Məhkəmə qərarları › İş №2(102)-1024/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1024/2020

07.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1024/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X1 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 02 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) x nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov) x nömrəli, 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin x saylı iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçın cavabdeh “xxxx” KB ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləği və bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməyib. Bu şərtlərin göstərilməməsi nəticəsində kredit ala na bu məbləğin hansı faizlərlə, hansı müddətə veriləcəyini bilməyib. Kredit razılaşmasının şərtlərini bilmədiyindən hüququndan istifadə edə bilməyib. Göstərilənlərə əsasən, tərəflər arasında xndə 0,1076 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 835 saylı bağ evinə dair bağlanmış 09yi/13-2 saylı, 26 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 02 iyul 2019-cu il tarixli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onu nla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 02 iyul 2 019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “xxxx” KB ASC ilə X2 arasında bağlanmış 08 fevral 2013-cü il tarixli əsas kredit müqaviləsinə əsasən Bank borcalana 60 ay müddətinə 135000 manat kredit vermişdir. 13.02.2014-cü il tarixdə həmin şəxslər arasında əsas kredit müqaviləsinə Saziş bağlanmış, kreditin məbləği artırılaraq 1.000.000 manat, qaytarılma müddəti isə 13.02.2019-cu il müəyyən edilmişdir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış, 09yi/13-2 saylı, 26.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətind ə olan xndə 0,1076 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 835 saylı bağ evi yuxarıda qeyd olunan kredit müqavilələrinin təminatı olaraq ipoteka qoyulmuşdur. Tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 140000 manat qiymətləndirilmişdir. 30.06.2015-ci il tarixdə “xxxx” KB ASC ilə X2 arasında əlavə kredit müqaviləsi bağlanmış, Bank borcalana 42 ay müddətinə, 17 faiz dərəcəsi ilə 308000 ABŞ dolları kredit vermişdir. 17.02.2016-cı il tarixdə sonuncu müqaviləyə dəyişikliklər edilmiş, kreditin aylıq ödənişi 5 ay müddətinə 5000 ABŞ dolları müəyyən olunmuşdur. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdeh mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instans iya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 352, 354-cü maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə, tərəflər arasındakı mübahisəyə 1 illik müddət tətbiq edilməli və iddia rədd olunmalı barədə gəldiyi nəticə ilə razılaşmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə qeyd etmişdir ki, iddiaçı yetkinlik yaşın çatmış şəxs kimi ipoteka müqaviləsini öz iradəsinə uyğun bağladığından ipoteka müqaviləsini bağladığı gün mübahisələndirdiyi müqavilə ilə onun hüquqlarının pozulduğunu bilməli idi. Lakin iddiaçı hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsinə ipoteka müqaviləsi bağlandıqdan 4 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. İddiaç ının müqaviləni onun mətni ilə tanış olmadan imzaladığına istinad etməsi müddətin axımının başlanmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilən dəlillər kassasiya şikayətində də göstərilmişdir və Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin şikayətə münasibətdə verilmiş hüquqi qiymət ilə razılaşır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə 1 illik müddətin tətbiq edilibedilməməsindən asılı olmayaraq iddia tələbi özü-özlüyündə əsassızdır. Belə ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar (müqavilədə ödənişlərin müddəti və ya dövriliyinin, onların məbləği və bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlərin göstərilməməsi, bunun nəticəsində kredit alana bu məbləğin hansı faizlərlə, hansı müddətə veriləcəyini bilməməsi) əqdlərin eti barsızlığı ilə bağlı Mülki Məcəllənin 337-350-ci maddələrində müəyyən edilmiş əsaslar sırasında mövcud deyil. İddiaçının istinad etdiyi hallar ipotekaya xitam verilməsi tələbinin, yaxud tutma yönəldilməsi barədə tələbə etirazın əsası kimi çıxış edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-c ü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl malı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın x nömrəli iş üzrə 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar