Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-992/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə, mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Işin halları:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ** saylı binanın həyətində yerləşən və ümumi sahəsi 27 kv.m. olan daş qaraj tam mülkiyyət hüququ üzrə cavabdeh2 adına ##.##.2009-cu il tarixdə qeydə alınmışdır.
2. Işin mübahisəsiz halıdır ki, notarial qaydada qaydada təsdiq edilmiş ## #### 2017-ci il tarixli və ## #### 2017-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ** saylı binanın həyətində yerləşən sahəsi 27 kv.m və 25 kv.m olan qarajlar cavabdeh2 tərəfindən 30600 manata ((hər biri üçün 15300 manat olmaqla) İddiaçı satılmışdır. Alqı-satqı müqavilələri bağlanarkən cavabdeh2 etibarnamə əsasında nümayəndəsi (qohumu) cavabdeh1 təmsil etmişdir.
3. Cavabdeh cavabdeh2 ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən qarajların 1/3 hissəsini X3 və 2/3 hissəsini isə X1. Qarajlar Bakı şəhəri ** saylı NK-nın ##.##.2021-ci il tarixli 4Ə-1600 və 4Ə-**** reyestr nömrəli ##.##.2021-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən X6 və hazırda mülkiyyətindədir.
4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı alqı-satqı müqavilələri üzrə ona satılmış qarajların təhvil verilməsi, boşaldılaraq cavabdehlərin istifadəsindən alınması, cavabdehlərin və digər şəxs həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia qaldırmış, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi fərdi müəyyən əşya olan qarajlar 2020, daha sonra 2021-ci ildə bağlanmış alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirildiyindən və başqa şəxsin mülkiyyətində olduğundan cavabdehlər tərəfindən iddiaçıya təhvil verilə bilməz. Iddiaçıya məruz qaldığı zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürmək hüququ izah olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh2 və cavabdeh1 Quban oğlundan müştərək qaydada Bakı şəhəri ** saylı Notariat kontorunda bağlanmış AN-İ№ ******* saylı ## #### 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 15300 manat, Bakı şəhəri ** saylı Notariat kontorunda bağlanmış AN-İ№ ******* saylı ## #### 2017ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 15300 manat pulun, hüquqi yardımın göstərilməsi üçün Bakı ** saylı Vəkil Bürosuna ödənilmiş 500 manat və dövlət rüsumunun əvəzi kimi 181,8 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddiaçı tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, tərəflər arasında əvvəlki mülki mübahisə üzrə məhkəmə araşdırması zamanı həmin məkanda daş qarajların mövcud olmadığı, ərazidə bir qeyri-yaşayış sahəsinin olduğu, həmin qeyriyaşayış sahəsinin isə ilkin olaraq ##.##.2011- ci il tarixdə cavabdeh2 adına qeydiyyatdan keçdiyi, Bakı şəhəri ** saylı NK-nın 4Ə-*** reyestr nömrəli ##.##.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlakın 1/3 hissəsinin X3 və qalan 2/3 hissəsinin X1 adlarına qeydiyyatdan keçdiyi, Bakı şəhəri ** saylı NK-nın ##.##.2021-ci il tarixli 4Ə-1600 və 4Ə-**** reyestr nömrəli ##.##.2021-ci il tarixli alqı-satqı müqavilələri əsasında isə X6 adına qeydiyyatdan keçdiyi və hazırda da məhz onun mülkiyyətində olduğu müəyyən edilmişdir”. Belə olan halda cavabdehlər tərəfindən maddi zərərə uğradığı və onu aldadaraq əsassız olaraq pul vəsaitinin ələ keçirildiyi aydın olur. Hesab edir ki, tərəfindən ödənilmiş pul vəsaitinin ona geri qaytarılması zərurəti vardır. Qeyd edir ki, tərəfindən hər iki cavabdehə poçt vasitəsi ilə müvafiq pretenziya göndərilmişdir. Lakin cavabdehlər zərərin əvəzinin ödənilməsi hissəsində heç bir addım atmamışlar. Hüquqi yardımın göstərilməsi məqsədi ilə Bakı ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə ##.##.2025-ci il tarixdə hüquqi yardımın göstərilməsinə dair müqavilə imzalanmış və tərəfindən 500 manat vəsait ** saylı Vəkil Bürosunun hesabına ödənilmişdir.
7. Cavabdeh cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, ona verilmiş etibarnamə əsasında o, notariat ofisində cavabdeh2 təmsil etmişdir. cavabdeh2la onun mərhum dostu X8 arasında olan qarşılıqlı razılaşmalarına əsasən, əmlaklar X8 adına rəsmiləşdirilməli idi. Bununla əlaqədar olaraq cavabdeh2 öz adından və arvadının adından onun adına etibarnamə vermişdir. Bundan sonra, Bakı şəhəri ** saylı notariat kontorunda AN-İ seriyalı ******* nömrəli ##.##.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və cavabdeh2 adından müvafiq etibarnamə əsasında o, çıxış edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ** saylı binanın həyətində yerləşən və ümumi sahəsi 25,8 kv.m. olan daş qarajını İddiaçı adına rəsmiləşdirmişdir. Növbəti gün isə Bakı şəhəri ** saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli ##.##.2017-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ** saylı binanın həyətində yerləşən və ümumi sahəsi 27 kv.m. olan digər daş qarajı da İddiaçı adına rəsmiləşdirmişdir. Adı çəkilən qarajlara dair müqavilələr 2017-ci ilin iyun ayının 01 və 02 bağlansa da, müqavilələrin iddiaçının adına olması formal xarakter daşıyırdı.
8. Digər cavabdeh cavabdeh2 iddiaya etirazında qeyd etmişdir ki, onlar arasındakı əvvəlki mübahisə üzrə məhkəmə araşdırmasında iddiaçı Firuzə Məmmədova onu tanımadıqlarını, onun adından alqı-satqıda və buna qədər olan razılaşmalarda cavabdeh cavabdeh1 iştirak etdiyini, onu tanıdıqlarını, onunla sövdələşdiklərini bildirmişlər. Əvvəlki mübahisə üzrə iddia ərizəsinə verdiyi yazılı etirazda və məhkəməyə ünvanladığı yazılı ərizəsində iddiaçının “əmlakın təhvil verilməsi” tələbi üzrə özünü cavabdeh hesab etmədiyini, onun guya başqa iş üçün etibarnamə verməsinin yalan olduğunu bildirmişdir. Həmçinin cavabdeh cavabdeh1 hazırkı "pul tələbinə dair" iddia üzrə də yazılı etiraz vermiş və göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış müqavilə formal olmuşdur, əslində iddiaçının bu işdə hər-hansı bir iştirakı olmayıb. Əgər olmuş olsaydı 2017-ci ildən indiyə kimi ötən dövr ərzində əmlak və ya pul tələbi verərdi. Həmçinin, cavabdeh1 hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü və bu səbəbdən tələbə iddia müddəti tətbiq etməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh1 nə əvvəlki əmlak tələbi üzrə verdiyi etirazında, nə də ki, hazırkı pul tələbinə dair iddia ərizəsi üzrə verdiyi etirazında alqısatqı müqaviləsi nəticəsində iddiaçıdan pul vəsaiti alıb-almadığını göstərməmiş, müqavilənin formal olduğunu qeyd etmişdir. O və həyat yoldaşı cavabdeh1 başqa əmlaklarına dair etibarnamə vermişlər. Bu barədə əvvəlki icraat üzrə məhkəməyə sübut təqdim etmişdir. Həqiqətən ona məxsus 0,12 ha torpaq sahəsini cavabdeh1 satmışdır. Lakin cavabdeh1 hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilməsi ilə bağlı etirazı ilə o da razılaşır. Çünki alqı-satqı müqavilələrinin bağlanmasından 8 ildən artıq vaxt keçmişdir. Onu da qeyd edir ki, iddiaçı iddia müddətinin bərpası ilə bağlı müraciət etməmiş və müddəti ötürməsinin səbəblərinin üzürlü olması barədə məhkəməyə izahat verməmişdir. Qeyd edilənlərə əsasən alqı-satqı müqavilələri üzrə cavabdeh2 hər-hansı bir məbləğdə pul verilməsinə dair iddiaçı və digər cavabdeh cavabdeh1 sübut təqdim etmədiyi, hətta belə bir izahat vermədikləri üçün iddia tələbinə cavabdeh2 münasibətdə qəti etiraz edir. Lakin eyni zamanda cavabdeh cavabdeh1 iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməklə iddiadan imtina edilməsi barədə qərar çıxarılması haqqında ərizəsinin təmin edilməsini məhkəmədən o, da xahiş edir. Çünki hazırkı tələb üzrə iddia müddəti açıq-aşkar ötürülmüşdür. O, əlavə olaraq göstərmişdir ki, digər cavabdeh cavabdeh1 onun qohumu olduğu üçün ona etibarnamə vermişdir. Lakin onun nə alqı-satqı müqavilələrindən, nə də qarajlardan xəbəri olmamışdır. Ona görə də iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etdi.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 AN-İ seriyalı ******* nömrəli ##.##.2017-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli ##.##.2017-ci il tarixli alqı-satqı müqavilələri üzrə (hər biri 15300 manat olmaqla) ümumilikdə 30600 manat məbləğində pul vəsaiti, habelə hüquqi yardımın göstərilməsi ilə əlaqədar 400 manat və ödənilmiş dövlət rüsumuna görə 181,80 manat olmaqla, ümumilikdə 581,80 (beş yüz səksən bir manat 80 qəpik) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir. (hakim X4)
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iddiaçı İddiaçı 0622243 və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə satılmış Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ** saylı binanın həyətində yerləşən 25.8 kv.m və 27 kv.m sahələri olan daş qarajların (texniki pasportda öz əksini tapan ölçülər üzrə) mövcud olmadığı müəyyən olundu. Belə ki, baxış zamanı təqdim olunmuş qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyəti, sahəsi 25.8 kv.m və 27 kv.m olan qarajların situasiya planına əsasən yerləşmə vəziyyəti ilə eynilik təşkil etsə də, faktiki təqdim olunan qeyri-yaşayış sahəsinin ölçülərinin, sayının texniki pasportlarda öz əksini tapan ölçülərlə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, baxış zamanı təqdim olunmuş ərazidə bir qeyri-yaşayış sahəsinin olduğu, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş hissənin 001013004792-06301 reyestr nömrəsi ilə X6 xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının bir hissəsi olduğu müəyyən olundu. Məhkəmə öz mövqeyi əsaslandırarkən qeyd etmişdir ki, tərəflər, aralarında alqısatqı müqaviləsi
11. bağlanmış və iddiaçı qarşısında öhdəlik götürülmüş, lakin öhdəlik icra edilməmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı hər müqavilə üzrə 15300 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır və qeyd edilən hissədə iddia tələbi təmin edilməlidir.
12. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilmiş 500 manat məbləğindən pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, işə əlavə edilmiş hüquqi yardımın göstərilməsi ilə bağlı EM-****VK*****/** saylı müqaviləyə əsasən, İddiaçı tərəfindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına 400 manat məbləğində pul ödənilmişdir. Qeyd dilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilmiş 400 manat məbləğindən pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
13. Məhkəmə, həmçinin iddia tələbi üzrə tələb edilən pul vəsaitlərinin cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə İddiaçı AN-İ seriyalı ******* nömrəli ##.##.2017-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli ##.##.2017-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən ** saylı notariusun “xxxx” ASCnin Azadlıq filialında olan hesabına hər iki müqavilə üzrə 15300 manat olmaqla, ümumilikdə 30600 manat vəsaiti notariusun hesabına mədaxil etməsi və həmin vəsaitlərin məhz cavabdeh1 tərəfindən məxaric edilməsi işdə olan sübutlarla sübuta yetirildiyindən, lakin həmin pul vəsaitlərinin cavabdeh1 tərəfindən Rüstəmov Paşa Telman oğluna verilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından məhkəmə hesab etmişdir ki, iddia pul vəsaitlərinin müştərək qaydada tutulması hissəsində əsaslı deyildir və iddia ilə tələb edilən məbləğləri məhz cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
14. Bundan əlavə, hazırki iş üzrə tərəflər arasında AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqavilə üzrə ##.##.2017-ci il tarixdə, AN-İ seriyalı ******* nömrəli müqavilə üzrə isə ##.##.2017-ci il tarix hüquq münasibətləri yaranmışdır. Iddiaçı hazırki iddia tələbi ilə ##.##.2025-ci il tarixdə, yəni, 8 il sonra daxil olsa da, iş materialları ilə müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixdə İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı şəhər Ərazi Idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ** saylı binanın həyətində yerləşən 27 kv.m. sahəsi olan və Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi ** saylı binanın həyətində yerləşən 25.8 kv.m. ümumi sahəsi olan daş qarajların iddiaçıya təhvil verilməsinin cavabdehlərə həvalə edilməsi; həmin daş qarajların boşaldılaraq cavabdehlərin istifadəsindən alınması, cavabdehlərin və digər şəxslərin həmin qeyriyaşayış sahəsindən çıxardılaraq, qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə (mübahisə perdmeti olan qarajların həmin ərazidə mövcud olmaması əsası ilə) iddia tələbi rədd edilmişdir.
15. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən, iddia müddəti tərəfin hüququnun pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan başlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi daşınmaz əşyalarla bağlı olduğundan və həmin iddiaların 6 il müddətində verilə bilməsi nəzərdə tutulduğundan, (elektron məhkəmə informasiya sistemindən olan çıxarışa əsasən) iddiaçı ##.##.2023-cü il tarixdə, yəni tərəflər arasında hüquq münasibətləri yarandığı vaxtdan 5 il, 23 gün müddətində (6 illik müddətin bitməsinə 8 gün qalmış) verildiyindən, hazırki iddianın yaranmasına səbəb isə qeyd edilən iddia tələbi üzrə boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb edilən daşınmaz əşyalar (qaraj binaları) mövcud olmadığından, hazırki pul tələbinə dair mülki iş üzrə iddia müddəti tətbiq edilərək iddia tələblərinin rədd edilməsindən söhbət gedə bilməz.
16. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə 15300 manat olmaqla, ümumilikdə 30600 manat vəsaitin tutulması hissəsi tam olaraq təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 181,80 manat məbləğində pul vəsaiti də, cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 385.1ci, 386.1-ci, 425.1-ci, 427.2-ci, 427.3-cü, 442, 445.2-ci 448.1-ci, 452.2-ci, 575.1-ci, 575.2-ci, 646.1-ci, 646.2-ci, maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Həmin qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh öz apellyasiya şikayətini iddia ərizəsinə verilən etirazın məzmununa oxşar əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, əmlaklar iddiaçıya məxsus və bu əmlaklarla bağlı onun tərəfindən vəsait ödənilmiş olsaydı, iddiaçı elə 2017-ci ilin iyun ayında bu əmlaklarla və ya bu əmlaklar üzrə ödənilmiş vəsaitlərlə bağlı məhkəmə mübahisəsi açardı. Göründüyü kimi, qarajlara dair müqavilələrin iddiaçının adına olması formal xarakter daşıyırdı. Digər tərəfdən o da qeyd olunmalıdır ki, müqavilələrin iddiaçının adına formal olması hər iki tərəfə məlum olsa da, müqavilələr notariat qaydasında bağlandığından, iddiaçı onlardan hazırda istifadə edir və bu vəsailərin guya onun tərəfindən ödənilməsini qeyd etməklə, bu vəsaitləri ondan və cavabdeh2 tələb edir. Bildirir ki, iddiaçının adına bağlanmış müqavilələr formal olmaqla etibarsız müqavilələr olmuşdur. Bu müqavilələr formal olmasaydı, elə o zaman həmin müqavilələr onun tərəfindən DƏDRX-ə təqdim olunmaqla, iddiaçının mülkiyyət hüquqları reyestrdə qeydə alınardı. 2017-ci ildə bağlanmış alqı-satqı müqavilələri uydurma olmaqla əhəmiyyətsizdir.
20. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə).
22. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi öz mövqeyinə, həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan əldə etdiyi 30600 manat məbləğində pulu müvafiq olaraq iddiaçı İddiaçı qaytarmalıdır.
23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası apellyatorun birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin düzgün tətbiq olunmaması dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, birinci instasiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq olunmaması ilə bağlı düzgün qənaətə gəlinmişdir. Belə ki, iddia müddəti tərəfin hüququnun pozulduğunu bildiyi və bilməli olduğu vaxtdan başlayır. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi daşınmaz əşyalarla bağlı olduğundan və həmin iddiaların 6 il müddətində verilə bilməsi nəzərdə tutulduğundan, (elektron məhkəmə informasiya sistemindən olan çıxarışa əsasən) iddiaçı ##.##.2023-cü il tarixdə, yəni tərəflər arasında hüquq münasibətləri yarandığı vaxtdan 5 il, 23 gün müddətində olmaqla (6 illik müddətin bitməsinə 8 gün qalmış) iddia müddətini ötürməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 752, 756 və 1096-cı; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 372, 384 və 402-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək şikayətin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, MM-nin 337.3, 337.4, 340.1-ci maddələrinin tələbləri pozulmuşdur. Işə baxan apellyasiya məhkəməsi müqavilələrin formal xarakter daşımasına, özü-özlüyündə etibarsız müqavilələr olmasına heç bir qiymət verməmiş və şikayətin bu hissəsini heçə alaraq, formal müqavilələrə istinad etməklə, öz qətnaməsində yalnız iddiaçının iddia tələbinin təmin edilməsinə yönələn halları göstərmişdir. MM-nin 377.1-ci maddəsinin tələbi pozulmuşdur. Mübahisə üzrə tətbiq edilməli olan iddia müddətinin 6 il olduğuna düzgün qiymət verilməmişdir. Iddiaçı ilə bağlanmış müqavilələr özü-özlüyündə etibarsız olsa da, o bu müqavilələr üzrə pul tələbinə dair iddia müddətini ötürmüşdür. Belə ki, yuxarıda göstərilən qanunla daşınmaz əmlaklar üzrə iddia müddətinin altı il müəyyən edilməsi göstərilsə də, iddiaçının cavabdehlərdən tələb etdiyi müqavilə üzrə pul vəsaitinin geri qaytarılması tələbi 2025-ci ildə verildiyindən, iddiaçı bu tələb üzrə qanunla müəyyən edilmiş həmin altı illik müddəti, həmçinin məhkəmə işin bu halını və müqavilə tələbləri üzrə iddia müddətinin üç il müəyyən edilməsini nəzərə almaqla, iddiaçının iddiasını rədd etməli idi.
28. Eyni zamanda, məhkəmə təqdim edilmiş sübutlara lazımi qiymət verməmişdir. Məhkəmə ən azından tərəflərin münasibətlərini, iddiaçının uzun illər ərzində belə bir tələblərinin irəlisürməməsini nəzərə almalı idi. Məhkəmə isə yalnız iddiaçının polisə ünvanladığı şikayət ərizəsini əsas götürərək, mübahisəyə hüquqi qiymət vermişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi ünvanlayaraq, kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
32. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.
33. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
36. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
37. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri:
43. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
44. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə maddi hüquq normalarının tələblərinə uyğun olmadığından kassasiya şikayətinin dəlilləri qismən əsaslıdır.
46. Məhkəmələr tərəfindən təqdim edilmiş sübutların araşdırılması nəticəsində müəyyən edilmişdir ki, ## #### 2017-ci il tarixli və ## #### 2017-ci il tarixli alqı-satqı müqavilələri üzrə satıcı cavabdeh2 satılmış qarajları alıcı İddiaçı təhvil verməmişdir. Belə olan halda iddiaçının MM-nin 575.2 və 452.2-ci maddələrinə əsasən müqavilədən imtina edərək dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır.
47. Qeyd edilən müqavilələrin görünüş üçün bağlanmış əqd olduğuna dair cavabdeh cavabdeh1 mülahizələri alqı-satqı müqavilələri üzrə ödənişin notariusun depozit hesabına mədaxil edildiyi sübutlarla təsdiq edildiyindən əsassız hesab edilmişdir. Bu hissədə sübutlara düzgün qiymət verilmədiyinə dair kassasiya şikayətinin dəlilləri kassasiya baxışının predmetini təşkil etmir. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı ilə alqı-satqı müqavilələri bağlanarkən ödənilmiş pul vəsaitinin iddiaçıya deyil, başqa şəxsə məxsus olması hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün araşdırılması zəruri olan hal deyil.
48. Kollegiya iddianın təmin edilməli olduğuna dair apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşsa da, iddiaçının tələb etdiyi zərər məbləğinin cavabdeh cavabdeh1 tutulmasına dair iş üzrə gəldiyi nəticəni maddi hüquq normalarının tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya məhkəməsinin də istinad etdiyi MM-nin 386.1-ci maddəsinə əsasən öhdəlik ya qanundan irəli gələn əsaslarla (zərər vurulma, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar) ya da müqavilə əsasında yaranır. cavabdeh1 və iddiaçı arasında hər hansı müqavilə münasibəti olmadığından onun iddiaçı qarşısında müqavilədən irəli gələn hər hansı öhdəliyi olmamışdır. MM-nin 575.2-ci maddəsinə əsasən müqavilə üzrə satılmış fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə dəymiş zərəri alıcıya ödəmək öhdəliyi satıcını təmsil etmiş nümayəndəyə deyil, satıcıya aid olduğundan cavabdeh1 satılmış qarajları iddiaçıya təhvil vermək öhdəliyi olduğuna dair mübahisələndirilən qətnamənin 42-ci bəndində qeyd edilmiş mövqe iddianın qanuni əsası kimi nəzərdən keçirilən normanın dispozisiya şərtinə uyğun deyil.
49. Işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə gəldikləri nəticəni belə əsaslandırmışlar ki, alqı-satqı zamanı alıcı tərəfindən ödənilmiş vəsaitlərin cavabdeh1 tərəfindən məxaric edildiyi sübut olunmuş, lakin bu vəsaitlərin cavabdeh2 verildiyi sübut olunmamışdır. Kollegiya bununla bağlı qeyd edir ki, alqı-satqı müqavilələri rəsmiləşdirilərkən həmin müqavilələrin imzalanması və ödənilmiş pul vəsaitinin hesabdan məxaric edilməsi zamanı cavabdeh1 öz adından deyil, etibarnamə əsasında nümayəndə kimi təmsil etdiyi cavabdeh2 adından hərəkət etmişdir. MM-nin 359.1-ci maddəsinə əsasən təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd nümayəndənin özü üçün deyil, təmsil edilən üçün mülki hüquq və vəzifələrini yaratdığından cavabdeh1 qarşı olan hissədə iddianın hansı norma əsasında təmin edildiyi aydın deyil.
50. MM-nin 782.1-ci maddəsində vəkalət alanın tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borclu olduğu nəzərdə tutulsa da cavabdeh1 vəkalət verən cavabdeh2 qarşısında öz öhdəliyini icra edib-etmədiyi, alqı-satqı müqaviləsi üzrə notariusun depozit hesabından məxaric etdiyi vəsaiti mülkiyyətçiyə verib-vermədiyi cavabdehlərin öz aralarında həll etməli olduğu məsələ olduğundan hazırkı icraat çərçivəsində araşdırılmalı deyil.
51. Kollegiya iddiaçının tələbi üzrə iddia müddətinin ötürülmədiyinə dair apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşsa da qeyd edir ki, hazırda iddiaçı cavabdehlərdən daşınmaz əmlak deyil, alqı-satqı üzrə ödədiyi vəsaiti müqavilənin pozulması nəticəsində dəymiş zərər olaraq tələb etdiyindən bu tələb üzrə iddia müddəti 6 il deyil, MMnin 373.1-ci maddəsinə əsasən 10 il təşkil edir.
52. Işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı hüququnun pozulduğunu, yəni satıcı tərəfindən ona satılmış qarajların sonradan başqa şəxslərə satıldığını 2025-ci ildə, tərəflər arasında əvvəlki məhkəmə mübahisəsi üzrə araşdırma aparılarkən öyrəndiyindən eyni ildə hazırkı iddianı qaldırmaqla iddia müddətini ötürməmişdir.
53. Hazırkı halda iddiaçının tələbi alqı-satqı müqaviləsindən irəli gələn tələb deyil, müqavilənin pozulması ilə bağlı zərərin əvəzinin ödənilməsi barədə tələb olduğundan MMnin 373.3-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin tətbiq edilməli olduğuna dair kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir.
54. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilərək iş yeni baxışa qaytarılmalı, cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız iddianın ona qarşı təmin edildiyi hissədə mübahisələndirsə də, iddiaçının tələbi pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması olduğundan və birinci instansiya məhkəməsi iddianın hansı cavabdehə qarşı təmin edilməli olduğuna maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət vermədiyindən qətnamə MPM-nin 372.7-ci maddəsinə əsasən tam yoxlanılmalıdır.
55. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
56. Azərbaycan Respublikası MPM-in 119, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsi ləğv edilsin. Iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.