Məhkəmə qərarları › İş №2(1-8)-961/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-961/2026

19.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-961/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı (Bakı şəhəri Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması (neqator tələb) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Xəzər RIH-in # #### 2014-cü il tarixli,*** saylı Sərəncamı ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, * saylı Zeytun sovxozu ərazisində, Qala-Pirallahı yolunun sağ tərəfində istifadəsində olan torpaq sahəsində layihə əsasında ticarət obyektinin tikintisinə icazə verilmişdir.

2. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının ## #### 2016-cı il tarixli aktına əsasən İddiaçı məxsus ticarət obyekti istismara qəbul olunmuşdur.

3. Torpaq sahəsinin icarəyə verilməsi barədə ## ###### 2022-ci il tarixli, **** saylı müqavilə ilə, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, * saylı Zeytun sovxozu ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 52 kv metr torpaq sahəsi illik 240 manat məbləğində icarə haqqı ödəmək şərti ilə 2 il müddətinə İddiaçı icarəyə verilmişdir, tərəflərin birinin ərizəsi olmadığı halda müqavilə eyni müddətə uzadılmış hesab edilir.

4. Bakı şəhəri Xəzər rayonu Icra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov tərəfindən göndərilmiş ## ######## 2023-cü il və ## ###### 2023-cü il tarixli məktubda, Cavabdeh təmizlik işləri aparılması tapşırılmış, nümayəndə3 və İddiaçı isə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən tikilmiş çardaq toyuq məhsulları dükanı və ət dükanının cavabdehin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Maraqlı şəxs Başçısının # #### 2014-cü il tarixli, *** saylı Sərəncamı ilə iddiaçı İddiaçı Qala qəsəbəsi, * saylı Zeytun sovxozunun ərazisində, Qala- Pirallahı yolunun sağ tərəfində layihə əsasında 54,7 kv metrlik ticarət obyektinin tikintisinə icazə verilmişdir. ## #### 2016-cı il tarixdə işlər başa çatdığı üçün müvafiq komissiya tərəfindən obyektin istismara qəbul edilməsi haqqında tərtib edilmiş aktı Xəzər rayon IH Başçısı təsdiq etmiş və həmin vaxtdan hazıradək obyekt “Baytarlıq apteki” olaraq fəaliyyət göstərir. Təxminən 2019-cu ildə onun obyektinə bitişik, heç bir ara məsafəsi saxlamadan, onun etirazlarına məhəl qoymadan qeyri-qanuni olaraq cavabdeh tərəfindən mağaza tikilməsinə başlanmışdır. Nəticədə o, obyektinin arxasına keçə bilməmişdir. Cavabdeh tərəfindən tikilmiş mağazada buğda, arpa, ot, saman satılmaqla həmin məhsullar mağazanın qabağına tökülür və bununla da piyadaların yolu kəsilmiş, mağazanın ətrafı zibilliyə döndərilmişdir. Külək zamanı həmin zibillər onun işlətdiyi mağazaya dolur. Cavabdehin bu hərəkətindən Maraqlı şəxs şikayət edilmiş, əməkdaşlar tərəfindən əraziyə baxış keçirilmiş və Cavabdeh ərazidə təmizlik işləri aparılması tapşırılmışdır.

7. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 1991-ci ildə həmin torpaq sahəsi anası Fərzalıyeva Şümaləyə verilmişdir. Həmin torpaqda ev tikilmiş və hasarları da vardır. Iddiaçı 20 il sonra həmin əraziyə gəlib, qonşularla mübahisə edir, əsassız olaraq narazılıq edir. Ona məxsus obyekt iddiaçıya heç bir maneə törətmir.

8. Iş materiallarına əlavə edilmiş # ######## 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa edilmiş tikili müvafiq icazəverici sənədlər olmadığından Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara uyğun deyildir. İddiaçı tərəfindən inşa edilmiş tikili Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara uyğundur. Tədqiq olunan tikililər bir birindən təcrid olunmuş şəkildə yerləşməklə yanaşı ayrı-ayrılıqda giriş-çıxış qapılarına malikdirlər. Lakin Cavabdeh tərəfindən inşa edilmiş tikilinin hər hansı şəxsə maneəçilik törədib-törətməməsinin müəyyən olunması tikinti-texniki ekspertizanın həll etdiyi məsələ deyildir.

9. Yerində baxış nəticəsində müəyyən olunmuşdur ki, obyektlər bitişikdir, ayrı-ayrı girişlərə malik olmaqla bir-birinə maneə yaratmır. Eyni zamanda Fərzəliyev Ruslana aid obyektin piyadalar üçün hər hansı maneə yaratması halı qeydə alınmamışdır.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin # ###### 2024-cü il tarixli, 2(003) ***/**** nömrəli qətnaməsi ilə (hakim: Əkrəm Qəhrəmanov) əsasən iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.5-ci maddəsinə əsasən “sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı tərəfindən sökülür”. Həmin Məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 4.10-cu maddəsinə əsasən, “...95.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir”. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## #### 2008-ci il tarixli qərarından görünür ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

12. Məhkəmə iddia tələbini əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə araşdırması və yerində baxış nəticəsində Cavabdeh obyektinin İddiaçı və piyadalara hər hansı maneə və narahatlıq törətməsi aşkar olunmamışdır. Həmçinin, qanunvericilikdə obyektlərin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülməli olması öz əksini tapmamışdır. Belə olan halda, iddiaçı həmin obyektlərin sökülməsi üçün iddia verməklə bağlı subyektiv hüquqa malik deyildir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.5-ci maddəsinə, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının ## #### 2012-ci il tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 4.10-cu maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## #### 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə əsasən, iddiaçının göstərdiyi kimi cavabdehin tikdirdiyi qeyri-yaşayış sahəsi onun istifadəsində olan qeyri-yaşayış sahəsinə bitişik olduğundan o, özünə məxsus tikilinin arxa hissəsinə keçə bilmir, cavabdehin qeyri-yaşayış sahəsində buğda, arpa, ot, saman bağlamaları satıldığından mağazanın ətrafı zibillənir. Külək zamanı həmin zibillər onun qeyri-yaşayış sahəsinə dolur. Edilmiş müraciət nəticəsində Bakı şəhəri Maraqlı şəxs əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş və cavabdeh Cavabdeh ərazidə təmizlik işləri aparılması tapşırılmışdır. Hazırkı iş üzrə iddiaçının hüquqlarının pozulduğu aşkar olunduğu halda məhkəmə onun qanuni mənafeyini müdafiə etməmişdir. Belə bir halda məhkəmənin qətnaməsi qanuni hesab edilə bilməz. Iddiaçının subyektiv hüququnun olmaması nəticəsi də əsassızdır. Belə ki, hazırkı iddia tələbi ilə iddiaçı öz mülkiyyət hüquqlarını müdafiə etməyə çalışır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

17. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin # ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən, “xxxx” MMC tərəfindən Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, * saylı Zeytun sovxozu ərazisi, Qala-Pirallahı yolunun sağ tərəfindən yerləşən, İddiaçı məxsus tikiliyə dair tərtib edilmiş layihə-smeta sənədinə əsasən həmin tikilinin (iddiaçıya məxsus) arxa hissəsindən giriş-çıxış nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikililər arasında ara məsafəsinin tənzimlənməsi nəzərdə tutulmamışdır. Belə ki, həmin Məcəllənin 69.4-cü bəndindən göründüyü kimi ara məsafəsi olaraq binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə kimi olan məsafə nəzərdə tutulmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini hesab etmişdir.

20. Məhkəmə ara məsafəsi ilə bağlı dəlilə münasibətdə qeyd etmişdir ki, yerində müayinə aparılarkən nəinki İddiaçı və Cavabdeh məxsus obyektlər arasında, ümumiyyətlə həmin sırada yerləşən obyektlər, o cümlədən iddiaçıya məxsus obyekt ilə digər tərəfdə yerləşən obyekt arasında da ara məsafələri mövcud deyildir. Ekspert də bununla bağlı suala cavab olaraq rəydə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikililər arasında ara məsafəsinin tənzimlənməsi nəzərdə tutulmamışdır. Belə ki, həmin Məcəllənin 69.4-cü bəndindən göründüyü kimi ara məsafəsi olaraq binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə kimi olan məsafə nəzərdə tutulmuşdur.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Iddiaçı (vəkil nümayəndə1 Tərxan oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, qətnamədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.5-ci maddəsinə və həmin Məcəllənin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının ## #### 2012-ci il tarixli ***-IVQ nömrəli Fərmanının 4.10-cumaddəsinin tələblərinə əsasən obyektlərin sökülməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən sökülməsi öz əksini tapmışdır. Məhkəmə prosesində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb edilməsi barədə dəfələrlə şifahi və yazılı vəsadətlər verilsə də Fövqəladə Hallar Nazirliyi işə cəlb edilməmiş, Maraqlı şəxs işə cəlb edilərək məhkəmə iclasının vaxtı barədə məlumatlandırılsa da həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdehin özbaşına inşa etdiyi tikilidə yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə inzibati qaydada cəzalandırılmasınada hüquqi qiymət verilməmişdir. Bu halda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Qətnamədə istinad edilmiş Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən cavabdeh Cavabdeh inşa etdiyi tikili özbaşına tikili sayılır və həmin Məcəllənin 180.4cü maddəsinə görə həmin tikili müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmə qərarı əsasında sökülə bilər.

23. Həmçinin, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 95.1.3.,95.1.4. və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Cavabdeh qanuna zidd hərəkətləri barədə çoxsaylı müraciətlər edilməsinə baxmayaraq həmin qurum qanunsuz inşa edilmiş tikilinin sökülməsi barədə məhkəməyə müraciət etməmiş, iddiaçının məhkəməyə müraciətinin nəticəsindən asılı olaraq tədbir görüləcəyi barədə cavab məktubları yazmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi vəkil1 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

26. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

33. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

34. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

35. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

38. Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.

39. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.

40. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.

41. Maddə 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.

42. Maddə 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür.

43. Maddə 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanı"nın yaratdığı qurum) tərəfindən sökülür.

44. Maddə 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir.

45. Maddə 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının # ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarı:

46. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2010-cu il tarixli qərarı:

47. “Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmçinin əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

58. Iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

59. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar