Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1024/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh İB-nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1024/21 (Açar sözlər: borcun silinməsi ) 16.02.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4744/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh İB-nin müştərisidir. Tərəflər arasında təbii qazın satışı barədə müqavilə mövcuddur. Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 1 saylı yaşayış evinin **********00200 saylı abonent hesabına 3586,1 manat məbləğində borc hesablanmışdır. Bununla bağlı tərəflər arasında mübahisə başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanı üzrə **********00200 saylı abonent hesabına hesablanmış 3586,1 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 1 saylı yaşayış evinin **********00200 saylı abonent hesabına 3586,1 manat məbləğində borc hesablanmışdır. İddiaçı qeyd edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 3586,1 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)365/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim H.Hüseynli ) iddia tələbi rədd edilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bən dinə, “Qaz Təchizatı haqqında” qanunun 6.2-ci bəndinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Mərdanova (sərlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-365/2020 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanı üzrə **********00200 saylı abonent hesabına hesablanmış 2953,80 manat borcun silinməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixl i, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7, 4.8-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh İB kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində 2016-cı ilin yanvar ayında, 2018-ci ilin avqust-dekabr və 2019-cu ilin yanvar-oktyabr ayı ərzində onun yaşayış evinə çəkilmiş əsas qaz xəttinə qanunsuz qoşulmaqla özbaşına təbii qazı istehlak etmiş və nəticədə Cavabdeh İB-yə dəyəri ödə nilməyən qaz sərfinə görə hesablanmış məbləğdə maddi zərər vurmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. “Qazdan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-c i bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya Məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müə yyən olunmuşdur ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxx 2017-ci il tarixli, ******* saylı aktla müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanından itron tipli G4 markalı, 102AQ**********9 nömrəli sayğac çıxarılaraq itron tipli G-4 markalı, 1702AZ**********85 nömrəli sayğacla əvəz edilmişdir. Sayğacın çıxarılmasına səbəb sayğacın klapanının işləməməsi göstərilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətlərindən görünür ki, iddiaçı sayğacdan kənar təbii qazdan istifadə etmişdir. İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının qərarlarından görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənil məsi qərara alınmışdır. xx xxxxxx 2019-cu il tarixli abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadəsi nəticəsində 3148,20 manat məbləğində borcu yaranmışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddaçının yaşadığı evdə sayğacdan kənar xəttin 2016-cı ilin yanvar ayında 194,40 manat məbləğində istifadə olunması halı iddiaçının nümayəndəsi vəkilinin izahatı ilə müəyyən edilsə də, sonrakı dövrlər üçün qazdan qanunsuz istifadə edilməsi, ümumiyyətlə iddiaçı tərəfindən sayğacın daxilinə müdaxilə edilməsi halı müəyyən olunmamışdır. 2018-ci il və ondan sonrakı aktlar üzrə hesablanmış 2953,80 manat (3148,20194,40=2953,80 manat) iddiaçıdan tələb olunması isə qanunvericiliyin tələblərinə ziddir. Müəyyən edilmişdir ki, tərəflər arasında müqavilə münasibətlərinin yaranmasına baxmayar aq, cavabdeh təşkilatın əməkdaşları 2018-ci il tarixdən başlayaraq davamlı olaraq aktlar tərtib etmişdir. Həmin aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda ilk dəfə qanunsuz qoşulma faktı aşkar olunduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırmadan davamlı olaraq yeni aktlar tərtib etməsi sözügedən aktların mötəbərliyi barədə şübhə doğurur və onlara əsasən hesablanmış cərimə məbləğləri qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qanunveric iliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğaclarının, eləcə də sayğaca və onun plombuna iddiaçı tərəfindən 2018-ci ildən müdaxilə edilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan i ddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ünvan 1 ünvanı üzrə **********00200 saylı abonent hesabına 2018-ci ildən hesablanmış 2953,80 manat borc silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə mübahisə ilə bağlı qənaətə gələrkən sübutların mümkünlüyü və qəbuledilənliyi mövqeyindən çıxış edərək bir mənzilə görə külli miqdarda borcun hesablanmasını ağlabatan hesab etməmiş və haqlı olaraq cavabdehin əsaslanmasına şübhə ilə yanaşmışdır. Təsadüfi deyil ki, qərarda məhz 1-ci dəfə qanunsuz müdaxilə aşkar edildikdən sonra aparılmış rəsmiləşmələrin inandırıcı olmaması qənaətinə gəlinmişdir. Çünki məhkəmə hesab etmişdir ki, eyni qadada, təkrartəkrar pozuntu baş verirdisə, cavabdeh tə şkilatın rəsmiləşməsi daha mükəmməl (şübhədənkənar) və ciddi olmalı idi. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4744/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.