Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-980/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçi Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla hüquqi şəxsin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun atası olması, təsis payının (mirasın) faktiki qəbul və qərar və sərəncamların müəssisəyə məxsus olması faktlarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, ərizəçi Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla hüquqi şəxsin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun atası olması, təsis payının (mirasın) faktiki qəbul və qərar və sərəncamların müəssisəyə məxsus olması faktlarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Şərur Rayon XDM Icraiyyə Komitəsinin ##.##.1994-cü il tarixli qərarına əsasən M.Hüseynzadə adına kolxozunun torpaq islahatı keçirilən ayrılmış 0,50 hektar torpaq sahəsinin “xxxx” kiçik müəssisəsinə təmin edilməsi qərara alınmışdır.
2. Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli, **/*** nömrəli məlumatına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Reyestrində “xxxx” kiçik müəssisəsinin adına daşınmaz əmlak və torpaq sahəsi qeydiyyata alınmamışdır.
3. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin ##.##.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Nazirliyə altı ay müddətində 2008-ci ilin ######ın #-dək dövlət qeydiyyatına alınmış kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarının və qeydiyyat sənədlərinin adını və sayını özündə əks etdirən mündəricat əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq aktla təhvil verilməsini təmin etmək tapşırılmışdır. Göstərilən tarixdən nazirlikdə yalnız qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı aparılır.
4. Şərur Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli məktubuna əsasən Şərur rayon XDS IK-nin “xxxx” kiçik müəssisəsinə Şərur rayonu M.Hüseynzadə kolxozunun ərazisindən 0,5 ha torpaq sahəsinin ayrılması barədə ##.##.1994-cü il tarixli qərarına, eləcə də torpaq sahəsinin ayrılmasına dair sərəncam, ayrıc aktı sənədlərinə baxış keçirilmiş, lakin sözügedən sənədlərə Şərur rayon Dövlət Arxiv Idarəsində rast gəlinməmişdir.
5. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv Idarəsinin ##.##.2024-cü il tarixli, **/*** nömrəli məlumatına əsasən Şərur Rayon XDS IK-nin sənəd materialları Dövlət Arxivində 1990-cı ilədək mühafizə olunduğundan “xxxx” kiçik müəssisəsinin qeydiyyata alınması, ümumi yığıncaq qərarları, təsisçiləri və nizamnaməsi barədə məlumatların verilməsi mümkün olmamışdır.
6. Şərur Rayon Dövlət Arxivinin ##.##.2024-cü il tarixli, **/** nömrəli məlumatına əsasən Şərur rayon X3 Icraiyyə Komitəsinin torpaq sahələrinin hüquqi və fiziki şəxslərə ayrılmasına dair bütün qərar və sərəncamları tam formada Şərur Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Arxivə təhvil verilmiş məhdud sayda qərar və sərəncamlarda isə sorğuda qeyd olunan “xxxx” kiçik müəssisəsinə torpaq sahəsinin ayrılmasına dair Şərur rayon XDS-nin IK-nin 1994-cü il tarixli qərar və sərəncamlarına dair məlumat yoxdur və bu səbəbdən də qeyd olunan qərar və sərəncamlara arxiv arayışının verilməsi imkan xaricindədir. Bundan başqa, “xxxx” kiçik müəssisəsinə dair sənədlər də Şərur Rayon Dövlət Arxivinə tam təhvil verilmədiyindən müəssisənin təsis sənədlərinə dair arxiv arayışı verilməsi imkan xaricindədir.
7. Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli məlumatına əsasən “xxxx” kiçik müəssisəsi hüquqi şəxs kimi Xidmətin məlumat bazasında aşkar olunmamışdır.
8. Ərizəçinin atası Əhmədov Ələkbər Bəylər oğlu ##.##.1996-cı il tarixdə vəfat etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci icraat
9. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq “xxxx” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun mərhum ##.##.1960-cı il tarixdə doğulmuş Əhmədov Ələkbər Bəylər oğlu olması, ona məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktiki qəbul edilməsi və müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM Icraiyyə Komitəsinin ##.##.1994-cü il tarixli, *** nömrəli qərar və sərəncamlarının “xxxx” çoxsahəli kiçik müəssisəsinə məxsus olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası Ələkbər Əhmədov ##.##.1996-cı ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Atası sağlığında – 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda qeydiyyata alınmaqla oğulları o və qardaşı Kamalın adına “xxxx” çoxsahəli kiçik müəssisəsini təsis etmişdir. Həmin müəssisənin yeganə təsisçisi və direktoru da atası olmuşdur. Atası 1996-cı ildə vəfat edəndə onun 10 yaşı olduğundan müəssisə fəaliyyətsiz qalmışdır. Müəssisədən yalnız möhür və torpaq ayrılması barədə sənədlər qalmışdır. Müəssisəyə 0,5 ha torpaq sahəsi ayrılmışdır. O, özü vəkil olduğundan müəssisəyə və ayrılmış torpaq sahələrinə dair soğrular vermiş, sorğulara gələn cavablarda həmin müəssisəyə və ona ayrılmış torpaq sahələrinə dair sənədlərin heç biri arxivdə aşkar edilməmişdir. Lakin bütün sənədlərin əsilləri və möhür şəxsən özündədir. Belə olan halda, həmin sənədləri bərpa etməyin başqa yolu olmadığından məhkəməyə müraciət etmişdir.
11. Maraqlı şəxs tələbə qarşı etiraz təqdim edərək bildirmişdir ki, 2008-ci il ######ın #-dək sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatı Dövlət Vergi Xidmətinin səlahiyyətli xaricində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təhvil verilmiş qovluqlar sırasında “xxxx” kiçik müəssisəsi adlı hüquqi şəxs müəyyən edilməmişdir.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə (hakim A.A.Əsədzadə) ərizəçi Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla hüquqi şəxsin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun atası olması, təsis payının (mirasın) faktiki qəbul, qərar və sərəncamların müəssisəyə məxsus olması faktlarının müəyyən edilməsi tələblərinə dair iş üzrə icraata xitam verilməsi və 585467503812 nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun Ərizəçi qaytarılması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini istədiyi 4 ayrı tələb mövcuddur: 1) Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq “xxxx” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi faktı; 2) müəssisənin yeganə təsisçisi və direktorunun ##.##.1960-cı il tarixdə doğulmuş mərhum Əhmədov Ələkbər Bəylər oğlu olması faktı; 3) ona məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktiki qəbul edilməsi faktı; 4) müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM Icraiyyə Komitəsinin ##.##.1994-cü il tarixli, *** nömrəli qərar və sərəncamlarının “xxxx” çoxsahəli kiçik müəssisəsinə məxsus olması faktı.
14. Ərizəçinin istinad etdiyi hal ondan ibarətdir ki, mərhum atası 1993-cü ildə dövlət qeydiyyatına alınmaqla “xxxx” çoxsahəli kiçik müəssisəni yaratmış, həmin müəssisəyə 0,50 ha torpaq sahəsi ayrılmışdır. Hazırda ardıcıl olaraq qeyd etdiyi faktları təsdiq etdirməklə həmin torpaq sahəsinin dövlət qeydiyyatının aparılmasına nail olmaq istəyir.
15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ərizəçinin göstərdiyi faktların hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Belə ki, Ali Məhkəmənin Plenumunun hüquqi əhəmiyyətli faktlarla bağlı məhkəmə təcrübəsini müəyyən edən qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar 1) hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun; 2) ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3) qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın; 4) hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
16. Tələblərdən birincisi hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsidir. Mərhələli şəkildə yoxlama apardıqda ilk növbədə məlum olur ki, bu tələblə bağlı, eyni zamanda digər tələblərdəki faktların müəyyən edilməsinə məhkəmə qaydasında baxıla bilməsi üçün ilkin şərt həmin faktların ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etməsidir. Ərizəçinin ilk növbədə əldə edəcəyi əmlak aktivi müəssisədəki təsis payıdır və ərizədə də həmin təsis payının miras əmlak kimi ərizəçi tərəfindən qəbul olunduğuna istinad olunur. Sözügedən əmlak aktivinin mövcudiyyəti isə birbaşa olaraq hüquqi şəxsin mövcudiyyəti ilə bağlıdır. Yəni, hazırki hüquqi vəziyyətdə ortada bir əmlak mövcud deyil və hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsi barədə birinci tələb ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət edir.
17. Növbəti mərhələdə yoxlama aparılmalı olan məsələ həmin faktları təsdiq edən sənədlərin başqa qaydada alına bilib-bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olub-olmamasıdır. Lazımı sənədlərin alınmasının mümkünsüzlüyü dedikdə isə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyat qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyrimümkünlüyü nəzərdə tutulur. Itən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə, belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin halları baxımından lazımi sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmır. Belə ki, qanunvericilikdə bu faktın qeydiyyat qaydası nəzərdə tutulmuşdur. Azərbaycan SSR-in ##.##.1964-cü il tarixli qanunu ilə təsdiq olunmuş Mülki Məcəllənin 25-ci maddəsinə əsasən, hüquqi şəxs nizamnamə (əsasnamə) əsasında hərəkət edir. ... Hüquqi şəxsin hüquq qabiliyyəti onun nizamnamə və ya əsasnaməsinin təsdiq edildiyi vaxtdan, hüquqi şəxs həmin növ təşkilatlara dair ümumi əsasnaməyə görə hərəkət etməli olduğu hallarda isə, səlahiyyətli orqan tərəfindən, onun təşkilinə dair qərarın verildiyi vaxtdan əmələ gəlir. Nizamnamə qeydə alınmalı olduğu hallarda isə, hüquqi şəxsin hüquq qabiliyyəti, onun qeydə alındığı vaxtdan əmələ gəlir. Həmin Məcəllənin ##.##.1992-ci il tarixli Qanunla əlavə edilmiş 25-1-ci maddəsinə əsasən hüquqi şəxs müəyyən edilmiş qaydada 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçməlidir. Dövlət qeydiyyatının məlumatları, o cümlədən firma adı varsa, həmin firma adı hamının tanış olması üçün açıq olan dövlət hüquqi şəxslər reyestrinə daxil edilir. Hüquqi şəxsin yaradılmasının qanunvericilikdə müəyyən edilmiş qaydasının pozulması və ya onun təsis sənədlərinin qanunvericiliyə uyğun olmaması hüquqi şəxsin dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur.
19. Birinci instansiya məhkəməsi göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi.
20. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, itən sənədlərin bərpasının mümkünsüzlüyü halına da istinad oluna bilməz, çünki hüquqi şəxsin təsis edilməsi yuxarıda da qeyd edildiyi kimi xüsusi prosedur qaydaya tabedir və bu qaydaya əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Hazırkı halda isə müvafiq qeydiyyatın aparılmasına istinad olunur, lakin xüsusi qeydiyyat qaydası nəzərdə tutulan faktların özünün məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 261.0.1, 262.1, 307.1, 307.2.11, 308, 310.1-ci və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” ##.##.2019-cu il tarixli, * nömrəli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi və işə mahiyyəti üzrə baxaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsi, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahi etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadı qəbul etmək üçün gətirilən işə aidiyyatı olmayan əsaslar tamamilə işin faktiki və hüquqi hallarına birbaşa ziddir. Çünki məhkəmənin istinad etdiyi hallara diqqət etdikdə ərizəçinin tələbinin kifayət qədər sübutlarla, aydın və əsaslı olmasına əhəmiyyət verməlidiyi tamamilə aşkardır. Ərizəçi 16 illik vəkil və praktik hüquqşünas fəaliyyətinə əsaslanaraq qeyd etmişdir ki, qəbul edilmiş hazırki qərardad MPM-in və qanunvericliyin imperativ tələblərinin və işin hallarının nəzərə alınmamasının birbaşa nəticəsidir. Belə ki, qərardadda qeyd edilir ki, "hüquqi şəxsin mövcudluğu sübut olunmadığına görə". Məhz ilk olaraq bu əsasa münasibətdə qeyd edilməlidir ki, məhkəmə prosesində müəyyən edilmi dir ki, Şərur Rayon XDM Icraiyyə Komitəsinin ##.##.1994-cü il tarixli qərarına əsasən 0,5 hektar torpaq sahəsinin “xxxx” kiçik müəssisəsinə təmin edilməsi qərara alınmışdır. Belə olan halda, mövcud olmayan bir hüquqi şəxsə torpaq sahəsinin ayrılması mümkündürmü? Həmin hüquq şəxsə və ona ayrılmış torpaq sahələrinə dair sənədlərin əsillərinə müəssisənin möhür və ştampına prosesdə baxılmamı dırmı? Bu barədə hətta həmin hüquqi şəxsə aid sənədlərin notarial surətləri ərizəçi tərəfindən iş materiallarına əlavə edilməyibmi? Bu barədə prosesin audio-video yazısına baxmaq kifayətdir. Belə olan halda hansı əsasla hüquqi şəxsin mövcudluğunun sübut olunmadığı göstərilə bilər? Hüquqi şəxs mövcud olmasa idi, onda belə çıxır ki, Şərur rayon XDM-nin Icraiyyə Komitəsi havadan belə bir müəsissəni öz qərar və sərəncamlarında qeyd edib. Əlində olan möhür və ştamplar başqa müəsissəyə aiddir, istifadəsində olan torpaq başqa şəxslərindir? Məhkəmənin mövqeyinə görə iş məhkəmədə baxılmalı deyil. Sonra qərardadda qeyd edilmişdir ki, işin halları baxımından lazımi sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmır, 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. Qeyd edilən bu dəlil tamamilə əsassızdır. Çünki iş materiallarına diqqət edilsə, görülər ki, dövlət orqanı qalmayıb ki, həmin orqanlara müraciət edilməsin və onların rəsmi cavabları alınmasın. Bütün dövlət orqanları da deyir ki, arxivdə yoxdur və ya təhvil verilməyib. Son nəticədə ərizəçi əlində hüquqi şəxsə aid sənədlərin əsilləri, müəsissənin möhür və ştampı ola-ola necə və hansı qaydada belə bir hüquqi şəxsin olması və ona torpaq ayrılmasını məhkəmədən kənar başqa qaydada təsdiq etsin? Lazımi sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmadığı doğru deyildir. Ərizəçi bu sübutları iş materiallarına əlavə etmişdir, ən azı onlara əhəmiyyət vermək lazımdır. Ərizəçi məhkəmədən hüquqi şəxs yaratmasını xahiş etmir. Mövcud olan hüquqi şəxsin məhz mövcudluğu barədə hüquqi faktın məhkəmə tərəfindən tanınmasını xahiş edir. Bu prosedurlar fərqli-fərqlidir. Ərizəçiyə 1993-cü ildə təsis edilmiş, təsisçisi və direktoru mərhum atası olmuş “xxxx” kiçik müəssissəsinin mövcudluğunun hüquqi əhəmiyyəti vardır və həmin müəsissəsinin balansında torpaq sahəsi var. Yeni hüquqi şəxs eyni adla yarada bilər, amma yaranacaq hazırki hüqüqi şəxs hazırki predmet olan və balansında torpaq sahəsi olan “xxxx” kiçik müəsissəsinin hüquqi varisi olmayacaq. Belə olan halda, qeyd edilmi əsasın işin hallarına uyğun olmadığını müəyyən edilir. Məhkəmənin mövqeyinə görə 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. “xxxx” kiçik müəsissəsi deyilən qaydada qeydiyyatdan keçməsə idi, o halda ona hüquqi şəxs kimi Icraiyyə Komitələri tərəfindən 2 dəfə torpaq sahəsi ayrılması barədə Qərar və Sərəncam verməzdilər. Məhz Ədliyyə Nazirliyi də cavabında qeyd etmişdir ki, sənədləri Vergi orqanına təhvil vermişlər, Vergi orqanı da öz növbəsində sənədlər qovluğunda müəssisəyə aid sənədləri tapa bilmir. Əslində məhkəmə sənədlərin əsllərini araşdırmasaydı, müəsissənin möhür və ştampını görməsəydi, hesab olunardı ki, məhkəmə hüquqi şəxsin mövcudluğuna dair sübutlar görmədiyindən hazırki əsaslara istinad edir. Ancaq məhkəmə bu sənədlərin əsllərini görə-görə qərardadda qeyd etmi dir ki, müəssisə yoxdur, müəssisəni ərizəçi guya məhkəmə qaydasında təsis etmək istəyir, amma bu qeydiyyatı məhkəmə apara bilməz və sonra da qeyd edir ki, müəssisənin itmiş sənədlərin bərpası mümkündür. Ərizəçi 1993-cü ildə təsis edilmiş və torpaq sahələri ayrılmış bir hüquqi şəxsi (arxivdə tapılmayan) məhz varis kimi məhkəmənin qeyd etdiyi qaydada köhnə qanunla necə təsis edə bilər? Ümumiyyətlə ərizəçinin bunu etmək üçün hüquqi imkanı varmı? Qərardadda qeyd edilmi dir ki, itən sənədlərin bərpasının mümkünsüzlüyü halına da istinad oluna bilməz, ona görə ki, hüquqi şəxsin təsis edilməsi yuxarıda da qeyd edildiyi kimi xüsusi prosedur qaydaya tabedir və bu qaydaya əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Hazırkı halda isə müvafiq qeydiyyatın aparılmasına istinad olunur, lakin xüsusi qeydiyyat qaydası nəzərdə tutulan faktların özünün məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir. Bu sənədlərin itməsi və arxivdə tapılmaması özü faktdır. Bunu dövlət orqanlarının iş materiallarında olan cavabları da təsdiq edir. Ancaq buna baxmayaraq məhkəmə qeyd etmi dir ki, ərizəçi müvafiq qeydiyyat sənədlərini əldə etməlidir və sonra həmin sənədlərin itməsinə istinad etməlidir. Onda sual yaranır: ərizəçi “xxxx “kiçik müəsissəsinin qeydiyyat sənədlərini (arxivdə olmadığı halda) necə və hansı qaydada əldə etməlidir? Qeyd edilmi əsas üzrə ərizəçi hər yerə müraciət edib və cavabı da məlumdur. Məhkəmənin ərizə ilə bağlı icraata xitam vermək üçün qeyd etdiyi əsaslar əslində dolayı yolla ərizəni təmin etməmək və qətnamə qəbul etmək üçün əsaslar kimi anlaşılır. Çünki icraata qəbul edilmi və məhkəmə baxışında qətnamə qəbul etmək yerinə hazırki qəbul edilmi qərardadın əsasarı birbaşa işin mahiyyəti üzrə hallardır. Ancaq ərizə ilə bağlı icraata xitam vermək məhz bu cür əsassız mülahizələrlə sadəcə yolverilməzdir və hüquqların kobud şəkildə pozulmasıdır. Məhkəmənin mövqeyinə görə hazırkı hüquqi vəziyyətdə ortada bir əmlak mövcud deyil və hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsi barədə birinci tələb ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etməlidir. Bu əsas, ümümiyyətlə, iş materillarının nəzərə alınmamasının göstəricisidir. Çünki hüquqi şəxsin balansında torpaq sahəsi olmasaydı, onda 1993-cü ildə təsis edilmiş bir hüquqi şəxs üçün bu qədər əziyyət çəkməyə dəyərdimi? Əlbəttə ərizəçi mərhum təsisçinin oğlu olaraq hüquqi şəxsin mövcudluğunu təsdiq etdikdən sonra, mərhum atasının yerinə təsisçi kimi dövlət orqanında qeydə alınıb və təsis payına sahib olaraq avtomatik şəkildə müəssisənin balansında olan torpaq sahəsinə sahiblənməyi də özündə ehtiva etdiyindən hazırki ərizə də məhz son nəticədə dolayı yolla əmlak hüquqlarının əldə edilməsinə yönəlmişdir. Bu əsası açıq-aşkar elə ərizə tələbində, bu faktların təsdiq edilməsi ərizəçiyə lazımdır deyə izahatında məhkəməyə məlum etsə də, digər sübutlar və izahatlar kimi bu da məqsədli şəkildə diqqətdən kənarda saxlanılmı dır. Məhkəmə nəzərə almamı dır ki, 1993-cü ildə təsis edilmiş bir müəssisənin mövcudluğu faktı və torpaqayırma sənədlərinin həmin müəssisəsəyə aid olması faktları məhkəmə qaydasında ərizçiyə nəyə görə lazımdır? Ərizədə qeyd olunan faktlar məhkəmə tərəfindən təsdiq olunduqdan sonra ərizəçi “xxxx” kiçik müəssisəsinin mərhum təsisçisinin varisi kimi X2 reyestrdən çıxarış alıb və sonra da hüquqi şəxsin səlahiyyətli şəxsi kimi uzun illərdir onlara məxsus olan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış alınması üçün DƏDRX-in Naxçıvan şöbəsinə müraciət edəcəkdir. Məhz “xxxx” kiçik müəssisəsinin təkcə adı “Orxan”dır deyə onun adından ərizəçinin müraciət edə bilməyi mümkündürmü? Və ya onun adı ilə başlasa da “OrxanKamal” kiçik müəssisinə hüquqi cəhətdən nə bağlılığı var? Məhz bu cür sadə suallara ona görə, cavab verilməlidir ki, ərizəçinin niyə məhkəmədən kömək istəməsinin başqa alternativi olmadığı müəyyən edilsin. Ancaq məhkəmə kömək etmək yerinə sənədlərin əsillərini görməzdən gəlmi dir. Hətta maraqlı şəxs belə iddiaya etiraz verib ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmədiyi halda məhkəmə obyektiv və ədalətli, qanuni qərarını qəbul etməmişdir. Lazımi sənədlərin alınmasının mümkünsüzlüyü dedikdə, mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyrimümkünlüyü nəzərdə tutulur. Itən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hazırki vəziyyətdə ərizəçinin 1993-cü ildə təsis edilmiş bir müəssisəni qeydiyyatdan keçirməsi qeyri-mümkündür. Çünki həmin sənədlər arxivdə yoxdur və ya məhv olunub, itib. Həmin arxivdə olmayan bir sənədin dublikatının verilməsi isə gülüncdür. Çünki olmayan bir sənədin dublikatı necə verilə bilər? Məhz bu əsaslara məhkəmə formal istinad etməyib nəzərə alsa idi, o halda ərizənin nə qədər əsaslı və qanuni olduğu nəzərə alınardı. Bütün şərtlər ərizədə olmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iş üzrə işin məhkəmədə baxılmamalı olması əsası ilə icraata xitam vermi dir.
24. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(004)- ***/***** saylı qərardadı ilə həmin məhkəmənin ##.##.2025-ci il tarixli qərardadından ərizəçinin verdiyi şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, 2025-ci il # ##### tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif Isgəndərov, Məhəmməd Rüstəmli)
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəyə görə ərizəçinin hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq “xxxx” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsinin, müəssisənin yeganə təsisçisi və direktorunun mərhum ##.##.1960-cı il tarixdə doğulmuş Əhmədov Ələkbər Bəylər oğlu olmasının, mərhuma məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktiki qəbul edilməsinin və müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM Icraiyyə Komitəsinin ##.##.1994-cü il tarixli, *** nömrəli qərar və sərəncamlarının “xxxx” çoxsahəli kiçik müəssisəsinə məxsus olmasına dair tələblərinə xüsusi icraat qaydasında baxılaraq hüquqi əhəmiyyətli faktlar kimi müəyyən edilməsinə dair məhkəmə aktının qəbul edilməsindən ibarətdir.
27. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin qeyd etdiyi faktların hüquqi əhəmiyyətli fakt kimi xüsusi icraat qaydasında müəyyən edilməsinin yolverilməzliyi qənaətinə gələn birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq qeyd etmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Eyni zamanda məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.
28. Apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, təsis edildiyi iddia edilən dövrdə qüvvədə olan qanunvericiliyə əsasən yaradılması, fəaliyyət göstərməsi müəyyən edilməyən bir müəssisəyə 31 il əvvəl torpaq sahəsinin ayrılması ehtimal olunan, hal-hazırda isə arxivdə aşkar olunmayan qərarın, müəssisənin möhür və ştamplarının mövcudluğu hazırkı ərizədə qeyd olunan tələblərə xüsusi icraat qaydasında baxılmasına əsas vermədiyindən, ərizəçinin hazırkı tələbləri ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olduğundan, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas olmadığından, ərizəçi tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1, 261.0, 305.1, 307.1, 307.2, 308, 310.1, 397.2, 398.0, 402.2, 402.3-cü maddələrinə, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli № * Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad edərək əsaslandırmışdır.
c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
30. Ərizəçi (vəkil Ərizəçi) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillər ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ərizə xususi icraat qaydasında baxılmalıdır və məhkəmədən kənar bu faktların təsdiqi mümkün deyil. Buna görə də ərizə üzrə icraata qeyd edilən mübahisələndirilən qərardadla yox, qətnamə ilə hüquqi qiymət verilməldir. Məhz ərizəyə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir, qərardad yox. Prosessual hüquq normasının pozulması ilə qəbul edilən qərardad isə iş üzrə tərəfin mənafeyinin, qanuni maraqlarının, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər: Aqil Abbasov (məruzəçi), Əhməd Nurməmmədov və Rəşad Həsənov) *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə ərizəçi Ərizəçi kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə icraata xitam verilməsi düzgün olmamışdır. Belə ki, işdən görünür ki, ərizəçi məhkəmə qaydasında tanıtmaq istədiyi ilk 2 fakta dair, yəni 1) 1993-cü il tarixdə hüquqi şəxs olaraq “xxxx” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi; 2) müəssisənin yeganə təsisçisi və direktorunun ##.##.1960-cı il tarixdə doğulmuş mərhum Əhmədov Ələkbər Bəylər oğlunun olmasını göstərmiş, sübut kimi qeyd edilən hüquqi şəxsə aid arxiv məlumatlarının olmaması barədə arayışa, eləcə də müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM Icraiyyə Komitəsinin ##.##.1994-cü il tarixli, *** nömrəli qərar və sərəncamlarına istinad etmişdir.
34. Məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi həmçinin 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin nizamnamə və ya əsasnaməsinin təsdiq edilməli olması, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli olmasını qeyd etsə də, hüquqi şəxsin təsis edilməsinin ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilib-keçirilməməsinə aydınlıq gətirməmişdir. Bu məsələyə aydınlıq gətirildiyi halda, qeyd edilən iki faktın məhkəmə qaydasında müəyyən edilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulan şərtlərin mövcudluğu istisna edilməyə də bilərdi.
35. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hazırki hüquqi vəziyyətdə ortada bir əmlak mövcud deyil və hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsi ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət edir.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsinin ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etməsi ilə razılaşmışdır. Belə olan halda, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata bütövlükdə xitam verilməsi işin müəyyən edilmiş hallarına uyğun olmamışdır.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmçinin birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hüquqi şəxsin qeydiyyatı qaydalarına əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Bu mövqe ona görə əsaslı sayıla bilməz ki, ərizəçi hüquqi şəxsin qeydiyyatı qaydalarına əməl edilməklə vaxtilə müvafiq qeydiyyat sənədlərinin olmasına, lakin onların hazırda olmamasına, itirilməsinə və bərpasının da mümkünsüzlüyünə istinad etmişdir. Yəni ərizənin də mahiyyəti məhz elə bu, olmuşdur. Əks halda qeyd edilən faktın məhkəmə qaydasında müəyyən edilməsinə də zərurət qalmazdı.
38. Məhkəmə kollegiyası bildirmişdir ki, bundan əlavə, birinci instansiya məhkəməsi iş üzrə icraat xitam versə də, məsələ ilə bağlı ərizəçinin hansı orqana, nə məzmunda müraciət etməli olmasını göstərməmişdir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinin tələbinə görə isə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir
39. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı ərizədə qeyd olunan tələblərə xüsusi icraat qaydasında baxılmasına əsas olmadığından, ərizəçinin hazırkı tələbləri ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, prosessual normanın tələbinə görə məhkəməyə aid hüquq haqqında mübahisə olduğu halda ərizə baxılmamış saxlanılmalıdır. Əvvəla, apellyasiya instansiyası məhkəməsi hazırki işdə məhkəməyə aid hüquq haqqında mübahisənin olub-olmaması, bu mübahisənin nədən ibarət olmasına aydınlıq gətirmədən belə bir nəticəyə gəlmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası hüquq haqqında mübahisə olduğunu müəyyən etmişdisə, işin baxılmamış saxlanmalı olması barədə prosessual qaydaya əməl etmək əvəzinə, iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadına dəyişdirmədən saxlamaqla səhv nəticəyə gəlmişdir.
42. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.3, 305.1.1, 307.1, 307.2.11, 308, 310.1-ci maddələrinə, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli № * Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad edərək əsaslandırmışdır
d)Birinci instansiya məhkəməsində ikinci icraat
43. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim A.A.Əsədzadə) ərizə təmin edilməmişdir.
44. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, ərizəçi qeyd etdiyi bütün hüquqi faktlara münasibətdə iddianın təmin edilməsi üçün zəruri olan sübutları təqdim etməmişdir, işdəki mövcud sübutlarla ərizənin təmin edilməsi yolverilməzdir.
45. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin ilk tələbi hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsidir, digər tələblər bu fakt öz təsdiqini tapsa əhəmiyyət daşıyır.
46. Məhkəmə bildirmişdir ki, bu hissədə isə ərizəçi ona istinad edir ki, müəssisəyə torpaq sahəsi ayrılmışdır, bu özlüyündə həmin vaxt müəssisənin yaradılıdığını və fəaliyyət göstərdiyini təsdiq edir. X1 Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli, **/*** nömrəli məlumatına və Şərur Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli məktubuna əsasən, ərizəçinin əsas istinad etdiyi fakt, müəssisəyə torpaq sahəsinin ayrılması öz təsdiqini tapmır. Bu halda müəssisənin təsis faktının, eyni zamanda digər əlaqəli faktların müəyyən edilməsi yolverilməzdir.
47. Məhkəmə öz mövqeyini “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli, ** saylı qərarının 1, 1.2, 1.3, 1.4, bəndlərinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119, 217.1, 218.3, 305.1.1, 307.1, 307.2, 308, 310.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.
e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
48. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
49. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin ərizəni təmin etməmək üçün gəldiyi hüquqi nəticə tamamilə qanunsuz və əsassızdır. Çünki məhkəmə nəzərə almır ki, iş materiallarında torpaqayırma Sərəncam və qərarlarının əsillərini, notarial təsdiqlənmiş surətlərini, məktubları və prosesdə müəsissənin möhürünü, ştampını görən məhkəmə qətnamədə axı necə qeyd edə bilir ki, müəsissəyə torpaq sahəsinin ayrılması öz təsdiqini tapmır. Həmin sənədlər arxivdə tapılsa idi, onda onun məhkəməyə müraciət etməyə ehtiyacı olmazdı. Arxiv Idarələri məhz Şərur rayon XDS-nin Icraiyyə Komitəsinin 1993 və 1994-cü illər üzrə Sərəncam və Qərarlarının arxivə təhvil verilmədiyinə görə ona arxiv arayışı verə bilmirlər. Şərur Rayon XDS Icraiyyə Komitəsinin ##.##.1994-cü il tarixli qərarına əsasən M.Hüseynzadə adına kolxozunun torpaq islahatı keçirilən ayrılmış 0,5 hektar torpaq sahəsinin “xxxx” kiçik müəssisəsinə təmin edilməsi qərara alınmışdır. Vəkil olaraq şəxsən özü ilə bağlı olduğundan apardığı araşdırmalarla və sorğulara cavablarla müəyyən etmişdir ki Şərur rayon XDS-nin Icraiyyə Komitəsinin 1993 və 1994cü illər üzrə Qərar və Sərəncamları dövlət arxivinə təhvil verilməyib. Belə ki, 1994-cü ilin may ayında Yerli Icra Hakimiyyətləri yaranarkən hüquqi varislər öz aralarında təhvil-təslimlər zamanı çox kobud səhlənkarlıqlara yol verilib. Həmin sənədlərin köklərin hansı orqan və idarədə olduğunu müəyyən edə bilmədiyindən əlində olan sənədlərin əsilləri ilə hüquqi fakt kimi bu halları məhkəmə qaydasında təsdiq etmək istəyir. Çünki nə həmin sənədlərin harda olması və ya itməsi, yandırılması barədə heç bir məlumat yoxdur. Təhvil verilməmə anlamının günahkarı isə vətəndaş yox, bu iş həvalə olunmuş məsuliyyətsiz, səriştəsiz dövlət məmurlarıdır. Məhkəmənin “xxxx” kiçik müəssisəsinin məhz adına torpaq sahəsinin ayrılmasının sübut olunmadığı qeyd etməsi və bu barədə mötəbər sübutlara şübhə yaratması tam qanunsuz olmuşdur. Çünki məhkəmə prosesində digər sənədlərin əsillərini, möhürü, ştampı da təqdim edərək qeyd etmişdir ki, müəsissə 1993-cü ildən təsis edilib. Bu faktı nəinki 1994 cü il Qərar və Sərəncamları, eləcə də Şərur rayon XDS-nin Icraiyyə Komitəsinin “xxxx” kiçik müəsissəsinə Şərur şəhərində 20 kv.m torpaq sahəsində köşk qoyub mağaza açması barədə ## ###### 1993 cü il tarixli ** saylı Sərəncamı da təsdiq edir. Olmayan müəsisəyə torpaq sahəsi necə ayrıla bilərdi? O, mərhum təsisçinin oğlu olaraq hüquqi şəxsin mövcudluğunu təsdiq etdikdən sonra, mərhum atasının yerinə təsisçi kimi dövlət orqanında qeydə alınıb və təsis payına sahib olmaq avtomatik olaraq müəsissənin balansında olan torpaq sahəsinə sahiblənməyi də özündə ehtiva etdiyindən onun hazırki ərizəsi də məhz son nəticədə dolayı yolla əmlak hüquqlarının əldə edilməsinə yönəlmişdir. Bu əsası açıq-aşkar elə ərizə tələbində nəyə görə bu faktların təsdiq edilməsi ona lazımdır deyə izahında məhkəməyə məlum etsə də, digər sübutlar və izahatlar kimi bu da diqqətdən məqsədli şəkildə kənarda saxlanıldı.
50. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Məhəmməd Rüstəmli sədrlik edən və məruzəçi, Fərrux Qasımov və Günay Axundova) ## ###### 2026-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
51. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” çoxsahəli kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması barədə Şərur Rayon XDS Icraiyyə Komitəsinin ##.##.1994-cü il tarixli qərarı, habelə möhür və ştampların mövcudluğu həmin müəssisənin təsis edilməsi və dövlət qeydiyyatından keçməsini təsdiq edən sübutlar kimi qəbul edilə bilməz.
52. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ərizəçi tərəfindən hüquqi şəxsin nizamnaməsi, yeganə təsisçisinin onun atası olması, nizamnamə fondu, hüquqi şəxsin vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınması barədə hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “xxxx” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi faktı öz təsdiqini tapmadığından ərizəçinin digər faktların müəyyən edilməsi ilə bağlı tələblərinin təmin edilməsi istisna edilir.
54. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz.
55. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan SSR Mülki Məcəlləsinin (##.##.2000-ci il tarixinədək qüvvədə olan) 25, 25-1-ci maddələrinə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (##.##.1992-ci il tarixli) 1, 2, 10.1-ci maddələrinə, “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanunun (##.##.1994-cü il tarixli) 16, 18-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
56. Ərizəçi və vəkil Ərizəçi kassasiya şikayəti verərək, BakıApellyasiya Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunması ilə bağlı yeni qərar qəbul olunmasını xahiş etmişdir.
57. Ərizəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya kollegiyası nəzərə almır ki, ərizəçi ərizəsində məhz ümumiyyətlə hüquqi şəxsin olması faktının məhkəmə tərəfindən müəyyən və təsdiq edilməsini xahiş edir.Əgər məhkəmə kollegiyasının sadaladığı sənədlər yəni hüquqi şəxsin nizamnaməsi,nizamnamə fondu və.s sənədlər əlində olsa idi onda məhkəməyə müraciət etməzdi. Ərizəçinin məhz hüquqi şəxsin mövcud olmasını təsdiq edən qeyd edilən hüquqi şəxsin hüquq müəyyən edici sənədləri olmadığına görə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır.Axı bir vəkil olaraq qeyd edə bilər ki, məhkəmə kollegiyasının sadaladığı hüquqi şəxsin təsis sənədlərin mövcudluğu halında məhkəmədə xüsusi icraat qaydasında bu işə baxılması belə qeyri-mümkündür. Çünki artıq bir hüquqi şəxsin nizamnaməsi, nizamnamə fondu varsa demək həmin nizamnamə hüquqi qeydiyyatdan keçib və arxivdə olmaqla da artıq bununla bağlı mübahisə də olmuyacaq.Bu suallar ona görə verilir ki, apellyasiya kollegiyası onun hüquqi əhəmiyyətli fakt kimi məhz məhkəməyə müraciətinin əsl mahiyyətini və bu faktı təsdiq edəcək mötəbər sübutlara nəzərən hüquqi şəxsin mövcudluğu faktının və onunla bağlı digər hüquqi əhəmiyyətli faktları təsdiq etsin.Məhkəmə və apellyasiya kollegiyası isə təqdim edilmiş mötəbər sübutları bu faktı təsdiq edəcək sübut saymamaqla tam ədalətsiz mövqe göstərir.Ancaq ümumi hüquq doktrinasında müəyyən olunan hüquqi şəxsə aid nizamnnamə və təsis sənədlərinin olduğu halda hüquqi faktın təsdiqinin mümkünlüyünə istinad edir.
58. Tələbinin əsasını təsdiq edən kifayət qədər mötəbər sübutlar hüquqi əhəmiyyətli fakt kimi tələblərinin təsdiq edilməsini özündə əks etdirir.Ancaq məhkəmə kollegiyasının “xxxx”kiçik müəssisəsinin məhz adına torpaq sahəsinin ayrılması barədə qərarların, möhürlər hüquqi şəxsin mövcudluğunu təsdiq edəcək mötəbər sübut hesab olunmadığını qeyd etməsi və mötəbər sübutlara şübhə yaratması eləcə də hüquqi əhəmiyyətli faktı kimi mötəbər sübut olaraq nizamnamə, nizamnamə fondu,təsis sənədləri və.s sənədlərin bu halı təsdiq edəcək mötəbər sübut sayılması ilə bağlı gəldiyi nəticə isə hesab edir ki, tam qanunsuz olmuşdur.Çünki apellyasiya kollegiyasının mötəbər faktı təsdiq edən sübutlarının olması halı hüquqi şəxsin mövcudluğunu fakt kimi məhkəmədən xahiş edilməsini istisna edir.Məhkəmə proseslərində audiovideo yazılara baxılarsa bütün məhkəmə proseslərində sənədlərin əsillərini, möhürü, ştampı da təqdim edərək qeyd etmişdir ki, müəsissə 1993-cü ildən təsis edilib.Bu faktı nəinki 1994-cü il Qərar və Sərəncamları eləcə də Şərur rayon XDS-nin Icraiyyə Komitəsinin “xxxx” kiçik müəsissəsinə Şərur şəhərində 20 kv.m. torpaq sahəsində köşk qoyub mağaza açması barədə ## ###### 1993-cü il tarixli ** saylı sərəncamı da təsdiq edir.Axı olmayan müəsisəyə torpaq sahəsi necə ayrıla bilərdi? Arxiv Idarəsi də müəsisənin özünə aid təsis sənədlərinin,eləcə də Şərur rayon XDS-nin 1993 və 1994-cü illər üzrə Qərar və Sərəncamlarının arxivə təhvil verilməməsinə istinad edir. Belə halda məhz arxivə təhvil verilməmə halında ərizəçinin torpaq ayırma Sərəncam və Qərarlarımın mötəbərliliyi, müəsissənin möhür və ştampının olması, müəssisənin adının qardaşların adına olması, Qərar və Sərəncamlarda direktor ki atası Ələkbər Əhmədovun göstərilməsi kimi konkret sübutlara şübhə kimi qiymətləndirmək və hüquqi şəxsin mövcudluğu faktını təsdiq edəcək mötəbər sübut saymamaq hüquq adına yolverilməzdir.
59. Məhkəmə kollegiyası təqdim edilmiş sənədlərin əsillərini və onların notarial təsdiqlənmiş surətlərini bir kənara qoyaraq məhz arxivdə təhvil verilməməni sənədin mötəbərliyinə şübhə kimi qiymətləndirməklə kobud prosessual pozuntu etmişdir.Çünki əksi sübut olunmayınca sənədin mötəbərliliyi prezumpsiyası qüvvədədir.
60. Hazırki şikayətdə prosessual hüququn tətbqinə dair dəlilləri – qanunçuluğun bərqərar edilməsi prinsipinə riayət edilməməklə MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda, prosessual normaların tələblərinə əməl edilməməsi və bu tələblərin pozulması ilə çıxarılan məhkəmə aktı qanunilik meyarına uyğun gəlməyən, qanunsuz və ədalətsizdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan SSR Mülki Məcəlləsi (##.##.2000-ci il tarixinədək qüvvədə olan)
62. Maddə 25. Hüquqi şəxs nizamnamə (əsasnamə) əsasında hərəkət edir. Hüquqi şəxsin hüquq qabiliyyəti onun nizamnamə və ya əsasnamənin təsdiq edildiyi vaxtdan, hüquqi şəxs həmin növ təşkilatlara dair ümumi əsasnaməyə görə hərəkət etməli olduğu hallarda isə - səlahiyyətli orqan tərəfindən, onun təşkilinə dair qərarın verildiyi vaxtdan əmələ gəlir.
63. Maddə 25-1. Hüquqi şəxs müəyyən edilmiş qaydada 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçməlidir. Dövlət qeydiyyatının məlumatları, o cümlədən firma adı varsa, həmin firma adı hamının tanış olması üçün açıq olan dövlət hüquqi şəxslər reyestrinə daxil edilir. Hüquqi şəxs onun dövlət qeydiyyatından keçdiyi andan yaradılmış hesab edilir.
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (##.##.1992-ci il tarixli)
64. Maddə 1. Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.
65. Maddə 2. Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyi ilə də tənzimlənir.
66. Maddə 10.1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatını Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar həyata keçirir.
“Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanunu (##.##.1994- cü il tarixli)
67. Maddə 16. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr nizamnamə əsasında fəaliyyət göstərir.
68. Müəssisənin nizamnaməsi təsisçi bir fiziki və ya bir hüquqi şəxs olduqda təsisçi tərəfindən, müəssisənin təsisçiləri iki və ya daha çox fiziki və hüquqi şəxs olduqda ümumi təsis yığıncağı tərəfindən (onun qərarı ilə) təsdiq edilir.
69. Müəssisənin nizamnaməsində aşağıdakılar göstərilir:
70. müəssisənin adı və növü, hüquqi ünvanı, təsisçi (təsisçilər) barədə məlumat, müəssisənin hüquq və vəzifələri, nizamnamə fondu, fəaliyyətinin məzmunu və məqsədi, idarəetmə və nəzarət orqanları, səlahiyyəti, müəssisə əmlakının yaranması və mənfəətin (gəlirin) bölüşdürülməsi qaydası, yenidən təşkil olunmanın şərtləri, müəssisənin fəaliyyətinin dayandırılması və ləğvi.
71. Nizamnamədə müəssisənin fəaliyyəti ilə bağlı olan, qanunvericiliyə zidd olmayan digər müddəalar da verilə bilər.
72. Maddə 18. Müəssisənin dövlət qeydiyyatı Azərbaycan Respublikasının müvafiq qanunu ilə nəzərdə tutulan qaydada həyata keçirilir.
73. Müəssisənin dövlət qeydiyyatı haqqında məlumat Azərbaycan Respublikasının uçot vahidlərinin dövlət reyestrinə daxil edilmək üçün qeydiyyat orqanı tərəfindən on gün müddətində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə və müəssisənin yerləşdiyi ərazinin dövlət vergi müfəttişliyi orqanına verilir.
74. Müəssisənin dövlət qeydiyyatını həyata keçirən dövlət orqanına bu maddənin beşinci hissəsində göstərilmiş sənədlər təqdim edildikdən ən geci bir ay keçənədək müəssisə dövlət qeydiyyatına alınmalıdır. Qəbul edilmiş qərar haqqında ərizəçiyə beş gün müddətində yazılı məlumat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
78. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.
79. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
80. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
81. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
82. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
85. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
86. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
87. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
89. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir.
90. Belə ki apelyasiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi faktı öz təsdiqini tapmadığından ərizəçinin digər faktların müəyyən edilməsi ilə bağlı tələblərinin təmin edilməsi istisna edilir.
91. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
92. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.
94. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
95. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.