərt kimi nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi isə bankın iddiaçının mümkün aldadılmasından “xəbərdar olmalı olması” formulasına əsaslanaraq, nəticəyə gəlmişdir. Halbuki "xəbərdar olmalı idi" standartı ehtiyatsızlığa dəlalət edir, qəsdə deyil. Beləliklə, məhkəmə mülki hüquqda bir-birindən mahiyyətcə fərqlənən iki kateqoriyanı, qəsdi və ehtiyatsızlığı eyniləşdirməklə maddi hüquq normasını səhv tətbiq etmişdir. Mülki prosesdə sübutetmə yükü iddia irəli sürən tərəfin üzərinə düşür; məhkəmə isə ehtimal və fərziyyələrə deyil, sübut olunmuş faktlara əsaslanmalıdır. Kredit vəsaitinin birbaşa iddiaçının hesabına köçürülməsi, sonrakı köçürmənin isə iddiaçının öz iradəsi ilə onun öz hesabından həyata keçirilməsi bankın iddiaçının iradə azadlığına müdaxilə etdiyini və ya aldadılmada iştirak etdiyini sübut etmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi aldadılma faktını təsdiq edən zəruri hüquqi elementlər: qarşı tərəfin qəsdi, qəsdən yanlış məlumatın verilməsi, səbəbiyyət əlaqəsi və iradənin məhz həmin təsirin nəticəsində qüsurlu formalaşması mövcud olmadığı halda müqaviləni etibarsız saymışdır. Bu isə həm maddi hüquq normalarının səhv tətbiq edilməsini, həm də sübutların qiymətləndirilməsi qaydalarının pozulmasını əks etdirir.
74. Işə yenidən baxan apellyasiya instansiya məhkəməsi iddiaçının kart hesabına köçürülən məbləğin 10 000 manatdan çox olmasını, bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı bankın özü birbaşa məsuliyyət daşıdığından bank xəbərdar olmalı idi. Apellyasiya instansiyası məhkəməsi bu mövqeyini Mülki Məcəllənin 339-cu maddəsinə uyğun olaraq əsaslandırmağa çalışmışdır. Lakin nəzərə almamışdır ki, bank sözügedən kredit müqaviləsinin bağlanılması zamanı birbaşa fayda götürən şəxs deyil. Kredit müqaviləsinin rəsmiləşdirilməsi və kreditin verilməsi anında əsas faydalanan şəxs kredit alandır, bank isə həmin anda fayda götürən deyil, fayda götürəcək tərəfdir, yəni kreditor olan bank öz üzərinə risk götürərək öz pul vəsaitini müvafiq şərtlərlə qaytarılması şərti ilə kredit alana verir və kredit alan tərəfindən kredit vəsaitini vaxtlı-vaxtında müvafiq faizlərin ödənilməsi şərti ilə qaytarılacağı təqdirdə bank fayda götürəcəkdir. Məsafədən sözügedən kredit müqaviləsinin bağlanılması zamanı aparılmış videoçəkilişi təsdiq edən və mülki işin materiallarında olan videogörüntüdən də göründüyü kimi həmin videogörüntüdə iddiaçının özüdür. Kredit vəsaiti iddiaçının sərəncamına verildikdən sonra özü tərəfindən istifadəsində olan mobil nömrəsinə birdəfəlik təhlükəsizlik kodunun göndərilməsi və təsdiq edilməsi yolu ilə sərəncam verilərək digər şəxsin kart hesabına köçürülmüşdür. Aşağı instansiya məhkəmələri tərəfindən işin bu hallarına və buna müvafiq olaraq təqdim edilmiş və iş materiallarında olan sübutlara tətbiq edilməli olan qanunvericiliyin yuxarıda sadalanan maddi hüquq normalarına müvafiq olaraq düzgün qiymət verilməmişdir.
75. Həmçinin məsafədən kreditin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş tələblərdən göründüyü kimi mövcud müştəriyə münasibətdə videozəngin və ya zəngin edilməsi nəzərdə tutulmamışdır. Bundan başqa qanunvericilikdə verilmiş kredit məbləğinin 10 000 AZNdən artıq olması halında, kredit alanın sərəncamına verilmiş kredit vəsaitinin cari hesabdan hər hansı bir kart hesabına köçürülməsini şübhəli əməliyyat kimi qiymətləndirilməsi və həmin əməliyyatın kredit alan tərəfindən həyata keçirilməsinə Bank tərəfindən məhdudiyyətin qoyulması, bu və ya digər formada maneənin yaradılması üçün hər hansı bir əsas nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən kredit müqaviləsi üzrə kredit vəsaiti iddiaçının adına olan cari hesabına köçürülməsi yolu ilə verilmiş, həmin cari hesabdan isə ölkədaxili köçürmə əməliyyatı aparılaraq digər şəxsin kart hesabına köçürülmüşdür, köçürülən pul vəsaitinin mənbəyi kredit vəsaitidir və köçürülən kart hesabı banka şübhəli bank hesabı kimi məlum olmayan bank hesabıdır. Belə olan halda bankın iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən məsafədən bağlanmış kredit müqaviləsinin iddiaçı tərəfindən onun üçüncü şəxs tərəfindən aldadılması yolu ilə bağlanılmasından xəbərdar olması mümkün deyildir və bankın sözügedən əqdin aldadılma yolu ilə bağlanılmasından xəbərdar olması nə işin halları, nə də ki, iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmır. Aşağı instansiya məhkəmələri yalnız iddiaçının mülahizəsinə inanaraq heç bir sübuta istinad etmədən əsassız olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı üçüncü şəxs(lər) tərəfindən aldadılmışdır və bunun nəticəsində onun xəbəri olmadan hal-hazırda mübahisələndirilən kredit müqaviləsi bağlanılmış, bank isə bundan xəbərdar idi.
76. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilən Anastasiya adlı şəxs ilə aparılan yazışmalardan sözügedən kredit müqaviləsinin bağlanılması ilə əlaqədar hər hansı bir söhbətin və müzakirənin aparılması müəyyən edilmir. Həmin yazışmalardan BS Innovation LTD Trade Platform ilə bağlı söhbətin aparılması və bir neçə dəfə səsli olaraq danışıq zənglərinin edilməsi müəyyən edilir. Bu səbəbdən həmin yazışmaların aparılması və ya zənglərin edilməsi bank ilə sözügedən kredit müqaviləsinin üçüncü şəxs tərəfindən aldadılma yolu ilə bağlanılmasını təsdiq etmir. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, iddiaçının üçüncü şəxs(lər) tərəfindən aldadılaraq mübahisəli kredit müqaviləsinin bağlanılması iddiaçı tərəfindən bildirilsə də, bunu təsdiq edən hər hansı bir əsaslı sübut iş materiallarında mövcud deyildir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “hazırki iş üzrə işin mübahisəsiz hallarından göründüyü kimi ##.##.2023-cü il tarixli, GTKR*******B*** saylı kredit müqaviləsi əsasında ASC iddiaçıya məxsus ******************** nömrəli plastik kart hesabına 11 878 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan isə üçüncü tərəf olan cavabdeh cavabdeh2 məxsus ******************** nömrəli plastik kart hesabına köçürülmüşdür, iddiaçının sözügedən əməliyyatlardan yalnız adına bağlanılmış kredit müqaviləsi üzrə əmək haqqından çıxılmalar zamanı məlumatı olmuşdur.” Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə əmək haqqından tutulmaların bank tərəfindən aparılması üçün kredit üzrə ödəniş cədvəlinə əsasən ödəniş vaxtının çatması (ilk ayın ödəniş tarixi: ##.##.2024) və kredit alan tərəfindən müvafiq ödənişlərin aparılmaması halında mümkündür. Halbuki iddiaçının məhkəməyə verdiyi izahatından müəyyən edilir ki, iddiaçı həmin kredit verilməsindən onun rəsmiləşdirildiyi günün axşamı ona məlum olmasını bildirmişdir. Nə üçün birinci instansiya məhkəməsi tərəfindən iddiaçının kredit müqaviləsinin bağlanılmasından xəbərinin yalnız həmin müqavilə üzrə borcun ödənilməsi məqsədilə onun əmək haqqı kartından tutulmaların aparılmasından sonra olması kimi əsaslandırılması artıq mübahisəlidir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilsə də, aşağı instansiya məhkəmələrinin qətnamələrindən müəyyən edilir ki, cavabdeh2 məhkəmə iclaslarında iştirak etməmiş və hər hansı bir izahat verməmişdir. Bundan başqa iddiaçının məhkəməyə verdiyi izahatında bildirmişdir ki, “ola bilsin ki, onun tərəfindən bilmədən hansısa təsdiqləmələr aparılmışdır”. Aşağı instansiya məhkəmələri həmin təsdiqləmələrin onun tərəfindən bilərəkdən aparılıb-aparılmaması məsələsinə qiymət verilməmişdir.
77. Iddiaçı tərəfindən bildirilənlər iş materiallarında olan sübutlar və işin halları ilə öz təsdiqini tapmır. Işin həqiqi halları və iş materiallarında olan hazırkı kassasiya şikayətində də istinad edilən sübutlar iddiaçının özü tərəfindən kreditin götürülməsini və həmin kredit vəsaitinə sərəncamın verildiyini təsdiq edir. Həmçinin işə baxan aşağı instansiya məhkəmələri istinad olunan Plenum Qərarındakı hüquqi mövqeyi nəzərə almamış və maddi hüquq normalarının yanlış tətbiq etmişdir. Həmin qərarda göstərilmişdir ki, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Aldatma nəticəsində bağlanmış əqd mübahisə edilən əqd kateqoriyasına aid olduğundan, belə əqdin etibarsız sayılması üçün iradə qüsurunun qarşı tərəfin qəsdən aldatma hərəkətinin mövcudluğu sübuta yetirilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən bankın qəsdən aldatma hərəkətlərinə yol verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iradə qüsurunun mövcudluğunu müəyyən etmədən və aldatma faktını sübuta yetirilmiş hal kimi qiymətləndirmədən kredit müqaviləsini etibarsız hesab etmişdir. Həmin qərarda, həmçinin vurğulanmışdır ki, iradə ifadəsi zədələnmiş şəxs tərəfindən mübahisələndirilənədək əqd etibarlı hesab olunur və hüquqi nəticələr doğurmaqda davam edir. Apellyasiya instansiyası məhkəməsi isə bu hüquqi yanaşmanı nəzərə almadan yalnız prosedur xarakterli texniki uyğunsuzluqlara istinad etməklə müqavilənin etibarsızlığı barədə nəticəyə gəlmişdir ki, bu da hüquqi mövqeyin yanlış tətbiq edilməsini göstərir. Bundan əlavə, həmin qərarda qeyd edilmişdir ki, əqdin etibarsızlığının irəli sürülməsi vicdanlılıq prinsipindən sui-istifadə xarakteri daşıdığı hallarda məhkəmələr bu halı nəzərə almalıdırlar. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı kredit vəsaitini qəbul etmiş, həmin vəsaiti öz iradəsi ilə üçüncü şəxsin hesabına köçürmüş, kredit müqaviləsi üzrə ödənişlər isə onun əmək haqqından tutulmaq yolu ilə həyata keçirilmişdir. Beləliklə, iddiaçı müqavilənin icrasından faktiki olaraq faydalanmışdır. Bu şəraitdə müqavilənin yalnız prosedur xarakterli texniki uyğunsuzluqlara istinad edilməklə etibarsız saydırılması cəhdi vicdanlılıq prinsipinə ziddir. Konstitusiya Məhkəməsi Plenumu həmin qərarında Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi ilə bağlı da hüquqi mövqe ifadə etmişdir. Qərarda göstərilmişdir ki, restitusiya institutu etibarsız əqdlər üzrə tərəflərin icra etdikləri hərəkətlərin nəticələrinin aradan qaldırılmasına xidmət edir. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsini etibarsız hesab etməklə yanaşı restitusiyanın tətbiqini rədd etmişdir. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsasən bu iki nəticə birgə mövcud ola bilməz. Əqd etibarsız sayıldığı halda tərəflər arasında restitusiya tətbiq edilməlidir, restitusiya isə yalnız tərəflərin bir-birindən aldıqlarına münasibətdə həyata keçirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsini etibarsız hesab edib eyni zamanda restitusiyanı tətbiq etməməklə etibarsızlığın hüquqi nəticəsini faktiki olaraq icrası mümkün olmayan vəziyyətə gətirmişdir ki, bu da həm Mülki Məcəllənin 337.5-ci maddəsinə, həm də istinad olunan Plenum qərarındakı hüquqi mövqeyə ziddir.
78. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.3, 957.3 və 957.4-cü maddələri, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2, 1.1.39, 38, 41.3 və 41.4-cü maddələri üzrə - iddiaçı tərəfindən özünə məxsus əmək haqqı kartı hesabına köçürülmüş kredit və həmin hesabda olan şəxsi vəsaitinə sərəncam verilərək, yəni iddiaçının istifadəsində olan və banka məlum olan +************ mobil nömrəsinə ##.##.2023-cü il tarixdə saat 13:29:51-də birdəfəlik 3D təhlükəsizlik kodu göndərilərək və onun tərəfindən müvafiq kod daxil edilməklə təsdiq edilərək cavabdeh2 məxsus kart hesabına 11 300 AZN məbləğində (kredit və şəxsi vəsaiti olmaqla) uğurlu köçürülmə əməliyyatı icra edilmişdir (birdəfəlik 3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış mülki işin materiallarına əlavə edilmişdir). 5103********8721 PAN nömrəli kart hesabı iddiaçıya məxsus əmək haqqı kartı hesabıdır. Nəzərə alınmalıdır ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozulması və dələduzluğa yol verildiyi hallarda avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə belə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan köçürmə əməliyyatı isə avtorizə edilmiş əməliyyatdır. Belə ki, həmin əməliyyatın aparılması zamanı iddiaçının istifadəsində olan +************ mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş və həmin kod daxil edilərək təsdiq edildiyi üçün əməliyyat uğurla həyata keçirilmişdir. Avtorizə etmə – ödəniş əməliyyatının həyata keçirilməsi üzrə ödəniş xidməti istifadəçisinin ödəniş xidməti təchizatçısına verdiyi razılıqdır. Həmçinin sözügedən əməliyyatları gücləndirilmiş müştəri autentifikasiyasını tətbiqi ilə həyata keçirilmiş əməliyyatlar hesab etmək olar. “Birbank” mobil tətbiqinə, yəni ödəniş hesabına daxil olmaq üçün GMA tətbiq edilir. Belə ki, müştəri tərəfindən bildiyi şifrədən və mobil telefon tətbiqinin quraşdırıldığı cihazdan, yəni sahib olduğu iki müstəqil elementdən istifadə olunur. Nəzərə alınmalıdır ki, sözügedən əməliyyat, həmçinin onun aparılmasından sonra qəbul edilmiş və qüvvəyə minmiş Azərbaycan Respublikası X2 Heyətinin ## #### 2024-cü il tarixli, **/* №-li Qərarı ilə təsdiq edilmiş “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın tələblərinə də uyğun olmuşdur. Bank tərəfindən yuxarıda qeyd olunmuş ödəniş əməliyyatının aparılması zamanı iddiaçı ilə bank arasında bağlanmış müqavilələrin 6.2-ci bəndində də öz əksini tapmış, onun banka bildirdiyi və istifadəsində olan +************ nömrəli mobil nömrəsinə müvafiq olaraq birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş və müvafiq kod daxil edilərək təsdiq edildiyi üçün həmin əməliyyat uğurla həyata keçirilmişdir.
79. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun * №-li ## ###### 2005-ci il tarixli Qərarının 6.8-ci və 6.10-cu bəndləri üzrə - işə yenidən baxan apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız və qanunsuz olaraq və heç bir sübut olmadan yalnız iddiaçının bildirdiklərinə əsasən kredit müqaviləsi etibarsız hesab edilsə belə, əqdin etibarsız hesab edilməsi nəticəsi zamanı restitusiya qaydasında əqd üzrə tərəflərdən hər birinin aldıqlarının hamısını digər tərəfə qaytarılmasını müəyyən etməmişdir. Nəzərə alınmalıdır ki, hal-hazırda mübahisələndirilən kredit müqaviləsinə əsasən kredit vəsaiti ilk öncə müqavilə şərtlərinə əsasən iddiaçının cari hesabına, oradan həmin kredit vəsaitinin bir hissəsi onun daha əvvəl məsafədən bağladığı və özünün də təsdiq etdiyi kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsinə yönəlmiş, digər hissəsi isə onun əmək haqqı kartı hesabına köçürülməklə onun sərəncamına verilmişdir. Bundan sonra iddiaçı tərəfindən həmin kredit və şəxsi vəsaitlərindən istifadə edilərək iddiaçının istifadəsində olan +************ mobil nömrəyə 3D təhlükəsizlik kodunun göndərilməsi və təsdiq edilməsi yolu ilə ölkədaxili digər kart hesabına köçürmə əməliyyatı aparılmışdır. Yəni iddiaçı tərəfindən Mülki Məcəllənin 957.3-cü maddəsinə əsasən özünə məxsus hesaba sərəncam verilmişdir. Göründüyü kimi mübahisələndirilən kredit müqaviləsi üzrə kredit vəsaiti birbaşa üçüncü şəxsin kart hesabına köçürülməmişdir, kredit vəsaiti ilk öncə iddiaçının cari hesabına köçürülməklə onun sərəncamına verilmiş, daha sonra elə onun sərəncamına özünə məxsus əmək haqqı kartı hesabına köçürülmüş və sonradan onun tərəfindən həmin hesaba da qanunvericiliyin tələblərinə uyğun olaraq sərəncam verilməklə kredit və şəxsi vəsaiti hesabına digər şəxsin kart hesabına köçürmə əməliyyatı icra edilmişdir. Əgər sözügedən kredit müqaviləsi etibarsız hesab edilirsə belə, həmin müqaviləyə əsasən iddiaçının sərəncamına verilmiş kredit vəsaiti banka iddiaçı tərəfindən qaytarılmalı idi. Belə ki, həmin pul vəsaitlərinə sərəncam iddiaçının özü tərəfindən gücləndirilmiş müştəri autentifikasiyasını tətbiqi, əlavə olaraq birdəfəlik təhlükəsizlik kodunun onun istifadəsində olan mobil nömrəsinə göndərilməsi və həmin kodun daxil edilərək təsdiq edilməsi yolu ilə verilmişdir.
80. MPM-in 9, 14.2, 77.1, 64, 88, 106.1 və 217.3-cü maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsinin buraxdığı prosessual pozuntulardan biri də mütəxəssis rəyinin qiymətləndirilməsi məsələsində ifadə olunmuşdur. Iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ## ####### 2025-ci il tarixində təqdim edilmiş mütəxəssis rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən müqavilənin etibarsızlığı nəticəsinə gəlmək üçün əsas kimi istifadə edilmişdir. Bank tərəfindən həmin rəyi vermiş mütəxəssisin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə vəsatət verilmişdir. Lakin məhkəmə həmin vəsatəti nəzərə almamış, mütəxəssisi iclasa dəvət etməmişdir. mütəxəssisin iclasa dəvət edilməsi məhkəməyə yalnız prosessual imkan vermək deyil, eyni zamanda tərəflərə onun rəyinə dair suallar vermək, rəyin məzmununu aydınlaşdırmaq və lazım gəldikdə ona etirazlarını bildirmək imkanı yaratmaq məqsədi daşıyır. Bu, tərəflərin prosessual bərabərliyi və çəkişmə prinsipinin bilavasitə təzahürüdür. Hazırkı işdə mütəxəssis rəyi bir sıra texniki və hüquqi məsələlərə video çəkilişin müddətinə, pasport məlumatlarının əldə edilməsi üsuluna, şübhəli əməliyyat indikatorlarının qiymətləndirilməsinə münasibətdə verilmiş mürəkkəb ixtisas rəyidir. Bank həmin rəyin məzmununa dair mütəxəssisə birbaşa suallar vermək, rəyin hüdudlarını və əsaslandırma metodologiyasını aydınlaşdırmaq hüququndan məhrum edilmişdir. Məhkəmə isə bu rəyi yetərincə yoxlanılmamış və tərəflərin çəkişmə imkanı təmin edilmədən əsas kimi qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
81. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
82. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
83. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
84. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
85. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
86. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
87. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
88. Maddə 746-2.5. Istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər.
89. Maddə 746-2.6. Istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
90. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
91. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
92. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
93. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
94. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
95. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
96. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
97. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
98. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
99. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
101. Məhkəmə kollegiyası kassasiya şikayətinin maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Ali Məhkəmənin iş üzrə qəbul edilmiş əvvəlki qərarında verilmiş göstərişlər işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilmiş, işin faktiki halları və təqdim edilmiş sübutlar hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmışdır. Məhkəmə müəyyən edilmiş hallara tətbiq edilməli olan maddi hüquq normalarının dispozisiya şərtlərini yoxlamış, həmin normaların tələbləri baxımından hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır və eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
102. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
103. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.