Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1007/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs X10) iş üzrə QƏRARİ (Açar sözlər: ədalətli məhkəmə araşdırması hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X7 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6944/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X21 (iddiaçının anası) Bakı şəhəri, Xə tai rayonu, General Mehmandarov küçəsi ev 16, 32 saylı mənzili (bundan sonra – mübahisəli ev) xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. 2. xx.xx.2019-cu il tarixdə Kərimova Lala mübahisəli evi X17 (iddiaçının qardaşı) bağışlamışdır. Sonuncunun əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Kərimova Lala xx.xx.2020-ci il tarixdə, İbrahimov Şahin isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 4. 30.12.2021-ci il tarixdə Rusiya Federasiyası Novıy Urenqoy şəhəri, Yamalo – Nenetsk muxtar dairəsinon notariat kontorundan verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə İbrahimov Şahinin ölümündən sonra X2 əmlakının varisi qismində tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansi ya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzil üzrə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini və X14 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli evi 2007-ci il tarixdə o, X9nın adına rəsmiləşdirməklə almış və qeyd olunan tarixdən hal- hazırki günə kimi həmin mənzildə öz ailəsi ilə birlikdə yaşayır. Anasının ölümündən sarsıldığı üçün mənzilinin anasının adına olması və onu öz adına rəsmiləşdirmək barədə düşünməyə tələsməmişdir. Bir müddət sonra isə 28 iyul 2020-ci il tarixdə qardaşı X19 vəfat etmişdir. X26 Federasiyasında yaşamışdır və oranın vətəndaşı olmuşdur. Qardaşının ailə həyatı baş tutmamış və o, spirtli içkilərin aludəçisi olduğu üçün ailə qurduğ u qadınlarla uzun müddət birgə yaşaya bilməyərək boşanmışdır. Onun həmin arvadlarından birindən Ruslana adında qızının olması onlara məlumdur. Anasının, daha sonra isə qardaşının vəfat etməsi bir insan olaraq həyatında gərginlik yaratdığı üçün sənədlərlə heç maraqlana bilməmişdir. Lakin bir müddət sonra, daha dəqiq 2020-ci ilin noyabr ayında evdə səliqə yaradarkən, özü tərəfindən alınmış, lakin anasının adına formal olaraq rəsmiləşdirilmiş mənzilə vərəsəlik hüquqlarını rəsmiləşdirmək üçün tapılmış sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, mərhum qardaşı X19 mərhum X9nın xəstəliyindən və öz hərəkətlərinin mənasını dərk etməməyindən istifadə edərək notariusa aparmış, anasının adına rəsmiləşdirilmiş və faktiki olaraq ona məxsus olan mübahisəli evin özünə bağışlanmasına nail olmuşdur. Müba hisəli ev əvvəlki mülkiyyətçisi olan X8 66.406 manata alınmışdır və pulu satıcıya o, vermişdir. Əgər məhkəmə bunu zəruri hesab edərsə X15 məhkəmə iclasına dəvət edib şahid qismində dindirə bilər və o, bu faktı təsdiq edəcəkdir. X9 uzun müddət xroniki psixi xəstəlikdən (Diaqnoz:
1. Alsheymer (altheimer) xəstəliyi, Demensiya, Foo, ağır vəziyyət, 2.Delirium) əziyyət çəkirdi və vəfat edənədək öz hərəkətlərinin mənasını dərk etmirdi.
7. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi iddianı təsdiq etmişdir. Digər nümayəndəsi X20 (iddiaçının bacısı) isə əlavə olaraq qeyd etmişdir ki, mübahisəli evi qardaşı Azər almışdır. Anasının xəstəliyi təxminən 2012-ci ildən başlamış və ölümündən əvvəl son 4-5 il əvvəl daha da şiddətlənmişdir. Anası Alsheymer xəstəliyindən əziyyət çəkirdi, ölən adamları gör ürdü, onun övladı olmağına baxmayaraq onu belə bəzən tanımırdı. Mübahisəli evi qardaşı Azər almışdır. Qardaşı Şahin burda qaldığı müddətdə onun evində qalırdı. Hətta onun qızı Ruslana da Bakıya gələndə həmişə onun evində qalmışdır. Şahin o evə pul qoymamışdır, çünki onun elə maddi imkanları olmamışdır. Şahin anasının xəstəliyindən istifadə edib evi öz adına qeydiyyata aldırmışdır.
8. Bundan başqa məhkəmə iclasında iddiaçının qardaş və bacıları şahid qismində dindirilmişlər. İbrahimov Yelmar, Qədimova Təranə, Əliyeva Töhfə analarının uzun müddətdir psixi pozuntusu olduğunu, xəstəliyin müalicəsinin olmadığını, mübahisəli evin Azər tərəfindən alındığını, Azərin bütün bacı-qardaşlara daima kömək etdiyini, mənzillə bağlı notariatda bağışlama müqaviləsinin bağlanması barədə məlumatlarının olma dıqlarını bildirmişlər.
9. X22 də bu məzmunda izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, anası 2019-cu ildə ona demişdir ki, Şahin onu zorla notariusa aparmışdır. Lakin o, əslində anasına inanmamış, çünki anası olmayan şeyləri danışırmış.
10. İşə sonradan cəlb edilmiş X3 vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, X10 mərhum atası X14 yeganə vərəsəsidir və mübahisəsi aparılan mənzil 58\2020 nömrəli vərəsəlik işi üzrə 89\12-h\89-2021-5-437 qeydiyyat nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən X5 məxsusdur.
11. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, tədqiqat mərhumə Lala Kərimovanın adına tərtib edilmiş tibbi sənədlər və təqdim olunmuş iş materialları əsasında aparılmışdır. Tədqiqatın nəticələrinə əsasən tərtib edilmiş T68\2022 saylı, 21 fevral 2022ci il tarixli rəydən görünü r ki, onda “Alsheymer xəstəliyi nəticəsində yaranmış demensiya, deliriy halları ilə (F00)” müşahidə olunmuşdur. Qeyd edilən xəstəliklər yaddaşın, dərketmə, informasiyaların mənimsənilməsi və ağılın pozulması ilə özünü biruzə verdiyindən daşınmaz əmlakın bağışlanması müqaviləsi imzalayarkən o, öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmaması qənaətinə gəlməyə əsas verir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 iyul 2022-ci il tarixli, 2(011)-73/2022 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilmişdir.
13. Məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli ev 2007-ci il tarixdə iddiaçının X9nın adına alınmışdır, hal-hazırda həmin mənzildə iddiaçı öz ailəsi i lə birlikdə yaşamaqdadır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən X18 adına olan mübahisəli ev oğlu X17 bağışlanmış, xx.xx.2019-ci il tarixdə həmin mənzil üzərində onun mülkiyyət hüquqları qeydiyyata alınmışdır. X18 digər övladlarının mənzilin bağışlanması barədə məlumatları olmamışdır.
14. X18 Alsheymer xəstəliyindən əziyyət çəkməsi və həmin xəstəliyin son (halyusinasiyalarla müşayiət edilən) ağırlaşdırılmış mərhələsində olması şübhəsizdir. Qeyd edilmiş xəstəliyin inkişaf dinamikasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, X21 ilə X19 arasında 14 may 2019-cu il tarixdə "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi" bağlanarkən X21 artıq Alsheymer xəstəliyinin son mərhələsində olduğundan onun, öz hərəkətlərinin mənasını başa d üşməməsi və ya onlara rəhbərlik edə bilməməsi ağlabatandır. Mübahisəli evin vərəsəlik hüququ ilə yüklü olduğunu X18 digər vərəsələrinin məlumatı olmamışdır.
15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisənin predmeti olan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsas mövcud olduğundan, yəni bağışlama müqaviləsinin tərəflərindən biri olan (hədiyyə verən) X21 əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə əqdi bağladığından və bu ekspert rəyi və digər sübutlarla təsdiq edildiyindən iddia tələbi əsaslıdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2-5, 339.2, 339.3, 342.1, 346.1, 347.1, 347.2, 354.1, 666.1, 667.1, 668-670, 673-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 88, 217.3-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən üçüncü şəxs X10 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandır ılmışdır ki, 25 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iş üzrə Məhkəmə Psixiatrik Ekspertizası təyin edilməsi haqqında tərəfindən vəsatət verilmişdir. Məhkəmənin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza və X12 həvalə edilmişdir. Halbu ki, bu növ ekpertizanın keçirilməsi səlahiyyəti yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertizası” X28 Şəxsinə məxsusdur. Göründüyü kimi bu diaqnozun qoyulması o qədər məhsuliyyətli məsələdir ki, onu Qanunla tənzimləmək ehtiyacı yaranmışdır və orada qeyd olunan prosedur imperativ xarakter daşıyır. Göründüyü kimi psixi pozuntunun diaqnozunun qoyulması üçün yalnız müasir diaqnostika prinsiplərinə və beynəlx alq təsnifata uyğun müəyyən edilir. Bu qanunun tələbləri “HB-Güvən KHK”nin həkim-psixiatrı tərəfindən kobud şəkildə pozulmuş, yəni heç bir müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun müayinə aparılmamış və eləcə də Ekspertər tərəfindən bu diaqnozun təsdiq olunması üçün hansı müasir diaqnostik prinsiplər rəhbər tutulduğu məlum deyildir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş, iddiaçının bacısı öz ifadəsində bildirmişdir ki, anası sağ olarkən mübahisə edilən mənzili oğlu Şahinə bağışlamışdır. Lakin onlar buna əhəmiyyət verməmişlər. Göründüyü kimi mərhum Lala Kərimova bağışlama müqaviləsini imzalayarkən öz hərəkətlərinin mənasını dərk etmişdir. Buradan da belə anlaşılır ki, iddiaçının hazırki müqavilənin rəsmiləşdirilməsindən hələ anası Lala Kərimova sağ olanda mə lumatlı olmuş və Azərbaycan Respublikası Mülki Məcəlləsini 354-cü maddəsində nəzərdə tutulmuş kəsici norma olan bir illik müddəti buraxmışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6944/2022 nömrəli iş üzrə 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və iddia rədd edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Lala Kərimovaya sağ olan dövrdə psixi pozuntu diaqnozu təyin edilməmişdir. Onun mübahisəli mənzili bağışlayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik etməməsinə dair psixiatrik ekspertizasının rəyi yoxdur. Lala Kərimovanın bağışlama müqaviləsini imzalayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi halları iş materialları ilə sübuta yetirilmədiyindən həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. Belə olduğu halda, birinci instansiya məhkəməsi mötəbər sübutlar olmadan şəxsi mülahizələrinə əsaslanaraq iddianı təmin etməkdə haqlı olmamışdır.
21. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçı tərəfindən bir illik müddətin ötürülməsi barədə apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş bir illik müddəti ötürməmişdir.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 9, 342.1, 342.2, 346.1, 346.3, 346.4, 354.2, 666.1, 667.1, 668.1.1-ci, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 384-cü maddələri və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun mübahisə predmeti barədə oxşar işlər üzrə qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Qətnamədən iddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmiş dir. Əlavə olaraq qeyd edilmişdir ki, əqdi bağlayan mərhum Lala Kərimova əqdi bağladıqdan sonra vəfat etdiyi üçün onun mənzili bağışlayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik etməməsinə dair psixiatrik ekspertizasının rəyinin alımnası qeyri-mümkün idi. Buna baxmayaraq onun xəstəlik tarixçəsi, sağ olarkən və mübahisəli əqdi bağlayarkən psixi pozuntuya gətirib çıxaran xəstəlikdən əziyyət çəkməsi və həmin halların iş üzrə ekspertiza rəyləri ilə tam təsdiq olunması onu göstərir ki, mübahisəli əqd bağlanarkən Lala Kərimovanın iradə ifadəsi zədələnmiş olmuş və o, öz hərəkətlərinin mənasına dərk etməmişdir. Həmçinin, göstərilənlərlə yanaşı L.Kərimovanın 6 övladı da məhkəmədə şahid qismində iştirak edərək ifadə vermiş, analarının ölümündən əvvəl ağır xəstə olduğun u, gözünə müxtəlif varlıqların göründüyünü, öz hərəkətlərinin mənasını başa düşmədiyini və yaddaş pozğunluğundan əziyyət çəkdiyini bildirmişlər. Apellyasiya Məhkəməsi həmin şahid ifadələrinə də heç bir münasibət bildirməmiş, ifadələr barədə qətnamədə heç bir mülahizə qeyd olunmamışdır. Bu da şahid ifadələrinin məhkəmə tədqiqindən kənarda qaldığını, sübutların kompleks qiymətləndirilmədiyini göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Üçüncü şəxsin vəkili-nümayəndəsi Vəkil2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Lala Kərimovanın bağışlama müqaviləsini imzalayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi halları iş materialları ilə sübuta yetirilmədiyindən həmin müqavilənin etibarsız hesab edilməsi üçün h eç bir qanuni əsas mövcud deyil. Ona görə də iddiaçının vermiş olduğu kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. Tətbiq edilən hüquq: İnsan Hüquqlarının və X16 X13:
28. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:
29. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirs ə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
32. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
33. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhə miyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
37. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hə r iki əsasla keçir.
39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
40. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.
41. Maddə1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələ ri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
50. Belə ki, iddiaçı mübahisəli mənzilin vəfat etmiş X9 tərəfindən xx.xx.2019-cu il tarixdə X17 bağışlanması haqqında müqavilənin etibarsız sayılması və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunmasını tələb ed ir. İddia onunla əsaslandırılır ki, X21 həmin müqaviləni bağladığı anda anlaqlı olmamamışdır.
51. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi tələbi mahiyyəti etibarilə reyestrdə düzəlişin aparılması bardədə iddiadır.
52. Mülki Məcəlləyə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərl iyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir (§ 31-33).
53. Daşınmaz əmlakın dövlət reyesrində düzəlişə dair mübahisələrin həllində səbəbə bağlılıq prinsipi nəzərə alınır. Bu prinsipə əsasən, reyestrdəki qeydiyyatın aparılmasının hüquq əsası (mülki hüquqi əqd və s.) etibarlı olduqda həmin qeyd də əsaslı sayılır. Başqa sözlə qeydiyyatın əsaslılığı onun hüquqi səbəbinin keçərli olub-olmamasına bağlıdır. Ona görə də, iddiaçı tərəfindən cavabdehin adına olan reyestr qeydi mübahisə olunduqda məhkəmə həmin qeydiyyatın aparılmasına əsas olmuş hüquqi səbəb(lər)i yoxlamaqla iddia tələblərini həll etməlidir.
54. Baxılan işdə iddia tələbləri haqlı sayılacağı halda mübahisəli mənzilin əvvəlki hüquqi vəziyyətə gətirilməsinin təmin olunması ilə (başqa hal iddia və sübut edilmədikcə) iddiaçının həmin əşyaya vərəsəlikdən irəli gələn hüquqi marağının olduğu şübhəsizdir.
55. Belə ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Ölənin uşaqları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (§ 30, 38-41).
56. Hazırkı iddia t ələbinin qanuni əsası kimi, Mülki Məcəllənin qeyd olunan normaları ilə yanaşı 337 və 346-cı maddələri də nəzərdən keçirilməlidir. Həmin normalara əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (§ 34-37).
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edil məsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunl a qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur....anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır....Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonra dan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz.
58. İddiaçının istinad etdiyi halları, sadalanan maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun şərhini nəzərə aldıqda, hazırkı işdə mübahisə olunan bağışlama müqaviləsi bağlanarkən X18 öz hərəkətlərinin mənasını başa düşübdüşməmədiyinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
59. Bu halın aydınlaşdırılması üçün iddia tərəfinin verdiyi vəsatət əsasında birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının 21 fevral 2022ci il tarixli rəyinə əsasən, Lala Kərimovada “Alsheymer xəstəliyi nəticəsində yaranmış demensiya, deliriy halları ilə (F00)” müşahidə olunmuşdur. Qeyd edilən xəstəliklər yaddaşın, dərketmə, informasiyaların mənimsənilməsi və ağılın pozulması ilə özünü biruzə verdiyindən daşınmaz əmlakın bağışlanması müqaviləsi imzalayarkən o, öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmaması qənaətinə gəlməyə əsas verir.
60. Apellyasiya instansiyası məhkəməsi bu rəyi mötəbər sübut kimi qəbul etməyərək bildirmişdir ki, Lala Kərimovanın mübahisəli mənzili bağışlayan zaman öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik etməməsinə dair psixiatrik ekspertizasının rəyi yoxdur. Belə olan halda, həmin hallar iş materialları ilə sübuta yetirilmədiyindən müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyil.
61. Kassasiya kollegiyası bu qənaətlə razılaşmır, ona görə ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən ekspert rəyinin hansı qurumdan alınmalı olduğuna dai r məsələnin həlli tərəfin deyil, məhkəmənin üzərinə düşür. Əgər apellyasiya məhkəməsi mübahisəli faktiki hala dair ekspertiza rəyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən deyil, Məhkəmə-X1 alınmalı olduğu qənaətinə gəlmişdirsə bu hal ona dəlalət edir ki, birinci instansiya məhkəməsi tədqiqatın aparılmasını aidiyyəti ekspertiza qurumuna həvalə etməmişdir. Belə olan halda, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi həmin nöqsanı özü aradan qaldırmaqla, Məhkəmə-X4 ekspertizanın keçirilməsini təmin etmək əvəzinə işə baxılmasını yekunlaşdıraraq iddianı rədd etmişdir.
62. Halbuki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatə ti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir (§ 45).
63. Bu hallar ona dəlalət edir ki, baxılan işdə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, mübahisənin qanuni və ədalətli həlli üçün əhəmiyyət kəsb edən məhkəmə-psixtarik ekspertizasının rəyi alınmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış (§ 42-44, 46-47) və nəticə etibarilə yuxarıda qeyd olunan maddi hüquq normaları tətbiq edilməmişdir.
64. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkə mə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
65. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
66. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X16 X6 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 28-29).
67. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
68. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinc i bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
70. Qeyd olunanları nəzərə alaraq, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. Təkrar apellyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
71. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6944/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.