Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6393/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və N qızına qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4980/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və N tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: N saylı evin 1208 saylı mənzili Cavabdeh2 mülkiyyətində olmuş və 27 yanvar 2016-cı il tarixdə həmin mənzilə dair onunla İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə notariatda təsdiq olunmuş, mənzilin 65.000 manata satılması müqavilədə qeyd olunmuşdur. 27 yanvar 2016-cı il tarixdə həmin mənzilin İddiaçı tərəfindən Cavabdeh1 (əvvəlki mülkiyyətçinin həyat yoldaşı) kirayəyə verilməsi barədə kirayə müqaviləsi bağlanmışdır. 15 aprel 2019-cu il tarixdə İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin sentyabr ayında İddiaçı Cavabdeh1 və N qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzili cavabdehlərdən aldıqdan sonra onların xahişi ilə onlara kirayəyə verməsini, lakin 23 iyul 2016-cı il tarixə kimi cavabdehlərin ona kirayə haqqı ödəməmələrini və möhlət istəmələrini, bundan sonra 2018-ci ilin yanvar ayından kirayə haqqından 17.000 manat ödəmələrini, lakin bu günə kimi qalan 27.000 manat məbləğində kirayə haqqını ödəməmələrini əsas göstərməklə cavabdehlərdən ödənilməmiş kirayə haqqı kimi 27.000 manatın onun xeyrinə tutulmaqla mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və N qızı qarşılıqlı iddia verərək onlarla İddiaçı arasında alqı-satqı müqaviləsinin sonuncunun onlara verdiyi 40.000 ABŞ dolları məbləğində borcun müqabilində bağlanmasını, aralarında alqı-satqı müqaviləsi bağlansa da, borc qaytarıldıqdan sonra İddiaçıla mənzilin onlara qaytarılacağı barədə razılaşmalarını, alqısatqı müqaviləsinin görüntü üçün bağlanmasını əsas göstərməklə 27 yanvar 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, İddiaçı adına verilmiş çıxarışın ləğv edilib Cavabdeh2 adına olan çıxarışın bərpa edilməsinə və faiz adı ilə İddiaçı artıq ödədiyi 14.000 ABŞ dollarının ondan tutulmasına, eləcə də dəymiş mənəvi ziyana görə 10.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2019 saylı, 25 dekabr 2019cu il tarixli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) ilkin iddia ərizəsi qismən təmin edilərək cavabdehlərin mənzildən çıxarılması, iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh1 və Cavabdeh2 qarşıl ıqlı iddia tələblərinin isə rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişlər. Qarşılıqlı iddiaçılar qətnamənin ləğv edilərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddiaçı isə qətnamənin qismən - ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilib iddianın tam həcmdə təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3842/2020 saylı, 22 iyul 2020ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və F.F.Babayev) İddiaçı apellyasiya şikayəti rədd, qarşılıqlı iddiaçıların isə apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə qismən təmin edilərək 27 yanvar 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Cavabdeh2 adına dair aparılmış qeydiyyatın bərpa edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Kassasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-492/21 saylı, 09 mart 20 21-ci il tarixli qərarı ilə (hakimlər – A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3842/2020 saylı, 22 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4980/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Ş.A.Məmmədova) tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4528/2019 saylı, 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etira zın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli mənzilin dəyərini ödəməklə notariatda təsdiq olunmuş müqavilə əsasında əldə etməsini, apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla nəticəyə gəlməsini və s. əsas göstərməklə qətnamənin qismən, onun apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi və ilkin iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh1 və Musazadə-Əliyeva Cəmilə Ceyhun qızı kassasiya şikayəti verərək onlarla İddiaçı arasında borc münasibətinin olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hü quq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh2-Əliyevanın vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2 Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci m addəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı şikayətində qətnamənin qanuniliyi qismən, Cavabdeh1 və Cavabdeh2 şikayətində isə tam mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsində icraat Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini m üzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında bilavasitə onların iştirakı ilə alqı-satqı müqaviləsi bağlanmış, müqavilə notariatda təsdiq olunmuş və onun iştirakçıları tərəfindən imzalanmışdır. Müqavilənin bağlandığı gün tərəflər arasında eyni zamanda mənzil kirayə müqaviləsi bağlanmış və Cavabdeh2 ailə üzvləri ilə birlikdə orada yaşamaqda davam etmişlər. Mübahisəli evdə kirayəçi qismində yaşamalarını və kirayə haqqını ödəyə bilməmələrini Cavabdeh1 işin 13-cü səhifəsində olan 23 iyul 2016-cı il tarixli qəbzlə təsdiq etmişdir. Həmin sənəddən görünür ki, Cavabdeh1 20 avqust 2016-cı il tarixə kimi kirayə haqqını İddiaçı ödəyəcəyini, əks təqdir də mənzili ona təhvil verəcəyini vəd etmişdir. İşin göstərilən halı, eləcə də Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlandığı 27 yanvar 2016-cı il tarixdən sonra keçən uzun müddət ərzində müqaviləni mübahisələndirməməsi tərəflər arasında alqı-satqı müqaviləsinin onların həqiqi niyyətinə uyğun olmaması barədə cavabdehlərin dəlillərini təkzib edir. Tərəflər arasında əslində borc müqaviləsinin bağlanması və borcun da İddiaçı qaytarılması iş materialları ilə təsdiq olunmur. Qarşılıqlı iddiaçılar alqı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb edərkən Mülki Məcəllənin əqdin etibarsız sayılmasına imkan verən bir neçə maddəsinə - həm 340.2-ci maddəsinə, həm də həmin Məcəllənin 337.3, 337.4-cü maddələrinə əsaslanmışlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci mad dəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qarşılıqlı iddiaçılar müqavilənin etibarsız sayılmasını iddia edərkən qanunun konkret olaraq hansı normasının tələblərinin gözlənilməməsini, yalan əqdin (340.2) hansı səbəbdən bağlanmasını və onun müqavilənin etibarsız sayılması üçün əsas verməsini sübuta yetirə bilməmişlər. Qarşılıqlı iddiaçılar alqı-satqı müqaviləsinin bağlanmasına İddiaçı tərəfindən məcbur edilmələri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, əqdin etibarsız sayılması barədə tələblə məhkəməyə onun bağlandığı vaxtdan 4 ilə yaxın müddət keçdikdən sonra müraciət etmiş və qanunda müəyyən olunmuş müddəti ötürmüşlər. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesa b edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən, kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı və cavabdehlər Cavabdeh1 və N qızı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4980/2021 nömrəli iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6393/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6393/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mən
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver