Məhkəmə qərarları › İş №2(1-8)-916/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-916/2026

26.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-916/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər Tovuz regional “Asan Xidmət” mərkəzinin notariat ofisi və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlaka payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh3, Tovuz regional “Asan Xidmət” mərkəzinin notariat ofisi və Azərbaycan Respublikası Iqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Tovuz ərazi idarəsinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesb edilməsi və miras əmlaklara 1/3 hissədə payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçılar və cavabdeh cavabdeh3 qardaşdırlar. Cavabdeh cavabdeh3 ## ###### 2019-cu il tarixdə vəfat etmişdir.

2. Iddiaçıların atası Ibrahimov Hidayət Salman oğlu # ######## 1992-ci il tarixdə, anası X3 ## ###### 2004-cü il tarixdə vəfat etmişdir.

3. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Ibrahimov Hidayət Salman oğlunun adına qeydiyyata alınmış, JN-941A, kod ******** nömrəli dövlət aktına əsasən, evin yerləşdiyi 0,07 ha torpaq sahəsi X3 mülkiyyətində olmuşdur.

4. ## ###### 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Ibrahimov Hidayət Salman oğlunun vərəsəsi oğlu cavabdeh3 onun mirasını qəbul etmişdir.

5. ## ###### 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X3 vərəsəsi oğlu cavabdeh3 olmuşdur.

6. # #### 2013-cü il tarixli çıxarışa əsasən, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi cavabdeh3 adına qeydiyyata alınmışdır.

7. ## ### 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipotekaya tutma yönəldilmiş, ## #### 2016-cı il tarixli çıxarışa əsasən, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 ASC-nin mülkiyyətinə keçmişdir.

8. ## #### 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 ASC qeyd edilən torpaq sahəsini və yaşayış evini cavabdeh3 arvadı və vərəsəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh3, Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisi və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Tovuz ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh3 adına verilmiş ## ###### 2013-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında sonuncunun adına verilmiş il # #### 2013-cü tarixli çıxarışın etibarsız hesab edilməsi, mərhum ataları Ibrahimov Hidayət Salman oğlundan miras qalmış və Tovuz rayon Abulbəyli kəndində yerləşən ümumi sahəsi 152.2 kv.m olan yaşayış evinə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum anaları X4 miras qalmış və hazırda Tovuz rayon Abulbəyli kəndində yerləşən 0.07 ha torpaq sahəsinə qanun üzrə birinci növbə vərəsə olaraq hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçıların atası Ibrahimov Hidayət Salman oğlu vəfat etdikdən sonra Tovuz rayonu Abulbəyli kəndində yerləşən yaşayış evi, anaları X3 vəfat etdikdən sonra isə 0.07 ha torpaq sahəsi miras qalmışdır. Valideynlərinin ölümündən sonra iddiaçılar qanun üzrə birinci növbə vərəsələr kimi mirası faktiki qəbul edib idarə etmişlər, lakin cavabdeh cavabdeh3 2013-cü ildə Abulbəyli kənd icra nümayəndəliyinin ## ###### 2013-cü il tarixli arayışı əsasında digər vərəsələri gizlədərək saxta vərəsəlik şəhadətnaməsi almış, yaşayış evini və torpaq sahəsini öz adına rəsmiləşdirmiş, daha sonra həmin əmlakı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 ASC qarşısında ipoteka predmeti etmişdir. Bundan əlavə, Tovuz rayon Nizami adına Sovxozun ## #### 1987-ci il tarixli ** nömrəli əmri ilə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi iddiaçı1 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinə ## ##### 1987-ci il tarixdə qeydiyyat vəsiqəsi, ## #### 1989-cu il tarixdə isə yaşayış evinə texniki pasport verilmişdir. Sonradan verilmiş mülkiyyət şəhadətnaməsində torpaq sahəsinin ölçüsü səhvən 0.03 ha göstərilmişdir. Bu səbəbdən iddiaçı1 çıxarışın faktiki istifadə etdiyi 0.05 ha torpaq sahəsinə uyğun verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmişdir. Apellyasiya baxışı zamanı məlum olmuşdur ki, cavabdeh cavabdeh3 digər vərəsələrin hüquqlarını gizlədərək və saxta arayış əsasında miras əmlakı öz adına rəsmiləşdirmişdir.

11. Müstəqil təəb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasında iddianın rədd edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, Zahid uzun müddətdir ki, Almaniyada yaşamışdır. Atası və anası vəfat edəndə o Azərbaycana gəlməmişdir. Hər birinin ayrı-ayrı yerlərdə evləri olduğunu qeyd etmişdir.

12. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Nümayəndə məhkəmə iclasında iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şahid mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Rəfayıl oğlu məhkəmə iclasında bildirmişdir ki, o Nüşabəni tanıyır. O, Hidayətin himayəsində olmuşdur, hamısı orada yaşamışdır. 1992-ci ildə babası vəfat etmiş, Zahid və Mahir həmin vaxt Bakıda yaşamışlar. Zakir isə Tovuzda yaşamışdır. Zahid 1996-cı ildə işlə bağlı Bakı şəhərinə getmişdir. 2004-cü ildə Gülüş vəfat etmişdir.

14. X2 məhkəmə iclasında bildirmişdir ki, o, 1998-ci ildə evlənmişdir. Gəlin köçəndə Zakir və Gülüş orada yaşamışdır. Gülüş 2004-cü ildə vəfat etmişdir. Zahid gəlib 40 gün orada yaşamışdır.

15. Tovuz Rayon Məhkəməsinin (hakim Z.A.Hünmətov) ## #### 2025-ci il *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. 16.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ölmüş şəxsin əmlakı qanun və ya vəsiyyət üzrə vərəsələrə keçir. Vəsiyyətnamə olmadıqda və ya etibarsız sayıldıqda qanun üzrə vərəsəlik tətbiq edilməlidir. Miras həm notariat qaydasında ərizə verməklə, həm də əmlaka faktiki sahiblik və idarəetmə yolu ilə qəbul edilə bilər. Faktiki qəbul dedikdə vərəsənin əmlakı öz mülkiyyəti kimi idarə etməsi, saxlaması və istifadə etməsi başa düşülməlidir.

17. Məhkəmə araşdırması zamanı iddiaçıların mirası nə notariat qaydasında, nə də faktiki olaraq qəbul etmələri sübuta yetirilməmişdir. Şahid ifadələri və digər sübutlarla müəyyən edilmişdir ki, miras əmlak cavabdeh tərəfindən idarə olunmuş, iddiaçılar isə həmin əmlaka sahiblik və idarəetmə ilə bağlı hər hansı hərəkət etməmişlər. Məhkəmə hesab etmişdir ki, iddiaçılar mirası qəbul etmiş vərəsə hesab edilə bilməzlər və buna görə də vərəsəlik şəhadətnaməsini mübahisələndirmək hüququna malik deyillər. 18.Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliyin qəbuluna dair müddəalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakına sahiblik etməsi, onu idarə etməsi və əmlak üzərində mülkiyyətçi kimi hərəkətlər etməsi başa düşülür. Hazırkı işdə isə iddiaçılar tərəfindən bu halları təsdiq edən kifayət qədər sübut təqdim olunmadığından, onların vərəsəlik hüququ haqqında şəhadətnamələri və həmin sənədlər əsasında verilmiş çıxarışı mübahisələndirmək üçün subyektiv hüquqlarının yaranmadığı qənaətinə gəlinmişdir. 19.Bu əsaslarla məhkəmə iddiaçıların vərəsəlik haqqında şəhadətnamələrin və çıxarışın etibarsız hesab olunması, habelə miras əmlakda hər birinə 1/3 hissədə pay müəyyən edilməsi barədə iddiasını əsassız hesab edərək təmin etməmişdir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 1133.1, 1133.2, 1151.1, 1159.1.1, 1246, 1248.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2022-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Gülüş Ibrahimova vəfat edənədək iddiaçılar Mahir və iddiaçı1larla birlikdə yaşamış, dəfn və yas mərasimlərinin bütün xərcləri onlar tərəfindən qarşılanmışdır. iddiaçı1 Almaniyada yaşasa da, anasının vəfatından sonra Azərbaycana gələrək 40 mərasiminədək həmin evdə yaşamış, sonradan xaricə qayıtdıqdan sonra da miras əmlak üzrə ödənişləri etmiş və əmlakı idarə etmişdir. iddiaçı2 da miras əmlaka dair ödənişlər etməklə mirası faktiki qəbul etmişdir. Eyni zamanda mərhum Hidayət Ibrahimovun vəfatından sonra iddiaçı1 uzun müddət həmin ünvanda yaşamış və əmək fəaliyyətini Tovuz rayonunda davam etdirmişdir. Təqdim edilən əmək kitabçaları və digər sənədlər iddiaçı1 miras əmlakı faktiki idarə etdiyini təsdiq etmişdir. Buna baxmayaraq, cavabdeh3 2013-cü ildə digər birinci növbə vərəsələrin mövcudluğunu gizlədərək saxta vərəsəlik şəhadətnaməsi almış, yaşayış evi və torpaq sahəsini öz adına rəsmiləşdirmiş, daha sonra isə həmin əmlakı ipoteka predmeti etmişdir. Bu hallar göstərir ki, notariat orqanına və digər aidiyyəti qurumlara iddiaçıların mirası faktiki qəbul etməsi məlum olmuşdur. Beləliklə, iddiaçılar qanun üzrə birinci növbə vərəsə kimi mirası faktiki qəbul etmiş, onların vərəsəlik hüquqları isə saxta sənədlər və qanunsuz hərəkətlər nəticəsində pozulmuşdur.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərardadı ilə cavabdeh cavabdeh3 iddia qaldırılanadək vəfat etdiyi üçün ona münasibətdə iş üzrə icraata xitam verilmişdir. 24.Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - M.Ə.Mustafayev (sədrlik edən və məruzəçi hakim), Ə.S.Qəhramanov, R.Ş.Muradov ) ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 25.Məhkəmə qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan Hidayət Ibrahimov ##.##.1992-ci ildə, Gülüş Ibrahimova isə ##.##.2004- cü il tarixdə vəfat etmişdir. Buna görə də, Hidayət Ibrahimova münasibətdə 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin normaları, Gülüş Ibrahimova münasibətdə isə ## ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. 26.Işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan Hidayət Ibrahimovun və Gülüş Ibrahimovanın qanun üzrə birinci növbəli vərəsəsi cavabdeh3 mərhum valideynlərinin ölümündən sonra mirasa həm faktiki sahiblənməklə, həm də notariat ofisinə müraciət etməklə mirası qəbul etmişdir. Iş materiallarında olan sənədlər, habelə birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Rəfayıl oğlu və X1m ifadəsi ilə öz təsdiqini tapır. Belə ki, şahid qismində dindirilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Rəfayıl oğlu izahatında Nüşabəni tanıdığını, onun Hidayətin himayəsində olduğunu, hamısının orada yaşadığını, 1992-ci ildə babasının vəfat etdiyini, Zahid və Mahir həmin vaxt Bakıda yaşadığını, Zakirin isə Tovuzda yaşadığını, Zahidin 1996-cı ildə işlə bağlı Bakı şəhərinə getdiyini bildirmişdir. Həmçinin şahid qismində dindirilmiş X1 izahatında 1998-ci ildə evləndiyini, gəlin köçəndə Zakir və Gülüşün orada yaşadığını, Gülüşün 2004-cü ildə vəfat etdiyini, Zahidin gəlib 40 gün orada yaşadığını bildirmişdir. Həmin şahid ifadələrinin obyektivliyi barədə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, adları qeyd olunan şahidlər işin həqiqi halları barədə məlumata malik şəxslərdir. Çünki, şahidlər tərəflərin qohumu olmaqla, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Hidayət Ibrahimovun nəvəsi, Aynurə Əhmədova isə onun həyat yoldaşıdır və onlar 2005ci ilədək mübahisəli evdə yaşamışlar. Həmçinin, şahidlər iddiaçı tərəfin vəsatəti ilə dindirilmişdir. Bir sözlə, şahid ifadələrinin mötəbərliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından məhkəmə kollegiyası həmin ifadələri mötəbər sübut olaraq qiymətləndirir. Iddiaçı apellyasiya şikayətində anası Gülüş Ibrahimova ölən bir günədək iddiaçılar Mahir və iddiaçı1la yaşadığını, onun vəfatından sonra bütün dəfn xərcini onlar çəkmiş və yenə də, mirası Zahid və iddiaçı2lar faktiki qəbul edərək idarə etmələrini bildirsə də, bu halı iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahid mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ifadəsi təkzib etmişlər. Digər tərəfdən iddiaçının özününü iddia ərizəsindən qeyd etdiyi kimi Tovuz rayon Nizami adına Sovxozun ##.##.1987ci il tarixli, ** nömrəli əmrinə əsasən Tovuz rayon Bozalqanlı kəndi ərazisində atası Ibrahimov Hidayət Salmana oğluna məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsi bölünərək fərdi yaşayış evinin tikintisi üçün onun, yəni iddiaçı1 mülkiyyətinə verilmiş, həmin tarixdən də, qeyd olunan torpaq sahəsi onun mülkiyyətində olmuş, o, həmin torpaq sahəsində yaşayış evi tikərək ailəsi ilə orada yaşamış, qeyd olunan torpaq sahəsinə ##.##.1987-ci ildə qeydiyyat vəsiqəsi verilmiş, ##.##.1989-cu ildə isə həmin torpaq sahəsində tikdiyi evə texniki pasport verilmişdir. Göründüyü kimi, iddiaçıların miras qoyan valideynlərinin ölümündən sonra ondan miras qalmış evdə yaşamaları iş materialları ilə müəyyən olunmur. Həmçinin iddiaçı apellyasiya şikayətində iddiaçı1 Almaniya Federasiyasında yaşasa da anasının vəfatından sonra Azərbaycan Respublikasına gəlməsi, 40 mərasiminədək orada yaşaması sonradan geri qayıtsa da, mülkə aid bütün ödənişləri edərək mirasa sahiblik etməsini, eyni zamanda da iddiaçı2 miras əmlaka aid ödənişləri edərək mirasa faktiki olaraq sahiblik etdiyini iddia etsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Əksinə, birinci instansiya məhkəməsində dindirilmiş şahid X5 yalnız 40 gün qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı həmin evdə yaşadığını bildirmişdir. 66. Məhkəmə kollegiyası nəzərə alır ki, əgər iddiaçıların mirası qəbul etmək kimi niyyəti var idisə, notariat ofisinə mirasın qəbulu barədə ərizə vermək imkanına da sahib olmuşdur. Lakin, işdən göründüyü kimi iddiaçılar bu hərəkəti də yerinə yetirməmişlər. Həmçinin, iddiaçıların vərəsə qismində əmlaka sahiblik etməklə və (ya) əmlakı idarə etməklə mirası qəbul etməsi, yəni miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün hərəkətlərin icra edilərək bariz şəkildə nümayiş etdirilməsi, dolayısıyla onun miras aktivini və miras passivini qəbul etməsi, yaxud mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməsi və ya həmin müddət ərzində vərəsəlik hüququnun realizəsi üçün notariat ofisinə üzrlü səbəblərdən müraciət edə bilməməsi müəyyən edilmir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Hidayət Ibrahimovun ##.##.1992-ci il tarixdə vəfat etməsindən sonra ##.##.1995-ci il tarixədək iddiaçı1 Tovuz rayon *** nömrəli Texniki Peşə məktəbində işləməsinə dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçının Tovuz rayon *** nömrəli Texniki Peşə məktəbində işləməsi özü-özlüyündə mirasın faktiki qəbulunu təsdiq edən hal kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edildyi, iş materialları o cümlədən iddiaçının ərizəsindən də, göründüyü kimi iddiaçı 1989-cu ildən eyni kənddə özünə məxsus olan evdə yaşamışdır. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də, əsassız sayır. 28.Apellyasiya məhkəməsi öz mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ####### 2022-ci il tarixli, G.Qəhrəmanovanın şikayəti üzrə ## #### 2014-cü il tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə ## #### 2022-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

Kassasiya şikayətinin dəlilləri

29. Iddiaçı iddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin araşdırılaraq mübahisəyə düzgün qiymət verilməsi üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 30.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, təqdim etdiyimiz sübutlara və vəsatətlərə hüquqi qiymət verməmişdir. Xüsusilə, mirasın faktiki qəbul olunmasını təsdiq edən şahid ifadələri, əmək kitabçaları, qeydiyyat faktları, yaşayış və idarəetmə halları nəzərə alınmamışdır. Bundan əlavə, saxta arayışların verilməsi və həmin sənədlər əsasında vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi ilə bağlı irəli sürdükləri dəlillər və vəsatətlər məhkəmə tərəfindən araşdırılmamış, bu hallara hüquqi qiymət verilməmişdir. 31.Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1243.1 və 1243.3-cü maddələrinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı1 birinci növbə vərəsə kimi mirası faktiki qəbul etmiş, mərhum valideynləri ilə eyni həyətdə yerləşən evdə yaşamış, onların ölümündən sonra miras əmlakı idarə etmiş və ailəyə faktiki sahiblik etmişdir. Iş materialları, əmək kitabçaları, yaşayış və qeydiyyat faktları, həmçinin şahid ifadələri iddiaçı1 mərhum atasının ölümündən sonra uzun müddət həmin yaşayış yerində yaşadığını və mirası idarə etdiyini təsdiq etsə də, məhkəmə bu sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassator hesab edir ki, mirasın bir hissəsinə faktiki sahiblik edilməsi qanunvericiliyə əsasən mirasın tam qəbul edilməsi kimi qiymətləndirilməli olduğu halda, aşağı instansiya məhkəmələri bu hüquqi mövqeni nəzərə almadan əsassız olaraq iddianı rədd etmiş və bununla da onun vərəsəlik hüquqlarını pozmuşdur. 32.Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsi və 60-cı maddəsinin İ hissəsi ilə təminat verilən vərəsəlik və məhkəmə müdafiəsi hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı1 və iddiaçı2 valideynləri ilə birgə yaşamış, onların vəfatından sonra dəfn və yas mərasimlərini təşkil etmiş, miras əmlakın saxlanılması və idarə olunması ilə bağlı xərcləri çəkərək mirası faktiki qəbul etmişlər. Buna baxmayaraq, məhkəmə onların mirası qəbul etmədikləri nəticəsinə gəlmiş və eyni zamanda cavabdeh cavabdeh3nin yeganə vərəsə kimi göstərilməsinin səbəblərini, habelə kənd icra nümayəndəliyinin arayışının düzgünlüyünü araşdırmamışdır. Kassatorlar qeyd etmişlər ki, əgər onların vərəsəlik hüquqları mövcud deyildisə, həmin sənədlərdə niyə digər birinci növbə vərəsələrin mövcudluğu gizlədilmişdir. Şikayətdə vurğulanmışdır ki, saxta arayış və vərəsəlik şəhadətnaməsi əsasında miras əmlak qanunsuz olaraq rəsmiləşdirilmiş, sonradan ipoteka predmeti edilmişdir. Apellyasiya məhkəməsi isə bu hallarla bağlı təqdim olunan dəlillərə və vəsatətlərə hüquqi qiymət verməmiş, nəticədə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. 33.Kassator qeyd etmişdir ki, qəbul edilmiş qətnamələr maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, nəticədə konstitusion vərəsəlik və məhkəmə müdafiəsi hüquqlarımız pozulmuşdur. Buna görə də qəbul edilmiş məhkəmə aktlarının ləğv edilərək işin yenidən baxılması zəruridir.

34. Iddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə, 60-cı maddənin 1 -ci hissəsinə, MM-nin 1151.1, 1243.1, 1243.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 ASC tərəfindən ayrı-ayrılıqda etiraz daxil olaraq kassasiya şikayətini əsassız və iddianı məntiqsiz hesab etdiklərini, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının # ######## 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsi

36.Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 37.Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. 38.Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 39.Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 40.Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər. Bundan başqa, qanunvericilik vərəsənin üzürlü səbəblərdən mirası vaxtında qəbul etməməsi halında müddətin uzadılmasına yol verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 41.Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 42.Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 43.Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 44.Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 45.Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 46.Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 47.Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 48.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

53. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

54. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, dəlillər əsasən işin faktiki hallarının araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə bağlıdır. MPM-nin 407.2-ci maddəsinə əsasən bu dəlillər kassasiya baxışının predmeti ola bilməz. Sübutların qiymətləndirilməsi işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aiddir, kassasiya instansiyası məhkəməsi tərəfindən isə sübutların araşdırılması və qiymətləndirilməsi həyata keçirilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş normalara riayət edilib-edilmədiyi yoxlanılır.

55. Işə mahiyyəti üzrə baxmış məhkəmələr işdəki sübutları qiymətləndirərək hesab etmişlər ki, iddiaçılar tərəfindən valideynlərindən miras qalmış əmlakın qəbul edildiyi sübut edilmədiyindən onların digər vərəsəyə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququ yoxdur.

56. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilmiş, kassasiya şikayətində qeyd edimiş maddi və prosessual pozuntulara yol verilməmişdir.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar