Məhkəmə qərarları › İş №2(102)-1031/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1031/2021

26.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1031/2021 26.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, iddiaçıİddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı1 vəkili Vəkilmiz İdris oğlunun və cavabdeh X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2980/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsind ən İddiaçı1 və vəkili Vəkilmiz İdris oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçılar - satıcılar İddiaçı1, iddiaçıİddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100.8 kv.m yaşayış evinin tam mülkiyyət üzrə cavabdeh - alıcı Cavabdeh satmışlar. Həmin evin dəyəri olaraq Cavabdeh tərəfindən iddiaçılara 25000 manat pul ödənilmişdir. Hazırda iddiaçılar evin dəyərinin daha artıq olduğunu bildirərək, onlarla cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-10566060 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edirlər. İddiaçılar tələblərinin əsası kimi mü bahisəli alqı-satqı müqaviləsinin formal olaraq bağlandığını və 25000 manat pulu cavabdehə geri ödədikdən sonra evin onlara qaytarılmalı olduğunu, lakin cavabdehin onları aldadaraq evi qaytarmadığını irəli sürürlər. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, iddiaçıİddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı iddiaçıİddiaçı2 verdiyi etibarnamə əsasında İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN10566060 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-972/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

4. Birinci instan siya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140.1, 324.1, 337.1-ci maddələrini tətbiq etməklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1, iddiaçıİddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-10566060 saylı alqı-satqı müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, Mülki Məcəllənin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. İddiaçılar cavabdehlə bağladıqları alqı-satqı müqaviləsinin etibarsızlığına əsası kimi irəli sürdükləri hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər.

5. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, iddiaçıİddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)972/2020 saylı x xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020ci il tarixli 2(103)-2980/2020 saylı qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş ap ellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-972/2020 saylı x xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsi bağlanarkən həmin əqdin tərəfləri öz iradə ifadələrinə uyğun olaraq qeyd olunan əqdi imzalamış və öz üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Əqdin imzalanması və rəsmiləşdirilməsi anında onun etibarsızlığına səbəb olan hallara yol verilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

8. Apellyasiya inst ansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

9. İddiaçı1 və vəkili Vəkilmiz İdris oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2980/2020 saylı qətnaməsinin ləğv edilərək, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar məhkəmədə evin dəyərinin 25000 manat deyil, 150000 manat olduğu bildirmiş və məhkəmə ekspertizası təyin edilməsini, evin qiymətl əndirilməsini xahiş etmiş və bununla bağlı vəsatət vermişlər. Eyni zamanda, cavabdehin məhkəmədə iştirakının təmin edilməsini də xahiş etsələr də, məhkəmə bütün vəsatətləri rədd etmişdir. Məhkəməyə nə cavabdeh, nə nümayəndəsi, nə də vəkili gəlməmiş, məhkəmə tərəfindən obyektiv araşdırma aparılmamışdır. Bununla da, Mülki Məcəllənin 337, 339-cu maddələri tətbiqində səhvə yol vermişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkilmiz İdris oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-2980/2020 saylı qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

13. Cav abdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçılar İddiaçı1, iddiaçıİddiaçı2, İddiaçı3, İddiaçı4 və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirən in adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

16. Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

17. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

24. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlil ləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§21).

26. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§22).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§21). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.

28. İş üzrə İddiaçı1 və vəkili Vəkilmiz İdris oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, alqı-satqı müqaviləsi bağlanarkən həmin əqdin tərəfləri öz iradə ifadələrinə uyğun olaraq qeyd olunan əqdi imzalamış və öz üzərlərinə müəyyən öhdəliklər götü rmüşlər. Əqdin imzalanması və rəsmiləşdirilməsi anında onun etibarsızlığına səbəb olan hallara yol verilməmişdir. Belə ki, iddiaçılar cavabdehlə bağladıqları alqı-satqı müqaviləsinin etibarsızlığının əsası kimi irəli sürdükləri hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən əqdin etibarsız hesab olunması üçün həmin Məcəllə ilə müəyyənləşdirilmiş şərtlər pozulmuş olmalıdır (§17). Lakin hazırki iş üzrə mübahisə predmeti olan müqavilələrin bağlandığı zaman Mülki Məcəllə ilə müəyyən olunmuş hər hansı norma pozulması müəyyən olunmur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

33. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, hazırki işdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (§18). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§19). İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutl ar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

34. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§23).

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2980/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar