Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-10/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Göygöl rayon Notariat kontoru və DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-10/22 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, tələbin hüquqi əsası, kəsici müddət) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Məhərrəm qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Göygöl rayon Notariat kontoru və DƏDRX-nin 3 saylı Ərazi İdarəs inə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-733/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Göygöl rayonu, Göygöl Bələdiyyəsinin 11 iyul 2016-cı il tarixli 04 nömrəli qərarı ilə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi iddiaçıya satılıb. İddiaçı ilə Göygöl Bələdiyyəsi arasında həmin torpaq sahəsinin alqı-satqısında dair Göygöl Notariat kontorunda 16 iyul 2016-cı il tarixi AN-İ № ******* nömrəli müqavilə bağlanıb. İddiaçının hüquqları 26.07.2016-cı il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla qeydə alınıb.
2. İddiaçı həmin torpağı 29.03.2017-ci ildə Göygöl rayon Notariat kontorunda bağladığı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satıb. Cavabdeh 31.03.2017-ci il tarixə mülkiyyət hüquqlarına dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış alıb.
3. Mübahisə iddiaçı ilə cavabdeh arasında bağlanmış 29.03.2017-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Göygöl Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, Göygöl rayon Notariat kontoruna və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı ərazi idarəsinə qarşı iddia qaldırıb onunla Cavabdeh1 ilə arasında Göygöl rayonu Notar iat Ofisində 29.03.2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, alqı-satqı müqaviləsi üzrə cavabdeh iddiaçıya pul verməli iddiaçı isə torpağı cavabddehə təhvil verməli idi. Alqı-satqı müqaviləsində cavabdehin iddiaçıya 5300 manat verməsi qeyd olunsa da cavabdeh tərəfindən iddiaçıya heç bir məbləğ təqdim edilməmişdir. Notariat işinə əlavə edilmiş sənədlərdən də görün cavabdeh tərəfindən iddiaçıya heç bir məbləğ ödənilməmişdir.
6. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Göygöl Bələdiyyəsinin 11 iyul 2016-cı il tarixli 04 nömrəli qərarının 4-cü bəndində nəzərdə tutulub ki, iddiaçı bu torpağı 5 il heç kimə sata bilməzdi. Lakin iddiaçı torpaq sahəsinə çıxarış əldə edən zaman DƏDRX-nin 3 saylı ərazi idarəsi tərəfindən həmin torpaq sahəsinin 5 il müdddətinə özgəninkiləşdirilə bilinməməsi ilə bağlı müvafiq məhdudiyyət qoyulmamışdır. Bu səbəbdən də alqı-satqı müqaviləsi notariusda təsdiq edilmiş və cavabdeh çıxarış almışdır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1-337.4-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.8-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh1 nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, müqavilə rəsmi sənədlərlə və qanuni aparılmış, ödəniş qəbzi vardır.
9. Cavabdeh Göygöl rayon Notariat kon torunun nümayəndəsi iddiaya etirazında qeyd edib ki, alqı-satqı müqaviləsi qanuni əsaslarıa bağlanmışdır.
10. Cavabdeh DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin nümayənədis də iddianı qəbul etməmişdir.
11. Göygöl Rayon Məhkəməsinin 2(066)-679/2019 saylı, 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Qələmdar Abbasov )
12. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.1, 354.1 və 354.2-ci maddələrinə istnad edərək qeyd edib ki, qanunvericilik əqdin etibarsızlığı ilə bağlı kəsici müddətlər müəyyən edib. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin alqı-satqısına dair 29.03.2017-ci il tarixli müqavilənin bağlanmasından məlumatlı olduğu halda, həmin müqavilənin etibarsızlığına dair iddianı 10 aprel 2019-cu il tarixdə vermiş, nəticədə əqdin etibarsızlığı ilə bağ lı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətini ötürmüşdür. Odur ki, iddia təmin oluna bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat icraat
13. İddiaçı apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri: - təqdim edilmiş sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. - birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməkdə haqlı olmamışdır. Hazırkı iddiada alqı-satqı müqaviləsinin etibarsızlığı tələb edildiyindən, MM-nin 373.2-ci maddəsinin tələblərinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mübahisələndirilən iddiada isə 3 illik iddia müddəti ötürülməmişdir; - tərəflər arasında alqı-satqı müqaviləsi notariat qaydasında bağl ansa və satıcı əmlakı alıcının mülkiyyətinə versə də, alıcı müqavilədə nəzərdə tutulan puldan 1 manat belə olsun alıcıya verməmiş və bu barədə notariat işində hər hansı bir sənəd yoxdur; - Göygöl Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 11 iyul 2016-cı il tarixli müqavilədə torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı 5 ilik məhdudiyyət nəzərdə tutulsa da, eyni notarius 29.03.2017-ci ildə ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin Cavabdeh1 satılması barədə alqı-satqı müqaviləsini təsdiq etməklə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. 15.Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3503/2018 nömrəli, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək Göygöl Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməs i ləğv edilmiş, iddianın təmin edilib tərəflər arasında 29 mart 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 31 mart 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Loğman Süleymanov )
16. Apellyasiya məhkəməsi ilkin olaraq Mülki Məcəllənin 354-cü maddəsinin tətbiq edilməklə iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayıb və qeyd edib ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia üçün nəzərdə tutulmuş müddəti müəyyən edir. Mülki Məcəlləsinin 340-cı maddəsi isə əhəmiyyətsiz əqdləri müəyyən etmişdi r. Hazırki mübahisənin predmeti olan müqavilə isə əhəmiyyətsiz əqd deyil, mübahisə edilən əqddir. Mülki Məcəlləsinin 354.2-ci maddəsi isə maraqlarına toxunan şəxs tərəfindən əqdin mübahisələndirmə müddətini müəyyən edir. Hazırki mübahisə üzrə isə iddia qaldıran şəxs maraqlı şəxs deyil, müqavilənin tərəfidir.
17. Apellyasiya məhkəməsi göstərib ki, Göygöl Notariat kontorunun 16 iyul 2016-cı il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Göygöl Bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. Müqavilənin 22-ci bəndinə görə mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməz. 16 iyul 2016-cı il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsin in bağlanmasından təxminən 8 ay sonra qeyd edilən torpaq sahəsi Göygöl rayon Notariat kontorunun 29.03.2017-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş 5 il müddəti gözlənilmədən özgəninkiləşdirilmişdir. Göygöl Notariat kontoru 16 iyul 2016-cı il tarixli müqavilə bağlanan zaman torpaq sahəsinin 5 il müddətinə ozgəninkiləşdirilə bilməməsi haqqında tələbi özü təsdiq etdiyi halda, 29.03.2017-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlanan zaman bir neçə ay əvvəl təsdiq etdiyi müqavilədə nəzərdə tutulmuş məhdudiyyəti nəzərə almamışdır. Bu formada müqavilənin bağlanması isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə ziddir. Bu baxı mdan müqavilə notariat orqanında rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə əməl edilməyib.
18. Apellyasiya məhkəməsinin mövqeyinə hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. 29.03.2017-ci il tarixli alqı-satqı müqaviləsi isə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmışdır. Belə ki, iddiaçı notariat oqanında əqd bağlanılan zaman müqavilənin mühüm şərtlərinə daxil olan razılaşdırılmış pul vəsaitini almadığını bildirir. 29.03.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 4-cü bəndində göstərilmişdir ki, “satıcı daşınmaz ə mlakı 5300 manata satdı. Alıcı isə həmin qiymətə aldı: Alıcı Cavabdeh1 satıcı İddiaçı satdığı tam hissəni (600 kv/m) ondan 5300 manat qiymətinə aldı.” Alqı-satqı müqaviləsinin qeyd edilən bəndinin hərfi mənasından da görünür ki, müqavilənin predmeti olan pul əqd bağlanılan zaman verilmişdir. Bu müqavilənin məzmununa görə, pulun verilməsi əqdin bağlanılmasından ya əvvələ və yaxud sonraya təsadüf etmir. İddiaçı isə pulu almadığını bildirir. Cavabdeh Göygöl rayon Notariat kontoru isə pul vəsaitinin satıcıya verilməsini təsdiq edən heç bir sübut təqdim edə. Pul vəsaitinin satıcıya ödənilməməsi öhdəliyin icrası ilə bağlı bir məsələ deyildir.
19. Apellyasiya məhkəməsi belə qənatə gəlib ki, cavabdehin pul vəsaitini iddiaçıya ödəmək niyyəti olmamış və iddiaçı əqd bağlanan zaman aldadılmışdır. Mülk i Məcəllənin 567-ci maddəsinin dispozisya şərtlərinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyənləşdirimiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. Buna görə də mübahisələndirilən əqd etibarsızdır və qarşı tərəfə münasibətdə heç bir hüquqi nəticə yaratmır.
20. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, bağlanmış əqd etibarsiz olduğundan, iddiaçı faktiki olaraq bu əqddən bu və ya başqa formada heç nə əldə etmədiyi üçün əqdin etibrasızlığının nəticələri ilə bağlı heç bir məsuliyyət daşımır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması haqq ında yeni qərar qəbul çıxarılmasını xahiş etmişlər.
22. Kassasiya şikayətinin dəlilləri: - cavabdeh aldığı torpaq sahəsinin dəyərini iddiaçıya şəxsən ödəyib və iddiaçı həmin puldan 152 manat məbləğində vergi, 150 manat məbləğində isə notariat xərcini ödəyib; - 5500 manata qədər olan məbləğin notariat ofisinin depozit hesabına ödənilməsi məcburi deyil; - apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün qiymət verməyib, maddi və prosessual hüquq normalarının pozub.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2826/2020 nömrəli, 20 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiy a Məhkəməsinə göndərilmişdir.
24. Kassasiya instansiyasının mövqeyi: - apellyasiya instansiyası məhkəməsinin nəticəsi əqdin etibarsız sayılması üçün əsas vermədiyindən qətnamə qanuni sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi əmlakın beş ildən tez (8 ay) satılmasını əqdin etibarsız sayılması üçün əsas kimi qəbul edərkən nəzərə almamışdır ki, Mülki Məcəllədə bilavasitə belə bir şərt nəzərdə tutulmadığından həmin hal Mülki Məcəllənin şərtinin pozulması kimi qiymətləndirilə və həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən əqdin etibarsız sayılması üçün əsas ola bilməz; - əmlakın dəyərinin ödənilməsi Mülki Məcəllənin 567-ci maddəsində müqavilənin şərti kimi nəzərdə tutulmaqla pulun ödənilməməsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtin pozulması kimi qiymətləndirilsə də, işdə əmlakın dəy ərinin iddiaçıya ödənilməsini inkar edən mötəbər sübutlar olmadığından, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin hal da əqdin etibarsız sayılması üçün əsas verməmişdir; - alqı-satqı müqaviləsinin 4-cü və 5-ci bəndləri, iddiaçı tərəfindən ödənilən vergi və notariat xərcləri, eləcə də təxminən 2 ildən sonra iddiaçının əmlakın dəyərinin ödənilməməsini iddia etməsi iddiaçının göstərdiklərini təkzib etdiyindən apellyasiya məhkəməsinin pulun ödənilməməsi barədə göstərdikləri əsassızdır; - Mülki Məcəllənin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təs ir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) - apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan 2 il keçdikdən sonra müqaviləni etibarsız sayarkən qanunun həmin normasının tələbini də nəzərə almamışdır; - alqı-satqı müqaviləsi 354.2-ci maddədə müəyyən olunmuş 1 il müddət ərzində mübahisələndirilmədiyindən onun etibarsız sayılması həmin normanın tələbinə ziddir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-733/2021 n ömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göygöl Rayon Məhkəməsinin 12 iyun 2019-cu il tarixli, 2(066)-679/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev, Ədil Məmmədov)
26. Apellyasiya məhkəməsi qeyd edib ki, iddiaçı iddia ərizəsində iddiasının əsası kimi 2 (iki) əsas şərti irəli sürmüşdür: 1. torpaq sahəsini əldə etdikdən təxminən 8 ay sonra cavabdehə satmış, halbuki, müqavilənin 22-ci bəndində mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxsin həmin torpaq sahəsini 5 il müddətində özgəninkiləşdirə bilməzdi; 2. iddiaçının satdığı torpaq sahəsinin dəyəri cavabdeh tərəfindən ona ödənilməmişdir.
27. Apellyasiya məhkəməsi iddianın alqı-satqı müqaviləsinin bəndinin tələblərində göstərilən müddətə əməl edilməməklə bağlanmasına dair dəlilinə münasibətdə vurğulayıb ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Apellyasiya məhkəməsi göstərib ki, mülki qanunvericilikdə alqı-satqı müqaviləsinə onun özgəninkiləşdirilməsi barədə qadağa qoyulmadığından həmin müddəti gözləmədən alqı-satqınin aparılması onun etibarsızlığına səbəb ola bilməz.
29. Apellyasiya məhkəməsinin mövqeyinə görə işdə əmlakın dəyərinin iddiaçıya ödənilməsini inkar edən mötəbər sübutlar olmadığından, həmin hal da əqdin etibarsız sayılması üçün əsas verməmişdir.
30. Apellyasiya məhkəməsi hesab edib ki, alqı-satqı müqaviləsinin 4-cü və 5-ci bəndləri, iddiaçı tərəfindən ödənilən vergi və notariat xərcləri, eləcə də təxminən 2 ildən sonra iddiaçının əmlakın dəyərinin ödənilməməsini iddia etməsi iddiaçının pulun ödənilməməsi barədə göstərdiklərini təkzib edir.
31. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, alqı-satqı müqaviləsi 354.2-ci maddədə müəyyən olunmuş 1 il müddət ərzində mübahisələndirilmədiyindən onun etibarsız sayılması həmin normanın tələbinə ziddir.
32. Apellyasiya məhkəməsi iddiaçının Mülki Məcəllənin 372.2-ci maddəsinə istinadən 3 (üç) illik iddia müddətinin tətbiq edilməli olması barədə dəlilinə münasibətdə mövqeyi belə olub ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi deyil, kəsici mü ddət kimi müəyyən edilmişdir. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
35. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
36. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərə flər, o cümlədən kassator və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs a ldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
41. İddia tələbi əqdin (alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi əqd üzrə ödənilməli olan pulun ona verilməməsinə və bələdiyyə ilə bağladığı müqavilədə alqı-satqı predmeti olmuş torpaq sahəsini 5 il müddətində özgəninkiləşdirməyə hüququ olmadığna istinad etmişdir. Mülki Məcllənin 337.1ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
42. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ib arətdir ki, əmlakın dəyərinin iddiaçıya ödənilməsini inkar edən mötəbər sübutlar işə əlavə edilməyib, həmin hal əqdin etibarsız sayılması üçün əsas deyil. Həmçinin mülki qanunvericilikdə alqı-satqı müqaviləsinə onun özgəninkiləşdirilməsi barədə qadağa qoyulmadığından həmin müddəti gözləmədən alqı-satqının aparılması onun etibarsızlığına səbəb ola bilməz.
43. Məhkəmə kollegiyası da qeyd edir ki, iddiaçının istinad etdiyi hallar əqdin etibarsız sayılması üçün əsas deyil. Çünki əqdin etibarsız hesab edilməsi üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır.
44. Həmçinin o da müəyyən edilib ki, iddiaçı əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürüb.
45. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq müb ahisəyə Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarını düzgün tətbiq etmişdir.
46. İşin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normlarının dispoztiv şərtlərinə görə iddianın təmin edilməsini istisna etmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
48. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarda əks edilən dəyərləndirməsi ilə razılaşır. Həmin bəndlərdə qeyd edilənlərdən görünür ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh edilən göstərişlərə uyğun olaraq iddia tələbi, sübut etmə yükü, əqdin mübahisələndirilməsi müddəti və mübahisənin qa nuni və əsaslı həlli üçün zəruri olan məsələləri araşdırmış və işin hallarına uyğun olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-733/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.