Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-975/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin cavabdeh Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında ## ### 2003-cü il tarixli, ** nömrəli əmrindən çıxarışına əsasən baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Cavabdeh 0,02 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.
2. Azərbaycan Respublikası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üzrə *** saylı, ## ##### 1999-cu il tarixli sərəncamından çıxarışına əsasən Cavabdeh 0,02 hektar torpaq sahəsi verilməsi haqqında Prezidentin Işlər Idarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin ## #### 1999-cu il tarixli, **/K nömrəli əmri nəzərə alınmış, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,02 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, torpaq sahəsinin bölüşdürülməsinə nəzarət və rəhbərlik sovxozun direktoru XXXa həvalə edilmişdir.
3. Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsinin Kənd təsərrüfatı müəssisəsinin *** nömrəli ## ### 2017-ci il tarixli arayışına əsasən Cavabdeh Təsərrüfatı Müəssisəsi (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən ## ### 2003-cü il tarixli, ** nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,02 ha hesabı ilə 4-223 kodlu torpaq sahəsi ayrılmışdır.
4. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ## #### 2022-ci il tarixli akta əsasən həmin tarixdə * saylı qarovulun 1-ci iş növbəsində saat 16:30-da *-* saylı postların ərazisində (ünvan 3) Buzovna-Ramana DŞ 250 mm-lik yerüstü neft kəmərinin 3-cü km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş içərisində yaşayış olan evin ön hissəsində köhnədən mövcud eyvanın qarşısında 2,5 metr enində 7 mişar daşı hündürlüyündə və 6 metr uzunluğunda, 4 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olduğu ev sahibəsinə izah edilərək sökülməsi tələb olunsa da, o, sökməkdən imtina etmiş, bununla bağlı ərazi üzrə icra nümayəndəliyinə məlumat verilmiş və vətəndaşa əlavə işlərin görülməməsi üçün yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir.
5. ## #### 2022-ci il tarixli xəbərdarlığa əsasən cavabdehə neft kəmərindən 30 metr aralı inşa edilmiş tikilinin qanunazidd olması barədə xəbərdar edilmişdir.
6. Cavabdeh adına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, XXX yaşayış massivi, XXX ünvanında olan “Azəriqaz” Istehsalat Birliyinə məxsus XXX sayla abonent kodu olan “Smart G-4 ITRON Gallus Pay” sayğacı qeydiyyata alınmışdır.
7. Cavabdeh adına “xxxx” ASC-yə məxsus XXX sayla abonent kodu olan “XXX” nömrəli sayğac qeydiyyata alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərin mühafizə zonasında ünvan 2 ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və yarımçıq tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü km.-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, ünvan 3 ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və yardımçı tikili faktları aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.
10. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ünvan 1 ünvanında yerləşən cavabdehin istifadəsində olan daş hasar və hasara bitişik olan evin Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərindən 22.20 metr məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar və hasara bitişik olan evin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və ## ###### 2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə müəyyən edilmiş qaydada lazımi icazələr alaraq özü üçün fərdi yaşayış evi tikintisini həyata keçirən və 20 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə, eləcə də, tikintisini həyata keçirdiyi həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik edən cavabdehin həmin torpaq sahəsinə və tikiliyə gözlənilən hüququ vardır.
13. Məhkəmə hazırkı tələbə münasibətdə qeyd etmişdir ki, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanunsuz tikili hesab edilə bilməz. Belə ki, MM-in 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi ilə bağlı olmuş və müvafiq orqanın sərəncamına əsasən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
14. Iddiaçı iddia ərizəsində ümumi olaraq tikilinin yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaratmağına əsaslansa da, buna münasibətdə məhkəmə qeyd etmişdir ki, nə qədər ki, cavabdehin özünə məxsus torpaq sahəsində inşa etdiyi tikili qanuni əsaslarla tikilmişdir, iddiaçı bu sadaladığı hallara istinad edə bilməz. Iddiaçı özü bu təhlükəsizliyi təmin etməli idi, bunun üçün digər bütün imkanların tükəndiyi halda isə, Avropa Insan Hüquqları Məhkəməsinin qərarlarında göstərilmiş hüquqi mövqeyə uyğun olaraq, cavabdehə müvafiq kompensasiya yaxud, ekvivalent təminat verməklə belə bir iddia qaldırıla bilərdi. Məhz bu hal üçün kompensasiyanın ödənilməsi ilə bağlı qanunvericilikdə konkret hər hansı bir müddəa olmasa da, bu yanaşma Avropa Insan Hüquqları Məhkəməsinin qərarında göstərdiyi mövqeyə əsaslanmaqla şəxslərin mənzil toxunulmazlığı hüququnun təminatından irəli gəlir.
15. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, nə qədər ki, Cavabdeh 0,02 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında ## ### 2003-cü il tarixli, ** nömrəli əmri və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Azərbaycan Respublikası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üzrə *** saylı, ## ##### 1999-cu il tarixli sərəncamı mövcuddur və qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun nə məhkəmə qaydasında ləğv edilməsi, nə də həmin əmrin və sərəncamın hər hansı qərarla qüvvədən düşməsi müəyyən edilmir. Cavabdeh həmin qərara güvənərək orada öz həyat şəraitini qurmuş, vəsait xərcləmiş, tikinti işləri aparmışdır. Həmin şəxsin tikililəri özbaşına tikili hesab edilərək sökülə bilməz. Bütün bunlardan sonra başqa bir dövlət orqanı həmin tikilini vətəndaşın həyat və sağlamlığı üçün təhlükəli olması əsası ilə sökmək qərarına gəlirsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın zərəri kompensasiya olunmalıdır.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 43, 71-ci, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci, Mülki Məcəllənin 139-1.1, 139-1.1.1, 159, 180.1-ci, Torpaq Məcəlləsinin 9, 22-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107 və 119.1-ci maddələrinə, Avropa Insan Hüquqları Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” işi üzrə ## ###### 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin Yerquruluşu üzrə mühəndis-inventarlaşdırıcısı Ayaz Naibovun mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 200,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Göstərilən 200,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki olaraq göstərilən torpaq sahəsi bütövlükdə neft kəmərinin mühafizəsində yerləşir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.Mahmudova və R.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik yerüstü neft kəmərinin 3-cü kmdə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 25 metr aralı məsafədə, neft kəmərin mühafizə zonasında ünvan 4 ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və yarımçıq tikilinin cavabdeh Cavabdeh hesabına sökülərək ərazidən çıxarılması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün bir növ yetərlidir.
21. Bununla yanaşı, həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər-hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir.
22. Bu baxımdan apellyasiya baxışı zamanı ünvan 3 ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa olunmuş, iddiaçının iddia etdiyi tikilinin SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik daxili neft xəttinin istismarı və s. (təmiri, qəza vəziyyətində müdaxilələrin edilməsi) baxımdan iddiaçı üçün hər-hansı texniki və ya başqa məhdudiyyət, real maneçilik törədib-törətməməsinin müəyyən edilməsi üçün əlavə tikintitexniki ekspertizası təyin edilmişdir. Lakin, Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli məktubu ilə qərardadda qoyulmuş sualda, iddiaçının iddia etdiyi tikilinin SOCAR-ın "Neft Kəmərləri" Idarəsinin istismarında olan Buzovna-Ramana Dş 250mm-lik daxili neft xəttinin istismarı və s. baxımdan iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət, real maneçilik törədib-törətməməsi məsələlərinin xüsusi bilik tələb etməməklə hər hansı tədqiqat metodu ilə həll edilməməsi və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmaması səbəbindən ekspertizanın aparılmasından imtina edilmişdir.
23. Işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehə məxsus tikililər neft kəmərinin mühafizə zonası daxilindədir. Bundan başqa, müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında ## ### 2003-cü il tarixli, ** nömrəli əmrə əsasən torpaq sahəsinin ayrılmış və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs *** saylı, ## ##### 1999-cu il tarixli sərəncamdan fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
24. Lakin, mübahisəli torpaq sahəsi Cavabdeh ayrılarkən cavabdeh torpaq sahəsinin neft kəmərinin gözlə görünən məsafədə yerləşdiyindən məlumatlı olmuş və buna baxmayaraq bu şəkildə torpaq sahəsini qəbul etməklə, fərdi yaşayış evi inşa etdirmişdir.
25. Işin mübahisəsiz halı isə ondan ibarətdir ki, həmin özbaşına tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Belə ki, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 1-ci kmdə, kəmərdən 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, ünvan 3 ünvanında cavabdeh tərəfindən tikililər inşa edilmişdir.
26. Birinci instansiya məhkəməsi isə mübahisəli sahənin fərdi ev inşa etmək üçün cavabdehə dövlət orqanı-müvafiq icra hakimiyyəti orqanının əmri və sərəncamı əsasında ayrılmasına və uzun illər bu əmr və sərəncam mübahisələndirilməməsinə, eləcə də, hazırda qüvvəsində olmasına istinad etsə də, işin faktiki hallarından görünür ki, cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa etməklə bu tikili yüksək təzyiqli neft kəməri, həmçinin ətrafdakılar, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır.
27. Beləliklə, apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi evinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşməsi müəyyən edildiyindən iddia tələbi əsaslı olmuşdur.
28. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 139-1.1, 159, 180.1, 180.4-cü, Torpaq Məcəlləsinin 9, 22, 46, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 87.2, 88, 103.1, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
30. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 139-1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı, Mülki Prosessual Məcəllənin 88-ci maddələrin tələbləri pozulmuşdur.
32. Belə ki, tikili qanunsuz tikili adlandırıla bilməz. Torpaq sahəsi qanunla buna səlahiyyətli edilmiş dövlət orqanı tərəfindən ayrılmış, torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş və səlahiyyətli dövlət orqanının sərəncamına əsasən torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bu o deməkdir ki, şəxsin torpaq sahəsinə və üzərindəki tikiliyə gözlənilən mülkiyyətçi hüquqları vardır və istənilən vaxt müvafiq dövlət orqanına müraciət edərək həmin hüququnu reallaşdıra bilər, mülkiyyətçi hüququnu qeydə aldırmaq hüququ yaranmış, cavabdehin bu hüququndan istifadə etməməsi, onun bu hüququndan, eləcə də əmlakdan məhrum, edilmə kimi qiymətləndirilməməli və bunun üçün əsas ola bilməz. Lakin, apellyasiya məhkəməsinin iş üzrə qəbul edilmiş qətnaməsi şəxsin dövlət orqanının icazəsi əsasında tikilmiş fərdi yaşayış evinə gözlənilən mülkiyyətçi hüququnu nəzərə almadan iddianı təmin etmişdir. Fərdi evin dövlət qeydiyyatına almaması, mübahisəli tikili inşa edilərkən aidiyyəti inzibati orqan ölçmə işləri aparmaqla, torpaq sahəsini təhvil verərək fərdi yaşayış evinin tikintisinə icazə vermiş, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin mühafizə zonasına düşməsi məsələsi iddiaçı və ya tikintiyə icazə verən orqan tərəfindən qaldırılmamış, neft kəmərinin mühafizə zonası daxilində olması barədə məlumatlandırılmamışdır. Cavabdeh dövlət orqanının ona ölçüb təhvil verdiyi torpaq sahəsi üzərində tikili apararkən hüquq qaydalarına uyğun davranmış və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməmiş və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir. Apellyasiya məhkəməsi münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericilik aktına deyil 2004-cü ilin qanunvericilik aktına istinad etmiş, lakin torpağın ayrılması və fərdi yaşayış evinin tikilməsinə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş icazə isə 1999-cu il tarixlidir. Yəni tətbiq edilən qanunvericilik aktının qəbul edilməsindən əvvəl bu münasibətlər yaranmış və bu münasibətlər yaranarkən məhkəmənin istinad etdiyi qərar mövcud olmamışdır. Bu baxımdan həmin qərara istinad edilməsi prosessual hüquq normasının pozulmasıdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozularaq iş üzrə qətnamə qəbul edərkən cavabdehin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirilməli olduğu halda bunu etməmiş və əsassız olaraq iddia tələbini təmin etmişdir. Halbuki, cavabdeh 20 ildən artıqdır ki, dövlət orqanı tərəfindən ona ayrılmış torpaq sahəsində 4-5 ilə tikib başa gətirdiyi fərdi evdə yaşayır, onun yenidən torpaq almaq, üzərində tikinti işləri aparmaq üçün nə yaşı nə də əmək qabiliyyəti vardır. Həmçinin yaşı, əmək qabiliyyəti, tənha qadın olması, ailəsinin və övladının olmaması və s faktiki hallar nəzərə alınmamışdır.
33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır.
Kassasiya baxışının hədləri
35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
36. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
37. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün mübahisələndirilən qətnamə ləğv edilərək, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməlidir.
41. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunan hallar ondan ibarətdir ki, cavabdehin inşa etdiyi yaşayış sahəsi neft kəmərinin mühafizə zonası daxilində yerləşməklə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
42. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsinin tikintisinə Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ## ##### 1999-cu il tarixli sərəncamı ilə icazə verilmiş, həmin torpaq sahəsi isə cavabdehə Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsinin Kənd təsərrüfatı müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında ## ### 2003-cü il tarixli, ** nömrəli əmri ilə ayrılmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehə ayrılarkən neft kəmərindən gözlə görünən məsafədə yerləşdiyindən, buna baxmayaraq cavabdeh bu şəkildə torpaq sahəsini qəbul etməklə, orada fərdi yaşayış evi inşa etdiyindən, həmin tikilidən istifadə cavabdehin özünə və ətrafdakı insanlar üçün təhlükə yaratdığından iddia təmin edilməlidir.
44. Lakin, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almış, tikilidə 20 ilə yaxın müddətdə yaşamış, həmin ev kommunal xidmətlərlə, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində olan “Azəriqaz” Istehsalat Birliyi tərəfindən qazla təchiz olunmuşdur.
45. Beləliklə, apellyasiya məhkəməsi tikilinin neft kəmərinin mühafizə zonasında yerləşsə də, iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsinə hüquq qiymət verməmişdir. Qeyd olunmalıdır ki, mütənasiblik müəyyən edilərkən, evin qanunsuz tikilibtikilməməsi,
46. aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır.
47. Qeyd olunmalıdır ki, hər kəsin mənzil hüququ Azərbaycan Respublikası Konstitusiyası ilə təmin olunan hüquqdur (43-cü maddə).
48. Avropa Insan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə ## ###### 2021-ci il tarixli qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa Insan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır.
49. Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə ## ####### 2018-ci il tarixli qərarında oxşar məsələ ilə bağlı ərizəçilər Kastornova, Vdovina və Vdovinin şikayətləri ilə əlaqədar (№****/** və 2680/14) qeyd etmişdir ki, 1994 və 1999-cu illərdə hakimiyyət orqanları torpaq sahələrini tikinti aparmaq üçün əvvəlki sahiblərə vermişlər. Rayon üzrə torpaq xəritəsində qaz kəmərinin mövcudluğu 2002-ci ildə öz əksini tapmışdır. Növbəti il hakimiyyət orqanları əvvəlki sahiblərə tikinti aparmaq üçün icazə vermişlər. Qeyd olunmuş razılığı və icazə sənədini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ərizəçilər evlərini qanun əsasında tikdiklərini və bu baxımdan onların hüquqlarının müdafiə olunacağını hüquqi əsasla zənn etmişdirlər. Beləliklə, ərizəçilərin üzərinə evlərini sökmək öhdəliyi hakimiyyət orqanlarının etinasızlığı səbəbindən qoyulmuşdur. Hakimiyyət orqanları tikintiyə razılıq verərkən məsuliyyətsiz olmuş və vicdanla hərəkət etməmişlər. Məhkəmə belə qənaətə gəlmişdir ki, ərizəçilərin öz əmlaklarından dinc istifadə etmək hüquqlarına müdaxiləyə əvvəlki sahiblər deyil, hakimiyyət orqanları yol vermişdirlər. Çünki torpaq sahəsinin əvvəlki sahibləri tikintiyə lazımi icazələri almışlar. Beləliklə, hakimiyyət orqanları ictimai marağın tələbləri ilə ərizəçilərin mülkiyyət hüququnun müdafiəsi zərurəti arasında ədalətli balansı müəyyən edə bilməmişlər. Avropa Insan Hüquqları Məhkəməsi hesab etmişdir ki, Rusiya Federasiyasının məhkəmələri bu ərizəçilərin tikililərinin qaz xəttinin təhlükəsizliyi və istismarı qaydalarının tələbləri pozulmaqla müvafiq icazələr alınmadan mühafizə zolağında inşa edilən qanunsuz tikili hesab edilməklə və həmin evlərin söküntüsü barədə qətnamə çıxarmaqla “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin pozuntusuna yol vermişlər.
50. Hazırkı halda da, məhkəmə tərkibi hesab edir ki, cavabdeh mübahisəli tikilini müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə inşa etdiyindən və 20 ilə yaxın müddətdə orada yaşadığından, habelə ona tikilinin sökülməsinə mütənasib kompensasiya verilmədən, ya da ki, başqa yaşayış sahəsi ilə təmin edilmədən iddianın təmin edilməsi cavabdehin qanunla qorunan hüquqlarını pozduğundan iddia təmin edilə bilməz.
51. Mübahisəli tikilinin faktiki olaraq neft kəmərinin mühafizə zonasında yerləşməklə, cavabdeh və ətrafdakılar üçün təhlükəli olmasına dair iddiaçının dəlili üzrə məhkəmə kollegiyası hesab edir ki, həmin hal əvvəllər də mövcud olmuş, lakin iddiaçı tikilinin inşasına imkan vermiş, uzun müddət ərzində cavabdehin həmin yerdə yaşamasına, maddi-məişət şəraitinin yaxşılaşdırılması üçün müəyyən məbləğdə vəsaitin xərcləməsinə mane olmamışdır. Odur ki, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi təhlükəni qəbul etməklə yanaşı hesab edir ki, bu təhlükənin qarşısının alınması iddiaçının vəzifəsi olmaqla, cavabdehin hesabına yerinə yetirilməməlidir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edərkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə təsbit olunmuş cavabdehin hüququnu pozduğundan, habelə Mülki Məcəllənin 180-ci maddəsini düzgün tətbiq etmədiyindən, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən həmin məhkəmənin qətnaməsi ləğv edilməli və müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.