Məhkəmə qərarları › İş №2(102)-1002/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1002/2025

22.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1002/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X23 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın faktiki qəbulu, əqdin etibarsız sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X7 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(107)-1110/2024 nömrəli iş üzrə 28 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li sərəncamı ilə X19 həmin torpaq sahəsinə bitişik 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır;

3. X28 30 mart 2001-ci ildə ölmüşdür;

4. JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı əsasında İddiaçı1 atası X13 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir;

5. X29 xx.xx.2004-cü ildə Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla ona məxsus olan yaşayış sahəsi 189.20 kv.m.-dən ibarət olan 1994-cü ildə tikilmiş fərdi yaşayış evini X44 adlı şəxsə satmışdır.

6. X29 xx.xx.2012-ci ildə ölmüşdür; 7. xx.xx.2022-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X31 tərəfindən X14 miras əmlakından bacısı Cavabdeh3 tam hissədə irs verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir;

8. Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarix li bağışlanma müqaviləsinə əsasən onun bacısının əri Cavabdeh1 bağışlamış, bu müqavilə əsasında Cavabdeh1 xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır; 9. 07.12.2023-cü il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində X20 məxsus ünvan 3 ünvanda yerləşən JN1528A saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.0572 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 anası İddiaçı2 ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, ümumi əmlakın 3/8 hissəsinə X13 ailə üzvləri olan İddiaçı1, İddiaçı2 və X39 hər birinə 1/8 hisə miras payı verilmiş, miras əmlakın 1/8 hissəsinə mirası qəbul etmiş, lakin hüquqlarını rəsmiləşdirmədən vəf at etmiş mərhum X24 münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü ildə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh4 xx.xx.2022-ci il tarixli 2V1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəh adətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, xx.xx.2001-ci ildə vəfat etmiş mərhum X8 qalmış miras əmlakın irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X29 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı onlara çatacaq 1/2 hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İddiaçılar İddiaçı1 qızının, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X31 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyest r nömrəli ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, xx.xx.2001-ci ildə vəfat etmiş mərhum X8 qalmış miras əmlakın irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X29 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq tam hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

12. Eyni zamanda iddiaçılar İddiaçı1 qızının, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 mə hkəməyə ərizə təqdim edərək, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X21 cavabdeh qismində işə cəlb edilmədiyini, Cavabdeh4 Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olan əsl cavabdeh X31 ilə əvəz edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, X28 onun qardaşı olmuşdur. Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li sərəncamı ilə X19 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə ona sərəncam verilmişdir. Həmin torpaq sahəsi digər qardaşı X20 məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bitişikdir. X4 xx.xx.2001-ci ildə ölmüşdür. Onun öldüyü vaxt özü Rusiyada olmuş, iki aydan sonra Balakən rayonuna gələrə k, onun yasında iştirak etmiş, ona baş daşı qoymuşdur. X54 məxsus olan torpaq sahəsini anası və özü istifadə etmişdir. Anası ona bildirmişdir ki, həmin torpaq Xalidindir. Orada X56a məxsus ev olmuşdur. Kərim evi 2004-cü ildə satmışdır. Ev satıldıqdan sonra Səlim Kərimova məxsus torpaq sahəsindən evi alan şəxs Bəşir Hüşənov istifadə etmişdir. 2022ci ildə qardaşı Səlimə məxsus olan torpaq sahəsini rəsmiləşdirmək istəmiş, bununla bağlı notariat orqanına müraciət edərək bildiriş almış, torpaq sahəsinə çıxarış alması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, lakin həmin torpaq sahəsindən istifadə edən Bəşir Hüşənov reyestr əməkdaşlarını ora buraxmamış, o da məcbur olub Balakən Rayon İcra Hakimiyyəti Başçısının 12 mart 1993- cü il tarixli 139 nömrəli sərəncamına əsas ən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində iddiaçı Cavabdeh3 mərhum X4na ayrılmış və ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdeh X44 tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-635/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, bundan sonra xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsinə X14 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, xx.xx.2022-ci il tarixdə isə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu X31 tərəfindən xx.xx.2022-ci il tarixdə miras əmlakın tam hissəsinə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, xx.xx.2022-ci il tarix də qardaşı Səlimdən miras qalmış 0.06 ha torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Maddi vəziyyəti yaxşı olmadığına, tibbi əməliyyata ehtiyacı olduğuna görə torpaq sahəsini bacısının əri Cavabdeh1 satmış, xx.xx.2023-cü ildə isə aralarında notarial qaydada bağışlanma müqaviləsi bağlanmışdır. X30mış miras əmlakı özü qəbul etmiş, vergisini ödəmişdir. Lakin bununla bağlı hər hansı sənədi yoxdur və hər hansı sübut təqdim edə bilmir.

14. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, X28 və X29 onun qayınları olmuşlar. Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li sərəncamı ilə X19 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X13 torpaq sahəsinə bitişikdir. Səlim Kərimova to rpaq sahəsini özü təşkil etmişdir. Səlimin ölümündən sonra həmin torpaq sahəsini Kərim Kərimov istəmiş, ona bildirmişdir ki, həmin torpaq sahəsini ona versin, özünə başqa yerdən torpaq alacaq. Kərimlə razılaşdığına görə həmin torpaq sahəsinin verilməsi barədə İcra Başçısının sərəncamının əslini Kərim Kərimova vermişdir. Həmin torpaq sahəsi Kərim Kərimovun həyətyanı torpaq sahəsinə bitişik olduğuna və Kərimin olduğuna görə Kərim ölənə qədər və öləndən sonra oradan başqa heç kim istifadə etməyib. Kərim Kərimov öləndən sonra onun həyat yoldaşı İddiaçı2 ona bildirmişdir ki, həmin torpaq sahəsini Bəşir Hüşənova qeyri-rəsmi satmışdır. 2022-ci ildə Cavabdeh3 miras əmlakı öz adına rəsmiləşdirmiş, 2023-cü ilin fevral ayının 23-də isə torpağı ona bağışlamışdır, hazırda həmin torpaq öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır.

15. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofis ində xx.xx.2023- cü il tarixli 4Ə-325 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, xx.xx.2001-ci ildə vəfat etmiş mərhum X8 qalmış miras əmlakın irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X29 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı onlara çatacaq tam hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin hüquqi əsası ondan ibarətdir ki, İddiaçı1 atası, digər iddiaçının əri olmuş mərhum X29 30 mart 2001-ci il tarixdə vəfat etmiş X4ndan qalmış miras əmlakı faktiki idarə etmiş, lakin vərəsəlik hüququnu rəs miləşdirmədən vəfat etmişdir. X1 qalmış miras əmlaka onların irsi transmissiya qaydasında vərəsəlik hüquqları mövcuddur ki, Cavabdeh3 tam hissədə irs verilməklə onların vərəsəlik hüquqları pozulmuşdur. Aşağıda sadalanan əsaslara görə iddia tələbini əsassız hesab edərək bildirmək istəyir ki, iddiaçılar hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyillər. İşin faktiki hallarından göründüyü kimi, miras qoyan X28 30 mart 2001-ci il tarixdə vəfat etmiş, sonuncu vəfat etdiyi zaman anası X12 olmuş, miras faktiki olaraq qəbul etmiş, həmin miras əmlakdan qanunla müəyyən edilmiş qaydada imtina etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamı ş olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında bir daha qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd etmişdir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göründüyü kimi, X14 vəfat etdiyi 30 mart 2001-cı il tarixdə onun birinci növbə vərəsəsi olan anası X12 olduğundan, ikinci növbə vərəsə olan X13 vərəsəliyini istisna edilir. X32 isə 28 iyun 2016-cı il tarixdə vəfat etmişdir ki, onun öldüyü məqamda sağ olmuş birinci növbə vərəsələri qızları X22, X25, X15 və X16 olmuş, həmin vərəsələrin razılığı ilə irsi transmissiya qaydasında mərhum X8 X26 miras qalmış torpaq sahəsi üzərində X9 tam hissədə pay verilmişdir. Göründüyü kimi, X28 vəfat etdiyi zaman birinci növbəli vərəsəsi olan anası sağ olduğundan ikinci növbə vərəsələrin vərəsəliyi istisna edilir və həmin miras əmlakın irsi transmissiya qaydasında hazırki iş üzrə cavabdeh X9 miras əmlakdan tam hissədə pay verilməsi nəticəsində hazırki iş üzrə iddiaçıların vərəslik hüququ pozulmamış, nəticədə sonuncular hazırki iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmamışlar. Ümumiyyətlə mərhum X14 birinci növbəli vərəsəsi anası X27r. Birinci növbənin vərəsəsi sağ olduğu halda digər vərəsələrin isə ümumiyyətlə pay tələb etmək hüququ yoxdur. X14 ölümündən sonra onun mirasını X32 və ya X6 faktiki qəbul etməsi nə dair hər hansı yazılı sübutu yoxdur. X2 qalmış miras əmlakın X29 və onun irsi transmissiya qaydasında vərəsələri tərəfindən qəbul edilməsi iş materialları ilə sübut olunmur. İddiaçılar bununla bağlı sübutlar təqdim etmədiklərinə görə hesab edir ki, iddia əsassızdır.

16. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi və üçüncü şəxs X17 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, X28 və X29 onun qardaşları olmuşlar. Cavabdeh1 onun əridir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X19 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X13 torpaq sahəsinə bitişikdir. Əslində mərhum qardaşı Səlim Kərimova verilmiş torpaq sahəsi əri Cavabdeh1 məxsusdur. Çünki həmin torpaq sahəsini əri Cavabdeh1 alıb. Yəni həmin torpaq sahəsi özlərinin olub. Səlim Kərimov öləndən sonra qardaşı Kərim əri Xalidin icazəsi ilə oranı istifadə edib. X56 öldükdən sonra onun arvadı İddiaçı2 onlara bildirib ki, həmin torpağı Bəşir Hüşənova satıb. X51 torpağı İddiaçı2 aldığını bildirərək, onları ora girməyə qoymayıb. 2022-ci ildə həmin miras torpaq sahəsi bacısı Cavabdeh3 adına rəsmiləşdirilib. Cavabdeh3 öz adına torpaq sahəsinə çıxarış aldıqdan sonra həmin torpaq sahəsini əri Cavabdeh1 bağışlayıb. Mirası Cavabdeh3 qəbul etdiyinə və ərinə bağışladığına görə iddianın rədd olunmasını xahiş edir.

17. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 27 iyun 2024-cü il tarixli, 2(019)-264/2024 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Balakən regional «ASAN xidmət» mərkəzində notaria t ofisinin xüsusi notariusu X31 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X31 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh3 adına verilmiş reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi; Bu müqavilə əsasında Cavabde h1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi; xx.xx.2001-ci ildə vəfat etmiş mərhum X8 qalmış miras əmlak irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X29 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq tam hissə miras payı müəyyən edilməklə İddiaçı1 1/2 hissə və İddiaçı2 1/2 miras payının müəyyən edilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X18, Cavabdeh1, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X31 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri p ublik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, hazırki işə mübahisəli hüquq münasibətinin yarandığı xx.xx.2001-ci il tarixdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçılardan fərqli olaraq Cavabdeh3 mərhum X8 miras qalmış əmlakla bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

20. Məhkəmə bildirmişdir ki, iş materiallarına əlavə edilmiş mərhum X28 barəsind ə 2V1003 nömrə ilə reyestrdə qeydə alınmış V-582/2021 saylı vərəsəlik işinin materiallarında xx.xx.2021-ci il tarixli 136 nömrə ilə qeydə alınmış, Balakən Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X14 dəfn xərcinin bacısı Cavabdeh3 tərəfindən çəkildiyi qeyd edilmişdir. Həmin arayış hər hansı bir fakta, dəfn xərcinin hansı məbləğdə olması və hansı xərcləri əhatə etməsi barədə məlumata əsaslanmadığından və bu halları təsdiq edən rəsmi sənədə istinad etmədiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda X28 xx.xx.2001-ci il tarixdə vəfat etdiyindən arayışı verən Balakən Bələdiyyə sədrinin hansı vəzifədə olması, həmin müddətdə mərhumun dəfn xərcləri ilə bağlı hansı məlumatlara malik olması şübhə doğurur.

21. Məhkəmə qeyd etmişdir ki, məhkəmə icl asında iştirak etmiş cavabdeh tərəf xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış 0.06 ha torpaq sahəsini onun anası X33 tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini təsdiq etməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.

22. Məhkəmə bildirmişdir ki, iş üzrə cavabdeh tərəf məhkəmə iclasında verdikləri izahatlarında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış 0.06 ha torpaq sahəsinin onun anası X33 tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etmə yə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini təsdiq etməmişlər.

23. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 isə mərhum X14 vəfat etdiyi 30 mart 2001-cı il tarixdə onun birinci növbə vərəsəsi olan anası X12 olduğundan, ikinci növbə vərəsələrin vərəsəliyinin istisna edildiyini qeyd etməklə bu əsasla iddiaçıların iddia vermək hüquqlarının olmadığını qeyd etmişdir.

24. Məhkəmə iclasında müəyən edilmişdir ki, mərhum X14 30 mart 2001-cı il tarixdə vəfat etməsindən sonra ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi qardaşı X13 faktiki sahibliyində və istifadəsində olmuşdur.

25. İş materiallarında olan İddiaçı1 ünvanlanmış Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışından görünür ki, o, mərhum atası X20 məxsus ünvan 3 ünvanda JN-1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən X20 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik X13 X4na məxsus 0.06 ha həyətyanı torpaq sahəsi yerləşir. X28 30 mart 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini X29 və onun ailə üzvləri istifadə etmişdir. 30 yanvar 2004-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X29 özünə məxsus olan həmin ünvanda yerləşən fərdi yaşayış evini X3. Hal-hazırda həmin torpaq sahələrindən X44 istifadə edir.

26. Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışı işin faktiki hallarına uyğun olduğuna, orada qeyd edilən hallar tərəflər in məhkəmə iclasında verdikləri izahatları ilə təsdiq edildiyinə görə məhkəmə həmin arayışı mötəbər sübut kimi qəbul etmişdir.

27. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X31 tərəfindən 30 mart 2001-ci ildə ölmüş X14 adına 0.06 ha torpaq sahəsinə dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini düzgün müəyyən etməmiş, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1, 1252 və 1273-1-ci maddələrinin tələblərini pozmuş, irsi transmissiya üzrə mirası yeganə qəbul etmiş vərəsə olan mərhum X28 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçıları miras payından məhrum etmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, 30 mart 2001-ci ildə ölmüş X8 miras qalmış əmlak a vərəsəlik açılarkən Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X31 qanunvericiliyin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, nə formal üsulla, nə də ki, qeyri-formal üsulla mirası qəbul etməmiş Cavabdeh3 mirasdan tam həcmdə pay vermişdir. Cavabdeh3 isə mərhumun öldüyü zaman mirasın qəbulunda iştirak etməmiş, ondan qalan hər hansı bir mirası qəbul etməmişdir.

29. Məhkəmə hesab etmişdir ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X31 miras əmlakı bölüşdürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə istinad etməklə irsi tranmissiya tətbiq etməmiş, Cavabdeh3 münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 12731-ci maddələrinə istinad etməklə mirası qəbul etmədiyinə görə miras dan tam hissədə ona irs verməkdə haqlı olmamışdır.

30. Məhkəmə bildirmişdir ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X31 miras əmlakları bölüşdürərkən 30 mart 2001-ci ildə ölmüş X8 miras qalmış əmlakı onun birinci növbəli vərəsəsi olan X33 tərəfindən qəbul edilmədiyini müəyyən etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş mərhum X28 barəsində 2V-1003 nömrə ilə reyestrdə qeydə alınmış V-582/2021 saylı vərəsəlik işinin materiallarında da miras əmlakın X33 tərəfindən qəbul edilmədiyini müəyyən edilir. Belə ki, mərhumun altı nəfər vərəsəsi olsa da, onlardan beş nəfəri mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmi ş, mirası faktiki qəbul və idarə etdiklərini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir.

31. Məhkəmə iclasında 30 mart 2001-ci ildə ölmüş X8 miras qalmış əmlakı qəbul etmiş yeganə vərəsə isə X13 olduğu müəyyən edilmişdir.

32. Məhkəmə hesab etmişdir ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X31 xx.xx.2001-ci ildə ölmüş X8 miras qalmış əmlakı bölüşdürərkən miras əmlakı qəbul etməmiş Cavabdeh3 adına xx.xx.2022-ci il tarixli 2V1003 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə vermişdir. Buna görə də sözügedən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə ləğv edilməl i, miras əmlak onu yegənə qəbul etmiş vərəsə olan 21 mart 2012-ci il tarixdə ölmüş mərhum X29 vasitəsi ilə irsi transmissiya qaydasında onun vərəsələri olan iddiaçılar arasında bölünməlidir.

33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1151.1,1151.2, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1256,1262, 1263, 1273-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası mə hkəməsindəki icraat

34. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi mərhum X8 miras qalmış əmlakı X11 başqa heç bir vərəsənin qəbul etməməsi nəticəsinə gəlsə də, mülki iş materiallarında bu halı təsdiq edən hər hansı sübut mövcud olmamışdır. Birinci instansiya məhkəməsi X14 vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini X29 və onun ailə üzvləri olan iddiaçılar İddiaçı1, İddiaçı2 istifadə etməsi, oranı əkib becərməsi, orada meyvə ağacı əkməsini müəyyən etsə də, bu halları təsdiq edəcək sübutlar mövcud olmamışdır.

36. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ələddin Məcidov – sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Rövşən Rəfiyev) 2(107)-1110/2024 nömrəli iş üzrə 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(019)-264/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, X28 30 mart 2001-ci ildə ölərkən sağ olan 1-ci növbə vərəsəsi anası X34 olmuş, lakin miras əmlakı nə faktiki, nə də rəsmi yolla qəbul etməmişdir. X5 olan beş 2-ci növbə vərəsəsi olmuşdur ki, onlar da qardaşı X29, bacıları Cavabdeh3, X15, X16 və X25 olmuşlar. X14 ölümündən sonra on un mülkiyyətində olan 0.06 ha torpaq sahəsini qardaşı X13 istifadə edərək mirası qəbul etməsi işdə olan bütün sübutlarla təsdiq olunur. Mübahisə olunan hal Cavabdeh3, X15, X16 və X10 mirası qəbul edib-etməməsidir.

38. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclaslarında, həmçinin məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlarda X28 ölərkən onun dəfn xərclərində, baş daşı qoyulması üçün xərci çəkməklə mirası qbul etdiyini, torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnaməni aldıqdan sonra torpaq sahəsini bacısının əri Cavabdeh1 bağışlamasının səbəbinin sonuncuya 24.000 manat borcu olması olduğunu, eyni zamanda digər izahatlarında həmin torpaq sahəsini X19 alan şəxsin elə Cavabdeh1 olduğunu bildirmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Cavabdeh3 göstərdiyi halla r iş üzrə digər sübut və ya dəlillərlə təsdiq olunmamaqla birlikdə, cavabdehin müxtəlif vaxtlarda verdiyi izahatlar da bir-birləri ilə ziddiyyət təşkil edir. X14 2-ci növbə vərəsələrindən X16 2016-cı ildə ölmüşdür. Onun və digər 2-ci növbə vərəsələrin mirası qəbul etməsi ilə bağlı heç bir sübut və ya dəlil mövcud deyildir.

40. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibətdə qeyd etmişdir ki, apellyator iddiaçıların mirası qəbul etməsinin sübut edilməməsini bildirsə də, Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışından görünür ki, mərhum atası X20 məxsus ünvan 3 ünvanda JN1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən X20 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik X13 X4na məxsus 0.06 ha həyətyanı torpaq sahəsi yerləşir. X28 30 mart 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini X29 və onun ailə üzvləri istifadə etmişdir. 30 yanvar 2004-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X29 özünə məxsus olan həmin ünvanda yerləşən fərdi yaşayış evini X3. Hal-hazırda həmin torpaq sahələrindən X44 istifadə edir.

41. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, torpaq sahəsi mirasqoyanın qardaşı, hazırki iddiaçıların birinin atası, digərinin əri olan X29 tərəfindən qəbul edilmişdir.

42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1-146.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.1, 1133.1, 1133.2, 1145, 1151.1,1151. 2, 1159.1, 1159.2, 1243.1, 1243.2, 1243.3, 1255, 1256, 1261, 1268.1, 1269, 1272, 1273-1, 1274, 1276, 1291, 1262, 1263, 1321.1, 1321.2, 1322-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan miras əmlak üzərindən cavabdehlərin mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı, həmin qeydiyyatın həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğu halda apellyasiya instansiyası bu halı nəzərə almamış, sadalanan maddi hüquq normasının tələb ini pozaraq Cavabdeh1 mülkiyyət hüququna kobud müdaxilə etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən olunmuş hallarından da göründüyü kimi tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi, bunlardan çıxış edərək müvafiq olaraq mirasının qəbulu ilə bağlı verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə vardır, iddiaçıların məhkəməyə müraciət edərkən ilkin tələbi cavabdehlərin adına verilmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi və xx.xx.2001-ci ildə vəfat etmiş mərhum X8 qalmış miras əmlakın irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X29 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı onlara çatacaq 1/2 hissə miras payının müəyyən edilməsi ilə bağlı olmuş, yəni iddiaçılar Cavabdeh3 ilə birgə mirasdan paya sahib ol duqlarını iddia etmiş, daha sonra mirasdan tam həcmdə pay tələb etməklə mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməyən cavabdehə əsassız olaraq mirasın qəbulu haqqında şəhadətnamə verilməsi ilə bağlıdır. Apellyasiya instansiya məhkəməsinin sözügedən vərəsəlik şəhadətnaməsinin cavabdeh tərəfindən mirasın qəbul olunmaması əsası ilə etibarsız hesab edilməsi barədə gəldiyi nəticə əsassızdır və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

45. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, istər miras açıldığı vaxt sağ olan vərəsənin, eynilə də cavabdehin mirası faktiki sahiblik yolu ilə qəbul etməsi ilə bağlı da tutarlı əsaslar vardır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli əmlak üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstit usion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnu qanunsuz və əsassız şəkildə pozmuş, nəticədə qanuni olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli əmlak üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnu qanunsuz və əsassız şəkildə pozmuş, nəticədə qanuni olmayan qətnamə qəbul etmişdir.Cavabdehin məhkəmə iclaslarında verdiyi ziddiyyətli izahatları onun mirasdan məhrum edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya instansiya məhkəməsi sübutların qiymətləndirilməsini düzgün həyata keçirməmiş, İnzibati ərazi nümayəndəsinin arayışını mötəbər hesab edərkən, ilk öncə 2004-cü il tarixə dair məlumatların nümayəndəlikdə deyil, arxivdə saxlanmasına, habelə nümayəndə liyin həmin arayışı hansı arxiv məlumatlarına əsaslanaraq verməsini araşdırmamışdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən cavabdeh tərəf qətnamədən kassasiya şikayəti vermək məcburiyyətində qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

48. Maddə 337.2.Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bil dirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

49. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

50. Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

51. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

52. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

53. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

54. Maddə 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

55. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

56. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

57. Maddə 1159.1.Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürə nlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kim övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa göt ürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

58. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

59. Maddə 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

60. Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı id arə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

61. Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

62. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

63. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməli dirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

64. Maddə 1255.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

65. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

66. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.

67. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul e tmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

76. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, X28 30 mart 2001-ci ildə ölərkən sağ olan 1-ci növbə vərəsəsi anası X34 mirası nə faktiki, nə də rəsmi yolla qəbul etməmişdir. S.Kərimovun sağ olan beş 2-ci növbə vərəsəsi olmuş, onlardan yalnız qardaşı X29 mirası faktiki qəbul edərək mübahisəli torpaq sahəsini istifadə etmişdir. Bu fakt işdəki sübutlarla təsdiqlənir. Digər ikinci növbə vərəsələrin, o cümlədən Cavabdeh3 qanunla müəyyən edilmiş müddətdə rəsmi ərizə verməklə, yaxud mirası faktiki qəbul etməsi sübuta yetirilməmişdir. Həmin cavabdehin istinad etdiyi dəlillər məhkəmələr tərəfindən mirasın faktiki qəbulunu təsdiqləyən sübut kimi qiymətləndirilməmişdir.

77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

78. Mülki Məcəllənin hazırkı işə tətbiq edilən 1246-cı və 1273-1-ci maddələrinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir.

79. Həmin Məcəllənin 1262-ci maddəsinə görə, əgər vərə sə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

80. Belə olan halda, Səlim Kərimovun mirasını faktiki qəbul etmiş vərəsə Kərim Kərimov sayıldığı üçün sonradan onun da ölümü nəticəsində mübahisəli əmlak K.Kərimovun əmlak aktivi kimi sonuncunun birinci növbə vərəsələri olan iddiaçılara keçmiş və qanuna əsasən onların əmlakı olmuşdur.

81. Belə ki, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 63-64).

82. Həqiqi hüquqi vəziyyətə görə iddiaçılara məxsus olmuş əmlakın onların iradələri xaricində sərəncam səlahiyyəti olmayan Cavabdeh3 tərəfindən digər Cavabdeh1 bağışlanmasına dair əqd Mülki Məcəllənin tələblərinə uyğun sayılmamışdır.

83. Qanuna əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır (§ 47, 49, 51).

84. Məhkəmə tərkibi yuxarıda göstərilənləri nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan hüquq normalarına uyğun olmuşdur.

85. O da qeyd edilməlidir işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

87. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

88. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1110/2024 nömrəli iş üzrə 28 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar