Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1004/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X7 və X4 cavabdeh "xxxx" QSC BOKT-a qarşı iş üzrə QƏRARİ Açar sözlər: Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinin və yenidən sübut edilməsinin yol verilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8948/2021 nömrəli iş üzrə 29 sentyabr 202 1-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC BOKT tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki xxx məhəllə, ev “Q”, 38 saylı mənzil üzərində X4 mülkiyyət hüququ 19.06.2004-cü il tarixdə qeydə alınmışdır. Daha sonra xxxxi məhəllə, ev “Q”, 38 saylı mənzil Şəki Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(075)-109/2013 saylı icra vərəqəsi, "xxxx" hərracın nəticələri haqqında Y-396 nömrəli 12.06.2014-cü il tarixli Protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli müqaviləsi əsasında 13.02.2015-ci il tarixə "xxxx" ASC-nin adına, 18.01.2018-ci il tarixdə isə Cavabdeh QSC BOKT-un adına q eydiyyata alınmışdır.
2. Bakı şəhəri İcraiyyə Komitəsinin 22.12.1989-cu il tarixli, 14/519 nömrəli qərarına əsasən 37 nömrəli BTK nəzdində xxx nömrəli bağ sahəsinə dair X1 adına b/s nömrəli order verilmişdir. Həmin order əsasında sözügedən bağ evi 22.10.2004-cü il tarixdə X1 adına ilkin qeydiyyata alınmışdır. Həmin bağ evinə dair verilmiş qeydiyyat vəsiqəsi onun adına 27.11.2007-ci il tarixdə çıxarışla əvəz edilmişdir. Daha sonra xxx saylı bağ evi Şəki Rayon Məhkəməsinin 17.01.2013-cü il tarixli 2(075)-109/2013 saylı icra vərəqəsi, "xxxx" hərracın nəticələri haqqında Y-395 nömrəli 12.06.2014-cü il tarixli Protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli müqaviləsi əsasında 16.01.2015-ci il tarixə "xxxx" ASC-nin adına, 18.01.2018-ci il tarixdə isə Ca vabdeh QSC BOKT-un adına qeydiyyata alınmışdır.
3. Həmçinin iş materiallarından görünür ki, X3 25.12.2010-cu ildə vəfat etmişdir. 01.03.2011-ci ildə onun vərəsələri olan X5 və X6 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
4. Eyni zamanda iş materiallarından görünür ki, hazırkı icraatdan əvvəl iddiaçılar X8 və X7 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişlər.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsin əsasən, iddiaçılar X4 və X2 - cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolların və hərracın yekunları üzrə əmlakın a lqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, "xxxx" MMC tərəfindən xxx saylı bağ evinin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12 iyun 2014-cü il tarixli Y395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi və xxx saylı bağ evə "xxxx" ASC-nin mülkiyyət hüququna dair xxx aparılmış 16.01.2015-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilmişdir.
6. Daha sonra həmin qətnamədən iddiaçı X tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 08.04.2019-cu il tarixli qətnaməsinə əsasən, iddiaçı X4 apellyasiya şikay əti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.08.201 8-ci il tarixli qətnaməsinin qismən - X4 iddiasının təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi; "xxxx" MMC tərəfindən Bx ünvanda yerləşən 38 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12 iyun 2014-cü il tarixli Y-395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X ünvanda yerləşən 38 saylı mənzilə "xxxx" ASC-nin mülkiyyət hüququna dair X aparılmış 13.02.2015-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX0572927 seriyalı çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh QSC-nin apellyasiya şikayətinin t əmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar X7 və X8 cavabdeh "xxxx" QSC BOKT-a qarşı aktın və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli 2(009)-74/2018 saylı qətnaməsi ilə "xxxx" MMC tərəfindən xxx saylı bağ evinin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü il tarixli Y-395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, xxx saylı bağ evə "xxxx" ASC-nin mülkiyyət hüququna dair X aparılmış 16.01.2015-ci il tarixli ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 saylı qətnaməsi ilə iddiaçı X4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi qismən-X4 iddiasının təmin olunmayan hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmiş, "xxxx" MMC tərəfindən X ünvanda yerləşən 38 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü tarixli Y395 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 12.06.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, X ünvanda yerləşən 38 saylı mənzilə "xxxx" ASC-nin mülkiyyət hüququna dair X aparılmış 13.02.2015-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX0572927 seriyalı çıxarış etibarsız hesab edilmiş, Cavabdeh QSC-nin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06.09.2019-cu il tarixli 2(102)-5751/2019 saylı qərarı ilə üçüncü şəxs Cavabdeh X kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)- 173/2019 nömrəli icra vərəqəsinin icrasına dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 15.11.2019-cu il tarixli 15670-12Q saylı və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 20.11.2019-cu il tarixli 1 7/72-168206/18-30378 saylı məktublarına X baxılaraq 19.12.2019-cu il tarixli **********66 nömrəli cavab məktubu ilə göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsində qeyd edilən xxx saylı bağ evi və xxx ünvanda yerləşən 38 saylı mənzil 18.01.2018-ci il tarixdə "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçərək, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsi ilə müvafiq əmlaklara dair Cavabdeh QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların hüquqi əsası etibarsız edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1 -ci madd əsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən xxx saylı bağ evinə və xxx ünvanda yerləşən 38 saylı mənzilə dair Cavabdeh QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata və onun hüquqi əsasının etibarsızlığına münasibət bildirərək, Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019- cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsinə izah verilməsi xahiş olunmuşdur. Bildiririk ki, keçən müddət ərzində Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)173/2019 nömrəli icra vərəqəsinə heç bir izah verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsinə əsasən, "xxxx" MMC tərəfindən xxx saylı bağ evinin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın y ekunları barədə 12.06.2014-cü il tarixli Y-395 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014- cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xxx saylı bağ evə "xxxx" ASC-nin mülkiyyət hüququna dair X aparılmış 16.01.2015-ci il tarixli ********** saylı qeydiyyatın və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi; "xxxx" MMC tərəfındən xxx ünvanda yerləşən 38 saylı mənzilin satılması ilə bağlı hərracın nəticələrinə dair tərtib olunmuş hərracın yekunları barədə 12.06.2014-cü il tarixli Y-395 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 12.06.2014- cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xxx ünvanda yerləşən 38 saylı mənzilə "xxxx" ASC-nin mülkiyyət hüququna dair X aparılmış 13.02.2015-ci il tarixli, ********** saylı qeydiyyatın və həmin qeydiyyata dair RX0572927 seriyalı çıxarış etibarsız hesab edilməsi; icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 08.04.2019-cu il tarixli 2(103)-173/2019 nömrəli icra vərəqəsi ilə həmin əmlaklara dair Cavabdeh QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların hüquqi əsası etibarsız edilmişdir. Cavabdeh QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların hüquqi əsasının etibarsız edilməsi ilə əlaqədar, xxx saylı bağ evinin və X ünvanda yerləşən 38 saylı mənzilin 18.01.2018-ci il tarixdə "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair müqavilə etibarsız hesab edilməli və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müfaviq qeydiyyat və həmin qeydi yyata əsasən verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə xxx saylı bağ evinin və xxxx ünvanda yerləşən 38 saylı mənzilin 18.01.2018-ci il tarixdə "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydiyyatın və həmin qeydiyyata əsasən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir.
9. İşə məhkəmə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xxxx saylı bağ evinin "xxxx" ASCnin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27.12.2017-ci il tarixli, S-ƏML 124 saylı aktın etibarsız hesab edilməsi və onun əsasında verilmiş ƏX aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin q eydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi, xxx ünvanda yerləşən ev 38 (yeni qaydalarla ünvan 6, mənzil 2) saylı mənzilin "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27.12.2017-ci il tarixli, S-ƏML 125 saylı aktın etibarsız hesab edilməsi və onun əsasında verilmiş Xə aparılmış 18.01.2018-ci il tarixli ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab ediləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3508/2021 saylı 30 iyun 2021ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xxx saylı bağ evinin "xxxx" ASC-nin adından Cavabdeh QSCnin adına keçməsinə dair 27 dekabr 2017-ci il tarixli, S-ƏML 124 saylı akt etibarsız hesab edilməsi, xxx saylı bağ evə Cavabdeh QSC-nin mülkiyyət hüququna dair X aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyat və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarış etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti məhəllə 528 ev Q, 38 (yeni qaydalarla ünvan 6, mənzil 2) saylı mənzilin "xxxx" ASC-nin adından Cavabdeh QSC-nin adına keçməsinə dair 27 dekabr 2017-ci il tarixli, S-ƏML 125 saylı aktın etibarsız hesab edilməsi, X (yeni qaydalarla ünvan 6, mənzil 2) saylı mənzilə Cavabdeh QSC-nin mülkiyyət hüququna dair X aparılmış 18.01.2018-ci il tarixli, ********** saylı qeydiyyatın və həmin qeydiyyata dair RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, xxx sa ylı bağ evinin və xxx, 38 (yeni qaydalarla ünvan 6, mənzil 2) saylı mənzilin "xxxx" ASC-nin adına mülkiyyət hüququ ilə keçməsinə əsas olmuş hüquqi sənədlər müvafiq məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 82.3, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8948/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) cavabdeh "xxxx" QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3508/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
17. Kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçılar kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şi kayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
23. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
25. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)
26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
27. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
28. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bi lməz.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8948/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.