Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1013/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X1 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili Əbilov Elməddin Nazim oğlunun iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim H.İ.Hüseynli) 2(003)-1129/2019 nömrəli, 06 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qa rşı iddiası təmin edilmiş, ünvan 1 ünvanı üzrə qaz sərfinə görə hesablanmış 3325,40 manat borcun silinməsi, Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) x nömrəli, 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1129/2019 saylı iş üzrə 06 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yerləşən 2 saylı ev ona məxsusdur. Sözügedən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Bir müddət bundan əvvəl qazdan istifadə üçün smart karta pul ödədikdən sonra həmin məbləği qaz sayğacına köçürmək istədikdə məbləğin tutulduğunu görmüşdür. Bundan sonra məsələni araşdırmaq və məbləğin hansı əsasla tutulmasını aydınlaşdırmaq üçün Xəzər rayon Qaz İstismar sahəsinə müraciət etmişdir. Bu zaman ona məlum oldu ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 28 avqust 2018–ci il tarixdə tərtib edilmiş ******* saylı «Təbii qazdan istifadə qaydalarının pozulması» haqqında Aktla guya onun evində sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmişdir və buna görə də onun üçün sayğacdan kənar istifadə etdiyi qaza görə 3325.40 manat məbləğində borc hesabl anmışdır. Həmçinin borcun hesablanması haqqında qərarda guya onun evdə 4 gözlü qaz piltəsindən, samovardan və qızdırıcı radiator sobasından istifadə edildiyi qeyd edilərək, hesablamanın da həmin qaz cihazlarına görə aparıldığı qeyd edilmişdir. Lakin, o, sözügedən ünvanda yerləşən evində qaz cihazı olaraq yalnız 4 gözlü qaz piltəsindən istifadə edir. Digər samovar və qızdırıcı radiator sobası onun evində heç vaxt mövcud olmamışdır, o, həmin cihazlardan istifadə etməmiş və halhazırda etmir. Bundan əlavə olaraq borcun hesablanması barədə qərarda və sözügedən aktda guya onun evinə gələn saycağdan kənar xəttin kəsilməsi də qeyd edilmişdir. Lakin, onun evində heç vaxt saycağdan kənar qazdan istifadə edilməmişdir. Sözügedən aktda qeyd edilən saycağdan kənar xətt isə heç vaxt mövcud olmamışdır. Hə tta belə bir xəttin kəsilməsi barədə heç vaxt heç bir tədbir görülməmişdir. Belə ki, X2 də ona bu barədə heç bir sübut təqdim edə bilməmişlər. Həmçinin həmin akt onun iştirakı olmadan tərtib edilmişdir və onun bundan heç bir xəbəri olmamışdır. Əgər belə bir kənar xətt mövcud olsaydı Cavabdeh İB–nin əməkdaşlan tərəfindən həmin xəttin dərhal ləğv edilməsi barədə tədbir görülməli idi. Lakin sözügedən akt tərtib edildikdən sonra heç vaxt belə bir tədbir görülməmişdir. Bütün bu faktlardan aşkar görünür ki, sözügedən akt tamamilə formal, əsassız olaraq tərtib edilmişdir və həqiqəti əks etdirmir. O, yaşadığı evi və suyu qızdırmaq üçün elektrik enerjisindən istifadə edir. Təbii qazdan evdə yalnız 4 gözlü qaz piltəsində istifadə edir. Qazdan istifadəyə görə aylıq ödənişinin az olduğunu görərək ca vabdeh təşkilatın nümayəndələri hesab etmişlər ki, guya iddiaçı evində saycağdan kənar xəttdən istifadə edir və bu səbəbdən də heç bir sübut olmadan sözügedən aktı tərtib etmişlər. Bunun əsasında da cavabdeh təşkilat heç bir əsas olmadan onun üçün əsassız borc hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq iddiaçı təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Göstərilənlərə əsasən, cavabdeh tərəfindən ona (abonent kodu-**********20000) əsassız hesablanmış 3325,40 manat məbləğində borcun silinməsi və həmin borca dair ondan tutulmuş pul vəsaitinin cavabdeh tərəfindən hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şi kayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyndən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın x nömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni iş ə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasınd a qazın alqı- satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qaydalara müvafiq olaraq qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Aşağı instansiya mə hkəmələri tərəfindən müəyyən edilmişdir ki, cavabdehin sübut kimi istinad etdiyi aktların surətlərindən görünür ki, aktlar iddiaçı tərəfindən imzalanmamış, aktlarda iddiaçının onları imzalamaqdan imtina etdiyi barədə qeydlər aparılmışdır. İddiaçı qanunsuz qoşulma faktını təsdiq edən sübut qismində təqdim etdiyi müxtəlif rakurslu fotolar əsasında onların hansı tarixlərdə və ya hansı akta aid olduğunu müəyyən etmək, o cümlədən, iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulduğu barədə birmənalı qənaətə gəlmək mümkün deyil. Digər tərəfdən fotolardan görünür ki, ümumi qaz xəttinə əlavə boru ilə qaz xətti çəkilmişdir. Halbuki cavabdehin razılığı olmadan (ümumi qaz xəttində qaz verilişi dayandırılmadan) ümumi qaz xəttinin deşilərək, əlavə borunun birləşdirilməsi praktiki baxımdan qeyri-mü mkündür. Yaranmış vəziyyətdə Qaydaların tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçının yaşadığı evə dair qazdan istifadəyə görə hesablanmış 3325,40 manat borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı hər bir akt üzrə 180 gün orta hesablama müddətini hər hansı normativ hüquqi aktla deyil, özünün rəhbəri tərəfindən təsdiq olunmuş qaydalarla əsaslandırır. Cavabdehə 26.01.2018-28.08.2018-ci il tarixlər ini əhatə edən 4 akt əsasında cərimə tətbiq edildiyi nəzərə alınarsa, hər akta görə 180 gün hesablanmaqla 7 ay üçün 720 gün, yəni 2 ilə yaxın dövr üzrə orta sərfiyyat hesablanmışdır ki, bu hal qanuni sayıla bilməz. Eləcə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla bu resursun xeyli miqdarda ziyan vurmaqla talanması cinayət məsuliyyəti yaradır. Belə olan halda bir neçə ay ərzində dəfələrlə (5 dəfə) qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi və istehlakçıdan yoxlama dövrünü aşan müddətlər üzrə məbləğin tələb olunması da qanuni deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsin in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin ma teriallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin “Qazdan istifadə Qaydalarında” akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməsi nəzərdə tutulmaması dəlilli ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulduğuna dair birmənalı qənaətə gəlmək mümkün olmadığı nəticəsinə görə hesab edir ki, kassasiya şikayəti həmin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1013/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1013/2020
07.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver