Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1017/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi) ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü, hüquqi faktın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə dair Gəncə Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-3823/2*21 nömrəli iş üzrə 3* sentyabr 2*21-ci il tarixli qərardadından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 yanvar 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Ərizəçi (bundan sonra – ərizəçi) ərizə ilə (maraqlı şəxs Azərbaycan Respublikası Hərbi Xidmətə Çağırış və Səfərbərlik üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi) ilə məhkəməyə müraciət edərək, atası – 15 may 1938-ci il təvəllüdlü X1 N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(*13)844/2*19 nömrəli iş üzrə *8 aprel 2*19-cu il tarixli qətnaməsi ilə (hakim E.Bayramov) ərizə təmin edilmişdir. Həmin qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı (bundan sonra – Filial) tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması xahiş edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*4)-3823/2*21 nömrəli iş üzrə 3* sentyabr 2*21-ci il tarixli qərardadı ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.Sül eymanov və Ş.Rzaquliyev) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 357.1, 357.2, 366.1, 366.2, 366.4-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında” Əsasnamənin, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 1* nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Filial qətnamənin hüquq və vəzifəl ərinə toxunduğunu qeyd etsə də, bunu əsaslandıra bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, istinad olunan qanunvericilik aktlarına əsasən, müharibə veteranı adı, şəhid və şəhid ailəsi statusu müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş sənədlər əsasında müəyyən edilir. Döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsinə dair qətnamə əsasında şəxsə müharibə veteranı və ya şəhid ailəsi statusu qismində hər hansı bir güzəştin, imtiyazın tətbiq edilməsi və ya müavinətin təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin vəzifəsi kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Şəhid ailələrinə müvafiq vəsiqə yuxarıda adı çəkilən qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Yəni, döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsinə dair qətnamə adı çəkilən qaydaların 4.1-ci bəndində göstərilən arayışları əvəz etmir. Odur ki, birinci instansiya məhkəməsinin *8 aprel 2*19-cu il tarixli qətnaməsi Dövlət Sosial Müdafiə Fondunun hüquq və vəzifələrinə toxunmadığından, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən qərardadından Filial kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Filial (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunm asını və ərizənin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətini qeyri-mümkün hesab etməklə, pozulmuş hüquqlarının bərpası üçün şərait yaratmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə MPM-in 77.1-ci maddəsini pozaraq, ərizəçini ərizəsində qeyd etdiyi dəlilləri sübut etməkdən azad etmişdir. Belə ki, ərizəçi atasının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini sübuta yetirə bilməmişdir. Bundan başqa, məhkəmə apellyasiya şikayətinə baxılması üçün prosessual əsasların olmadığını əsaslandıra bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində Filial apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Bu Məcəllənin 159, 269, 28*, 284-5, 394-1, 397.2, 4*3-1.6, 414.1, 422, 431-3 v ə 437ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 1*.8-1). Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdi r. Prokuror bu Məcəllənin 5*-ci və 3*6-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər (maddə 357.2). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 364.1). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 4*7.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüqu q normalarının pozuntusuna yol verilmişdir. Belə ki, MPM-in 357.1-ci maddəsi xüsusi icraat işləri üzrə birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən yalnız ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnu müəyyən etsə də, Məcəllənin 357.2-ci maddəsi işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də şikayət vermək hüququnu tanıyır. Bu baxımdan qəbul edilmiş məhkəmə aktından işdə iştirak etməyə cəlb edilməmiş şəxs şikayət verdiyi halda həmin şikayətin mümkünlüyü ilə bağlı məsələni müzakirə edən məhkəmənin ilkin vəzifəsi qəbul edilən qətnamənin şikayət vermiş şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmadığını müəyyən etməkdir. Baxılan iş üzrə apell yasiya instansiyası məhkəməsi qəbul edilmiş məhkəmə aktının şikayət vermiş şəxsin hüquq və vəzifələrinə toxunmadığını qeyd etsə də, bununla bağlı mövqeyini kifayət qədər əsaslandırmamışdır. Məhkəmənin də istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 1* saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları tərəfindən verilir (bənd 4.2). Qaydalardan görü ndüyü kimi məhkəmə qətnaməsi də şəhid adının verilməsinə əsas hesab edilən sənədlər sırasındadır və bunu təsdiq edən vəsiqə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları tərəfindən verilir. Ərizəçinin məhkəməyə təqdim etdiyi ərizənin məzmunundan da görünür ki, hüquqi faktın müəyyən olunması ona şəhid ailə olduğunun müəyyən edilməsi və bununla bağlı qanunla müəyyən olunmuş güzəştlərdən istifadə etməsi üçün lazımdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Həmin məsələyə yenidən baxılarkən məhkəmə, həmçinin Filialın hazırkı apellyasiya şikayətinin m ümkünlüyünün düzgün həlli baxımından Filialın şikayəti öz adından, yoxsa Dövlət Sosial Müdafiəsi Fondunun adından verdiyi, öz adından verdiyi halda Filialın bu hüquqa malik olub olmadığı, Fondun adından verdiyi halda isə şikayəti imzalamış şəxslərin həmin orqanın adından apellyasiya şikayətlərini imzalamaq səlahiyyətlərinin olub-olmadığı barədə hallara aydınlıq gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-3823/2*21 nömr əli iş üzrə 3* sentyabr 2*21-ci il tarixli qərardadı ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1017/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1017/2022
24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver