Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1005/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Yusifov Araz Arzu oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Əl əkbərov) iddia qismən təmin edilmiş, iddiaçıya məxsus əmək kitabçası, 2018-ci ilin sentyabr ayı üzrə işçiyə ödənilməmiş əmək haqqı (son iş günü nəzərə alınmaqla), 07.01.2014-cü il tarixdən 27.09.2018-ci il tarixədək olan müddət üçün işçi tərəfindən istifadə edilməmiş 120 gün əmək məzuniyyəti günlərinə görə pul əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), X.Cəmilova və İ.Kərimli, 2(103)-9076/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1236/2019 saylı iş üzrə 15 aprel 2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilmiş, iddia həmin his sədə təmin edilmiş, iddiaçı x1nun əmək kitabçasının işəgötürən tərəfindən verilməsinin gecikdirilməsi nəticəsində işə düzələ bilmədiyinə görə 27.09.2018-ci il tarixdən başlayaraq əmək kitabçasının x1na təhvil verildiyi günədək bütün müddət üçün orta əmək haqqı hesablanaraq “x2” x4 xeyrinə tutulması, 2018-ci ilin sentyabr ayı üzrə işçiyə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 28.09.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc “x2”-dən x4 xeyrinə tutulması, 07.01.2014-07.01.2015-ci iş ili üzrə işçinin 18 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) 01.07.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc, 07.01.2015-07.01. 2016-cı iş ili üzrə işçinin 30 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) 01.04.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc, 07.01.201607.01.2017-ci iş ili üzrə işçinin 30 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) 01.05.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc, 07.01.2017-07.01.2018-ci iş ili üzrə işçinin 30 gün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) 01.06.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc, 07.01.2018-27.09.2018-ci iş ili üzrə işçinin 12 gün istifad ə etmədiyi məzuniyyət günlərinin əvəzinə ödənilməli olan pulun (kompensasiyanın) 27.09.2018-ci il tarixdən həmin pulun ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz məbləğində ödənc hesablanaraq “x2”-dən x4 xeyrinə tutulması, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları İddiaçı x1 cavabdeh x2 (bundan sonra – MMC) (əvvəlki adı x3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasının cavabdehdən alınaraq ona verilməsini, ödənilməmiş əmək haqqının və istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin, habelə həmin məbləğlərin gecikdirilməsinə görə ödəniş edilən günədək bir faiz məbləğində ödəncin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Yusifov Araz Arzu oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiym ət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı 07.01.2014-cü il tarixdə işə qəbul olunmuşdur. Cavabdehin 27.03.2018-ci il tarixli əmri ilə 07.01.2014-cü il tarixdən 07.01.2018-ci il tarixədək olan iş illəri üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin iddiaçıya ödənilməsi əmr edilmişdir. Cavabdehin 27.09.2018-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmı ş əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş və həmin əmrlə müəyyən olunmuşdur ki, işçiyə istifadə edilməmiş 12 gün məzuniyyət günlərinə görə pul əvəzi ödənilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2018-ci ilin sentyabr ayı üzrə əmək haqqı və 07.01.2014-cü il tarixdən 27.09.2018-ci il tarixədək olan iş illəri üzrə iddiaçının 120 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi 2018-ci ilin sentyabr ayı üzrə əmək haqqı və 120 gün istifadə edilməyən məzuniyyət günlərinə görə pul əvəzinin tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia müddəti ilə bağlı şikayətinin dəlilini əsassız saymışdır. Belə ki, x3-nin (indiki x2) 37 K saylı, 27 mart 2018-ci il tarixli əmrindən görünür ki, iddiaçıya 07.01.2015-07.01.2016-ci iş ili üzrə 30 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pulun mart ayı üçün hesablanacaq əmək haqqında, 07.01.2016-07.01.2017-ci iş ili üzrə 30 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pulun aprel ayı üçün hesablanacaq əmək haqqında, 07.01.2017- 07.01.2018-ci iş ili üzrə 30 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pulun may ayı üçün hesablanacaq əmək haqqında, 07.01.2014-07.01.2015-ci iş ili üzrə 18 gün istifadə etmədiyi məzuniyyət günlərinə görə pulun iyun ayı üçün hesablanacaq əmək haqqında ödənilməsi əmr edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin axımının başlanması anı müəyyən edilərkən sözüged ən əmrdə illər üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə təyin olunan ödəniş günləri əsas götürülməli və hazırkı iş üzrə iddia müddəti ötürülməmiş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, baxılan mübahisə üzrə iddiaçının əmək kitabçası hal-hazıradək cavabdeh tərəfindən ona təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsi 2018-ci ilin sentyabr ayı üzrə əmək haqqının və 120 gün istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün 1% məbləğində ödəncin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsassız hesab edərkən tərəflər arasında fərdi əmək mübahisəsinin yaranmasına əsaslanmış və bu zaman Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi, 87-ci maddəsinin 3-cü hissəsi, 154-cü maddəsinin 1-ci hissəs i, 172-ci maddəsinin 5-ci hissəsi, 172-ci maddəsinin 6-cı hissəsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşmamışdır. Belə ki, 2018-ci ilin sentyabr ayı üzrə əmək haqqı və 120 gün istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməmiş olması işin mübahisəsiz halıdır və bununla bağlı tərəflər arasında fikir ayrılığı yoxdur. Başqa sözlə, iş üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin yaranması tərəflər arasında fərdi əmək mübahisəsi yaratmamışdır. Əksinə cavabdehin özünün verdiyi 27.03.2018-ci il tarxli əmrlə həmin pulun iddiaçıya hissə-hissə verilməsi müvafiq şöbələrə tapşırılmışdır. Habelə, iş materiallarında əmək haqqı və istifadə edilməmiş məzuniyyət gün lərinə görə pul əvəzinin ödənilməsinin hər hansı üzrlü səbəbdən gecikdirildiyi barədə sübutlar yoxdur. Belə olan halda iddiaçının hər gecikdirilmiş gün üçün faiz tələbi əsaslıdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə göstərilmişdir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsə dilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 3). Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2018-ci ilin sentyabr ayı üzrə əmək haqqı üçün 27.09.2018-ci il, x3-nin 37 K saylı 27 mart 2018-ci il tarixli əmrində istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin işçiyə ödənilməli olan tarixlər nəzərə alınmaqla əmək haqqı və məzuniyyət əvəzi pullar iddiaçıya ödənilən günədək gecikdirilmiş hər gün üçün 1 % ödənc cavabdehdən iddiaçının xeyri nə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmək kitabçasının işəgötürən tərəfindən verilməsinin gecikdirilməsi nəticəsində işçinin işə düzələ bilmədiyinə görə orta əmək haqqının hesabanaraq iddiaçıya verilməsi tələbi də əsaslıdır. Belə ki, işçinin əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçasının iddiaçıya təqdim edilməsi və ya əmək kitabçasının işçi tərəfindən götürülməsi barədə işçiyə hər hansı bildirişin verilməsi (çatdırılması), yaxud iddiaçının əmək kitabçasını qəbul etməkdən imtina etməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, iddiaçı yazılı qaydada cavabdehə müraciət edərək əmək kitabçasını ərizədə qeyd olun an ünvana göndərilməsini xahiş etməsinə baxmayaraq, əmək kitabçası nə ünvana göndərilmiş, nə də məhkəmə prosesləri gedişində iddiaçının səlahiyyətli nümayəndəsinə təqdim edilmişdir. Eyni zamanda, iş materiallarında olan x5-nin 11.01.2019-cu il tarixli məktubundan görünür ki, x1nun x5-yə olan 12.10.2018-ci il tarixli müraciəti əsasında adıçəkilən müəssisə tərəfindən 08.11.2018- ci il tarixdə x4 ilə müsahibə aparılmış, müsahibənin nəticəsi müsbət qiymətləndirilmiş, lakin əmək kitabçası təqdim edilmədiyinə görə x4 ilə əmək müqaviləsinin bağlanması mümkün olmamışdır. x5-nin 11.01.2019-cu il tarixli məktubu ilə bağlı məhkəmə tərəfindən həmin şirkətə sorğu edilərək keçirilmiş müsahibə ilə bağlı sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Buna müvafiq olaraq x5-nin 06.03.2019-cu il tar ixli məktubundan qeyd olunmuşdur ki, “... x1nun CV-si ilə tanış olduqdan sonra o, müsahibəyə dəvət olunmuş və Orxanla şifahi söhbət aparılmışdır. x4 CV-si, iş təcrübəsi və şifahi müsahibənin nəticələri qənaətbəxş hesab edilərək müsbət qiymətləndirilmişdir. Lakin x4 əmək kitabçasını şirkətə təqdim etmədiyinə görə onunla əmək müqaviləsinin bağlanması mümkün olmamışdır.” Əmək Məcəlləsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir (maddə 87.3). İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir (172.6). Həmin Məcəlləyə əsasən, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər (48.1, 48.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların 3.2-ci bəndinə əsasən, vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməmə lidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 03 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1005/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1005/2020
19.02.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver