Məhkəmə qərarları › İş №2(102)-1016/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1016/2021

15.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1016/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, X3 və İddiaçı3 cavabdehlər Cavabdeh1, 6 saylı "Səyyar-Asan xidmət" mərkəzində Notariat Kontorunun dövlət notariusu X6 və DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı1 və onun vəkili Nümayəndə1 iştirakları ilə, Bakı A pelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3978/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri 6 saylı "Səyyar-Asan xidmət" mərkəzində Notariat Kontorunda təsdiq edilmiş 15 dekabr 2018-ci il tarixli, 4Ə-38 nömrəli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinəəsasən Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, 252 nömrəli evin 4 otağını X4 bağışlamışdır. ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə sahəsi 113,56 kv.m olan ev X4 məxsusdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2016–cı il tarixli, 2(003)-739/2016 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 (xx.xx.1999–cu il təvəllüd lü İddiaçı3 və 26.02.2003-cü il təvəllüdlü X15) və X3 Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 252 saylı evə köçürülmüşdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2017–ci il tarixli, 2(003)-867/2017 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 252 saylı evə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 2(003)-319/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X10, X7 və İddiaçı3 qarşı "evdən çıxarılma" tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli 2 (003)2117/20l9 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı1, X3 və İddiaçı3 26.06.2003-cü il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləş ən 252 saylı evdən çıxarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, X12 və İddiaçı3 cavabdehlər Cavabdeh1, 6 saylı "SəyyarAsan xidmət" mərkəzində Notariat Kontorunun dövlət notariusu X6 və DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə X8 arasında 6 saylı “Səyyar–Asan xidmət” mərkəzində Notariat Kontorunda bağlanılmış daşınmaz əmlakın “bağışlanmasına dair 15 dekabr 2018-ci il tarixli müqavilənin və onun əsasında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfındən sonuncunun adına verimiş 18 dekabr 2018ci il tarixli PX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edil məsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, 15 dekabr 2019-cu il tarixdə 6 saylı “Səyyar–Asan xidmət" mərkəzinin Notariat Kontorunda Cavabdeh1 ilə X8 arasında Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, 252 ünvanında yerləşən 0,116277 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi ”356 kv.m. olan fərdi yaşayış evinin “daşınmaz əmlakın bağışlanması müqavilə"si bağlanılmışdır. DƏDRX-nin Bakı Ərazi İdarəsinin tərəfindən verilmiş l8 dekabr 2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi. 252 ünvanında yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmış, həmin evin yerləşdiyi 0,116277 ha torpaq sahəsi isə Zöhrənin mülkiyyətində qalmışdır. Hesab edirlər ki, həmin müqavilə və onun əsasında aparılmış qeyd və verilmiş çıxarış etibarsız hesab edilməlidir. Belə ki, ünvan 3 ünvanında yerləşən evə iddiaçıların istifadə hüququ vardır. Həmin evin cavabdeh tərəfindən başqasının adına özgəninləşdirilməsindən xəbərləri olmamış və buna dair onlar tərəfindən razılıq verilməmişdir. 20 avqust 1996–cı il tarixdə İddiaçı1 X14 ilə ailə həyatı qurmuş və ünvan 4 ünvanına gəlin köçmüşdür. Həmin nikahdan üç övladları (X12, İddiaçı3 və 26 iyun 2003–cü il təvəllüdlü X15) var. 2002–2004-cü illərdə İddiaçı1 həyat yoldaşı Meybəli Babayevlə Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, cv 252 ünvanında yerləşən evi tikdirıb. Cehiz əşyalarını da aparmaqla, qaynanası Cavabdeh1 ilə birgə ora köçmüş və həmin evdən birlikdə istifadə etməyə başlamışlar. 2011–ci ildə Ba kı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 252 ev xüsusi mülkiyyət üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2015–ci ildə İddiaçı1 həyat yoldaşı Meybəli Babayev ilə münasibətləri pisləşmiş və bu səbəbdən də hazırkı iş üzrə cavabdeh olan qaynanası İddiaçı3 onu uşaqları ilə birlikdə həmin evdən çıxarmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin l3 may 20l6–cı il tarixli 2(003)-739/20l6 saylı qətnaməsinə əsasən İddiaçı1 üç uşağı ilə birlikdə Zirə qəsəbəsində yerləşən 252 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “iddiaçılar mübahisəli ev özəlləşdirilməmişdən əvvəl həmin evə köçdüyündən, həmin evdə yaşadığından, ümumi təsərrüfat apardığından və yaşayış sahəsindən digər şəxslər birlikdə barəbər istifadə etdiyindən, bununla da həmin mənzildə yaşayış hüququ yarandığından iddiaçılar İddiaçı1 (xx.xx.1999–cu il təvəllüdlü İddiaçı3 və 26. 02.2003-cü il təvəllüdlü X15) və İddiaçı2 Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 252 saylı evə köçürülməlidilər”. Bundan sonra cavabdeh Zöhra Babayeva iddiaçıların evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 20l7–ci il tarixli 2(003)867/20l7 saylı qətnaməsi ilə onun iddiası iddiaçıların evdən çıxarılması hissəsində rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, X1 Səbinə Rafəddin qızı ilə 20 avqust l999–eu il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Onlar 03 sentyabr 2004cü il tarixdə yaşayış evinin icəradarının razılığı ilə» yaşayış evi mülkiyyətində olmadığı vaxtda mübahisə edilən evə köçmüşlər və onlar həmin vaxtdan yaşayış sahəsinin icəradarı ilə barəbər evdən istifadə etmək hüququ əldə etmişlər”. Daha sonra cavabdeh Zöhrə iddiaçıların evdən çıxarılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 2(003)-319/2018 saylı qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2018–ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Bundan sonra cavabdeh İddiaçı3 öz məqsədinə bu yolla çatmadığını anlayıb yuxarıda qeyd olunan evi X4 bağışlanması görüntüsünü yaradaraq, sonuncunun əli ilə iddiaçıları evdən çıxarılmasına nail olmuşdur. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2019–cu il tarixli 2 (003)-2117/20 l9 saylı qətnaməsi ilə iddiaçıların həmin evdən çıxarılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İşin hallarından göründüyü kimi cavabdeh İddiaçı3 mübahisəli evi başqa şəxsə bağışlasa da həmin evin yerləşdiyi torpaq sahəsini öz mülkiyyətində saxlamışdır. Bu hal bir daha da təsdiq edir ki, cavabdeh İddiaçı3 iddiaçıların mübahisəli evdən çıxarılmasına dair çoxsaylı cəhdləri baş tutmadıqda bu yola əl atmışdır. Həmin bağışlanma müqaviləsi uydurma əqd olmaqla görünüş üçün bağlanmış və iddiaçıları evdən çıxarılmasına nail olmaq məqsədi ilə edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş № 2(003)-3499/2019) iddia tələbi təmin edilməmişdir. Birinci inst ansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsi, 252 nömrəli fərdi yaşayış evini 15 dekabr 2018ci il tarixli Daşınmaz Əmlakın Bağışlama müqaviləsinə əsasən X4 bağışlamışdır. Mübahisəli ev xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmış, həmin evin yerləşdiyi torpaq sahəsi isə İddiaçı3 mülkiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. İddiaçı tərəf həmin əqdin uydurma əqd olmasına əsaslanmaqla etibarsızlığını tələb etsədə, yuxarıda qeyd edilənlərə əsasən əqdin bağlanması zamanı qanunvericiliyin bütün tələb olunan şərtlərinə əməl olunmaqla bağlanan əqdin məhz uydurma əqd hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev, iş № 2(103)-3978/2020) iddiaçılar İddiaçı1, X12 və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3499/19 saylı, 12 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbinin təmin edilməməsi, iddiaçılara əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qət edilmişdir. Apellyasiya ins tansiya məhkəməsi hesab etmişdir ki, həmin evin hazırkı mülkiyyətçisi X5r və bağışlama müqaviləsində də tərəf odur. Buna baxmarayaq, hazırkı iddiçılar ona qarşı tələb irəli sürməmiş və onu cavabdeh göstərməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı1 (vəkil Nümayəndə1) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3978/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Nümayəndə1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya ba xışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsin dən yalnız İddiaçı1 kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlaması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiq edildikdə etibarlıdır. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. uydurma əqd əhəmiyyətsizdir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozma qla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1 iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2 iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur. İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3978/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar