Məhkəmə qərarları › İş №2(102)-1022/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1022/2019

18.02.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1022/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1022/2019 Bakı şəhəri 18 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ciiltarixli,2(107)2148/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Məhkəməsinin (hakim R.Əlizadə) 22.05.2018-ci il tarixli, 2(014)-780/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin məcburi sökülməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 26.09.2018-ciiltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli, 2(014)-780/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı və vəkili Vəkil1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikil inin məcburi sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 15.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində, onun yaşayış mənzilinə yaxın inşa etdiyi qanunsuz tikilinin, yəni tövlənin onun öz hesabına məcburi sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh iddiaçı ilə qonşuluqda yaşayır və cavabdehin fərdi həyətyanı torpaq sahəsində iribuynuzlu mal-qaranın saxlanması üçün tövlə vardır. Sözügedən tövlə iddiaçının yaşayış mənzilinə yaxın tikilmişdir. Həmin tövlənin iddiaçının mənzilinə yaxın tikilməsi onun üçün müəyyən fəsadlar yaradır. Belə ki, iddiaçı iy-qoxu, üfunət, mal-qara ifrazat mayelərinin həyətinə sızması kimi xoşagəlməz hallarla qarşılaşmalı olur. Digər tərəfdən cavabdehin tikdiyi tövlənin arxa divarı ilə iddiaçının mənzilinin ən yaxın pəncərəsi arasında 3-4 metr məsafə vardır ki, bu da tikinti normalarına ziddir. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi sadəcə Ağdaş rayonu X2 arayışını əsas gətirərək, hərtərəfli araşdırma aparmadan, tövlənin hansı əsasla tikildiyini müəyyən etməmiş, tövlənin tikildiyi torpağın hüquqi rejimini ayındırlaşdırmamışdır. Halbuki bu halların müəyyən edilməsi ilə bağlı məhkəmə işin obyektiv həlli baxımından ekspertiza təyin edərək bu sulların cavablandırılmasına şərait yaratmalı idi. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş hallara uyğun olaraq kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ciiltarixli, 2(107)-2148/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh özünə məxsus Ağdaş rayonu, ******* yerləşən həyətyanı torpaq sahəsində 15 il öncə tövlə tikdirmişdir. Həmin tövlə İddiaçı evi ilə 5 metrdə yerləşir. Tövlə ilə əlaqədar İddiaçı son vaxtlara kimi şikayət etməmişdir. Tövlədə cəmi bir baş iri buynuzlu inək və iki baş buzov saxlanılır. Həmçinin tövlə təmiz saxlanılır və iddiaçı ərizəsində qeyd etdiyi yəni həyətyanı sahəsinə mal-qara ifrazat tullantıları mayelərinin sızması mövcud deyildir. Belə ki, Аzərbаycаn Respublikаsı Səhiyyə Nazirliyi Ağdaş rayon Gigiyena və Epidemiplogiya Mərkəzinin 04 dekabr 2017-ci il tarixli Sanitariya müayinəsi aktının surətindən məlum olmuşdur ki, İddiaçı öz şikayət ərizəsində qeyd etdiyi, yəni həyətyanı sahəsinə mal-qara ifrazat tullantıları mayelərinin sızması öz təsdiqini tapmamışdır. Аzərbаycаn Respublikаsı Səhiyyə Nazirliyi Ağdaş rayon Gigiyena və Epidemiplogiya Mərkəzinin X1 ünvanladığı 05 dekabr 2017-ci il tarixli saylı məktubunun surətin dən məlum olmuşdur ki, İddiaçı müraciətində qeyd etdiyi, mal-qara ifrazat mayelərinin həyətyanı sahəsinə sızması halları araşdırmalar nəticəsində öz təsdiqini tapmamışdır. Məhz ara məsafənin çox yaxın olduğunu nəzərə alaraq Ağdaş rayon GEM tövlənin ara məsafəsinin gözlənilməsi şərti ilə digər sahəyə köçürülməsi nəticəsinə gəlmişdir. Ağdaş rayon X3 tərəfindən 30 aprel 2018-ci il tarixdə verilmiş 18 saylı arayışdan məlum olmuşdur ki, tərəflər yaxın qonşudular. Həmin tövlə 15 ildir mövcuddur və İddiaçı evi ilə 5 metrdə yerləşir. Hazıradək İddiaçı tərəfindən Bələdiyyəyə Cavabdeh tövləsindən şikayət edilməmişdir. Həmçinin Cavabdeh bir baş iri buynuzlu inəyi və iki baş buzovu vardır. Həmin tövlə Cavabdeh həyətyanı sahəsində tikilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət edərkən Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ bəndində və 29-cu mаddəsinə, “İnsаn hüquqlаrının Ümumi Bəyаnnаməsinin” 18-ci mаddəsinə, “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа Kоnvensiyаnın” 1sаylı prоtоkоlunun «Mülkiyyətin müdаfiəsi» hаqqındа 1-ci mаddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4, 170.2, 172.2 və 180.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə istinad etməkdə haqlı olmuşdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzr ə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ciiltarixli, 2(107)-2148/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar