Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-952/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı ilk, QƏRARİ Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı iddiaçı1 cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair ilk, cavabdeh1 iddiaçı1 qarşı “miras əmlakın bölüşdürülməklə payın müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. iddiaçı1 valideynləri X8 və X1 1957-ci il ## ###### tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan onların 4 övladı - cavabdeh2, X5, cavabdeh3 və iddiaçı1 adlı uşaqları doğulmuşdur. X3 1992-ci il ## ######, X8 1996-cı il ## ######, X5 isə 2018-ci il ## ##### tarixdə vəfat etmişdir.
2. X5 və X2 1994-cü il # ##### tarixdə rəsmi nikaha daxil olmuş və 2009-cu il # ### tarixdə nikahları pozulmuşdur. Tərəflərin birgə nikahlarından ##.##.1994-cü il tarixdə X9 doğulmuşdur.
3. X9 sonluğu ##.##.1993-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.1993-cü il tarixli *** saylı “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması” Qərarına əsasən milli mənsubiyyətə uyğun olaraq “Bayramova”dan “Bayramlı”ya, adı isə Balakən rayon Icra Hakimiyyəti Başçısının *** nömrəli sərəncamına əsasən “Samurat”dan “Humay”a dəyişdirilmişdir.
4. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-***A nömrəli (kod:40102018) şəhadətnaməyə əsasən ünvan 1ndə yerləşən 0.19 ha həyətyanı torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN-**** nömrəli (kod:40102018) dövlət aktına əsasən ünvan 1ndə yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir.
5. ünvan 1ndə yerləşən 0.19 ha həyətyanı torpaq sahəsində 1987-ci il tarixdə inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə dair iddiaçı1 adına 2005-ci il tarixdə keçmiş Balakən rayon DTII tərəfindən 206 inventar nömrəli texniki pasport hazırlanmışdır.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il # ####### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə JN-***A nömrəli (kod:40102018) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə mülkiyyətə verilmiş ünvan 1ndə yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X8 məxsus ½ hissəsi üzərində və JN-**** nömrəli (kod:40102018) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ndə yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X8 məxsus ½ hissəsi üzərində iddiaçı iddiaçı1, X5, cavabdeh3 və cavabdeh2 hər birinin ¼ hissə payı müəyyən edilmişdir.
7. iddiaçı1 qardaşı X5 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə ##.##.2024-cü il tarixli ərizə ilə Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat ofisini müraciət etmişdir. Eyni zamanda miras qoyan X5 qızı cavabdeh1 da ##.##.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, atasından miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
8. Balakən rayon Hənifə Bələdiyyəsi tərəfindən verilən 2024-cü il ## ### tarixli ** nömrəli arayış ilə müəyyən edilmişdir ki, Aqrar Islahat zamanı iddiaçı1 mərhum qardaşı X5 ailə üzvləri iki nəfər olmaqla JN-**** saylı dövlət aktına əsasən 0.66 ha pay torpaq sahəsi verilmişdir. Verilmiş həmin torpaq sahəsinə görə Hənifə bələdiyyəsi tərəfindən hesablanmış torpaq vergisi hal-hazıradək bələdiyyəyə onun bacısı iddiaçı1 tərəfindən ödənilir və heç bir vergi borcu yoxdur.
9. cavabdeh1 ##.##.2011-ci il tarixdən hal-hazıradək Balakən rayon Kortala ərazi dairəsinin Kortala kəndində daimi pasport qeydiyyatındadır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı iddiaçı1 (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 (bundan sonra – cavabdehlər və ya ad,soyad) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən JN-***A nömrəli (kod:40102018) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.19 ha həyətyanı və JN-**** nömrəli (kod:40102018), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mirasqoyan X5 məxsus ½ hissələri üzərində iddiaçının tam şəkildə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11.
12. Cavabdeh cavabdeh1 da iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2018-ci il tarixdə vəfat etmiş atası X5 miras qalmış əmlakların - ünvan 1ndə yerləşən JN-***A nömrəli (kod:40102018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.19 ha həyətyanı və JN-**** nömrəli (kod:40102018), “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mirasqoyan X5 məxsus ½ hissələrinin qanun üzrə vərəsəlik qaydasında bölüşdürülməklə miras əmlakdan cavabdeh1 tam hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, cavabdeh1 ##.##.1994-cü ildə mübahisəli evdə doğulmuş, X5 qızı olaraq birinci növbəli vərəsədir. Məhkəmə aktları ilə miras əmlakın bir hissəsi üzrə paylar müəyyən edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bununla yanaşı, cavabdeh cavabdeh1 atasına məxsus qalan hissə üzrə miras payının tam şəkildə ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh cavabdeh1 atasının vəfatınadək həmin ünvanda qeydiyyatda olmuş, notariat orqanına müraciət edərək miras hüququnu tələb etmişdir. Bu hallar onun mirası qəbul etdiyini göstərmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, digər şəxs - iddiaçı iddiaçı1 atasının vəfatı zamanı ayrıca təsərrüfata malik olmuş və həmin təsərrüfatda qeydiyyatda olmamışdır.
14. Məhkəməyə təqdim edilmiş Balakən rayon IHB-nın Hənifə kənd Inzibati Ərazi dairəsi üzrə nümayəndəsini müvəqqəti icra edən Y.Həsənov tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *** nömrəli arayışında göstərilmişdir ki, X5 vəfat etdiyi ##.##.2018-ci il tarixədək ünvan 1 ünvanında daimi qeydiyyatda olmuş, qızı cavabdeh1 mərhumun vəfat etdiyi tarixdən bilavasitə sonrakı 6 ay ərzində eyni evdə (mənzildə) qeydiyyatda qalmışdır.
15. Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ## #### 2025-ci il tarixdə verilmiş *** nömrəli məktubda qeyd olunur ki, Balakən rayon, Hənifə kəndi 2016-2020-ci və 2021-2025-ci illər üzrə * nömrəli ev təsərrüfatlarının uçotu kitabının 158ci şəxsi hesab nömrəsində iddiaçı1 ayrıca təsərrüfatının olduğu, həmin təsərrüfatda qızı X6 qeyd edildiyi, 2014-cü ildə inşa edilmiş 70 kv.m sahədən ibarət fərdi yaşayış evinin olduğu, eyni zamanda həmin təsərrüfatda 0,20 ha həyətyanı torpaq sahəsi, 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu qeyd edilmişdir.
16. Balakən Rayon Icra Hakimiyyəti tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş *- **/****/**** nömrəli məktubda göstərilir ki, Balakən rayon Dövlət Arxivinin təqdim etdiyi sənədlərdə 1996-2000-ci illərin təsərrüfatbaşına uçot kitabının *** saylı şəxsi hesab nömrəsində 0,20 ha həyətyanı torpaq sahəsi, 1968-ci ildə inşa edilmiş, ümumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 54 kv.metr olan fərdi yaşayış evinin olduğu, ərizəçinin qardaşı 1959cu il təvəllüdlü X5, 1969-cu il təvəllüdlü X7 və 1994-cü il təvəllüdlü X9 adları qeyd olunmuş, kitabın 23-cü sütununda (təsərrüfatın tərkibindən tamamilə çıxan təsərrüfat üzvləri haqqında qeyd) Ulduz Bəyramovanın və qızı Samurat Bayramovanın 1994-cü ildə Qullar kəndinə getdikləri və təsərrüfatdan silinmələri, Aslan Bayramovun isə müvəqqəti Rusiya Federasiyasında olması ilə bağlı qeyd aparılmışdır. 2001-2005-ci illərin təsərrüfatbaşına uçot kitabının 215-ci şəxsi hesab nömrəsində 0,20 ha həyətyanı torpaq sahəsi, 1968-ci ildə inşa edilmiş, ümumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 54 kv.metr olan fərdi yaşayış evinin olduğu, X5, 1965-ci il təvəllüdlü iddiaçı1 və 2001-ci il təvəllüdlü X6 adlarının qeyd olunduğu, iddiaçı1 və qızı A.Paraşovanın 2005-ci ildə Balakən şəhərindən gəldikləri, Aslan Bayramovun 2003-cü ildən Rusiya Federasiyasına müvəqqəti getdiyi qeyd olunmuşdur. Hazırda nümayəndəlikdə mövcud 2016-2020-ci illərin təsərrüfatbaşına uçot kitabının 158-ci şəxsi hesab nömrəsində 0,20 ha həyətyanı torpaq sahəsi, 0,84 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin,1968-ci ildə inşa edilmiş (sözügedən fərdi yaşayış evi 2014-cü ildə əsaslı təmir üsulu ilə bərpa edilmişdir), ümumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 54 kv.metr olan fərdi yaşayış evinin, 20 kv metr sahəsi olan tövlənin olduğu, iş yeri Hənifə kənd mədəniyyət evinin bədii rəhbəri olan iddiaçı1 və məktəbli X6 adları qeyd olunmuşdur. RIHB-nın Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi əmək məzuniyyətində olarkən vəzifəsini müvəqqəti icra edən nümayəndənin müavini X11 (2023-cü ildən öz ərizəsinə əsasən işdən azad edilmişdir) tərəfindən Balakən Notariat Kontoruna təqdim edilməsi üçün verilmiş ##.##.2023-cü il tarixli, *** saylı arayışda mərhum Aslan Bayramovun varisi cavabdeh1 mərhumun tək varisi olduğu və Aslan Bayramovun vəfat etdiyi tarixdən bilavasitə sonrakı 6 (altı) ay ərzində eyni evdə qeydiyyatda qalması barədə qeyd olunmuşdur. Verilmiş arayış yuxarıda təsərrüfatbaşına uçot kitablarında aparılmış qeydlərlə ziddiyət təşkil etmişdir. Arayışı imzalamış Yaqub Həsənovun hazırda nümayəndəlikdə işləmədiyi, onun barəsində tərəfimizdən qanuni tədbir görülməsinin mümkün olmadığı ərizəçi iddiaçı1 bildirilmişdir.
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmiş, eyni zamanda vəsatət təqdim edərək bildirmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən sübut kimi təqdim olunan ##.##.2023-cü il tarixli *** nömrəli arayışda onun ##.##.2018-ci ilədək Hənifə kəndində qeydiyyatda olduğu göstərilsə də, iş materiallarında olan rəsmi sənədlərə əsasən onun ##.##.2011-ci ildən Kortala kəndində qeydiyyatda olduğu müəyyən edilir və bu məlumatlar arasında ziddiyyət mövcuddur. Nümayəndə qeyd etmişdir ki, həmin arayışda həqiqətə uyğun olmayan məlumatlar əks etdirilmiş və bu arayışdan bilə-bilə istifadə olunmuşdur. Bu səbəbdən, müvafiq şəxslərin hərəkətlərində cinayət əlamətlərinin olubolmamasının araşdırılması üçün materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
18. Balakən Rayon Məhkəməsinin (hakim A.N.Cəfərova) 2025-ci il ## #### tarixli e- *(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, ünvan 1ndə yerləşən JN- ***A nömrəli (kod:40102018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.19 ha həyətyanı və JN-**** nömrəli (kod:40102018), “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə mülkiyyətə verilmiş 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin miras qoyan X5 məxsus ½ hissələri üzərində iddiaçının tam şəkildə miras payının müəyyən edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özünə aid edillməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən etibarən üç ay, hər halda isə mirasın açıldığı gündən altı ay müddətində mirası qəbul edə bilər. Bu müddət həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə şamil olunur. Mirasın qəbulu vərəsənin miras əmlakı əldə etmək niyyətini ifadə edən hüquqi hərəkətdir və rəsmi (notariat orqanına yazılı müraciət) və ya qeyri-rəsmi (faktiki sahiblik və ya idarəetmə) üsullarla həyata keçirilə bilər.
20. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh cavabdeh1 miras qoyanın birinci növbəli vərəsəsidir. Lakin o, notariat orqanına yalnız ##.##.2023-cü il tarixdə müraciət etmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Təqdim olunmuş ##.##.2023-cü il tarixli arayışda onun mərhumun vəfatından sonra altı ay ərzində Hənifə kəndində qeydiyyatda qalması göstərilsə də, bu məlumat digər rəsmi sənədlərlə təkzib olunmuşdur. Belə ki, polis və icra hakimiyyəti orqanlarının məlumatlarına əsasən, o, ##.##.2011-ci ildən etibarən Kortala kəndində daimi qeydiyyatdadır və mübahisəli ünvanda yaşamamışdır. Bu səbəbdən, təqdim edilən arayış mötəbər sübut kimi qəbul edilməmiş və cavabdeh cavabdeh1 mirası faktiki və ya rəsmi qaydada qəbul etməsi sübuta yetirilməmişdir. Nəticə etibarilə, qarşılıqlı iddia təmin edilməmişdir. Həmçinin məhkəmə Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin ##.##.2023-cü il tarixli *** nömrəli arayışı ilə bağlı X11 və cavabdeh cavabdeh1 hərəkətlərində cinayət tərkibi müəyyən etmədiyindən, xüsusi qərardad qəbul olunmamışdır.
21. Məhkəmə ilk iddia tələbini təmin etməklə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, miras qoyan X5 ikinci növbəli vərəsələri onun bacı-qardaşları – cavabdehlər cavabdeh2, cavabdeh3 və iddiaçı iddiaçı1dır. Iddiaçı isə iddia ərizəsi ilə müraciət edərək, miras əmlakı üzərində payının tam müəyyən edilməsini xahiş etmişdir.
22. Iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1ndə yerləşən 0,19 ha həyətyanı torpaq sahəsindəki fərdi yaşayış evinə dair 2005-ci ildə onun adına texniki pasport verilmiş, o, əmlakı faktiki idarə etmiş, həmin ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşamışdır. Həmçinin 0,66 ha torpaq sahəsinə görə hesablanmış torpaq vergisi mütəmadi olaraq onun tərəfindən ödənilmişdir. Məhkəmə aktları və rəsmi məlumatlara əsasən, digər vərəsələrdən cavabdeh2 2000-ci ildən Rusiya Federasiyasında, cavabdeh3 isə 2002-ci ildən Almaniyada yaşayır və mirası qəbul etməmişlər. Beləliklə, yalnız iddiaçının mirası qəbul etməsi müəyyən olunduğundan, iddia tələbi təmin edilməlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1148, 1151.1, 1159.1.1, 1159.2, 1163, 1243.2, 1246-cı, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 88, 119.1, 217.2, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2022-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətçi X4 birinci növbəli vərəsəsi kimi miras əmlakdan tam pay almaq hüququna malikdir və mirasdan imtina etməmişdir. O, təqdim etdiyi ##.##.2023-cü il tarixli arayışa istinad edərək atasının vəfatınadək Hənifə kəndində qeydiyyatda olduğunu və həmin təsərrüfatda qaldığını, bunun da mirası faktiki qəbul etməsini təsdiq etdiyini bildirmişdir. Eyni zamanda, ##.##.2025-ci il tarixli arayışda Hənifə kəndində iddiaçıya məxsus ayrıca təsərrüfatın mövcud olduğu qeyd edilmişdir. Şikayətçi ##.##.2023-cü il tarixdə notariat orqanına müraciət edərək, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Şikayətçi hesab etmişdir ki, mirasdan imtina etməmiş, lakin atasının vəfatı zamanı ayrıca təsərrüfata malik olmuşdur. Bundan başqa, o, birinci instansiya məhkəməsinin işi tam araşdırmadığını, maddi və prosessual hüquq normalarını pozduğunu və mirasın düzgün bölüşdürülmədiyini göstərmişdir.
26. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - T.V.Musayev (sədrlik edən və məruzəçi), E.M.Mehdiyev və E.B.Isayev) 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmamış və hesab etmişdir ki, irinci instansiya məhkəməsinin ilk iddianı təmin etməsi və qarşılıqlı iddianı rədd etməsi barədə nəticəsini düzgün saymışdır. Iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 iddia qaldırmaqda əsas məqsədi mirasdan pay əldə etməkdir.
28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisə 2000-ci il # ######## tarixdən qüvvədə olan MM-in müddəalarına əsasən həll edilməlidir. Miras açılan vaxt qüvvədə olmuş MM-in 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən etibarən üç ay ərzində mirası qəbul etməlidir, mirasın açıldığı gündən altı ay keçdikdən sonra qəbuluna yol verilmir. Mirasın qəbulu qanunvericilikdə nəzərdə tutulmuş qaydada, notariat orqanına ərizə verməklə və ya əmlaka faktiki sahiblik və idarəetməyə başlamaqla həyata keçirilir.
29. Kollegiya müəyyən etmişdir ki, miras qoyan Aslan Bayramovun vəfatından sonra ikinci növbə vərəsə olan bacısı - iddiaçı mirası faktiki qəbul edib idarə etmiş, birinci növbə vərəsə cavabdeh cavabdeh1 isə yalnız ##.##.2023-cü il tarixdə notariat orqanına müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyatorun birinci növbə vərəsə kimi mirasdan tam pay almaq hüququna dair dəlilləri əsassızdır. Belə ki, o, miras qoyanın vəfatından sonra ayrıca yaşamış, mirası faktiki qəbul etməsi və ya idarə etməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinə əlavə olunmuş ##.##.2023-cü il tarixli, *** nömrəli arayışa əsaslanan dəlilləri əsassız hesab etmiş və bildirmişdir ki, Balakən Rayon Polis Şöbəsinin ##.##.2025-ci il tarixli məktubu ilə cavabdeh cavabdeh1 ##.##.2011-ci ildən etibarən Balakən rayonunun Kortala kəndində qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin, Balakən Rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, təsərrüfat uçotu sənədlərində mübahisəli əmlak üzrə digər şəxslərin adları göstərilmiş, apellyatorun isə həmin təsərrüfatda qeydiyyatda olması təsdiq edilməmişdir. Bu sənədlər ##.##.2023-cü il tarixli arayışla ziddiyyət təşkil edir. Beləliklə, müəyyən edilmişdir ki, apellyator miras açıldıqdan sonra qanunla nəzərdə tutulmuş 6 aylıq müddətdə miras əmlaka faktiki sahiblik və ya idarəetmə ilə bağlı mötəbər sübut təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, cavabdeh cavabdeh1 atasının ölümündən xəbərdar olsa da, qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməmiş, nə notariat orqanına müraciət etmiş, nə də əmlaka faktiki sahiblik və idarəetmə həyata keçirmişdir. Kollegiya belə nəticəyə gəlmişdir ki, cavabdeh cavabdeh1 mirası qəbul etmədiyindən, birinci növbə vərəsə olsa belə, mirasdan pay almaq hüququnu itirmişdir.
32. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, MM-in 1133.1, 1134.1, 1145, 1146, 1148, 1151.1, 1159.1, 1159.2, 1163, 1243, 1246-cı, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 218, 372, 385, 402-ci maddələrinə, “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2013-cü il ## ####### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2014-cü il ## #### tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə kollegiyasının 2007-ci il # #### tarixli qərarının AzərbaycanRespublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 2008-ci il # ### tarixli Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh cavabdeh1 (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmini barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə X8 qalmış miras əmlak vərəsələr arasında bərabər paylarla bölüşdürülmüş və qətnamə qanuni qüvvəyə minmişdir. Eyni yanaşmanın X5 qalmış mirasa da tətbiq olunmalı olduğu bildirilmişdir. Belə ki, əvvəlki qətnamədə miras bir neçə vərəsə arasında bölündüyü halda, hazırkı halda birinci növbə vərəsə olmasına baxmayaraq iddiaçıya pay ayrılmamış, miras tam həcmdə ikinci növbə vərəsəyə verilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
36. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
38. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
39. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
40. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
41. Maddə 1148. Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
43. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
44. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
45. Maddə 1159.2. Ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
46. Maddə 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.
47. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
48. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
49. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
57. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Belə ki, iddiaçılar hazırkı tələblərində miras qalmış əmlakdan payların müəyyən olunmasını tələb edir. Iddiaçıların bu tələb üzrə subyektiv hüququnun olması üçün onların təkcə miras qoyanın qanun üzrə vərəsə sayılması kifayət etmir. Çünki mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır.
64. Mirasın açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 1243.1-ci maddəsi də mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsənin qəbul etməsini tələb edir.
65. Miras açılan dövrdə vərəsəlik münasibətlərində vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini tənzimləyən Mülki Məcəllənin 1246-cı və 1248-ci maddələrinin tətbiqi üzrə məhkəmə təcrübəsinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməli idi. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirmiş sayılırdı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarı).
66. Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29cu maddəsinin İ və VII hissələrinə, 71-ci maddəsinin İ və II hissələrinə və 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
67. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir (Konstitusiya Məhkəməsainin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarı).
68. Buna görə də ilkin iddia və qarşılıqlı iddia üzrə iddiaçıların mirasdan pay almağa subyektiv hüququ, onların mirası qəbul etməsindən asılıdır.
69. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir: 1. vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi; 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi.
70. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
71. Işə baxmış məhkəmələr də mirasın qəbul edilməsi əsaslarının müəyyən edən Mülki Məcəllənin 1243.1, 1243.2, 1243.3-cü maddələrində müəyyən olunan əsaslar üzrə işin hallarını yoxlamış və haqlı olaraq iddiaçı1 iddiasının təmin, cavabdeh1 iddiasının rədd olunması barədə qərara gəlmişdir.
72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
73. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.