Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5665/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, üçüncü şəxs X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)328/2019 saylı qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(004)-254/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim V.Ş.Mirzəzadə) İd diaçı Cavabdeh MTK və digərlərinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi, mənzilin mülkiyyətinə verilməsi” barədə iddiası rədd, üçüncü şəxs X1 İddiaçı və digərlərinə qarşı “alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının etibarsız hesab edilməsi” barədə iddiası qismən təmin edilərək, Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, Cavabdeh MTK tərəfindən tikilən binanın 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 98,8 kv.metr olan 78-ci mənzilinə dair Cavabdeh MTK ilə İddiaçı arasında bağlanan 15 yanvar 2013-cü il tarixli müqavilənin, həmin mənzilə dair Cavabdeh MTK ilə xxx arasında bağlanan 18 iyul 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, əqdin etibarsızlığının nəticələri tətbiq edilərək, Cavabdeh MTK 39.520 manat pulun tutulub İddiaçı verilməsi, 44.460 ma nat pulun tutulub xxxə verilməsi və mənzilin üzərində xxxnın sahiblik, istifadə hüququnun tanınması qət edilib. İddiaçı, Cavabdeh MTK və üçüncü şəxs Maraqlı şəxs ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)328/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və F.Ş.Talışinski) Cavabdeh MTK apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi qismən, əqdin etibarsızlığının nəticələrinin tətbiq edilməsi hissəsində, yəni Cavabdeh MTK 39.520 manat pulun tutulub İddiaçı verilməsi, 44.460 manat pulun tutulub xxxə verilməsi hissəsində ləğv ebilib, qalan hissədə qətnamə dəyişdirilmədən, İddiaçı və üçüncü şəxs Maraqlı şəxs ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Üçüncü şəxs Maraqlı şəxs qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı Cavabdeh MTK və digərlərinə qarşı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, Cavabdeh MTK tərəfindən tikilən binanın 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 98,8 kv.metr olan 78-ci mənzilinə sahiblik, istifadə hüququnun tanınması, mənzilə sahiblik və ondan sahiblik etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh MTK üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edib. Üçüncü şəxs xxx isə məhkəmədə İddiaçı və digərlərinə qarşı iddia qaldıraraq, onun qanuni əsaslarla sahibliyində və istifadəsində olan sözügedən mənzilə diar İddiaçılə Cavabdeh MTK arasında bağlanan 15 yanvar 2013-cü il tarixli alqı-satqı müqaviləsinin, maliyyə arayışının, eləcə də Cavabdeh MTK ilə xxx arasında bağlanan 18 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsinin, maliyyə arayışının etibarsız hesab edilməsi, 07 fevral 2013-cü il tarixli müqaviləyə əsasən onun sözügedən mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, mübahisəli mənzil üzərində xxxnın sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilib, xxxnın iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Üçüncü şəxs xxx məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı, Cavabdeh MTK, cavabdeh xxx, üçüncü şəxs Maraqlı şəxs və vəkili Nüsrət Hüseyinov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya i nstansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən gö rünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni əqdin etibarsızlığının nəticələrinin tətbiq edilməsinə aid hissədə ləğv edilib, İddiaçı iddia tələbinin rədd edilməsi, xxxnın iddia tələblərinin qismən təmin edilməsi hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq, Maraqlı şəxs istisna olmaqla, digər işdə iştirak edən şəxslər qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayətləri verməmişlər. Maraqlı şəxs isə kassasiya şikayətində qətnaməni xxxnın iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirib. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələnd irilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, mübahisəli mənzilin qanuni əsaslarla üçüncü şəxs xxxya satılmasına, sonuncunun mənzilin pay haqqını tam məbləğdə ödəməklə orada təmir işləri aparmasına və hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamasına, Maraqlı şəxs apellyasiya şikayətinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasların olmamasına, xxxnın iddia tələblərini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 182, 452.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya ins tansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi, prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 15 iyul 2008-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, Cavabdeh MTK tərəfindən tikilən binanın 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 98,8 kv.metr olan 78-ci mə nzili Cavabdeh MTK tərəfindən xxxa satılıb və 15 iyul 2008-ci il tarixli maliyyə arayışına əsasən sonuncu tərəfindən mənzilin pay haqqı tam məbləğdə ödənilib. X4 razılığına əsasən mənzilə dair Cavabdeh MTK ilə xxx arasında 07 fevral 2013-cü il tarixli müqavilə bağlanır və 07 fevral 2013-cü il tarixli maliyyə arayışına əsasən mənzilin pay haqqını təşkil edən 39.250 manat pul vəsaiti xxx tərəfindən tam məbləğdə ödənilib. Daha sonra apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edib müəyyən etmişdir ki, 2013-cü ilin fevral ayından mübahisəli mənzil faktiki olaraq xxxnın sahibliyində, istifadəsindədir və sonuncu mənzildə təmir işləri apararaq ailə üzvləri ilə birlikdə orada yaşayır. Üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətində mübahisəli mənzili 10 yanvar 2009cu il ta rixli müqaviləyə əsasən Cavabdeh MTK-dən 50.000 manata satın aldığını, mənzilin pay haqqını tam məbləğdə ödəməsinə dair onun adına 10 yanvar 2009-cu il tarixli maliyyə arayışı verildiyini, mənzili xxx əvvəl satın aldığını və bu səbəbdən də xxxnın iddia tələbinin əsassız olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, sözügedən mənzilin Maraqlı şəxs əvvəl xxxa, sonradan isə sonuncunun razılığı ilə xxxya satılması və sonuncunun mənzilin pay haqqını tam məbləğdə ödəməsi, həmin mənzilə görə onun Cavabdeh MTK ödənilməmiş borcunun qalmaması və beləliklə də xxxnın mənzil üzərində qanuni əsaslarla sahiblik, istifadə hüququnun əmələ gəlməsi, sonuncunun mənzildə təmir işləri apararaq orada ailə üzvləri ilə birlikdə yaşaması faktları, işə əlavə edil miş sübutlarla tam təsdiq olunur. Bu faktları üçüncü şəxs Maraqlı şəxs özü də kassasiya şikayətində inkar etməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında göstərilir ki, kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər koo perativin və onun üzvləri arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqularının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1, 146.2, 178.1 və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativ üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət h üquqlarının qeydə alınması üçün əsasdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Cavabdeh MTK mübahisəli mənzili 15 iyul 2008-ci il tarixli müqaviləyə əsasən xxxa satdığı halda, həmin mənzili 10 yanvar 2009-cu il tarixli müqaviləyə əsasən təkrar Maraqlı şəxs sata bilməzdi. Çünki həmin vaxt mənzil Cavabdeh MTK deyil, xxxun sahibliyində, istifadəsində olmuşdur. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, Maraqlı şəxs aryıca birinci instansiya məhkəməsində Cavabdeh MTK qarşı iddia qaldırmaqla sözügedən müqavilə üzrə sonuncuya ödədiyi pul vəsaitini geri və ona dəymiş maddi, mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli, 2(103)-328/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5665/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5665/2019
27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mən
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver