Məhkəmə qərarları › İş №2(102)-101/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-101/2020

17.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-101/2020 17.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) İddiaçı Cavabdeh1 ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ASC-dən 3096(üç min doxsan altı) manat pulun, 1114.56(bir min bir yüz on dörd manat, əlli altı qəpik) manat faizin (bank uçot dərəcəsi üzrə), 500(beş yüz) manat xidmət haqqının və 30(otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4740.56(dörd min yeddi yüz qırx manat, əlli altı qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il t arixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul olunmaqla İddiaçı Cavabdeh1 ASC-yə qarşı “pul” tələbinə dair iddiasının qismən təmin oluması, Cavabdeh1 ASC-dən 2685(ik min altı yüz səksən beş) manat pulun, 966.06 (doqquz yüz altmış altı manat, altı qəpik) manat faizin (bank uçot dərəcəsi üzrə), 500(beş yüz) manat xidmət haqqının və 30(otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4181.06(dörd min bir yüz səksən bir manat, altı qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Re spublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC və Cavabdeh1 ASCnin Naftalan şəhər filialından 3096 manat məbləğində əsassız tutulmuş pulun, bank tərəfindən əsassız olaraq hesabdan sildiyi məbləğ üçün 108 manat miqdarında faizin, 500 manat hüquqi xidmət haqqının və 30 manat dövlət rüsumunun, cəmi 3734 manat pulun alınıb iddiaçıya verilməsinə dair q ətnamə qəbul edilməsi, mülki iş üzrə məhkəmənin qətnaməsi qəbul edilənə kimi İddiaçı zamin qismində pul tutulmalarının dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı əmək haqqı hesabından xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2014-cü il tarixdə - 450.00 manat, xx.xx.2014-cü il tarixdə - 31.00 manat, xx.xx.2014-cü il tarixdə 3 42.00 manat, xx.xx.2014-cü il tarixdə -346.00 manat, xx.xx.2015-ci il tarixdə -677.00 manat, iyun 2015-ci ildə -500.00 manat, ümumilikdə 3096.00 manat pul tutulmuşdur. İş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(098)77/2015 saylı hökmündən görünür ki, Bəylərov Vüsal Çingiz oğlu Azərbaycan Respublikası CM-nin 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona 1 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1529,13 manat cərimə cəzasının təyin olunması hökm edilmişdir. Həmin hökmdən görünür ki, Bəylərov Vüsal Çingiz oğlu kredit müqaviləsində «Zamin» duran şəxs olan kimi adı yazılmış gizir İddiaçı yerinə saxta imza icra etməklə kreditin verilməsinə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırıb, qeyd olunan tarixdə həmin bankdan 6000 (altı min) manat məbləğində pulu bilə-bilə saxta sənədlərdən istifadə etməklə kredit kimi götürmüş, bununla da hüquq verən və vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış, eləcə də, bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. İşin materiallarında olan xx xxxx 2015-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə X3 cəmi 500 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(035)906/2018 saylı qətnaməsi ilə iddia cavabdeh Bəylərov Vüsal Çingiz oğluna münasibətdə qismən təmin edilmiş, cavabdeh Bəylərov Vüsal Çingiz oğlundan əsas borca görə 1961,56 manat, faizə görə 181,10 manat, cəriməyə görə 200 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 2372,66 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, iddianın cavabdeh İddiaçı münasibətdə təmin edilməməsi qət edilmişdir. Beləliklə işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Bəylərov Vüsal Çingiz oğlu tərəfindən İddiaçı adından saxta imza etməklə Bankla zaminlik müqaviləsi bağlanmış, V.Bəylərov kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Bank tərəfindən İddiaçı əmək haqqı hesabından əsassız olaraq müvafiq tutulmalar aparılmış, hazırda iddiaçı mənimsənilmiş həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtl ə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Göründüyü kimi İddiaçı adından saxta imza etməklə zaminlik müqaviləsi bağlanması faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Belə olan halda, İddiaçı cavabdeh Bankdan əsassız tutulmuş pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Eyni Məcəllənin 957.4-cü maddə sinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. İş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi X4 məxsus plastik kartdan xx.xx.2014-cü il tarixdə 450 manat, xx.xx.2014-cü il tarixdə 31manat, xx.xx.2014cü il tarixdə 342 manat, xx.xx.2014-cü il tarixdə 346manat, xx.xx.2015-ci il tarixdə 677manat, xx.xx.2015-ci il tarixdə 500manat və xx.xx.2015-ci il tarixdə 339manat olmaqla, ümumilikdə 2685(iki min altı yüz səksən beş) manat məbləğində pul kreditə silinmişdir. Ona görə də iddiaçıdan əsassız olaraq tutulmuş pulun məbləği məhz 2685 manat müəyyən edilməlidir. İddiaçı tələbində həm çinin cavabdehdən bank uçot dərəcəsi üzrə də pulun tutulmasını tələb etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıdan əsassız olaraq tutulmuş pulun məbləği 2685 manat müəyyən edildiyindən (2685 manat x 9% uçot faiz dərəcəsi = 241.65 manat); (241,66 x 4 il = 966.6) cavabdehdən bank uçot dərəcəsi üzrə 966.6 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faiz lər ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göstərilən Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mərkəzi Bankın rəsmi inte rnet səhifəsində xx.xx.2019-cu il tarixə uçot faiz dərəcəsi 9% müəyyən edilmişdir İddiaçı həmçinin hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən alınmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərci 500 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Kassasi ya şikayətində cavabdeh qeyd edilən məbləğin ağlabatan olmamasını qeyd etsə də istinad dəlillər öz təsdiqini tapmamışdır və məhkəmə kollegiyası iddia tələbinin həmin hissəsini işin faktiki halları eləcə də qeyd olunan normalar baxımından araşdıraraq belə qənaətə gəlir ki, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən alınması ağlabatandır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbinin qismən təmin edilməsi barədə qərar qəbul etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar