Məhkəmə qərarları › İş №2(102)-1025/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1025/2024

22.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1025/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3nə, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1nə qarşı (üçüncü şəxs qismində Alməmmədova Vüsalə Zülfəli qızı cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra icraatından irəli gələn mübahisələr (hərracın nəticələrinin mübahisələndirilməsi), sübutetmə vəzifəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" KB ASC-yə və Cavabdeh1nə qarşı (üçüncü şəxs qismində Alməmmədova Vüsalə Zülfəli qızı cəlb edilməklə) çıxarışın ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 2(103)-5521/2023 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10650/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh oğlu Abdullayev Elgün arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37- 1/12SU saylı və xx.xx.2014-cü il tarixli, 37-3/12SU saylı əlavə “Kredit mü qavilələri”nin vaxtından əvvəl ləğv edilməsi, iddiaçı "xxxx" KB ASCnin xeyrinə cavabdehlər oğlu Abdullayev Elgün və o İddiaçı1 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” çərçivəsində bağlanmış xx.xx.2012- ci il tarixli, 37-1/12SU saylı “Əlavə kredit müqaviləsi” üzrə borcunun məbləği, əsas kredit borcu üzrə 13421,71 ABŞ dolları, faiz borcu üzrə 3121,92 ABŞ dolları, cərimə borcu üzrə 500 ABŞ dolları, cəmi 17043,63 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 37-3/12SU saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 13050 ABŞ dolları, faiz borcu üzrə 1968,55 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 15318,55 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmet inə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş xx.xx.2018-ci il tarixdə pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32362,18 ABŞ dolları məbləğində pul vəsaiti hesabına iddiaçı "xxxx" KB ASC-yə ümumilikdə cəmi 32.362 ABŞ dolları məbləğində pul vəsaiti, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğin də müəyyən edilməsi, cavabdeh İddiaçı2 mülkiyyətində olan və Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda, həmin mənzildə yaşayan şəxslərin mənzili boşaldaraq ən geci bir ay ərzində oradan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019- cu il tarixli, 2(102)-6916/2019 saylı Qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

4. Borclu Cavabdeh1 tər əfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10650/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası üzrə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir. 5. xx.xx.2020-ci il tarixli, 01/1338 saylı hərracın keçirilməsinə dair 01 №-li bildirişdən və xx.xx.2020-ci il tarixli, 01/1519 saylı bildirişdən görünür ki, bütün tərəflər hərracın keçiriləcəyi barədə məlumatlandırılmışlar.

6. Hərrac təşkilatının İpoteka saxlayana İpoteka Predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 39/04 saylı protokoluna əsasən, xx.xx.2020-ci il tarixdə İddiaçı2 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzili ilkin satış qiyməti 50000 manat olmaqla hərraca çıxarılmışdır. İpoteka predmetinin təkrar hərracdakı satış qiyməti 42500 manat müəyyənləşdirilmişdir. Son olaraq ipoteka predmeti 31875 manata ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən əldə edilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1954/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı1 cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzilinin mülkiyyətçisi olaraq "xxxx" KB ASC qeyd edilmişdir.

9. AN-İ seriyalı, ******* saylı xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzil A lməmmədova Vüsalə Zülfəli qızına 41100 manat məbləğə satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi və iddia tələbinin dəqiqləşirdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 39\04 saylı hərracın nəticələrinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə, "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 7 saylı evin 42-ci mənzilin ona qaytarılması adı ilə digər şəxsə satılması faktı üzrə araşdırma aparılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

11. İddia işin yuxarıda qeyd edilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıların "xxxx"dan g ötürdükləri 45000 manat (o dövrki kursa görə 60000 ABŞ dolları) kreditə görə "xxxx"a 73309 manat (o dövrki kursa uyğun olaraq 93437 ABŞ dolları) ödəmişlər. Bu ödənişlərin 2015-ci ildəki devalvasiya ilə heç bir əlaqəsi yoxdur. Götürdükləri 45000 manat kreditin "xxxx"a ödənilməsinə baxmayaraq evləri girov olduğu üçün xx.xx.2020-ci ildən ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda "xxxx" KB ASC-nin xeyrinə qeydiyyat aparılmışdır. Ali Məhkəmə tərəfindən kassasiya şikayəti təmin olunmadıqdan sonra Bank zaman-zaman Cavabdeh1nə qərarın icra olunmasına dair məktublar göndərərək qərarın icra olunmasını tələb etmişdir. Ədliyyə Nazirliyi Cavabdeh1 xx.xx.2022-ci il tarixli 3723/45 saylı məktubuna əsasən 32363,18 ABŞ dollarının ödənilmədiyi halda evin boşaldılması nəzərl ərinə çatdırılmışdır. "xxxx" KB ASCnin xx.xx.2022-ci il tarixli Sumqayıt şəhər icra idarəsinə göndərdiyi məktuba əsasən müəyyən komissiya təşkil edilmiş, evlərinin giriş qıfılı sındırılaraq onların iştirakları olmadan evə daxil olmuşlar. İddiaçı məlumat aldıqdan sonra məhkəmə qərarında nəzərdə tutulan 32362,18 ABŞ dolları oğlu Elgün Abdullayev tərəfindən "xxxx"in hesabına köçürülmüşdür. Bundan əlavə, evin onlara ancaq satılma yolu ilə qaytarılması bildirilmiş və əlavə depozit kimi qoyulmuş 41100 manat pul vəsaitini "xxxx"ın əməkdaşının istəyilə “Muğanbank”ın hesabına köçürülmüşdür. Bu faktlar sənədlərdə öz təsdiqini tapıb. Evə baxış zamanı evdə saxladıqları bir çox əşyaları da götürülüb. Bu günə kimi geri qaytarılmır. Hesab edir ki, "xxxx" KB ASC-nin hüquqi sahib kimi xx.xx.2020-ci il tari xli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ləğv edilməli və əsas sahib olan cavabdeh İddiaçı2 adına geri qaytarılmalıdır. "xxxx"ın nümayəndəsi onları arxayın etmiş, lakin onlara sonradan məlum olmuşdur ki, "xxxx"ın nümayəndələri onları aldadaraq onların evini "xxxx"a heç bir borcları olmadığı halda başqa vətəndaşa satıb. Görünən odur ki, hazırkı iş üzrə onun İddiaçı1 və ailəsinin hüquqları pozulmaqda davam edir. Onunla cavabdeh "xxxx" KB ASC arasında xx.xx.2012-ci il tarixdə, 37Z/12 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. Eyni zamanda, oğlu Abdullayev Elgün ilə "xxxx" KB ASC arasında xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsi” bağlanmışdır. Qeyd olunan “Əsas kredit müqaviləsinin” mühüm şərtləri 1.1-ci bənddə öz əksini tapmışdır. Be lə ki, həmin bənddə göstərilmişdir ki, borcverən borcalana 45000 manat məbləğində 60 ay müddətinə xx.xx.2017-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində “Əlavə kredit müqavilələri” bağlanılmaqla kredit verir. Göründüyü kimi gələcəkdə bağlanılması nəzərdə tutulan “Əlavə kredit müqavilələri” xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” şərtləri çərçivəsində olmalı idi və zamin kimi o da məhz bu risklər üzrə zamin olmağa razılıq verilmişdir. X4 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 37-1/12SU saylı “Əlavə kredit müqaviləsinin” 1.2-ci bəndinə görə bu müqavilə üzrə Bank tərəfindən borcalana verilən kreditin məbləği 45000 ABŞ dolları təşkil edir. Həmçinin, X5 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 373\12SU say lı “Əlavə kredit müqaviləsinin” 1.2-ci bəndinə görə bu müqavilə üzrə Bank tərəfindən borcalana verilən kreditin məbləği 15000 ABŞ dolları təşkil edir. Bununla da Bank borcalana ABŞ dolları ilə kredit verməklə xx.xx.2012-ci il tarixli, 37/12SU saylı “Əsas kredit müqaviləsinin” mühim şərti olan müqavilənin valyutasını dəyişməklə zaminin hüququnu pozmuş və onun razılığı olmadan öhdəliyin (“Əsas kredit müqaviləsinin”) şətlərinə mühim dəyişiklik edilmişdir. Həmçinin xx.xx.2012-ci il tarixli 37/12SU saylı Zaminlik Müqaviləsi 37/12SU saylı Əsas Kredit Müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində üçtərəfli şəkildə bağlanmışdır. Əlavə Kredit Müqaviləsi isə "xxxx" KB ASC ilə X5 arasında olmuşdur. O, zamin qismində Əlavə Kredit Müqaviləsini bağlamağın əleyhinə olmuşdur və həmin müqavilə bağlanarkən orda iştirak etməmişdir. Çünki sözügedən Əlavə Kredit Müqaviləsində borcluya verilən kreditin valyutası "xxxx" KB ASC tərəfindən dəyişdirilərək manat əvəzinə ABŞ dolları ilə verilmişdir. Bu isə üçtərəfli şəkildə bağlanmış Əsas Kredit Müqaviləsi, İpoteka Müqaviləsi və Zaminlik Müqaviləsinin bəndlərinin "xxxx" KB ASC tərəfindən qanuna zidd olaraq kobud şəkildə pozulması deməkdir. "xxxx" KB ASC ilə X2 arasında bağlanmış Əlavə Kredit Müqaviləsi Zaminlik müqaviləsinin tərkib hissəsi ola bilməz. Çünki İddiaçı1 heç bir xəbəri və iştirakı olmadan üçtərəfli şəkildə bağlanmış Zaminlik Müqaviləsində qeyd olunan kreditin məzənnəsi Azərbaycan manatı ilə, "xxxx" KB ASC ilə borclu arasında bağlanmış Əlavə Kredit Müqaviləsində isə kreditin məzənnəsi ABŞ dolları ilə göstərilmişdir. Bu səbəbdən də iddiaçı Zaminlik müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, Unibank KB ASC qanunsuz və əsassız olaraq qərəzli şəkildə vermiş olduğu 45000 manat kreditə görə onlara qərəzli olaraq ayr-ayrı vaxtlarda 150000 ABŞ dolları kredit ödətdirib. Unibankın vermiş olduğu krediti üçqat ödəməyinə baxmayaraq evlərini də başqasına satıb. Hesab edir ki, hərrac bir sıra pozuntularla müşayiət edilərək keçirilib. Belə ki, o, banka olan borcunu ödəmişdir. Bankın nümayəndəsi ona bildirdi ki, onun evinin ona qaytarılması yalnız alqı-satqı yolu ilə ola bilər. O, hərracda heç bir imza atmamışdır. Sadəcə ailəsi ilə birgə Unibankın nümayəndəsinə inanaraq evlərinin özlərinə qaytarılması xatirinə notariusda razılıq ərizəsinə imza atmışlar. Məhkəmənin çıxardığı qərarı icr a edərək Unibankla qalıq kredit borcunu tam ödəmişdir. Əks təqdirdə bilsəydi ki, Unibank onun evini başqa bir şəxsə satır o, məhkəmə qərarını nəyə görə icra etməli idi. Lakin sonra bildi ki, evi başqa şəxslərə satıblar və onun evini nədənsə özünə qaytarmaq istəmirlər. Onu da qeyd etmək istəyir ki, onun banka borcunun olmaması barədə icra şöbəsinə bank tərəfindən verilmiş məktub var. Bildirir ki, onun tərəfindən hərracın keçirilməsinə dair sifariş verilməyib. Sifarişçi Sumqayıt İcra şöbəsidir. Lakin həmin protokolda Sumqayıt İcra şöbəsi sifarişçi kimi qeyd edilsə də, onun səlahiyyətli nümayəndəsi protokolda buna dair müvafiq qeyd aparmayıb. Protokola əsasən istinad edilən əmlak 50.000 manat məbləğdə hesablandığı halda, sonradan təkrar hərracda 42500 manat hesablanıb və yekunda isə 41100 man ata satılıb. Lakin əmlakın ilkin qiyməti 50000 manat hesablanıb. Belə olan halda qanunvericiliyə görə ilkin əmlak ilkin hərracda satıla bilməz. Çünki ilkin hərracda əmlakın ilkin satış qiymətinin 70 faizindən aşağı məbləğ təklif edilə bilməz (faktiki olaraq indiki məbləğ 38%-ni təşkil edir). Baxmayaraq ki, protokolda qeyd edilib ki, təkrar hərracda əmlak 38 və enmiş faizlər əsasında satılıb, hazırki hərrac üzrə təkrar hərracın keçirilməsi qaydası AR Mülki Məcəlləsinin 319.5-ci maddəsinə və ipoteka haqqında Qanunun 43-cü maddəsinə əsasən təkrar hərrac birinci hərrac formasında keçirilməlidir. Həmçinin bildirir ki, o, mənzil satılanda orada idi və ona bildirdilər ki, mənzil banka aid deyil "xxxx" MMC-yə aiddir. Mənzili geri qaytarmaq istəyirlərsə bu alqı-satqı müqaviləsi əsasında ola bilər. Bunun üçün ailənin üzvlərinin hamısı mənzilin satılması üçün razılıq ərizəsi verməlidirlər ki, mənzil onların adına sənədləşsin. Bu səbəbdən də o, mənzilin sahibi kimi gedib xx.xx.2022-ci il tarixdə Unibankda 23171 manat pul ödədi. Sonradan ona məlum oldu ki, bankın əməkdaşları onun mənzilini tamamilə başqa bir şəxsə satıb və pulu da mənimsəyiblər. Belə ki, onun deposit qoyduğu 41100 manatı həmin gün Muğam bank ASC-nin bank hesabına köçürüb. Həmçinin özbaşlarına bankın əməkdaşları çöl qıfılı sındıraraq onun mənzilinə girərək onun evinin əşyalarını mənzildən özbaşına götürmüşdülər. Evin əşyalarını Unibankın əməkdaşlarından tələb etdikdə isə müxtəlif bəhanələr gətirirdilər. Qeyd etmək istəyir ki, məhkəmə vasitəsilə Unibankın tələb etdiyi məbləğ Unibankın hesabına tam ödənilmiş, məhkəmə qər arı tərəfindən tam olaraq icra olunmuş və müvafiq icra vərəqəsinə xitam verilmişdir. Unibanka heç bir borcunun qalmamasına dair Unibank tərəfindən Arayış verilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixli 39/04 saylı hərrac qanunvericiliyinin tələblərinə, xüsusilə Mülki Məcəllədə nəzərdə tutulmuş hərracın keçirilməsinə dair qaydalara uyğun olmayan formada keçirilib.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" X8 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iddianın təmin edilməməsini xahiş etmişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – b irinci instansiya məhkəməsi) 2(006)-326/2023 saylı 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddianın rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Məhkəmə mövqeyini işin qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, icra icraatı çərçivəsində xx.xx.2020-ci il tarixdə İddiaçı2 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzil açıq hərrac vasitəsilə qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" Kommersiya Bankı ASC tərəfindən əldə edilmiş və icra icraatına xitam verilmişdir. Sonradan, mülkiyyətçi "xxxx" Kommersiya Bankı ASC tərəfindən mənzildə qeydiyyatda olan əvvəlki mülkiyyətçi və onun ailə üzvlərinin (hazırkı iş üzrə iddiaçıların) razılığı alınmaqla həmin mənzil özgənink iləşdirilmişdir. İddiaçılar tərəfindən 41100 manatın onlar tərəfindən ödənilməsi iddia olunsa da, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə olunan məxaric orderi isə sadəcə həmin məbləğin Bankın əməkdaşı tərəfindən qəbul edildiyini göstərir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4 və 317.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.1, 6.1, 10.1, 41.1, 41.2, 43.1, 43.3, 43.4. 43.5 və 43.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərə k, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iş materiallarından görünür ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 42ci məhəllə, 7 evin 45-ci mənzilin hərraca çıxarılması üçün tərəflərə 19 may 2020-ci il tarixli, 01\961 saylı hərracın keçirilməsinə dair 01 №-li və xx.xx.2020-ci il tarixli 01\1252 №-li bildiriş (məlumat) göndərilmiş və hərracın keçirilməsi vaxtı və yeri barəsində müvafiq olaraq 19 iyun 2020-ci il, saat 11:00-17:00-dək və xx.xx.2020-ci il, saat 11:00-17:00-dək təyin edilmişdir. Lakin İddiaçı2 və digərlərinin həmin bildirişin onlara göndərilməsini və ya təqdim edilməsini, habelə hərracın keçirilməsinin təxirə salınmasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bundan sonra Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 7 evin 45-ci mənzilin hərraca çıxarılması üçün tərəflərə xx.xx.2020-ci il tarixli, 01\1338 saylı hərracın keçirilməsinə dair 01 №-li və xx.xx.2020-ci il tarixli 01\1519 №-li bildiriş (məlumat) göndərilmiş və hərracın keçirilməsi vaxtı və yeri barəsində müvafiq olaraq xx.xx.2020-ci il, saat 11:-17:00-dək və xx.xx.2020-ci il, saat 11:00-17:00-dək təyin edilmişdir. İddiaçı2nin və digər iddiaçıların xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə keçirilən hərracdan da xəbərləri olmamışdır. Hərrac Mərkəzi "xxxx" MMC xx.xx.2020-ci il tarixli, 01\1767 saylı ipoteka predmetinin təkrar harracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 31875 manat olmaqla ipoteka saxlayana təklif edilmiş və bu barədə "xxxx" KB ASC-yə və digər tərəflərə məktub tərtib edilsə də, İddiaçı2, İddiaçı1 və X3 göndərilməsi barədə məlumat verilməmişdir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticəl əri göstərilmişdir. Beləliklə, İddiaçı2nin və digər iddiaçıların 19 may 2020-ci il tarixdə, xx.xx.2020-ci il tarix, xx.xx.2020-ci ildə və xx.xx.2020-ci ildə keçirilən hərracdan xəbərləri olmamışdır. Belə ki, iddiaçılar həmin müddətdə mənzildə yaşamışdır. Lakin bildirişlər onlara təqdim edilməmiş və bildirişin onlara göndərilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Amma sonuncu xx.xx.2020-ci il tarixli bildiriş onun ünvanına göndərilsə də, yaşayış yeri üzrə iddiaçılara deyil, "xxxx" MTKnın sədrinə təqdim edilmiş, o da iddiaçıların orada yaşamasına baxmayaraq, “qeyd olunan ünvanda yaşamırlar” qeyd edərək bildirişi geri qaytarmışdır. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zər ər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İş materiallarından və məhkəmə iclasında müəyyən olumuşdur ki, Bankla Alməmmədova arasında mənzilə bağlanmış alqı-satqı müqaviləsi zamanı iddiaçı Abdullayevin Banka 23.300 manat borcu olmuş və xx.xx.2022-ci il də həmin borc Abdullayev tərəfindən ödənilmişdir. Bundan sonra "xxxx" KB ASC-nin nümayəndəsi X7 ilə İddiaçı1 Xalıq oğlu arasında mənzilin sonuncuya satılması barədə danışıq aparıl mış və bu məqsədlə İddiaçı1 depozitə 41000 manat məbləğində pul köçürülməsi, mənzilin Bank tərəfindən satılması barədə razılıq ərizəsi təklif edimişdir. Abdullayev həmin məbləği köçürmüş, lakin sonradan ona məlum olmuşdur ki, mənzilə alqı-satqı müqaviləsi onunla deyil, Alməmmədova Vüsalə arasında bağlanmışdır. Məhkəmə iclasında Bankın nümayəndəsi izah etməyə çalışdı ki, guya İddiaçı1 Banka olan 41000 manat borcunu ödəmişdir. Halbuki həmin vaxt İddiaçı1 Banka borcu olmamışdır. Məhkəmə isə iddia tələbinin Bankla Alməmmədova arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə heç bir araşdırma aparmamışdır.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 1 noyabr 2023-cü il tarixli, 2(103)-5521/2023 nömrəli qətna məsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

22. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, irəli sürdüyü dəlilləri sübuta yetirə bilməmiş, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. İpoteka predmet olan İddiaçı2 məxsus Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 7 saylı evin 45 saylı mənzil icra icraatı çərçivəsində xx.xx.2020-ci il tarixdə açıq hərrac vasitəsilə qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" Kommersiya Bankı ASC tərəfindən əldə edilmiş, bank isə hə min mənzili xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Alməmmədova Vüsalə Zülfəli qızına 41100 manata satmışdır. Bu əməliyyatların aparılmasında hər hansı qanunsuzluq müəyyən edilməmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4 və 317.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.1, 6.1, 10.1, 41.1, 41.2, 43.1, 43.3, 43.4. 43.5 və 43.7-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

24. İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəmə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsi nin və apellyasiya şikayətinin dəlillərinə istinadən əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının iddia tələbi əsasında keçirilmiş məhkəmə iclaslarında iddia tələbləri və məhkəməyə təqdim edilmiş heç bir sübut araşdırılmamış və hər bir sübuta ayrı-ayrılıqda qiymətləndirilmədən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh Bank və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Alməmmədova Vüsalə Zülfəli qızı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gi rov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

28. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

29. Maddə 317.2 Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

30. Maddə 1.0.1. İpoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.

31. Maddə 6.1. ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi re yestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər.

32. Maddə 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.

33. Maddə 41.1. ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

34. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğ un olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

35. Maddə 43.1. hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmadıqda hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir.

36. Maddə 43.3. hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

37. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

38. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

39. Maddə 43.7 bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Prosessual Məcəllə

40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Q anunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında bütövlükdə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materialları nı kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

51. İddiaçının kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, habelə apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5521/2023 nömrəli iş üzrə 1 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar