Məhkəmə qərarları › İş №2(102)-1025/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1025/2022

22.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1025/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7275/2021 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşi n halları İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 25 avqust 2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 18 ünvanında olan, ümumi 0,21079 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə ("xxxx" avtotexniki xidmət müəssisəsi) 2006-cı il tarixdən etibarən **********64-12301 reyestr nömrəli, 000687 seriya nömrəli, 07.11.2006-cı il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin əmlakın əldə olunması və 1999-c u ilə qədər idarə olunmasında onun atası X8 da iştirak etmişdir. R barəsində cinayət işi açıldıqdan sonra sonuncu xaricə getmiş və əmlakı o, idarə etməkdə davam etimşdir. R uzun müddətdən sonra 15.07.2020-ci il tarixdə Azərbaycana qayıtmış, qayıtdıqdan sonra onu yanına çağırmış və ondan tələb etmişdir ki, "xxxx" avtotexniki xidmət müəssisəsini qızı, onun bacısı Cavabdeh adına keçirtsin. X6 tələb etmişdir ki, ona məxsus “İnvest” Service” MMC-nin nizamnamə kapitalındakı 50 faiz payını da Cavabdeh adına rəsmiləşdirsin. O, Rin tələblərini yerinə yetirməkdən imtina edəndə R onu sənəd saxtakarlığı və oğurluqla ittiham edərək həbs etdirəcəyi barədə hədə-qorxu gəlmişdir və onu qohumları və yaxınları arasında rüsvay edəcəyi barədə dəfələrlə hədələmişdir. O, atasının istəyi ilə razılaşmadıqda onun ü stünə qışqıraraq guya oğru olduğunu, onu ətrafı, qohumları arasında rüsvay edəcəyini, prokurorluğa şikayət edəcəyini və onu həbs etdirəcəyini bildirmişdir. O, mülkiyyətində olan müəssisəni satmaqdan hər dəfə imtina etdikdə, R və Cavabdeh hədə-qorxu gələrək, "xxxx" avtotexniki xidmət müəssisəsini də Cavabdeh faktiki bağışlamağı tələb etmişlər. R və Cavabdeh o, və Min guya oğurluq etdiyini, əmlakı talan etməkləri barədə yaxın qohumlarına rüsvayedici məlumatlar yaymağa başlamışlar. Qohumlar arasında bu xəbərlər sürətlə yayılmışdır. Bütün bu işlərin arxasında X7 Hüseynova dayanmışdır. Cavabdeh 80 yaşlı qoca atasının başını mənfi fikirlərlə doldurub və obyektləri onun adına keçirmək üçün atasını təhrik etmişdir. O, təkcə qohumları arasında yox, cəmiyyətdə də hörmət sahibi olan iş adamıdır. R tə rəfindən onun haqqında hər hansı rüsvayedici məlumatların yayılması, hətta tamamilə yalan olsa belə, onun nüfuzuna birdəfəlik xələl gətirəcəkdi. Hədə-qorxularda onun ögey bacısı Cavabdeh da iştirak etmişdir. Bu barədə sübutlar məhkəmə iclasında təqdim ediləcəkdir. Qohumları, iş adamları və ətrafı arasında rüsvay olmaqdan, o cümlədən atasına qarşı naxələf çıxması barədə şayələrin yayılmasından qorxaraq 25.08.2020-ci il tarixdə bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında olan, ümumi 0,21079 ha torpaq sahəsində yerləşən əmlak kompleksini Cavabdeh bağışlamışdır. 25.08.2020-ci il tarixli bağışlama müqaviləsi ona hədə-qorxu gəlməklə bağlanmışdır. Onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında olan 21079 kv.m. torpaq sahəsində yerləşən əmla k kompleksinin dəyəri ən azı 2.500.000 manat təşkil edir. O, hədə-qorxuya məruz qalmasaydı, 2.500.000 manat dəyəri olan əmlakını ögey bacısı Cavabdeh bağışlamazdı. Hədə-qorxular nəticəsində o, və M mülkiyyətində ən azı 800.000 manat dəyərində əmlak olan "xxxx" MMC-nin paylarını hərəsi 5 manata satmağa məcbur edilmişlər. R xaricə gedəndən sonra X11 adlı şəxs onunla əlaqə saxlayaraq atasının ona borclu olduğunu söyləmişdir. Həmin vaxt o, atası ilə əlaqə yaratdıqda, Eə borcu olduğunu təsdiq etmiş və bildirmişdir ki, "xxxx" avtotexniki xidmət müəssisəsinə görə borclu qalmışdır. O, atasının borcunu ödəməyə pulu olmadığına görə Layiqlə razılaşmış və 17.12.2019-cu il tarixdə mülkiyyətində olan "xxxx" avtotexniki xidmət müəssisəsinə aid çıxarışın arxa hissəsinə bu obyektin 25%-nin Eə aid olması ba rədə yazı yazaraq imzalamışdır. 25.08.2020-ci il tarixli bağışlama müqaviləsi bağlanmazdan öncə atasının borclarının əvəzi olaraq o, "xxxx" avtotexniki xidmət müəssisəsinin 25%-ni Eə verdiyini atasına bildirmiş və atası onu əmin etmişdir ki, Eə olan borc onun şəxsi borcudur və bu məsələsini özü həll edəcəkdir. Lakin 2020-ci ilin sentyabr ayında E tərəfindən Rə dəfələrlə zəng edilsə də, R telefonu götürməmiş, buna görə də 09.09.2020-ci il tarixdə E onu məhkəməyə verərək "xxxx" avtotexniki xidmət müəssisəsindəki 25% payını tələb etmişdir. X9 09.10.2020-ci il tarixdə gözlənilmədən vəfat etmişdir. Onun 80-dən artıq yaşı olsa da, sağlamlıq vəziyyəti normal idi. Rin qəflətən vəfat etməsi qohumlarını da təəcübləndirmişdir. R Bakıya qayıtdıqdan sonra Cavabdeh Mərdəkanda yerləşən bağ evində yaşamış dır. Onun qohumları təsdiq edə bilərlər ki, R vəfat etməzdən öncə əmlaklarını Cavabdeh adına rəsmiləşdirməklə tələsdiyini, səhvə yol verdiyini söyləmişdir. X18 vəfat etdikdən sonra da, Cavabdeh təhdidlərə ara verməmişdir. Belə ki, onun əmisi oğlu Min məlumatına əsasən Pnin qaynatası keçmiş müstəntiq Zəlimxan Hüseynov, P və əri X12 Mərdəkana çağıraraq tələb etmişlər ki, Aydın onunla olan bütün əlaqələrini kəssin. Əks halda Rin sağlığında hazırlanmış (ögey bacısı Pnin aktiv iştirakı ilə) məktubları hüquqmühafizə orqanlarına göndərib, hər ikisini rüsvay edəcəkləri və tutduracaqları ilə hədələmişlər. 2021-ci ilin yanvar ayında Cavabdeh həyat yoldaşı X16 Ağayevlə “Whatsapp” sosial şəbəkə vasitəsilə əlaqə yaradaraq yazmışdır ki, İddiaçı Cavabdeh ilə bağlı məhkəməyə müraciət etmişdir və o, İddi açı bu işdə hər hansı kömək edəcəyi təqdirdə onu şərləyərək polisə şikayət edəcəklər. O, Yun atasının keçmişdə müstəntiq işləməsindən və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yaxşı əlaqələrinin olmasından xəbərdardır. Cavabdeh "xxxx" avtotexniki xidmət müəssisəsi ilə hər hansı bir bağlılığı olmamış və o, bu müəssisəsinin inkişafında hər hansı zəhmət çəkməmişdir. Hədə-qorxular nəticəsində bağlanılmış bir bağışlama müqaviləsi səbəbindən "xxxx" avtotexniki xidmət müəssisəsi onun mülkiyyətində qalmışdır. Hesab edir ki, onun tərəfindən 25.08.2020-ci il tarixli "xxxx" avtotexniki xidmət müəssisəsinin Cavabdeh bağışlanmasına dair müqavilənin ləğv olunması üçün tam əsasdır. Cavabdeh və həyat yoldaşı Y barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi açılması barədə Nəsimi rayon Polis İdarəsinə müraciət etmişlər. Hazırda faktla əlaqədar Nəsimi RPİ-nin 20-ci Polis Böliməsində araşdırma təhqiqat həyat keçirilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 may 2021-ci il tarixli 2(009)-1149/2021 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı bağışlama müqaviləsini bağlayarkən onun iradə ifadəsinin həqiqi məzmununun pozulduğunu iddia etsə də, onun bu dəlilləri hər hansı tutarlı dəlillə və ya sübuta əsaslanmamışdır. Digər tərəfdən onun bağışlama müqaviləsini bağlayarkən hüquqi niyyətinin olmaması halı da öz təsdiq olunmamışdır. Belə ki, iddiaçı qeyd etmişdir ki, atası və ögey bacısı onu oğurluqda ittiham edəcəkl əri ilə hədəqorxu gəlmişlər və bu səbəbdən o, nüfuzuna ləkə düşməsin deyə əqdi bağlamışdır. Məhkəmə iddiaçının bu dəlilləri üzrə, həmçinin iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər də mübahisəli bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün əsas deyil. Göstərilən dəlillərin heç biri iddiaçının həqiqi iradəsinin formalaşmasına təsir edən hallar kimi qiymətləndirilə bilməz. İddiaçının hədə-qorxu altında mübahisəli bağaşlama müqaviləsinin bağlanması ilə bağlı dəlilləri üzrə məhkəmə qeyd edir ki, bu halları da təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, hədə-qorxu ilə tələb etmə Cinayət Məcəlləsinin 182.1-ci maddəsində cinayət əməli kimi müəyyən edilmişdir. Hədə-qorxu ilə tələb etmənin ictimai təh lükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmək lə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayəti hesab olunur. Yəni hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bil dirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər.Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Göründüyü kimi hədə-qorxu ilə tələb etmə özü-özlüyündə cinayət əməli hesab edilir və şəxsin belə bir cinayət əməlini törətməsi yalnız qanuni qüvvəyə minmiş hökmlə təsdiq oluna bilər. Lakin iddiaçı ona qarşı cinayət xarakterli əməllərin edilməsini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddiaçının həmin dəlilləri bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə dəvət olunmuş və dindirilmiş şahid ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri mötəbər sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında dindirilmiş ş ahid M bilavasitə iş üzrə maraqlı şəxs kimi özü digər əmlakla bağlı Cavabdeh qarşı məhkəmədə iddia qaldırmış, digər şahidlər isə bilavasitə işin faktiki hallarını məhz İddiaçı eşitdiklərini bildirmişlər. Yəni şahidlərin heç biri birlavasitə R və Cavabdeh tərəfindən əmlakın bağışlanması ilə bağlı Feliksə hədə qorxu edilməsinin şahidi olmamışlar. Məhkəmə qeyd edir ki, şahidlər tərəfindən verilən ifadələrin İddiaçı mübahisəli əmlakı bağışlayarkən iradə ifadəsinin zədələnməsi, yəni məcburi şəkildə həyata keçirilməsi kimi qəbul edilə bilməz. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı könüllü olaraq notariat orqanına gəlmiş, əmlakın bağışlanması ilə bağlı iradə ifadəsini notariusa bildirmiş və əmlakla bağlı sənədləri notariat orqanına təqdim etmişdir. Notariat orqanında yalnız Felik s və P olmuş və həmin əqd bağlanarkən onlardan başqa heç kim iştirak etməmişdir. Bütün bu hallar onu göstərir ki, İddiaçı əmlakın bağışlanması ilə bağlı iradə ifadəsinə hər hansı təsir olmamış və İddiaçı əmlakı könüllü iradə ifadəsi əsasında bağışlamışdır. Mübahisəli əmlakın Feliks tərəfindən atasının təkidi ilə cavabdehə bağışlanması ilə bağlı dəlillər üzrə məhkəmə qeyd edir ki, həmin təkid məcburetmə kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, mübahisəli bağışlama müqaviləsinin tərəflərin iradə ifadələrinə zidd olaraq bağlanması müəyyən edilmədiyindən, həmin əqd etibarlı əqd hesab edilməlidir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifa dəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli bağışlama müqaviləsinin hədə-qorxu və ya məcburetmə altında bağlan ması hər hansı sübutla öz təsdiqini tapmadığı üçün, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 324.5, 337, 339.4, 404, 666.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 12.04.2004-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) 2(103)-7275/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(009)-1149/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, bağışlanan əmlak kompleksinin 14 il, yaxud daha çox və ya qısa müddətdə mülkiyyətdə olmasının, həmçinin dəyərinin yüksək olmas ının bağışlamaya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında bağışlanmış olsun. İddiaçı israr edir ki, bağışlama iradə ifadəsinə uyğun olmayıb, başqa sözlə iradə ifadəsi zədəli vəziyyətdə baş verib. Səbəb kimi, uzun illər mühacirətdə yaşamış və 2020-ci ilin iyul ayında Azərbaycana gəlmiş 80 yaşlı X18in ona təsiri, təzyiqi, hədə və şantajlarına məruz qaldığı üçün məcburiyyət qarşısında bağışlamanı həyata keçirdiyini göstərir. Təsirin, təzyiqin, hədənin və şantajın xarakteri və konkret nədən ibarət olduğu işdən bəlli olur. Yəni, iddiaçı mərhum atası tərəfindən bu bağışlamanı reallaşdırmaq üçün ona hansı qaydada, formada və həcmdə təsir etdiyinə dair bildiyi bütün məlumatları məhkəməyə bildirmiş və sübut hesab etdiyi sənəd və məlumatları işə təqdim etmişdi r. Buna görə də iddiaçı hesab edir ki, birdən-birə belə bir bağışlama əqdini bağlamağının həqiqi səbəbləri məhkəmə araşdırması zamanı birmənalı olaraq müəyyən edilsə də məhkəmə onun pozulmuş hüququnun bərpasını təmin etməmiş, iradəsinə uyğun olmadan bağlanmış bağışlama müqaviləsini tamamilə əsassız olaraq “iradəsinə uyğun olaraq bağlanmış” hesab etmişdir. İstisna etmək olmaz ki, mərhum R iddiaçını əmlakının oğurlanmasında və yaxud mənimsənilməsində ittiham edərək hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirsin. Yəni, iddiaçı həqiqətən də mərhum atasına məxsus hansısa əmlakı(pulu) gizli yaxud açıq ələ keçirməmişdirsə yaxud mənimsəsəmişsə və ya ona borcu qalmamışdırsa, onda niyə və nədən qorxmalı idi ki, bunun da nəticəsi olaraq məcburən bağışlamanı həyata keçirmiş olsun. Keçmişdə müh acirətdə olduğunu bildirdiyi, 80 yaşlı doğma atasının hansı hədələri (əslində əmlakı bağışlamasan səni tutduracam, cinayət məsuliyyətinə cəlb etdirəcəm. və.s kimi ifadələr həqiqi olsa belə bunlar real hədə kimi qiymətləndirilə bilməz və heç bir halda iradəni zədələyən faktlar kimi qəbul oluna bilməz) iddiaçını qorxuda bilərdi? Bu ritorik sual olsa da iddiaçı hazırki iddianı irəli sürərkən buna məhkəmə tədqiqi zamanı cavab verməyə hazır olmalı idi. Ancaq iddiaçı nəinki buna hazır olmuş, əslində atasının hədəsi nəticəsində rüsvay olacağından qorxaraq bu əqdi bağlamağa məcbur olduğunu deməklə, iddiasının da real və tutarlı arqumentlərə söykənmədiyini biruzə vermiş olur. Ona görə də iddiaçının mərhum atasının bu cür sözləri istifadə etmiş olması belə onların hədə, təhdid, təzyiq olması və qorx u yaratması ağlabatan olmamaqla yanaşı, iddiaçının iradəsini zədələməsi də qətiyyən inandırıcı və ağlabatan deyildir. İkincisi, əslində iddiaçı həm mərhum atası, həm də cavabdeh olan bacısı ilə aralarında yaranmış hansı real münasibətlərin nəticəsi olaraq bu əqdi bağladığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş, yaxud da çatdırmaq istəmir. Belə ki, işdən, o cümlədən cinayət mühakimə icraatı zamanı aparılan araşdırma zamanı cavabdehin izahatından da bəlli olur ki, iddiaçıdan mərhum atası ona məxsus olan başqa obyektləri necə satıb pulunu götürübsə, elə də qaytarmasını tələb edərkən, həmin vaxt iddiaçı satıb pulunu götürdükləri obyektin onların payı olmasını, əmlak kompleksinin və MMC-nin isə cavabdehin payı olması ilə razılaşdığı üçün bağışlaman ı həyata keçirməsinə könüllü razılaşmışdır. Buna görə də iddiaçının bu iradə ifadəsi və həqiqi niyyəti vahid və həqiqi olmuşdur. İddiaçının atası vəfat etdikdən 5-6 ay sonra bu əqdi mübahisələndirməsi də bağışlanan əmlakdan tələb etdiyi payı cavabdehin verməsindən imtina etdikdən sonra ortaya çıxması isə başadüşülən olsa da, bu cür iddianın təmin edilməsi əsas olmalıdır. Əks halda mülki dövriyyənin azad və sərbəst iştirakçıları kimi iradəsi zədələnmədən bağladıqları əqdləri sonradan mübahisələndirmə zamanı qanuni əsas olmadan etibarsız sayılması mülki dövriyyəni iflic vəziyyətə salar. Üçüncüsü, iddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 339.4-cü maddəsini nəzərdə tuta bilər. Yəni, həmin maddəyə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Ancaq iddia tələbinin faktiki əsası (faktiki hallar) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dizpozisiya əlamətləri ilə uzlaşmalıdır. Ancaq hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd hədələmə nəticəsində bağlanmamışdır. İstər bağışlama, istərsə də özgəninkiləşdirmə ilə bağlı digər əqd bağlanarkən bir insani hiss olaraq insan buna heyfislənə bilər, lakin bu cür hiss onun sərbəst və könüllü iradə ifadəsinin təzahür etməməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Dördüncüsü, məhkəmə tərəfindən prosessual hüquq normal arının pozulmasına da yol verilməmişdir. Əlbəttə, iddiaçı hesab edə bilər ki, birinci instansiya məhkəməsi mübahsiəni həll edərkən sübutları tam və hərtərəfli tədqiq etməyərək araşdırmamış, onları obyektiv qiymətləndirməmiş, bağışlama müqaviləsinin onun könüllü iradə ifadəsi əsasında bağlandığı nəticəsinə gəlməkdə səhvə yol vermiş və öz nəticəsini qanuni sübutetmə vasitələri ilə deyil, subyektiv və formal mülahizələrlə əsaslandırmışdır. Ancaq iddiaçı bu hissədə də haqlı olmamışdır. Belə ki, məhkəmə iddiaçının izahatına və şahid ifadələrinə hüquqi qiymət vermiş, onların mötəbər sübut növü kimi qiymətləndirməməsinin səbəblərini öz qənaətində göstərmişdir. WhatsApp yazışmaları və atası X5 Özbəkistan Respublikasında uzun illər ərzində yaşadığı zaman vətəndaş nikahında olduğu arvadı X3 yazılı v ə video müraciətinin hazırki iddianın əsaslılığına isə heç bir təsiri yoxdur. Çünki, həmin məlumatlar da yuxarıda qeyd olunan hallarla eyni olduğundan əqdin etibarsızlığı üçün mötəbər əsas sayıla bilməz. Bir daha vurğulanır ki, iddiaçı hər hansı bir formada cinayət xarakterli əməl törətməmişdirsə, barəsində yazılan ittihamlardan ehtiyat edib çəkinməməli idi, şantaj xarakterli şikayətdə göstərilən hər hansı bir cinayət xarakterli əməlin barəsində yayılacağından qorxmamalı idi, bunları şantaj və hədə hesab edirdisə qohumlar və tanışlar yanında, həm də iş yerində nüfuzu, nəticə etibarilə isə işini itirəcəyindən qorxmamalı, nəticə etibarı ilə də mübahisəli bağışlama müqaviləsini bağlamağa məcbur olmamalıydı. Beşincisi, hazırki iş üzrə məhkəmənin iddianı rədd etməsi düzgün olmuşdur. Çünki, məhk əmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, mülki dövriyyənin iştirakçısı kimi aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə suiistifadə etməsinlər. Hazırki iş üzrə də iddiaçı mübahisələndirdiyi b ağışlama müqaviləsinin etibarsız olmasına ona görə nail olmaq istəyir ki, cavabdehlə hansısa hüquqdan və qanundan kənar aralarında yaranmış mübahisələri həll etmək üçün bu yolla ona təsir yaxud təzyiq göstərsin. Əlbəttə ki, bu hallar yolverilməzdir. Çünki, qanunvericiliyə uyğun bağlanmış və etibarsızlığı üçün hər hansı bir əsas olmayan müqavilənin etibarsızlığının tələb edilməsi özü hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil3) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdı r ki, iddiaçı mübahisəli bağışlama müqaviləsini özünün iradə sərbəstliyi və öz arzusu baxımından həyata keçirməmiş, həmin müqavilənin bağlanmasına hədə, təsir, təzyiq və şantaj nəticəsində vadar edilmişdir. Bu baxımdan o, göstərmişdir ki, mülkiyyətində olan "xxxx" avtotexniki xidmət müəssisəsi ilə bağlı 25.08.2020-ci il tarixdə bağlanmış ögey bacısı Cavabdeh qızma bağışlama müqaviləsi iddiaçının həqiqi iradə ifadəsi və könüllü niyyəti olmadan, yəni hədə təsiri altında bağlanmışdır. Bu mənada iddiaçı bildirmişdir ki, yuxarıda göstərilən 25.08.2020-ci il tarixli bağışlama müqaviləsi, uzun illər ərzində mühacirətdə yaşayan X18in 15 iyul 2020-ci il tarixdə Azərbaycana qayıtmasından sonra onun, eləcə də bağışlanan əmlakda marağı olan ögey bacısının və onun həyat yoldaşının hədə təsiri altında, yəni iddiaçının özünün həqiqi iradə sərbəstliyi və könüllü niyyəti olmadan həmin şəxslərin təsir, təzyiq, hədə və şantajlarına məruz qalması səbəbindən bağlanmışdır. Hansı ki, onun belə bir fikri və həqiqi niyyəti qətiyyən olmamışdır və olsa idi, həmin bağışlamanı X18 Azərbaycana qatyıtmazdan əvvəl həyata keçirərdi. Bir sözlə, həmin bağışlama müqaviləsi iddiaçının öz iradəsini yox, bilavasitə X18in və ögey bacısı olan Cavabdeh iradəsini ifadə etmişdir. Yəni iddiaçı belə bir müqavilə bağlamaqla öz istəyini yox, yuxarıda göstərilən şəxslərin istəyini həyata keçirməyə vadar edilmişdir (X18 bağışlamadan 45 gün sonra, yəni 09 oktyabr 2020-ci ildə qəflətən vəfat etmişdir). İddiaçı habelə göstərmişdir ki, göstərilən hədə, təsir və təzyiq yolu ilə özünün və əmisi oğlu Min də paylı mülkiyyətində (5 0:50) olan digər əmlakı, yəni "xxxx" MMC-ni də sözügedən bağışlama müqaviləsindən 14 gün əvvəl, yəni 11 avqust 2020-ci il tarixdə 5 manata formal alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh özgəninkiləşdirmişlər. Həmin alqı-satqı müqaviləsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1092/2021 saylı, 24.08.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş, cavabdehin verdiyi apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)10460/2021 saylı, 06.12.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Məhkəmə kollegiyası öz qətnaməsində yalnız Mülki Məcəllənin 339.4-cü maddəsini ötəri olaraq göstərmiş, lakin həmin maddə düzgün təfsir edilməmişdir. Belə ki, iddiaçının apelyasiya şikayətinin əsasını təşkil edən dəlillərə, göstərilən maddi hüquq normasının mahiyyəti baxımından düz gün hüquqi qiymət verilməmiş, həmin maddə səhv təfsir edilmişdir. Yəni məhkəmə iddiaçıya edilən hədə, təzyiq, təsir və şantaj faktlarının mövcudluğuna göz yumaraq hesab etmişdir ki, mübahisələndirilən əqd bağlanan zaman iddiaçının sərbəst və könüllü iradə ifadə təzahür etmişdir. Hansı ki, sözügedən əmlakın bağışlama yolu ilə özgəninkiləşdirilməsi məqsədi ilə iddiaçı tərəfindən heç bir fikir və təklif irəli sürülməmiş, ona qarşı davamlı surətdə edilən hədə, təzyiq, təsir və şantajlar səbəbindən cavabdeh tərəfin diktəsi və seçimi ilə hərəkət edərək notariusa getmiş və əqd imzalamışdır. Apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin “Apelyasiya instansiyası məhkəməsinin mövqeyi” hissəsindən görünür ki, işə baxan məhkəmə tərkibi maddi hüquq normaları ilə əsaslandırılmış a pellyasiya şikayətinin təmin edilməməli olmasını heç bir maddi hüquq norması ilə əsaslandırmamış, heç bir maddi hüquq normasına istinad etməmiş, qətnaməni yalnız hüquqi əsaslara söykənməyən subyektiv və formal fikir və mülahizələrlə əsaslandırmışdır ki, bütün bunlar düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi mövcud sübutları, o cümlədən X18in adından Azərbaycan Respublikasının Baş prokuroru, cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Daxili işlər naziri, cənab Vilayət Eyvazova və qeyrilərinə ünvanlanmış şantaj xarakterli ərizənin Whats-App vasitəsilə ona göndərilmiş fotoşəklini, telefon danışıqlarımın kağız daşıyıcısında mətnini, iş yerinə dair, yəni 20 ildir ki, BP EKSPLOREYŞN (KASPİAN Sİ) LTD şirkətində fasiləs iz olaraq işlədiyini sübut edən X1 arayışı, Cavabdeh həyat yoldaşı Yun təhdid və şantaj məqsədi ilə “vəkil tərəfindən istintaqa verilməsi üçün bütün sənədlərin yığıldığı” barədə WhatsApp yazılarını, atası X10 Respublikasında uzun illər ərzində vətəndaş nikahı ilə yaşadığı arvadı X3 yazılı və video müraciətlərini və şahidləri məhkəməyə təqdim etdiyi, habelə Cavabdeh yalan və qərəzli öyrətmələri səbəbindən atasının ona qarşı bu günədək hiss etmədiyi və görmədiyi dərəcədə əsəbi və çılğın olduğunu, onun dərmanlarla yaşadığını, odur ki, onun tələbini yerinə yetirməyəcəyi (yəni barəsində mübahisə gedən 2 daşınmaz əmlakı ögey bacısı Cavabdeh adına keçirməyəcəyi) halda atasının ölə biləcəyindən ehtiyat etdiyini və s. bu kimi izahatları məhkəməyə təqdim etmiş, lakin həmin sübutlar məhkəmə tərəfində n qətiyyən nəzərə alınmamışdır. Yuxarıda göstərilənlərin əksini təsdiq edən hər hansı bir sübut (yəni bağışlama müqaviləsinin bilavasitə iddiaçının özünün iradə ifadəsi əsasında, könüllü surətdə arzu və istəyinə uyğun bağlanması, o cümlədən bağışlama ilə bağlı iddiaçının qarşı tərəfə nə vaxt və hansı şəraitdə təklif verməsi, onu müqavilə üçün dəvət etməsi, öz fikrini ona çatdırması, bu məqsədlə özü tərəfindən notarius seçimi, bağışlama əqdinin bağlanmasının təfərrüatı ilə bağlı şəxsi izahatı və bu kimi s. hallarla bağlı sübutlar) cavabdehin özü və ya onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsinin mövcudluğu əqdin hüquqi əsasını təşkil etdiyinə görə bununla bağlı əhəmiyyətli müddəalar və formalaşmış hüquqi mövqe Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun kasasiya şikayətində göstərilmiş qərarlarında da öz əksini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi göstərilmiş və yüksək hüquqi qüvvəyə malik olan plenum qərarlarında formalaşan hüquqi mövqeni rəhbər tutmayaraq mübahisəyə tətbiq etməmiş, mübahisəli bağışlama müqaviləsinin onun iradə ifadəmin qüsurlu olması nəticəsində həyata keçirildiyinə qətiyyən əhəmiyyət verməmiş, şikayətimin təmin edilməməli olmasını onun könüllü olaraq notariat orqanına getməyi, əmlakla bağlı sənədləri notariat orqanına təqdim etməyi və orada tərtib olunmuş 25.08.2021-ci il tarixli bağışlama müqaviləsini imzalamağı faktı ilə əsaslandırmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə kasasiya şikayətinə qarşı yazı lı etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddiaçı bağışlama müqaviləsini bağlayarkən onun iradə ifadəsinin həqiqi məzmununun pozulduğunu iddia etsə də, onun bu dəlilləri hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Digər tərəfdən onun bağışlama müqaviləsini bağlayarkən hüquqi niyyətinin olmaması halı da təsdiq olunmamışdır. Belə ki, iddiaçı qeyd etmişdir ki, onu oğurluqda ittiham edəcəkləri ilə hədə qorxu gəlmişlər və bu səbəbdən nüfuzuna xələl düşməsin deyə əqdi bağlamışdır. İddiaçının bu dəlili üzrə, həmçinin iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid ifadələri mübahisəli bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün əsas deyil. Göstərilən dəlillərin heç biri iddiaçının həqiqi ifadəsinin formalaşmasına təsir edən hallar kimi qiymətləndirilə bilməz. İddiaçının hədə-qorxu altında mübahisəli bağışlama müqaviləsinin bağlanması ilə bağlı dəlilləri üzrə təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən prosessual hüquq normalarının pozuntusuna da yol verilməmişdir. Belə ki, məhkəmə iddiaçının izahatına və şahid ifadələrinə hüquqi qiymət vermiş, onların mötəbər sübut növü kimi qiymətləndirilməməsinin səbəblərini öz qənaətində göstərmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəm iyyətsiz əqdlər ola bilər. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyə n hərəkətlər məcburetmə sayılmır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəlləni n 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin bel ə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kolle giyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı iddia tələbində göstərmiş olduğu xüsusatları kasasiya şikayətində də təkrarlamaqla həmin halların onun məcburetməyə məruz qalmasının, bunun nəticəsinin də mübahisələndirilən bağışlama müqaviləsini bağlamasına məruz qalmasının göstəricisi olduğunu bildirməyə və həmin xüsuslarla da dəlillərini əsaslandırmağa çalışmış, birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə, həmçinin kasasiya şikayətində göstərmiş olduğu və məhkəməyə təqdim etdiyini bildirdiyi sübutlarla bu faktın öz təsdiqini tapdığını, lakin məhkəmələrin nə sübutlara, nə şahid ifadələrinə, nə də onun məcburetməyə məruz qalmasına əhəmiyyət bildirmişdir. Lakin apelyasiya kollegi yasının da istinad etmiş olduğu Mülki Məcəllənin 339.4-cü maddəsində məcburetmə halının müəyyən edilməsi və bu əsasda bağlanmış əqdin etibarsız hesab edilməsi üçün Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmənin mövcud olmalı olması göstərilmişdir ki, hazırki işin halları ilə iddiaçının özünü və ya əmlakını real təhlükə gözlədiyini ifadə edə biləcək xüsusatlar müəyyən edilməmişdir. İddiaçının atasının hədə qorxusu altında müqavilə bağlaması barədə bildirdiklərinə gəldikdə isə, ilk öncə qeyd edilməlidir ki, istinad edilmiş olan 339.4-cü maddədə məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraitinin nəzərə alınmalı olduğu göstərilmişdir ki, iş materiallarında da aydın olur ki, iddiaçı kifayət qədər yaşa, həyat və iş təcrübəsinə malik şəxsdir və onun bu göstəriciləri də istinad etdiyi məcburetmə əsaslarına uyğunluq təşkil etməməkdir və heç də inandırıcı deyildir. Belə ki, kifayət qədər yaşı və iqtisadi sahədə iş təcrübəsi olan bir şəxs tələbində göstərmiş olduğu və özünə qarşı məcburetmə halı hesab etdiyi xüsusatlar əsasında özünün nüfuzdan düşəcəyini zənn edəcəkdisə ən azından öz təbirincə deyilərsə ona qarşı yönəlmiş məcburetmə hallarının qarşısını almaq üçün daha əvvəl hərəkət edərək müvafiq hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət edə bilərdi ki, iddiaçının bu istiqamətdə hər hansı hərəkətlilik göstərməsi də iş materialları ilə müəyyən edilməmişdir. İddiaçının məcburetmə hesab etdiyi hallara gəldikdə isə adıçəkilən norma məcburetmənin məqsədi ilə vasitələr inin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlərin məcburetmə sayılmadığını göstərmişdir ki, hazırki halda da iddiaçının atası tərəfindən ona qarşı edilmiş hesab etdiyi məcburetmədə nə məqsəd və vasitənin uyğunluq təşkil etməsi, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməsi müəyyən edilməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisəli sahə və digər əmlaklar vaxtı ilə iddiaçının X18 tərəfindən əldə edilmiş və 2020-ci ildə atası Azərbaycan Respublikasına qayıtdıqdan sonra əmlakları barədə iddiaçıdan maraqlandıqda iddiaçı "xxxx" MMC-nin və Dərnəgüldə yerləşən sənaye bazasının satılmasını bildirmiş, bundan sonra atası həmin əmlakların pulunu tələb etdikdə pul olmadığı üçün iddiaçı atasına "xxxx" MMC və "xxxx" MMC-ni qaytarmağa hazır olduğunu bildirib öz könüllü razılığı ilə əmlakı bacısı Pyə bağışlamışdır. Nəticə etibarilə kasasiya yoxlaması nəticəsində hazırda mübahisə predmeti olan bağışlama müqaviləsinin, hədə-qorxu və ya məcburetmə nəticəsində bağlanması, bu xüsusda hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7275/2021 nömrəli iş üzrə 02 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar