Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1022/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinə dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, iddia müddəti, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı “hərracın nəticələrinə dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilm əsi, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 2(103)-4580/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)1499/2018 saylı qətnaməsi ilə İddiaçı ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla 42702 ABŞ dolları məbləğində borcun, əldən çıxmış faydaya görə 20000 ABŞ dolları məbləğində və mənəvi zərərə görə 500 ABŞ dolları məbləğində pulun tutulub Cavabdeh1 ödənilməsi qət edilmişdir.
2. Həmin qətnamə üzrə xx.xx.2019-cu il tarixdə icra vərəqəsi verilmiş, Binəqədi rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra icraatı başlanmış, borcluya xx.xx.2019-cu il tarixli “tələbin könüllü icrası haqqında bildiriş” göndərilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(011)-949/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən, icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 2 a saylı evin 26 saylı mənzilinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaklara yönəldilməsi qərara alınmışdır.
4. İcra məmurunun qərarı əsasında dəvət edilən qiymətləndirici - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi ilə Binəqədi rayonu, X3 küçəsi 2 a saylı evin 26 saylı mənzilinin qiyməti 105000 manat müəyyən edilmiş v ə icra məmuru əmlakın satılması üçün hərrac keçirilməsini xx.xx.2021-ci il tarixli məktubla Cavabdeh2nə sifariş vermişdir.
5. Hərrac təşkilatı hərracın keçirilməsini 19 mart 2021-ci il tarixə təyin etmiş, bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli 237 nömrəli buraxılışında elan verilmiş, habelə tərəflərə və icra məmuruna xx.xx.2021-ci il tarixli bildiriş göndərilmişdir. 6. xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac nəticəsində 26/03 nömrəli protokol tərtib edilmiş və Cavabdeh1 ilə hərrac təşkilatı "xxxx" MMC arasında əmlakın alğı-satqısı müqaviləsi imzalanmış, Cavabdeh1 həmin mənzili icra sənədi üzrə tələblərin əsas hissəsini təşkil edən 105000 manatın əvəzi kimi qəbul etmişdir.
7. Binəqədi rayonu, X3 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzil (yeni qaydalarla B inəqədi rayonu, X3 küçəsi, 161, M4, m1) üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər “X4” MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi, ev 2 “A” ünvanında yerləşən 26 saylı mənzillə bağlı cavabdeh “X4” MMC-nin hərracın nəticələri barədə xx.xx.2021-ci il tarixli, 26/03 saylı protokolunun və həmin mənzilə dair hərrac protokolu əsasında hərrac mərkəzi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tar ixdə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1503/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, hazırkı iş üzrə iddiaçıdan ümumilikdə 63.202 ABŞ dolları məbləğində pul tutularaq hazırkı iş üzrə Cavabdeh1 ödənilməlidir. İcra sənədi icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar icra sənədi üzrə borcluya, yəni hazırkı iş üzrə iddiaçıya məxsus mənzilin üzərinə həbs qoyulmuş və mənzil borc tələblərinin ödənilməsi üçün açıq hərraca çıxarılmışdır. Hərrac cavabdeh “X4” MMC tərəfindən təşkil edilmiş və keçirilmişdir. Hərrac bir sıra qanunvericilik normalarının pozulması ilə həyata keçirilmişdir. İddiaçının tutma nın onun əmlakına yönəldilməsindən məlumatı olmamışdır. Qanunvericiliyə əsasən borclunun yetərli pul vəsaiti olmadıqda tutma onun əmlakına yönəldilə bilər, lakin icra məmuru borclunun pul vəsaitinin olubolmamasını yoxlamamış, işləməsini və ya pensiya almasını müəyyən etmədən birbaşa tutmanı onun əmlakına yönəltmişdir. Əmlak birgə nikah dövründə əldə edilmişdir, lakin ona və həyat yoldaşına məlumat verilməmişdir. Hərracın keçiriləcəyi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Həmçinin iddiaçı hesab edir ki, Cavabdeh1 əmlakın dəyərini ödəməmiş, yalnız borcu əvəzləşdirmişdir. Qanunvericilik hərracın keçirilməsi üçün iştirakçıların əvvəlcədən beh ödəməsini nəzərdə tutur, yalnız ipoteka saxlayan həmin behi ödəməkdən azaddır. Hazırki işdə isə satılan əmlak ipoteka predmeti deyil, icra sənə dinin icrası ilə bağlı tutma yönəldilən əmlakdır, bu da eyni zamanda qanunauyğun deyildir.
10. Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı yaşayış yerini dəyişməsi barədə icra şöbəsinə məlumat verməmişdir. İddiaçının başqa yaşayış sahəsi və adına olmayan digər əmlakları mövcuddur. Hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. İddia tələbi əsassız olduğu üçün rədd edilməlidir.
11. Cavabdeh1 həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi əsası ilə də iddianın rədd edilməli olduğunu bildirmişdir.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(011)837/2024 nömrəli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia təmin edilməmişdir.
13. Məhkəmə iddiaçı tərəfin tutulmanın onun əmlakına yönəldilməsindən əvvəl icra məmurunun onun pul vəsaitinin olub-olmamasını yoxlamaması, işləməsini və ya pensiya almasını müəyyən etmədən birbaşa tutmanı onun əmlakına yönəltməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru borclunun pul vəsaitinin olub-olmaması, işləməsi, pensiya almasını müəyyən etmək məqsədi ilə müvafiq qurumlara sorğular vermiş, sadalanan hallar üzrə məlumatların aşkarlanmadığı məlum olmuşdur.
14. İddiaçı tərəf icra məmurunun həmin mənzilin borclunun ailəsinin yeganə yaşayış sahəsi olduğunu araşdırmadığını, iddiaçının orada yaşamamasına baxmayaraq onun ailəsinin yeganə yaşayış yeri olduğunu qeyd etmişdir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının arvadı X1 mülkiyyətində iki mənzil vardır.
15. İddiaçının mübahisəli mənzilin birgə nikah dövründə əldə edildiyi barədə dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun ½ payı vərəsəlik qaydasında, ½ payı isə bağışlama müqaviləsi əsasında yaranması görünür. Mülki və ailə qanunvericiliyinə əsasən birgə nikah dövründə vərəsəlik və bağışlama müqaviləsi əsasında əldə edilmiş əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmir.
16. Məhkəmə onu da bildirmişdir ki, iddiaçı hərracın təşkilatçısı olan cavabdeh “X4” MMC-nin qanunvericiliyin tələblərini pozduğunu, hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etmədiyini iddia etsə də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmamışdır. Çünki iş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə bildirişlərin surə tindən görünür ki, hərracın vaxtı və yeri barədə cavabdeh “X4” MMC tərəfindən iddiaçıya məlumat verilmiş və iddiaçı həmin bildirişləri qəbul etmişdir. Bildirişin qəbul edilməsinə dair qəbzdəki imzanın iddiaçıya məxsus olmaması barədə dəlili də inandırıcı deyil. Bu halın əksini təsdiq edən sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iş üzrə də əlaqə ünvanı kimi əvvəlki məhkəmə prosesləri, hərrac zamanı qeyd olunan ünvanı qeyd etmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf əmlakın düzgün qiymətləndirilmədiyini qeyd etsə də, bu halın əksini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
18. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə hesab etmişdir ki, ərizə əsaslıdır, Mülki Məcəllənin 354-cü maddəsinə əsasən müddət ötürülmüşdür. Belə ki, iddiaçı bildirişlərin göndərildiyi ünvanda yaşamadığını, hərracın keçirilməsi ilə bağlı təqdim olunmuş bildirişdə olan imzanın ona məxsus olmadığını, bununla əlaqədar əmlakın üzərinə həbsin qoyulması, hərracın keçirilməsi ilə bağlı məlumatsız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı bunu sübuta yetirən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 2(103)-4580/2024 nömrəli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədo v (sədrlik edən və məruzəçi), Azad İmanov, Fuad Talışinski) şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla Binəqədi rayonu, X3 küçəsi, ev 2 “A” ünvanında yerləşən 26 saylı mənzillə bağlı “X4” MMC tərəfindən 19 mart 2021-ci il tarixdə keçirilmiş hərrac etibarsız olduğundan həmin hərracın nəticələri barədə 19 mart 2021-ci il tarixli, 26/03 saylı protokol və protokol əsasında cavabdeh “X4” MMC ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, iddiaçı tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 150 m anat məbləğində pulun cavabdehlər “X4” MMC və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
21. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının əsas tələbi olan mübahisəli mənzillə bağlı hərracın nəticələri barədə xx.xx.2021-ci il tarixli protokolunun etibarsız hesab edilməsi hissəsinə qiymət verərək bildirmişdir ki, əmlak ipoteka predmeti olmadığı üçün əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması ilə mübahisə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları tətbiq edilməklə həll edilməlidir.
22. Mülki Məcəllənin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildir işdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
23. İş materiallarından görünür ki, hərracın keçirilməsi barədə elan “Birja yenilikləri qəzetinin” xx.xx.2021-ci il tarixli sayında verilmişdir. Hərracın keçirilməsi barədə iddiaçının ünvanına göndərilmiş bildirişin tarixi də xx.xx.2021-ci il tarixdir. Lakin hərrac 30 günlük müddət gözlənilmədən xx.xx.2021-ci il tarixdə keçirilmişdir. Hərracın Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaların pozulmaq la keçirilməsi rayon məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Beləliklə, hərracın keçirilməsi qaydaları pozulmuş, ən geci 30 gün qalmış iddiaçıya məlumat verilməmişdir.
24. Eyni zamanda, iddiaçının hüququnun pozulduğunu bildiyi müddətdən 1 il keçdikdən sonra məhkəməyə müraciət etməsini təsdiq edən hər hansı sübut cavabdehlər tərəfindən rayon məhkəməsinə təqdim edilməmişdir. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı iddia müddətini ötürməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 qətnamədən (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Kassator şikayətinin ilkin dəlilini Mülk i Məcəllənin 354-cü maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə bildirişlərin surətindən hərracın vaxtı və yeri barədə “X4” MMC tərəfindən iddiaçıya məlumat verilməsi və iddiaçının həmin bildirişləri qəbul etməsi aşkar görünür. Qeyd edilən normaya əsasən, iddia müddətinin axımı maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlayır. Lakin iddiaçı hərracın keçirilməsi barədə bildirişi 2021-ci ildə qəbul edərək hərrac barədə həmin vaxtdan məlumatlı olduğu halda, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində hərracı mübahisələndirməmiş, iddia müddətinin axımı bitdikdən (hərrac barədə bildirişin verilməsindən 2 il sonra) məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin bu halına düzgün qiymət verməyərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının hüququnun pozulduğunu bildiyi müddətdən 1 il keçdikdən sonra məhkəməyə müraciət etməsini təsdiq edən hər hansı sübut cavabdehlər tərəfindən təqdim edilməmişdir. Halbuki, qeyd edilən bildirişdən əlavə müvafiq əmlakla bağlı çoxsaylı məhkəmə işləri baş tutmuşdur ki, bu proseslər barədə də iddiaçıya məlumat verilmişdir. Bu da özlüyündə qeyd edilən məsələ ilə bağlı iddiaçının məlumatı olmaması halını istisna edir.
27. Şikayətin Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə istinad edilən digər dəlilinə görə, apellyasiya icraatında iddiaçıya verilən suallar əsasında aydın olmuşdur ki o, əvvəlcə hərracda iştirak etməyi planlaşdırmamış və səbəb kimi əmlakı əldə etmək üçün maddi imkan və resurslarının m övcud olmadığını bildirmişdir. Ona mübahisə predmeti olan əmlakı indiki bazar qiyməti ilə əldə etməsi təklif edilsə də, iddiaçı bir daha həmin əmlakı əldə etmək üçün niyyətinin və maliyyə vəsaitinin olmadığını bəyan etmişdir. Bu fakt onu göstərir ki, iddiaçının hərracı mübahisələndirməkdə yeganə niyyəti tələbin onun əmlakına yönəldilməsini şübhə altına almaq, icra prosesində əsassız geri dönüş yaratmaq və proseslərin davam etdiyi müddət ərzində əmlakdan öz xeyrinə istifadə etməkdir. Beləliklə, icra prosesi zamanı iddiaçının hər hansı bir hüququnun, azadlığının və ya qanuni marağının pozulması faktı müəyyən edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;...
30. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhə miyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
31. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
32. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərra cın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
33. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
34. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protoko lu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
35. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədin in icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur.
37. Maddə 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir.
38. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
39. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
40. Maddə 53.2. Vergi ödəyi cisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
41. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
42. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
43. Maddə 62.1. İcra məm urundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
44. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
56. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı təmin etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayət lənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
57. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
58. İpoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif olunur. Tələbkar bundan imtina etdikdə, həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.
59. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-7-ci paraqraflarında qeyd olunmuşdur. İddiaçı hərracın nəticələrinin etibarsız sayılmasını tələb edir və dəlilləri ondan ibarətdir ki, tələbin onun əmlakına yönəldilməsi “İcra haqqında” Qanunda, hərracın keçirilməsi isə Mülki Məcəllənin 415-ci maddəsində müəyyən olunan qaydalar (xüsusilə behin ödənilməsi və müddətlərlə bağlı tələblər) pozulmaqla həyata keçirilmişdir.
60. İşə baxmış apelyasiya instansiyası məhkə məsi də hərracın qanuniliyini Mülki Məcəllənin 415-ci maddəsində müəyyən olunan qaydalar əsasında yoxlamış, hərracın keçirilməsi qaydaları pozulmaqla keçirildiyini müəyyən etmişdir (§ 23).
61. Hərracın keçirilməsi qaydalarının pozulmasının hüquqi nəticəsi Mülki Məcəllənin 416.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normaya görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
62. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 416-cı maddəsinin tələblərinə uyğun olmaqla, qanunidir.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunverici liyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Kassatorun verilmiş iddia tələbi üzrə iddia müddətinin keçməsi barədə dəlilləri əsassızdır. Çünki hərracın nəticələrinin etibarsız sayılması barədə iddialar üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmamışdır.
65. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edi lmədiyini yoxlayır.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “İcra haqqında” Qanunun 23.3cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar (icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması əsasları) aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir.
68. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 8 oktyabr 2024-cü il tarixli, 2(103)4580/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.