Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-993/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakda paya kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: ümumi paylı mülkiyyət hüququna xitam verilməsi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ünvan 2 ünvanında yerləşən * saylı mənzilin ¾ hissəsi Iddiaçı, ¼ hissəsi Cavabdeh mülkiyyətindədir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-dən Cavabdeh ¼ hissə payına dair mülkiyyət hüququna kompensasiya verməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ** saylı yaşayış evinin * saylı mənzili tərəflərin ataları X1 məxsus olmuş, ataları X1 ## ###### 2013-cü il tarixində, anaları X2 isə ## #### 2004-cü il tarixində vəfat etmişlər. Valideynlərinin vəfatından sonra vərəsəlik açılmış, ¼ hissədə iddiaçıya, ¼ hissədə X4, ¼ hissədə X3 və ¼ hissədə isə Cavabdeh miras pay ayrılmışdır. Iddiaçının bacısı X4 və qardaşı X3 hər biri öz paylarını iddiaçıya bağışlamış, onun payı ¾ hissə olmuşdur. Qardaşı - cavabdeh Cavabdeh mütəmadi olaraq onlara hücum etdiyi, döyüb tərbiyəsiz küçə söyüşləri ilə təhqir etdiyi, suyu, qazı kəsdiyi və yaşamağa imkan vermədiyi üçün o, məcburiyyət qarşısında qalaraq mənzildən paylarına düşən hissələrin, yəni ¾ hissədə iddiaçının və ¼ hissədə isə cavabdehin payına düşən hissənin naturada bölünməsini məhkəməyə müraciət edərək tələb etmiş, iddiası təmin edilməmişdir. Əmlakın naturada bölünməsinin mümkün olmaması barədə ekspert rəyi vardır. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq
5. ekspertizası üzrə “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin orta dəyəri çıxarış üzrə (60,3 kv.m.) – 126.270 manat, faktiki sahəsi (169,8 kv.m.) – 355.562 manat təşkil edir. Həmin mənzilin hazırkı dövrə olan 1 kv.m. üçün olan məbləği 2.094 manat təşkil edir. Qeyd olunan mənzilin çıxarış üzrə ¼ hissəsi (15,07 kv.m.) – 31.557 manat, ekspert rəyinə əsasən faktiki sahəsinin ¼ hissəsi (42,45 kv.m.) – 88.890 manat təşkil edir.
6. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1-dən Cavabdeh ¼ hissə payına 88.890 manat kompensasiya verməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, hər hansı kompensasiya ödənişinə razı deyil.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim K.Xudayev) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə ¾ hissəsi Iddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu halda, ümumi paylı mülkiyyətin mülkiyyətçilərindən biri qarşı tərəfə deyil, yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Ikinci halda, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması ilə müəyyən edilən hallar onu deməyə əsas vermişdir ki, Cavabdeh ümumi mülkiyyətdə olan əmlaka dair payı yaşayış evinin kifayət qədər böyük hissəsini, yəni ¼ hissəsini təşkil etməklə, cüzi hesab edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin, cavabdeh mübahisəli evdə yaşamaqla, həmin əmlak faktiki olaraq onun istifadəsindədir. Buna görə də, həmin əmlaka dair cavabdehin mühüm mənafeyi mövcuddur. Bu halda, Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə istisna qayda tətbiq edilə bilməz.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 220, 220.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 115.0.1, 119.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər F.Qasımov və G.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə paylı mülkiyyətin iki mülkiyyətçisi olduğundan mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsi tətbiq edilə bilməz.
14. Belə ki, Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi aşağıdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
15. Göründüyü kimi, iddiaçı tərəfindən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü, bu mümkün olmadıqda isə əşyanın məhkəmə qərarı ilə hərracdan satılması barədə iddia tələbi irəli sürülə bilər.
16. Beləliklə, iddiaçı tərəfindən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü barədə iddiası məhkəmə tərəfindən təmin edilmədiyinə görə, hazırda onun tərəfindən əşyanın hərracdan satılması ilə bağlı tələb irəli sürülə bilər.
17. Apellyasiya kollegiyası hazırkı iş üzrə iddiaçının irəli sürdüyü tələblə bağlı həmçinin qeyd etmişdir ki, paylı mülkiyyətin üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair Mülki Məcəllənin 220-ci maddəsində göstərilən prosedur tətbiq edilir.
18. Beləliklə, hazırkı iş üzrə mənzilin üç və daha çox paylı mülkiyyətçisi olduğu, iddiaçı deyil, cavabdeh payının ayrılması ilə bağlı tələb irəli sürdüyü təqdirdə, cavabdehin payı cüzi olduğu, naturada ayrılması mümkün olmadığı və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadığı halda paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
19. Başqa sözlə, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin (hazırkı iş üzrə cavabdeh belə tələb irəli sürməmişdir) əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən rəyin verilməsi üçün “xxxx” MMC-nin hesabına 400 manat məbləğində ödəniş edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi öz qətnaməsi ilə yenidən həmin məbləğin iddiaçıdan tutulması qənaətinə gəlmiş, bununla da prosessual hüquq normaların pozuntusuna yol vermişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 221-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 119.5, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2014-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ###### 2024-cü il tarixli Qərardadına istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
22. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.4-cü, Mülki Prosessual Məcəllənin 9, 88-ci maddələrinin tələbləri pozulmuşdur.
24. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, faktiki sahənin qiyməti 355.562 manat olmuş və Cavabdeh 88.890 manat verilməsi müəyyən edilmişdir. Hakim bildirmişdir ki, iddia tələbinə dəqiqləşmə verilməli, cavabdehə 88.890 manat ödəməklə payına xitam verilməsi xahiş edilməlidir. Iddiaçı dəqiqləşmə verdikdən sonra isə hakim iddia tələbini rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə heç bir araşdırma aparmamış, rayon məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi heç bir sübuta qiymət verməmiş, işə mülahizəsinə əsasən baxıb nəticə vermişdir.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli qərardadının nəticə hissəsində qeyd olunmuşdur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. Həmin qərardadın: 62-ci bəndinə əsasən Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. 65-ci bəndinə əsasən ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, hazırkı iddia tərəflərin paylı mülkiyyətlərində olan mənzilin bölünməsi ilə bağlıdır.
34. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 221-ci maddəsinə, habelə həmin maddəyə dair məhkəmə təcrübəsinin vahidliyini təmin edən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının ## ###### 2024-cü il tarixli qərardadındakı hüquqi mövqeyə düzgün istinad etmiş və iddiaçının cavabdehə kompensasiya ödənilməklə, sonuncunun paylı mülkiyyət hüquqa xitam edilməsi tələbinin bu maddi hüquq normasının dispozisiya şərtlərinə uyğun olmaması nəticəsinə gəlmişdir.
35. Odur ki, kassasiya məhkəməsi Mülki Məcəllənin 220.4-cü maddəsinin pozulmasından ibarət iddiaçının kassasiya şikayətinin dəlilini açıq-aydın əsassız hesab etməklə, onun qətnamənin ləğv edilməsi üçün əsas görmür.
36. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.