Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1014/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Xəzər Rayon İcra və Probasiya şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbi) (Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr (əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Xəzər Rayon İcra və Probasiya şöbəsinə qarşı hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(103)-6208/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Lexus RX350 minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010, ağ mirvari rəngli, ban JTJBC1BA9A2403456 olan avtomobil (bundan sonra mübahisələndirilən avtomobil) xx.xx.2014-cü il tarixdə İddiaçı (bundan sonra mətndə iddiaçı) adına qeyd iyyata alınmışdır.
2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)908/2017 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə cavabdeh İddiaçı 13489,17 ABŞ dolları əsas borc, 2783,17 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 16372,34 ABŞ dolları məbləğində borcun, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus “Lexus RX350 minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaitinin hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 16 372,34 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3 ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin ümumi qaydada icra edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
3. Xəzər rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-908/2017 icra sənədi üzrə icraata başlanılmışdır. 4. "xxxx"nin hərracın nəticələri haqqında yekun Y-16 saylı, 15 yanvar 2018-ci il tarixli protokoluna əsasən ilkin satış qiyməti 16000 manat müəyyən edilmiş mübahisələndirilən avtomobilin satışı üzrə keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan Cavabdeh3 ASC əmlakı 10200 manata al mışdır. Cavabdeh3 ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur.
5. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mübahisələndirilən avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Lexus RX 350 Minik” markalı, ağ mirvari rəngli, buraxılış ili 2010 olan, **-LE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh3 ASC-yə satılması barədə xx.xx.1018-ci il tarixli, Y-16 saylı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız he sab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-dən ona məxsus olan “Lexus RX 350” markalı minik avtomobilinin ipoteka yüklülüyü qarşılığında, avtomobili 46000 ABŞ dolları məbləğində qiymətləndirilərək, dəyərinin 50%-i nisbəti olaraq 23000 ABŞ dollarının ekvivalentində hesablayaraq həmin dövrdə mövcud olan dolların məzənnəsini 0,78 kursla götürərək, avtomobili aldığı şəxslə tam hesablaşmağı üçün bankın ona vermiş olduğu 17940 manat kreditin tam bağlanması tələbi ilə Xəzər Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Avtomobilin mühərrikinin sıradan çıxması və onun hərbi xidmətə çağırılmağı səbəbindən kredit ödənişlərinin ləngiməsini əsas gətirərək Cavabdeh3 ASC onun banka etdiyi ödənişlərini belə nəzərə almadan, yalnız özünəməxsus qaydada hesablamalar aparmaqla, onun guya ümumilikdə 16374 ABŞ dollar kredit borcu qaldığıni iddia edərək, onun hərbi xidmətdə olduğu dövrdə, yəni 26 aprel 2017-ci il tarixində, hər vasitə ilə məhkəmə keçirilməsinə nail olmuş və məhkəmədən ona məxsus olan «Lexus RX 350» markalı avtomobili hərrac yolu ilə satılmasını və satışdan əldə olunan məbləği banka ödənilməsi tələbini məhkəmədən xahiş etmişdir. Əslində isə o, qrafikə uyğun, ödənişin ilk 2 ayını da 0,78 kursla ödəniş etmiş və sonra ödədiyi 9 ayın ödənişini isə, yəni 2015-ci ilin fevral ayından, manatın ardıcıl devalvasiya kursları ilə ümumilikdə əsas borcdan 9511 ABŞ dolları, faiz borcundan isə 3148 ABŞ dolları, cəm olaraq isə 12659 ABŞ dolları ekvivalentində 21520 manat olaraq ödəmişdir. "xxxx" ASC ilə ara larında əsasən ona manatla kredit verildiyi üçün, bankın ona təqdim etdiyi, aylar üzrə ödəniş qrafiki, manatla olduğundan, bütün onun ödənişləri manatla olmuşdur. Baxmayaraq ki, Turanbank ASC ilə aralarında ödənişləri dollarla ödəyəcəyinə dair əlavə heç bir razılaşma olmayıb, bank hansı əsasla ödənişləri ondan məhkəmə vasitəsilə ABŞ dolları kimi ödənilməsi tələbini irəli sürüb. Məhkəmə isə, "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi saxta, həqiqəti əks etdirməyən hesablamalara və bir sıra qeyri rəsmi yollarla əldə etdikləri dəlillərə istinadən, avtomobilin hərracda satılmasına dair xx.xx.2017 tarixli, 2(003)-908/2017 saylı qətnamə qəbul etmişdir. Çıxarılmış həmin məhkəmə qətnaməsinin nəticəsi olaraq, Xəzər rayon Məhkəməsinin İcra şöbəsi, "xxxx" MMC-yə məktub ünvanlayaraq ona məxsus “Lexus RX 3 50” markalı **-LE-*** nömrə nişanlı minik avtomobilinin, hərracda satılmasıni xahiş etmişdir. “Turanbank" ASC Xəzər rayon Məhkəməsinə təqdim etdiyi onunla bank arasında bağlanmış olan xx.xx.2014-cü il tarixli 798/f-14 saylı kredit müqaviləsində də qeyd edildiyi kimi, ona məxsus olan Lexus RX 350 markalı minik avtomobilini bankın öz mütəxəssislərinin 46000 ABŞ dolları məbləğində qiymətləndirdiyi halda, yalnız mühərrikinin təmirə ehtiyacı olan və qalan detallarını saz vəziyyətdə olduğu, baxımlı bir avtomobilə, "xxxx" MMC-nin hərrac komissiyası tərəfindən, "xxxx" ASC-nin maraqlarına uyğun olaraq, avtomobilin dəyərinin 7 misli qədər ucuzlaşdırıb, əmlakın sahibi olaraq ona heç bir məlumat verilmədən, hərraca çıxarılmış və Cavabdeh3 ASC tərəfindən xx.xx.2018-ci il tarixdə alınmışdır. 17 dekabr 2 014-cü ildə 2010 il buraxılışı olan Lexus RX 450h markalı (sənədində isə Lexus 350 kimi yazılmışdır) avtomobilə bankın öz mütəxəssislərinin təyin etdiyi bazar qiyməti 46000 ABŞ dolları və ya 78200 manat olduğu halda, 3 ildən az müddət keçməsinə baxmayaraq, avtomobilin dəyərinin 7 misli qədər aşağı qiymətə, yəni 10200 manata (6000 ABŞ dollara) qiymətləndirilməklə hərraca çıxarılması və hazırki iş üzrə Cavabdeh3 ASC tərəfindən alınması ciddi qanun pozuntusudur. Məhkəmə proseslərinin olmasından, iş üzrə qətnamə çıxarılmasından, icra vərəqəsinin verilməsindən heç bir məlumatı olmamışdır. Hesab edir ki, lazımi qaydada xəbərdar olunmaması ilə və aşağı qiymətlə qiymətləndirilərək, maşınının aşağı qiymətlə hərracda satışa çıxarılması və alqı-satqısı barədə müqavilə, qanunsuz və etibarsız hesab edi lməlidir. Belə ki, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC saxta yollarla onu mülkiyyəti dən məhrum etmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı vaxtında məlumatı olmadığından, bu barədə aidiyyəti üzrə müraciət edib qəbul olunmuş qərarların təsdiq edilmiş surətinin verilməsini tələb etsə də, bir nəticəsi olmamışdır. Aidiyyəti üzrə məhkəməyə, icra və probasiya şöbəsinə və Cavabdeh3 ASC-yə müraciət etsə də, onlar da hərracın keçirilməsi ilə bağlı hər hansı bir qətnamə, icra vərəqəsi və ya digər bir sənədin olmadığını ona bildirmişlər.
8. Cavabdeh3 ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-908/2017 saylı qətnaməsinə əsasən Cavabdeh3 ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın girov əmlak olan İddiaçı məxsus “mübahisələndirilən avtomobilə yönəldilməsi və girov əmlakın hərracdan satılaraq, əldə olunmuş vəsaitdən borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hərrac keçirilən zaman tərəflərə bildirişlər göndərilmiş, başqa alıcı olmadığına görə bank “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Hal-hazırda həmin avtomobil bankın mülkiyyətindədir. İddia tələbini əsassız hesab edir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 30 avqust 2023-cü il tarixli, 2(009)-1073/2023 saylı qətnaməsi ilə (hakim X1) iddia təmin edilmiş və "xxxx" MMC-nin iddiaçıya məxsus mübahisələndirilən avtomobilə dair hərracın nəticələri haqqında 15 yanvar 2018-ci il tarixli, Y-16 saylı protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsinə dair xx.xx.2 017-ci il və xx.xx.2017-ci il tarixli bildirişlərdən görünür ki, həmin bildirişlərdə borclu iddiaçının ünvanı qeyd edilməmişdir. Həmin bildirişlərin borclunun ünvanına göndərilməsi barədə hər hansı sübut iş materiallarında yoxdur. Bu hal isə ona dəlalət edib ki, iddiaçıya hərracın keçirilməsinə dair bildiriş göndərilməmiş və onun hərracda iştirak etmək imkanı təmin olunmamışdır.
11. Məhkəmə belə qənaətə gəlmişdir ki, girov əmlakın açıq hərracdan satılması ilə bağlı iddiaçıya hərracların keçirilməsi barədə qanunla müəyyən olunmuş qaydada bildiriş göndərilmədiyi və onun hərracda alıcı qismində iştirak etmək imkanını təmin olunmadığı üçün "xxxx" MMC-nin iddiaçıya məxsus “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hərracın nəticələri haqqında 15 yanvar 2018- ci il tarixli, Y-16 saylı protokol və ondan irəli gələn hüquqi nəticələr etibarsız hesab edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 296.1, 297, 299.1, 415.2 və 416-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən narazı qalan Cavabdeh3 ASC (bundan sonra mətndə cavabdeh bank) tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş bildirişlərdə mütləq tərəflərə çatdırılmalı olan imp erativ qayda yoxdur. Lakin mübahisə olunan işdə Səbail rayon məhkəməsi iş üzrə göndərilmiş bildirişləri ümumiyyətlə nəzərə almayaraq qeyd etmişdir ki, bildirişdə tərəflərin ünvanı yoxdur. Halbuki, Konstitusiya Məhkəməsi vurğulamışdır ki, bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsi tələb olunmur. Mülki Məcəllənin 415.2-ci maddəsi bildirişin hansı formada tərtib olunmasını tənzimləyir və bu maddənin dispozisiyasında tərəflərin ünvanlarının bildirişdə qeyd olunması öz əksini tapmamışdır.
15. Apellyasiya icraatında araşdırma zamanı məhkəmə sorğusu əsasında icra işi tələb edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində icra məmuru tərəfindən hazırki iş üzrə iddiaçı məcburi icra tədbirləri barədə xəbərdarlıq edilmiş və iddiaçı izahatında göstərmişd ir ki, “Hərbi xidmətdə olduğum vaxt 2017-ci ilin aprel ayında məhkəmə qətnamə qəbul edib, nə mənə, nə də ailə üzvlərimin heç birinə məlumat verilməyib. Nə mənim, nə də ailə üzvlərimin xəbəri olmadan Bank maşını məndən xəbərsiz hansısa bir yollarla tapıb və aparıb. Maşının harda olmağından xəbərim belə yoxdur. Bank maşını hərraca çıxarıb və satıb, nə mənim, nə də ailə üzvlərimin xəbəri olmadan. Bütün proseslər qanunsuz olduğu üçün heç bir ödəniş etməmişəm. Öz haqqımı tələb edib Bankdan şikayətimi bildirəcəm, Cavabdeh3 ASC bütün bu prosesləri qanunsuz şəkildə həyata keçirib.”
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6208/2023 saylı, 11 dekabr 2023-il tarixli qətnaməsi ilə (hakimlər – M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov, V.N.Sadıqov) cavabdeh bank tərəf indən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1073/2023 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd olunması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət kəsici müddətdir və bu müddətin keçməsi əqdin mübahisələndirilməsi hüququnun xitamına səbəb olur. Göründüyü kimi, iddiaçı artıq izahat verən zaman, yəni xx.xx.2020-ci il tarixində hərracın keçirilməsi və Cavabdeh3 ASC tərəfindən nəqliyyat vasitəsinin əldə edilməsi barədə məlumatlı olmuş, lakin həmin hərracın nəticələrinə dair protokolun (müqavilənin) etibarsızlığı ilə bağlı məhkəməyə bir il ərzində deyil, xx.xx.2023-cü il tarixində müraciət etmiş, bununla da qanunla müəyyən edilmiş bir illik kəsici müddəti ötürmüşdür.
18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 324.1, 337.1., 354.1., 354.2., 414.1., 414.3., 415.2., 415.5 və 416.1.-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin ə laqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2., 77.1.,
88. Və 119.1-ci maddələrinə istinadla maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərara qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilənədək müba hisə tətəfindən müddətin tətbiqi barədə ərizə daxil olmadığını, həmçinin iş üzrə artıq məhkəmə qətnaməsinin qəbul edildiyini nəzərə almamış, qanunun tələbinə zidd olaraq bir illik iddia müddətini ərizə olmadan tətbiq etmiş və nəticədə əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul etmişdir ki, bu da Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə zidd olmuşdur. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı hərraca çıxarılan əmlakın, yəni avtomobilin mülkiyyətçisidir və onun əmlak üzərində hər hansı bir hüququmun pozuntusuna mülkiyyətçi olaraq ümumiyyətlə iddia müddəti tətbiq edilmir.
21. İddiaçı şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299.1, 375.2 və 384.0.4-cu maddələrinə istinad etmi şdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh bank kassasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, şikayətin təmin olunmamasını və apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam əsaslı və qanuni olduğuna görə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələr inin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
26. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
27. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
28. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələ r yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
29. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
30. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
31. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibar sızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078-27.1.3 və 1225.3cü maddələri). Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ic timai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışını n hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyb, iş materiallarını və kassasiy a şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
42. Belə ki, iddianı rədd edən apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı hərracın keçirilməsi və Cavabdeh3 ASC tərəfindən nəqliyyat vasitəsinin əldə olunması barədə xx.xx.2020-ci il tarixdən məlumatlı olmuş, lakin həmin hərracın nəticələrinə dair protokolun (müqavilənin) etibarsızlığı ilə bağlı məhkəməyə qanunda göstərilən bir illik kəsici müddət ərzində deyil, həmin müddəti ötürməklə müraciət etmişdir. Bu da iddianın rədd olunması üçün əsasdır. Hərracın nəticələrinə dair protokol (müqavilə) mübahisələndirilən əqd olduğundan mübahisənin həllində Mülki Məcə llənin 254.2-ci maddəsi tətbiq olunmalıdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına görə bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçi rilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078-27.1.3 və 1225.3-cü maddələri). Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir.
44. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunın qərarında hərracın nəticələrinə dair protokol, alqı-satqı və sair barədə əqdlər əhəmiyyətsiz və ya mübahisələndirilən əqdlərə deyil, əqdlərin xüsusi növünə aid edilmişdir, maddi hüquqi mənada mübahisələndirilən əqd sayılmır.
45. Hazırkı iş üzrə iddiaçının tələbi də ona məxsus olan və ipoteka ilə yüklü edilmiş “Lexus RX 350 Minik” markalı avtomobilinin Cavabdeh3 ASC-yə satılması barədə xx.xx.1018-ci il tarixli, Y-16 saylı hərracın yekunları barədə əmlakın alqı-satqısına dair müqavilənin və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması barədədir. Həmin müqavilə, həmçinin ondan irəli gələn nəticələr Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrində göstərilən əhəmiyyətsiz və mübahisələndirilən əqdlərə aid olunması istisna edilir. Bu baxımdan da apellyasiya instansiyası məhkəməsi mübahisənin həllində Mülki Məcəllənin 354.2-ci maddəsinin tətbiq etməkdə səh və yol vermişdir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tətəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6208/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edişin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.