Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1014/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi, Cavabdeh və vəkili Xnun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1951/18 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cava bdeh qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən evinin qonşuluğunda yerləşən zəbt torpaq sahəsində qardaşı Cavabdeh qanunsuz olaraq inşa etdirməyə başladığı tikilinin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırılmışdır ki, İddiaçı hazırda öz ailəsi ilə birlikdə atasından miras qalmış Şəki şəhəri, 28 may küçəsində yerləşən 8 nömrəli evin ona düşən 1/3 hissəsində yaşayır. İddiaçının cavabdeh olan qardaşı Cavabdeh və bacısı X1 2/3 hissə birgə ev payları faktiki olaraq məlumdur. Cavabdeh iddiaçının evinin pəncərəsinin qarşısında qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsində ev tikdirir. İddiaçı Cavabdeh həmin tikintinin qanunsuz aparıldığını bildirmiş və ondan tikinti işlərinin aparılmasının dayandırılmasını tələb etmişdir. Lakin, cav abdeh iddiaçıya məhəl qoymamışdır. Cavabdeh hazırda tikinti işləri apardığı həmin torpaq sahəsini faktiki olaraq almadan, həmin torpaq sahəsinə hər hansı bir şəkildə hüququ tanınmadan həmin torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. Həmin torpaq sahəsi iddiaçının yaşadığı evə bitişik torpaq sahəsi olmaqla bələdiyyənin mülkiyyətindəki ümumi istifadədə olan torpaq sahələrinə aiddir. Cavabdehin qanunsuz apardığı tikinti işləri ilə əlaqədar iddiaçı ümumi istifadədə olan həmin torpaq sahəsindən istifadə edə bilmir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iş üzrə verilmiş ekspert rəyi ilə də razılaşmır. Çünki, ekspert rəy verərkən istinad etdiyi çıxarışlar məhkəmə qətnaməsi əsasında ləğv edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 03 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi tələbi barədə iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1951/18 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə) iş üzrə Şəki Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Əfəndizadə Tural Qurbanəli oğlu iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1951/18 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasi ya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli, 2 (107)-1951/2018 saylı qətnaməsini tamamilə ləğv edib, işi, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən aydın görünür ki, işin nəticəsinə təsir edən bu mühüm faktiki hallar nəzərə alınmamış, yuxarıda istinad etdiyim və hazırkı işin həlli prosesində tətbiq edilməli olan normativ- hüquqi aktlar tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində zəbt torpaq sahəsinin cavabdehə məxsus olmasının mütəxəssis rəyi və işdəki digər sübutlarla müəyyən edilməsi və bu səbəbdən həmin ərazidə cavabdeh tərəfind ən inşa edilmiş tikilinin sökülməsinə dair onun tələb irəli sürməyə subyektiv hüququnun olmamasına dair bu mövqeyi işin real halları ilə qətiyyən uzlaşmır. Belə ki, iş materiallarına tərəfindən əlavə edilmiş mötəbər sənədlərdə daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hazırlanmış texniki pasportda təsbit edilmiş məlumatlardan aydın görünür ki, apellyasiya məhkəməsinin cavabdehə məxsus hesab etdiyi torpaq sahəsi əslində zəbt torpaq sahəsidir və bu fakt sözü gedən sənəddə xüsusi ştrixlərlə qeyd edilmişdir. Mütəxəssis, ekspert rəyi isə bir sübut növüdür və Azərbaycan Respublikası MPM-nin 88- ci maddəsinə görə məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər sübutlar kimi həmin sübutlar da məhkəmə tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra müvafiq qaydada qiymətləndirilməlidir. Lakin, iş materiallarından bəlli olur ki, mötəbər texniki sənədlərlə ekspert rəyi arasında olan bu uyğunsuzluqlara məhkəmə ümumiyyətlə əhəmiyyət verməmiş, mövcud ziddiyyətlərin həll edilməsi üçün heç bir tədbir görməmiş, sübutları qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndirməmişdir. Səki Apellyasiya Məhkəməsinin qanunsuz qətnaməsi şikayətində sözügedən zəbt torpaq sahəsinin mülkiyyətçisi olan və işdə iştirak etməyə cəlb edilməmiş Şəki Bələdiyyəsinin də hüquqlarının pozulmasına səbəb olmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 418.4-cü maddəsinin müddəalarına görə şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. İş materiallarında həmin torpaq sahəsinin Şəki Bələdiyyəsini n mülkiyyətinə aid olduğunu təsdiq edən kifayət qədər fakt var. Həmin faktlara cavabdehin zəbt torpaq sahəsini almaq üçün Şəki Bələdiyyəsinə müraciətini, daha sonra sözü gedən torpaq sahəsinin ona satılması vəzifəsinin Şəki Bələdiyyəsinin üzərinə qoyulması üçün Şəki İnzibati iqtisadi Məhkəməsində iddia qaldırmasını aid etmək olar. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh və vəkili X kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh və onun bacısı X1 valideynlərindən miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi həyətyanı torpaq sahəsi Şəki Rayon Məhkəməsinin 11 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə vərəsələr arasında 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi ümumi birgə X1 Cavabdeh olmaqla bölünmüşdür. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2015-ci il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qət namə qəbul edilərək, iddia qismən təmin edilmiş, paylı mülkiyyətdə olan ümumi sahəsi 159,2 kv.metr yaşayış evinin 2/3 hissəsi (107,7 kv.metr) iddiaçı tərəfə, qalan hissəsi İddiaçı verilməsi və iddiaçılara artıq düşən 1,6 kv.metr sahəyə görə İddiaçı 200 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2015-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə qərarları hazırda qüvvədədir. Buna baxmayaraq İddiaçı sonradan miras əmlakın ½ pay bölgüsü ilə bərabər hissələrdə irs almaq hüququna dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, onun tələbinin təmin edilməsi barədə qətnamə yuxarı instansiya məhkəmələrində qüvvədə qalsa da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2018-ci il tarixli qərarı ilə həmin mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş və işə yenidən baxılması qərara alınmışdır. Konstitusiya Məhkəməsinin mövqeyinə görə miras əmlakın 2/3 və 1/3 hissələrə bölünməsi barədə məhkəmə qərarı qüvvədə olduğu halda, yenidən həmin miras əmlakın ½ pay bölgüsü ilə iki hissəyə bölünməsi üçüncü vərəsənin hüququnu pozmaqla qanunun tələblərinə uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları ilə müəyyən etdiyi kimi tərəflərin valideynlərindən qalmış miras əmlak 2/3 və 1/3 hissələrə bölünməsi ilə bağlı məhkəmə qərarları və onun əsasında alınmış Çıxarış hazırda da qüvvədədir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Şəki şəhəri, 28 May küçəsi 8 nömrəli evin qonşuluğunda yerləşən zəbt torpaq sahəsində qardaşı- Cavabdeh qanunsuz olaraq inşa etdirməyə başladığı tikilinin öz hesabına sökülməsini tələb etmiş, cavabdeh tərəf isə etirazının əsası kimi iddiaçının sökülməsini tələb etdiyi tikilinin onların torpaq sahələrinin sərhədində deyil, digər qonşusunun sərhədinə yaxın ərazidə yerləşməsi, cavabdehin inşa etdirdiyi tikililərin iddiaçının hüquqlarını hər hansı bir şəkildə pozmaması ilə əsaslandırmışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 14 mart 2018-ci il tarixli, 23924 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən Azərbaycan Resp ublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 12 saylı ŞəkiTədqiqat İdarəsinin mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq, ünvan 3 ünvanda, Cavabdeh tərəfindən tikinti işlərinin 8 saylı evin həyətyanı torpaq sahəsində, özünə aid torpaq sahəsinin üzərində aparıldığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən mülki iş materiallarında olan, əlavə olaraq təqdim olunmuş və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq, ünvan 3 ünvanda, Cavabdeh tərəfindən tikinti işlərinin texniki baxımdan tikinti qaydalarına uyğun aparıldığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən mülki iş materiallarında olan, əlavə olaraq təqdim olunmuş və baxış zamanı əldə olunmu ş məlumatları nəzərə alaraq, ünvan 3 ünvanda, Cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin (fərdi yaşayış evi kimi layihələndirilmişdir) iddiaçının yaşadığı evdən və həyətyanı sahədən istifadə etməsinə maneəçilik törətməsi faktı müəyyən edilmir. Buna görə də iddiaçı mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin onun hesabına sökülməsini tələb etməkdə haqlı deyildir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış hallarına əsasən həmçinin bu qənaətə də gəlmişdir ki, miras əmlak pay bölgüsü ilə iki hissəyə bölünmüş olmasından asılı olmayaraq belə, yenə də mübahisəli torpaq sahəsinin hazırki iş üzrə iddiaçıya heç bir aidiyyəti yoxdur və Cavabdeh inşa etdirdiyi tikili iddiaçının hüquqlarını hər hansı bir şəkildə pozmur, həmçinin də iddiaçının sökülməsini tələb etdiyi tikili onunla cavabdehin torpaq sahələrinin sərhədində deyil, cavabdehin digər qonşusunun sərhədinə yaxın ərazidə yerləşir. Beləliklə də cavabdehə aid tikililər iddiaçının hüquqlarını pozmadığı, onun maraqlarına toxunmadığına görə mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin onun hesabına sökülməsini tələb etməkdə iddiaçı haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış hallarına əsasən gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlə rinə uyğun olmasının yoxlanılmasından ibarətdir.Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4). Kollegiya qeyd edir ki, iddianın əsaslı hesab edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir: iddia tələbində göstərilən tikili özbaşına tikinti olmalı və iddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olmalıdır. Lakin sökülməsi tələb edilən tikililərin iddiaçının hüquqlarını pozması və onun maraqlarına toxunması iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 14 mart 2018-ci il tarixli, 23924 saylı rəyi ilə təkzib edilir. İddi açı kassasiya şikayətində həmin ekspert rəyinin mötəbər sübut olmadığını qeyd etsə də, rəydə göstərilənləri təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış hallarına əsasən düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən aparılan tikilinin iddiaçının hər hansı hüququnu pozması ilə bağlı iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İddiaçının özünün də kassasiya şikayətində qeyd etdiyi kimi cavabdeh tərəfindən tikinti işləri zəbt olunmuş, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində, yəni iddiaçıya aid olmayan torpaq sahəsində aparılır. Belə olan halda, iddiaçının özünə aid olmayan torpaq sahəsində və onun hüquqlarını və qanuni mənafelərini pozduğu müəyyən edilməyən tikilinin sökülməsini tələb etmək hüququ yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış hallarına əsasən düzgün olaraq bu qənaətə də gəlmişdir ki, miras əmlak pay bölgüsü ilə iki hissəyə bölünmüş olmasından asılı olmayaraq belə yenə də mübahisəli torpaq sahəsinin hazırki iş üzrə iddiaçıya heç bir aidiyyətı yoxdur və Cavabdeh inşa etdirdiyi tikili iddiaçının hüquqlarını hər hansı bir şəkildə pozmur, həmçinin də iddiaçının sökülməsini tələb etdiyi tikili onunla cavabdehin torpaq sahələrinin sərhədində deyil, cavabdehin digər qonşusunun sərhədinə yaxın ərazidə yerləşir. Beləliklə də cavabdehə aid tikililər iddiaçının hüquqlarını pozmadığı, onun maraqlarına toxunmadığına görə mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin onun hesabına sökülməsini tələb etməkdə iddiaçının haqlı olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar A zərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiv a edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətb iqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, kassatorun tikintinin aparıldığı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş bələdiyyəyə məxsus ümumi istifadədə olan torpaq sahəsində aparılmaqla, onun həmin sahədən istifadə etmə hüququnun pozulmasına dair dəlili əsassızdır. İddiaçının Bələdiyyənin mənafeyi naminə iddia qaldırmaq hüququ yoxdur. İş üzrə mübahisələndirilən tikili inşa edilən torpaq sahəsinin iddiaçıya aidiyyəti müəyyən edilməmişdir Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün q anuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1951/18 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1014/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1014/2019
25.02.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver