Məhkəmə qərarları › İş №2(102)-492/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-492/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mən
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-492/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-492/21 (Açar sözlər: kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma, müqavilənin etibarsızlığı, əqdlərdə müddət) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı vəkili Vəkil1, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə borcunun ödənilməsi və mənzildən çıxarılma” barədə ilkin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və ziyanın tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3842/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 27.000 (iyirmi yeddi min) manat məbləğində kirayə borcunun onun xeyrinə tutulması və cavabdehlərin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, 1208 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 3 saylı notariat kontorunda xx xxxxxx 2016-cı il tarixli, AN-İ №0528493 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.

3. Müqaviləyə əsasən iddiaçı cavabdehin mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 1208-i 65.000 manat ödəməklə əldə etmişdir.

4. Elə həmin tarixdə də Cavabdeh2 həyat yoldaşı, digər cavabdeh olan Cavabdeh1 aldığı mənzili onların özlərinə kirayə verməyi iddiaçıdan xahiş etmiş və bununla bağlı razılıq əldə ol unandan sonra İddiaçıla Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə kirayə müqaviləsi bağlanmışdır.

5. Aralarında əldə olunmuş razılığa əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 1208-i hər ay 1000 manata Cavabdeh1 kirayəyə vermişdir. Həmin tarixdən qeyd olunan mənzildə cavabdehlər kirayə yaşayırlar.

6. Cavabdeh1 xx.xx.2016-cı il tarixədək kirayə haqqını ödəməmişdir.

7. Cavabdeh1 xx.xx.2016-cı il tarixdə bu barədə qəbz yazaraq xx.xx.2016-cı il tarixədək möhlət istəmişdir. Bundan sonra Cavabdeh1 2018-ci ilin yanvar ayınadək kirayə haqqından hissəhissə olmaqla cəmi 17000 manat ödəsə də, bu günədək qalan 27.000 (iyirmi yeddi min) manat kirayə borcunu ödəməmiş, eyni zamanda mənzildən çıxmamışlar.

8. İddiaçı dəfələrlə müraciət etsə də, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildən çıxmamış və müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi kobud surətdə pozmuş və faktiki olaraq mənzilindən qanunsuz olaraq istifadə etmişlər.

9. İddiaçı mülkiyyətçi olduğu halda, öz mülkiyyətində olan mənzildən istifadə edə bilmir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152, 154, 157.2, 164.1, 165.1, 178.8, 324, 385.1, 386.1, 399.1, 425.1, 430.1, 442 və 675-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh1 və Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Nərimanov rayonu, 1956/1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, 1208 saylı mənzil barədə İddiaçı ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız h esab edilməsi, həmin mənzilin X1 qızının mülkiyyətinə qaytarılması, İddiaçı əsas borc üzrə 14000 dollar pulun tutularaq onlara ödənilməsi, İddiaçı qanunsuz hərəkətlərinə görə keçirdikləri mənəvi sarsıntı və əzablara görə 10000 manat məbləğində mənəvi zərərin əvəzinin İddiaçı tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılıb ki, ilkin iddiaçı işin faktiki halları ilə bağlı məhkəməyə yanlış məlumat vermişdir. Əslində, aralarında bağlanan əqd başqa əqd olmuşdur, iddiaçı yanlış olaraq qeyd edir ki, guya evi ona kirayə verib.

13. Cavabdeh1 2013-cü ildə X1 qızı ilə ailə həyatı qurmuşdur. Bakı şəhəri, Nərimanov rayonu 1956-1989-cı məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 1208 qarşılıqlı iddiaçılara məxsus olmuşdur.

14. Cavabdeh1 cavabdeh İddiaçı təxminən 2016-cı ilin yanvar ayında tanışı İlqar vasitəsilə tanımışdır. İlqar Vahidi tapmış, sonuncu da Rafiqlə onları görüşdürmüşdür.

15. Cavabdeh1 Rafiqlə razılaşıb ki, evi formal olaraq Rafiqə satacaq, bunun əvəzində Rafiq 40000 dollar borc verəcək, Cavabdeh1 pulu qaytaracağı təqdirdə Rafiq də evi qaytaracaq.

16. Cavabdeh1 bu barədə arvadı Cəmiləyə də demiş və Cəmilə də razılaşmışdır.

17. Buna görə Cavabdeh1 arvadı Cəmilə formal olaraq xx xxxxxx 2016 cı il tarixdə notarial qaydada 195000 manat bazar dəyəri olan Bakı şəhəri, Nərimanov rayonu 19561989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 1208-i Rafiqə 65000 manata “satmış” və Rafiq həmin 65000 manatı, yəni 40000 ABŞ dolları pulunu ona vermişdir.

18. Rafiqlə olan alqı-satqı formal olduğundan qarşı lıqlı iddiaçılar həmin evdə yaşamaqda davam edəcəkdilər. Buna görə evdə qalmaqlarını əsaslandırmaq üçün Rafiq onlara kirayə müqaviləsi bağlamağı təklif etmiş və razılaşaraq xx xxxxxx 2016-cı il tarixdə onunla kirayə müqaviləsi bağlamışlar.

19. Sonradan isə Cavabdeh1 başa düşmüşdür ki, Rafiq həmin kirayə müqaviləsini öz dələduzluq niyyətini gizlətmək məqsədi ilə bağlamışdır.

20. Hazırda bu işlə bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində İddiaçı barəsində cinayət işi başlanmışdır, şahidlərin ifadəsi ilə və üzləşmə prosesində alqı-satqı müqaviləsinin və kirayə müqaviləsinin formal bağlandığı sübuta yetirilmişdir.

21. Bundan sonra Rafiq həmin pulu hissə-hissə alaraq işə yatıracağını bildirmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 də Rafiqə inanaraq hər dəfə o, istədikcə müxtəlif vaxt larda Rafiqə 2000-3000 ABŞ dolları pul verməyə başlamışdır.

22. Həmin xırda məbləğlərdən əlavə isə Cavabdeh1 Rafiqə bir dəfə 20000, bir dəfə isə 10000 (on min) ABŞ dolları məbləğində pul vermişdir. Çünki, Rafiq hər dələ nə qədər çox pul yatırım edərsə, bir o qədər tez də biznesə yiyələnəcəyini deyərək Cavabdeh1 şirnikləndirmişdir.

23. Bu minvalla Cavabdeh1 2016-cı il ərzində Rafiqə 54000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin ərəfələrdə də, bir neçə dəfə Rafiqdən biznesin nədən ibarət olacağı, hansı vaxtdan biznesə başlayacaqlarını, nə vaxt pul qazana biləcəyini soruşanda Rafiq hər dəfə onu aldadaraq narahat olmamağını, yaxın vaxtlarda pul qazanacaqlarını bildirmişdir.

24. Rafiqin ona verdiyi 40000 ABŞ dolları dəyərində pulu, üzərinə 14000 ABŞ dolları qoymaqla Rafiqə verdikdən sonra a rtıq pulunun qalmadığını, heç bir real işlə məşğul olmadığını ona bildirib evini geri qaytarmasını ondan tələb etməyə başlamışdır.

25. Bundan sonra Cavabdeh1 başa düşmüşdür ki, Rafiqin qabaqcadan məqsədi onun evini və pulunu ələ keçirmək olmuşdur. Hazırda ilkin iddiaya görə İddiaçı qanunsuz və əsassız olaraq onu aldadaraq aldığı evdən çıxmağı və üstəlik də 27000 manat pul ödəməyini də tələb edir.

26. Bu hadisələr nəticəsində sarsıntı keçirmişdir. Mənəvi zərəri 10000 qiymətləndirir.

27. Qarşılıqlı iddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 23 və 340-cı maddələrinə istinad etmişlər.

28. Cavabdeh (ilk iddiaçı) İddiaçı qarşılıqlı iddia tələbinə müddətin tətbiq barədə ərizə vermişdir.

29. Qarşılıqlı iddiaçılar qarşılıqlı iddiaya əlavə verərək, Bakı şəhəri, Nərimanov rayon 1956/1989-c ıı məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, 1208 saylı mənzil barədə İddiaçı ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin mənzil barədə İddiaçı adına aparılmış qeydin və çıxarışın ləğv edilməsi, mənzil barədə X2 adına olan çıxarışın bərpa edilməsi, İddiaçı 14000 ABŞ dollarının tutularaq onlara ödənilməsi və İddiaçı qanunsuz hərəkətlərinə görə keçirdikləri mənəvi sarsıntılara görə 10000 manat məbləğində mənəvi zərərin sonuncudan tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

30. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2019 nömrəli, 25 dekabr 2019cu il tаrixli qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şə həri, Nərimanov rayonu, 1956-1989-cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 1208 (Yeni qaydalarla AZ1052, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, qalan hissədə ilk iddianın təmin edilməməsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin geri qaytarılması, maddi və mənəvi ziyanın tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. (hakim Kəmalə Əmirxanova)

31. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən şahid ifadələrinə hüquqi qiymət verərək, ilk iddia ərizəsi üzrə müəyyən etmişdir ki, Cavabdeh2 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989cu məhəllə, Əliyar Əliyev küçəsi, ev 26, mənzil 1208 (Yeni qaydalarla AZ1052, ünvan 1 İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdehlər tərəfindən qeyd edilən mənzil boşaldılmamış və hazırda da cavabdehlər həmin mənzildə yaşıyırlar.

32. Birinci instansiya məhkəməsi hesab edib ki, işin müəyyən edilmiş bu halı mənzilin hazırkı mülkiyyətçisinin mülkiyyət hüquqlarını pozur.

33. Bununla belə, birinci instansiya məhkəməsi ilk iddianı 27.000 manat məbləğində kirayə pulunun tutulması hissəsində təmin etməmiş, bunu da həmin hissədə ilk iddianın sübuta yetirilməməsi ilə əsaslandırmışdır.

34. Qarşılıqlı iddia tələbi ilə bağlı isə birinci instansiya məhkəməsi qeyd edib ki, əqdin etibarsızlığı dedikdə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdl ər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur.

35. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən belə qənaətə gəlib ki, müqavilənin etibarsız hesab edilməsi hissəsində qarşılıqlı iddia əsassızdır.

36. Məhkəmə həm də hesab edib ki, qarşılıqlı iddia tələbi iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir.

37. Birinci instansiya məhkəməsinin mövqe yinə görə Cavabdeh2 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi xx xxxxxx 2016-cı il tarixdə bağlanmış, buna baxmayaraq hazırki iddia tələbi ilə iddiaçı 2019-cu ilin oktyabr ayında məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etməklə, müqavilənin etibarsızlığının mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür.

38. Məhkəmə qeyd edib ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

39. Birinci instansi ya məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarına istinad edərək qeyd edib ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır.

40. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı 14.000 ABŞ dolları məbləğində pulun tutulması barədə iddianı sübuta yetirilməməsi əsası ilə təmin etməmişdir.

41. Mənəvi zərərin əvəzinin tutulması barədə qarşılıqlı iddia ərizəsi üzrə isə məhkəmənin mövqeyi belə olub ki, qarşılıqlı iddia tələbi əsas hissədə sübuta ye tirilmədiyindən və təmin edilmədiyindən ondan törəmə olan mənəvi zərər tələbi də təmin edilə bilməz.

42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 158.3, 178.1, 425, 442, 337, 339.1, 340.2, 354.1, 354.2, 372.1, 375.2, 376, və 377.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

43. Cavabdehlər (qarşılıqlı iddiaçılar) apelyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş ediblər.

44. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmaqla, şikayətdə işin faktiki hallarına, birinci instansiya məhkəməsinin işə qərəzli baxmasına, işin faktiki hallarını ümumiyyətlə araşdırmamasına, qarşılıqlı iddia ərizəsinin dəlillərinə hüquqi qiymət verməməsinə, mübahisəsi gedən mənzilin onların faktiki sahibliyində və istifadəsində olmasına, mənzilin götürülmüş borc qarşılığında formal olaraq Rafiqin adına rəsmiləşdirilməsinə əhəmiyyət verməməsinə, iddia müddətinin tətbiqi ilə bağlı qanunvericiliyi düzgün təfsir etməməsinə istinad edilib.

45. İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı da apellyasiya şikayəti verərək, ilk iddia tələbinin təmin edilməyən hissəsində qətnamənin ləğv, ilk iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

46. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırıb ki, kirayə borcunun ödənilməsi ilə bağlı sübut olmadığı halda, birinci instansiya məhkəməsinin həmin hissədə iddianı rədd etməsi düzgün olmayıb.

47. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3842/2020 nömrəli, xx xxxx 20 20-ci il tarixli qətnaməsi ilə İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə borcunun ödənilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddiası təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və ziyanın tutulması” barədə qarşılıqlı iddia tələbləri qismən təmin olunmuş, ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzilə dair Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli AN-İ № ******* seriya nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqavilə əsasında İddiaçı adına xx.xx.2019cu il tarixdə verilmiş RX ******* seriya nömrəli çıxarış (müvafiq qeydiyyat) ləğv olunmuş, Cavabdeh2 adına ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzilə dair xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyat bərpa edilmiş, qarşılıqlı iddia tələblərini qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Fuad Babayev)

48. Apellyasiya instansiyası işdəki sübutlar, o cümlədən apellyasiya baxışında dindirilmiş şahidlərin ifadəsinə əsasən müəyyən etmişdir ki, Bakı şəhəri 3 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə bağlanmış alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 2 ün vanında yerləşən 1208 saylı mənzilini 65 000 manata İddiaçı satmış, müqavilədə satıcının mənzili xx.xx.2016-cı il tarixinədək alıcının (İddiaçı) faktiki sahibliyinə verəcəyi razılaşdırılmış, xx.xx.2019-cu il tarixdə mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmaqla ona müvafiq çıxarış verilmişdir. Həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi xx.xx.2016-cı il tarixində Cavabdeh2 həyat yoldaşı Cavabdeh1lə İddiaçı öz aralarında kirayə müqaviləsi bağlamış, bu müqaviləyə görə mübahisəsi gedən mənzil xx.xx.2018-ci il tarixinədək aylıq kirayə haqqı 2000 (iki min) ABŞ dolları olmaqla Cavabdeh1 kirayəyə verilmişdir. Sözügedən mənzildə hazırda da Cavabdeh1 və Cavabdeh2 yaşayır.

49. Apellyasiya instansiy ası qeyd edib ki, İddiaçı barəsində onun, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Cavabdeh2, sonuncunun əri Cavabdeh1 hər ay 5%, yəni 2000 ABŞ dolları ödəmək şərtilə sələmə verəcəyi 40000 ABŞ dolları pulun müqabilində girov qoyulacaq daşınmaz əmlakı pul ödəniləndən sonra geri qaytaracağını vəd edərək Cavabdeh2 adına olan ünvan 2 ünvanında yerləşən 1208 saylı mənzili girov adı ilə xx.xx.2016-cı il tarixdə 3 saylı notariat kontorunda öz adına 65000 manata alqı-satqı etməsi, bundan sonra Cavabdeh1 verdiyi faktiki 32800 ABŞ dolları pula görə 2017-ci ilin ayınadək 54 000 ABŞ dollarının ona ödənməsinə baxmayaraq mənzili qaytarmaqdan imtina edib xx xxxxx 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzilə dair öz adına çıxarış alm aqla Cavabdeh2 200 000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi barədə cinayət işi başlanmış və hazırda həmin işin icraatı davam etməkdədir.

50. Apellyasiya instansiyası işin müəyyən olunan hallarına əsaslanaraq belə qənaətə gəlib ki, Cavabdeh2 ilə İddiaçı arasında mübahisəsi gedən mənzilin alqı-satqısı ilə bağlı hər hansı danışığın, müzakirənin, razılaşmanın olmadığı, onların arasında müqavilənin alqı-satqını həyata keçirtmək niyyəti ilə deyil, Cavabdeh2 həyat yoldaşı olan Cavabdeh1 İddiaçı aldığı borcu təminat altına almaq üçün bağlandığı, alqı-satqı müqaviləsinin onu bağlayan subyektlərin həqiqi iradəsini əks etdirməyərək əslində Cavabdeh1 RafiqHüseynova olan borcunun təminat altına alınması məqsədinə yönəldiyi, mənzilə görə İddiaçı tərəfindən pul ödənmədiyi, pulun Cavabdeh1 borc ol araq verildiyi müəyyən edilmişdir.

51. İşin bu halları qarşılıqlı iddia tələbinin əsaslandığı faktiki hallar olmaqla mənzil barədə xx.xx.2016-cı il tarixdə İddiaçıla Cavabdeh2 arasında bağlanmış alqı-satqısı müqaviləsinin məzmunu, İddiaçı barəsində başlanmış cinayət işi üzrə qərarla müəyyən olunan hallar, habelə şahid ifadələri ilə öz təsdiqini tapmışdır.

52. Apellyasiya məhkəməsi xüsusilə qeyd edib ki, mübahisələndirilən alqı-satqı müqaviləsində mənzilin xx.xx.2016-cı il tarixində İddiaçı təhvil verilməli olmasının razılaşdırılması İddiaçıla Cavabdeh1 arasında mənzilə dair xx.xx.2016-cı il tarixdə kirayə müqaviləsinin bağlandığını inandırıcı hesab etməyə imkan vermir; həmçinin qeyd olunmalıdır ki, İddiaçı kirayə haqqının aylıq 1000 manat olduğunu bildirdiyi halda, kirayə müqaviləsində bu məbləğ 2000 ABŞ dolları olaraq göstərilmiş, eyni zamanda o, mənzilin hansı səbəblə “kirayə haqqını ödəməyən” şəxslərin sahibliyində və istifadəsində qalmış olduğunun və nəyə görə 2016-cı ilin yanvar ayında satın aldığı mənzili 2019-cu ildə mülkiyyətinə keçirdiyinin məntiqli izahını verə bilməmişdir.

53. İşin hallarına əsasən apellyasiya məhkəməsi hesab edib ki, alqı-satqı müqaviləsi bağlamalarına baxmayaraq ilkin İddiaçıla Cavabdeh2 arasında müvafiq hüquq münasibəti yaranmamış, müqavilə imzalanarkən onların arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmamış, beləliklə də qanunvericinin müqavilənin etibarlılığı üçün nəzərdə tutduğu əsas şərt reallaşmamışdır. Başqa sözlə, tərəflər əslində ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan hərəkət etmişlər.

54. Bu qənaətə gələrkən apellyasiya məhkəməsi həmçinin ona istinad edib ki, əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə (və ya yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satmaqda) sərbəst olsa da, iş materiallarındakı qiymətləndirmə rəyindən, habelə tərəflərin həm hazırkı məhkəmə icraatı, həm də cinayət işinin araşdırılması zamanı verdikləri izahatlardan bazar dəyərinin təxminən 200 000 manat civarında olduğu aydın olan mənzilin dəfələrlə (təxminən 3 dəfə) ucuz satılması ağlabatan və məntiqli deyildir.

55. Apellyasiya məhkəməsinə görə xx.xx.2006-cı il tarixli AN-İ № ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin sözügedən mənzilin alqı-satqısı üçün deyil, məhz “borcu təminat altına almaq üçün” bağlanmış olması mülki qanunvericiliyin yalan əqdlə bağlı müddəalarının disp ozisiya əlamətlərinə uyğun gəlir. Bu o deməkdir ki, Cavabdeh1 və Cavabdeh2 həmin müqavilənin etibarsızlığı ilə bağlı irəli sürdükləri faktiki hallar, onların bu tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır.

56. Apellyasiya məhkəməsinin qənaəti belə olub ki, İddiaçıla Cəmilə Musazdə arasında ünvan 4 ünvanında yerləşən 1208 saylı mənzilə dair Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bilməz. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativhüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir.

57. Apellyasiya məhkəməsi qeyd edib ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etib arsızlığı onun hüquqi nəticələrinin də aradan qaldırılmasını zəruri edir və bu mənada həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat, habelə ona verilmiş çıxarış ləğv olunmalı, Cavabdeh2 adına aparılmış qeydiyyat bərpa edilməlidir.

58. Bununla belə, apellyasiya məhkəməsi etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görməyib. Apellyasiya məhkəməsi qey edib ki, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işdə mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi görünüş üçün həyata keçirilmiş və ilkin iddiaçı alqı-satqıya görə Cavabdeh2 pul vəsaiti ödəməmişdir. Həmin pul Cəmilə Musazədənin əri Cavabdeh1 daha əvvəldən borc ola raq verilmişdir və İddiaçı həmin borcu (yaxud onun ödənməyən hissəsini) məhz Cavabdeh1 ümumi əsaslarla tələb edə bilər.

59. Apellyasiya məhkəməsi ilkin iddiaçının iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə də münasibət bildirməyi zəruri hesab edib və göstərib ki, qarşılıqlı iddia ərizəsi mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 3 il 9 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə verilmişdir.

60. Apellyasiya məhkəməsi vurğulayıb ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülübötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür.

61. Apelly asiya instansiyası müəyyən edib ki, mübahisələndirilən alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlansa da, qarşılıqlı iddiaçılar hazırkı dövrədək həmin müqavilənin predmeti olan mənzildə yaşamaqdadırlar və yalnız ilkin iddiaçı onlara qarşı iddia qaldırdıqdan sonra ona qarşı qarşılıqlı iddia irəli sürmüşlər.

62. Apellyasiya instansiyası hesab edib ki, qarşılıqlı iddiaçıların öz hüquqlarının pozulduğunu mübahisələndirilən müqavilənin bağlandığı tarixdə bilmiş olduqları qənaətinə gəlmək işin hallarına uyğun olmamaqla ağlabatan mühakimə əsasında məntiqli də deyildir. Əksinə, onların öz hüquqlarının pozulduğunu məhz İddiaçı iddia tələbindən sonra bildikləri qənaətinə gəlmək daha ağlabatandır.

63. Eyni zamanda xx xxxxxx 2016-cı il tarixli müqavilənin hüquqi qüvvəsi ilə bağlı şərh olunanl ara əsasən apellyasiya instansiyası ilkin iddia tələblərini əsassız hesab edib və bununla əlaqədar əlavə əsaslandırma aparılmasına zərurət görməyib.

64. Apellyasiya instansiyası mövqeyini Mülki Məcəllənin 337, 347.1, 354.1, 354.2, 404.1, 404.2, 375 və 377.1-ci maddələrinə, hüququn tətbiqi ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

65. İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın tə min, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

66. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya məhkəməsi təqdim edilmiş sübutlara istinad etməmiş, qərəzli olaraq cavabdehlərin heç bir əsası və sübutu olmayan mövqelərini müdafiə etmişdir.

67. Bundan başqa, sübut növü kimi məhkəməyə “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx xxx 2020-ci il tarixli Qərar təqdim edilmiş, lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qərəzli olaraq həmin qərara istinad etməmişdir. Halbuki, qeyd olunan qərara əsasən cinayət işi üzrə İddiaçı, X6 və digərlərinin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyi üçün cinayət işi üzrə icraata xitam verilmiş və iş üzrə zərərçəkmiş şəxslər X4 və X1 qızının zərərçəkmiş şəxs stat usları ləğv edilmişdir.

68. Apellyasiya instansiyası məhkəməsi qətnamədə göstərmişdir ki, Cavabdeh2 ilə İddiaçı arasında mübahisəsi gedən mənzilin alqı-satqısı ilə bağlı hər hansı danışıq, razılaşma olmayıb, müqavilə alqı-satqını həyata keçirtmək niyyəti ilə deyil, Cavabdeh2 həyat yoldaşı olan Cavabdeh1 İddiaçı aldığı borcu təminat altına almaq üçün bağlanmışdır. Lakin apelyasiya məhkəməsi qeyd olunanların nəyə və hansı sübuta əsasən müəyyən etdiyini qeyd etməmişdir.

69. Əksinə, Cavabdeh2 ilə İddiaçı arasında mübahisəsi gedən mənzillə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə, notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış, hətta mənzil birgə nikah dövründə əldə olunduğu üçün iş üzrə digər Cavabdeh1 notariat kontorunda mənzilin satılması ilə bağlı razılıq ərizəsi vermiş, qanunveri ciliyin tələblərinə uyğun olaraq mənzilin razılaşdırılmış dəyəri R.Hüsevnov tərəfindən notariusun müvafiq bank hesabına ödənilmiş və sonradan həmin hesabdan məbləği satıcı qismində Cavabdeh2 əldə etmişdir.

70. İddiaçıla Cavabdeh1 arasında guya əvvəllər borc münasibətlərinin olması sübut olunmur. Ümumiyyətlə, belə bir hal mövcud olmamışdır.

71. Şahid ifadələrinə istinad edilməsi düzgün olmayıb. Şahidlər ifadələrində göstərdiklərini Cavabdeh1 onlara söylədiklərinə əsasən dediklərini, özlərinin isə hər hansı bir borc münasibətinin şahidi olmadıqlarını, Cavabdeh1 R.Hüsevnovdan pul almasını görmədiklərini qeyd etmişlər.

72. Hazırkı halda qarşılıqlı iddiaçılar müddət keçdiyi üçün iddia ərizəsində qeyd etdikləri alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmək hüququnu itirmişlər.

73. Q arşılıqlı iddiaçıların öz hüquqlarının pozulduğunu məhz İddiaçı iddia tələbindən sonra bildikləri barədə apellyaisya məhkəməsinin gəldiyi qənaət düz olmamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

74. Kassasiya şikayətinə qarşı cavabdehlərin (qarşılıqlı iddiaçıların) yazılı etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin əsassız olmasına, mənzilin alqı-satqı müqaviləsinin faizə götürülmüş borcun qaytarılmasının qarantı kimi bağlanmasına istinad edilib. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

75. Məhkəmə kollegiyasının iclasında iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

76. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh1 vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67. 1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.

77. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, digər cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edili r. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlar la təsdiq oluna bilməz. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Madd ə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

78. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

79. Hazırkı kassasiya şikayətində iddiaçı (qarşılıqlı cavabdeh) apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarının düzgün hesab etmir.

81. Qar şılıqlı iddiada iddiaçılar tələbin faktiki halı kimi əvvəlcə Cavabdeh1 təcili pul lazım olmasına, sonra isə həmin pulun İddiaçı tərəfindən işə yatırılacağına, bu məqsədlə Cavabdeh1 İddiaçı bir dəfə 20000, bir dəfə isə 10000 (on min) ABŞ dolları məbləğində pul verməsinə, İddiaçı da hər dələ nə qədər çox pul yatırım edilərsə, bir o qədər tez də biznesə yiyələnəcəyini deyərək Cavabdeh1 şirnikləndirməsinə istinad etmişlər. (Hazırki qərarın 15, 21, 22-ci bəndləri)

82. Göründüyü kimi, qarşılıqlı iddiada ziddiyyətli faktiki əsaslara istinad edilmişdir. Lakin apellyasiya məhkəməsi bu ziddiyyətə aydınlıq gətirməmiş, pula ehtiyacı olması səbəbindən Cavabdeh1 İddiaçı pul alması, ya biznes üçün Cavabdeh1 İddiaçı pul verməsi halı müəyyən edilməmişdir.

83. Apellyasiya məhkəməsi mənzilin xx.xx.2006-cı il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsinin Cavabdeh2 həyat yoldaşı olan Cavabdeh1 İddiaçı aldığı borcun təminatı kimi bağlanması halını müəyyən edərkən, digər hallarla yanaşı, alqı-satqısı müqaviləsinin məzmununa, şahid ifadələrinə və cinayət işi üzrə qərarla müəyyən olunan hallara istinad etmişdir. Məhkəmə kollegiyası bunu da əsaslı hesab etmir.

84. Əvvəla alq-satqı müqaviləsinin məzmunu məhz tərəflər arasında alqı-satqı münasibətlərini təsdiq edir, hər hansı başqa nəticəyə gəlməyə əsas vermir.

85. Bundan başqa, apellyasiya məhkəməsinin istinad etdiyi şahid ifadələri sübut kimi MPM-in 80, 81 və 88-ci maddələrinə əsasən aidlik və mümkünlük tələbləri baxımından qiymətləndirilməyib. Belə ki, şahid ifadələri qarşılıqlı iddiaçının sözlərinə istinadən verilən məlumatlara söykənib.

86. Apellyasiya məhkəməsinin sübut kimi istinad etdiyi cinayət işi üzrə qərara gəldikdə, apellyasiya məhkəməsi xx xxx 2020-ci il tarixli qərarla həmin cinayət işi üzrə icraata cinayət tərkibi olmaması əsası ilə xitam verilməsinə əhəmiyyət verməmiş, həmin qərar ümumiyyətlə araşdırmadan kənarda qalmışdır.

87. Apellyasiya məhkəməsi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin sözügedən mənzilin alqı-satqısı üçün deyil, məhz “borcu təminat altına almaq üçün” bağlanmış olması nəticəsinə gəlib, bunu Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd hesab etsə də, həmin əqdə onun mahiyyətini nəzərə almaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilib-edilməmə imkanını araşdırmamışdır. Halbuki qeyd edilən normanın ikinci cümləsi məhz bunu nəz ərdə tutur.

88. Məhkəmə kollegiyası həmçinin əqdin mübahisələndirilməsi üçün müddətin keçməməsi ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab etmir. Apellyasiya məhkəməsi qarşılıqlı iddiaçıların öz hüquqlarının pozulduğunu məhz İddiaçı iddia tələbindən sonra bildikləri qənaətinə gəlsə də, ən azı müddətin axımını mənzilin kirayə verilməsi barədə müqavilə və Cavabdeh1 xx xxxx 2016-cı il tarixli qəbzi və kontekstində qiymətləndirməmişdir.

89. Eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh2-Əliyeva cavabdeh İddiaçı ona məxsus mənzili aldatma yolu ilə ələ keçirməsi barədə polisə müraciət etmiş, xx xxxx 2019cu ildə cinayət işi başlanmış, həmin cinayət işi üzrə bir neçə prosessual qərarlar qəbul edilmiş və nəhayət xx xxx 2020-ci il tarixli qərarla cinayət işinə xitam verilmişdir. Bu isə qarşılıqlı iddiaçıların, o cümlədən müqavilə tərəfi olan Cavabdeh2-Əliyevanın öz hüquqlarının pozulduğunu məhz İddiaçı iddia tələbindən sonra bildikləri barədə gəlinən qənaətlə ziddiyyət təşkil edir. Apellyasiya məhkəməsi müddətin axımı anını müəyyən edərkən qarşılıqlı iddiaçı Cavabdeh2-Əliyevanın hazırki qarşılıqlı iddiadan daha əvvəl eyni məzmunda polisə müraciət etməsini diqqətdən kənarda saxlamışdır.

90. Apellyasiya məhkəməsi xx xxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız saydığı üçün ilkin iddia tələblərini əsassız hesab etmişdir. Lakin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticəni əsassız saydığı və qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldiyi üçün ilk iddianın təmin edilməməsi hissəsində gəlinən

91. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, tətbiq edilən maddi hüquq normaları da işin müəyyən edilmiş hallarına uyğun olmamışdır.

92. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

93. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tut araq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3842/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar