Məhkəmə qərarları › İş №2(102)-102/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-102/2020

21.01.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-102/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kanalizasiya xətləri üzərində və qanunla müəyyən edilmiş mühafizə zolağında inşa edilmiş tikililərin sökülməsi və mühafizə zonasının boşaldılmasının təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən ve rilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdeh tərəfindən ünvan 1 ünvanında keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin üzərində inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, mühafizə zonasının boşadılmasının təmin edilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiası təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Q.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edil məsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı ASC Cavabdeh qarşı kanalizasiya xətləri üzərində və qanunla müəyyən edilmiş mühafizə zolağında inşa edilmiş tikililərin sökülməsi və mühafizə zonasının boşaldılmasının təmin edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 2 ünvanından keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin üzərində inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, mühafizə zonasının boşaldılmasının təmin edilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən obyektin mühafizə zonasının pozulması barədə xx.xx.2017-ci il tarixli akt tərtib edilmişdir. Həmi n akta əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,2 ünvanında Cavabdeh məxsus qeyriyaşayış obyektinin su və kanalizasiya şəbəkəsinə baxış keçirilmiş, obyektin Yasamal rayon Sukanal İdarəsinin balansında olan 150 mm-lik kanalizasiya xəttinin üzərində tikildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsasən baxış zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inşa olunmuş mübahisəli tikili qeyri-yaşayış sahəsidir. Tədqiq olunan qeyri-yaşayış sahəsinin ətrafında yerləşən nəzarət quyusuna baxış keçirdikdə diametri 150 mm olan kanalizasiya borusu müəyyən edilmişdir. Lakin diametri 150 mm olan kanalizasiya xəttinin yerin altından keçdiyini və üzərinin açılmadığını nəzərə alaraq, həmin x əttin istiqamətini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, baxış zamanı məlum olmuşdur ki, mövcud olan diametri 150 mm olan kanalizasiya xətti magistral təzyiqli xətt deyildir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 4 ünvanında cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin, diametri 150 mm olan kanalizasiya xəttinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda işin hallarından görünür ki, iş üzrə əlavə məhkəmə tikinti-texni ekspertizası təyin edilmiş, lakin iddiaçının nümayəndəsi iştirak etmədiyinə görə tədqiqat obyektinə baxış keçirilməsi və ekspertin qarşısında qoyulmuş suallarla bağlı tədqiqat aparılması mümkün olmamışdır. İddiaçı bildirir ki, Cavabdeh tərəfindən ünvan 4 ünvanından keçən İddiaçı ASC-yə məxsus diametri 150 mm kanalizasiya xəttinin üzərində qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili inşa edilmişdir. İnşa edilmiş tikili nəticəsində cavabdeh tərəfindən qüvvədə olan Azərbaycan Respubllikasının Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, “Hidrotexniki qurğuların Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun, "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarf'nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsində qeyd olunur ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərini texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hans torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Yuxarıda adı çəkilən özbaşına tikilinin inşası nəticəsində diametri 150 mm olan kanalizasiya xəttinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə, onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradır və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Bu isə öz növbəsində əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaradır, istehlakçıların həyat və sağlamlığına ziyan dəyməsi riskini artırır. Yuxarıda qeyd olunan qanunvericilik aktların tələblərindən də görünür ki, kanalizasiya xətlərinin üzərində və ya onların sanitar-mühafizə zonalarında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması qanunsuzdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı ASC-yə məxsus diametri 150 mm olan kanalizasiya xəttinin üzərində inşa edilmiş tikili statusuna görə Mülki Məcəllənin 180-cı maddəsi ilə nüəyyən edilən özbaşına tikili olduğuna görə sökülməli, kanalizasiya xətlərinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi təmin edilməlidir. C avabdeh bildirir ki, həmin ərazidə bina əvvəldən mövcud olmuşdur. O, həmin binanı özəlləşdirdikdən sonra sadəcə üstündə tikili artırmış, ətrafda isə heç bir tikinti işləri aparmamışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbini təstiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərb aycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbcayn Respublikasının Torpaq məcəlləsinin 62-ci maddəsində qeyd olunmuşdur ki, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1 -cı maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınm az əmlak özbaşına tikinti sayılır. Bu Məcəllənin 180.4-cü maddəsinin tələblərinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin nüraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin halları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli ərazidə bununla bağlı müvafiq icazələr almadan tikili inşa etmişdir. Məhkəmə mübahisəli tikilinin diametri 150 mm olan kanalizasiya xəttinin mühafizə zonasına düşüb-düşməməsi barədə ekspertiza keçirilmiş, lakin ekspert mübahisəli tikilinin diametri 150 mm olan kanalizasiya xəttinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən edə bilməm işdir. Ona görə də mübahisənin həlli yalnız əlavə ekspertiza keçirilməklə mübahisəli tikilinin, diametri 150 mm olan kanalizasiya xəttinin mühafizə zonasına düşübdüşməməsini müəyyən etməklə mümkün idi. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iş üzrə əlavə ekspertizanın keçirilməsi barədə qərardad qəbul etmiş, lakin ekspertizanın keçirilməsi mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə əlavə ekspertizanın keçirilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının nümayəndəsi iştirak etmədiyinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Mülki Prossesual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ek spertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Halbuki apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin iştirakının təmin olunması ilə bağlı bildirişin iddiaçıya göndərildiyini və İddiaçı ASC-nin nümayəndəsinə telefon vasitəsi ilə məhkəmənin işçisi tərəfindən xəbər verilməsini göstərsə də iş materiallarında iddiaçının rəsmi qaydada məlumatlandırılması ilə bağlı sübutlar mövcud deyildir. Azərbaycan Res publikasının Mülki Prossesual Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində qeyd olunur ki, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilirlər. Həmin Məcəllənin 138.4-cü maddəsinə əsasən zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin d igər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, ekspertizanın keçirilməsində tərəfin iştirakı o halda məcburi sayılardı ki, onun ekspertizada iştirak etməməsi ekspertizanın keçirilməsini qeyri-mümkün etsin. Lakin işin hallarından görünür ki, hazırkı iş üzrə ekspertiza iddiaçının nümayəndəsinin iştirakı olmadan da keçirilə bilərdi. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin mə zmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar