Məhkəmə qərarları › İş №2(102)-103/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-103/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mən
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-103/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı MMC-nin vəkili X2, Cavabdeh və onun vəkili Vəkil1 Raqif oğlunun, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şahbazov Şahbaz Qara oğlunun vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-743/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il ta rixli qətnaməsindən cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şahbazov Şahbaz Qara oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri Y.V Çəmənzəminli 16 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 vo 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılması və həmin mənzillərin İddiaçı MMC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə q əbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (hakim S. Ədilova, iş № 2(005)-3755/2019) iddia ərizəsi təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81.3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq İddiaçı MMC-yə geri qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı xx.xx.2019-cu il tarixdə Şahbazov Şahbaz Qara oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. Birinci instansiya məhkəməsi mü əyyən etmişdir ki, “İddiaçı MMC-nin direktoru H.İbrahimov (bundan sonra “Satıcı” adlandırılacaq) bir tərəfdən və fiziki şəxs (hüquqi şəxs) Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən, “İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri tikilmiş halda “Alıcıya” satmağı, Cavabdeh isə mənzillərin qiymətini “razılaşdırma yolu” şərti ilə həmin mənzilin dəyərini ödəməklə “Satıcı” İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 220 saylı sərəncamında dəqiqləşdirilmə aparılması haqqında 6 14 nömrəli xx.xx.2008-ci il tarixli Sərancamına əsasən, 1.İddiaçı MMC-nin xx.xx.2008-ci il tarixli, 02-05/64 saylı müraciətini nəzərə alaraq, Nərimanov rayonu, 933 saylı məhəllədə, Y.V.Çəmənzəminli küçəsi 16 saylı ünvanda, yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Bakı Şəhər icra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 220 saylı sərəncamında torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək 0,8634 ha müəyyən edilsin. 1.1. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı MMC-nin vəsaiti hesabına mərhələli şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66,67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnt erservis" müdiriyyəti 0,5945 ha torpağın icarə müqaviləsinin bağlanmasını təmin etsin və sifarişçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı alsın. Özünəməxsus ərazidə ofis, yaşayış binalarının və istehsalat bazasının layihələşdirilməsi haqqında, Özünəməxsus torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi haqqında Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 1/216 saylı razılıq məktubu, İddiaçı xx.xx.2005-ci il tarixli, 02-05/02 saylı müraciəti, İqtisadi İnkişaf Nazirliyinin Dövlət X9 və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 000538 saylı və xx.xx.2004-cü il tarixli,000223 saylı şəhadətnamələri nəzərə alın araq, Nərimanov rayonu, 933-cü məhəllədə, Y.V.Çəmənzəminli küçəsi 16 saylı ünvanda özəlləşdirilmiş 0,2689 ha torpaq sahəsində həmin MMC-nə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələşdirilməsinə icazə verilsin. Sifarişçiyə tapşırılsın: Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin tapşırığını və inşaat pasportunda nəzərdə tutulan digər şərtləri yerinə yetirsin. Ərazinin və obyektin memarlıq-planlaşdırmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırsın. Layihələşdirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. Layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommu nikasiyaları aşkar etdikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və şəhərsalma baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələşdirmə üçün əsasdır. Layihə sənədləri tam həcmdə Bakı Dcvlət Memarlıq və X13-tişliyində qeydiyyatdan keçdikdən sonra tikinti işləri başlanmalıdır. Layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələşdirmə üçün əsasdır. Qeyd olunan sahə Dövlət torpaq kadastrında və Dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşıs ını almaq üçün tədbirlər görmək rayon icra hakimiyyətinin başçısına tapşırılsın. Yuxanda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. “İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli 40 nömrəli bildirişə əsasən, xx xxx 2012-ci il tarixli 117 saylı müqaviləyə əsasən cəmiyyət tərəfindən ünvan 3 saylı ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 81.3 m2 və 128,8 m2, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillər Cavabdeh adına rəsmiləşdirildiyi, Azərbaycan Respublikası Prezidenti xx.xx.2019-cu il tarixli Sərəncam verib və orada qeyd edilib ki, 2019-cu ilin yanvarın birinə kimi bütün mərtəbələrin yan divarlarının və dam örtüyünün inşası daxıl olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi qaydaları həyata keçirilməsi, bu məqsədlərin həyata keçirilməsi üçün sakinlərə satılan mənzillərin dəyəri cəmiyyətin xəzinəsinə və yaxud hesablaşma hesabına ödənilməli olduğu, lakin bu günə kimi mənzilin dəyərini cəmiyyətin xəzinəsinə və yaxud hesablaşma hesabına ödənilmədiyi İddiaçı MMC-nin rəhbərliyi tərəfindən bildirilmişdir. Cavabdeh və onun kimi digər sakinlərin mənzilin dəyərinin ödənişini yerinə yetirmədiklərinə görə cəmiyyət zərərə getmiş və bunun nəticəsində digər sakinlər onların günahı üzündən son mülkiyyət sənədlərini ala bilməmişlər. Bu haqda binanın sakinləri ilə cəmiyyətin rəhbərliyi arasında xx xxxx 2019 -cu il tarixdə keçirilmiş görüş iclasında ödənişləri ödəməyən hər bir sakinə ödənişi yerinə yetirmək üçün xəbərdarlıq edilərək 20 təqvim günü vaxt verilmişdir. Lakin Cavabdeh tərəfindən keçən 20 gün ərzində ödəniş yerinə yetirilmədiyinə görə onunla cəmiyyət arasında bağlanmış xx xxx 2012-ci il tarixli 117 saylı müqavilə birtərəfli qaydada xitam verilməklə ləğv edilmişdir və eləcədə ona mənzilin dəyəri olan 110.568,0 AZN və 175.168 AZN (ümumilikdə 285.736 AZN) miqdarında məbləği cəmiyyətin xəzinəsinə və yaxud hesablaşma hesabına ödəmək məqsədi ilə yenidən bir ay vaxt verilmişdir. Əks təqdirdə xitam verilmiş müqavilənin ləğv edilməsi bir aydan sonra tam qüvvəyə minəcəkdir və cəmiyyət tərəfindən lazımi tədbirlər görüləcəkdir. O cümlədən mənzil onun tərəfindən zəbt olunmuş kimi nəzərə alınacaq, xx xxxxx 2019-cu il tarixdən etibarən mənzil boşaldılaraq geri alınmaqla təhvil-təslim aktı tərtib olunacaq və mənzil cəmiyyətin hesabına keçiriləcəkdir. Cəmiyyətin mülkiyyətində olan Nərimanov rayonu, Çəmənzəminli 16 və M.Əlizadə 17 saylı ünvanlarında çoxmərtəbəli yaşayış binalarının sakinləri ilə görüş məqsədi ilə keçirilən iclasın 1 nömrəli xx.xx.2019-cu il tarixli Protokluna əsasən, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən binanın bütün mərtəbələrinin yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti quraşdırma işləri başa çatdırılması, sənədləşmə üçün son rəylər alınması və yaşayış binalarındakı mənzillərin istismara icazə verilməsinin həyata keçirilməsi; Sakinlərin ümumi istifadə hüquqlarının qorunması məqsədi ilə binaların h əyətlərində ayrı-ayrı fərdi sakinlər tərəfindən yaranan problemlərin həll edilməsi; Mənzillə, qeyri-yaşayış sahələri ilə bağlı borclu olanların ödənişləri və kommunal haqları vaxtlı-vaxtında ödənilməsinin həyata keçirilməsi, binalara aid olan mənzil və qeyri-yaşayış sahələrinə görə borcu olan sakinlərin sonuncu xəbərdarlıq olaraq, nəzərlərinə çatdırılsın ki, 20 kalendar günü müddətində yəni xx.xx.2019-cu il tarixə kimi təcili olaraq borclarını ödəmələri, əks təqdirdə qeyd olunan müddət başa çatdıqdan sonra onlarla bağlanmış müqavilələrə birtətəfli qaydada xitam verilməklə ləğv edilməsi qərara alınmışdır. “İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli 58 nömrəli təklifə əsasən, xx xxx 2012-ci il tarixli 117 saylı müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh razılaşm a yolu ilə ünvan 3 saylı ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 81.3 m2 və 128,8 m2, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillər verilmişdir. Lakin, Cavabdeh həmin razılaşmanın şərtlərini kobudcasına pozaraaq, üzərinə götürdüyü öhdəliyi bugünədək ümumiyyətlə icra etməmişdir. Ona görə də xx xxx 2012-ci il tarixli 117 saylı müqavilənin ləğv edilməsi barədə razılaşmanı 5 gün müddətində bağlamaqla, ünvan 3 saylı ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 81.3 m2 və 128,8 m2, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri “İddiaçı MMC-yə könüllü təhvil verməsi təklif olunmuşdur. “İddiaçı MMC-nin Nizamnaməsinin surətindən görünür ki, təsisçinin nizamnamə kapitalındakı payları: X6 100 manat, 2 pay, 50% pul şəklində; X4 50 manat, 1 pay, 25% pul şəklində; Şahbazov Şahbaz Qara oğlunun 50 manat, 1 pay, 25% pul şəklində; xx.xx.2019-cu il tarixli 74 nömrəli Maliyyə arayışından görünür ki, xx xxx 2012-ci il tarixli 117 saylı müqaviləyə əsasən, “İddiaçı MMC tərəfindən Cavabdeh ünvan 4 saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81.3 m2 və 128,8 m2, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillər verilmişdir. Lakin həmin mənzillərin dəyəri olan, ümumilikdə 285736 manat məbləği bu günədək cəmiyyətin hesabına ödənilməmişdir. “İddiaçı MMC-nin təsisçilərinin birgə yığıncağının 6 nömrəli xx.xx.2014-cü il tarixli Protokolunun surətindən görünür ki, MMC tərəfindən ünvan 4 saylı ünvanda inşa edilmiş 2 bloklu 1 nömrəli yaşayış binasındakı qeyri-yaşayış sahələrinin 1 nömrəli situasiya planına əsasən 1-ci mərtəbədən X15 ortaqlıq payına düşən qeyri-yaşayış sahəsindən 218,7 kv.m. hissələrinin Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti ev 57, mənzil 61-də yaşayan Gözəlli Solmaz Əlifağa qızına ayrılması; Gələcəkdə “İddiaçı MMC-nin Nərimanov rayonu 933 saylı məhəllədə ünvan 4 saylı ünvanda inşa etdiyi 2 bloklu 1 nömrəli yaşayış binasında Cəmiyyətin təsisçiləri arasında ortaqlıq payına uyğun olaraq qeyri-yaşayış sahələrinin hüquqi və bölgü sənədləşmələri aparılan zaman təsisçi X12 ayrılan 194,1 kv.m. və 218,7 kv.m. qeyri-yaşayış sahələri ortaqlıq payı kimi nəzərə alınması qərara alınmışdır. “İddiaçı MMC-nin təsisçilərinin birgə yığıncağının 5 nömrəli xx.xx.2014-cü il tarixli Protokolunun surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Baş çısının xx.xx.2005-ci il tarixli 220 saylı, xx.xx.2018-ci il tarixli 614 saylı sərəncamlarına, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli 07/79 saylı, xx.xx.2018-ci il tarixli 08/208 saylı torpaq sahələrinin ayrıc aktlarına əsasən İddiaçı MMC tərəfindən Nərimanov rayonu 933 saylı məhəllədə, Y.V.Çəmənzəminli küçəsi 16 ünvanda inşa edilmiş 1 №-li 2 bloklu yaşayış binasında aşağıda qeyd edilən: 1-ci blok 7-ci mərtəbə ümumi sahəsi 129,2 m olan 3 otaqlı 37 saylı mənzil, 1-ci blok 13-cü mərtəbə ümumi sahəsi 126,3 m2 olan 3 otaqlı 94 saylı mənzil, 1-ci blok 13-cü mərtəbə ümumi sahəsi 104,4 m olan 2 otaqlı 92 saylı mənzil, 1-ci blok 13-cü mərtəbə ümumi sahəsi 55,7 m olan 1 otaqlı 93 saylı mənzil, 2-ci blok 11-ci mərtəbə ümumi sahəsi 106,1 m2 olan 2 o taqlı 81 saylı mənzil. 5 ədəd mənzil İddiaçı MMC-nin təsisçisi X6 şifahi xahişinə uyğun olaraq aşağıda qeyd edilən şəxslərə bölünsün: Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti ev 57, mənzil 61-də yaşayan, ş/v AZE № 03410272 olan Yasamal RPİ tərəfindən verilmiş Gözəlova Solmaz Əlifağa qızı - 1-ci blok 7-ci mərtəbə ümumi sahəsi 129,2 m2 olan 3 otaqlı -7 saylı mənzil, Müqavilə № A-006, xx xxxxxx 2007-ci il, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti ev 57, mənzil 61-də yaşayan, ş/v AZE № 06582790 olan Yasamal RPİ tərəfindən verilmiş Gözəlova Elcəmmi Bəhram qızı - 1-ci blok 13-cü mərtəbə ümumi sahəsi 126,3 m2 olan 3 taqlı 94 saylı mənzil, Müqavilə № 137, xx xxx 2013-cü il. Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi məhəllə 590, ev 81 A, tənzil 44 -də yaşayan, ş/v AZE № 07464269 olan Ya samal RPİ tərəfindən verilmiş Gözəlli Zümrüd Etibar qızı - 1ci blok 13-cü mərtəbə ümumi sahəsi 34,4 m2 olan 2 otaqlı 92 saylı mənzil, Müqavilə № 73, xx xxxxxx 2010-cu il. Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi məhəllə 590, ev 81 A, ənzil 44 -də yaşayan, ş/v AZE № 07464269 olan Yasamal RPİ tərəfindən ırilmiş Gözəlli Zümrüd Etibar qızı - 1-ci blok 13-cü mərtəbə ümumi, sahəsi 55,7 olan 1 otaqlı 93 saylı mənzil, Müqavilə № 74, xx xxxxxx 2010-cu il. Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi məhəllə 590, ev 81 A, mənzil 44 -də yaşayan, ş/v AZE № 07464269 olan Yasamal RPİ tərəfindən verilmiş Gözəlli Zümrüd Etibar qızı - 2-ci blok 11-ci mərtəbə ümumi sahəsi 1 06, l m2 olan 2 otaqlı 81 saylı mənzil, Müqavilə № A-012, xx xxxx 2011-ci il. Gələcəkdə İddiaçı MMC-nin Nərimanov rayonu 933 sayl ı məhəllədə, Y.V.Çəmənzəminli küçəsi 16 ünvanda inşa etdiyi 2 bloklu 1 №-li yaşayış binasında mənzillərin Cəmiyyətin təsisçiləri arasında ortaqlı payına uyğun olaraq hüquqi və bölgü sənədləşmələri aparılan zaman təsisçi X12 ayrılan yuxarıda qeyd olunan 5 mənzil ortaqlıq payı kimi nəzərə alınsın. “İddiaçı MMC-nin təsisçilərinin birgə yığıncağının 4 nömrəli xx.xx.2014-cü il tarixli Protokolunun surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 220 saylı, xx.xx.2008-ci il tarixli 614 saylı sərəncamlarına, Bakı Şəhər İcra Hakimiyyəti ımarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli 07/79 saylı, ci il tarixli 08/208 saylı torpaq sahələrinin ayrıc aktlarına və 2007-ci il ixli 258-1-EL situasiya planına əsasən İddiaçı MMC tərəfindən Nərimanov r ayonu 933 saylı məhəllədə, Y.V.Çəmənzəminli küçəsi 16 ünvanda inşa edilmiş 1 №-li 2 bloklu yaşayış binasındakı 796,75 m və M.Əlizadə küçəsi ünvanda inşa edilmiş 2 №-li 2 bloklu yaşayış binasındakı 796,75 m2, ümumilikdə iki binada İddiaçı MMC-nin mülkiyyətində olan 3187,0 m2 qeyriyaşayış sahəsindən 50 %-nin, yəni 1593,5 m hissəsinin inşaat qrupunun rəhbəri X1 məxsus olmaqla, qalan 1593,5 m2 əsi İddiaçı MMC-nin təsisçilərinin binaların tikilməsində ortaqlıqlarına uyğun olmaqla təsisçilər arasında aşağıdakı qaydada bölünsün: -X15 – tikilmiş 4 bloklu iki bina üzrə ortaqlıq payı 50%-ni 100 %=1593,5 m2 X 50%=796,75 kv.m qeyri-yaşayış sahəsi. X7 – tikilmiş 4 bloklu iki bina üzrə ortaqlıq payı 25%-ni 100 %=1593,5 m2 X 25%=398,375 kv.m qeyri-yaşayış sahəsi. Şahbazov Şahbaz Qara oğlu – tikilmiş 4 bl oklu iki bina üzrə ortaqlıq payı 25%-ni 100 %=1593,5 m2 X 25%=398,375 kv.m qeyri-yaşayış sahəsi. İddiaçı MMC-nin təsisçilərinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cəmi 1593,5 m2. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən, “İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri tikilmiş halda “Alıcıya” satmağı, Cavabdeh isə mənzillərin qiymətini “razılaşdırma yolu” şərti ilə ödəməklə “Satıcı” “İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılığına uyğun olaraq Cavabdeh alqı-satqı müqaviləsi üzrə razı laşdırılmış pul vəsaitini “İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı “İddiaçı MMC Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilə üzrə Cavabdeh tərəfindən ümumilikdə 285.736 manat məbləğində borcun ödənilməli olduğunu, lakin bu məbləğin bu günədək ödənilmədiyini iddia edir və bu səbəbdən aralarında bağlanmış müqavilənin ləğv edilməsi, mübahisəli mənzilin Cavabdeh tərəfindən boşaldılaraq, həmin mənzillərin “İddiaçı MMC-yə geri qaytarılmasını tələb edir. Cavabdeh qeyd olunanları qəbul etmir, bildirir ki, xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilənin 3.1-ci bəndindən göründüyü kimi, Satıcı - “Alıcı” mənzilin tam dəyərini ödədikdən və binanın inşası başa çatdıqdan sonra mənzilin açarlarını ona təhvil vermək öhdəliyini daşıyırdı, belə ki, 2012-ci ildə n həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Mənzil təhvil verildikdən sonra təmir işləri aparılıb, 1 il sonra isə mənzilə köçüb. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hü quq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüq uqu vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 398.1-ci maddəsinə görə, Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.3-cü maddəsinə görə, əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə ş ərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsində isə göstərilir ki, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər ( Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmi ş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından iddia üzrə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilədə nəzərdə tutulan şərtlərə qiymət verərək hesab etmişdir ki, “Alıcı” müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə müqavilə predmeti olan mənzillərin pulunu müqavilədə göstərilən müddətdə “Satıcı”ya verməmiş, beləliklə “Alıcı” tərə findən müqavilə üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilməmişdir. Daha sonra tərəflər arasında yaranmış fikir ayrılıqlarından sonra tərəflər müqavilə üzrə nəzərdə tutulmuş vəzifə və öhdəliklərinin şərtinə əməl etməkdən imtina etmişlər və onların hər ikisi mülki mübahisənin həllinə məhkəmə qaydasında nail olmağa çalışmışlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hazırda “Alıcı” tərəfindən “Satıcı”ya mənzillərə görə ödəniş həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan maliyyə arayışından və iddiaçının nümayəndələrinin təqdim etdiyi sənədlərdən görünür ki, “İddiaçı MMC ilə Cavabdeh arasında Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin alqı-satqısı barədə imzalanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilənin dəyəri razılaşdırılma yolu ilə müəyyən edildiyindən ilkin pul vəsaiti ödənilməmişdir. Borc ümumilikdə 285 736 manat məbləğində təşkil edir. Mənzillərin ümumi dəyəri olan 285 736 manat pul məbləğindən heç bir vəsait ödənilmədiyindən, göründüyü kimi iş üzrə bu halı sübut edən sənəd iddiaçının təqdim etdiyi maliyyə arayışıdır, cavabdeh tərəf bağlanmış müqavilə üzrə hər hansı pul vəsaiti ödəməli olmadığını, həmin mənzili cəmiyyətin təsisçilərindən biri olan - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs - Şahbazov Şahbaz Qara oğlunun payına düşən hissədən əldə etdiyini bildirsə də, bu halları məhkəmədə sübut edə bilmi r. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilə ləğv edilməlidir. Çünki, mübahisələndirilən müqavilə predmet baxımından əsaslı olmaqla, mülki qanunvericilin tələblərinə uyğun olmaqla, tərəflərin iradə ifadəsinə uyğun olaraq, mü əyyən edilmiş şərtlər çərçivəsində tərtib edilmişdir. Ancaq Cavabdeh müqavilə üzrə nəzərdə tutulan öhdəlikləri tam və vaxtında icra etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini Bakı şəhəri Y.V Çəmənzəminli 16 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 vo 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılması və həmin mənzillərin İddiaçı MMC-yə geri qaytarılması hissəsində də əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən “Alıcı” Cavabdeh dəyəri razılaşdırılmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv. m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Lakin yuxarıda sadalanan iddia tələbi üzrə məhkəmənin qiymət verdiyi xüsusatlara görə müqavilədə qeyd olunan mənzillərin dəyəri bugünədək “İddiaçı MMC-yə verilməmişdir. Ona görə sözügedən mənzillərə görə Cavabdeh tərəfindən pul məbləği tam ödənilmədiyindən, onun mənzil üzərində hər hansı əmlak hüquqlarının yaranmasından söhbət gedə bilməz, yəni cavabdeh mübahisəli mənzilə qanunsuz olaraq sahiblik edir, bu baxımdan həmin mənzilin sahibi məhz iddiaçı hesab edilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Raqif oğlunun iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə m üqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizəsində müqavilənin icra müddətinin göstərilmədiyinə əsaslanaraq, AR MM-nin 363.1-ci maddəsini rəhbər tutaraq, mübahisəyə analogiya ilə yanaşılmasını və icra müddətinin xx.xx.2012-ci il tarixli müqavilənin sonuncu icra müddətinin xx.xx.2013-cü il hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.2-ci maddəsinin tələbinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdə liyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Sadalanan qanunvericilik müddəalarına əsasən məhkəmə bildirir ki, 1 nömrəli xx.xx.2019-cu il tarixli Protokoldan göründüyü kimi, iddiaçı xx xxxx 2019-cu il tarixinədək binalara aid olan mənzil və qeyri-yaşayış sahələrinə görə borcu olan sakinlərə təcili olaraq borclarını ödəmələrini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərkən, AR MM-nin 384.0.4-cü maddəsinin tələbini rəhbər tutaraq, ərizənin əsassı z olduğunu qeyd etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)-743/2020) Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Şahbazov Şahbaz Qara oğlu tərəfindən ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3755/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qətnaməsi onların apelyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2012-ci i l tarixli 117 saylı müqavilədə nəzərdə tutulan şərtlərə qiymət verərək hesab etmişdir ki, «Alıcı» müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə müqavilə predmeti olan mənzillərin pulunu müqavilədə göstərilən müddətdə «Satıcı»ya verməmiş, beləliklə «Alıcı» tərəfindən müqavilə üzrə öhdəlikləri tam və vaxtında yerinə yetirilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hazırda «Alıcı» tərəfindən «Satıcı»ya mənzillərə görə ödəniş həyata keçirilməmişdir.» Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlill əri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1 Raqif oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)743/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. İşə baxılarkən cavabdehin apellyasiya şikayətində qeyd etdiyi etirazlara və sübutlara heç bir qiymət verilməmişdir. Cavabdeh tərəfindən apelyasiya şikayətində qeyd olunmuş sübutlar məhkəmə prosesində də bir daha təkrar edilmiş, izahatlar verilmişdir. Məhkəmə isə qətnaməsində bu kimi hüquqi faktları qiymətlən dirməmiş, yalnız formal mülahizələr əsasında iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları təkrarlayaraq demək olar ki, eyni məzmunlu qətnamə qəbul etmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli 117 saylı müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında bağlanmışdır. Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən mülkiyyət cavabdehə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən göründüyü kimi Cavabdeh tərəfindən iddiaçıya hər hansı bir pul vəsaitinin ödənilməsi nəzərdə tutulmamış və həmin müqavilənin icra olunma öhdəliyinin müddəti göstərilməmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satıcı-alıcı mənzilin tam dəyərini ödədikdən və binanın inşası başa çatdıqdan sonra mənzilin açarlarını ona təhvil vermək öhdəliyi daşıyır. Cava bdeh 2012-ci ildən qeyd olunan ünvandakı mənzildə ailəsi ilə birlikdə yaşayır və mənzil təhvil verildikdən sonra təmir işləri aparılaraq 1 il sonra mənzilə köçmüşdür. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şahbazov Şahbaz Qara oğlu (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-743/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlak tələbinə” dair iddiasının rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, Bakı şəhər Nərimanov rayon məhkəməsinin hakimi Abbas Əliyevin icraatında olmuş İddiaçı MMC-nin təsisçiləri İlqar Əliyev və X4 Şahbazov Şahbaz Qara oğluna, Cavabdeh və X8ma qarşı pul tələbinə dair iddia ərizəsinə baxılan zaman mülki işlə əlaqədar tərəfindən Bakı şəhər 31 saylı Dövlət Notariat Kontoruna sorğu verilmiş, Bakı şəhər 31 saylı Dövlət Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 96 saylı məktunundan məlum olur ki, notariat kontorunda İddiaçı MMC-nin təsisçilərinin birgə yığıncağının xx.xx.2013-cü il tarixli № 01 saylı saziş razılaşma protokolunun (xx.xx.2014cü il. Reyster nömrəsi- 7902), İddiaçı MMC- nin təsisçilərinin birgə yığıncağının xx.xx.2014-cü il tarixli № 04 saylı protokolunun (xx.xx.2014-cü il, reyster nömrəsi 7903) və İddiaçı MMC-nin təsisçilərinin birgə yığıncağının xx.xx.2014-cü il tarixli № 05 saylı protokolunun (xx.xx.2014-cü il,reyster nömrəsi 790 5) iclasa sədrlik edən sədr və iclas katibinin imzalarının həqiqiliyi və protokolların surətləri reyesterdə qeydə alınaraq təsdiq olunmuşdur. İddiaçı MMC-nin təsisçilərinin birgə yığıncağının xx.xx.2014-cü il tarixli № 04 saylı protokolunun surətindən (xx.xx.2014-cü il, reyster nömrəsi 7903) görünür ki, ünvan 5 ünvanında inşa edilmiş 1 №-li 2 bloklu yaşayış binasındakı 796,75 kv.m. və M.Əlizadə küçəsi 17 ünvanında inşa edilmiş, 2 №-li 2 bloklu yaşayış binasında 796,75 kv.m, ümumilikdə İddiaçı MMC-nin mülkiyyətində olan 3187,0 kv.m qeyri yaşayış sahəsinin 50%i yəni 1593,5 kv.m təsisçilər arasında bölünmüş, Şahbaz Şahbazova ümumilikdə 398,75 və 34,75 kv.m pay düşmüşdür. X14 digər təsisçilərə 615.000 ABŞ dolları borcu olsaydı ona həmin binalardan qeyri-yaşayış sahəsi verilməzdi və borcundan ç ıxılardı. İddiaçı MMC-nin təsisçilərinin birgə yığıncağının xx xxxxxxx 2014-cı il tarixli, 4 nömrəli protokolundan görünür ki, Bakı şəhəri Nərimanov rayonu 933 saylı məhəllədə X11 küçəsində və M.Əlizadə küçəsi 17 saylı ünvanda yerləşən İddiaçı MMC-nin inşa etdiyi 4 bloklu 1 və 2 nömrəli yaşayış binaları üzrə ümumi faydalı sahə 3187 kv/m. qeyri-yaşayış sahələrinin, İddiaçı MMC-nin təsisçiləri ilə inşaat qrupunun rəhbəri X3 arasında imzalanmış bölgü haqda razılaşmaya uyğun olaraq (məlumat üçün inşaat qrupunun rəhbəri X1 düşən pay 50% olmaqla ümumi faydalı sahə 1593,5 kv/m. təşkil edir). İddiaçı MMC-nin təsisçilərinə məxsus olan 50% hissəsinin, yəni ümumi faydalı sahənin 1593,5 kv/m. qeyri-yaşayış sahəsinin təsisçilər arasında bölünməsi məsələsi müzakirə edilmişdir. Həmin protokoldan görünür ki, tikilən binanın qeyri-yaşayış sahəsinin 50%-i binanı tikən inşaat qrupunun rəhbəri X1 verilmişdir. Belə ki, təsisçilər arasındakı razılaşmaya əsasən onlar inşaat qrupunun rəhbəri X3 ilə razılaşaraq onu hündürmərtəbəli yaşayış binası tikməsi üçün müafıq olaraq Bakı şəhəri X11 küçəsi 16 saylı və M,Əlizadə küçəsi 17 saylı ünvanda yerləşən torpaq sahəsi ilə təmin etmişlər. Bundan sonra inşaat qrupunun rəhbəri X3 öz şəxsi investisayası hesabına o binaları inşa etmiş və sonda həmin binanın ümumi faydalı sahəsi təsisçilərlə onun arasında hər iki tərəfə 50% pay olmaqla bərabər şəkildə bölünmüşdür. Bundan başqa həmin ünvanda yerləşən binada yaşayış sahəsində tikinti aparan şirkətlə təsisçilər arasında 50% tikinti şirkətinə, 50%-i bizə çatmaqla bərabər bölünmüşdür. Bundan sonra həmin binada ol an yaşayış sahələri İddiaçı MMC-nin payına düşən 50% təsisçilər arasında hər təsisçinin payına mütənasib bölündü - Şahbazov Şahbaza 25%, İlham Məmmədova 25%, İlqar Əliyevə 50%. Şahbaz Şahbazov da öz payına düşən mənzillərdən ikisini qardaşı Cavabdeh vermişdir. Protokollarda da qeyd edildiyi kimi Şahbaz Şahbazovun bir təsisçi kimi payına düşən yaşayış və qeyri-yaşayış sahələri mövcud olub və həmin mülkiyyət üzərində onun sərəncam vermək hüququ var. X19 Qara oğlunun İddiaçı MMC-yə hər hansı bir miqdarda borcu olsaydı şirkət tərəfindən ona hər hansı yaşayış və qeyri-yaşayış sahəsi verilməzdi. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Müqavilənin ləğv edilməsinin əsası kimi yalnız İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 117 saylı müqavilə üzrə verilmiş mənzillərə görə olan pulların geri ödənilməməsi göstərilmişdir. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə cavabdehin ərizə verməsinə baxmayaraq iddia müddətinin tətbiq edilməməsi prosessual hüquq pozuntusudur. Həmin məcəllənin 11.1 -ci maddəsinə əsasən Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məsələyə analogiya ilə yanaşsaq xx.xx.2012-ci il tarixli 117 saylı müqavilənin sonuncu icra müddəti xx.xx.2013-cü il tarixi hesab edilməli və altı illik iddia müddətini nəzərə alsaq xx.xx.2019-cu il tarixi sonuncu tələb etmə müddəti hesab edilməlidir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Lakin hazırki mübahisə üzrə tələb hüququ tərəflər arasında bağlanmış müqavilə əsasında meydana gəldiyindən həmin münasibətlərə daşınmaz əşyalarla bağlı müqavilədən irəli gələn tələbələrə dair iddia müddəti, yəni 6 il şamil olunmalı və iddia tələbi iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməli idi. Cavabdeh tərəfindən hər hansı bir pul vəsaitini ödəmək üzərinə öhdəlik götürmədiyi halda ondan həmin öhdəliyinin icrasını tələb etmək maddi hüquq pozuntusudur. İddi açı MMC ilə Cavabdeh arasında r xx.xx.2012-ci il tarixli 117 saylı müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında bağlanılmışdır. Tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən mülkiyyət cavabdehə verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 117 saylı müqavilədən göründüyü kimi Cavabdeh tərəfindən iddiaçıya hər hansı bir pul vəsaitinin ödənilməsi nəzərdə tutulmayıb və həmin müqavilənin icra olunma öhdəliyinin müddəti göstərilməyib. Qeyd etmək lazımdır ki, xx.xx.2012-ci il tarixli 117 saylı müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, Satıcı Alıcı mənzilin tam dəyərini ödədikdən və binanın inşası başa çatdıqdan sonra mənzilin açarlarını ona təhvil vermək öhdəliyi daşıyır. Cavabdeh 2012-ci ildən qeyd olunan ünvandakı mənzildə ailəsi ilə birlikdə yaşayır və mənzil təhvil verildikdən sonra təmir işləri aparılaraq 1 il sonra mənzilə köçmüşdür. Məhkəmə qətnaməsində bu hüquqi faktı müəyyən etmiş, lakin qiymətləndirməmiş, yalnız formal mülahizələr əsasında qərar qəbul etmişdir. Əgər iddiaçı qeyd olunan müqavilə barəsində əhəmiyyətli dərəcədə yanılma və ya aldatma yolu ilə bağlandığını hesab edirdisə, bu zaman əqdin etibarsızlığını məhkəmə qaydasında mübahisələndirə bilərdi. Halbuki iddiaçı belə iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir və qeyd olunan müqavilə indiyə qədər qüvvədədir. Məhkəmə qətnamədə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsini qət etmiş, lakin müqavilənin hansı əsaslarla ləğv edilməsini əsaslandırmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə bu xüsusata əhəmiyyət verməmişdir. İlk bənddə də göstərdiyimiz kimi İddiaçı MMC-nin təsisçiləri ilə qeyri-yaşayış obyektlərinin pay şəklində bölünməsi barədə razılaşdırılmış mənzillərin verilməsi zamanı protokollar tərtib olunmuşdur. Təsisçilərdən biri olan Şahbazov Şahbaz Qara oğlu ilə də eyni protokol imzalanmış, lakin texniki və obyektiv səbəblərdən bu protokol Şahbazov Şahbaza verilməmişdir. Belə bir protokolun mövcudluğunu sübut edən amil qismində hazırda sözü gedən müqavilə çıxış edir. Qanunvericiliyin tələbinə əsasən belə bir protokol mövcud olmasaydı, sözügedən müqavilə tərtib olunmazdı. Sözügedən müqavilə ilə bağlı hazırki mübahisə faktiki olaraq İddiaçı MMC-nin təsisçilərindən biri olan X7 tərəfindən Şahbazov Şahbaza və Cavabdeh qarşı aparılan ədalətsiz mübahisələrin davamı kimi çıxış edir. Analoji sübut kimi İddiaçı MMC-nin təsisçiləri X15 və X7 tərəfindən Şahbazov Şahbaz və Cavabdeh qarşı iddia tələbləri və bununla bağlı qəbul edilmiş məhkəmə qərarlarını qeyd etmək lazımdır. İddiaçı MMC-nin təsisçiləri X15 və X7 həmin MMC-nin təsisçisi Şahbazov Şahbaz Qara oğluna, habelə Cavabdeh və X8ma qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1 114 703 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8633/2019 qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Bütün bu dəlillər onu deməyə əsas verir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-743/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməli və bu zaman Şahbazov Şahbaz Qara oğlunun mənafeyi nəzərə alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili Vəkil1 Raqif oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-743/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edil məsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini,kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Şahbazov Şahbaz Qara oğlunun vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)743/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlak tələbinə” dair iddiasının rədd olunması barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı MMC-nin vəkili X5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya inst ansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-743/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsəl ələrə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tut ulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borclu dan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdə n keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-743/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlayarkən belə nəticəyə gəlmişdir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilədə nəzərdə tutulan şərtlərə qiymət verərək hesab etmişdir ki, “Alıcı” müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə müqavilə predmeti olan mənzillərin pulunu müqavilədə göstərilən müddətdə “S atıcı”ya verməmiş, beləliklə “Alıcı” tərəfindən müqavilə üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hazırda “Alıcı” tərəfindən “Satıcı”ya mənzillərə görə ödəniş həyata keçirilməmişdir. İddiaçı tərəfin dəlillərinə görə Cavabdeh MMC-nin təsisçisi Ş.Şahbazovun qardaşı olduğundan onunla güzəştli şərtlərlə həmin binada mənzil alğı-satqısına dair müqavilə bağlamış, mənzilin dəyərinin ödənilməsinin uzun müddət ləngidilməsinin səbəbinin məhz müəssisənin təsisçisi Ş.Şahbazovun alıcının qardaşı olması və təsisçilər arasında münasibətlərin yaxşı olması zəminində dözümlülüklə yanaşılmışdır. Hal-hazırda alıcının qardaşı Ş.Şahbazovla digər təsisçilər arasında münasibətlər pozulmuş, onlar arasında çoxsaylı məhkəmə mübahisələri var. Bu zəmində, al ıcıdan müqavilə öhdəliklərinin yerinə yetirilməsi, yəni aldığı mənzillərə görə ödəmənin həyata keçirilməsi tələb olunmuş, o isə, aldığı mənzillərin pulunu ödəməkdən imtina etmişdir. Ona görə də, iddiaçı müqavilədən imtina edərək onların ləğv edilməsini və mənzillərin boşaldılaraq MMC-yə təhvil verilməsinə dair tələb irəli sürmüşdür. Cavabdeh iddiaya etirazının dəlillərinə görə o, həmin mənzillərə görə ödəniş həyata keçirməli deyil, çünki həmin mənzillər onun qardaşı Ş.Şabazovun MMC-də olan təsis payının müqabilində əvəzsiz olaraq qardaşına ayrılmış mənzillərdir, sadəcə olaraq, qardaşı öz payına düşən iki mənzili ona vermişdir. O, müqavilə bağlandıqdan bir il sonra həmin mənzilləri təmir edərək oraya köçmüş, xeyli müddət keçməsinə baxmayaraq ondan heç vaxt mənzillərə görə ödəniş tələb olunm amışdır, bu da onu təsdiq edir ki, həqiqətən də, həmin mənzillər ona əvəzsiz olaraq verilmişdir. Həmin mənzillərin onun qardaşı Ş.Şahbazovun MMC-dəki təsis payına müvafiq verilməsini təsdiq edən təsisçilərin protokol qərarı mövcuddur, lakin o, həmin sübutu əldə edə bilmədiyindən məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı MMC Cavabdeh etirazına aid olan dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin binada təsisçilərin payına müvafiq mənzillərin ayrılmasında dair bütün hallarda təsisçilərin protokol qərarları mövcuddur, Cavabdeh satılmış mənzillərə dair belə protokol qərarları mövcud deyil. İkincisi, əgər həqiqətən də, həmin mənzillər alıcının qardaşı Ş.Şahbazovun təsis payına uyğun olaraq verilmiş olsaydı, onda, ən azından, müqavilədə müvafiq qaydada qeyd, yəni “təsis payının əvəzi kimi” və ya “əvəzsiz olaraq” sözləri yazılmalı idi, lakin alıcı ilə bağlanan hər iki müqavilənin qiyməti ilə bağlı hissədə belə qeydlər aparılmamış, əvəzində isə, həmin hissədə “xxxx” (müqavilənin 2.1-ci bəndi) ifadəsi qeyd edilmişdir. İşin halları ilə müəyyən olunur ki, “İddiaçı MMC-nin direktoru H.İbrahimov bir tərəfdən və fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən, İddiaçı MMC Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri tikilmiş halda “Alıcıya” satmağı, Cavabdeh isə mənzillərin qiymətini “razılaşdırma yolu” şərti ilə həmin mənzilin dəyərini ödəməklə “Satıcı” İddiaçı MMC-yə ödə məyi öhdəsinə götürmüşdür. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli mənzillər iddiaçı tərəfindən məhz müqavilə bağlanandan sonra cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təmir edilərək keçən müddət ərzində orada yaşayır. İşin mübahisə edilən halları isə mənzillərin əvəzli və ya əvəzsiz müqavilələr əsasında cavabdehə verilməsi, mənzilin dəyərinin ödənilməli olması və ödənilməli olmaması, cavabdehin mənzildən istifadə və sahibliyinin qanuni əsaslarla olub-olmaması ilə bağlıdır. İddiaçı tərəfin məhkəmələr tərəfindən müəyyən edilən mövqeyinə görə cavabdehin mənzildən istifadə və sahibliyi üçün qanuni əsaslar mövcud deyildir. Bu zaman isə cavabdehin üzərinə düşən öhdəliyi, yəni mənzillərin dəyərinin ödənilməməsinə istinad edilir. Bu halda məhkəmələrin müəyyən etməli olduğ u hal müqavilə üzrə cavabdehin üzərinə belə bir öhdəliyin qoyulmasının müəyyən olunması ilə bağlı olmalı idi. İstinad olunan müqavilədə mənzillərin ölçüsü, sıra sayı və mərtəbəliliyi göstərilmiş olsa da, məhz mənzillərin hər kv. metrinin hansı qiymətə və cəmi olaraq hansı məbləğə satılması ilə bağlı qeyd mövcud deyildir. Müqavilədə cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmadığı halda onun mənzillərin dəyərinin ödəməli olması nəticəsinə gəlinməsi anlaşılan hesab edilə bilməz. İşin bu halı aydınlaşdırılmadan isə cavabdehin öhdəliyinin mövcudluğunu müəyyən etmək mümkünsüzdür. Bununla qarşılıqlı olaraq isə məhkəmələr cavabdeh tərəfin etirazında olan dəlillərinin (yəni mənzillərin qardaşının MMC-də olan payının əvəzinin bir hissəsi olaraq qardaşına verilməsi ilə bağlı onunla müqavilə bağlan dığının) araşdırılması zəruri olmuşdur. Cavabdeh tərəf həmin dəlilləri ilə bağlı olaraq MMC-nin təsisçiləri arasında rəsmiləşdirilmiş və həm birinci, həm də apellyasiya instansiya məhkəməsinin istinad etdiyi protokollara istinad edir. Bu halda həm iddiaçının dəlillərinin, həm də cavabdehin dəlillərinin aydınlaşdırılması üçün apelyasiya instansiya məhkəməsi müvafiq araşdırma aparmalı və mövcud sübutlar qarşılıqlı olaraq qiymətləndirilməli, onların mübahisəyə aidiyyətnin olub-olmamasını yoxlamalı idi. Lakin məhkəmə faktiki olaraq cavabdehin dəlilləri üzrə araşdırma aparmamış, yalnız iddiaçı tərəfin izahatına və dəlillərinə istinad edərək cavabdehin mənzildən istifadə və sahibliyi üçün qanuni əsasların mövcud olmaması nəticəsinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, müqavilədə mənzillərini n dəyərinin hansı müddətdə və hansı məbləğdə ödənilməli olması müəyyən olunmamış, «xxxx» ifadəsi müqaviləyə hansı səbəbdən daxil edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onlar ın vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmuş və razıdırsa, bu şərt ləri qəbul etmək imkanına malik olsun. (Mülki Məcəllənin 418.1-ci maddəsi). Müqavilənin standart şərtləri müqavilənin tərkib hissəsinə çevrildikdə, hüquqi qüvvə alır. Bunun üçün müqavilənin standart şərtlərini təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə bu barədə yazılı qeyd aparmaqla bu şərtlərə istinad etdiyini bildirməlidir. Bu, standart şərtlərin irəli sürülməsini təklif edən tərəfin iradəsinin ifadəsi olduğunu göstərir və digər tərəfin həmin şərtlərlə tanış olmasına imkan yaradır. Standart şərtlərin ünvanlandığı digər tərəf həmin şərtlərlə tanış olaraq onları qəbul edib-etməmək haqqında qərara gəlməlidir. Xüsusilə qeyd edilməlidir ki, Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, Mülki Məcəllənin 419.2-ci maddəsinin mənasına görə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan müqavilə mənzillərin dəyərinin «xxxx» ödənilməli olmasını müqaviləyə daxil edən MMC-nın ziyanına (əleyhinə) təfsir edilməlidir. Göstərildiyi kimi müqavilədə mənzillərin dəyəri, hissə-hissə ödənilməli idisə, hansı müddətdə və hissəhissə olaraq hansı məbləğdə ödəməli olmasına dair hər hansı şərt yoxdur və müqaviləyə əlavə olan hər hansı razılaşma da mövcud deyildir. Cavabdeh isə əksinə müqaviləyə daxil edilmiş ifadəyə istinad edərək mənzilin dəyərinin ödəməli olmamasına və mənzilləri qardaşı Ş.Şahbazovun MMC-də payının müqabilində ona verildiyinə istinad edir. Qeyd edilməlidir ki, iddia çı müqavilə bağlanarkən müvafiq qeydə etiraz etməmiş, onu olduğu şəkildə imzalamışdır. Bu halda isə cavabdehin iddiaçı qarşısında öhdəliyinin mövcud olması sübut olunmadan cavabdehin mənzillər üzərində sahibliyinin qanunsuz olması nəticəsinə gəlmək bağlanmış müqavilənin şərtlərinə uyğun hesab edilə bilməz. Cavabdeh və müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Şahbazov Şahbaz Qara oğlu kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin t ələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdi yi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Şahbazov Şahbaz Qara oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-743/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar