Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1002/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsi, müqavilənin etibarsız sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6582/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsindən birinci Cavabdeh1 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 01 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129-un (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzilin) mülkiyyətçisi xx.xx.2020-ci il tarixdən etibarən İddiaçı olmuşdur.
2. Daşınmaz Əmlakın Bağışlanması barədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənz il 129-u (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili) Cavabdeh2 bağışlamışdır.
3. Daşınmaz Əmlakın Bağışlanması barədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129-u (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili) Cavabdeh1 bağışlamışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 611925 nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (y eni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzilin) mülkiyyətçisi xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh1dır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-8474/2023 nömrəli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 (yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi 26, M12, 10 saylı mənzili) Cavabdeh2la bağlanmış Salyan Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu M.M.Hüseynov tərəfindən təsdiqlənmiş 4Ə-969 reye str nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
6. C74HVRFY9 nömrəli pasportdan görünür ki, xx.xx.1999-cu il tarixdə doğulmuş X8 X9 kimi xx.xx.2022-ci il tarixdən Almaniya Federativ Respublikasının vətəndaşı kimi qeydiyyata alınmışdır.
7. Salyan Rayon Qeydiyyat Şöbəsindən verilmiş AZ İ seriyalı, 298912 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X5 ilə Cavabdeh1 nikahları xx.xx.2018-ci il tarixdə 99 nömrəli akt qeydi ilə pozulmuşdur. 8. "xxxx" MMC-yə İddiaçı tərəfindən ödənişlərin edilməsi barədə 969702 və 835873 nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərində 94,50 manat və 191,25 manat məbləğində mənzil-kommunal xidməti üçün kommunal xərclər ödənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra birinci cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh və ya Nicat Kərimov) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş **********54-05301-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, həmin çıxarışın əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsini n və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nömrəli mənzil xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” alınmış Çıxarışa əsasən yuxarıda qeyd olunan mənzil adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş üzrə cavabdehlər Cavabdeh2 nəvəsidir, Cavabdeh1 isə oğlunun keçmiş həyat yoldaşı olmuşdur. 2021-ci ilin avqust ayında Almaniyada təhsil alan nəvəsi Cavabdeh2 Bakıya gələndən sonra bir müddət onunla birlikdə qalmağa başladı. Söhbət əsnasında nəvəsi Azərbaycan vətəndaşlığından çıxmadan Almaniya dövlətinin vətəndaşlığını qəbul etmək istədiyi və bunun üçün Azərbaycanda onun adına daşınmaz əmlakının olması şərt olduğunu bildirdi. Nəvəsi Cavabdeh2 Bakıxanov qəsəbəsində olan evini Almaniyada vətəndaşlıq alana kimi müvəqqəti olaraq onun adına keçirməyi xahiş etmişdir. Nihad andaman etmişdir ki, vətəndaşlıq məsələsi həll olunandan sonra mənzili yenidən onun adına keçirəcək və həmin vaxta qədər evin sənədləri onda qalacaq. O, da bir nənə kimi nəvəsinin xahişini yerə salmayaraq Bakı şəhəri, Sabunçu r ayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nömrəli mənzili onun adına keçirməyə razılaşmışdır. Bununla bağlı Bakı şəhəri 6 saylı Notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsini bağlamışdır. Bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına **********54-05301- 093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Nəvəsi evin sənədlərini tərcümə mərkəzində olması bəhanəsi ilə ona verməmiş və geri Almaniyaya qayıtmışdır. Onda düşünmüşdür ki, heç nə olmaz nəvəsidir, geri qayıdanda verər. Belə də ki onsuzda razılaşmışdır ki, ev bir müddətdən sonra yenidən onun adına keçiriləcək. Bir daha nəvəsini görməmiş, onun Bakıya gəlməsindən xəbəri olmamış, onunla əlaqə yaratmağa çalışsa da uğursuz olmuşdur. 2023-cü ilin fevral ayının 2-si oğlunun keçmiş həyat yoldaşı Cavabdeh1 onunla əlaqə saxlayaraq Bakıxanovdakı evin artıq onun olduğunu bildirmişdir. Məhz həmin vaxt başa düşmüşdür ki, nəvəsi onu aldadıb. Onda başa düşmüşdür ki, nəvəsi anası ilə birləşərək Almaniyada vətəndaşlıq məsələsi ortaya ataraq bir oyun qurublar. Dərhal notariat ofisinə müraciət etmişdir. Məlum olmuşdur ki, nəvəsi Cavabdeh2 evini anası Cavabdeh1 bağışlayıb. Evin qaytarılması ilə bağlı onlara müraciəti nəticəsiz qaldığından məcburiyyətdə qalaraq məhkəməyə müraciət etmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, nəvəsi Cavabdeh2 onu aldadaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2995 məhəllə, ev 6, 129 nömrəli mənzilini öz adına keçirməyə nail olmuşdur. Məlumat üçün bildirir ki, aralarında bağı şlanma müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlansa da həmin vaxtdan hazırki vaxta qədər nə nəvəsi özü, nə də ki anası ona məxsus olmuş evdə ümumiyyətlə yaşamamışlar. 2023-cü ilə qədər evin bütün kommunal xərcləri tərəfindən ödənilib. O da qeyd olunmuşdur ki, Cavabdeh1 oğlundan çoxdandı boşanıb. Belə şəxsə ev bağışlamaq qeyri-mümkündür. Atdığı addım yalnız nəvəsinə görə onun Almaniyada vətəndaşlıq məsələsini həll etmək üçün müvəqqəti olmuşdur.
11. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 ilə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş **********54- 05301-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət re yestrindən çıxarışın, həmin çıxarışın əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmiş və eyni zamanda izahat verərkən iddiaçı tərəfin vermiş olduğu suala cavab olaraq bildirmişdir ki, bəli Cavabdeh2 Almaniya Federativ Respublikasının vətəndaşlığını 2021-ci ildə dəqiq xatırlamadığı tarixdə qəbul etmişdir. Lakin Almaniyada vətəndaşlığın qəbulu üçün şəxsin adına daşınmaz əmlakın olmasına dair heç bir şərt yoxdur. O, 2023-cü ilin əvvəlində həmin mənzilin yerləşdiyi binaya yaxınlaşaraq artıq mənzilin ona aid olduğunu bildirmiş və bundan sonra həmin mənzildə təmir işləri görərək orada yaşamağa başlamışdır.
13. Cavabdeh2 məhkəməyə yazılı etiraz ərizəsi ilə müraciət edərək bildirişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Nənəsi İddiaçı 2021-ci ilin yaz ayında ona zəng edib ona təntənəli tonda “Niko, sənə sürprizim var, sənin üçün ev almışam” bildirərək, yuxarıda qeyd olunan mənzili onun adına keçirmək istədiyini bildimişdir. Bunu ona, nənəsi avqust aylarında Azərbaycana gələndə də bir daha bildirmiş və sentyabrda birinci onu “ASAN” xidmətə aparıb (qeyd etmişdir ki, o uzun illərdir ki, təhsilini Birləşmiş Krallıq, ABŞ da və Almaniyada başa ç atdırmış deyə, Bakını yaxşı tanımır) onu ilk növbədə yuxarıda qeyd olunan mənzilə qeydiyyata salıb, sonra ona həmin günü demişdir ki ona yeni nəsil şəxsiyyət vəsiqəsi çıxartmaq lazımdır ki, sonradan notariusa gedib məzili onun adına keçirsin. Şəxsiyyət vəsiqəsini aldıqdan sonra onlar nənəsinin dediyi ve istədiyi kimi notariusa gedib bağışlama müqaviləsi bağlamışlar. Notarius hətta nənəsinə çoxlu suallar vermişdir. Nənəsi heç bir şərt qoymadığını söyləmiş və mənzili ona hədiyyə etməsini istədiyini notariusa bir neçə dəfə bildirmişdir. Yanında hətta şahid kimi dövlət işinin əməkdaşı tanışı belə var idi. O, belə bunları təsdiq edə bilər. ASAN xidmətə getdiyi gün belə nənəsi onu notariusa aparmışdı, lakin bütün sənədlər yanında olmadıqdan həmən gün bağışlanma müqaviləsi bağlaya bilməmişlər. On un nənəsi məhkəmə işlərində çox təcrübəli və savadlı qadındır. O, da Almaniyada hüquqşünas təhsili alır və Azərbaycanda olanda nənəsi ilə axşamlar oturub hüquqi mövzular haqqında və Azərbaycanın mülki və cinayət məcəllələri haqqında maraqlı söhbətlər aparmışlar. Burada sual yaranır ki əgər nənəsi ona mənzili bağışlamaq və ya şərt altında bağışlamaq isteyirdisə, niyə görə bunu notariusa bildirməyib? Və yuxarıda qeyd etdiyi kimi mənzili bağışlamamışdan əvvəl də nənəsi onu “ASAN” xidmətə aparıb bağışlanma müqaviləsi bağlamağa cəhd göstərmişdir. Buradan açıq aydın bilinir ki, nənəsi heç bir təzyiq altında olmadan, öz istəyi ilə və heç bir şərt qoymadan mənzili ona bağışlamaq niyyətində idi və bunu öz istədiyi kimi də etdi. Əlavə etmişdir ki, bu nənəsinin bağışlanma müqaviləsi ilə olan ilk məhk əmə ərizəsi deyil. Nənəsi eyni səbəblər ilə doğma qızı Lalə Cavadova ilə də neçə ildir ki, məhkəmə davaları aparır. Nənəsinin evində Azərbaycan Respublikasının qanunlarına dair kitabları belə var və qanunlardan çox gözəl xəbərdardır. Nənəsinin onun X7nı sevməməyi həmişə məlum idi. X3 azyaşlı bacısı ata evində bir neçə ailə üzvləri ilə böyüdürdü. Anası işsiz qadındır və anasının atası 2021-ci ilin dekabr ayında rəhmətə getdikdən sonra bacısına baxmaqda çətinlik çəkir. Babasıgilin evində iki yeniyetmə dayısının oğulları böyüyür və bacisına qarşı münasibətləri heçdə yaxşı deyil. O, bir qardaş və oğul olaraq əlbətdəki bunu gözə ala bilməyərək yuxanda qeyd olunan mənzili anasına hədiyyə etmək gərarına gəlişmişdir. Nənəsi İddiaçı bundan xəbər tutduqdan sonra dərhal məhkəməyə müraciət etmiş, anas i sevmədiyi üçün onunla prinsip aparmağa başlayıb. İddiaçı iddia ərizəsinə etirazını qəbul edib iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının qızıdır. Qardaşı ailəsindən ayrıldıqdan sonra Cavabdeh2 onlarla yaxın olmamışdır. Sonrdan 2021-ci il tarixdə təxminən 1 ay müddət ərzində Bakıda olan zaman ona məxsus evdə anası İddiaçı ilə qalmışdır. Nihad həmin 1 ay ərzində anasını inandırmışdır ki, onun Almaniyada ikili vətəndaşlıq almaq üçün burada adına əmlak olmalıdır. Nənəsi isə nəvəsinə kömək məqsədi ilə sözügedən əmlakı bağışlamış, lakin çıxarışın və bağışlama müqaviləsinin ona veriləcəyini bildirmişdir. Nihad və anası onun evində qaldığından, o, onların ikisinin bütün söhbətlərinə şahid olmuşdur. Cavabdeh2 bununla razılaşmış, lakin bəhanələrlə vaxtı uzadaraq nə çıxarışı, nə də ki bağışlama müqaviləsini nənəsinə verməmişdir. Bundan sonra, o, özü Cavabdeh2la əlaqə saxlanmış Cavabdeh2 isə Azərbaycana qayıtdıqda qaytaracağına söz vermişdir. Bundan sonra isə nə çıxarışı, nə də ki bağışlama müqaviləsini qaytarmamışdır.
15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-2674/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (X11) iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin eti barsız hesab edilməsi, Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi iddia tələbinin ilkin hissəsinə Cavabdeh2 ilə iddiaçı aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi - hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflərin vermiş olduğu izahatlardan habelə mülki işin matriallarına əlavə edilmiş mənzilin komunal xidmətlərin ödənilməsinə dair qəbzlərdən də görünür ki, iddiaçı öz xüsusi mülkiyyətindəki evi xx.xx.2021-ci il tarixdə nəvəsi Cavabdeh2 bağışlasa da Cavabdeh2 və onun ailə üzvülərindən heç kim Cavabdeh2 ilə digər cavabdeh arasında bağışlama müqaviləsi bağlananadək sözügedən mənzildə yaşamamış, mülkiyyətçi kimi mənzilə dair hər hansı bir aktiv hərəkətlər icra etməmişlər. Əksinə 2022-ci ilin dekabr ayınadək, yəni iddiaçının ikinci bağışlanma müqaviləsinin olmasından məlumatı olandək mənzilə dair komunal xərclər məhz iddiaçı tərəfindən ödənilmişdir.
17. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab etmişdir ki, mülki işin matriallarına əlavə edilmiş C74HVRFY9 nömrəli pasportdan da görünür ki, Cavabdeh2 Almaniyada vətəndaşlıq alması məhz onunla iddiaçı arasında bağışlama müqaviləsi bağlandığı tarixdən ikinci bağışlama müqaviləsi bağlandığı tarix aralığında, yəni xx.xx.2022-ci il tarixdə olmuşdur.
18. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzildə yaşamaması, mübahisəli mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi, həmin dövr ərzində idd iaçıya məxsus kirayəçilərın orada yaşaması və kommunal xərclərin iddiaçı tərəfindən ödənməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğuna əsas verdiyindən iddia tələbi ilkin hissədə əsaslı hesab edilərək təmin edilməlidir.
19. Bundan sonra məhkəmə iddia tələbinin “həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş **********54-05301-093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehlər arasında xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsi bağlanaraq cavabdeh Natavan Kəriovanın adını yeni çıxarış verilərkən Cavabdeh2 adına verilmiş çıxarış artıq ləğv edildiyindən iddia tələb inin bu hissədə təmin edilməsi zərurəti aradan qalxmışdır.
20. Məhkəmə iddia tələbinin “Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, ilkin bağlanmış müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Həmin müqavilədən sonra bağlanmış əqdlər (xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi) də həmçinin etibarsız hesab edilməli və onun hüquqi nəticələri (Natavan Kərimovanın adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış) ləğv edilməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsini xahiş etsə də, hazırki mülki işdə müqavilənin ləğv əsasları deyildə etibarsızlığı əsasları mövcud olduğundan iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.4, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.2, 340.1, 394, 399.1, 404.1, 404.2, 666.1, 667.1-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 Mürşüd oğl u apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmiş, tərəflər arasında münasibətlər düzgün müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının birinci cavabdeh Natavan Kərimovaya qarşı qərəzli münasibədə olması onu göstərir ki, onu bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmağa məcbur edən məhz nəvəsinə bağışladığı mənzilin qərəzli münasibətdə olduğu keçmiş gəlini Natavan Kərimovaya bağışlanması olub. Bu uydurma iddanı qaldırmağı ”əsaslandırmaq” üçün guya nəvəsinin onu Alman iyada vətəndaşlıq almaq adı altında aldadaraq mənzili nəvəsinə bağışlatmışdır. Halbuki, hər kəsə məlumdur ki, bu absurt bir fikirdir. Almaniyada vətəndaşlıq almaq istəyən şəxsin adına Azərbaycanda mük olması kimi heç bir şərt yoxdur. Birinci instansiya məhkəməsi isə bu absurt firkri əsasız olaraq öz qətnaməsində iddianın əası kimi göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbi nəzərə almamışdır. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddənin tələbindən göründüyü kimi əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində sürülə bilər. Hazırkı işin hallarından g örünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə 2595, ev 6, mənzil 129 saylı mənzili Cavabdeh2 mülkiyyətinə vermiş, üstündən bir il 4 ay keçəndən sonra, yəni 15 fevral 2023-cü il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı qanunda nəzərdə tutulmuş 1 illik kəsici müddəti keçirmiş bu səbəbdən də məhkəməyə müraciət etmək hüququnu itirmişdir. Məhkəmə qanunun bu normasını mübahisəyə tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, guya “iddiaçı öz xüsusi mülkiyyətindəki evi xx.xx.2021-ci il tarixdə nəvəsi Cavabdeh2 bağışlasa da Cavabdeh2 və onun ailə üzvülərindən heç kim Cavabdeh2 ilə digər cava bdeh arasında bağışlama müqaviləsi bağlanadək sözügedən mənzildə yaşamamış, mülkiyyətçi kimi mənzilə dair hər hansı bir aktiv hətəkətlər icra etməmişdir”. Cavabdeh tərəfi məhkəmənin müəyyən etdiyi bu halları qəbul etmir və heasab edirlər ki, məhkəmənin iş üçün əhəmiyyətli olan bu hallar heç bir dəlil və mötəbər sübutla təsdiqin tapmır. Belə ki, əvvəla iddiaçı mənzili nəvəsinə bağışlayarkən həmin mənzili cavabdehə göstərərək onun mülkiyyətinə verdiyini bildirməklə cavabdehə həmin mənzil boş qalmasın deyə kirayə verəcəyini bildirmişdir. Belə olan halda Almanıyada yaşayan cavabdehin mülkiyyətinə verilmiş həmin mənzildə yaşamasına və mənzilində hər hansı bir aktiv hərəkətlər etməsinə ehtiyac qamamışdır. İddiaçı mənzili cavabdehə göstərərkən mənzili bir müddət kirayə verəcəyini və kirayədən ald ığı pullarla da mənzilin kommunal xərclərini ödəyəcəyini bildirmişdir. Belə olan halda məhkəmənin müəyyən etdiyi digər hallardan biri olan “iddiaçıya məxsus kirayəçilərın orada yaşaması və kamunal xərclərin iddiaçı tərəfindən ödənməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğu” barədə gəldiyi nəticə tamailə əlsasızdır. Məhkəmənin hazırlıq iclasında şifahi vəsatət verərək iş üzrə heç bir marağı olmayan, lakin iddiaçı və cavabdehi öz maşını ilə notariat ofisinə apararkən nənə və nəvənin bağışlama müqaviləsi mövzusunda yol boyu söhbətin şahidi olan X4 şahid qismində dindirilməsini tələb etsələr də məhkəmə əsassız olaraq həmin şahidin dindirilməsini təmin etməmişdir. Lakin iş üzrə maraqlı olan iddiaçının qızının dindirilməsi barədə iddiaçının vəsatətini təmin etməklə məhkəmə çəkişmə prinsipini pozmuşdur. Buna görə də apellyasiya məhkəməsində həmin şahidin dinlənilməsini xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-6582/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, aşağıdakılar hazırkı işin mübahisəsiz halı kimi müəyyən edilmişdir: Mənzilin İddiaçı mülkiyyətində olması; Cavabdeh2 iddiaçının nəvəsi, digər Cavabd eh1 isə iddiaçının keçmiş gəlini olması; İddiaçının nəvəsi Cavabdeh2 Almaniyada yaşaması və orada təhsil alması; xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən mənzilin Cavabdeh2 bağışlanması barədə notariat qaydada müqavilə bağlanması; xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən sonra da mənzilin iddiaçının sərəncamında qalması (mənzilin kommunal və digər xərclərinin onun tərəfindən ödənilməsi; Mənzilin Nihada heç vaxt təhvil verilməməsi, onun heç vaxt həmin mənzildə yaşamaması, sahiblik etməməsi, mənzilə yiyələnməməsi; Cavabdeh2 xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən sonrakı, yəni xx.xx.2022-ci il tarixdən Almaniya vətəndaşı olması; Nihadın xx.xx.2022-ci il tarixdə mənzili iddiaçıdan gizlin şəkildə anası, yəni digər Cavabdeh1 bağışlaması; Cavabdeh1 iddiaçının iradəsinə zidd, özbaşına olaraq kilidi dəyişib mənzilə özbaşına sahiblənməsi.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki iş materiallarında olan tədqiq olunan sübutlarla mənzilin iddiaçı tərəfindən Cavabdeh2 bağışlanmasından sonra da həmin mənzilin Cavabdeh2 təhvil verilməməsi, Cavabdeh2 həmin mənzildə heç vaxt yaşamaması, mənzilin iddiaçının idarəsində qalması, mənzilin kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi, qeyd edilən müqavilənin bağışlama müqaviləsinin dispozitiv şərtlərinə uyğun olmaması, yəni görünüş üçün bağlanmış müqavilə olması qənaətinə gəlməyə əsas verir.
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsinin hazırlıq iclasında şifahi vəsatət verərək iş üzrə heç bir marağı olmayan, lakin iddiaçı və cavabdehi öz maşını ilə notariat o fisinə apararkən nənə və nəvənin bağışlama müqaviləsi mövzusunda yol boyu söhbətin şahidi olan X4 şahid qismində dindirilməsini tələb etsələr də məhkəmə əsassız olaraq həmin şahidin dindirilməsini təmin etməmişdir, bu səbəbdən həmin şahidinin apellyasiya məhkəməsində dinlənilməsini xahiş etmişlər.
28. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, yuxarıda hazırkı işin mübahisəsiz halları, o cümlədən mənzilə dair bağışlama müqaviləsinin bağlanması və onun notarial qaydada təsdiq edilməsi müəyyən edilmişdir. Belə olan halda həmin mübahisəsiz halın təsdiqi üçün şahid ifadəsinin dinlənilməsinə lüzum qalmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə tədqiq edilmiş sübutlar, o cümlədən tərəflərin əqdə qədər, əqddən sonrakı davranışları tərəflər arasında həqiq i münasibətlərin müəyyən edilməsi üçün yetərli olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsində onun dindirilməsindən imtina edilməsi, prosessual qənaət prinsipi baxımından düzgün olmuşdur. Həmin şahidin apellyasiya məhkəməsində dindirilməsi barədə vəsatəti də eyni əsaslara görə təmin edilməmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının qanunda nəzərdə tutulmuş 1 illik kəsici müddəti keçirməsi, bu səbəbdən də məhkəməyə müraciət etmək hüququnu itirməsi, məhkəmənin qanunun bu normasını mübahisəyə tətbiq etməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi mənzili nəvəsinə bağışlaması müqaviləsinin görünüş üçün bağlanmış müqavilə olduğunu iddia etmiş, onun əslində nəvəsinə ev bağışlamaq niyyətinin olmadığını, mənzili nəvəsinin Almaniyada vətəndaşlıq alması üçün formal olaraq bağışladığını, daha sonra mənzilin yenidən onun adına rəsmiləşdiriləcəyini qeyd etmişdir. Bunun təsdiqi kimi isə evin bütün kommunal xərclərinin özü tərəfindən ödənilməsi, qarşı tərəfin həmin evdə bir gün də yaşamaması ilə bağlı sübutlarını təqdim etmişdir. İddiaçı nəvəsinin mənzili xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə verilməsini öyrənən kimi, yəni Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında hazırkı iddiasını onun icrasına başlanıldığı gündən bir il ərzində (mənzilin xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlandığı tarixdən başlamaqla), yəni xx.xx.2023-cü il tarixdə irəli sürmüşdür. Bununla da müəyyən olunur k i, Mülki Məcəllənin 354.1-ci maddəsində qeyd edilən bir illik müddət ötürülməmişdir.
30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 404.1, 404.2, 666.1, 666.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 372, 380, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
31. Qətnamədən cavabdeh Natavan Kərimova (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayətində qeyd olunmuşdur ki, həm birinci instansiya məhkəməsi zamanı, həm də apellyasiya instansiy ası zamanı məhkəmə araşdırması səthi aparılmış, işin faktiki halları araşdırılmamış, iddia tələbinin təmin olunmasının əsası kimi iddiaçının qızının birinci instansiya məhkəməsi zamanı heç bir sübuta əsaslanmayan şifahi şahid ifadəsini mötəbər sübut olaraq qəbul etmiş, həmin şahidin işin fatkiti hallarına uyğun olaraq ifadə verməyərək həmin bağışlamanın ləğv edilməklə mənzilin ona bağışlanılması üçün bu ifadəni verdiyini məhkəmə araşdımamışdır. İddianın təmin edilməsinə digər əsas kimi isə Cavabdeh2 mübahisəli mənzildə yaşamaması, mübahisəli mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməsi qeyd edilsə də, tərəflər arasında bağlanılmış bağışlama müqaviləsində həmin hal xüsusilə şərtləndirilməmiş, gələcəkdə Nicatın orada yaşaçamaması və aktiv hərəkəti olmayacağı təqdirdə bağışlanmanın ləğvi üçün əsas ola biləcək hal kimi həmin müqavilədə qeyd edilməmiş, bağışlanma həmin halla şərtləndirilməmişdir. Məhkəmə isə işi araşdırarkən həmin halı da araşdırmamış, ifin faktiki halı kimi həmin halların araşdıılmamasına hansı səbəbdən zərurətin olmamasını da qətnamədə əsaslandırmamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi işi tam və hərtərəfli araşdırmamamış, iddiaçı ilə aralarında yaranmış mübahisənin onların hüquqlarının pozulmamasını və bağlanmış bağışlama müqaviləsinin Mülki Məcəllənin tələblərinə uyğun olmaqla notarial qaydada təsdiqləndiyini və müqavilə bağlanan zaman hər hansı bir qeyd, şərt və öhdəliyin qoyulmaması hallarını araşdırmamış, müqavilədə nəzərdə tutulmamyan öhdəliyi məhkəmə özünün fantaziyası əsasında öz beyninin məhsulu kimi icad etməklə həmin icad ı əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir.Eyni zamanda həmin müqavilə “ASAN” Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofislərindən birində rəsmiləşdirilməklə hazırki iş üzrə iddiaçıya bütün hüquq və vəzifələri izah edilmiş və iddiaçı da həmin vəzifələrindən məlumatlı olmuşdur. İddia tələbində qeyd edilənlərə gəldikdə isə iddiaçının vəkili və nümayəndəsinin uydurmasıdır. Lakin iddia ərizəsində yazılanlara aid məhkəməyə heç bir subut təqdim edə bilməmişlər. Birinci instansiya məhkəməsi yalnız bir şahidin ifadəsi ilə, həmin şahid də iddiaçının doğma qızı olduğundan qabaqcadan onu təlimtlandırmaqla məhkəməyə şahid qismində çağırmış və məhkəmə də iddiaçının yaxın qohumu olan şahid ifadəsi əsasında iddia tələbini heç bir sübuta əsaslanmadan formal mülahizələr əsasında təmin etmi şdir. Eyni zamanda məhkəmə kəsici müddətə münasibətdə də prosessual pozuntuya yol verməklə iddia müddətinin iddiaçı ilə cavabdehlərdən Cavabdeh2 arasında bağlanılmış bağışlanma müqaviləsinə münasibətdə hesablamaqla tətbiq etməli olduğu halda bunu etməmiş, həmin kəsici müddəti isə tamamilə ayrı mülkiyyətçi ilə digər şəxs arasında bağlanılmış müqavilənin rəsmiləşdirdiyi vaxtdan hesablamışdır. Kifayət qədər ziddiyyətli olan məqamlara apeyasiya instansiyası tərəfindən də nəinki hüquqi qiymət verilməmiş, həmin hallara dair heç bir münasibət bildirilməmişdir. Halbuki, həmin hallar araşdırılmış olsaydı iddia tələbinin rəddi barədə qətnamə qəbul edilmiş olardı. Məhkəmə tərəfindən heç bir sübuta əsaslanmayan, iddiaçının mülahizəsi əsasında verilmiş iddia tələbi, heç bir əsaslandırma aparılmadan q iymətləndirilməmiş və iddia təmin olunmuşdur.
33. İşə baxan məhkəmə kollegiyası məhkəmə araşdırmasının tamlığı və hərtərəfliliyi prezumpsiyasını pozmaqla mübahisə üzrə verilmiş dəlillərinə qiymət verməmiş, obyektiv qərar qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Mübahisənin düzgün həll olunması üçün iş əhəmiyyətli olan hallar araşdırılaraq qiymətləndirilməli, bununla da sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam tədqiq edilməklə qiymət verilməli, eləcə də işdə iştirak edən şəxslərin izahatlarına iş üzrə toplanmış digər sübutlarla birlikdə MPM-in 88 və 106.1-c i maddələrinin tələbləri yerinə yetirilməklə qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələbinə görəməhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin material larına uyğun olsun. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
34. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
35. Maddə
29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
36. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız dır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
39. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
40. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
41. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
42. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəz ərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
43. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
44. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgə r müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
45. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
46. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqa vilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
47. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
48. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
49. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şə rtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.
50. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
51. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri ad landırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
52. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
53. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
54. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
55. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
56. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi.
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
68. Kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə birinci cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirililən hissədə bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
70. Məhkəmə kollegiyası iş materiallarını və kassas iya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
71. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
72. İddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi də iddia tələbinin təmin olunması əsası kimi, mənzilin iddiaçı tərəfindən Cavabdeh2 bağışlanmasından sonra da həmin mənzilin Cavabdeh2 təhvil verilməməsinə, Cavabdeh2 həmin mənzildə heç vaxt yaşamamasına, mənzilin iddiaçının idarəs ində qalmasına, mənzilin kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsinə, qeyd edilən müqavilənin bağışlama müqaviləsinin dispozitiv şərtlərinə uyğun olmamasına, bununla da görünüş üçün bağlanmış müqavilə olması qənaətinə gəlməyə əsas verməsinə, cavabdeh Nicat Kərimovun xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsindən sonrakı, yəni xx.xx.2022-ci il tarixdən Almaniya vətəndaşı olmasına istinad etmişdir.
73. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına hüquqi qiymət verərkən, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının mənzili Cavabdeh2 sonuncunun Almaniya dövlətinin vətəndaşlığını qəbul etməsi üçün onun adına Azərbaycanda daşınmaz əmlakının olması şərtinin olması, nəvəsi Cavabdeh2 Bakıxanov qəsəbəs ində olan evini Almaniyada vətəndaşlıq alana kimi müvəqqəti olaraq onun adına keçirməyini xahiş etməsi, vətəndaşlıq məsələsi həll olunandan sonra mənzili yenidən onun adına keçirəcəyi və həmin vaxta qədər evin sənədlərinin onda qalacağı barədə iddia ərizəsində göstərdiklərinə, həmin mülahizəni təsdiq edən yeganə sübut kimi iddiaçının hazırki işdə maraqlı olan qızı X1 şahid qismində verdiyi ifadəsinə əsaslanmış, bununla da dolayısı ilə iddiaçının mənzili Cavabdeh2 yuxarıda qeyd olunun şərtlə bağışlanması nəticəsinə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 hədiyyəni qəbul etmədiyindən, müqavilə görünüş üçün bağlanmış müqavilə olmaqla, etibarsızdır. Bu zaman apellyasiya məhkəməsi qətnaməsini ümumi normalar olan Mülki Məcəllənin 337.1 və 666.1-ci maddələrinə ist inad etməklə əsaslandırmışdır.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin.... etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli Qərar ları).
75. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Konstitusiya Məhkəməsi Plenum Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
76. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbini Cavabdeh2 tərəfindən aldadılması, yəni iradə ifadəsində pozuntu olması, habelə bağışlamanın öhdəliklə şərtləndirilməsi və hədi yyə alanın hədiyyəni qəbul etməməsi ilə əsaslandırmışdır.
77. Apellyasiya instansiya məhkəməsi isə müqavilənin etibarsızlığı əsasını təsbit edən konkret normaya istinad etməsə də, yuxarıda qeyd olunan mövqeyindən görünür ki, o, müqaviləni Cavabdeh2 hədiyyəni qəbul etməməsi əsası ilə etibarsız saymışdır. Bu zaman məhkəmə kollegiyası iddiada irəli sürülmüş əsasa, yəni onun müqavilə bağlanılması məqsədi ilə Cavabdeh2 tərəfindən aldadılmasının real olub-olmamasına ümumiyyətlə hüquqi qiymət verməmiş, həmçinin müqavilənin şərtlə bağlanması ilə bağlı iddia ərizəsində qeyd olunan halların hər hansı mötəbər sübutla təsdiq edilməməsinə düzgün hüquqi qiymət verməmişdir.
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 666.1-ci maddəsinin dispozisiyasını düzgün şərh etməmişdir.
79. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış müqavilələr Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən notarial qaydada bağlanmış və mübahisələndirilən xx.xx.2021-ci il tarixli ilkin bağışlama müqaviləsinin mətnində və ikinci müqavilədə də, hər hansı öhdəliyin yerinə yetirilməsi ilə bağlı şərt nəzərdə tutulmamışdır. Yəni, xx.xx.2021-ci il tarixli ilkin bağışlama müqaviləsinə əsasən Cavabdeh2 öz üzərinə hər hansı öhdəlikləri yerinə yetirmək vəzifəsi götürməmişdir.
80. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək lazımdır: - bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; - hədiyyə alanın əmla kı artır; - hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; - hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; - hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur; - bağışlama öhdəliklə şərtləndirilmədiyi halda, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
81. Odur ki, hazırki mübahisənin həlli üçün iddiaçının mənzili Cavabdeh2 bağışlamasının hər hansı şərtlə bağlı olmasına düzgün hüquqi qiymət verilməli, bağışlamamın öhdəliklə şərtləndirilməsi təsdiqini tapmadığı halda, hədiyyənin qəbul edildiyi nəzərə alınmalıdır.
82. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi kimi, iddiaçının nəvəsi Cavabdeh2 mənzili xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 mülkiyyətinə verilməsini öyrənən kimi, yə ni Mülki Məcəllənin 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında hazırkı iddiasını onun icrasına başlanıldığı gündən bir il ərzində (mənzilin xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 bağışlandığı tarixdən başlamaqla), yəni xx.xx.2023-cü il tarixdə irəli sürməsini qeyd edərək, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətnin ötürülmədiyini göstərmişdir. Halbuki, hazırkı iş üzrə iddia tələbinin düzgün həll edilməsinin təməlində iddiaçının mənzili Cavabdeh2 bağışlaması barədə xx.xx.2021-ci il tarixli birinci bağışlama müğaviləsinin etibarsızlığı durduğu və məhkəmələrin də qeyd etdikləri kimi, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı, xx.xx.2021-ci il tarixli müğavilənin etibarsız lığından asılı olduğundan, kəsici müddətin axımının əvvəlinin xx.xx.2021-ci il tarixli müğaviləyə tətbiq olunması (Mülki Məcəllənin 354.2-ci maddəsi) müzakirə olunmalı idi.
83. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
84. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzg ün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, bununla da qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir.
85. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəl i gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
86. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
87. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır. 8
8. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
89. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməli, qəbul edilən yekun qərardan asılı olaraq tərəflərə bundan sonraki hərəkətləri ilə bağlı hüquqları izah edilməlidir.
90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6582/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.