Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1015/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nin vəkili Rzayev Anar Nurəddin oğlunun iştirakları ilə, Cavabdeh MTK-nin və vəkili Rzayev Anar Nurəddin oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2(103)-11695/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1798/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.N.Qasımov) İddiaçı Cavabdeh MTK-ya qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2(103)-11695/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1798/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi və Cavabdeh MTK-nin 15.10.2018-ci il tarixli, 31 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddətinə görə əmək haqqı ödənilməklə həmin müəssisəyə təsərrüfat işləri üzrə rəhbər (komendant) vəzifəsinə bərpa edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 15.10.2018-ci il tarixli, 31 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və 05.12.2018-ci il tarixdən başlayaraq almadığı əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar 5.000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 05.01.2016-cı il tarixdə Cavabdeh MTK-nin “mühafizəçi” vəzifəsinə, 01.06.2016-cı il tarixində isə “komendant” vəzifəsinə qəbul edilmişdir, 05.01.2016-cı il tarixli əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işəgötürən MTK tərəfindən hər ay üçün ona 190 manat məbləğində əmək haqqı verilməlidir. Qeyd edilən müqavilə 05.01.2016-cı il tarixdə tərəfindən imzalanmış və qüvvəyə minmişdir. Bu barədə, xxxxxxx000201 nömrəli, 22.06.2016-cı il tarixli əmək müqaviləsi bildirişi buraxılmışdır, yəni DSMF sisteminə 5 aydan çox müddət keçdikdən sonra işlənilmişdir. Lakin, 05.01.2016-cı il tarixdə imzalanmasına baxmayaraq əmək müqaviləsi MTK tərəfindən 2017-ci ilin noyabr ayının sonunda ona təqdim olunmuşdur. Bunun da təsdiqi əmək müqaviləsinə vurulmuş və 2017-ci ilin noyabr ayında hazırlanmış MTK-nın yeni möhürüdür. Təyin edildiyi vəzifədə uzun müddət işləməsinə baxmayaraq, maliyyə çətinlikləri bəhanə gətirilərək Cavabdeh MTK tərəfindən ona əmək haqqı veril məmişdir. Bu barədə o, 27.11.2018-ci il tarixli iddia ərzəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan əlavə Cavabdeh MTK tərəfindən onun əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə etdiyi müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətin 6 saylı region üzrə X4 tərəfindən baxılmış, əmək və məzuniyyət haqqlarının ödənilməsində aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar Cavabdeh MTK-nın rəhbəri barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq İnzibatı xəta haqqında 18.10.2018-ci il tarixli, MN-0338784 nömrəli protokol tərtib edilmişdir. Buna baxmayaraq Cavabdeh MTK tərəfindən əmək və məzuniyyət haqları bu günə kimi ödənilməmiş və əmək qanunvericiliyi pozulmaqda davam etdiyi üçün və eyni zamanda MTK-nin işçisi kimi hazırkı tarixdə DSMF-nin uçotunda göstərilib-göstərilməməyi barəsində yenidən X4 Xidmətin 23 saylı region üzrə X3 müracət etməli olmuşdur. Cavabdeh MTK tərəfindən davam edən əmək hüquqlarının pozulması barədə 06.12.2018-ci il tarixli müraciətə X4 Xidmətinin 23 saylı region üzrə X4 tərəfindən baxılmış və ona cavab verilmişdir ki, araşdırma zamanı Cavabdeh MTK-nin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, Cavabdeh MTK-nin rəhbərliyinin əmri ilə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların və işçilərin ixtisarı) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin əmək qanunvericiliyinin tələbləri gö zlənilməmişdir. Halbuki, işəgötürən tərəfindən əvvəlcədən xəbərdar edilməmişdir. Əmək müqaviləsinə xitam olunma haqqında məlumatı sözügedən cavab məktubu əsasında bilmişdir. Hətta, Cavabdeh MTK-nin rəhbərlik və idarə etdiyi şəxslər tərəfindən heç bir məlumat və əmək kitabçası ona verilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh MTK həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh MTK və vəkili Rzay ev Anar Nurəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası iddia müddəti tətbiq etməli olduğu halda bunu etməmiş, iddiaçı tərəfindən təqdim edilmiş etiraf xarakterli yazılı sübutlara qiymət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiya sının iclasında Cavabdeh MTK-nin vəkili Rzayev Anar Nurəddin oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh MTK-nin vəkili Rzayev Anar Nurəddin oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh MTK-nin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Resp ublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıdakı müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. İşdə olan yazılı sübutlar əsasında müəyyən edilir ki, tərəflər arasında bağlanmış 05.01.2016-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 05.01.2016-cı il tarixdə Cavabdeh MTK tərəfindən mühafizəçi vəzifəsinə, 01.06.2016-cı il tarixdə isə təsərrüfat işləri üzrə rəhbər (komendant) vəzifəsinə təyin edilmişdir. İddiaçı 22.01.2019-cu il tarixli ərizə ilə müraciət edərək sədr səlahiyyətlərini icra edən Aysel Fərzəliyeva tərəfindən protokola əsasən komendantlıq ləğv olunduğu üçün ona işdən azad olunmağının şifahi şəkildə bildirildiyini, lakin onda olan məlumata əsasən işdən ixtisar edilərək çıxarıldığı, yuxarıda qeyd etdikləri ilə bağlı ona öncədən heç bir məlumat verilmədiyini bildirmiş, rəhbərlik tərəfindən onu işdən azad etməyinin qanuna uyğun olmamasının araşdırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 23 saylı region üzrə X2 30 y anvar 2019-cu il tarixli, **********7 saylı məktubundan görünür ki, Cavabdeh MTK-nın rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndi ilə xitam verilmiş, lakin əmək qanunvericiliyinin tələbləri gözlənilməmişdir. Bununla bağlı kooperativin sədri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 6 saylı region üzrə X2 22.10.2018-ci il tarixli, 809 №-li məktubunun surətindən görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı aid əmək qanunvericiliyi ilə bağlı sənədlərin təqdim edilməsi üçün 13.09.2018-ci il tarixli məktubun qəbul edilməsinə baxmayaraq bu günədək hər hansı bir sənəd təqdim olunmamışdır. Bu səbəbdən İddiaçı 15.10.2018-ci il tarixli izahatına əsasən əmək və məzuniyyət haqlarının ödənilməsində aşkar olunmuş qanun pozuntusu ilə əlaqədar Cavabdeh MTK-nın rəhbəri barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq İnzibati xəta haqqında 18.10.2018-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X6 idarəsinin 03 oktyabr 2018-ci il tarixli, ********* №-li məktubunun surətindən görünür ki, idarədə uçotda olan Cavabdeh MTK tərəfindən təqdim edilmiş 2016-cı ilin “məcburi dövlət sosial sığorta haqqı üzrə sığor ta olunanlar haqqında məlumatda”, 2017-ci ilin 1-ci, 2-ci, 3-cü, 4-cü rübləri 2018-ci ilin isə 1-ci rübü üzrə “məcburi dövlət sosial sığorta üzrə hesabata” əsasən İddiaçı 2 il, 2 ay sosial sığorta stajı və 896.97 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı vardır. İddiaçı 2016-cı ildə sığorta olunmuşdur. Sığorta olunanların hesabları siyahısında ona 2017-2018-ci illər üzrə ona əmək haqqı hesablanmışdır. Cavabdeh MTK-nın 15 oktyabr 2018-ci il tarixli, 31 №-li əmrinə əsasən MTK-nın müflisləşməsi və ödəniş qabiliyyətinin olmaması, yeni tikilmiş binanın tikinti quraşdırma və tamamlanma işlərinin başa çatmaması və istismara verilməməsi səbəbindən, lüzumsuz ştat vahidinə çevrilən Cavabdeh MTK-da komendant vəzifəsi ixtisar edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-c i maddəsinin (b) bəndi ilə (işçilərin sayı və ştatları ixtisar edildikdə, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi), 15 oktyabr 2018-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış hallarına əsasən bu nəticəyə gəlmişdir ki, işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl iddiaçını rəsmi xəbərdar etməməklə işçinin bir sıra hüquqlarını pozmuşdur. Hazırkı işə iddia müddətinin tətbiqi ilə bağlı apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir. İddiaçı iddia ərizəsində işdən azad edilməsi barədə əmrin surətini almadığını, yalnız X2 30.01.2019-cu il tarixli məktubunu aldıqdan sonra bu barədə məlumatı olduğunu bildirsə də, işin apellyasiya baxışı cav abdehin təqdim etdiyi aktda cavabdehin əmrinin MTK-nın fəaliyyət göstərdiyi ofisində təqdim edildiyi, lakin iddiaçının əmri oxuduqdan sonra onun surətini aldığını təsdiq etməkdən imtina etdiyi qeyd edilmişdir. Beləliklə, əmrin surətinin iddiaçıya rəsmi qaydada verilməsi tarixi ilə bağlı tərəflər arasında mübahisə vardır. Yaranmış vəziyyətdə isə əmrin iddiaçıya təqdim olunması tarixi müvafiq sübutlarla təsdiq oluna bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mərhələdə cavabdeh tərəfindən təqdim edilmiş aktın mötəbərliyi şübhə doğurur. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə vermiş, ərizəyə sözügedən aktı əlavə etməmiş, ümumiyyətlə ərizənin məzmununda iddiaçının əmri aldığı tarixlə bağlı hər hansı məlumat verməmişdir. Digər tərəfdən, aktın həqiqiliyi təsdiq olunmuş olsa belə, hazırkı mərhələdə sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, MPM-ə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 371). Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni tam qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi “Fərdi əmək mübahisələrin in həllində iddia müddətləri adlanan Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri baxımından işin faktiki hallarına tam hüquqi qiymət verməmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin tələblərindən həmçinin görünür ki, işçi əmək funk siyalarının yerinə yetirilməsindən tam kənarlaşdırılıbsa və bununla əlaqədar işçinin işdən çıxarılması ilə əlaqədar işəgötürən tərəfindən işçinin işdən çıxarılması zamanı əmək qanunvericiliyində nəzərdə tutulmuş sənədləşdirmə qaydaları pozulubsa, işçinin bu barədə məlumatlı olduğu gün onun hüququnun pozulmasının aşkar olunduğu gündür. Mülki iş materiallarının 5-ci səhifəsində olan İddiaçı tərəfindən 23 saylı region üzrə X2 rəisinə ünvanlanmış 22.01.2019-cu il tarixli ərizədə aşağıdakılar qeyd olunmuşdur:”... Sədr səlahiyyətlərini icra edən Fərzəliyeva Aysel xanım protokola əsasən komendant ştatı ləğv olunub və siz işdən azad olunduğunu şifahi bildirmişdir. Lakin məndə olan məlumata əsasən məni “işdən ixtisar edərək” çıxardıblar. Yuxarıda qeyd etdiklərim ilə bağlı mənə öncədən heç bir məlum at verilməmişdir. Rəhbərlik tərəfindən məni işdən azad etməyinin qanuna uyğun olmasının tərəfinizdən araşdırılmasını Sizdən xahiş edirəm...”. Lakin iş materiallarından göründüyü kimi iddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə 17.04.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdeh tərəfindən işdən faktiki olaraq nə vaxt kənarlaşdırıldığını, bununla əlaqədar iddiaçının hansı vaxtdan əmək funksiyalarını yerinə yetirməməsini və bunun nəticəsi olaraq iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin tələbləri baxımından nəzərdə tutulan 1 aylıq iddia müddətinin ötürülüb-ötürülməməsinə tam düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə işti rak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh MTK-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2(103)-11695/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytar
Məhkəmə qərarları › İş №2(102)-1015/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1015/2020
25.02.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver