Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1023/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi, mühafizə zonasının boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad quboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 deka br 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Qusar Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(029)-197/2022 nömrəli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi, mühafizə zonasının boşaldılması” tələbinə dair iddiası rədd edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qətnaməsi ilə (hakim L.E.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və L.M.Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(029)197/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilmiş, “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X1 istismarında olan 320 mm-lik, 12-25 təzyiqli “Qusar QPS qol qaz” kəmərinin mühafizə zonasında, Qusar rayonunun Bədirqala kəndinin ərazisində Cavabdeh məxsus fərdi yaşayış evinin onun öz hesabına sökülərək, mühafizə zonasının boşaldılması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.
3. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 50 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 95 manatın Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə ödənilməsi qət edilmişdir.
4. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 avqust 2023cü il tarixli, 2(102)-3486/2023 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovdan və V.T.Həsənovdan ibarət tərkibdə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il və 19 aprel 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qətnamələrindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti məzmunu prosessual qanunvericiliyə uyğun olmaması əsası ilə qeyri-mümkün hesab edilmiş və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti eyni əsasla geri qaytarılmışdır.
7. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən təkrarən k assasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qərardadı ilə (hakim L.E.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Məmmədovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) kassasiya şikayəti bu şikayətin verilməsi üçün prosessual müddətin ötürülməsi və müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməməsi əsası ilə geri qaytarılmışdır.
8. Cavabdeh yenidən qətnamədən kassasiya şikayəti vermiş və şikayətinə ərizə əlavə etməklə, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qərardadı ilə (eyni tərkibdə) kassasiya şikayətinin verilmə müddətinin bərpasına dair Cavabdeh tərəfin dən verilmiş ərizə təmin edilməmiş, ərizəyə əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
10. Cavabdeh tərəf artıq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qərardadından kassasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qərardadı ilə (hakim L.E.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər F.Ə.Məmmədovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır k i, sözügedən qərardad 07 noyabr 2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil məxsus elektron kabinetə yerləşdirilmiş, eyni zamanda cavabdehin ünvanına göndərilmişdir. 10 dekabr 2023-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə ilə müraciət edərək qərardadın ona təqdim edilməsini xahiş etmiş, 11 dekabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə qərardad təkrarən ona təqdim edilmişdir. Beləliklə, cavabdehin nümayəndəsi və vəkili Vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərardadından kassasiya şikayətini qərardaddan kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürməklə və eləcə də buraxılmış müddətin bərpasına dair ərizə əlavə etmədən 15 dekabr 2023- cü il tarixdə “Elektron Məhkəmə” sisteminə yükləmişdir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 74.1, 130.1, 135.5, 135.6, 405.0.2, 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qərardadının ləğv edilməsi, həmin məhkəmənin 25 oktyabr 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qərardadından verilmiş kassasiya şikayətinə baxılıb ləğv olunması, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli qətnaməsindən və 19 aprel 2023-cü il tarixli 2(105)-651/2023 nömrəli əlavə qətnaməsindən kassasiya şikayətinin verilmə müddətinin bərpa sına dair verilmiş ərizənin təmin edilməsi və qətnamədən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı, Mülki Prosessual Məcəllənin 4.1, 74.1, 134.1.5, 135.1-135.7, 402.2, 402.3, 403.1, 405.0.2-ci maddələrinin tələbləri pozulmuşdur.
15. Belə ki, apellyasiya məhkəməsi cavabdehin kassasiya şikayətinə Ali Məhkəmədə baxılmasına əsassız maneçilik törətmiş, 25 oktyabr 2023-cü il tarixli qərardadı cavabdehə rəsmi olaraq göndərməmiş, cavabdehin “Elektron Məhkəmə” İnformasıya Sistemində qeydiyyatda olmamasını nəzərə almamış, qərardad SMS vasitəsi ilə də ona çatdırılmamışdır. Qərardad rəsmi qaydada cavabdehə verilmədiyinə gö rə də, nümayəndəsi olan Vəkil apellyasiya məhkəməsinə müraciət edilərək qərardadın surəti 11 dekabr 2023-cü il tarixdə məhkəmədən götürülmüş, 15 dekabr 2023-cü il tarixdə isə kassasiya şikayəti verilmişdir.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
17. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılm ası “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci m addələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 402.2.3-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şik ayəti verilə bilər. 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansi yası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
19. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının k assasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.
21. Belə ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərardadının əsaslandırılmış surəti 07 noyabr 2023-cü il tarixdə cavabdehin nümayəndəsi, Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda xəbərnaməli poçt vasitəsi ilə iddiaçının ünvanına göndərilmişdir. İddiaçıya göndərilmiş zərf “ünvan tapılmadı” qeydi ilə geri qaytarılmışdır.
22. Cavabdehin nümayəndəsi, Vəkil ərizəsi əsasında qərardadın surəti 11 dekabr 2023-cü ildə ona təkrarən təqdim edilmiş və cavabdehin kassasiya şikayəti 15 dekabr 2023-cu il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilmişdir.
23. Məhkəmə kolleg iyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 135.5 və 135.6-cı maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdehin səlahiyyətli nümayəndəsinə 07 noyabr 2023-cü il tarixdə verilmiş hesab olunur və həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün prosessual müddət məhz qeyd olunan tarixdən hesablanmalıdır. Cavabdeh tərəfindən isə kassasiya şikayəti 15 dekabr 2023-cü il tarixdə, yəni 1 ay 8 gündən sonra verilməklə, Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsi ilə müəyyən edilmiş müddət buraxılmış, buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdir.
24. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qərardadın cavabdehin özünə təqdim edilməsinin mümkün olmaması əhəmiyyət kəsb etmir. Belə ki, qərardadın cavabdehin vəkilinə r əsmi verilməsi yuxarıda qeyd olunan qaydada müəyyən olunmuş və sonuncuya məhkəmə aktlarından şikayətlərin verilməsi səlahiyyəti 13 iyul 2023-cü il tarixli etibarnamə ilə verilmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 2(105)-651/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.