Məhkəmə qərarları › İş №2(102)-1012/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1012/2019

07.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1012/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(025)-374/2018 saylı qətnaməsi ilə (hаkim F.Abbasov) iddiaçı X1 Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xita m verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1982/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Quliyev, Ə.Məcidov və M.Əsədli) Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(025)-374/2018 saylı qətnaməsi, İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1982/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ər azi və texniki baxımdan köçürülməsi nəzərdə tutulan yaşayış sahəsinə bərabər kirayə yaşayış sahəsi ilə 2,5 (iki il beş ay) il müddətində onun tərəfindən təmin edilməsi və onun mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli, 2(025)-1587/2017 saylı qətnaməsinə əsasən Cavabdeh və onun yanında boşanmadan sonra qalmış nəvələri X4 və X3 Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən və ona məxsus olmuş (hal-hazırda mülkiyyətində olan) fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Hazırki vaxtadək həmin qətnamə qanuni qüvvəsini almamış, bu səbəbdən də icra edilməmişdir. Bununla yanaşı ötən zaman ərzində bu məsələ il ə bağlı olan bəzi münasibətlərin hüquqi həcmində dəyişikliklər baş vermişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinə əsasən Qəbələ Rayon Məhkəməsinin iki uşağın-Asimanın və Kənanın anaları Elnarənin yanında saxlanılması barədə qətnaməsi dəyişdirilmiş, Kənan atası (oğlu) Elgünün himayəsinə verilmişdir. Elnarənin himayəsində yalnız Asiman qalmışdır. Cavabdehin iki uşaqla birgə evə köçürülməsi barədə qətnamə qəbul edilərkən mübahisəli ev qanuni istifadəsində olmuş, hazırda isə həmin ev onun xüsusi mülkiyyətindədir (ƏMDKY DƏDRX-nin HDQHDƏDR-dən çıxarış nömrə 1160194, qeydiyyat tarixi 17.10.2017-ci il). Cavabdehin yanında bir uşaq qalmışdır. Hazırda evə dair olan sahiblik hüququ mülkiyyət hüququ ilə əvəz edilmiş, daşınmaz əmlaka dair hüququnun həcmi artmışdır. Ona görə də hazırda mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlaka münasibətdə hüquq müdafiə imkanlarından istifadə edərək, kompensasiya verilməsi yolu ilə cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmək qərarına gəlmişdir. Adı çəkilən evin ümumi sahəsi 87 kv.m, yararlı yaşayış sahəsi 45 kv.m olmaqla 2 otaqdan, bir eyvandan ibarətdir. Halhazırda evdən istifadəçilərin sayı 5 nəfərdir. Cavabdehin həmin yaşayış sahəsinə köçürülməsi faktiki olaraq mümkünsüzdür. Bu baxımdan cavabdehin həmin evə köçürülməsi barədə çıxarılmış qətnamənin icrası qeyri-mümkündür. Qeyd olunanlara əsasən hesab edir ki, məsələnin yeganə həlli cavabdeh köçürülməli olduğu yaşayış sahəsinə bərabər digər yaşayış sahəsi ilə tərəflərindən təmin olunmalı, bu qayda ilə də cavabdehin o nun mülkiyyətindəki evdən istifadə hüququna xitam verilməlidir. Hazırki vəziyyətdə onun ailə vəziyyətini, maliyyə vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq, cavabdehi yalnız müəyyən müddətdə bərabər yaşayış sahəsi ilə təmin edə bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1982/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh məh kəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. İş materiallarınından göründüyü kimi apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehə mübahisəli evdən istifadə hüququna 5000 manat məbləğində k ompensasiya ödənilməklə xitam verilməsi üçün kifayət qədər faktiki əsaslar yoxdur. Belə ki, iş materiallarında 5000 manat məbləğində kompensasiya ödənilməsinin mülkiyyətçinin hesabına cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Məhkəmənin qənaətinə görə cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsi üçün 5000 manat məbləğində kompensasiya yetərli deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qərar qəbul edən zaman maddi və prosessual hüquq normalarını pozduğundan Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə ləğv olunmalı, iş yeni apellyasiya baxışına göndərilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq komp ensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. İş materiallarından göründüyü kimi rayon məhkəməsi təklif olunan 5000 manatı cavabdehin istifadə hüququna xitam verilməsi üçün yetərli hesab etməmişdir. Təklif olunan 6000 manat məbləğlə razılaşmayan apellyasiya məhkəməsi xitam üçün yetərli olan kompensasiyanın hansı məbləğdə olmasını müəyyən etməmiş, bununla da yuxarıda göstərilən qərarın tələblərini pozmuşdur. Konstitusiya Məhkəməsinin qərarında yetərli hesab olunan kompensasiya məbləğinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmalı olması qeyd olunsa da, rayon məhkəməsi bu halı müəyyən etməmiş, həmin qərarı dəyişdirimədən saxlayan apelyasiya məhkəməsi də eyni səhvə yol vermişdir. Belə ki, MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam h üquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən etməyə borclu olmuşdur. Belə ki, iddiaçı tərəf yetərli kompensasiya məbləğinin nədən ibarət olmasını bilməli və buna münasibətdə tələbin davam etdirib-etdirməməsini qərarlaşdırmalıdır. Apellyasiya məhkəməsi qeyri-müəyyən formada qərar qəbul etməklə kompensasiya ödəmək arzusunda olan iddiaçını da qeyri-müəyyən vəziyyətdə qoymuşdur. Mübahisələrin göstərilən vəziyyətini nəzərə alan Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarında göstərmişdir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdi rilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Kompensasiya məbləğini yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsinin mümkünlüyü onu ehtiva edir ki, kompensasiya məbləği dəqiq müəyyən edildikdən sonra onun istənilən mərhələdə ödənilməsi və mübahisəyə nəticə verilməsi mümkündür. Apellyasiya məhkəməsi bu məbləği müəyyən etməməklə üzərinə düşən vəzifələri y erinə yetirməmişdir. Ona görə də qətnamə ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir ki, həmin məhkəmə bazar qiymətinə uyğun kompensasiya məbləğini müəyyən etdikdən sonra iddiaçının müəyyən olunmuş kompensasiya məbləğinə münasibətini öyrənib mübahisəyə nəticə verməlidir. Belə ki, apelyasiya məhkəməsi təklif olunan 6000 manat kompensasiya məbləğini istifadə hüququna xitam verilməsi üçün yetərli hesab etmədiyi halda zəruri hesab etdiyi kompensasiya məbləğini müəyyən etməklə iddiaçıya təklif etməli, əgər iddiaçı həmin məbləği ödəməkdən imtina edərsə o zaman iddia tələbinin rədd olunması barədə qərar qəbul etməlidir. İddiaçı və cavabdeh yetərli hesab olunan kompensasiya məbləği barədə tam məlumatlı olmalıdır. Şərh olunanlardan göründüyü kimi apelyasiya məhkəməsi göstərilənləri etməmiş, bu tələblərlə əlaqədar Konstitusiya Məhkəməsinin qərarında şərh olunmuş göstərişləri yerinə yetirməməklə maddi hüquq normasını pozmuşdur. İşdən göründüyü kimi apelyasiya məhkəməsi istifadə hüququna xitam verilməsi üçün yetərli hesab olunan məbləği müəyyən etməmiş, eləcə də həmin məbləği mülkiyyətçiyə təklif etməklə onun münasibətini öyrənməmişdir. Apellyasiya məhkəməsi mübahisəni sona kimi həll etməmiş, mübahisəni tam araşdırmadan işə nəticə verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə məhkəmədə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən Cavabdeh ailə vəziyyəti, himayəsində neçə uşaq o lması nəzərə alınmaqla mübahisə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar