Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1024/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Xüsusi Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsızlığı şərtləi, mirasın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabadehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Xüsusi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan payın t am payda müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5934/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hazırda baxılan mübahisə, İddiaçı, mərhum qayınatası X6 qalmış miras əmlakladan ərinə çatan hissəsinə vərəsəlik əsasında hüquq əldə etməklə bağlıdır.
2. Belə ki, iddiaçının qayınatası X12 ilə X15 11 avqust 1949-cu ildə rəsmi nikaha daxil olmaqla evlənmiş və həmin nikahdan 2 övladları - X11 və Cavabdeh1 doğulmuşdur.
3. İddiaçı 14 iyun 1986-cı ildə X8 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 1986cı ildən qayınatası X9 məxsus ol an ünvan 1 ünvanında yerləşən evdə yaşamışdır.
4. İddiaçının qayınatası X16 xx.xx.1973-cü ildə, qayınanası X15 xx.xx.1995-ci ildə, həyat yoldaşı X11 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 5. ünvan 4 (yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 69-cu Binə küçəsi 23) tam pay olaraq X7 xüsusi mülkiyyətində olmuşdur. 6. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.1972-ci il tarixdə vəfat etmiş - X7 vərəsəsi: Bakı, Binə qəs., X20 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1dur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə X9 verilmiş **********96-10301 reyestr nömrəli, ***** ***** müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış əsasən ünvan 4 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.8 kv/m olan fərdi yaşayış evindən və 0.04767 ha torpaq sahəsindən ibarətdir. 7. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.1972-ci il tarixdə vəfat etmiş - X7 vərəsəsi: ünvan 4 ünvanında qeydiyyatda olan oğlunun arvadı İddiaçıdır və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X1 xx.xx.1972-ci il tarixdə ölmüş atası - X9 məxsus olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü tarixdə verilmiş **********96-10301 reyestr nömrəli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın "dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış əsasən ünvan 4 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 34.8 kv/m oları fərdi yaşayış evindən və 0.04767 ha torpaq sahəsindən ibarətdir.
8. Həmin şəhadətnamlərə əsasında ünvan 4 (yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 69-cu Binə küçəsi 23) saylı evin ½ hissədə mülkiyyət hüququ Cavabdeh1, ½ hissədə mülkiyyət hüququ isə İddiaçı adına xx. xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabadehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Xüsusi notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qayınatası xx.xx.1972-ci il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 5 ünvanında yerləşən evdən ½ hissədə Cavabdeh1 ½ hissədə irs almasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, ünvan 5 ünvanında yerləşən evin ½ hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mərhum qayın atası X6 miras qalmış əmlakda tam payda onun payının müəyyən edilməklə, həmin pay üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, həyat yoldaşının vəfatından sonra qayınatasına məxsus ünvan 1 ünvanında yerləşən evi faktiki onunla birgə mərhum həyat yoldaşı X8 qəbul etmiş və evə faktiki sahibliyi onlar həyata keçirmişlər. Həyat yoldaşının qardaşı Cavabdeh1 1973-cü ildən hal-hazırkı vaxtadək nə faktiki, nə də notarial qaydada mərhum atasında miras qalmış əmlakda payının müəyyən edilməsi ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 34 saylı Notariat Ofisinə müraciət edərək, mərhum qayınata sından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini və həmin əmlakı tam payda özü qəbul etdiyindən, yalnız ona aid hissədə payının müəyyən edilməsinə dair şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin yaşlı və səhhətində problemlər olduğundan, əvvəllər tanımadığı, Binə qəsəbəsi ərazisində vərəsəlik işlərinin həlli ilə məşğul olması ilə bağlı məlumat aldığı Cavabdeh2 adlı şəxsə etibarnamə verərək, onun əvəzinə notariat ofisində vərəsəlik işinin həll edilməsini xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 adlı şəxs Cavabdeh1 ilə pul qarşılığında razılaşaraq, guya onun cavabdehə münasibətdə də vərəsəlik payının müəyyən edilməsinə etiraz etmədiyini, bununla bağlı onun da adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xah iş etməyi barədə ərizə ilə notariat ofisinə müraciət etmişdir. Lakin belə bir ərizə ilə müraciət etməli olduğunu Notariat Ofisinin xüsusi notariusu Kəmalə Hüseynzadənin göstərişi ilə yazılmış, notarius Cavabdeh1 1973-cü ildən həmin evdə qeydiyyatda olmadığını, yaşamadığını, atası xx.xx.1973-cü ildə vəfat etməsinə baxmayaraq, 1973-cü ildən halhazırkı vaxtadək nə faktiki, nə də rəsmi qaydada vərəsəliyi qəbul etmədiyindən, onun həmin miras əmlakda payının olmadığın bildirdiyindən, cavabdehlər əlbir olaraq onun adından belə bir ərizə ilə notariat ofisinə müraciət etmişlər. Bu barədə məlumat əldə edən kimi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 verdiyi etibarnaməni də ləğv etdirmişdir. Bundan sonra, 5 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən daşınmaz əmlakın dövlət reyestr xidmətinə mür aciət edən zaman ona bildirmişlər ki, miras əmlak ünvan 5 ünvanında yerləşən evin ½ hissədə onun payının, ½ hissədə isə Cavabdeh1 payının müəyyən edilməsinə dair 06 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnamə verilmişdir.
11. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, iddia tələbində iddiaçı bildirmişdir ki, o, 14 iyun 1986-cı ildə X8 ilə nikaha daxil olmuş, qayınatası xx.xx.1973-cü ildə vəfat etmiş, Cavabdeh1 1973-cu ildən hal-hazırkı vaxtadək nə faktiki nə də notarial qaydada mərhum atasından mirası qəbul etməmişdir. İddiaçının id dia tələbində göstərdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iclaslarında verilən suallara cavab olaraq bildirmişdir ki, o, ərə gələrkən mübahisəli evdə hazırkı Cavabdeh1 da ailəsi ilə birlikdə yaşamış və təxminən 12 il sonra köçmüşdür. Goründüyü kimi iddiaçının özü etiraf etmişdir ki, cavabdeh faktiki olaraq mirası qəbul etmişdir. Belə olan halda iddiaçı iddia ərizəsində qeyd etdiyi “Cavabdeh1 1973-cü ildən hal-hazırkı vaxtadək nə faktiki nə də notarial qaydada mərhum atasından mirası qəbul etməmişdir” hissəni öz ifadələri ilə təkzib etmişdir. Həmçinin verilən suallara cavab olaraq iddiaçı etiraf etmişdir ki, son 1 ilə qədər o, başqa ünvanda qeydiyyatda olmuş və mübahisəli evdə daimi yaşamamışdır. 1986-cı ildə müba hisəli evə gəlin kimi gələn iddiaçının qayınatası ölən kimi qaynı olan Cavabdeh1 evdən getməsini də bilməsi sübut olunmadığı ilə yanaşı məntiqli də deyildir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə xəzifəsindən azad edir. Cavabdeh tərəfindən iş materiallarına əlavə olunan texniki pasportdan göründüyü kimi o, ailəsi ilə birlikdə yeni evə yalnız 1988-ci ildə köçmüşdür. Bu halda iddiaçının məhkəmə iclasında verdiyi izahat üst-üstə düşür. Bundan başqa, cavabdeh 1988-ci ilə kimi mübahisəli evdə daimi olaraq yaşamış, su quyusu qazdırmış, evin 2 otağında ailəsi ilə birlikdə yaşamışdır. Bundan başqa, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 atası xx.xx.1973-cü i ldə öldüyü zaman 18 yaşı olmuş və bu yaşda gözdən əlil olan cavabdehin ata evini tərk etməsi heç məntiqli də deyildir. Hazırda ev baxımsız vəziyyətdə olduğundan orada uzun müddətdir ki, heç kəs yaşamır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, yaşlı və səhhətində olan problemlərə görə digər Cavabdeh2 etibarnamə vermiş və sonuncu onun iradəsinə uyğun olmayan hərəkərlər etmişdir. Lakin məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 verilən suallara cavab olaraq iddiaçıya bu barədə məlumatın verildiyini, iddiaçının veriləcək etibarnamənin nə olduğunun izah edildiyini, hətta gələcəkdə evin satışından əldə olunacaq pulların digər cavabdeh Teyyubla necə və hansı hissədə bölüşdürəcəklərini bildirmişdir. Etibaranmənin verilməsi notariat orqanı tərəfindən izah edil diyindən və iddiaçı yaşlı və səhəti ilə əlaqədar nəyə imza etdiyini və mahiyyəti dərk etmədiyi halını da sübut edə bilməmişdir. Bundan başqa, hesab edir ki, mübahisəyə 2***-ci ilədək qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tətbiq edilməli olsa, cavabdehin mirası faktiki qəbul etdiyi şübhəsizdir. Əgər mübahisəyə 2***-ci ildən sonra qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tətbiq edilməli olsa, bu zaman cavabdeh rəsmi qaydada müraciət edərək mirası qəbul etmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİl hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 26 dekabr 2024-cü il tarixli qərarında gös tərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan “mübahisələrə də tətbiq olunmalıdır. İşdən də göründüyü kimi hazırkı işdə cavabdehin qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyinə dair ərizəsi yoxdur.
13. Cavabdeh2 iddi a tələbini etiraf etməyərək, tələbin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, o, iddiaçının bacısıdır. Bacısı Zemfira 1986-cı ildə ailə qurmuş və həmin evə gəlin köçmüşdür. Mübahisəli evdə o, yoldaşı və qayınanası yaşamışdır. Onların həmin evə gediş – gəlişi olmuşdur. Teyyub orada yaşamamışdır. Teyyub oradan çıxmış və ailəsi ilə birlikdə Sovxozda yaşamışdır. Mübahisəli evdə qaynanası, iddiaçı və həyat yoldaşı olmuş. Qaynanası vəfat etdikdən sonra həyat yoldaşı və iddiaçı olmuşdur. Bacısı başqa heç bir yerdə yaşamamşdır. Cavabdeh2 etibarnamə verən zaman o da orada olmuşdur. Zemfira daima mübahisəli evdə yaşamışdır.
15. Şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, iddiaçının bacısıdır. Zemfira mübahisəli evə gəlin çökmüşdür. Həmin evdə ondan başqa həyat yoldaşı və qaynanası yaşamışdır. Həmin həyətdə və evdə bacısıgil yaxşılaşdırma işləri aparmışlar. Teyyub həmin işlərdə iştirak etməmişdir. Qurbanı tanımır onu bir dəfə bacısı ilə torpaqla bağlı söhbət edən zaman görmüşdür. Başqa heçnə bilmir.
16. X17 şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı onun xalasıdır. Binə qəsəbəsinə xalasıgilə gediş – gəlişləri olmuşdur. Teyyubu heç vaxt həmin evdə görməmiş, onu tanımır. Xalası Binə qəsəbəsində həmin ünvanda yaşamışdır. Qurbanın simasını xatırlayır və onu “makler” kimi tanıyır. Qurbanla xalası müqavilə bağladılar ki, torpağı satsınlar.
17. Şahid X10 bildirmişdir ki, iddiaçı onun bibisidir. Teyyub onun bibisinin qaynıdır. Bibisi mübahisəli evdə yaşamışdır. Onlar həmin evə gedib-gəlm işlər, lakin Teyyubu orada görməmişlər. Bibisinin Binə qəsəbəsindən başqa haradasa yaşadığını görməmişdir.
18. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1793/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) İddiaçı iddiası təmin edilmiş, xx.xx.1972-ci il tarixdə vəfat etmiş X6 miras qalmış ünvan 1 ünvanında yerləşən evdən Cavabdeh1 ½ hissədə miras əmlak almasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən evin ½ hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, X6 miras qalmış ünvan 1 ünvanında əmlaka tam payda İddiaçı payı müəyyən edi lməklə, həmin pay üzrə mülkiyyət hüququnun tanınması qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə 01.09.2***-ci ilədək qüvvədə olan Mülki Məcəlləsi tətbiq edilməlidir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbini miras əmlakın mərhum əri X8 tərəfindən qəbul edilməsi, evə faktiki sahibliyi özlərinin həyata keçirmələri, bu illər ərzində kommunal xərclərin məhz onlar tərəfindən həyata keçirilmələri, qaynı Cavabdeh1 mirası nə faktiki, nə də notariat qaydasında qəbul etməməsi ilə əsaslandırmış, onun bu barədə bildirdikləri yanaşı yoxlanılmış şahid ifadələri ilə tamamlanmışdır. Cavabdehin yeni evə yalnız 1988-ci ildə köçməsi halı isə onun həmin vaxtdadək miras evdə yaşaması halının təsdiqi olaraq dəyərləndirilə bilməz. Eyni zamanda cavabdehin başqa ünvanda yaşaması işin mübahisəsiz halı olduğundan, gözdən əlil olan cavabdehin ata evini tərk etməsinin məntiqli olmadığına dair bildirilənlər də inandırıcı deyil. Cavabdeh1 eyni zamanda, mirasın mərhum qardaşı X8 tərəfindən qəbul edilməməsi, 1988-ci ilə kimi mübahisəli evdə daimi olaraq yaşaması, su quyusu qazdırması, evin 2 otağında ailəsi ilə birlikdə yaşaması əsası ilə iddiaya etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halların təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin bu barədə bildirdikləri təsdiq edilməmişdir. Cavabdeh2 iddiaçının əvəzinə notariat ofisinə ünvanladığı ərizəsində, Cavabdeh1 xx.xx.1972-ci ildə vəfat etmiş X3 qalmış mras payı qəbul etməsinə və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etməməsi b arədə göstərilənlərlə Cavabdeh1 ərizənin verildiyi anadək mirası qəbul etmədiyini təsdiq etmişdir.
21. Birinci instansiya məhkəməsi onu göstərmişdir ki, Cavabdeh2 izahatı özünün və Cavabdeh1 maraq və mənafeyinə uyğun olmaqla, yanaşı yoxlanılmış sübutlarla tamamlanmadığından iddianın rədd edilməsinə əsas ola bilməz. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, notariat orqanı mübahisəli xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni Cavabdeh1 xx.xx.1972-ci ildə vəfat etmiş X3 qalmış mrası qəbul etməsi əsası ilə deyil, iddiaçının buna etiraz etməməsi əsası ilə vermişdir.
22. Birinci instansiya məhkəməsi daja sonra qeyd etmişdir ki, vərəsənin vərəsəlik haqqında şəhadətnamənin alınması və ya mirasdan imtina edilməsi barədə ərizəni nümayəndə vasitəsil ə verməsi, hazırda qüvvədə olan maddi hüquq normalarında nəzərdə tutulsa da, mirasın açıldığı vaxt (mübahisəli hüquq münasibətinin yarandığı zaman) qüvvədə olan maddi hüquq normalarında vərəsəlik hüququnun nümayəndə vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmamışdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına görə vərəsə miras əmlakla bağlı iradəsini nümayəndə vasitəsi ilə deyil, şəxsən nümayiş etdirməlidir.
23. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, Cavabdeh1 xx.xx.1972-ci ildə vəfat etmiş X3 qalmış mirası qəbul etməsi təsdiq edilmədiyindən, eləcə də miras əmlakın bölünməsinə qanun və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verildiyindən, müb ahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarında isə vərəsəlik hüququnun nümayəndə vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmadığından, bununla da Cavabdeh2 Cavabdeh1 xx.xx.1972-ci ildə vəfat etmiş qayınatası X3 qalmış mras payı qəbul etməsinə və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etmədiyinə dair notariat ofisinə verdiyi ərizə vərəsənin iradə ifadəsi sayılmadığından, xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Eyni zamanda miras, əri tərəfindən qəbul edildiyi vaxtdan iddiaçının da sahibliyindədir və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245, 1271-ci, 01.09.2***-ci ilədək qüvvədə olan (mübahisəli hüquq münasibətinin yarandığı zaman) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552, 556, 561, 563-cü, Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5934/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - İ.S.Şirinov (sədrlik edən v ə məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı özü də iddia ərizəsində və izahatında 1986-cı ildə gəlin köçərkən Cavabdeh1 həmin evdə yaşadığını qeyd edir. Cavabdeh1 iddaya etirazında həmin evdə doğulduğunu, atasının 1973-cü ildə vəfat etdiyini, həmin vaxtdan 1988-ci ilə kimi həmin evdə yaşadığını, atasının öümündən sonra həyətdə su quyusu qazdığını, əlavə tikililər etdiyini, iddiaçının 1986-cı ildə mərhum qardaşı ilə ailə quraraq həmin evə gəlin gəldiyini, bir müddət birgə yaşadıqlarını göstərmişdir. İddiaçı tərəf cavabdehin həmin dəlillərini qismən təsdiq etmişdir. Belə olan halda, 1973-cü ildə vəfat etmiş mirasqoyanın oğlu, yəni onun birinci növbə vərəsəsi olan Cavabdeh1 mirası faktiki qəbul etməsi mübahisəsiz qaydada sübut olunur.
29. Həmin vaxt qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsində də təsbit edilmişdir ki, qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
30. MPM-in 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, nəticədə iş üzrə doğru olmayan qənaətə gəlmişdir.
31. Birinci instansiya məhkəməsi digər tərəfdən qeyd etmişdir ki, vərəsənin vərəsəlik haqqında şəhadətnamənin alınması və ya mirasdan imtina edilməsi barədə ərizəni nümayəndə vasitəsilə verməsi, hazırda qüvvədə olan maddi hüquq normalarında nəzərdə tutulsa da, mirasın açıldığı vaxt (mübahisəli hüquq münasibətinin yarandığı zaman) qüvvədə olan maddi hüquq normalarında vərəsəlik hüququnun nümayəndə vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmamışdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına görə vərəsə miras əmlakla bağlı iradəsini nümayəndə vasitəsi ilə deyil, şəxsən nümayiş etdirməlidir.
32. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, rayon məhkəməsi həmin qənaətə gələrkən konkret olaraq hər hanıs bir normaya istinad etməmişdir. Halbuki, MPM-in 220.4-cü maddəsinin tələbinə əsasən məhkəmə qətnaməsində istinad etdiyi qanunu göstərməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin həmin qənaəti də doğru olmamışdır. Belə ki, 1964-cü il Mülki Məcəlləsində mirasın nümayəndə vasitəsi ilə qəbul edilməsi birbaşa nəzərdə tutulmasa da, bunu qadağan edən norma da mövcud deyildir. Belə ki, həmin Məcəllənin 4-cü maddəsində qeyd edilir ki, mülki hüquq və vəzifələrin qanunda nəzərdə tutulan əqdlərdən, habelə qanunda nəzərdə tutulmasa da, qanuna zidd olmayan əqdlərdən də əmələ gəldiyi qeyd edilmişdir. Bu vaxt nəzərdən qaçırmaq olmaz ki, qanunverici bir sıra hallarda şəxsin öz iştirakının zəruri olması baxımından bəz i hüquqi hərəkətlərin məhz onu şəxsin iştirakı ilə həyata keçirilməsini birbaşa nəzərdə tutur. Məsələn, nikaha daxil olma (Ailə Məcəlləsi, maddə 9.1), övladlığa götürmə (Ailə Məcəlləsi, maddə 118.1, 119.1) və s. Mirasın qəbulu üçün isə belə bir zərurət olmadığından, onun nümayəndə vasitəsi ilə qəbulu 1964-cü il Mülki Məcəlləsinə uyğun olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi iddiaçının onun etibarnamə verərkən yaşlı və zəif olmasına görə aldadılması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahat və davranışlarından, eləcə də prosesdə cərəyan edən hadisələrə çevik müdaxiləsi, onun hazırkı məsələlərlə bağlı məlumatlı olduğu, habelə baş verənləri tam adekvat təhlil etmək iqtidarında olduğu qənaətinə gəlməyə əsas verir. Odur ki, iddiaçının həmin dəlilləri də əsassız hesab olunmalıdır.
35. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, 01.09.2***-ci ilədək qüvvədə olan qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552, 556, 561, 563-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin MPM-in 14.1, 14.2, 77.1, 88, 106.3, 372-ci, 385.1, 385.1.2 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (Vəkil3, X5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti Mülki Məcəllənin 1145, 1147.1, 1243.2, 1248.1-ci, 01.09.2***ci ilədək qüvvədə olan qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552, 556-cı və MPM-in 14.2, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh1 miras əmlakın faktiki olaraq yiyələnməmiş və iddiaçıya miras əmlakı qəbul etmək və ya yiyələnmək üçün hər hansı bir şəxs tərəfindən maneçilik də törədilməmişdir. Lakin bununla belə o, mirasın qəbulu müddətinin ötürməsinin hər hansı üzrlü səbəblə əlaqədar olmasına dair sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh yaln ız 1973-cü ildən bir neçə ilə miras əmlakın yerləşdiyi ünvanda, lakin özbaşına tikilidə yaşadığını, miras əmlakın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etməzdən 38 il əvvəl həmin ünvandan da, həm qeydiyyatdan, həm də evdən çıxıb özünə məxsus evdə yaşamağa başladığını etiraf etmişdir. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir, ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin iradəsini ifadə edir. Digər tərəfdən həm də ona görə ki, o hər hansı şəxsin cavab və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Cavabdeh1 İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi üçün notariat kontoruna müraciət edənədək, yəni 1973-cü ildən 2024-cü ilədək həmin iradə hər hansı bir formada ifadə edilməmişdir. Cavabdeh1 miras əmlakın qəbul edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdüyündən və onun tərəfindən həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən cavabdehin dəlilləri miras əmlakı guya faktiki qəbul etməsi kimi qiymətləndirilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə iclasında verdiyi izahatları təhrif edərək, guya 1973-cü ildən 1986-cı ilədək məhz 1 otaqlı evdə yaşamasını bildirməsi kimi qeyd etmiş və məhz həmin əsasla iddianı təmin etməmişdir. Şəxsə məxsus subyektiv hüquqların etibarnamə vasitəsilə həyata keçirilməsinə yol verilmir, bilavasitə şəxsin özü tərəfindən şəxsən həyata keçirilməlidir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, Cavabdeh2 özünün səs yazmasında Bakı şəhəri 34 saylı Notariat Kontorunda verdiyi İddiaçı adından tərtib etdiyi ərizələrin əslində onun iradəsi əleyhinə tərtib etdiyini, notariat kontorunun həmin ərizələri qəbul eməsi müqabilində aralarında sövdələşmə olduğunu, iddiaç məhkəməyə müraciət etdiyi təqdirdə, bununla bağlı ciddi problemlərin yaranacağını öz etirafedici ifadəsi ilə təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsində işin faktiki halları ümumiyyətlə araşdırılmamış, yalnız Cavabdeh1 izahatında göstərdiklərini məhkəmə sübuta yetirilmiş hesab edərək, iddiaçının məhkəməyə gətirdiyi dəlillərə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə iclasının audio yazısında iddiaçının iş üzrə verdiyi izahatı ilə məhkəmə qətnaməsində göstərilən izahatı a rasında ziddiyyət olması da aydın görünmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
39. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
40. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir. 01.09.2***-ci ilədək qüvvədə olan qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi
41. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yo xdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
42. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
43. Maddə
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
44. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
45. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müə yyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
46. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.
47. Maddə
556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açıla n yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
48. Maddə
561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir.
49. Maddə
563. Miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Hələ doğulmamış, ana bətnində olan vərəsə olduqda, vərəsələr ancaq onun payına düşən hissəni ayırmaq şərti ilə miras əmlakını bölməyə haqlıdırlar. Doğulmamış vərəsənin mənafeyini müdafiə etmək üçün bölgüdə iştirak etməyə qəyyumluq və himayəçilik orqanının nümayəndəsi dəvət olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi nə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
63. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia tələbinin və iddianı rədd edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandı rmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
64. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
65. Baxılan işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktik halları bu qərarın 18-ci və 28-ci paraqraflarında əksini tapmışdır.
66. İddiaçı hazırki məhkəmə mübahisəsində qayınatasından miras qalmış əmlakdan tam pay almağa nail olmaq istəyir və hes ab edir ki, Cavabdeh1 mirası qəbul etmədiyinə görə ona birinci növbə vərəsə kimi pay verilməməlidir.
67. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
68. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
69. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
70. Baxılan iş üzrə mirasın açıldığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsi vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən etmişdi və mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməli idi. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirmiş sayılırdı.
71. Formalaşmış hüquqi mövqeyə əsasən mirasın formal və qeyri-formal qəbulu üsulları qəbul olunur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhə tdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
72. Baxılan iş üzrə iddiaçının əri Pirəli Əliyevin atası X6 qalmış mirası qəbul etməsi mübahisəsizdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 də atası vəfat etdiyi vaxt 18 yaşına çatmamışdı və onun miras açılan 1973-cü ildən miras qalan evin yerləşdiyi ünvanda 1988-ci ilədək yaşamasını mirası qəbul etməyə yönələn hərəkət kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən, cavabdehin mirasın açıldığı 1973-cü ildən 1988-ci ilədək həmin ünvanda yaşadığı barədə iddiaçının özünün izahatına istinad etmişdir. Nəzərə alınmalıdır ki, vərəsənin 15 il müddətində miras qalan evdə yaşaması faktını mirasın qəbul edilməsinə yönələn hərəkət kimi qiymətləndirilməməsi mümkün deyildir. 1973-1988-ci illərdə Cavabdeh1 miras qalan evdə deyil, həmin ünvanda başqa (özbaşına) evdə yaşaması barədə iddiaçının irəli sürdüyü faktlar təsdiqini tapmamış, məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Göründüyü kimi Cavabdeh1 münasibətdə atasından miras qalan əmlakdan pay əldə etmək üçün zəruri olan hüquqi faktların məcmusu mövcuddur və apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
73. Cavabdeh1 tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edildiyinə görə, digər Cavabdeh2 İddiaçı tərəfindən etibarnamə əsasında verilmiş tapşırıqdan kənara çıxaraq Teyyib Əliyevə də miras dan pay ayrılmasına razılıq verməsi barədə iddiaçının dəlillərinin araşdırılmasına zərurət qalmır. Çünki Cavabdeh1 mirası qəbul etməsi faktı, iddiaçının bu dəlilindən asılı olmayaraq Cavabdeh1 mirasdan payın ayrılmasını şərtləndirir.
74. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
75. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qə tnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdı rılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5934/2024 nömrəli 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.